Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-288/2021 24.09.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Xırdalan şəhər vəkil bürosunun vəkili X1 iştirakları ilə, xx xxx 1983-cü ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, işsiz, Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 7, mənzil 33 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs 2012-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş oğlu X3 15000 manat pul müqabilində Azərbaycan Respublikası Prezidenti X5 Komissiyasının siyahısına daxil edilməsinə köməklik edəcəyini vəd edərək, 18 iyun 2017-ci ildə saat 21 radələrində Zərərçəkmiş şəxs ünvan 2 ünvanında yerləşən evində sonuncudan 10000 manat pulunu alıb, ələ keçirərək vədinə əməl etməyib, Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, anası ilə birlikdə Sumqayıt şəhəri, Nizami küçəsi ev-7A, mənzil 33-də yaşayır. Fərdi əməklə məşğul olur. Avtomobil alveri edir. Əvvəllər Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4, 228.1-ci maddələri ilə təqsirli bilinərək Sumqayıt şəhər məhkəməsinin 14.12.2017-ci il tarixli hökmünə əsasən 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Şahid1 Kəlam oğlunu və onun yeznəsi Həsəni 5-6 il olar ki, tanıyır. Onlarla Elşənin Sumqayıt şəhərində işlətdiyi kafedə tanış olmuşdur. 2017-ci ilin mart ayından tez-tez onun işlədiyi kafeyə qəlyan çəkməyə gedirmiş, həmin vaxtlar kafedə birlikdə olarkən Elşən xalası X8un 2012-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikasının CM-nin 181-ci maddəsi ilə təqsirli bilinib, 12 il müddətinə azadlıqdan məhrum edildiyini, Babəkin həbsdən əvvəl hansısa vəzifəli şəxsin sürücüsü olduğu vaxtı həmin vəzifəli şəxsin ailəsindən gizlin onun adına avtomoibillər və torpaq sahələri alıb qoyduğunu söyləyib, həmin əmlakları satılması üçün Babəki hər hansı yolla həbsdən çıxarmağa çalışdıqlarını söyləmişdir. O, da bu işdə onlara köməklik edib, Babəki 15000 manat pul müqabilində Prezidentin əfv fərmanının siyahısına saldıra biləcəyini, həmin pulun 10000 manatını əvvəlcədən, qalan hissəni isə Babək həbsdən azad olduqdan sonra alacağını bildirib, onlara Babəkin hökmünün surətini verməsini söyləmişdir. Elşənlə Həsən də bu barədə Babəkin anası ilə danışacaqlarını bildirmişlər. Bundan 2-3 gün sonra istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefonunun “WhatsApp” xidməti vasitəsi Elşənə mesaj yazıb bu işlə məşğul olduğunu deyib, Babəkin hökmünün surətini ona verməsini bildirmişdir. Ertəsi günü Həsən Elşənin işlətdiyi kafedə Babəkin hökmünün surətini ona verib, Babəkinin anası Eyxanın onun təklifi ilə razı olduğunu bildirmişdir. O da işin həlli üçün 10000 manat pulu vermək lazım olduğunu söyləmişdir. Bundan bir neçə gün sonra Elşənin işlətdiyi kafedə olduğu vaxtı Həsən onunla birlikdə Abşeron rayonu Masazır kəndinə Babəkin anası Eyxanın yaşadığı evə gedib, onun oğlunun işinin həlli üçün lazım olan 10000 manat pulu götürmək lazım olduğunu söyləmiş, saat təxminən 21 radələrində Elşənlə Həsənin “Hyundai Elantra” markalı avtomobilinə minib Masazır kəndi Ə.Vahid küçəsinə Eyxanın yaşadığı balaca evə getmişlər. Həmin xanım onları yaşadığı otağa dəvət edib, oğlunun həbsdən nə vaxt buraxılacağını soruşmuşdur. O da növbəti ilin əvvəlində verilən əfv fərmanında oğlunun buraxılacağını söyləmişdi. Bundan sonra Eyxan xanım bir topa pulu masanın üstünə qoyub 10000 manat olduğunu söyləyib ondan həmin pulu saymağı xahiş etmişdir. O isə ona inandığını deyib, 100 və 50 manatlıq əskinazlardan ibarət olan həmin bir topa pulu götürüb, içərisindən 1 ədəd 50 manatlıq pulu çıxarıb Eyxan xanıma uzatmış və sonuncudan oğlu Babəkin yanına gedəndə həmin pulla bazarlıq etməsini xahiş etmişdir. Eyxan əvvəl razılaşmasa da onun təkidli xahişindən sonra həmin 50 manat pulu götürmüşdür. Bundan sonra Həsənin maşınına minib Sumqayıt şəhərinə Elşənin işlətdiyi kafeyə qayıtmışlar. O, Eyxanın verdiyi pulu işi həll edən şəxsə çatdırmaq üçün Həsəndən maşınını bir saatlığa ona verməsini xahiş etmişdir. Həsən də razılaşdıqdan sonra sonuncunun maşınını sürüb şəxsi işinin ardınca getmişdir. Eyxandan oğlu Babəkin həbsdən azad edilməsi üçün aldığı 10000 manat pulu da bir neçə ay ərzində şəxsi ehtiyaclarına xərcləmişdir. Elşənlə Həsən də ondan bu barədə soruşduqda hər şeyin qaydasında olduğunu, tezliklə Babəkin adının Prezidentin əfv fərmanınına saldıracağını və onu həbsdən buraxdıracağını bildirmişdir. 2017-ci ilin dekabr ayının 14-də o, əvvəllər törətdiyi cinayət əməlinə görə Sumqayıt şəhər məhkəməsi tərəfindən 02 il müddətinə azadlıqdan məhrum edilib həbsxanaya göndərilmiş, həmin ərəfədə X6 həbsdən buraxılması işinin həll olunmadığını görüb, ondan Eyxanın verdiyi 10000 manat pulu qaytarmasını tələb etmişlər. O da həbsdən çıxdıqdan sonra qaytaracağını bildirmişdir. 2019-cu ilin iyun ayında vaxtından əvvəl şərti olaraq həbsdən azad edilib evinə qayıtdıqdan sonra Elşənlə Həsən onunla görüşüb, Eyxanın onu onların vasitəsi ilə tanıdığını söyləyərək, oğlu Babəkin həbsdən buraxılması üçün verdiyi 10000 manat pulu onlardan tələb etdiklərini bildirib, ondan həmin pulu qaytarmasını tələb etmişlər. O da qaytaracağını söyləsə də maddi sıxıntı səbəbindən həmin pulu qaytara bilməmiş və onlara borclu olmağı barədə notariat kontorunda rəsmi müqavilə bağlamağı, həmin pulu hissə-hissə ödəməyi təklif etmiş, lakin Elşəngil razılaşmayıb, onun barəsində şikayət etmişlər. Son olaraq etdiyi əməldən səmimi peşman olduğunu qeyd edib, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanı tam ödəyərək onunla barışdığını, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirib, barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi və bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Z.Əliyev küçəsi, ev 79-da qeydiyyatda olsa da hazırda ailəsi ilə birlikdə ünvan 3 ünvanda yaşayır. X8 2012ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikasının CM-nin 181-ci maddəsilə təqsirli bilinib 12 il müddətinə azadlıqdan məhrum edilmişdir. 2017-ci ilin may ayında qohumu Şahid1 tanışı Təqsirləndirilən şəxs bildirmişdir ki, yaxın vaxtlarda əfv fərmanı olacaqdır və 15000 manat pul müqabilində X8un adını əfv siyahısına saldırıb, həbsdən azad etdirə bilər. Şahid1 15000 manat pulun 10000 manatını əvvəlcədən ona verməli olduğunu, qalan hissəni isə oğlu həbsdən azad olduqdan sonra alacağını bildirmişdir. O, Təqsirləndirilən şəxs inandığı üçün 2017-ci ilin iyun ayının 18-də hazırda yaşadığı, Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi-79 ünvanda yerləşən evdə 10000 manat pulu Təqsirləndirilən şəxs bacısı oğlu Şahid1 yanında vermişdir. Təqsirləndirilən şəxs pulu aldıqdan sonra onun oğlunun həbsdən azad edilməsi ilə bağlı heç bir iş görməmiş və onu aldadaraq verdiyi pulu ələ keçirmişdir. Pulunun qayarılması ilə əlaqədar dəfələrlə Fətəliyə müraciət etmiş, sonuncu hər dəfə vaxt istəyib, pulunu qaytaracağına söz vermiş, lakin ondan aldığı pulu hazırki vaxta qədər qaytarmamışdır. Zərərçəkmiş şəxs sonda ona vurulmuş maddi ziyanın Təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödəndiyindən təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi və bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 Kəlam oğlunun ifadəsindən görünür ki, Sumqayıt şəhəri 16-cı məhəllə ev-9/36, mənzil 16-da yaşayır. Xalası Zərərçəkmiş şəxs X8 2012-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikasının CM-nin 181-ci maddəsi ilə təqsirli bilinib, 12 il müddətinə azadlıqdan məhrum edilmişdir. 2017-ci ildə xalası oğlunun həbsi ilə əlaqədar Sumqayıt şəhərində yaşayan yaxın dostu olan Təqsirləndirilən şəxs danışmışdır. Fətəli hər yerdə dost-tanışı olduğunu, hər hansı problemi həll etməyi bacardığını dediyinə görə ondan xalası oğlunun həbsdən buraxılmasına köməklik etməsini xahiş etmişdir. Fətəli də Babəki Azərbaycan Respublikası Prezidentinin əfv fərmanının siyahısına saldıracağını və bu yolla həbsdən azad etdirəcəyini demiş və bunun müqabilində 15000 manat pul istəmişdir. Fətəli ilə yaxın olduğuna görə ona inanmış və bu barədə xalası Eyxana demişdir. Xalası da razılaşmışdır. Bu məsələni həll etmək üçün xalasının təklifi ilə 2017-ci ilin iyun ayının 18-də Fətəlini xalasının yaşadığı Abşeron rayonu, Masazır kəndindəki evinə aparmış və onu xalası ilə görüşdürmüşdür. Onlar özləri Babəkin həbsən azad edilməsi ilə əlaqədar söhbət etməyə başlamışlar. Həmin görüş zamanı xalası 15000 manat pulu olmadığını dedikdə, Fətəli demişdir ki, əvvəl 10000 manat versin, Babəki əfv fərmanına saldırsın, həbsdən azad olunduqdan sonra isə qalan 5000 manat pulu da verər. Xalası Eyxan da onun bu təklifi ilə razılaşmış və xalası onun yanımda 10000 manat pulu sayıb Fətəliyə vermişdir. Fətəli pulu sayıb götürdükdən sonra, Babəkin adını 2017-ci ilin dekabr ayında Prezidentin əfv fərmanına saldıracağını və həbsdən azad etdirəcəyinə söz vermişdir. 2017-ci ilin avqust ayında Fətəli etdiyi dələduzluq cinayət əməlinə görə Sumqayıt şəhər məhkəməsi tərəfindən 5 il müddətinə həbs olunmuşdur. Onlar Fətəlinin vəd verdiyi tarixi gözləmiş, lakin Babək əfvə düşməmişdir. Bu baradə xalası ona narazılıq etmiş, həmin vaxt Fətəli həbsdə olduğundan o. sonuncu ilə əlaqə saxlaya bilməmişdir. 2019-cu ilin iyul ayında Fətəli həbsdən azad olunmuş, 2019-cu ilin avqust ayında Sumqayıt şəhərində onunla görüşmüş və Babəkin əfvə düşmədiyini deyib, aldığı 10000 manat pulu qaytarmasını tələb etmişdir. Fətəli ilk günlər pulu 2019-cu ilin avqust ayının sonuna qədər qaytaracağına söz vermiş, lakin qaytarmamışdır. Pulu qaytarmasını yenidən tələb etdikdə Fətəli söz vermişdir ki, 2019-cu ilin sentyabr ayında 5000 manat, oktyabr ayında da 5000 manat qaytaracaqdır. Lakin yenə də pulu qaytarmamışdır. Məhkəmə istintaqında Şahid2 elan olunmuş ifadəsindən görünür ki, Şahid1 Kəlam oğlunun ifadəsi ilə analoji ifadə vermişdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliyi özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi və iş üzrə toplanmış digər materiallarla tam sübuta yetirilir. Bununla yanaşı, məhkəmə baxışı zamanı müəyyən olundu ki, iş üzrə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2, 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Eyni zamanda Təqsirləndirilən şəxs dəymiş ziyanın iyirmi beş faizi miqdarında yəni 2500 (iki min beş yüz) manat dövlət büdcəsinə ödəniş etmişdir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən isə şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Cinayət işinə əlavə olunmuş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 7812-ci məhəllə, bina 7A, mənzil 33-də qeydiyyatsız yaşayır və yaşadığı yer üzrə də müsbət xarakterizə edilir. Cinayət işinə əlavə olunmuş, 23.02.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin 27.10.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2,178.2.4 -cü maddələri ilə 2 il, 11 ay 28 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Sumqayıt Appelyasiya Məhkəməsinin 22.12.2015-ci il tarixli qərarı ilə 02 il 10 ay 03 gün azadlıqdan məhrumetmə cəzası təyin olunmuş, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən cəzası 02 il sınaq müddəti ilə şərti hesab olunmuş, cəzasını çəkib qurtarmışdır. Bundan sonra 04.12.2018-ci il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə məhkum edilməsinə dair hissə ləğv edilmişdir. Azərbaycan Respubliaksı CM-nin 178.2.2, 228.1, 71.5-ci maddəsinə əsasən sınaq müddəti ləğv edilmiş, 03 il azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Sumqayıt şəhər məhkəməsinin 13.02.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirli bilinməklə 02 il 03 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Xəzər rayon məhkəməsinin 11.06.2019-cu il tarixli qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, 26.02.2020-ci ildə cazasını çəkib qurtarmışdır. Məhkəmə Təqsirləndirilən şəxs hazırda təqsirləndirildiyi əməli 18 iyun 2017-ci il tarixdə törətməsini, Sumqayıt Apellyasiya Məhkəməsinin 22.12.2015-ci il tarixli qərarı ilə təyin edilmiş sınaq müddətinin 04.12.2018-ci il tarixdə həmin məhkəmənin hökmü ilə ləğv edilməsini nəzərə alır və hesab edir ki, o, məhkumluğu olmayan şəxs hesab olunur. İş materillarında olan Abşeron Rayon Məhkəməsinin 02.01.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 23 gün müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. İş materillarında olan Abşeron Rayon Məhkəməsinin 22.01.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddəti 22.03.2021-ci il tarixədək, Abşeron Rayon Məhkəməsinin 19.03.2021-ci il tarixli qərarı ilə 05.04.2021-ci il tarixədək uzadılmışdır. Cinayət işinə əlavə olunmuş, Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, ona dəymiş ziyanın Təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyini, Təqsirləndirilən şəxs ilə barışdığını, onun Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi olmadığını bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilməlidir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Bununla yanaşı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğluna ibtidai istintaq zamanı 60 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 360 (üç yüz altmış) manat məbləğində, məhkəmə istintaqı zamanı 60 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X4 oğluna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 360 (üç yüz altmış) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43, 156, 321, 346, 347 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 60 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 360 (üç yüz altmış) manat məbləğində, məhkəmə istintaqı zamanı 60 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 360 (üç yüz altmış) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-288/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-288/2021
24.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver