Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-288/2024 03.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1981-ci ildə Gədəbəy rayonu, Arabaçı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, işləməyən, Gədəbəy rayonu, Çiçəkli kəndində qeydiyyatda olan və Abşeron rayonu, Hökməli qəsəbəsi, yeni yaşayış massivində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs özgənin əmlakını aldatma yolu ilə ələ keçirmək məqsədilə X2 etibarından sui-istifadə edərək sonuncu ilə birlikdə qeyri-rəsmi nikahda yaşayan Şahid 900 manat müqabilində sürücülük vəsiqəsi düzəldəcəyinə yalandan vəd verib aldadaraq, Taliyə Əliyevanın 2023-cü ilin fevral ayının əvvəllərində Bakı şəhəri, Binəqədi rayonu, Müşfiqabad qəsəbəsi ərazisində yerləşən “İdeal” marketin qarşısında ona verdiyi 300 manat, bundan təxminən 2-3 gün sonra Abşeron rayonu, Hökməli qəsəbəsi, Atyalı yaşayış massivində yerləşən “Vüsal Məkan” adlı kafenin yaxınlığındakı marketdən elektron ödəmə terminalı vasitəsilə onun Bank kartına göndərdiyi 100 manat, bundan təxminən 10 gün sonra eyni üsulla göndərdiyi 200 manat, bundan təxminən 10 gün sonra Abşeron rayonu, Hökməli qəsəbəsi, “28 May” yaşayış massivində yerləşən “Çiçək” adlı kafedə 300 manat və təxminən 10 gün sonra həmin kafedə verdiyi 100 manat pulunu vahid niyyətlə alıb ələ keçirməklə zərərçəkmiş X4 ümumilikdə 1000 manat məbləğində ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Gədəbəy rayonu, Çiçəkli kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Hökməli qəsəbəsi, yeni yaşayış massivində ailəsi ilə birlikdə yaşayır. X2 onun barəsində etdiyi şikayət ərizəsi ilə bağlı bildirir ki, həqiqətəndə o, Taliyə Əliyevanı 2022-ci ilin sentyabr ayından tanıyır. Taliyə həmin ərəfədə onun Abşeron rayonu, 28 May qəsəbəsində yerləşən “Çiçək” adlı kafesində afısiant kimi işləməyə başlamışdır. Bir müddət sonra isə Taliyə iş yerini dəyişərək Abşeron rayonu, Hökməli qəsəbəsi, Atyalı yaşayış massivində yerləşən “Vüsal Məkan” adlı kafedə afısant kimi işə başlamışdır. 2023-cü ilin fevral ayının əvvəllərində o, həmin “Vüsal Məkan” adlı kafedə olan zaman Taliyə qeyri-rəsmi birlikdə yaşadığı Şahid sürücülük vəsiqəsi almaq istədiyini bildirmişdir. Ona görə də o, bir tanış kimi bu barədə maraqlanıb ona məlumat verəcəyini demişdir. Bundan bir gün sonra o, Taliyə ilə mobil telefon əlaqəsi saxlayıb ona DİN-in BDYPİ-nin Sumqayıt şəhərində yerləşən Qeydiyyat və İmtahan şöbəsində tanışının olduğunu bildirib 900 manat müqabilində ona sürücülük vəsiqəsinin alınmasını həll edə biləcəyini demişdir. Taliyə də onunla razılaşdığına görə 2023-cü ilin fevral ayının əvvəllərində o, Taliyənin yaşadığı evə getmiş və Taliyə qeyri-rəsmi birlikdə yaşadığı Şahid şəxsiyyət vəsiqəsini və lazım olan digər sənədləri ona vermişdir. Həmçinin həmin vaxt onlar birlikdə onun idarə etdiyi avtomobillə Bakı şəhəri, Binəqədi rayonu, Müşfiqabad qəsəbəsi ərazisində yerləşən “İdeal” marketə getmişlər. Taliyə həmin marketdə yerləşən “Uni” banka məxsus bankomatdan plastik kartı vasitəsilə 300 manat çıxararaq həmin yerdə ona vermişdir. Bundan təxminən 2-3 gün sonra o, Taliyəyə zəng edərək işi düzəldən adamın qalan pulu da istədiyini, hazırda ona 100 manat verməyi, qalan 600 manatı da sürücülük vəsiqəsini götürən zaman verməli olduqlarını bildirmişdir. Ona görə də Taliyə həmin vaxt ona şəklini göndərdiyi bank kartına elekton ödəmə terminalı vasitəsilə 100 manat da göndərmişdir. Bundan təxminən 10 gün sonra Taliyə bu məqsədlə onun həmin bank kartına 200 manat da göndərmişdir. Bildirir ki, Taliyə həmin ərəfələrdə onun icarəyə işlətdiyi “Çiçək” adlı kafedə yenidən afisiant kimi işə başlamışdır. Taliyə həmin kafedə işə başladıqdan təxminən 10 gün sonra ona həmin “Çiçək” adlı kafedə bu işə görə 300 manat da vermişdir. Bundan təxminən 10 gün sonra o, Taliyəyə bildirmişdir ki, sağlamlıq haqqında arayışı və digər sənədləri almaq üçün 100 manat da lazımdır. Ona görə də Taliyə ona “Çiçək” adlı kafedə 100 manat da vermişdir. Beləliklə Taliyə ona qeyri-rəsmi birlikdə yaşadığı Şahid sürücülük vəsiqəsi alması məqsədilə 2023-cü ilin fevral-mart ayları ərzində ümumilikdə 1000 manat vermiş olmuşdur. O, Taliyəyə bu işi 1 ay müddətində həll edəcəyinə söz versə də ona pul lazım olduğu üçün ondan bu işə görə hissə-hissə aldığı ümumilikdə 1000 manat pulu öz ehtiyaclarına xərcləmiş və verdiyi vədinə əməl edə bilməmişdir. Bundan sonra Taliyə işlətdiyi “Çiçək” adlı kafedən işdən çıxmışdır. Bundan bir müddət sonra o, Taliyə Əliyevadan qeyri-rəsmi birlikdə yaşadığı Şahid sürücülük vəsiqəsi düzəldəcəyi məqsədilə hissə-hissə aldığı 1000 manat pulun 200 manatını geri qaytarsa da qalan 800 manat pulu maddi vəziyyəti yaxşı olmadığına görə qaytara bilməmişdir. Ona görə də Taliyə Əliyeva onun barəsində şikayət etmişdir. Lakin qeyd edir ki, Taliyə onun barəsində şikayət etdikdən bir müddət sonra ona qaytarmalı olduğu qalan 800 manat pulunu da hissə-hissə özünə qaytarmışdır. Taliyənin pulunu qaytardığına görə də barəsində aparılan araşdırmanın sona çatacağını düşünüb çağırışlardan yayınsa da xx.xx.2023-cü il tarixdə polis əməkdaşları tərəfindən tutularaq Abşeron rayon polis idarəsinə gətirilmişdir. Bir daha bildirir ki, o, 2023-cü ilin fevral-mart ayı ərzində Taliyə Əliyevadan hissə-hissə olmaqla ümumilikdə 1000 manat pulu sonuncunun qeyri-rəsmi birlikdə yaşadığı Şahid sürücülük vəsiqəsi düzəltməyi məqsədilə almışdır. Lakin pula ehtiyacı olduğuna görə həmin 1000 manat pulu xərcləyib vədinə əməl edə bilməmişdir. Hazırda zərərçəkmiş şəxsə vurduğu ziyanı tam ödəmişdir. Əməlindən peşmançılıq çəkir, işin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, Şəmkir rayonu, Qədimqala kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən nömrəsiz fərdi evdə övladları ilə birlikdə kirayədə yaşayır. Mahiyyəti üzrə bildirir ki, barəsində şikayət etdiyi şəxs Abşeron rayonu, 28 may qəsəbəsi ərazisində yaşayan Təqsirləndirilən şəxsdur və o, Təqsirləndirilən şəxs 2022-ci ilin sentyabr ayından tanıyır. Belə ki, o, həmin ərəfədə Həzinin Abşeron rayonu 28 May qəsəbəsində yerləşən “Çiçək” adlı kafesində afısiant kimi işləmişdir. O, bir müddət Həzinin yanında işlədikdən sonra iş yerini dəyişərək Abşeron rayonu, Hökməli qəsəbəsi, Atyalı yaşayış massivində yerləşən “Vüsal Məkan” adlı kafedə afısant kimi işə başlamışdır. 2023-cü ilin fevral ayında o, qeyri-rəsmi birlikdə yaşadığı Şahid sürücülük vəsiqəsi almaq qərarına gəlmişdir. Ona görə də bir tanış kimi Təqsirləndirilən şəxs mobil telefonuna zəng edib ondan sürücülük vəsiqəsini necə ala biləcəyini soruşmuşdur. Həzi də ona Sumqayıt şəhərində sürücülük məktəbində tanışının olduğunu bildirib imtahanla birlikdə 900 manat müqabilində hamısını həll edəcəyinə söz vermişdir. 2023-cü ilin fevral ayının əvvəllərində o, yaşadığı evdə olarkən Həzi onlara gəlmiş və o, qeyri-rəsmi yaşadığı Şahid şəxsiyyət vəsiqəsini və lazım olan digər sənədləri Həziyə vermişdir. Həmçinin həmin vaxt onlar birlikdə Həzinin idarə etdiyi avtomobillə Bakı şəhəri, Binəqədi rayonu, Müşfiqabad qəsəbəsi ərazisində yerləşən “İdeal” marketə getmişlər. O, həmin marketdə yerləşən “Uni” banka məxsus bankomatdan öz plastik kartı vasitəsilə 300 manat çıxararaq həmin yerdə Həziyə vermişdir. Bundan təxminən 2-3 gün sonra o, Abşeron rayonu, Hökməli qəsəbəsi, Atyalı yaşayış massivində yerləşən “Vüsal Məkan” adlı kafedə işdə olduğu zaman Həzi ona zəng edərək işi düzəldən adamın qalan pulu da istədiyini, hazırda ona 100 manat verməklərini, qalan 600 manatı da sürücülük vəsiqəsini götürən zaman verməli olduqlarını bildirmişdir. Ona görə də o, həmin vaxt Həzinin ona şəklini göndərdiyi, hazırda nömrəsi fikrində qalmayan bank kartına işlədiyi kafenin yanında yerləşən marketdə quraşdırılmış elekton ödəmə terminalı vasitəsilə 100 manat da göndərmişdir. Bundan təxminən 10 gün sonra o, bu məqsədlıə Həzinin həmin bank kartına 200 manat da göndərmişdir. Qeyd edir ki, o, həmin ərəfələrdə Təqsirləndirilən şəxs icarəyə işlətdiyi “Çiçək” adlı kafesində yenidən afisiant kimi işə başlamışdır. İşə başladıqdan təxminən 10 gün sonra Həziyə həmin “Çiçək” adlı kafedə bu işə görə 300 manat da vermişdir. Bundan təxminən 10 gün sonra Həzi ona bildirmişdir ki, sağlamlıq haqqında arayışı və digər sənədləri almaq üçün 100 manat da lazımdır. Ona görə də o, Həziyə “Çiçək” adlı kafedə 100 manat da vermişdir. Beləliklə o, Həziyə qeyrirəsmi yaşadığı Şahid sürücülük vəsiqəsi alması məqsədilə 2023-cü ilin fevral-mart ayları ərzində ümumilikdə 1000 manat vermiş olmuşdur. Təqsirləndirilən şəxs bu işi 1 ay müddətində həll edəcəyinə söz versə də sonradan müxtəlif bəhanələr gətirərək vədinə əməl etməmişdir. Sonra o, Həzinin işlətdiyi “Çiçək” adlı kafedən işdən çıxmışdır. Dəfələrlə Həzi ilə bu barədə danışdıqdan sonra o, bu işə görə ondan aldığı 1000 manat puldan cəmi 200 manatını geri qaytarsa da qalan 800 manat pulu hazırkı vaxta kimi qaytarmadığına görə o, Həzinin barəsində şikayət etmək qərarına gəlmişdir. Ona görə də o, Abşeron RPİnin Qobu PB-nə ərizə ilə müraciət edərək ona qarşı dələduzluq edərək 800 manat pulunu ələ keçirdiyinə görə Təqsirləndirilən şəxs barəsində müvafiq tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Tovuz rayonu, Qovlar Aran yanıxlı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, yeni məhəllədə kirayədə yaşayır. X7 ilə də təxminən 2021-ci ilin əvvəllərindən tanışdır və onlar qeyrirəsmi birlikdə yaşayırlar. Mahiyyəti üzrə bildirir ki, 2023-cü ilin fevral ayının əvvəllərində Taliyə ona bir nəfər tanışının vasitəsilə sürücülük vəsiqəsi alacağını bildirmişdir. Bundan sonrakı vaxtlarda da Taliyə hissə-hissə olmaqla tanışı Həzi adlı şəxsə 1000 manat vermişdir ki, ona sürücülük vəsiqəsi düzəltsin. Həzi sürücülük vəsiqəsini qısa müddət ərzində düzəldəcəyinə söz versə də verdiyi vədə əməl etmədiyi üçün Taliyə və o, dəfələrlə Həzi ilə telefon əlaqəsi saxlayıb sürücülük vəsiqəsinin nə vaxt hazır olacağını soruşmuşlar. Həzi onları arxayın salaraq sürücülük vəsiqəsinin tezliklə hazır oalcağını desə də yenə də vədinə əməl etmədiyi üçün Taliyə ondan sürücülük vəsiqəsinin düzəlməsinə görə verdiyi 1000 manat pulunu geri qaytarmasını tələb etmişdir. Həmin ərəfədə Həzi Taliyənin 200 manat pulunu geri qaytarsa da qalan 800 manat pulunu müxtəlif bəhanələr gətirərək geri qaytarmadığına görə Taliyə onun barəsində şikayət etmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 16 iyul 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Qazax rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixədək cəzasının 10 ay 24 gün hissəsini çəkmiş, cəzasının çəkilməmiş hissəsi 01 il 01 ay 04 gün təşkil edir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, məhkəmə istintaqından yayındığına görə Təqsirləndirilən şəxs barəsində (həbs nəzərdə tutulmadan) axtarış elan edilmiş və iş üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Abşeron Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saxlanılaraq aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə təhvil verilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, X5 barəsindəki cinayət işi üzrə icraat təzələnmişdir. Zərərçəkmiş şəxs X7 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyinə görə Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, zərərçəkmiş şəxs X4 vurduğu ziyanı tam şəkildə ödəyərək onunla barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək, hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir, onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs cinayət əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam ödədiyini, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini göstərmiş, bu əsasla cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbi olmadığını, ona vurulmuş maddi ziyanın tam ödənildiyini göstərmiş və təqsirləndirilən şəxsin barəsindəki cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək, hesab edir ki, aşağıdakılara əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət işinin icraatına xitam verilməlidir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad olunan 11 iyun 2015-ci il tarixli Qərarının 40-cı bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 73- 1.1-ci maddəsinə əsasən CM-in 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə, cinayət məsuliyyətindən azad edilir. Cinayət Məcəlləsinin 73-1.2 və 73-1.3-cü maddələrində göstərilən hallarda isə, yəni Cinayət Məcəlləsinin 178.2 və 178.3-cü maddələri ilə nəzərdə tutulmuş şəxslərə münasibətdə zərərçəkmiş şəxslə barışığın əldə olunması və ona vurulmuş ziyanın ödənilməsi ilə yanaşı, dövlət büdcəsinə müvafiq olaraq ziyanın 25%-i və 50%-i miqdarında ödənişlərin edilməsi tələb olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Həmin Məcəllənin 39.1 və 39.1.11-ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs ilə barışaraq ona vurduğu maddi ziyanı ödədiyini nəzərə alıb, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət qanununun tələbləri baxımından cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulmuş məsələləri həll edərək, qeyd edir ki, cinayət işi üzrə icraata xitam verilməli olduğundan təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir; zərərçəkmiş şəxs məhkəməyədək icraat və məhkəmə icraatı zamanı mülki iddia verməmiş, ona vurduğu ziyanı ödədiyinə görə təqsirləndirilən şəxslə barışmışdır; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində hər hansı əşya və ya predmet tanınmamışdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X3 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 39.1.11, 43.1.2, 344- 347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinə əsasən həmin Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət iş üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv olunsun. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X3 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul, məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənildin. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Qərar şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-288/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-288/2024
03.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver