Məhkəmə qərarları › İş №1(012)-288/2020

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-288/2020

24.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-288/2020 24.09.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Qəhrəmanov Bəxtiyar Vaqif oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər «xxxxxxxxxxxxx» MMC-in nümayəndəsi vəkil X3, «xxxxxx» MMC-in nümayəndəsi Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi vəkil Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və müdafiəçisi vəkil Müdafiəçi2 iştirakı ilə xx.xx.1982-ci ildə Göyçay rayonu, Mırtı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, Göyçay rayonu, Mırtı kəndində qeydiyyatda olan və Abşeron rayonu, Nübar qəsəbəsində fərdi yaşayış evində yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 və xx.xx.1982-ci ildə Saatlı rayonu, Telmankənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, Saatlı rayonu, Əhmədbəyli kəndində qeydiyyatda olan və Abşeron rayonu, Nübar qəsəbəsində fərdi yaşayış evində yaşamış, «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.4, 185.2.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli yolla talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, xx xxx 2019-cu il tarixdə saat 03:00 radələrində sap istehsalı dəzgahının operatoru işlədiyi Abşeron rayonu, Xırdalan şəhərində yerləşən «xxxxxxxxxxxxx» MMC-nin nəzdində olan kisə sexində ambarın qarşısında saxlanılmış, «xxxxxx» MMC-nin balansında olan və xx.xx.2017-ci il tarixli etibarnamə ilə Şahid5 idarə edilməsi üçün etibar edilmiş «Mercedes Benz yük» markalı, ** JM *** dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirərək qaçırıb, şirkətin ambarına yığılmış hər kiloqramı 3 manat olan ümumi 6.000 manat dəyərində 2 ton polipropilen xammalını «Mercedes Benz yük» markalı, ** JM *** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə yığmaqla «xxxxxxxxxxxxx» MMC-yə xeyli miqdarda maddi ziyan, Abşeron rayonu, At yalı qəsəbəsi ərazisində avtomobil Təqsirləndirilən şəxs2 tərəfindən idarə edilərkən sonuncu tərəfindən idarə etmənin itirilməsi nəticəsində yük avtomobili aşmış və nəticədə avtomobilin kuzovu əzilərək «xxxxxx» MMC-yə 2881 manat dəyərində maddi ziyan vurulmuşlar. Məhkəmədə təqsirləndirilən şəxslərin həmin cinayət əməlini törətmələri aşağıdakı qaydada subuta yetirilmişdir. Məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Hökməli qəsəbəsində yerləşən kisə sexində işləmiş, təxminən xx xxxxx 2019-cu il tarixdə saat 21 radələrindən tanışı Sakitlə Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən kafedə oturub söhbət etmişdir. Sakit əvvəllər onun işlədiyi kisə sexində işləmiş, lakin təxminən 2017-ci il tarixdə Sakit həmin sexdən işdən çıxmış, buna baxmayaraq münasibətləri həmin vaxtdan davam etmişdir. Sakitlə söhbət zamanı maddi vəziyyəti yaxşı olmadığından qərara gəlmişdir ki, işlədiyi sexdən kisə hazırlamaq üçün lazım olan xammalı oğurlasınlar. Onlar qeyd olunan xammalı oğurlayıb onun yaşadığı evin həyətinə aparmalı olmuş, bundan sonra xx xxx 2019-cu il tarixdə, Sakitə yenidən zəng vurmuş və ona həmin günü gecə işdə olacağını və imkan olduğu təqdirdə oğurluq hadisəsini gecə həyata keçirdəcəkərini bildirmişdir. Sakit onunla razılaşmış və xx xxx 2019-cı il tarixdə saat 02 radələrində yenidən Sakitə zəng vuraraq harada olması barədə maraqlanmışdır. Sakit ona sexin yaxınlaşdığında olduğunu bildirmiş, həmin vaxtı sexdə olduğundan orada olan “Ateko Mercedes” markalı yük avtomobilinə yaxınlaşmış, avtomaşının qapısı açıq olduğundan sol tərəfdən avtomobilin qapısını açmış və sükan arxasında əyləşmişdir. Avtomaşının açarları üstündə olduğundan mühərriki işə salmış və avtomaşını anbarın qarşsına tərəf idarə etmiş, 2 ton xammalı gizli şəkildə avtomaşına yükləmişdir. Həmin vaxt sexdə avadanlıqlar işlədiyindən, 2 ton xammalı yükləyən zaman yaranmış səs-küy heç kim tərəfindən eşidilməmişdir. Belə ki, sexin həyəti genişdir və sexdə çoxlu sayda avadanlıqlar işləyir, 2 ton xammalı avtomaşına yükləmiş və avtomaşını sexdən çölə çıxartmışdır. Həmin zaman Sakit onu çöldə gözləmiş, yük avtomaşını sürə bilmədiyi üçün avtomaşından düşmüş və sükan arxasına Sakit əyləşmişdir. Özünə məxsus Vaz 2107 markalı avtomaşına əyləşib Sakitin arxasınca sürmüş, onlar Nübar qəsəbəsi istiqamətində hərəkətdə olduğu zaman Sakit döngə əməliyyatı hərəkətini həyata keçirərkən idarə etməni itirmiş və avtomobil yanı üstə aşmışdır. İdarə etdiyi avtomaşını saxlamış və Sakitə yaxınlaşmışdır. Sakit hər hansı bir xəsarət almamış, lakin qorxmuş vəziyyətdə olmuş, Sakitin hadisədən çox qorxduğunu görüb hadisə yerindən aralanmasını bildirmiş, sonra kran avtomaşınına zəng vurmuş və sonuncunun köməkliyi ilə avtomobili qaldırmışlar. Bundan sonra avtomaşının sükan arxansına əyləşmiş və məhlələrin arasına sürmüş, oradan avtomaşının yağına və suyuna baxmış, hər şey qaydasında olduğundan avtomobildə olan oğurladığı yükü yerə boşaltdıqdan sonra yaşayış məntəqəsinin içi ilə avtomaşını sexə tərəf sürmüşdür. Sakit isə həmin xammalı başqa yoldan keçən yük avtomaşınına yükləyib Məhəmmədi yolunda yerləşən sahəyə tullamış, avtomaşin əzildiyindən və qorxduğu üçün avtomaşını sexin içərisinə sürmüş, sonra həmin avtomaşını sexin dayanacağında saxlamış, baş vermiş hadisə barədə sex rəhbərinin məlumatı olmuş və barəsində polis idarəsinə ərizə ilə müraciət etmişlər. Onların “Ateko Mercedes” markalı yük avtomobilinin idarə etmək hüququ olmamış, avtomobilin sahibi onlara həmin avtomobili idarə etməyə icazə verməmiş, avtomaşinin yük yerində 2 ton xammal olmuş, o və Sakit həmin xammalı oğurlamaq niyyətində olmuşlar. Onun qeyd olunan avtomobili idarə etməkdə məqsədi həmin avtomaşınla oğurladığı 2 ton xammalı yaşdığı Nübar qəsəbəsində yerləşən evin həyətinə aparmaq olmuş, lakin avtomaşın aşdığından onlar həmin xammalı yerə başaltmış vəsonradan isə Sakit başqa bir yol maşını ilə həmin xammalı Zirə yolunda yerləşən qamışlığa atmışdır. Qeyd olunan cinayəti Sakit adlı tanışı ilə birlikdə törətmiş, oğurladığı xammalı başqa sexlərə satmaq niyyətində olmuş, lakin qabacdan hər hansı bir sexlə bununla bağlı razılıq əldə etməmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, təxminən xx xxxxx 2019-cu il tarixdə saat 21 radələrindən tanışım Turanla Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən kafedə oturub söhbət etmiş, əvvəllər Turanın işlədiyi kisə sexində işləmiş, lakin təxminən 2017-ci il tarixdə həmin sexdən işdən çxımışdır. Turanla söhbət zamanı maddi vəziyyəti yaxşı olmadığından qərara gəlmişlər ki, Turanın işlədiyi sexdən kisə hazırlamaq üçün lazım olan xammaldan oğurlasınlar. Onlar qeyd olunan xammalı oğurlayıb Turanın yaşadığı evin həyətinə aparmalı olmuş, xx xxx 2019-cu il tarixdə Turan ona yenidən zəng vurmuş və ona həmin günü gecə işdə olacağını və imkan olduğu təqdirdə oğurluq hadisəsini gecə həyata keçirdəcəyini bildirmişdir. Turanla razılaşmış və xx xxx 2019-cı il tarixdə saat 02 radələrində qeyd olunan sexin yaxınlığına gəlmiş və Turanı gözləmişdir. Həmin günü təxminən 03 radələrində Turan “Ateko Mercedes” markalı yük avtomobilini idarə edərək sexdən çıxmış və Turan yük avtomaşını sürə bilmədiyindən avtomaşından düşmüş və sükan arxasına o, əyləşmişdir. Turan isə özünə məxsus Vaz 2107 markalı avtomaşına əyləşib onun arxasınca sürmüş, onlar Nübar qəsəbəsi istiqamətində hərəkətdə olduqları zaman döngə əməliyyatı hərəkətini həyata keçirərkən idarəetməni itirmiş və avtomobil yanı üstə aşmışdr. Hadisə zamanı hər hansı bir xəsarət almamış, lakin qorxmuş vəziyyətdə olmuş, ona görədə hadisə yerindən aralanmışdır. Bundan sonra Turan kran avtomaşına zəng vurmuş və onun köməkliyi ilə avtomobili qaldırmış, sonra avtomaşında olan 2 ton yükü yerə boşaltmış və Turan avtomaşının sükan arxansına əyləşərək məhlələrin arası ilə sürüb yenidən sexə tərəf getmişdir. Həmin oğurladığı yükü başqa Qazel markalı yük avtomaşına yükləyib Məhəmmədi yolunda boş əraziyə boşaltmış, təxminən 2 gün sonra yenidən həmin əraziyə getmiş, lakin oğurladığı xammalın yerində olmadığını görmüşdür. Məhkəmə iclasında zərərçəkmiş şəxs «xxxxxxxxxxxxx» MMC-in nümayəndəsi qismində dindirilmiş vəkil X6 ifadəsində göstərmişdir ki, “xxxxxxxxxxxxx” MMC-nin müqavilə əsasında nümayəndəsidir. xx xxx 2019-cu il tarixdə saat 03 radələrində Təqsirləndirilən şəxs1 Sakit adlı şəxslə cinayət əlaqəsinə girərək “xxxxxxxxxxxxx” MMCnin nəznində olan kisə sexindən 1 tonunun dəyəri 2587 manat 35 qəpik təşkil edən polipropilen xammalının 8 tonunu gizli şəkildə oğurlamış və bununla da şirkətə 20698 manat 8 qəpik maddi ziyan vurmuşdur. Oğurluq hadisəsi törədilən zaman istifadə olunan furqon tipli, Mercedes Benz markalı, **-JM-*** dövlət nömrə nişanlı yük avtomaşını isə “xxxxxx” MMC şirkətinə məxsus olmuşdur. Həmin avtomobilin “xxxxxxxxxxxxx” MMC-yə hər hansı bir aidiyyatı yoxdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 “xxxxxxxxxxxxx” MMC-nin nəznində olan kisə sexindən 8 ton polipropilen xammalını “xxxxxx” MMC şirkətinə məxsus Mercedes Benz markalı, **-JM-*** dövlət nömrə nişanlı yük avtomaşını ilə oğurlamış və həmin avtomaşın Bakı-Şamaxı yolunda Nübar qəsəbəsi istiqamətində hərəkətdə olan zaman aşmışdır. Qeyd olunan hadisə yerinə Dövlət X11 əməkdaşlarıda yaxınlaşmış, bundan sonra Teymur adlı şəxs özünə məxsus Avtokran tipli avtomaşını ilə hadisə yerinə gələrək aşmış Mercedes Benz markalı, **-JM-*** dövlət nömrə nişanlı yük avtomaşınını qaldırmışdır. Bundan sonra isə həmin avtomaşın içərisində “xxxxxxxxxxxxx” MMC-yə məxsus yüklə birlikdə məhlə arası yollardan istifadə edərək naməlum istiqamətdə hərəkət etmişdir. Həmin günün səhərisi Təqsirləndirilən şəxs1 Mercedes Benz markalı, **-JM-*** dövlət nömrə nişanlı yük avtomaşınını özü sürərək “xxxxxx” MMC şirkətinə məxsus ərazidə saxlamış, həmin zaman isə artıq “xxxxxxxxxxxxx” MMC-yə məxsus 8 ton yük avtomobildə olmamışdır. Turan avtomaşını sexin həyətinə salan zaman ona sexdə işləyən digər şəxs, yəni Aqil adlı şəxs yaxınlaşmış və avtomaşının əziklərini düzəltməkdə Turana köməklik etmişdir. Təqsirləndirilən şəxslərdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs “xxxxxx” MMC-nin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən kisə sexinin rəhbəridir. Qeyd olunan sex “xxxxxxxxxxxxx” MMC-nin nəzdində fəaliyyət göstərir və sex kisə istehsalı ilə məşğuldur. Həmin sex «xxxxxx» MMC şirkəti nəzdində fəaliyyət göstərir. xx xxx 2019-cu il tarixdə sexə işə gəldikdə şirkətin hesabında olan “Mercedes Ateko” markalı **-JM-*** dövlət nömrə nişanlı avtomaşının yan tərəfinin əzilmiş vəziyyətdə olduğunu görmüş, bundan sonra həmin günü sürücü Ayaz ona bildirmişdir ki, Turan adlı işçi xx xxx 2019-cu il tarixdə saat 03 radələrində “Mercedes Ateko” markalı **-JM-*** dövlət nömrə nişanlı avtomaşını qaçırtmış və yol nəqliyyat hadisəsi törədərək avtomobili aşırtmışdır. Bundan sonra baş vermiş hadisə barədə polis idarəsinə məlumat vermiş, sonradan məlum olmuşdur ki, Sakit və Turan adlı şəxslər sexdən qeyd olunan avtomaşına polopropilen adlı xammal yükləyib satmaq məqsədi ilə oğurlamışlar. Əlavə olaraq göstərmişdir ki, baş vermiş hadisə zamanı avtomaşına təxminən 2000 manat maddi ziyan dəymiş, sexdən təxminən 7-8 ton xammal oğurlanmış, belə ki, oğurluq zamanı istifadə olunmuş “Mercedes Ateko” markalı **-JM-*** dövlət nömrə nişanlı avtomaşının yük yeri təxminən 8 ton tutumludur. Təqsirləndirilən şəxslərdən şikayətçidir. Məhkəmə istintaq zamanı zərərçəkmiş şəxs “xxxxxx” MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxslərə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair mülki iddia tələbinin təmin olunmasını, mülki cavabdehlər, təqsirləndirilən şəxslərdən şirkətə dəymiş maddi ziyanın, yəni 2881 manat avtomobilə dəymiş pulun və əldən çıxmış faydanın yəni 20.500 manat məbləğində pul olmaqla, ümumilikdə 23131 manat məbləğində pulun alınaraq, ona verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hazırda Hökməli qəsəbəsində yerləşən kisə sexində texniki təhlükəsizliyə nəzarət edir və bundan əlavədə həmin sexdə sürücü kimidə fəaliyyət göstərir. Qeyd olunan sexə aid “Ateko Mercedes” markalı, **-JM-*** dövlət nömrə nişanlı yük avtomobilini idarə etmək hüququ ona və Şahid5 verilmişdir. Lazım olduğu təqdirdə həmin avtomaşını idarə etmişdir. xx xxx 2019-cu il tarixdə səhər saat təxminən 08 radələrində sexdə işləyən Təqsirləndirilən şəxs1 ona zəng vurmuş və onunla təcili görüşmək istədiyini bildirmişdir. Turan onun yaşadığı evin yaxınlğına gəlmiş və sonuncunun idarə etdiyi Vaz 2107 marakalı avtomobilinəəyləşmişdir. Onlar yolda olduğu zaman Turan ona “Ateko Mercedes” markalı, **-JM-*** dövlət nömrə nişanlı yük avtomobilini öz evlərinin yaxınlığında divara sürtdüyünü və bununlada avtomobili əzdiyini bildirmişdir. Turan ona avtomobilin yan güzgüsünün sındığını və özü həmin avtomobili düzəltdirəcəyini bildirmiş, Turan ona qeyd olunan avtomaşının hazırda cərimə meydançasında olduğunu və avtomaşını cərimə meydançasında çıxartmaqda ona kömək etməsini xahiş etmişdir. Turanla iş yoldaşı olduğunu və normal münasibətdə olduğunu nəzərə alıb, birlikdə DYPİ-nin Müşfiq qəsəbəsində yerləşən postuna getmişlər. Lakin bazar günü olduğundan Turanın axtardığı adam orada olmamışdır. Ateko Mercedes markalı avtomaşının da dayanacaqda olmadığını görmüşdür. Turandan avtomaşının harada olduğunu soruşmuş, Turan həmin zaman ona avtomaşının artıq sexdə olduğunu, lakin müvafiq sənədləşməyə zərurət yarandığını bildirmişdir. Bu səbəbdən o, sürücülük vəsiqəsinin surətini Turana vermiş və lazım olduğu təqdirdə onu çağırmasını bildirmişdir. Bundan sonra tək sexə gəlmiş, Turan isə harasa getmişdir. Sexə gəldikdə isə qeyd olunan avtomaşının sexdə olduğunu görmüş, avtomaşinin sağ yan güzgüsü sınmış vəziyyətdə olmuş və başqa əzilmiş yerləri də olmuş, bundan sonra öz işləri ilə məşğul olmuş, həmin günü axşam təxminən saat 20 radələrində işdən çıxmış və yaşdığı evə getmidir. xx xxx 2019-cu il tarixdə isə yas mərasimi ilə əlaqədar olaraq Şəki rayonuna getmiş və xx xxx 2019-cu il tarixdə səhər yenidən işə gəlmiş, işə gəldikdən sonra öyrənmişdir ki, Turan sexdən xammal oğurluq etmək istəyən zaman “Ateko Mercedes” markalı, **-JM-*** dövlət nömrə nişanlı yük avtomobilini aşırtmışdır. Avtomaşin sexin həyətində saxlanılır, sexin həyəti qapalıdır və avtomaşının açarları isə adətən avtomaşının üzərində qalır. Belə ki, qeyd olunan avtomaşını 2 sürücü idarə edir, lakin bir açar vardır. Çətinlik olmasın deyə açarı avtomaşının üzərində saxlayırar. Məhkəmə iclasında şəxs qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, hazırda Hökməli qəsəbəsində yerləşən kisə sexində sapçı işləyir. xx xxx 2019-cu il tarixdə saat 20 radələrində işə gəlmiş, həmin günü gecə növbəsində olmuşdur. Təqsirləndirilən şəxs1 həmin günü onunla birlikdə işdə olmuşdur. xx xxx 2019-cu il tarixdə saat 02 radələrində Turan ona anasının vəziyyətinin pis olduğunu və bununla əlaqədar evə gedəcəyini bildirmiş, özü isə həmin zaman sexdə iş yoldaşı Yaşar ilə birlikdə qalmışdır. Turanın sexin ərazisindən nə zaman çıxdığını görməmiş, həmin günü təxminən 04 radələrində Turana zəng vurmuş və harada olmasını soruşmuş, Turan ona bir az sonra gələcəyini bildirmişdir. Səhərə kimi Yaşarla birlikdə sexdəöz işi ilə məşğul olmuşdur. xx xxx 2019-cu il tarixdə saat təxminən 07.30 radələrində sexdə olduğu zaman Turanın gəldiyini görmüş, Turana yaxınlaşmış və haradan gələdiyini soruşmuş, Turan ona sexə məxsus “Ateko Mercedes” markalı, **-JM-*** dövlət nömrə nişanlı yük avtomobili ilə ev əşyalarını danşımaq istəyən zaman qeyd olunan avtomobili aşırtdığını bildirmiş, yük avtomobilinə baxmış və yük avtomobilin əzildiyini görmüşdür. Bundan sonra Turan ondan avtomaşının yerini dəyişməkdə ona kömək etməyi xahiş etmişdir. Sükan arxasına əyləşmiş və avtomaşını döndərib Turanın dediyi kimi saxlamış, Turan qorxmuş vəziyyətdə olmuş və əlləri əsmişdir. Turanın vəziyyətini görüb ona kömək etmək istəmiş, bundan sonra Turan yük daşımaq üçün nəzərdə tutulmuş avtokarı sürüb gətirmiş və həmin avtokarın üzərinə çıxıb çəkiclə əyilmiş yerlərə bir neçə dəfə vurmuşdur. Lakin hər hansı bir xeyri olmamış və Turana xəstəsi olduğunu deyib təcili evə getməli olduğunu bildirmişdir. Bundan sonra oradan çıxıb getmiş, Turan isə avtokarı idarə edərək sexə getmiş, həmin günü bir daha Turanı görməmişdir. Əlavə olaraq göstərmişdir ki, “Ateko Mercedes” markalı, **-JM-*** dövlət nömrə nişanlı yük avtomobilinin yük yerinə baxmamış və orada yükün olub olmamasını bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, Hökməli qəsəbəsində yerləşən kisə sexində çilingər işləmişdir. xx xxx 2019-cu il tarixdə saat 20 radələrində onun iş saatı qurtarmış və yaşadığı evə getmişdir. xx xxx 2019-cu il tarixdə səhər vaxtı iş yoldaşı Turan ona zəng vuraraq sexə məxsus “Ateko Mercedes” markalı, **-JM-*** dövlət nömrə nişanlı yük avtomobili ilə ev əşyalarını danşımaq istəyən zaman qeyd olunan avtomobili aşırtdığını bildirib ona kömək etməsini xahiş etmişdir. Turana kömək edə bilməyəcəyini və bu barədə rəhbər heyətə məlumat verməsini bildirmiş, həmin günü saat 08 radələrində iş yerinə gəlmiş və orada Turanla rastlaşmışdır. Turandan nə baş verdiyini soruşmuş və Turan ona avtomaşını sexə gətirdiyini bildirmişdir. Turana rəhbər heyətə baş vermiş hadisə barədə məlumat verməsini bildirmiş, Turan ona özü məlumat verəcəyini bildirmiş və harasa getmişdir. Sonradan ona məlum olmuşdur ki, Turan sexdən Sakit adlı şəxslə birlikdə oğurluq etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş, ibtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, hazırda Hökməli qəsəbəsində yerləşən kisə sexində sürücü işləyir. xx xxx 2019-cu il tarixdə saat 18 raədlərində etibarnaməəsasında idarə etdiyi “Ateko Mercedes” markalı, **-JM-*** dövlət nömrə nişanlı yük avtomobilinin arxa sağ təkəri partladığından avtomaşını sexin həyətində saxlamış, bu barədə rəhbərliyə məlumat vermiş və sexdən çıxıb yaşadığı evinə getmişdir. Həmin günün səhərisi Turan adlı işlədiyi sexin işçisi ona zəng vurmuş və onunla görüşmək istədyini bildirmişdir. Turana evdə olduğunu bildirmiş və bir az sonra Turan yaşadığı evə gəlmişdir. Turanla görüşmüş və Turan ona gecə saatalarında “Ateko Mercedes” markalı, **-JM-*** dövlət nömrə nişanlı yük avtomobilini sexdən icazəsiz apardığını və mebil daşıdığını, lakin sonra avtomaşını aşırtdığını bildirmişdir. Turan ondan qeyd olunan hadisəsini öz üzərinə götürməsini xahiş etmiş, lakin o, Turanla razılaşmamış və ona gedib avtomaşını düzəltdirməyi, baş vermiş hadisə barədə rəhbərliyə məruzə etməyi məsləhət görmüş, bundan sonra Turan harasa getmişdir. Həmin günün səhərisi işə getmiş və avtomaşının yan tərəfindən əziklər olduğunu görmüş, başa düşmüşdür ki, Turan bu barədə rəhbərliyə məlumat verməmişdir. Bu səbəbdən də özü bu baradə məlumat vermiş və Turanın avtomaşını əzdiyini bildirmiş, sonradan məlum olmuşdur ki, Turan avtomaşının yük yerinə sexdən oğurladığı xammalı yığıb gizli şəkildə aparmışdır. Məhkəmə iclasında ifadəsi elan olunmuş, ibtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Avtokran tipli, **-EO-*** dövlət nömrə nişanlı avtomaşın məxsusdur və həmin avtomaşınla qazanc əldə edir. xx xxx 2019cu il tarixdə saat 03 radələrində Sakit adlı şəxs ona zəng vurmuş və tanışına məxsus yük avtomaşının Atyalı qəsəbəsində dönən yolda aşdığını bildirmişdir. Sakitdən qeyd olunan yerə Dövlət X9 əməkdaşlarının gəlib-gəlmədiyini soruşmuş, Sakit ona polis əməkdaşlarının gəlmədiyini bildirmişdir. Sakitə polis əməkdaşlarının gəlmədiyi təqdirdə gələ bilməyəcəyini bildirmiş, bundan sonra Sakit ona bir daha zəng vurmuş və polis əməkdaşlarının gəldiyini bildirmişdir. Sakit bir daha ondan qeyd olunan yerə gəlib aşmış avtomobilin qaldırılmasında kömək etməsini xahiş etmiş, polis əməkdaşlarının baş vermiş yol nəqliyyat hadisəsi yerində olduğunu bildikdən sonra idarə etdiyi avtokranla Sakitin dediyi yerə gəlmişdir. Həqiqətən də polis əməkdaşları orada olmuş və aşmış yük avtmobili yolu bağlamış vəziyyətdə olmuş, polis əməkdaşları ona qeyd olunan avtomobili yoldan kənara çəkməsini bildirmişlər. Qeyd olunan Mercedes Ateko markalı yük avtomaşını düzəltmiş və kənara çəkmiş, sonra bir nəfər şəxs ona yaxınlaşmış və fkirləşmişdir ki, qeyd olunan yük maşını həmin şəxsə məxsusdur, həmin şəxs ona zəhmət haqqı olaraq 100 manat pul vermiş və həmin pulu götürüb yaşadığı evə getmişdir. Avtokran tipli avtomaşını ilə yük qaldırarkən əvvəlcə həmin yükün çəkisi ilə maranlandığından Sakitdən əvvəlcədən avtomaşının yük yerində yükün olub-olmaması ilə bağlı maraqlanmış, sonuncu ona yük yerində təxminən 2 ton yük olduğunu bildirsə də, əmin olması üçün yük yerinə özü də baxmış və orada təxminin 40-45 ədəd kisə olduğunu görmüş, avtomobildə təxminən 2 tondan artıq yük olmadığına əmin olub qaldıracağı yükün çəkisini bilmiş və maşını yükü ilə birlikdə aşdığı yerdən qaldırmışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş məhkəmə fiziki ekspertizasının xx.xx.2019-cu il tarixli, 26699/26700 nömrəli rəyindən görünür ki, respublika ərazisində yerləşən ticarət mərkəzlərində, internet saytlarında və mağazalarda mövcud olan qiymətlərə əsasən təqdim edilmiş 1 kiloqram xammalın orta bazar qiyməti təxminən 3 manat müəyyən olunur. İş üzrə keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2019-cu il tarixli, 25280 nömrəli rəyindən görünür ki, 2002-ci il buraxılışlı həmin Mercedes Benz yük markalı ** JM *** dövlət qeydiyyat nişanlı yük avtomaşının xx xxx 2019-cu il tarixdə zədələnməsindən təqdim edilmiş “xxxxxxxxx” MMC tərəfindən xx xxxxxx 2019-cu il tarixdə verilmiş akta olan dəyişilməli ehtiyat hissələri və təmir bərpa işləri işləri barədə məlumatlarına əsasən, zərərçəkmişə dəymiş məbləği hesablama yolu ilə təxminən 2881,00 manat müəyyən edilir. xx.xx.2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. xx.xx.2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, iş üzrə hadisə yerindən nümunə kimi götürümüş polipropilen xammalı və Təhükəsiz şəhər Xidmətinin Bakı-Şamaxı yolu, Şamaxı istiqamətində kameraların 01:00-dan 05:00-dək olan müddətdəki videogörüntülərinin köçürüldüyü bir ədəd CD diski maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə edilmiş, hadisə yerindən nümunə kimi götürümüş polipropilen xammalı saxlanılması üçün Abşeron rayon Pİ-nin maddi sübutlar saxlancı ambarına təhvil verilmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onlar tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsin əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eskpertlərin rəyləri sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı qanuni üsullarla toplanmış subutları tam araşdırmaqla təqsirləndirilən şəxslərin ittiham olunduqları cinayət əməlini törətmələri haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.4, 185.2.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmədə, Təqsirləndirilən şəxs1 cəza təyini zamanı cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs2 ilk dəfə az ağır cinayətlər törətməsini, zərərçəkmiş şəxsilərin şikayətçi olmasını, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmədə, Təqsirləndirilən şəxs2 cəza təyini zamanı cəza təyini zamanı cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs2 ilk dəfə az ağır cinayət törətməsini, zərərçəkmiş şəxsilərin şikayətçi olmasını, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətmkan tədbiri dəyişdirilməli, barəsində həbs qətimkan tədbiri seçilməli və məhkəmə zalında həbs edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı həbsdə saxlandığı vaxtdan, yəni xx.xx.2020-ci tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətmkan tədbiri dəyişdirilməli, barəsində həbs qətimkan tədbiri seçilməli və məhkəmə zalında həbs edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı həbsdə saxlandığı vaxtdan, yəni xx.xx.2020-ci tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.. İş üzrə 210 (iki yüz on) manat ekspertiza xərci təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış hadisə yerindən nümunə kimi götürümüş polipropilen xammalı qanuni qüvvəyə mindikdən sonra «xxxxxxxxxxxxx» MMC-yə qaytarılmalıdır. Məhkəmə mülki iddia ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Zərərçəkmiş şəxsin nümayəndəsi məhkəmə istintaqı zamanı təqdim etdiyi mülki iddia tələbinin araşdırılması və ona qiymət verilməsi hazırki cinayət işinə baxılan müddətdə mümkün olmadığından, habelə mülki iddiaçı iddiasını əsaslandıra biləcək heç bir tutarlı sübutu məhkəməyə təqdim etmədiyindən və mülki iddia tələbi üzrə əlavə araşdırma aparılması tələb olunduğundan, zərərçəkmiş şəxsin nümayəndəsinin mülki iddia tələbinin baxılmamış saxlanması məqsədə müvafiqdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.1-ci maddəsinin tələbinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 181.1-ci maddəsinə əsasən əmlaklara vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 181.2-ci maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, mənəvi ziyanın ödənilməsi barədə mülki iddia verə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 354.1.3-cü maddəsinin tələbinə görə, məhkəmənin hökmündə iddianın baxılmamış saxlanması səbəbləri göstərilir. Zərərçəkmiş şəxsin nümayəndəsi məhkəməyə mülki iddia tələbini əsaslandıran müvafiq sənədləri təqdim etməmişdir. Odur ki, hazırki cinayət işi üzrə mülki iddia tələbi baxılmamış saxlanmalıdır. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxslər «xxxxxxxxxxxxx» MMC-yə və «xxxxxx» MMC-yə cinayət nəticəsində dəymiş zərəri mülki iddia icraatı qaydasında tələb etmək hüquqları izah edilməlidir. Bundan başqa, ibtidai istintaq zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Abşeron rayon vəkil bürosunun verdiyi orderlərlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxslərə müdafiəçi təyin edilmişdir. Eyni zamanda təqsirləndirilən şəxslərin məhkəmə istintaq zamanı hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş, Xırdalan şəhər vəkil bürosunun verdiyi orderlərlə məhkəmə istintaq zamanı təqsirləndirilən şəxslərə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər müdafiəçinin ibtidai istintaq və məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onların müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Abşeron rayon vəkil bürosunun müdafiəçisi vəkil X4 20 saat göstərdiyi hüquqi yardıma görə 120 manat məbləğində pul, Abşeron rayon vəkil bürosunun müdafiəçisi vəkil X1 20 saat göstərdiyi hüquqi yardıma görə 120 manat məbləğində pul Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına və məhkəmə istintaq zamanı Xırdalan vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi1 55 saat göstərdiyi hüquqi yardıma görə 330 manat məbləğində pul, Xırdalan vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi2 55 saat göstərdiyi hüquqi yardıma görə 330 manat məbləğində pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-in 185.2.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılaraq Təqsirləndirilən şəxs1 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətmkan tədbiri dəyişdirilsin, barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə zalında həbs edilsin. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2020-ci tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-in 185.2.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılaraq Təqsirləndirilən şəxs2 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətmkan tədbiri dəyişdirilsin, barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə zalında həbs edilsin. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2020-ci tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə 210 (iki yüz on) manat ekspertiza xərci təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübutlar iki ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış hadisə yerindən nümunə kimi götürümüş polipropilen xammalı hökm qanuni qüvvəyə mindikdən sonra «xxxxxxxxxxxxx» MMC-yə qaytarılsın. Cinayət işi üzrə mülki iddia tələbi baxılmamış saxlanılsın. Zərərçəkmiş şəxslər zərərçəkmiş şəxslər «xxxxxxxxxxxxx» MMC-yə və «xxxxxx» MMC-yə cinayət nəticəsində dəymiş zərəri mülki iddia icraatı qaydasında tələb etmək hüquqları izah edilsin. Təqsirləndirilən şəxslər müdafiəçilərin ibtidai istintaq və məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onların müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Abşeron rayon vəkil bürosunun müdafiəçisi vəkil X4 20 saat göstərdiyi hüquqi yardıma görə 120 manat məbləğində pul, Abşeron rayon vəkil bürosunun müdafiəçisi vəkil X1 20 saat göstərdiyi hüquqi yardıma görə 120 manat məbləğində pulAbşeron rayonu vəkil bürosunun hesablaşma, “xxxxxxxxxxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ75AİİB********************, VÖEN ********** hesabına və məhkəmə istintaq zamanı Xırdalan vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi1 55 saat göstərdiyi hüquqi yardıma görə 330 manat məbləğində pul, Xırdalan vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi2 55 saat göstərdiyi hüquqi yardıma görə 330 manat məbləğində pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma, “xxxxxxxxxxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ46AİİB********************, VÖEN ********** hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar