Məhkəmə qərarları › İş №1(012)-288/2023

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-288/2023

05.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-288/2023 05.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon(şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1998-ci ildə Quba rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin sağlamlığı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurma cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 14 iyul 2022-ci il tarixdə saat 04 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi “Qurtuluş 93” yaşayış kompleksi ərazisində tanışı Zərərçəkmiş şəxs ilə mənasız zarafatlar etməsi səbəbindən sonuncu ilə aralarında yaranmış söz mübahisəsi zamanı şəxsi münasibətlər zəmnində xuliqanlıq niyyəti ilə, yəni cuzi səbəbdən öz davranışı ilə ictimai qaydaları və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə özünü ətrafdakılara qarşı qoyaraq Zərərçəkmiş şəxs qəsdən iki dəfə yumruqla çənə nahiyəsindən vuraraq ona çənə sümüyünün yerdəyişmiş qapalı sınıqları,boyunun sol çiyin qurşağı nahiyəsinin və sol saidin sıyrıq yarası ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun dostudur, iki ildir ki onunla yaxın dostluq münasibətləri vardır.xx.xx.2022-ci il tarixdə təxminən saat 01 radələrində dostu Kamran ona zəng vuraraq onu həyətə çağırmışdır.O, həyətə düşdükdə Kamran ona bildirmişdir ki, saat gec olduğu üçün evə gedə bilmir. Atası evdədir.Əgər bu saatda evə getsə atası oyanacaq və evə gəc gəldiyi üçün onu danlayacaq . Kamran ondan xahiş etmişdir ki, gecəni səhərə qədər onunla bir evdə qalsın və səhər atası işə getdikdən sonra öz evlərinə getsin.Bu zaman Seymur ona bildirmişdir ki, onu 1 2 saat evində qonaq edə bilər lakin səhərə qədər onu evdə qonaq edə bilməz. Kamranla yaxın dostluq münasibəti olduğu üçün Kamranı evində qonaq etmək istəməməyi onun xətrinə dəymiş və bu səbəbdən onunla mübahisə etməyə başlamışdır.Həmin vaxt Kamran spirtli içkinin təsiri altında olmuşdur. Bu zaman Kamranı evində qonaq etmək istəməməyi Zərərçəkmiş şəxs xətrinə dəymiş və bu səbəbdən də münaqişə etməyə başlamışdır.Kamran onun üstünə gələrək onu itələməyə başlamışdır Bu zaman o, Kamranın sinəsindən yumruqla vurmaq istəmiş.yumruq vuran zaman yumruq Kamranın sinəsindən deyil çənə nahiyyəsindən dəymişdir. Kamran zərbənin təsirindən çənəsini tutmuşdur.O də zərbənin sərt alındığını görüb Kamranın yanına getmişdir. Kamranın ağzının qanadığını görmüşdür. Bundan sonra Kamranı yaşadığı evə aparmışdır. Kamran ağzını onların evində su ilə yumuşdu. Aralarında baş vermiş dava-dalaşdan sonra təxminən səhər saat 07 radələrinə qədər Kamran onun evində olmuşdur.O, elə düşünmüdür ki, Kamranın dişi sınıb. Həmin gün səhər saat 07 radələrində Kamran onların evindən çıxıb öz evlərinə getmişdir.Bundan sonra da Kamranın telefonuna zəng çatmadığı üçün ondan xəbəri olmamışdır. Təqsirləndirilən şəxs sonda əməlində səmimi peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini nəzərə almaqla, ona yüngül cəza təyin edilməsini, məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə bir müddət əvvəl dostluq münasibətində olmuşdur. xx.xx.2022-ci il tarixdə təxminən saat 03:30 radələrində o, Bakı şəhərində yaşayan dayısıgildən yaşadığı Abşeron rayonu Masazır qəsəbəsinə qayıdan zaman onun mobil telefonuna Seymurdan mesaj gəlmişdir. O, Seymura zəng vuraraq mesajı soruşmuşdur. Seymur mesajın ona səhvən gəldiyini bildirmişdir. O, həmin vaxtı spirtli içki qəbul etmişdir. O, həmin vaxtı spirtli içki qəbul etdiyi üçün Seymurla görüşüb bir az həyətdə oturub söhbət etmək istədiyini bildirmişdir. Həm də spirtli içki qəbul etdiyi halda evdə atası ilə üz-üzə gəlmək istəmədiyini atası işə getdikdən sonra evə getmək istədiyini bildirmişdir. O,Bakı şəhərindən bir-başa Seymurun yaşadığı Abşeron rayonu Masazır qəsəbəsi “Qurtuluş 93” yaşayış kompleksində Seymurun yaşadığı binanın qarşısına gəlmişdir. Həmin vaxtı o, Seymurla bir az söhbət edib təmiz havada gəzmişdir. Bundan sonra o Seymura bildirmişdir ki, onun yaşadığı evə gedib səhərə qədər atası işə gedənə qədər orada qalmaq ondan sonra səhər üzü evə getmək istəyir.Seymur da onunla razılaşmışdır. Seymurla birlikdə Seymurun evinə doğru gedən zaman Seymur onunla mənasız zarafatlar etməyə başlamışdır.Bu zaman o Seymura onunıa mənasız zarafatlar etdiyi üçün iradını bildirmişdir. Lakin Seymur buna məhəl qoymamışdır. Bundan sonra növbəti dəfə Seymur onunla mənasız yersiz zarafat etdikdə o, Seymuru söymüşdür. Bundan sonra Seymur onun üstünə gəlmiş və onlar münaqişə etməyə başlamışlar.Bu zaman o, Seymurun sinəsindən itələmişdir.Seymur isə bu zaman onun üz nahiyyəsindən yumruqla vurmuşdur. Bundan sonra Seymur nə isə küt bir əşya ilə onun çənə nahiyyəmə ikinci dəfə vurmuşdur.Zərbənin təsirindən o, yerə yıxılmış və huşunu itirmişdir. Özünə gəldiyi zaman Seymur onu sakitləşdirmişdir ki, narahat olma heç bir şey olmayıb, ağzı qanamışdır. Seymur onu öz evlərinə aparıb ağzını su ilə yumuşdur. Həmin vaxtı nə Seymur nədəki o çənəsinin sınmasından xəbəri olmamışdır.Bundan sonra o, Seymurgildən çıxıb öz evinə getmişdir. Bundan sonra evdə olan zaman çənəsinin sındığını görüb həkimə müraciət etmişdir.Həmin vaxtı ətrafda Seymurdan və ondan başqa heç kim olmamış aralarında baş vermiş münaqişə təxminən 10-15 dəqiqə davam etmişdir. sonda bildirmişdir ki, hazırda təqsirləndirilən şəxslə barışmışdır. Şikayətçi deyil, yüngül cəza təyin edilməsini xahiş etmişdir. Cinayət işi materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunmuş iş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 1533 saylı rəyində qeyd olunmuşdur ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər –çənə sümüyünün yerdəyişmiş qapalı sınıqları,boyunun,sol çiyin qurşağı nahiyyəsinin və sol saidin sıyrıqları bərk küt əşyanın təsirindən törənmişlər,qərarda qeyd olunan müddətə və müayinə olunan şəxsin göstərdiyi şəraitə yəni xx.xx.2022-ci il tarixdə qeyd olunan nahiyyələrə dəmir parçası ilə vurulma nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxs qismində verdiyi ifadəsi, ekspert rəyi, eləcə də cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Beləliklə Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 127.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və onlara Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildikləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş məhkumluq barədə tələbnamə arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır və təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini, cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, təqsirləndirilən şəxsin şəxsiyyətini və təyin olunan cəzanın onun ailəsinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və sonuncunun ona qarşı hər hansı şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş məhkumluq barədə xx.xx.2022-ci il tarixli tələbnamə arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 127.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər, bu növ cəzaların təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Eyni Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Hökmün icrası təqsirləndirilən şəxslərin yaşayış yeri üzrə Sumqayıt Şəhər Probasiya Şöbəsinə həvalə olunmalıdır. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar qəbul edilmiş, lakin Təqsirləndirilən şəxs istintaqın çağırışlarından qəsdən yayındığından ona həmin maddə ilə ittiham elan edilməsi mümkün olmamış və barəsində həmin tarixdə axtarış elan edilərək cinayət işi üzrə icraat tərəfindən Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə könüllü olaraq Abşeron RPİ-nin istintaq şöbəsinə gəldiyi üçün xx.xx.2023-cü il tarixdə cinayət işi üzrə icraat təzələnmiş və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmiş barəsində həmin tarixdə "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olubolmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması ilə bağlı cəza təyin edildiyindən, Təqsirləndirilən şəxs barəsində seçilmiş "polisin nəzarəti altına vermə" qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. İş üzrə məhkəmə xərci, maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin, 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 00:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayon ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Hökmün icrası Sumqayıt Şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar