Məhkəmə qərarları › İş №1(012)-288/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-288/2022

10.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-288/2022 10.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, hakim Həsənov Vaqif İskəndər oğlu Behbudova Aytac Aşura qızının katibliyi ilə, Xüsusi ittihamçı X2 və xüsusi ittiham qaydasında barəsində şikayət verilən şəxslər X6 və onun müdafiəçisi Müdafiəçi4, X13 və onun müdafiəçisi Müdafiəçi2, X11 və onun müdafiəçisi Müdafiəçi1 və X3 və onun müdafiəçisi Müdafiəçi3, iştirakları ilə, X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddləri ilə, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə, X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayət üzrə Abşeron Rayon Məhkəməsinin inzibati binasında keçirilən məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Xüsusi ittihamçı X8 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək xüsusi ittiham qaydasında barəsində şikayət verilən şəxs X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddləri ilə, X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə, X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə nəzərdə tutulan cinayət məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittihamçı X8 şikayəti onunla əsaslandırdı ki, İddia tələbi üzrə "xxxx" MMC-nin SEDA-nin rəisi Hikmət Məmmədova 18.01.2022-ci il tarixli 37/37- 00014 saylı məktubunda və FHN-nin Əməliyyat - İstintaq İdarəsi tərəfindən araşdırılmış və Baş Prokurorluq vasitəsi ilə Abşeron rayon Prokurorluğuna göndərilmiş istintaqın nəticəsi və həmin istintaq materiallarında onun əksinə olaraq bilərəkdən və qəsdən tərtib olunmuş akt və digər sənədlərin surətləri həmin prokurorluqdan götürülərək (müraciət etmiş, bildirildi ki, ancaq məhkəmə sorğusu əsasında onlara təqdim oluna bilər) qanuna müvafıq qaydada (CM , maddə 147-nin 1-ci və 2-ci bəndi, maddə 148) məhkəmədə araşdırılsın, şərəf və ləyaqətimin alçaldılması və ləkələnməsinə, nüfuzuna dəyən böyük ziyana görə ona vurulmuş mənəvi ziyana görə təzminat ödənilməsi təmin olunsun. Şər, böhtan və təhqirə görə hər kəs qanuna müvafıq qaydada cəzalandırılmalıdır. Bütün bu qanun pozuntularına görə isə "xxxx" MMC-nin rəhbərliyindəki bir qrup şəxs, direktor X18, direktor müavini X12, idarə müdiri X7 və Baş idarə statusunda olan SEDA-nm rəisi (keçmiş rəisi) X16 məsuliyyət daşıyır. Məsuliyyət daşıyan bu cavabdeh şəxslərlə əlaqə saxlamaq və yazışmalar üçün Azərbaycan Respublikasının MPM-nin 147 və 149.2.2 maddələri əsasında qeyd edir ki, direktor X18 050 *** ** ** mobil telefonu, direktor müavini X12 050 *** ** ** mobil telefonu, idarə müdiri X7 055 *** ** ** mobil telefonu, İdarənin fəaliyyət göstərdiyi ünvanda Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, X15, SEDA-nın keçmiş rəisi X16 050 *** ** ** mobil telefon, hal hazırda Mikayıl Müşfiq küçəsi, 501-ci məhəllə, FHN-nin Fövqəladə halların xəbərdar edilməsi və daxili təhlükəsizlik Baş İdarəsində şöbə müdiri vəzifəsində çalışır. Yəni bunlarla əlaqə yaratmaq və ya məktublaşmada heç bir çətinlik və problem yoxdur. O, 1988-ci ildə Ermənistan SSR-in Krasnoselo rayonunun Əmirxeyir kəndindən qaçqın düşərək Bakı şəhərində məskunlaşmış, evlidir, iki uşağı var. İkili ali təhsillidir, Azərbaycan Dövlət Universitetini və X26 İnstitutunu bitirmişdir. 10 il müəllim işləmişdir. 1988-ci ildən meşə sahəsi üzrə fəhlə kimi işə başlayaraq həmin sahədə direktor vəzifəsinə kimi yüksələrək demək olar bütün vəzifələrdə işləmiş, ona görə də bu sahə üzrə mütəxəssisdir. Bu müddət ərzində birbaşa iştirakı və nəzarəti 2000 ha-dan artıq meşə salmışdır, 6 milyondan artıq meşə əkin materialları yetişdirmiş, həm özü əkmiş, həm də Abşeron yarımadasında və Respublikanın digər ərazilərində əkilməsi üçün pulsuz olaraq paylamışdır. Hətta bütün Respublika üzrə cəmi 150-200 min əkin materialı olan vaxtlarda o 3 milyona yaxın əkin materialı yetişdirmişdir. 2004-cü ildə rəhbərlik etdiyi Ceyranbatan Meşə və Meliorasiya müəssisəsi ləğv edildikdən sonra da müxtəlif təşkilatlarda əkin materialları yetişdirməklə meliorativ və yaşıllıqlar məqsədli meşələr salınmasında işləmişdir. Şəki rayonunun Kişçay çay hövzəsinin yuxarı dağ hövzəsində 600 ha-a yaxın, yeni yaradılan Taxtakörpü su anbarı ətrafında 200 ha-a yaxın meşə və yaşılliqlar salınmasını təmin etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə bəzi su anbarları ilə birlikdə X24 da 2011-ci ildə Fövqəladə Hallar Nazirliyinə verilib. 2014-cü ildə "xxxx" MMC-nin o vaxt rəhbəri olmuş mərhum Şafıq Babayevin təkidli xahişlərini qəbul etmiş, X22 Agentliyində (SEDA) FHN-nin nazir müavininin iştirakı ilə müsahibə komissiyasında olmuş, meşələrin yenidən əvvəlki vəziyyətinə bərpa olunması və genişləndirilməsi məqsədi ilə ona əməli kömək edəcəklərinə söz verildikdən sonra təklifi qəbul edərək baş aqronom vəzifəsi ilə işə başlamışdır. Qısa zaman ərzində meşə salma ilə əlaqədar çoxlu sayda işlər görmüşdür. Lakin SEDA-nm rəhbəri Baba Azakov öz köhnə dostu Eldar Məmmədovu direktor müavini təyin edərək, direktor səlahiyyətlərini ona tapşırdı. O gələn kimi heç bir rəsmi qərar olmadan əmək müqavilələri dəyişdirək illik mükafatın 4 dəfədən bir dəfəyə endirilməsini tələb etdi. Lakin işçilər razılaşmadı. B.Azakov ona müraciət etdi ki, ilk olaraq o müqaviləyə imza atsın. O meşələri iş yoldaşlarının və özünün mənafeyindən üstün tutaraq ilk olaraq imzaladı, iş yoldaşları da onu məzəmmət edərək, kömək üçün ona ümidli olduqlarını dilə gətirərək, məcbur qalaraq yeni müqaviləyə imza atdılar. Ancaq, bunun üçün bu gün özünü çox günahkar hiss edir. Beləliklə onunla 01.10.2014-cü il tarixli əmək müqaviləsi götürülərək əvəzində 10.02.2016-cı il tarixli yeni əmək müqaviləsi qoyuldu. Bu əməliyyatın heç hüquqi dildə adı belə yoxdur. Qısa müddətdən sonra Eldar Məmmədov meşə işlərinə maneə yaratmağa başladı. Şəxsi maşınla əraziyə getməyinə qadağa qoydu, fəhlələri başqa lazımsız işlərə ayırdı, meşə ərazilərində ki, meşəçi evlərini sökdürərək, müxtəlif lazımsız, uzunmüddətli tikinti işləri görməyə başladı. Digər qanunsuz və dağıdıcı hərəkətlərinə görə işçilərin bir neçəsinin nazirliyə şikayətindən sonra onun işdən azad edilməsi gündəmə gəlmişdi. Bu zaman SEDA- nın rəisi Tale Şamçıyevi direktor vəzifəsinə gətirdi və eləcə də Eldar Məmmədovun vəzifəsində qalmasını təmin etdi. T. Şamçıyev gələn kimi etiraf etdi ki, onun təsərrüfatdan anlayışı yoxdur. Ona görə də bütün işlər yenə Eldar Məmmədovun diktəsi ilə həyata keçirilirdi. Nə qədər təzyiqlər göstərilsə də o traktorlarla da olsa əraziyə gedərək işləri görməyə çalışirdı, yaranmış problemlər haqqında məlumat verir, şikayətləri də edirdi. İmkan düşdükcə iş üçün bütün təşəbbüslərinə ciddi cəhdlə maneə yaradılırdı. O məcbur olub meşə ərazisində yaranan problemlərlə əlaqədar, ələlxüsus da Bakı-Sumqayıt trasının kənarındakı 200 ha ərazinin uzun müddətdir susuz qalmasından və onun su problemini həlli üçün cənab X10 müraciət ünvanlamış, lakin bu onlarda daha böyük qəzəb yaratmışdır. "Problem bizə məlumdur, maliyyə imkanı olan kimi həll olunacaq" cavabı yazaraq bu işi bağladılar və günü bu günə kimi həmin ərazinin suvarma suyu yoxdur, yüz elə işlər görmək üçün vəsaitlər də olub. Sonra SEDA-nin rəisi B. Azakov da vəfat etdi. Onun yerinə təyin olunan Kamal Qurbanov qısa müddət-bir ilə yaxın işlədi. Onun işindən xəbərdar olduğundan, bir neçə nəfərin işini yerinə yetirdiyindən ayda təmiz 550 manat almağı üçün maaşına əlavə 125 manat artırdı. Lakin idarənin rəhbərliyi su anbarında əsaslı başqa bir işlər olmadığından pul silmək üçün yerlər axtarır, meşələrin məhvi istiqamətində səylərini daha da artırırdılar. 22.05.2018-ci il tarixdə 0009 saylı əmrlə meşə təsərrüfatına aid olan bütün nasosxanalar Eldar Məmmədov və buraya aidiyyəti olmayan elektrotexniki qurğular üzrə mühəndis Fəxrəddin Alıyevə həvalə olundu. O bunun nəticələrini əvvəlcədən gördüyündən təbii ki, yazılı surətdə qəti etirazını bildirdi və aidiyyəti üzrə yuxarı instansiyalara bildirdi. Bunlar təqdim etdiyi sənədlərdə aydın görünür. O zənnində yanılmadı, günü bü gün heç bir nasosxana fəaliyyət göstərmir, meşələrə üç ilə yaxındır su verilməsi mümkün olmayıb. O idarənin fəaliyyətinin meşələrin məhvinə istiqamətləndiyi, yalnız öz maddi maraqları naminə çalışdıqlarını, nəinki illərdir yığılıb qalmış və yeni yaranmış problemlərin həllinin mümkün olmayacağın, heç cari işlərin də görülməsinə imkan verilməməsini nəzərə alıb, surəti Baş nazir Novruz Məmmədova olmaqla birinci vitse-prezident Mehriban xanım Əliyevaya 13.12.2018-ci il tarixli məktubla müraciət etdi. Müraciətdə dörd əsas və ən böyük problemləri, o cümlədən Bakı-Sumqayıt trassa kənarındakı meşə sahəsi, onun ikinci bir tərəfdən sahillərin yuyulması nəticəsində məhv olması, nəticədə həmin avtomobil trasının artıq sürüşmə riskində olmasını bildirərək, tövsiyə xarakterli təkliflərini verdi. Az sonra ona Nazirlər Kabinetindən məktubunun nəzarətə götürüldüyünü bildirən məktub göndərdilər. Sonra həmin məqsədlə layihələndirmə işləri aparıldı, çox böyük vəsait ayrıldı və işlərə başlanıldı. Yəni illərdir yaranmış ən böyük problemlərdən biri onun xahişindən sonra öz həllini tapdı. Lakin bundan sonra ona qarşı təzyiqlər daha da artmağa başladı. 2019-cu ilin əvvəlindən SEDAnə rəis təyin olunan Yaşar Abbasovun savadsız , səriştəsiz və acı-göz olmasından istifadə edərək onun üstünə qaldıraraq daha dözülməz hala gətirdilər. O məcbur olub orada baş verənlərin bir qismi, su anbarının düşdüyü vəziyyət, dövlətə qarşı düşünülmüş və planlı təxribatlar haqqında geniş yazaraq, FHN-nin bu anbarı saxlama qabiliyyətində olmadığın əsas gətirib, buraların əvvəlki sahiblərinə qaytarılması xahişi ilə surəti Baş X27maqla 12.10.2019-cu il tarixli məktubla təkrar müraciət etdi. Yaşar Abbasov tamah məqsədi ilə X15n balıq tutdurub satmağa başladı. Balıqların satışdan artıq qalanların diri saxlanması üçün hovuz düzəltdirmək üçün göstəriş verdi. Eldar Məmmədov və Fəxrəddin Alıyev yeri müəyyən etdilər və özünə göstərərək razılığını alıb, hovuzun yerini qazdılar və nasos qoyaraq su anbarından su çəkdilər. O yaxınlıqdakı əraziyə baxış keçirən zaman dəhşətə gəlmişdir. Hovuz "xxxx" ASC-yə məxsus, su anbarından suyu götürüb içməli su kimi istifadə olunan Ceyranbatan sutəmizləyici qurğuya su ötürən böyük D0069ametrli su borusunun üstündə, anbarın mühafizə bəndinin 7-8 metrliyində qazılıb. Qazılan yer də, su qəbuledici qurğuya qədər olan ara da qumsal torpaqdır. O əvvəlcə özlərinə izah etdi ki, bu çox böyük təhlükə mənbəyidir, boru boyu sızılaraq yığılan su sürüşmə yarada bilər, Prezidentin yaxın vaxtlarda açılışını etdiyi, çox böyük vəsaitə başa gələn, Bakı şəhəri və ümumilikdə Abşeron yarımadasını içməli su ilə təmin edən, çoxsaylı insanların işlədiyi müasir və beynəlxalq səviyyədə inşa edilmiş su təmizləyici qurğu məhv ola bilər, hətta bu hadisə su anbarının dolu olması vaxtına düşərsə, bənd də dağıla bilər, Ceyranbatan qəsəbəsi, Sumqayıt və Abşeron kanalı ətrafı çox böyük dağıntılara və insan tələfatına səbəb ola bilər. Ancaq yenə təqiblərə və təzyiqlərə, böhtanlara məruz qalmışdır. Yarana biləcək fəlakətin miqyasını və ictimai rezonansı dərk edərək, surəti nazir K. Heydərova olmaqla, Nazirliyin Daxili təhlükəsizlik idarəsinə yazılı məlumat verdi. Digər əlaqəli təşkilatların da ciddi təpgisi nəticəsində balıq tutulması da, hovuz da ləğv edildi. 2020-ci ilin əvvəlində onun xahişi ilə qalan meşə sahəsinin mühafizəsi və sahillərin yuyulmasının qarşısının alınması məqsədi ilə layihənin başlanması zamanı yenidən gərginlik artdı və pik həddə çatdı. Layihədə kənardan torpaq daşınması üçün nəzərdə tutulan torpağın əvəzinə 30 m enində çoxillik meşə zolağını məhv etmək istəyirdilər. Bu isə avtomobil yoluna daha 30 m yaxınlaşaraq yolu böyük risk altında qoymaq idi və çox da uzun olmayan zaman kəsiyində sürüşmənin olma ehtimalı çox yüksək idi. O bunun qarşısını əsaslandirilmış surətdə yazılı bildirərək almışdır. Baş verənlərə əlaqədar surəti cənab X4maqla 15.02.2020-ci il tarixli məktubla FFİN-nin Daxili Təhlükəsizlik Baş idarəsinin rəisi Valeh Abdullayevə müraciət etmişdir. Meşəsiz ərazilərdə müəyyən işlər görülsə də əsas işlər yarımçıq olaraq qalıb.. Özləri savadsız və səriştəsiz olduqlarına görə, dəfələrlə məntiqsiz və riyakar böhtanlar onu oradan aralamaq üçün heç bir nəticə vermədiyindən yaşının 65 olmasından istifadə edib onu uzaqlaşdırmaq istədilər ki, öz çirkin niyyətlərini həyata keçirsinlər. Karantin rejimi dövründə o evdə olan vaxt "xxxx" MMC-nin direktoru T. Şamçıyev ona 14.04.2020-ci il tarixli 37/00134(37/1) tarixli poçtla göndərdiyi məktubda 29 may 2020-ci il tarixdə əmək müqaviləsimə xitam veriləcəyini bildirmişdir, Lakin məktub ona çatmayaraq, geri qayıdıb və o 22.05.2020-ci tarixdə idarəyə gedib, məktubla tanış olmuş, surətinə imza atıb götürmüşdür. Həmin zaman ona bildirilmişdir ki, 22.06.2020-ci il tarixdə müqaviləyə xitam veriləcək. O həmin məktuba cavab olaraq 02.06.2020-ci il tarixli məktubla izahlı surətdə cavab verib bildirdi ki, onun işlədiyi müəssisə büdcədən maliyələşən dövlət müəssisəsi olmadığından qanuna görə əmək müqaviləsinə xitam verilə bilməz. O özü Prezidentə və dövlətə xəyanət edərək həbs olunan icra başçısının qaynıdır, əslində gördüyü işlərə görə də işdən getməli odur və bunu da birbaşa məktubda qeyd etmişdir. 04.06.2020-ci il tarixdə meşə ərazisində ərazidən keçən elektrik xəttindən yanğın baş vermişdir. Yanğının söndürülməsində və daha böyük ərazilərə yayılmasının qarşısının alınmasında şəxsən aktiv iştirak etdi, təcrübəsi əsasında lazımi tədbirlərin görülməsinə rəhbərlik etdi, ərazini ancaq o yaxşı tanıdığından yanğınsöndürmə maşınlarının keçidlərini təmin etdi, ərazidəki suvarma xətlərini açaraq yanğın ərazisinə su verilməsini, maşınların uzağa getmədən su təminatını, mövcud su borularından yanğınsöndürənlərin pompasına birləşmə verməklə yanğının söndürülməsində bacardığı hər şeyi etdi. Lakin meşəyə xeyli ciddi ziyan dəydi. Meşələr onun həyatı qədər önəmli olduğundan bu ona olduqca pis təsir etdi. Bunu görən idarə rəhbərliyində olan o qrup ona öldürücü təsir məqsədi ilə böhtan atdılar ki, guya meşəni o yandırmışdır. Bu isə bütün işçilərin sərt təpgisi ilə qarşılandı. Səhərisi günü ona daha da mənəvi, psixoloji ziyan vurmaq məqsədi ilə komissiya düzəldib, guya meşənin onun tərəfindən qəsdən yandırılması haqqında Tale Şamçıyev, Eldar Məmmədov, Fəxrəddin Alıyev, onlara yaxın və qorxudulan bəzi 1-2 nəfərin iştirakı ilə akt tərtib etdilər, sorğu-sual apardılar, yazılı və audio izahatlar aldılar. Bu artıq həm də, onu təhqir etmək demək idi. Ona qarşı cinayət işi qaldırmaq məqsədi ilə FHN-nin İstintaq idarəsinə göndərdilər. Buna rəhbərliyi və göstərişi isə SEDA-nın rəisi Yaşar Abbasov vermişdi. O həm yanğının təsirindən, həm meşələrə və suvarma sisteminə dəyən ziyanın təsirindən və rəhbərlikdəkilərin iyrənci davranışlarının təsirindən xəstələndi. Hətta bu yetmirmiş kimi X23 Nazirliyinə zəng vurub ki, ona bülleteyn verilməsin. Ona bütün həkimlərin komissiyası ilə müayinə etdilər və ciddi xəstəlikləri ortaya çıxdı. O 12.06.2020-ci il tarixdə surəti FHN-nin müavini Tapdıq Əmiraslanova olmaqla SEDA-nin rəisi Yaşar Abbasova həmin yanğın, onların yarıtmaz fəaliyyəti, daha böyük təhlükələrin olacağı ilə əlaqədar etirazını bildirdi, hətta rəhbərlik və himayə etdiyi qrupun şərəfsizliyi haqqında birbaşa bildirdi. Doğrudan da qısa müddətdə dalbadal 4-5 böyük yanğınlar baş verdi, ümumilikdə 100 ha-a yaxın ərazini əhatə edən yanğınlar nəticəsində 50 ha-dan artıq çoxillik örtülü meşə sahələri məhv oldu. Bəlkə də o orada olsaydı bir hissəsini xilas edə bilərdi. FHN-nin istintaq idarəsi onun haqqındakı böhtan xarakterli tərtib olunmış sənədləri yerində ciddi araşdırdilar və ona qəsdən şər və böhtan atdıqları tam aydınlığı ilə məlum oldu. O su nasos stansiyalarının işləməməsi, suyun səviyyəsinin düşməsi və ilin axırına qədər lazımi səviyyəyə qalxma ehtimalının olmaması, meşələrdə başqa texnoloji işlərin görülməsi üçün fəhlə qüvvəsinin olmaması səbəbindən, çarəsiz vəziyyətdə qalaraq meşələrin gözləri önündə məhv olmasına dayana bilmədiyindən 05.06.2020-ci il tarixdə iyun ayının 29-dan etibarən son 4 il üçün qalmış məzuniyyət haqqının ikisindən istifadə etməklə və 3-4 ay öz hesabına məzuniyyətə çıxmağı haqqında ərizə verdi. Lakin direktor T.Şamçıyevin göstərişi ilə ərizəni qəbul etmədilər. Ona görə də 09.06.2020 il tarixdə ona qanunvericilikləri pozmaqla yanaşı ölkənin ekoloji və iqtisadi təhlükəsizliyinə ciddi ziyan vurduğunu xatırladaraq ərizəni poçt vasitəsi ilə göndərdi. O xəstəlik vərəqini idarəyə təhvil verəndə bildi ki, onun 65 yaşının tamam olması ilə əlaqədar 01.07.2020-ci il tarixdən əmr verilib və poçtla göndərilib. O ümumi şöbədən həmin əmrin surətini götürdü. Qeyd edir ki, SEDA və onun idarəsi "xxxx" MMC yarandığı gündən həmişə yaşı 65-dən yuxarı şəxslər olub və hələ heç kimə bu yaş həddi tətbiq edilməyib. Hal-hazırda da yaşı 65-dən yuxarı 30-dan artıq adam var və rəhbərlikdəkilər də o yaş həddindədir. Ancaq yaşı 65-dən yuxarı, fəhlə kateqoriyasına daxil olanların əksəriyyəti digərlərinə nisbətən daha cox fayda verirlər. Əmri aldıqdan sonra, əmrin tam olaraq qanunsuz olduğunu bildiyindən Səbail Rayon Məhkəməsinə əmrin ləğv edilməsi ilə işinə bərpa olunmağı və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi üçün iddia ərizəsi ilə müraciət etdi. İddia ərizə qanunvericiliyə tam uyğun olaraq əsaslandırılmışdı və şübhə doğuracaq heç nə yox idi və bu bəlkə də işi aparan hakim Rəna Qafarovaya da tam aydın idi. Məhkəmənin ikinci iclasında qarşı tərəfdən SEDA rəisi Yaşar Abbasovun imzası ilə "xxxx" MMC-nin güya dövlət büdcəsindən maliyələşən müəssisə olması haqqında arayış təqdim edildi. O arayışın saxta və yalan olması, hətta qanunvericiliklərdə nəzərdə tutlduğu kimi cinayət xarakteri daşımasını qeyd etdi. Lakin hakim həmin arayışı əsas tutub iddianı təmin etmədi. O Məhkəmənin qərarından apelyasiya şikayəti vermək məcburiyyətində qaldı. Apelyasiya məhkəməsinə də əsalandırılmış izahatlarında birlikdə müraciətlərinə X5, Milli Məclisin İqtisadiyyat şöbəsindən aldığı məktubları da əlavə etdi. Birinci iclas zamanı isə X1 Agentliyindən "xxxx" MMC-nin dövlət büdcəsindən maliyələşən müəssisə statusuna malik olmadığı və Xəzinədarlıqda xəzinə xidmətində olmadığı haqqında rəsmi məktubu təqdim etdi. Lakin ikinci iclasda bu sənədə qarşı direktor Tale Şamçıyevin, SEDA rəisi Yaşar Abbasovun və çox təəssüflər olsun ki, Nazir müavini Tapdıq Əmiraslanovun imzası ilə "xxxx" MMC-nin büdcədən maliyələşən müəssisə olduğunu qətiyyətlə iddia etməklə bərabər, mənfəət vergisi vermədiklərinə dair vergi Bəyənnaməsi təqdim etdilər. Bu isə onların hamısının savadsızlığını bir daha təsdiq etdi, çünki vergidən yayındıqlarını öz əlləri ilə təsdiq etmiş oldular. Təbii ki, bu da məhkəmədə təəssüf və gülüş yaratdı və mənkəmə onun iddiasını təmin etdi. Bütün bu olanların nəticəsi kimi o 15.10.2021-ci il tarixdə bütün bu baş verən qanunsuzluq və özbaşınalıqlar barədə, yarıtmaz təsərrüfatsızlıq nəticəsində yaranmış vəziyyət barədə FHN, nazir cənab Kəmaləddin Heydərova geniş məktub ünvanladı və çəkinmədən də vəziyyətdən çıxış yolu kimi, xalqın və dövlətin mənafeyi naminə atılmalı olan təklifini verdi. Məktub nazirliyin Daxili Təhlükəsizlik baş idarəsinə, oradan SEDA-a, oradan isə "xxxx" MMC-yə göndərilib. Guya orada onun məktubunda qaldırılan məsələlər araşdırılıbdır. Əslində isə qaldırılan məsələlər qalıb bir kənarda, direktor müavini Eldar Məmmədov və idarə rəisi Fəxrəddin Alıyevlə birlikdə ona qarşı yenə şər-böhtan ataraq, şərəf və ləyaqətimi alçaltmaq və işgüzar nüfuzuma ziyan vurmaq məqsədi ilə "Arayış" hazirlayıb SEDA-nm yeni rəisi Hikmət Məmmədova məktubla göndərmişlər. Məktubun bir surəti ona ünvanlanıb və bu məktubu H. Məmmədova göndərdiyi vaxtla yox, bir aya yaxın gec göndərmişlər. Məqsəd isə o olubdur ki, bundan onun xəbər tutub, reaksiya verənədək bu cənab nazirə çatdırılsın. O bu məktubu alan kimi surəti X4maqla iftira dolu bu "Arayış" ilə bağlı münasibətini bildirmiş, atılan şər-böhtanla əlaqədar məhkəməyə müraciət edəcəyini də bildirmişdir ki, bunları məhkəmədə sübut etsinlər. İddia tələbi üzrə FHN-nin Əməliyyat-İstintaq İdarəsinin ona atılan çox ağır şər və böhtanla, ağır təhqirlə əlaqədar istintaqın nəticəsi həmin İdarədən götürülərək qanuna müvafıq olaraq məhkəmədə araşdırılsın, şərəf və ləyaqətinin ləkələnməsinə, maddi və mənəvi zərərə görə təzminat ödənilməsi təmin olunmalı, təhqirə görə qanunvericiliyə uyğun çəzalandırılmalıdirlar. Onun həmin idarəyə müraciəti zamanı məlum oldu ki, həmin sənədlər Abşeron rayon prokurorluğuna göndərilib. Lakin real vəziyyəti nəzərə alıb, şərəf və ləyaqətinin ləkələnməsinə, sağlamlığına vurduqları zərərə və mənəvi ziyana görə Mülki Məcəllə və Azərbaycan Respublikası Ali Məhkəməsinin 14.05.1999-cu il tarixli 4 N-li, Ali Məhkəmənin Plenimunun 21.03.2014-cü il tarixli 3N-1İ qərarlarına uyğun şəkildə həllini tapması üçün, səhhəti ilə yaranmış problemlərlə əlaqədar olaraq sabiq SEDA rəisi, FHN Baş idarəsinin əməkdaşı Yaşar Abbasov, "xxxx" MMC-nin direktoru Tale Şamçıyev, həmin müəssisənin direktor müavini Eldar Məmmədov və X24 İstismar İdarəsinin rəisi Fəxrəddin Alıyevin maaşlarından tutulmaqla təzminat ödəmələri təmin edilməlidir. Beləliklə Ona qarşı heç bir əsas olmadan rəhbərlik səviyyəsində, kollektiv şəkildə təşkil olunmuş və həyata keçirilmiş təzyiqlər, şər, böhtan, iftiralara uzun müddət dözərək dövlət və xalq naminə öz iş fəaliyyətini həmişəki kimi, heç nə ummadan və böyük həvəslə davam etdirmiş, hətta 04.06.2020-ci il tarixdə baş vermiş yanğın zamanı, yanğının söndürülməsindəki fədakar əməyini və əziyyətinin əksinə olaraq, yanğının elektrik xəttindən baş verdiyini bildikləri halda, guya yanğının onun tərəfindən qəsdən törədilməsinə dair ona böhtan ataraq, akt tərtib etmələrinə və istintaqa göndərməklə şərəf və ləyaqətini ləkələməyə, işgüzar nüfuzuna böyük zərbə vurmalarına rəğmən haqq-ədalətin tezliklə öz yerini tutacağına inanaraq dözmüşdür. Lakin həmin dəstə öz əməllərindən əl çəkmək əvəzinə FHN SEDAnin yeni rəisi Hikmət Məmmədova 18.01.2022-ci il tarixli 37/37-00014saylı məktubla yenidən rəsmi şəkildə böhtan atmaqla yanaşı ağır təhqir edərək, şərəf və ləyaqətimi alçaltmış və ləkələmiş, işgüzar nüfuzuna böyük ölçüdə ziyan vuraraq, onu bir daha nüfuzdan və gözdən salmağa çalışdıqlarına görə Azərbaycan Respublikasının qanun və qanunvericiliklər əsasında və Cinayət məcəlləsinin 147 maddəsinin 1-ci və 2-ci bəndləri və 148-ci bəndi əsasında mühakimə olunması haqqında qərar qəbul edilməsini, ona qarşı tərtib olunmuş akta imza etmiş digər şəxslərin də eyni qaydada mühakimə olunması təmin olunsun ki, gələcəkdə belə haqsızlıqlara yol verməsinlər və digərlərinə də bir dərs olunmasını, əlavə olaraq xahiş edir ki, ona qarşı şər və böhtan atdıqları, təhqir etdikləri, şərəf və ləyaqətinin nalayiq formada qəsdən alçaldılması və işgüzar nüfuzuna vurduqları zərərə görə rəsmi olaraq ondan "xxxx" MMC tərəfindən rəsmi şəkildə üzr istənilməsini və ona qarşı təşkil edilmiş və yazılı sənədlərdəki iftiraların yazılı və möhürlü sənədlə təkzib edilməsi təmin olunmasını xahiş edir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında barəsində şikayət verilən şəxs X14 və onun müdafiəçisi Müdafiəçi4 bildirdi ki, xüsusi ittiham qaydasındakı şikayətinin əsassız və qanunsuz olduğundan, şikayətin əsaslılığını təsdiq edəcək mötəbər sübutlar olmadığından, X6 əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələrinin tərkibi olmadığından verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməməsi, yəni məhkəmə tərəfindən şikayətin icraata qəbul edilməsindən imtina barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında xüsusi ittiham qaydasında barəsində şikayət verilən şəxs X21 və onun müdafiəçisi Müdafiəçi2 bildirdi ki, xüsusi ittiham qaydasındakı şikayətinin əsassız və qanunsuz olduğundan, şikayətin əsaslılığını təsdiq edəcək mötəbər sübutlar olmadığından, X13 əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələrinin tərkibi olmadığından verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməməsi, yəni məhkəmə tərəfindən şikayətin icraata qəbul edilməsindən imtina barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında xüsusi ittiham qaydasında barəsində şikayət verilən şəxs X17 və onun müdafiəçisi Müdafiəçi1 bildirdi ki, xüsusi ittiham qaydasındakı şikayətinin əsassız və qanunsuz olduğundan, şikayətin əsaslılığını təsdiq edəcək mötəbər sübutlar olmadığından, X11 əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələrinin tərkibi olmadığından verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməməsi, yəni məhkəmə tərəfindən şikayətin icraata qəbul edilməsindən imtina barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında xüsusi ittiham qaydasında barəsində şikayət verilən şəxs X9 və onun müdafiəçisi Müdafiəçi3 bildirdi ki, xüsusi ittiham qaydasındakı şikayətinin əsassız və qanunsuz olduğundan, şikayətin əsaslılığını təsdiq edəcək mötəbər sübutlar olmadığından, X3 əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələrinin tərkibi olmadığından verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməməsi, yəni məhkəmə tərəfindən şikayətin icraata qəbul edilməsindən imtina barədə qərar qəbul edilməsini xahiş etdi. Xüsusi ittiham qaydasında şikayəti öyrənib hesab edirəm ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul olunmasından imtina edilməlidir. Belə ki, ərizədən göründüyü kimi, ərizədə şikayət verilən şəxslər haqqında məlumatlar tam şəkildə öz əksini tapmamış, həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin məhz X14, X21, X17 və X9 tərəfindən törədilməsinə dair sübutlar göstərilməmiş və sübutlar ərizəyə əlavə edilərək məhkəməyə təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinin tələbinə görə isə şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, xüsusi ittihamçı X2 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul olunmasından imtina edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300.1.3, 300.5, 302.1.3, 302.2.3 və 384.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Xüsusi ittihamçı X2 xüsusi ittiham qaydasında barəsində şikayət verilən şəxslər X6, X13, X11 və X3 barəsində Azərbaycan Respublikası CM-nin 148-ci, 147.2-ci və 147.1-ci maddələri ilə xüsusi ittiham qaydasında cinayət işi başlanmasına dair şikayətinin icraata qəbul olunmasından imtina edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar