Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-289/2023 03.04.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1982-ci il tarixdə Abşeron rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 22 radələrində Abşeron rayonu Saray qəsəbəsi A.Mənsimov küçəsində yerləşən birgə yaşadıqları fərdi evdə ailə-məişət münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı arvadı Zərərçəkmiş şəxs yumruqla sağ çiyin nahiyəsindən qəsdən vuraraq ona sağ bazu sümüyünün yerdəyişmiş qapalı sınığı ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin həmin əməlləri aşağıda göstərilən qaydada törətmələri müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. O, həyat yoldaşı Zərərçəkmiş şəxs ilə xx.xx.2021-ci il tarixdə rəsmi nikah bağlamışdır. Həmin nikahdan onun bir qız övladı vardır. İkinci övladına isə həyat yoldaşı Aynurə hal-hazırda hamilədir. Həyat yoldaşı Zərərçəkmiş şəxs mütəmadi olaraq evdə müxtəlif səbəblərdən söz-söhbət yaratmışdır. Bu səbəbdən onlar arasında evdə mütəmadi olaraq mübahisələr narahatlıqlar və münaqişələr olmuşdur. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə evdə olan zaman Aynurə yenə evdə onunla münaqişə etməyə başlamış və bundan sonra Aynurə evdən çıxıb Göyçay rayonunda yaşayan bacısının yanına getmişdir. Getdiyi zaman Aynurə ona bir daha evə geri qayıtmayacağını bildirmişdir. Təxminən 1 həftə müddətində Aynurə evə gəlməmişdir. xx.xx.2022-ci il tarixdə təxminən saat 16 radələrində Aynurə evə gəlmişdir. O, Aynurəyə öz iradını bildirmişdir ki, getmişdirsə yenidən nə üçün evə qayıdır. Bundan sonra Aynurə ona hamilə olduğunu uşağın doğuş xərclərini onun qarşılamalı olduğunu bildirmişdir. Bu zaman aralarında sözlü mübahisə yaranmışdır. O, Aynurəni qəbul etmədiyim üçün Aynurə çıxıb getmişdir. Həmin gün o da evdən çıxıb öz işlərinin arxasınca getmişdir. Həmin günü təxminən saat 22 radələrində o evə qayıdan zaman Aynurə və anası Gülxanımın evdə olmasını görmüşdür. Bu zaman o yenidən Aynurəni qəbul etmədiyi halda nə üçün xəbərsiz evə gəldiyinə görə əsəbləşmişdir. O, Aynurədən evi tərk etməsini istəmiş Aynurə isə evi tərk etməyəcəyini bildirmişdir. Onunla Aynurənin arasında sözlü mübahisə yaranan zaman Aynurənin anası Gülxanım onu sakitləşdirmək üçün söhbətə müdaxilə etmişdir. Aynurənin anası Gülxanım onunla Aynurə arasında olan mübahisə zamanı onun mövqeyini müdafiə edib qızına həyat yoldaşına cavab qaytardığına evdə mütəmadi söz söhbət yaratdığına görə ona öz iradını bildirmişdir. Bu zaman Aynurə və anası Gülxanım həyətə çıxmış və ikisi mübahisə etməyə başlamışlar. Aynurə Gülxanımın üstünə qışqıraraq nə üçün haqlı olduğu halda ərinin yanında ona irad bildirdiyini demişdir. O, hər ikisinin mübahisə etdiyini görüb Aynurəni evə çəkmək üçün arxadan gəlib onun qolundan dartmışdır. Onun Aynurəni çəkməyimə baxmayaraq Aynurənin gəlmədiyini yenidən mübahisə etdiyini görüb onun sağ çiyin nahiyəsindən yüngül əli ilə vurmuşdur ki, mübahisəni yekunlaşdırsın. Bu zaman Aynurə çiynində möhkəm ağrılar hiss etdiyini bildirmişdir. Aynurə anasına təcili yardım çağırmasını istəmişdir. O, elə başa düşmüşdür ki, Aynurə qəsdən belə edir. Bundan sonra Aynurə anası ilə həyətdən çölə çıxıb taksi tutub xəstəxanaya getmişlər. Bundan sonra o, öyrənmişdir ki, Aynurə xəstəxanadan sonra çıxıb Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Savalan yaşayış massivindəki atası evinə getmişdir. Sonradan həyat yoldaşı olan zərərçəkmiş şəxslə barışmışlar. Əməlindən peşmançılıq çəkir, işin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. O, həyat yoldaşı Təqsirləndirilən şəxs ilə xx.xx.2021-ci il tarixdə rəsmi nikah bağlamışdır. Həmin nikahdan onun bir qız övladı vardır. İkinci övladına isə hal-hazırda hamilədir. Əri Rəhman işləmədiyi üçün ailədə bu səbəbdən mütəmadi olaraq mübahisələr narahatlıqlar və münaqişələr olmuşdur. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə o yenə evdə əri Rəhmanın işləməməsi səbəbindən evdə mübahisələri olmuşdur. Bu səbəbdən o, acıq edib evdən çıxıb Göyçay rayonunda yaşayan bacısı Azadova Elnarənin yanına getmişdir. Təxminən 1 həftə müddətində o, bacısı Elnarənin yanında qalmışdır. Bundan sonra bacısı onun ailəsinin dağılmaması üçün onu evə qayıtmağa məcbur etmişdir. Bundan sonra o, xx.xx.2022-ci il tarixdə təxminən saat 16 radələrində bacısının evindən öz evinə qayıtmışdır. Evə daxil olduqda Rəhmanın divanda uzanıb telefonla danışdığını görmüşdür. Rəhman onları görən kimi evdən birdəfəlik getdiyini evə nə üçün qayıtdığını soruşmuşdur. O, da Rəhmana birdəfəlik getdiyini bildirmişdim lakin bətnində olan ikinci körpənin doğum xərclərini qarşılamağı üçün geri qayıtdığını bildirmişdir. Bu zaman Rəhman onu evə qəbul etməmiş və onu evdən qovmuşdur. Bu zaman o, anası Şahid Niyaməddin qızı ilə birlikdə Rəhmanın anası Svetanın Abşeron rayonu Saray qəsəbəsində olan evinə getmişdir və hadisəni ona da danışmışdır. Rəhmanın anası bildirmişdir ki, bizə elə oğul lazım deyil .Biz hələ də Rəhmanın borclarından qutarmamışıq. Rəhmanın anası onlara heç bir kömək etməmiş və bildirmişdir ki, gedin nə bilirsiz edin. Bundan əlavə Rəhmanın anası Sveta onlara Rəhmanın qaldığı evin Rəhmanın deyil onun olduğu həmin evdə gedib yaşaya biləcəyini Rəhmanın onu həmin evdən icazəsi olmadan çıxara bilməyəcəyini bildirmişdir. Onlar Rəhmanın anası Svetanın evindən qayıdıb Rəhmanla birlikdə yaşadıqları evə gəlmişlər. Həmin vaxtı Rəhman evdə olmamış harasa getmişdir. O, evi yığışdırmış və yemək yeyib övladı ilə birlikdə uzanıb yatmışdır. Təxminən saat 22 radələrində Rəhman evə gəlmiş və onu çağırıb yuxudan oyatmışdır. Rəhman yenidən onu evdən çıxıb getməyi ilə bağlı onunla mübahisə etməyə başlamışdır. Rəhman ona bildirmişdir ki, dərhal əşyalarını yığsın və evi tərk etsin. Bu zaman Rəhmanla aralarında mübahisə yaranmışdır. Anası Gülxanım onun Rəhmanla mübahisə etdiyini görüb onun sakitləşdirmək üçün onunla mübahisə etməyə başlamışdır. O, da anasına onu müdafiə etmədiyi üçün əsəbləşərək anası ilə birlikdə həyətə çıxmış və anasının üstünə qışqırmışdır ki, nə üçün onu Rəhmanın yanında haqlı ola-ola alçaldır. Bu zaman Rəhman onun anası ilə mübahisə etdiyini görüb arxadan gəlib qolundan tutub onu sakitləşdirmək üçün evə dartmışdır. Rəhman onu sakitləşmədiyini anasının üstünə qışqırdığını görüb əsəbləşərək sağ çiyin nahiyəsindən yumruqla vurmuşdur. Bu zaman o çiynində şiddətli ağrılar hissə etmişdir. Əvvəlcə elə hiss etmişdir ki, qolu çıxıb. O, anasından təcili tibbi yardım çağırmasını xahiş etmişdir. Həmin vaxtı anası da Rəhmanın sakitləşmədiyini görüb əşyalarını evdən yığıb çıxarmışdlr ki, evi tərk etsinlər. Bundan sonra o anası ilə həyətdən çölə çıxıb taksi tutub Nəsimi rayon xəstəxanasına gəlmişlər. Həmin xəstəxanada ona bildirmişdirlər ki, sağ bazu sümüyü yerdəyişmiş sınmışdır və qolu gipsə qoyulmuşdur. Bundan sonra oradan çıxıb anasıgilin yaşadığı Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Savalan yaşayış massivindəki evə getmişdir. Həmin vaxtdan hal-hazıradək Rəhman və onun ailəsi onunla maraqlanmamışdır. Hazırda həyat yoldaşı Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qızı Aynurənin həyat yoldaşıdır. Qızı ilə əri Rəhman arasında işləmədiyi üçün mütəmadi olaraq mübahisələr narahatlıqlar və münaqişələr olmuşdur. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə qızının ailəsində yenə münaqişələr olduğu üçün qızı evdən çıxaraq bacısıgildə və bizdə qalmışdır. Bundan sonra o, xx.xx.2022-ci il tarixdə təxminən saat 16 radələrində qızı Aynurə ilə birlikdə əri ilə barışdırmaq və evinə yola salmaq üçün qızının həyat yoldaşı Rəhmanla birlikdə yaşadığı evinə qayıtmışdır. Evə daxil olduqda Rəhmanın divanda uzanıb telefonla danışdığını görmüşlər. Rəhman onları görən kimi Aynurəyə əsəbləşmiş nə üçün geri qayıtdığını bildirmişdir. Rəhman Aynurəni qəbul etməmiş və onları evə buraxmamışdır. Rəhman onları qəbul etmədiyi üçün Rəhmanın anası Svetanın yanına getmiş və hadisəni ona da danışmışlar. Rəhmanın anası bildirmişdir ki, bizə elə oğul lazım deyil. Onlar hələ də Rəhmanın borclarından qutarmamışdır. Rəhmanın anası onlara heç bir kömək etməmiş və bildirmişdir ki, gedin nə bilirsiz edin .Bundan əlavə Rəhmanın anası Sveta bizə bildirdi ki, Rəhmanın qaldığı ev Rəhmanın deyil onundur. Gedib həmin evdə sakit yaşayaq. Rəhman qızını həmin evdən onun icazəsi olmadan çıxara bilməz. Onlar Rəhmanın anası Svetanın evindən qayıdıb Rəhmanla birlikdə qızının yaşadığı evə gəlmişlər. Həmin vaxtı Rəhman evdə olmamışdır. Qızı evi yığışdırmış və yemək yeyib övladı ilə birlikdə uzanıb yatmışdır. Təxminən saat 22 radələrində Rəhman evə gəlmiş və Aynurəni çağırıb yuxudan oyatmışdır. Rəhman yenidən qızının evdən çıxıb getməyi ilə bağlı mübahisə etməyə başlamışdır. Rəhman onlara bildirmişdir ki, dərhal əşyaları yığaq və evi tərk edək. Rəhmanla Aynurə evdə bir-biri ilə mübahisə etmiş və Aynurə ona cavab qaytarmışdır. Bu zaman o, Aynurənin Rəhmanla mübahisə etdiyini görüb onu sakitləşdirmək üçün qızına ərinə cavab qaytarmamasını evdə münaqişə yaratmamasını bildirmişdir. O, qızı Aynurəyə ərinin yanında irad bildirdiyi üçün qızım ona acıqlanmışdır ki, o haqlı olduğu halda nə üçün o ərinin tərəfini saxlamışdır. Bu zaman o, və Aynurə çölə çıxmışdır. Aynurə çöldə onun üstünə qışqırdığını görən əri Rəhman onu sakitləşdirmək üçün qolundan tutaraq evə çəkmişdir. Aynurə buna baxmayaraq mübahisə etməyə davam etdikdə Rəhman əli ilə onun sağ çiynindən vurmuşdur. Bu zaman Aynurə çiynində ağrıları olduğunu demişdir. Aynurə ondan təcili yardım çağırmağını istəmişdir. O, qızı Aynurə ilə həyətə çıxıb taksi çağırmış və birlikdə xəstəxanaya getmişdir. Həmin xəstəxanada onlara bildirmişdirlər ki, qızının sağ bazu sümüyü yerdəyişmiş sınıb və qızının çiyninə gips qoymuşlar. Bundan sonra oradan çıxıb yaşadıqları Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Savalan yaşayış massivindəki evə gəlmişlər. Həmin vaxtdan hal-hazıradək Rəhman və onun ailəsi onlarla maraqlanmamışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 51Ə nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər-sağ bazu sümüyü boyunun qapalı yerdəyişmiş sınığı bərk küt əşyanın təsirindən törənmişdir, müxtəlif şəraitlərdə o cümlədən, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə qeyd olunan nahiyəyə kənar şəxsin bədən hissələrinin (əl, ayaq və s) təsirindən yarana bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Axtarış elan edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində ittham elan edilməsi üçün axtarış elan edilmiş və həmin tarixdə cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs tutularaq Abşeron RPİ-nin MSY-nə təhvil verilmiş və xx.xx.2022-ci il tarixdə cinayət işi üzrə icraat təzələnərək istintaq davam etdirilmişdir. Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Abşeron RPİ-nin MSY-dən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin ifadələri, habelə məhkəmə-tibbi ekspertizasının rəyi ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, Zərərçəkmiş şəxs ilə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, həyat yoldaşı olan Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs və təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək, barışdıqlarına görə iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Təqsirləndirilən hadisənin baş verməsindən peşmançılıq hissi keçirdiyini, zərərçəkmişlə barışdığını, buna görə də barəsində olan cinayət işinə xitam verilməsinə xahiş etmiş və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. İş materiallarında olan qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə CPM-in 156.4-cü maddəsinin “cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur” müddəasını rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri xitam olunmalıdır. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X3 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul, məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-nin 73-cü, Azərbaycan Respublikasının CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri xitam olunsun. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X3 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul, məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-289/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-289/2023
03.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver