Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-289/2021 20.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Yunuslu Elvin kamil oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X3, zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi, vəkil Müdafiəçi2 iştirakı ilə xx.xx.1981-ci ildə Tərtər rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, “xxxx” MMC-də sürücü işləyən, Abşeron rayonu, Saray qəsəbəsi, 20 yanvar küçəsi, ev 7-də qeydiyyatda olan və həmin evdə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : 28 dekabr 2020-ci il tarixdə saat 18 radələrində AC 224783 nömrəli sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi “xxxx” MMC-yə məxsus “DAF FT XF YÜK” markalı, **- JC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Binəqədi-Novxanı avtomobil yolunun Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisindən keçən hissəsində yerləşən, “1001 xırdavat” tikinti materialları mağazasının qarşısında, həmin iki zolaqlı yolun sol zolağı ilə Novxanı kəndi istiqamətində 60 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda buna riayət etməmiş və həmin ərazidə avtomobil yolunu sağdan sola doğru keçən piyada–1962-ci il təvəllüdlü X4 vurmuş, nəticədə onun bu hərəkətləri ehtiyatsızlıqdan Əkbər Mehtiyevin həyatla bir araya sığmayan xəsarətlər – açıq kəllə beyin travması, kəllə tağı sümüklərinin açıq mürəkkəb qəlpəli sınıqları, beyin toxumasının xaricə tökülməsi ilə müşayiət olunan geniş sahəli əzilmiş-cırılmış yaraları; kəllə əsasının sınığı; daxili qanaxma ilə müşayiət olunan ürəyin, ağciyərlərin, diafraqmanın, qaraciyərin və dalağın cırılması; sol tərəfli 2-9-cu və sağ tərəfli 3-10-cu qabırğaların sınıqları, sol baldır sümüklərinin qapalı, yerinidəyişən sınıqları; çənə nahiyyəsinin əzilmiş-cırılmış yarası hər iki dirsək oynağı nahiyələrinin sıyrıqları ilə müşayiət olunan dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya aid xəsarətlər almaqla ölümünə və “DAF FT XF YÜK” markalı, **-JC-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol qanadının zədələnməsi nəticəsində “xxxx” MMC-yə ümumilikdə 970 manat maddi ziyan vurulmasına səbəb olmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 2006-cı ildən yarımqoşqulu yük avtomobilləri idarə edir və 2019-cu ildən də «xxxx» MMC-də sürücü işləyir. 05.12.2020-ci ildə AC 224783 nömrəli, “A BE CE DE” kateqoriyalı sürücülük vəsiqəsi əsasında şirkətdən verilən etibarnamə ilə idarə etdiyi «xxxx» MMC-yə məxsus “DAF FT XF YÜK” markalı, **-JC-*** dövlət qeydiyyat nişanlı avtomobillə dolu yüklə Rusiya Federasiyasının Moskva şəhərinə getmişdir. 26.12.2020-ci il tarixdə isə idarə etdiyi həmin yük avtomobili ilə Azərbaycan Respublikasına qayıtmışdır və avtomobili Bakı şəhərində, Gömrük idarəsində saxlayıb evə getmişdir. 28.12.2020-ci il tarixdə saat 16 radələrində avtomobili Gömrük İdarəsindən götürüb Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən anbara sürmüşdür və orada avtomobilin qoşqusunda olan yük boşaldıldıqdan sonra o, həmin gün saat təxminən 17-18 radələrində avtomobili Sumqayıt yolunun kənarında TİR park adlanan yerdə saxlamaq üçün yola düşmüşdür. Həmin vaxt yanımda başqa heç kim olmamışdır və avtomobil artıq yüksüz vəziyyətdə olmuşdur. Həmçinin o, avtomobili idarə edərkən tam ayıq vəziyyətdə olmuşdur və heç bir təsir edici içki və ya preparat da qəbul etməmişdir. Binəqədi rayonundan Novxanı kəndinə doğru yaxın işıqla saatda 60 km sürətlə yolun hərəkət istiqamətinin sol zolağı ilə hərəkətdə olarkən Binəqədi Gənclər şəhərciyi adlanan yeri keçdikdən sonra təxminən 2 metr məsafədən bir nəfər şəxsin yolun ortasındakı qoşa xəttin üstündə dayandığını görmüşdür. O, isə qoşa xəttə çox yaxın məsafədə hərəkətini davam etdirdiyinə görə avtomobilin sürətini azalda bilməmişdir və həmin anda da idarə etdiyi avtomobilin sol qanadı ilə həmin piyadanın sol tərəfinə vurmuşdur. Piyadanı vuran kimi həmin piyada avtomobilin sol yan tərəfinə yerə yıxılmışdır. Elə bu anda da o, əyləci basaraq avtomobili yolun ortasında dayandırmışdır və dərhal DİN-in 102 xidmətinə zəng edib idarə etdiyi yük avtomobili ilə piyadanı vurduğunu deyib avtomobildən düşmüşdür. 103 X11 mərkəzinə zəng vuraraq hadisə yerinə X11 çağırmışdır. Sonra piyadaya yaxınlaşıb yerdə onun nəbzini yoxladıqda ona məlum olmuşdur ki, həmin şəxs artıq vəfat etmişdir. Təxminən 20 dəqiqədən sonra hadisə yerinə təcili yardım avtomobili və polis əməkdaşları gəlmişlər. X11 avtomobili ilə gələn həkimlər də yerdə uzanıqlı vəziyyətdə olan həmin şəxsin artıq vəfat etmiş olduğunu bildirmişlər. 28.12.2020-ci il tarixdə, yəni hadisə baş verən gün o, çox həyəcanlı olmuşdur, ona görə də o, istintaqa əvvəl verdiyi ifadəsində həmin piyadanın yolu sağdan sola keçərək yolun ortasındakı qoşa xəttin üstündə dayandığını təxminən 30 metr məsafədən gördüyünü bildirmişdir. Əslində isə o, həmin piyadanın yolun ortasındakı qoşa xəttin üstündə dayandığını təxminən 2 metr məsafədən görmüşdür. Ona görə də idarə etdiyi avtomobili saxlaya bilmədiyi səbəbindən özünü təqsirli bilir. Hadisənin baş verməsindən peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəs, Mədən-2, Korpus- 93, ev 73-də qeydiyyatdadır və hazırda Abşeron rayonu, Mehdiabad qəsəbəsi, yeni məhəllədə ailə üzvləri ilə birlikdə yaşayır. 28.12.2020-ci il tarixdə saat 17 radələrində işdən evə gələn zaman mərhum atası Əkbər Mehtiyevlə telefon əlaqəsi saxlamışdır. Həmin vaxt atası ona bildirmişdir ki, Mehdiabad qəsəbəsi, yeni məhəllədə yeni inşa etdirdikləri evdədir və bir qədər sonra evə qayıdacaq. Təxminən 1 saatdan sonra atasının evə gəlmədiyini görüb yenidən onunla telefon əlaqəsi saxlayan zaman atası bildirmişdir ki, yoldadır və evə gəlir. Bir qədər də keçdikdən sonra yenə də atasının evə gəlmədiyini görüb onun mobil nömrəsi ilə əlaqə saxlamaq istəsə də atası telefona cavab verməmişdir. Ona görə də narahat olub yaşadıqları evdən çıxıb Mehdiabad qəsəbəsi yeni məhəllədə yerləşən, yeni inşa etdirdikləri evə getmişdir. Həmin evə çatdıqda atasının orada da olmadığını görmüşdür. Bu zaman anası ona zəng edərək bildirmişdir ki, mobil telefonlarına gizli nömrədən bir nəfər zəng edib atasını avtomobil vurduğunu bildirmişdir. O, hadisənin harda baş verdiyini bilmədiyi üçün hadisə yerinə gedə bilməmişdir və atasının vəziyyətinin necə olduğunu bilməmişdir. Təxminən 2 saatdan sonra Abşeron rayon polis idarəsindən onlara zəng olunmuşdur və Binəqədi-Novxanı avtomobil yolunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində atasının aldığı xəsarətlərdən vəfat etdiyi bildirilmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Xətai rayonu, İ. İsmayılov küçəsi, ev 8, mənzil 115-də qeydiyyatdadır və həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. 2020-ci ilin dekabr ayından etibarən “xxxx” MMC-də Nəqliyyat və loqistika üzrə direktor vəzifəsində işləyir. Təqsirləndirilən şəxs 28 dekabr 2020-ci il tarixdə saat 18 radələrində şirkət tərəfindən ona verilmiş etibarnamə əsasında idarə etdiyi “xxxx” MMC-yə məxsus “DAF FT XF YÜK” markalı, **-JC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Binəqədi-Novxanı avtomobil yolunun Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisindən keçən hissəsində hərəkətdə olarkən yolu sağdan sola keçən piyadanı vurmuşdur və nəticədə onun bu hərəkətləri ehtiyatsızlıqdan Əkbər Mehtiyevin müxtəlif bədən xəsarətləri alaraq ölməsinə səbəb olmuşdur. Həmçinin bildirir ki, qeyd olunan yol-nəqliyyat hadisəsi baş verən zaman “xxxx” MMC-yə məxsus “DAF FT XF YÜK” markalı, **-JC-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol qanadının da zədələnməsi nəticəsində “xxxx” MMC-yə ümumilikdə 970 manat maddi ziyan dəymişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının 18.01.2021-ci il tarixli 128 nömrəli rəyindən görünür ki, 1962-ci ildə anadan olmuş X3 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – həyatla bir araya sığmayan xəsarətlər – açıq kəllə beyin travması, kəllə tağı sümüklərinin açıq mürəkkəb qəlpəli sınıqları, beyin toxumasının xaricə tökülməsi ilə müşayiət olunan geniş sahəli əzilmiş-cırılmış yaraları; kəllə əsasının sınığı; daxili qanaxma ilə müşayiət olunan ürəyin, ağciyərlərin, diafraqmanın, qaraciyərin və dalağın cırılması; sol tərəfli 2-9-cu və sağ tərəfli 3-10-cu qabırğaların sınıqları, sol baldır sümüklərinin qapalı, yerinidəyişən sınıqları; çənə nahiyyəsinin əzilmiş-cırılmış yarası hər iki dirsək oynağı nahiyələrinin sıyrıqları. Bu xəsarətlər birlikdə həyatidirlər, ölümündən bir qədər əvvəl olmaqla bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir; qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 28.12.2020-ci il tarixdə yol nəqliyyat hadisəsi şəraitində piyada qismində avtomaşınla vurulması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Agır zərər vurmanın əlamətlərinə malikdirlər, mərhumun ölümü ilə bir başa səbəbli əlaqəlidir. X1 ölümünə səbəb – daxili qanaxma ilə müşayiət olunan ürəyin, ağciyərlərin, qaraciyərlərin və dalağın cırılması fonunda kəllə tağı və kəllə sümüklərinin qəlpəli sınıqları və beyin toxumasının qismən evakuasiyası (xaricə tökülməsi) ilə əzilib dağılması olmuşdur. İlkin meyit əlamətlərinə əsasən demək olar ki, X3 ölümü onun meyitinin meyitxanada müayinəsi keçirilən vaxtdan (29.12.2020-ci il, saat 10-00) təxminən 12-18 saat əvvəl baş vermişdir. X1 meyitindən götürülmüş qanda məhkəmə kimya təhqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. Cinayət işi üzrə təyin edilmiş məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizasının 02 mart 2021-ci il tarixli 8/297 saylı rəyindən görünür ki, «DAF FT XF» markalı, **-JC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi Binəqədi-Novxanı avtomobil yolunun Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisindən keçən hissəsində, “1001 xırdavat” tikinti materialları mağazasının qarşısındakı avtomobil yolunda baş vermişdir. İstintaq zamanı ********* nömrəli cinayət işi üzrə hadisə yerinin müayinəsi zamanı hadisə yerinin yaxınlığında yerləşən “1001 xırdavat” tikinti materialları mağazasının müşahidə kameralarının yaddaş qurğusundan götürülmüş videogörüntülərin köçürüldüyü bir ədəd DVD formatlı disk iş üçün sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. 28.12.2020-ci il tarixli, 2/21772 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, hadisə vaxtı sürücü Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu olmamışdır. İş üzrə Azərbaycan Respublikası BDYPİ-nin Qeydiyyat-imtahan İdarəsindən alınmış 11.02.2021-ci il tarixli, 016-19490-1221 nömrəli məktubla müəyyən edilmişdir ki, xx.xx.1981-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 21.06.2016-cı il tarixdə AC 224783 nömrəli “A BE CE DE” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. «xxxx» MMC-nin istintaq orqanına təqdim etdiyi məktubdan görünür ki, 28.12.2020ci il tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxs etibarnamə əsasında idarə etdiyi «xxxx» MMC-yə məxsus DAF FT XF YÜK markalı, **-JC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Binəqədi-Novxanı yolunda hərəkətdə olan zaman yol-nəqliyyat hadisəsi törətməsi nəticəsində “DAF FT XF YÜK” markalı, **-JC-*** dövlət qeydiyyat nişanlı avtomobilinin qabaq sol qanadının zədələnməsi ilə «xxxx» MMC-yə ümumilikdə 970 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş «xxxx» MMC-nin nümayəndəsi qismində tanınmış Ömərov X9 rayon polis idarəsinə ərizə ilə müraciət edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs şirkət tərəfindən ona verilmiş etibarnamə əsasında “DAF FT XF YÜK” markalı, **-JC-*** dövlət qeydiyyat nişanlı avtomobillə 28.12.2020-ci il tarixdə saat 18 radələrində Binəqədi- Novxanı yolunda hərəkətdə olarkən yol-nəqliyyat hadisəsi törədib piyadanı vurması nəticəsində «xxxx» MMC-yə məxsus həmin avtomobilin qabaq sol qanadının zədələnməsi nəticəsində şirkətə ümumilikdə 970 manat maddi ziyan dəyməsi ilə bağlı Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. 08.01.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Sürücülük vəsiqəsininin surətindən görünür ki, Təqsirləndirilən şəxs AC 224783 seriyalı, A, BE, CE, DE kateqoriyalı sürücülük vəsiqəsi 21.06.2026-cı il tarixədək ehtibarlıdır. 06.03.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması ekspertlərin rəyləri, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, zərərçəkmiş şəxsin nümayəndəsinin ifadələri və ekspertiza rəyi ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Törətdiyi cinayətə görə təqsirkara cəza təyin edilməlidir. Məhkəmədə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.1-ci maddəsinə əsasən hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayətin törədilməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 saylı Qərarının 21-ci bəndində göstərilir ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilibedilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmədə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ehtyatsızlıqdan az ağır cinayət törətmişdir. Hadisədən sonra təqsirləndirilən şəxs mərhumun ailə üzvlərinə eyni zamanda zərərçəkmiş şəxsə dəymiş maddi və mənəvi zərərin aradan qaldırılmasına yönələn hərəkətlər etmək əvəzinə, hadisənin baş verməsindən təəssüfləndiyini, peşmançılıq çəkdiyini bildirmişdir. Halbuki onun hərəkətləri nəticəsində X6 aldığı xəsarətlərdən vəfat etmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan ilk dəfə az ağır cinayət törətməsini, onun şəxsiyyətini səciyyələndirən halı, yaşını, təyin olunan cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə əsas cəzanın və nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisələrində müəyyən edilir. İstinad edilən maddələrinin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən məhkumun cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə, təqsirləndirilənin baş vermiş hadisədən sonrakı davranışını, daimi yaşayış yerinin olmasını, cinayət prosesini həyata keçirən orqanın çağırışına vaxtında gəlməsini, hökmün icrasına mane olmaq ehtimalının olmadığını nəzərə alaraq, hesab edir ki, hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətmkan tədbiri dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə xərclənmiş 100 (yüz) manat məbləğində pul vəsaiti məhkəmə məsrəfi kimi təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq və məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Abşeron rayon vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi1 Ağalan oğlunun göstərdiyi 30 saat hüquqi yardıma görə 180 manat məbləğində pul və eyni zamanda məhkəmə istintaqı zamanı Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi2 göstərdiyi 20 saat hüquqi yardıma görə 120 manat məbləğində pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. Hökmün icrası Sumqayıt Şəhər Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətmkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə 100 (yüz) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı zamanı Abşeron rayon vəkil bürosunun müdafiəçisi vəkil İsrafilov Müdafiəçi1 Ağalan oğlunun göstərdiyi 30 saat hüquqi yardıma görə 180 manat məbləğində pul Abşeron rayon vəkil bürosunun hesablaşma, “xxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ75AİİB**********2300206123, VÖEN ********** hesabına, eyni zamanda məhkəmə istintaqı zamanı Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi2 göstərdiyi 20 saat hüquqi yardıma görə 120 manat məbləğində pul Xırdalan şəhər Vəkil Bürosunun hesablaşma, “xxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab- AZ46AİİB********************, VÖEN ********** hesabına köçürülsün. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu vaxtdan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-289/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-289/2021
20.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver