Məhkəmə qərarları › İş №1(012)-29/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-29/2021

01.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-29/2021 01.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbutova Aytac Aşura qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi, vəkil Müdafiəçi2 Vəliyəddin oğlunun, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi, vəkil Müdafiəçi1 iştirakı ilə, xx.xx.1987-ci ildə Balakən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, işsiz, ünvan 1 ünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 və xx.xx.1988-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, işsiz, ünvan 2 ünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 verilmiş ittihama əsasən, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışı Zərərçəkmiş şəxs bir ay müddətində hər ay 250 manat olmaqla xəstəliyi ilə bağlı əlilliyə görə pensiya düzəldəcəyini vəd etməklə inandırıb aldadaraq, bu məqsədlə 10.10.2018-ci il tarixdə saat 15 radələrində Təqsirləndirilən şəxs1 kirayədə yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, “Kristal-Abşeron” yaşayış kompleksində yerləşən evdə o, Zərərçəkmiş şəxs şəxsiyyət vəsiqəsini və əmək kitabçasını, Təqsirləndirilən şəxs1 isə 4000 manat məbləğində pulunu alıb ələ keçirərək, aralarında olan razılaşmaya əsasən 2000 manatını ona verməklə, 2000 manatını isə özü götürməklə vədinə əməl etməyib, Zərərçəkmiş şəxs 4000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 verilmiş ittihama əsasən, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışı Zərərçəkmiş şəxs bir ay müddətində hər ay 250 manat olmaqla xəstəliyi ilə bağlı əlilliyə görə pensiya düzəldəcəyini vəd etməklə inandırıb aldadaraq, bu məqsədlə 10.10.2018-ci il tarixdə saat 15 radələrində onun kirayədə yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, “Kristal-Abşeron” yaşayış kompleksində yerləşən mənzildə 4000 manat məbləğində pulunu alıb ələ keçirərək vədinə əməl etməyib, Zərərçəkmiş şəxs 4000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. İttiham tərəfinin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsilə ittiham olunması ilə bağlı təqdim etdiyi sübutlar: təqsirləndirilən şəxslərin özlərinin etirafedici ifadələri, zərərçəkmiş şəxsin ifadəsi, üzləşdirmə protokolları təşkil edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərmişdir ki, Zərərçəkmiş şəxs təxminən bir il olar ki, Təqsirləndirilən şəxs1 vasitəsi ilə tanımışdır. Zərərçəkmiş şəxs özünə məxsus sənədlərin surətini ona versə də sonuncudan təqaüd düzəltmək adı ilə pul istəməmiş, nə də bunun müqabilində pul almamışdır.`Həmçinin gələcəkdə pul alacağı barədə sövdələşməmişdir. Həmin sənədləri Firuzənin xahişi ilə götürmüşdür ki, Zərərçəkmiş şəxs xəstəliklə əlaqədar təqaüdə çıxması üçün sənədlərin yetərli olmasınin müəyyən edilməsi barəsində onlara məsləhət versin. Həmin vaxt Firuzə ilə Zərərçəkmiş şəxs arasında hansı sövdələşmə olması barəsində onun məlumatı olmamışdır. Ümumiyyətlə Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs ilə qısa müddət ərzində Firuzənin xahişi ilə görüşmüşdür. Firuzə həmin görüşdə Zərərçəkmiş şəxs ona yaxını kimi təqdim etmiş Zərərçəkmiş şəxs kimsəsiz olduğun və bir yerdə yaşadıqların bildirmişdir. Həmin yardımı allah rizası üçün etdiyin bildirmişdir. Həmin gündən sonra heç vaxt onlarla əlaqəsi olmamış nə Firuzəni nə də ki, Zərərçəkmiş şəxs görməmişdir. Görüş zamanı Zərərçəkmiş şəxs Türkiyə Respublikası haqqında danışmış və sonuncunun danışığından başa düşmüşdür ki, onu Türkiyə Respublikasına aparıb orada satmaq niyyətindədir. Bu səbəbdən onlarla əlaqəsini kəsmişdir. O vaxtdan nə qətibəni nədə ki, firuzəni görməmiş və əlaqə saxlamamışdır. Barəsində cinayət işi olmasını yalnız məhkəməyə dəvət olunduğu vaxt bilmişdir. O, müstəntiq tərəfindən polis idarəsinə çağırılmamış, heç kəslə üzləşməmiş, heç bir sənədə imza etməmişdir. Hətta Zərərçəkmiş şəxs ondan və Firuzədən Abşeron RPİ-nə şikayət etməsindən məlumatı olmamışdır. Nə Firuzə nədə ki, Zərərçəkmiş şəxs ilə polis idarəsində görüşməmiş, heç bir istintaq hərəkətlərində, o, cümlədən üzləşmədə iştirak etməmişdir. Ümumiyyətlə nə müstəntiqi nədə ki, ona təyinatla təyin edilmiş vəkili tanımır. Müstəntiq və vəkildə onu tanımır. Onlarla heç vaxt görüşməmişdir. İş materiallarında olan imzalar da ona aid deyil. Göstərilənləri nəzərə alaraq, barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs uzun müddət tanımış, sonuncu ilə münasibəti həmişə yaxşı olmuşdur. Onun Qətibə ilə çox yaxın münasibəti olduğundan 2018-ci ildə sonuncu ilə Xaçmaz rayonuna gedərək Zərərçəkmiş şəxs evində yaşamışdır. Zərərçəkmiş şəxs ona məxsus Kürdəmir şəhərində olan evində də yaşamışdır. O Zərərçəkmiş şəxs öz anası kimi baxmışdır. Orada olan müddət ərzində Qətibə təqaüd düzəltdirmək istədiyni ona bildirmişdir. Qətibəyə bu işdə köməklik edə biləcəyini demişdir. Qətibəyə köməklik etmək üçün əvvəllər tanıdığı Təqsirləndirilən şəxs2 müraciət etmişdir ki, ona məsləhət versin. Günel ondan sənədləri istəmişdir ki, həmin sənədlərə baxıb işin alınacağını və ya alınmayacağını bildirsin. Qətibəyə özü bu işlə bağlı 1000 manat pul lazım olduğunu bildirmişdir. Lakin Günelin bundan xəbəri olmamışdır. Həmin vaxtdan sonra yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Kristal-Abşeron yaşayış kompleksində yerləşən evinə gəlmişdir. 2018-ci ilin oktyabr ayında Zərərçəkmiş şəxs onun evinə gəlmişdir. Həmin vaxtı evdə ondan başqa Qətibə və Günel olmuşdur. Evdə olan zaman Günel ilə Qətibə söhbət etmişlər və Günel Qətibədən məsləhət verməsi üçün sənədləri istəmişdir. Qətibə şəxsiyyət vəsiqəsinin surətini, əmək kitabçasını və xəstəlik kağızlarının surətini Günelə vermişdir. Bundan sonra Günel sənədlərlə tanış olmaq üçün vaxt lazım olduğunu bildirərərk sənədləri də götürərək getmişdir. 1000 manat pulu isə Qətibədən onun özü götürmüşdür. Həmin vaxt Günel evdə olmamışdır. Qətibədən təqaüd düzəldilməsi üçün 4000 manat deyil, 1000 manat məbləğində pul almışdır. Lakin sonradan ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs ondan və Güneldən Abşeron RPİ-nə şikayət edərək ona 4000 (dörd min) manat verdiyin bildirmişdir. əlavə olaraq bildirmişdir ki, Güneli Abşeron Rayon Polis idarəsində görməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 təxminən 2018-ci ilin yanvar ayından tanımış, sonuncu ilə münasibəti normal olmuşdur. Belə ki, kürəkəni Rahil 2018-ci ilin yanvar ayında yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət aldığı üçün o, sonuncunu yaşadığı Sumqayıt şəhərinə ziyarət etməyə getmişdir. Həmin vaxt orada Firuzə də olmuş, Rahil ona demişdir ki, Firuzə tanışıdır, qalmağa yeri olmadığı üçün müvəqqəti olaraq evində yaşayır. Həmin vaxt qızı Arzu da Firuzəni tanıdığını, Rahilin tanışı olduğunu bildirmişdir. Onun bu tanışlıqdan sonra Firuzə ilə münasibəti yaranmışdır. Həmin ərəfələrdə tez-tez kürəkənigilə gəldiyi üçün Firuzəni orada görmüşdür. Sonradan Firuzə onun evində qonaq qalmışdır. Söhbət əsnasında Firuzə ona xəstə olduğu üçün təqaüdə çıxa biləcəyini demişdir. Bu barədə ətraflı maraqlandıqda Firuzə ona “tanışım var, əgər istəsən, onun vasitəsi ilə sənə təqaüd düzəldə bilərəm” sözlərini demiş və bunun üçün 1000 manat pul lazım olduğunu bildirmişdir. 2018-ci ilin oktyabr ayında Firuzə ona zəng edərək, pul və sənədləri istəmişdir. Firuzənin Abşeron rayonu, Xırdalan şəhəri, “Kristal- Abşeron” yaşayış kompleksində kirayədə yaşadığı evə getmişdir. Həmin vaxt evdə Firuzədən başqa, tanışı dediyi Günel də olmuşdur. Həmin vaxt Günel onun sənədlərinə baxmışdır. Özünə aid iki əmək kitabçasını və xəstəliklə bağlı olan sənədlərini Günelə vermişdir. Bundan sonra Günel oradan çıxıb getmiş, özü isə 1000 manat pulu Firuzəyə vermişdir. Firuzə onun məsələsini 10 günə həll edəcəklərini söz vermişdir. Lakin, hər dəfə Firuzəyə zəng etdikdə, sonuncu bəhanə gətirərək onu aldatmışdır. Bundan sonra DİN-nin 102 xidmətinə və Abşeron RPİ-nə ərizə ilə müraicət etmişdir. Müraciətində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ondan təqaüd düzəldilməsi üçün 4000 manat məbləğində pul aldıqlarını qeyd etsə də, əslində bu məsələ üçün Təqsirləndirilən şəxs1 1000 manat məbləğində pul vermişdir. Müraciətində 4000 manat məbləğində pul verməsini göstərməyinə səbəb, təqaüd düzəldilməsi üçün hər dəfə Bakı şəhərinə gəlib-gedərkən xərclədiyi pulları da hesablaması olmuşdur. Təqsirləndirilən şəxs2 əvvəllər tanımamış, Firuzə vasitəsi ilə tanış olsa da, Günel ilə heç bir əlaqəsi olmamışdır. Polis idarəsində aparılan istintaq zamanı Təqsirləndirilən şəxs2 ilə onun arasında heç bir üzləşmə keçirilməmişdir. Ümumiyyətlə istintaq zamanı polis idarəsində olarkən Təqsirləndirilən şəxs2 orada görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən ibtidai istintaq dövründə təqsirləndirilən Təqsirləndirilən şəxs2 müdafiəçisi olmuş vəkil X4 ifadəsində göstərmişdir ki, sözügedən cinayət işi üzrə olanları hazırda xatırlamır. Belə ki, iş yükü həddindən artıq çox olduğundan Güneli xatırlamır. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işinin başlanması haqqında 05.05.2019-cu il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs Adıgözəl qızının müraciəti əsasında Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 01.07.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilməsi barədə qərar qəbul edilmişdir. Cinayət işi üzrə icraatın dayandırılması haqqında 20.09.2019-cu il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. 23.01.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Abşeron RPİ-nin İŞ-nə könüllü olaraq gəldiyindən, həmin tarixdə cinayət işi üzrə icraaat təzələnərək, istintaqı davam etdirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərmişdir ki, Zərərçəkmiş şəxs təxminən bir il olar ki, Təqsirləndirilən şəxs1 vasitəsi ilə tanımışdır. Zərərçəkmiş şəxs özünə məxsus sənədlərin surətini ona versə də sonuncudan təqaüd düzəltmək adı ilə pul istəməmiş, nə də bunun müqabilində pul almamışdır.`Həmin sənədləri Firuzənin xahişi ilə götürmüşdür ki, Zərərçəkmiş şəxs xəstəliklə əlaqədar təqaüdə çıxması üçün sənədlərin yetərli olmasınin müəyyən edilməsi barəsində onlara məsləhət versin. Həmin vaxt Firuzə ilə Zərərçəkmiş şəxs arasında hansı sövdələşmə olması barəsində onun məlumatı olmamışdır. Ümumiyyətlə Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs ilə qısa müddət ərzində Firuzənin xahişi ilə görüşmüşdür. Firuzə həmin görüşdə Zərərçəkmiş şəxs ona yaxını kimi təqdim etmiş Zərərçəkmiş şəxs kimsəsiz olduğun və bir yerdə yaşadıqların bildirmişdir. Həmin yardımı allah rizası üçün etdiyin bildirmişdir. Həmin gündən sonra heç vaxt onlarla əlaqəsi olmamış nə Firuzəni nə də ki, Zərərçəkmiş şəxs görməmişdir. Görüş zamanı Zərərçəkmiş şəxs Türkiyə Respublikası haqqında danışmış və sonuncunun danışığından başa düşmüşdür ki, onu Türkiyə Respublikasına aparıb orada satmaq niyyətindədir. Bu səbəbdən onlarla əlaqəsini kəsmişdir. Barəsində cinayət işi olmasını yalnız məhkəməyə dəvət olunduğu vaxt bilmişdir. O, müstəntiq tərəfindən polis idarəsinə çağırılmamış, heç kəslə üzləşməmiş, heç bir sənədə imza etməmişdir. Hətta Zərərçəkmiş şəxs ondan və Firuzədən Abşeron RPİ-nə şikayət etməsindən məlumatı olmamışdır. Nə Firuzə nədə ki, Zərərçəkmiş şəxs ilə polis idarəsində görüşməmiş, heç bir istintaq hərəkətlərində, o, cümlədən üzləşmədə iştirak etməmişdir. Ümumiyyətlə nə müstəntiqi nədə ki, ona təyinatla təyin edilmiş vəkili tanımır. Müstəntiq və vəkildə onu tanımır. Onlarla heç vaxt görüşməmişdir. İş materiallarında olan imzalar da ona aid deyil. Göstərilənləri nəzərə alaraq, barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərmişdir ki, Zərərçəkmiş şəxs uzun müddət tanımış, sonuncu ilə münasibəti həmişə yaxşı olmuşdur. Onun Qətibə ilə çox yaxın münasibəti olduğundan 2018-ci ildə sonuncu ilə Xaçmaz rayonuna gedərək Zərərçəkmiş şəxs evində yaşamışdır. Zərərçəkmiş şəxs ona məxsus Kürdəmir şəhərində olan evində yaşamışdır. O Zərərçəkmiş şəxs öz anası kimi baxmışdır. Orada olan müddət ərzində Qətibə təqaüd düzəltdirmək istədiyni ona bildirmişdir. Qətibəyə bu işdə köməklik edə biləcəyini demişdir. Qətibəyə köməklik etmək üçün əvvəllər tanıdığı Təqsirləndirilən şəxs2 müraciət etmişdir. Günel ondan sənədləri istəmişdir ki, həmin sənədlərə baxıb işin alınacağını və ya alınmayacağını bildirsin. Qətibəyə özü bu işlə bağlı 1000 manat pul lazım olduğunu bildirmişdir. Həmin vaxtdan sonra yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, Kristal- Abşeron yaşayış kompleksində yerləşən evinə gəlmişdir. 2018-ci ilin oktyabr ayında Zərərçəkmiş şəxs onun evinə gəlmişdir. Həmin vaxtı evdə ondan başqa Qətibə və Günel olmuşdur. Evdə olan zaman Günel ilə Qətibə söhbət etmişlər və Günel Qətibədən təqaüd düzəldilməsi üçün sənədləri istəmişdir. Qətibə şəxsiyyət vəsiqəsinin surətini, əmək kitabçasını Günelə vermişdir. Günel həmin sənədləri götürərək getmişdir. Günel gedəndən sonra 1000 manat pulu Qətibədən onun özü götürmüşdür. Bu barədə Günelin məlumatı olmamışdır. Qətibədən təqaüd düzəldilməsi üçün 4000 manat deyil, 1000 manat məbləğində pul almışdır. Lakin sonradan ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs ondan və Güneldən Abşeron RPİ-nə şikayət etmişdir. Şəxsin ittiham elan olunması üçün tutulması və barəsində axtarış elan edilməsi haqqında 01.07.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ittiham elan edilməsi üçün, barəsində müstəntiq tərəfindən axtarış elan edilməsi haqqında qərar qəbul edilmişdir. Cinayət işi üzrə icraatın dayandırılması haqqında 01.07.2019-cu il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3cü maddəsinə əsasən dayandırılmışdır. Axtarışda olan şəxsin tutulması haqqında 22.07.2019-cu il tarixli protokoldan görünür ki, Abşeron RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 tutularaq, Abşeron RPİ-nin MSY-nə təhvil verilmişdir. Cinayət işi üzrə icraatın təzələnməsi haqqında 22.07.2019-cu il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə icraat təzələnərək istintaq davam etdirilmişdir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 22.07.2019cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilərək, tutulduğu Abşeron RPİ-nin MSY-dən azad olunmuşdur. Cinayət əməlinin tövsif olunması barədə 22.07.2019-cu il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsindən həmin məcəllənin 178.2.1-ci maddəsinə tövsif edilmişdir. Şəxsin ittiham elan olunması üçün tutulması və barəsində axtarış elan edilməsi haqqında 23.07.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə ittiham elan edilməsi üçün, barəsində müstəntiq tərəfindən axtarış elan edilməsi haqqında qərar qəbul edilmişdir. Cinayət işi üzrə icraatın dayandırılması haqqında 23.07.2019-cu il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3cü maddəsinə əsasən dayandırılmışdır. 04.09.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Abşeron RPİ-nin İŞ-nə könüllü olaraq gəldiyindən, həmin tarixdə cinayət işi üzrə icraaat təzələnərək, istintaqı davam etdirilmişdir. Abşeron RPİ-nin müstəntiqinə Təqsirləndirilən şəxs2 tərəfindən yazılmış 04.09.2019cu il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs2 ********* saylı cinayət işinin istintaqı dövründə vəkil X4 tərəfindən hüquqlarının müdafiə edilməsini istədiyini bildirmişdir. Abşeron rayonu Vəkil Bürosunun 000424 saylı orderindən görünür ki, həmin büronun vəkili X4 tərəfindən ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi üçün istintaqa order təqdim edilmişdir. 04.09.2019-cu il tarixli üzləşdirmə protokolundan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs2 ilə Zərərçəkmiş şəxs arasında üzləşdirmə keçirilmişdir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 04.09.2019cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 qızına Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuş və barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. Şəxsin ittiham elan olunması üçün tutulması və barəsində axtarış elan edilməsi haqqında 20.09.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə ittiham elan edilməsi üçün, barəsində müstəntiq tərəfindən axtarış elan edilməsi haqqında qərar qəbul edilmişdir. Cinayət işi üzrə icraatın dayandırılması haqqında 20.09.2019-cu il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3cü maddəsinə əsasən dayandırılmışdır. 23.01.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Abşeron RPİ-nin İŞ-nə könüllü olaraq gəldiyindən, həmin tarixdə cinayət işi üzrə icraaat təzələnərək, istintaqı davam etdirilmişdir. İbtidai istintaqın qurtarmasını təqsirləndirilən şəxsə elan edilməsi haqqında 24.01.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 heç bir səbəb olmadan protokola imza etməkdən imtina etmişdir. 10.06.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 məhkəmədən qaçıb qizləndiyinə görə barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. 22.09.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Abşeron RPİ-nin əməkdaşları tərəfindən tutularaq məhkəməyə təqdim olunduğundan, həmin tarixdə cinayət işi üzrə icraaat təzələnmişdir. 15.10.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 məhkəmədən qaçıb qizləndiyinə görə barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. 19.01.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Abşeron RPİ-nin əməkdaşları tərəfindən tutularaq məhkəməyə təqdim olunduğundan, həmin tarixdə cinayət işi üzrə icraaat təzələnmişdir. 31.03.2021-ci il tarixli qərardan görünür ki, cinayət işi üzə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və həmin tarixdə cinayət işi üzrə icraat dayandırılmışdır. 25.05.2021-ci il tarixli qərardan görünür ki, cinayət işi üzə təyin edilmiş məhkəməxətşünaslıq ekspertizasının 4/479 nömrəli rəyi rayon məhkəməsinə daxil oldunduğundan, həmin tarixdə cinayət işi üzrə icraaat təzələnmişdir. İş üzrə təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 06.05.2021-ci il tarixli 4/479 saylı rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, cinayət işinin 81-ci vərəqində olan 04.09.2019-cu il tarixli şəxsin könüllü gəlməsi haqqında protokolda “Könüllü gələn şəxs” qrafasındakı imza, 84-cü vərəqində olan 04.09.2019-cu il tarixli ərizədə “imza” qrafasındakı imza, 128-ci vərəqində olan 23.01.2020-ci il tarixli şəxsin könüllü gəlməsi haqqında protokolda “Könüllü gələn şəxs” qrafasındakı imza - Təqsirləndirilən şəxs2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Cinayət işinin 139-cu vərəqində olan 24.01.2020-ci il tarixli ibtidai istintaqın qurtarmasını təqsirləndirilən şəxsə elan edilməsi haqqında protokolda “Təqsirləndirilən şəxs” qrafasında imza olmadığına görə həmin sənəd üzrə tədqiqat işi aparılmamışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya idarəsi tərəfindən verilmiş 18.12.2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Xaçmaz Rayon Məhkəməsinin 21.02.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 310-cu maddəsi ilə təqsirli bilinib 02 il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Balakən rayon icra və probasiya şöbəsindən alınmış 13.07.2021-ci il tarixli 438/3 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 ona təyin olunmuş 02 il müddətinə islah işləri cəzasından cəmi 01 ay müddətinə cəzasını çəkmiş, qalan hissəsi çəkilməmiş qalmışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya idarəsi tərəfindən verilmiş 13.05.2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 17.02.2021-ci il tarixli 1(101)-69/2021-ci il tarixli hökmünün sürətindən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 32.5, 311.3.2-ci maddəsi ilə təqsirli bilinərək, CM-in 67-ci maddəsinə əsasən təyin edilmiş 01 il 06 ay müddətinə dövlət və yerli özünüidarə etmə orqanlarında məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 04 il 05 ay 20 gün müddətinə azadlıqdan məhrum etmə cəzası barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməklə 02 il müddətinə sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmiş, Azərbaycan Respublikası CM-nin 75-ci maddəsinə əsasən həmin Məcəllənin 32.5, 313-cü maddələri üzrə cinayət məsuliyyətindən azad edilmişdir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 32.5, 311.3.2-ci maddəsi ilə təqsirli bilinərək, CM-in 67-ci maddəsinə əsasən təyin edilmiş 01 il 06 ay müddətinə dövlət və yerli özünüidarə etmə orqanlarında məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 04 il müddətinə azadlıqdan məhrum etmə cəzası barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməklə 02 il müddətinə sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmiş, Azərbaycan Respublikası CM-nin 75-ci maddəsinə əsasən həmin Məcəllənin 32.5, 313-cü maddələri üzrə cinayət məsuliyyətindən azad edilmişdir. Məhkəmə ibtidai araşdırma orqanı tərəfindən müəyyən olunmuş sübutları məhkəmə iclasında müəyyən olunmuş sübutlarla müqayisəli şəkildə təhlil edib bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 elan olunmuş ittiham sübuta yetirilmir. Belə ki, ittiham tərəfinin Təqsirləndirilən şəxs2 təqsirliliyi ilə bağlı təqdim etdiyi sübutları cinayət və cinayət-prosessual qanunvericiliyin, habelə Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin Plenumunun qərarlarında qeyd edilənlər baxımından təhlil edən birinci instansiya məhkəməsi, istintaq orqanının Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 138, 143 və 146-cı maddələrinin tələblərinə əhəmiyyət verməyərək, zərərçəkmiş şəxsin ifadəsi ilə, həmçinin cinayət işinin materiallarında təsbit olunmuş digər sübutlarla təqsirləndirilən şəxsin ifadəsi arasında ciddi ziddiyyətin olmasına baxmayaraq, pulun alınması üsuluna dair məhz zərərçəkmiş şəxsin ifadəsinə üstünlük verilməsinin və zərərçəkmiş şəxsin cinayət xarakterli əməlin törədilməsi üsulları barədə irəli sürdüyü dəlillərin hansı mötəbər və mümkün sübutlarla təkzib olunmasının əsaslandırılmadığını qeyd etmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs pulunu “aldatmaqla” və yaxud “etibardan-sui istifadə etməklə” ələ keçirməsi ittiham tərəfinin təqdim etdiyi sübutlarla təsdiq olunmamış və məhkəmə iclasında da belə sübutlar əldə edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Azərbaycan Respublikası CPM-nin 124.1.2-ci maddəsinə əsasən bu sübutlarla hadisənin cinayət hadisəsi olub-olmaması, törədilmiş əməldə cinayətin əlamətlərinin olubolmaması, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsi, onun təqsirli olub-olmaması, habelə ittihamın düzgü ün həll edilməsi üçün əhəmiyyət kəsb edən hallar göstərilməlidir. Azərbaycan Respublikası CPM-nin 125.1-ci maddəsinə əsasən, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Azərbaycan Respublikası CPM-nin 125.2.1-ci maddəsinə əsasən insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, Azərbaycan Respublikası CPM-nin 125.2.3-cü maddəsinə əsasən şübhəli və təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə, Azərbaycan Respublikası CPM-nin 125.2.7-ci maddəsinə əsasən istintaq və ya digər prosessual hərəkətlərin icraat qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikası CPM-nin 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Azərbaycan Respublikası CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 142-ci maddəsində nəzərdə tutulan preyudisiya hallar istisna olmaqla, məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır və əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinin tələblərinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Qanunun mənasına görə şəxs barəsində ittiham hökmü yalnız onun təqsirliliyinə şübhə olmadıqda qəti və birmənalı sübut edilmə olduqda çıxarıla bilər. Azərbaycan Respublikası CPM-ninn 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Qeyd olunanlara əsasən, məhkəmə mövcud sübutlara qiymət verərək, Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-in 178.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin olmaması əsası ilə bəraət verilməsini cinayətprosessual qanunvericiliyin tələbləri baxımından tam əsaslı hesab edir. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarında qeyd edilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Qərarda həmçinin, qeyd edilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası CPM-nin 346.1.5-ci maddəsinin tələblərinə əsasən məhkəmə baxışının nəticəsinə dair yekun məhkəmə qərarının çıxarılması zamanı müşavirə otağında müzakirə edilən məsələlərdən biri də “təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmadığının” qiymətləndirilməsidir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsim Plenumunun 11 iyun 2005-ci il tarixli 7 nömrəli qərarında qeyd edilir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Qərarda eyni zamanda vurğulanır ki, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi başa düşülür. Həmin qərarın 8-ci bəndində qeyd edilir ki, oğurluqdan, soyğunçuluqdan və quldurluqdan fərqli olaraq dələduzluğun törədilməsi zamanı təqsirkar zərərçəkmişin əmlakını onun iradəsinə zidd olaraq hər hansı yolla (gizli şəkildə, zor tətbiq etməklə və zor tətbiq etmə hədəsi ilə) ələ keçirmir, həmin əmlak aldadılması və ya etibarından sui-istifadə edilməsi nəticəsində zərər çəkmiş şəxsin özü tərəfindən könüllü olaraq təqsirkara verilir. Həmin qərarın 10-cu bəndində qeyd edilir ki, dələduzluq hədə-qorxu ilə tələb etmə cinayətindən (CM-nin 182-ci maddəsi) onunla fərqlənir ki, dələduzluğun törədilməsi zamanı zərər çəkmiş şəxsin iradəsinə aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə, CM-nin 182-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi zamanı isə zərərçəkmişə ünvanlanmış hədə-qorxu (zərər çəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakının tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətləri etməyi tələb etmə) vasitəsilə təsir göstərilir. Dələduzluq maddi tərkibli cinayət olduğundan, həmin cinayət əmlak (əmlaka olan hüquq) ələ keçirildikdən sonra təqsirkarın ona sərəncam vermək imkanının yarandığı andan, hədə-qorxu ilə tələb etmə isə formal tərkibli cinayət kimi müəyyən edildiyindən, təqsirkar tərəfindən yuxarıda sadalanan hərəkətlərin edildiyi andan əmlakın (əmlaka olan hüququn) ələ keçirilib-keçirilməməsindən və ya əmlak xarakteri daşıyan hərəkətlərin edilib-edilməməsindən asılı olmayaraq başa çatır. Radçıkov Rusiya Federasiyasına qarşı şikayətlə bağlı qərarda istintaqın natamamlığı və birtərəfli aparılmasına istinad edərək təqsirləndirilən şəxs haqqında çıxarılmış bəraət hökmünü yuxarı məhkəmə instansiyasında ləğv edilməsinə nail olan prokurorluq orqanlarının hərəkətləri ilə bağlı Avropa Məhkəməsi bildirmişdir ki, şikayətçinin işi üzrə “istintaqın natamam və birtərəfli olması və səhvən bəraətə gətirib çıxarması” haqqında bəyanat mahiyyət etibarı ilə məhkəmə səhvləri olmadığı, səlahiyyətlərdən sui-istifadə edilmədiyi, maddi hüququn tətbiqində səhvlər olmadığı təqdirdə-məhkəmə araşdırmasında əhəmiyyətli pozuntunun mövcudluğunu göstərmir (bax Bratyakin Rusiya Federasiyasına qarşı şikayətlə bağlı Avropa Məhkəməsinin Qərarı). Əks təqdirdə, istintaq orqanları tərəfindən ibtidai istintaqın lazımi səviyyədə keçirilməməsinin nəticələrinin yükü tamamilə şikayətçinin üzərinə qoyulardı və ən əhəmiyyətlisi odur ki, yalnız istintaq prosedurunda qüsurların və ya səhvlərin olması ilə bağlı təkcə mülahizə, onların kiçik və əhəmiyyətsiz olduğundan asılı olmayaraq, ittiham orqanları üçün artıq baxılmış və yekun qərar çıxarılmış işlər üzrə icraatın təzələnməsi haqqında vəsatətlər verməklə səlahiyyətlərindən sui-istifadə üçün sərhədsiz imkanlar yaradardı. Bu prosedurdan sui-istifadə imkanının təhlükəli olması hazırki şikayətə əsas olan işlər kimi işlərdə xüsusilə ciddidir, çünki ittiham tərəfi istintaqın qüsurlarını görərək və məhkəmədən həmin işin əlavə istintaq edilməsi üçün qaytarılması haqqında vəsatət vermək imkanına malik olduqları halda bu imkandan istifadə etməməyə üstünlük vermiş, bunun əvəzinə (kassasiya) nəzarət qaydasında hüquqi müfadiə vasitəsinə müraciət etmişlər. Bu işlə bağlı Avropa Məhkəməsi hesab etmişdir ki, dövlət hakimiyyət orqanlarının səhvləri və ya qüsurları təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Başqa sözlərlə istintaq orqanlarının və ya hətta məhkəmələrin səhvləri ilə bağlı risqləri dövlət daşımalıdır və belə səhvlər maraqlı şəxsin (təqsirləndirilən şəxsin) hesabına aradan qaldırıla bilməz. Sübutetmə prosesi sübutların toplanılmasından başlayır. Sübutların toplanılması üzrə təhqiqatçının, müstəntiqin, prokurorun və məhkəmənin səlahiyyətlərini müəyyən edir, şübhəli, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, mülki iddiaçının, mülki cavabdehin, onların nümayəndələrinin, habelə fiziki və hüquqi şəxslərin əşya və sənədləri, o cümlədən şifahi və yazılı məlumatları təqdim etmək hüquqlarının olmasını, həmçinin müdafiəçinin sübutları toplamaq hüququnu və bu hüququn həyata keçirilməsinin konkret üsullarını nəzərdə tutur. Sübutlar ittihamedici və bəraətverici sübutlara bölündüyünə görə ittiham tərəfi ittihamedici sübutları, müdafiə tərəfi isə bəraətverici sübutları toplayır. Sübutların hər hansı bir növünə onun özünəməxsus toplanma üsulu xasdır. Məsələn, şübhəli və ya təqsirləndirilən şəxsin ifadəsinin alınması onları dindirmə yolu ilə həyata keçirilir. Eyni üsulla şahidin və zərərçəkmiş şəxsin ifadələri alınır. Sübutların toplanılmasına yönəldilmiş istintaq və məhkəmə hərəkətləri yalnız qanunda nəzərdə tutulmuş əsaslar (müvafiq məlumatlar) olduqda, təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən həyata keçirilə bilər. Lakin, hazırkı cinayət işi üzrə toplanmış sübutlar Təqsirləndirilən şəxs2 əmələ aidiyyətinin sübut edilməsinə kifayət edib-etməməsi hərtərəfli araşdırılmamış, yoxlanılmamışdır. Sübutetmə predmetinə daxil olan halların müəyyən edilməsində sübutların kifayət etməsi iki aspektdən başa düşülməlidir: a) CPM-in 139-cu maddəsində nəzərdə tutulmuş ayrı-ayrı halların müəyyən edilməsi üçün sübutların kifayət etməsi; b) CPM-in 139-cu maddəsində nəzərdə tutulmuş halların bütövlükdə müəyyən edilməsi üçün sübutların kifayət etməsi. Toplanılmış sübutların CPM-in 139-cu maddəsində nəzərdə tutulmuş hər hansı bir halın müəyyən edilməsi üçün kifayət etməsinə baxmayaraq, sübutlar bütövlükdə həmin maddədə sadalanan halların müəyyən edilməsi üçün kifayət etməyə bilər. Bu halda təhqiqatçı, müstəntiq, prokuror və məhkəmə cinayət hadisəsinin baş vermə faktını və s. halları müəyyən etmək üçün neçə şahidin və hansı şahidlərin dindirilməsini iş üzrə toplanmış digər sübutlara əsaslanmaqla müəyyən edə bilər. Sübutların kifayət etməsinin hədlərinin düzgün müəyyən edilməsi sübutetmə predmetindən, sübutetmə subyektlərinin fəallığından, sübutların kəmiyyət və keyfiyyətindən asılıdır. Sübutların kifayət etməsi ibtidai araşdırma və məhkəmə baxışında üst-üstə düşməyə bilər. İbtidai araşdırma və məhkəmə baxışında sübutların kifayət etməsi o hallarda üst-üstə düşməyə bilər ki, bu, bütün mümkün fərziyyələrin yoxlanılması zərurəti ilə, sübutların aidliyinə qiymət verilməsi ilə, habelə toplanmış sübutların mümkünlüyü və mötəbərliyi ilə əlaqədar olsun. Təqsirləndirilən şəxsin cinayətin törədilməsində öz təqsirini inkar etməsi o halda bəraətverici sübut kimi qəbul edilə bilər ki, dindirmə zamanı o, özünün cinayətin törədilməsi ilə heç bir əlaqəsinin olmamasını təsdiq edən təkzibedilməz faktlar və hallar haqqında məlumat vermiş olsun. Təqsirləndirilən şəxsin öz təqsirini inkar etməsi, həm də o halda bəraətverici sübut kimi qəbul edilir ki, onun ifadəsi cinayət təqibi üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmiş olsun. Cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə toplanmış bütün sübutların məcmusu təqsirləndirilən şəxsin ifadəsini rədd etmək üçün kifayət qədər əsas vermədikdə, təqsirləndirilən şəxs təqsirli sayıla bilməz. Təqsirləndirilən şəxsin öz ifadəsində “təqsirim yoxdur” və s. sözlərdən istifadə etməsi onun təqsirinin olmamasını təsdiq etmir. Ona görə də şəxs öz ifadəsində onun təqsirini istisna edən hallar (faktlar) haqqında cinayət təqibi üzrə digər sübutlarla təsdiq olunan məlumatlar verməlidir. Təqsirləndirilən şəxs öz təqsirini inkar etdikdə onun ifadəsi digər sübutların köməyi ilə yoxlanılmalıdır. Əvvəla, məhkəmə qeyd edir ki, cinayət işinə əlavə olunmuş sənədlərin, habelə işin faktiki hallarının müqayisəli təhlildən də göründüyü kimi Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə istintaq orqanı tərəfindən elan edilmiş ittiham yalnız formal əsaslara istnad edilməklə verilmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə Zərərçəkmiş şəxs qarşı dələduzluq əməlinin törətməsi ilə əlaqədar sonuncudan alınmış puldan xəbəri olması və həmin pullardan ona hər hansı bir məbləğdə pul çatması məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə iclası zamanı zərəçəkmiş şəxs qismində dindirilmiş Əkbərova X2 Günel Həbib qızını əvvəllər tanımadığını, sonradan Firuzə vasitəsi ilə tanış olduğunu, təqaüd düzəldilməsi ilə əlaqədar Firuzəyə 1000 manat məbləğində pul verdiyini, Təqsirləndirilən şəxs2 hər hansı məbləğdə pulun çatması barədə heç bir məlumatının olmadığını bildirmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs1 bildirmişdir ki, Zərərçəkmiş şəxs təqaüd düzəltmək adı ilə aldığı 1000 manat məbləğində puldan Təqsirləndirilən şəxs2 heç bir məbləğdə verməmiş və sonuncunun ümümiyyətlə bu məsələdən xəbəri olmamışdır. Firuzə zərərçəkmiş şəxsin sənədlərini Günelə göstərsə də, o, sonuncuya təqaüd düzəlməyi ilə bağlı zərərçəkmiş şəxsdən aldığı 1000 manat puldan danışmamışdır. Belə olan halda Təqsirləndirilən şəxs2 verilmiş ittiham üzrə onun tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında dələduzluq əməllərin törədilməsində onun aidiyyatı müəyyən olunmadığından və təqsiri sübuta yetirilmədiyindən ona bəraət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. “Vanyan Rusiyaya qarşı” işdə (15 dekabr 2005-ci il tarixli qərar) Avropa Məhkəməsi qeyd etmişdir ki, narkotiklərlə bağlı qanunsuz keçirilmiş milis əməliyyatı nəticəsində əldə edilmiş sübutlar nəticəsində şəxs haqqında cinayət işinin qaldırılması ədalət mühakiməsinin ədalətliliyinə zərbə vurmuşdur. Həmin işdə Avropa Məhkəməsi qanunsuz yolla əldə edilmiş sübutların şəxsə qarşı cinayət işinin qaldırılması və onun təqsirliliyinin sübut olunmasında istifadəsini Avropa Konvensiyasının 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) pozuntusu kimi qiymətləndirmişdir. Məhkəmə ittiham tərəfinin sübutlarına münasibətdə onu da qeyd edir ki, hazırki cinayət işinin ittiham aktında sübutları siyahısında təqsirləndirilən şəxslərin özlərinin etirafedici ifadələri, zərərçəkmiş şəxsin ifadəsi, üzləşdirmə protokolları qeyd edilsə də, Təqsirləndirilən şəxs2 barəsindəki cinayət işində olan istintaq hərəkətlərinin aparılmasına dair sənədlərin, yəni sonuncu təqsirləndirilən şəxs kimi cəlb edilməzdən əvvəl, ona qarşı hər hansı bir ittiham irəli sürülmədən, vurulmuş ziyan dəqiq müəyyən edilmədən,üzləşdirmə keçirilmədən, təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxsə qarşı dələduzluq etməkdə günahlandırılır. Halbu ki, sözügedən sənədlərin iş üzrə təqsirləndirilən şəxsin məlumatı olmadan başqası tərəfindən imzalanması bir daha onu sübut edir ki, Təqsirləndirilən şəxs2 verilmiş ittiham üzrə onun Təqsirləndirilən şəxs1 ilə birlikdə tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında dələduzluq əməllərin törədilməsində onun aidiyyatı yoxdur. Yəni təqsirləndirilən şəxs məhkəməyə dəvət olunduqdan sonra barəsində cinayət işinin olduğunu bilmişdir. Halbuki, məhkəmə istintaqında müəyyən edilmiş mübahisəsiz hallar kimi hazırkı cinayət işi üzrə ittihamın verilməsinə təsir edən birbaşa sübutlar, yəni iş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 06.05.2021-ci il tarixli 4/479 saylı rəyində cinayət işinin 81-ci vərəqində olan 04.09.2019-cu il tarixli şəxsin könüllü gəlməsi haqqında protokolda “Könüllü gələn şəxs” qrafasındakı imza, 84-cü vərəqində olan 04.09.2019-cu il tarixli ərizədə “imza” qrafasındakı imza, 128-ci vərəqində olan 23.01.2020-ci il tarixli şəxsin könüllü gəlməsi haqqında protokolda “Könüllü gələn şəxs” qrafasındakı imza - Təqsirləndirilən şəxs2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunması göstərilmişdir. Göründüyü kimi, işi aparan müstəntiq səlahiyyətindən kənara çıxaraq, qanunsuz və əsassız olaraq, təqsirləndirilən şəxslərə ittiham verilməsini təmin etmək üçün cinayət işi üzrə qərəzli istintaq aparmış, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178ci maddəsi ilə təqsirli olmasını təsdiq edən hər hansı sübut müəyyən etmədən onu cinayət məsuliyyətinə cəlb edərək işi məhkəməyə vermişdir. Hansı ki, məhkəmə iclasında ittihamın əsassız olması yuxarıda göstərilən qaydada öz təsdiqini tapmışdır. Məhkəmə zərərçəkmiş şəxsin veridiyi ziddiyyətli ifadəsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, işi aparan müstəntiq tərəfindən real olaraq, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs kimi cəlb edilsəydi, onlara qarşı hər hansı bir ittiham irəli sürülsəydi, tərəfilər arasında (təqsirləndirilən şəxslər və zərərçəkmiş şəxs) real olaraq üzləşdirmə keçirilsəydi, müvafiq istintaq hərəkətləri real olaraq keçirilsəydi zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə hazırkı cinayət işi üzrə məhkəmə istintaqında verdiyi ifadəsi arasındakı ziddiyyətlərin aradan qaldırılması istisna edilmir, həmçinin təqsirləndirilən şəxslərin dairəsinin və vurulmuş ziyan dəqiq müəyyən edilməsinə nail olmaq olardı. Məhkəmə eyni zamanda, qeyd edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs1 dələduzluq cinayətinin birbaşa sonuncu tərəfindən cinayətin törədilməsini düzgün müəyyən etsə də, dələduzluq cinayətinin icraçısı olan Təqsirləndirilən şəxs1 həmin cinayəti təkbaşına icra etdiyini, dələduzluq cinayətinin icra edilməsində digər şəxslərin iştirak etmədiyini nəzərə almayaraq sonuncunun əməlini CM-nin 178.2.1-ci maddəsi ilə tövsif etməklə səhvə yol vermişdir. Bununla əlaqədar məhkəmə qanunvericiliyin tələblərinin şərhini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsinin şərh edilməsi haqqında” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 tərəfindən işin hallarında təsvir olunan tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışı Zərərçəkmiş şəxs bir ay müddətində hər ay 250 manat olmaqla xəstəliyi ilə bağlı əlilliyə görə pensiya düzəldəcəyini vəd etməklə inandırıb aldadaraq, Zərərçəkmiş şəxs 1000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etməsi cinayətinin icrasında rolu olmamışdır. İttiham tərəfi Təqsirləndirilən şəxs2 Azərbaycan Respubllkası CM-nin 178.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsini təsdiq edən, qanunilik tələblərinə cavab verən, şəxsin hüquq və azadlıqlarını pozmayan, şəxsin təqsirliliyinin əsaslandırılmasında istifadə edilə bilən sübutlara və sübutların tədqiqinə dair qaydalara, ümumiyyətlə ədalətli məhkəmə araşdırması hüququnu ehtiva edən tələblərə cavab verən, şəxsin təqsirliliyi barədə bütun faktların uzlaşması ilə bağlı birmənalı nəticəyə gəlməyə əsas yaradan hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Belə sübutlar olmadığı halda, məhkəmədə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi və bununla da ona qarşı ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan əsaslı şübhələr yaranır ki, ittiham tərəfi bu şübhələri aradan qaldıran hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməməklə, məhkəmə üçün həmin şübhələrin təqsirləndirilən şəxsin xeyrinə şərh olunması üçün qanuni zəmin yaradır. Məhkəmə elə ona görə də həmin əsaslı şübhələri Təqsirləndirilən şəxs2 xeyrinə həll edir. Belə ki, qeyd edildiyi kimi, ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll olunur (Konstitusiyanın 63-cü maddəsi, Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsi). Azərbaycan Respublikası Konstitusiyasının təqsirsizlik prezumpsiyasından bəhs edən 63-cü maddəsinin 2-ci hissəsində göstərilir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxsin təqsirsiz sayılmaq hüququ Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə və onların tətbiqi təcrübəsində də öz əksini tapmışdır. Avropa Konvensiyasının 6-cı maddəsinin 2-ci bəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. “Barbera, Messege və Xabardo İspaniyaya qarşı” işdə Avropa Məhkəməsi bildirmişdir ki, ittiham verilən şəxsin təqsirsiz sayılmaq hüququ tələb edir ki, məhkəmənin üzvləri öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsin təqsirləndirildiyi cinayəti törətməsi kimi yanlış fikirdən çıxış etməsinlər; sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə şərh edilməlidir. “Minelli İsveçrəyə qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası ibtidai istintaqın necə nəticələnməsindən asılı olmayaraq, cinayət prosesinin bütün mərhələlərinə aiddir; o, təkcə ittihamın mahiyyətinin araşdırılması ilə məhdudlaşmır. “Rinqvold Norveçə qarşı” işdə Avropa Məhkəməsi belə bir hüquqi mövqeyini ifadə etmişdir ki, bəraət hökmü çıxarıldıqdan və ya qanunla nəzərdə tutulan müddət keçdiyinə görə prosesə xitam verildikdən sonra məsrəflərin əvəzinin ödənilməsi və kompensasiya üzrə işlərə, hətta həmin işlərdə müvafiq şəxs daha «cinayət törətməkdə ittiham olunan» şəxs olmasa belə, 6-cı maddənin 2-ci bəndi tətbiq edilə bilər. Kompensasiyaya dair proses cinayət prosesinin nəticəsidirsə və ya həmin proseslə əlaqədar olub paralel həyata keçirilirsə, bu halda da 6-cı maddənin 2-ci bəndi tətbiq edilir. «Taxqet Belçikaya qarşı» iş üzrə Avropa Məhkəməsinin 13 yanvar 2009-cu il tarixli qərarında göstərilir ki, vacibdir ki, qəbul edilmiş qərarın mənası təqsirləndirilən şəxslərə və eləcə də adından qərar qəbul edilən «Xalqa» izah edilsin, təqsirləndirilən şəxsin təqsirli və ya təqsirsiz olmasına dair qəbul etdiyi dəlilləri, hər bir suala hansı əsasla təsdiqedici və ya inkaredici cavab verməsinin səbəbləri göstərilsin. BMT Baş Məclisinin 10 dekabr 1948-ci il tarixli 217A (İİİ) nömrəli Qətnaməsi ilə qəbul və bəyan edilmiş İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 3-cü maddəsinə əsasən hər bir şəxsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ var. Həmin Bəyannamənin 7-ci maddəsinə görə, bütün insanlar qanun qarşısında bərabərdirlər və qanun tərəfindən bərabər müdafiə hüququna malikdirlər. Bütün insanlar bu Bəyannaməni pozan hər hansı ayrı-seçkilikdən və belə ayrı-seçkiliyə hər hansı cəhddən eyni dərəcədə müdafiə olunma hüququna malikdirlər. Həmin Bəyannamənin 8-ci maddəsinə görə, hər bir şəxs Konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Həmin Bəyannamənin 9-cu maddəsinə görə, heç kim özbaşına həbsə, tutulmaya və ya sürgünə məruz qala bilməz. 11-ci maddəsinin birinci hissəsinə görə cinayət törətməkdə ittiham olunan hər bir şəxs ona müdafiə üçün bütün imkanların təmin olunduğu açıq məhkəmə istintaqında günahı qanuni şəkildə sübut olunanadək günahsız hesab edilmək hüququna malikdir. Bununla yanaşı məhkəmə Təqsirləndirilən şəxs1 elan edilmiş ittihama münasibətdə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli CM-in 178.2.1-ci maddəsindən həmin məcəllənin 178.1-ci maddəsinə tövsif olunmalıdır. Məhkəmə, bununla yanaşı Təqsirləndirilən şəxs1 irəli sürülmüş ittihamla bağlı qeyd edir ki, Azərbaycan Respublikasının CM-in 75.1, 75.1.1-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikasının CM-in 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Həmin Məcəllənin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayətdir. Həmin Məcəllənin 75.3-cü maddəsinə əsasən cinayət törətmiş şəxs istintaqdan və ya məhkəmədən gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxs tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunur. İşin mübahisəsiz müəyyən edilmiş hallarından görünür ki, ibtidai istintaq dövründə 23.07.2019-cu və 20.09.2019-cu il tarixli “cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərarlara əsasən cinayət işi üzrə icraat Təqsirləndirilən şəxs2 ibtidai istintaqdan yayınması səbəbindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Həmçinin 01.07.2019-cu il tarixli “cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərara əsasən Təqsirləndirilən şəxs1 ibtidai istintaqdan yayınması səbəbindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Abşeron RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 tutularaq, Abşeron RPİ-nin MSY-nə təhvil verilmişdir. Halbu ki, digər Təqsirləndirilən şəxs2 barəsində formal olaraq, axtarış elan edilmiş, cinayət işi üzrə icraatın dayandırılması haqqında qərar qəbul edilmiş və formal olaraq, təqsirləndirilən şəxsin könüllü gəldiyi üçün cinayət işi üzrə icraat təzələnmişdir. Göstərilən əsasla 23.07.2019-cu və 20.09.2019-cu il tarixlərdə cinayət işinin icraatının dayandırılması cinayət məsuliyyətinə cəlbetmə müddətinin axımının dayanmasına səbəb olmadığından hazırkı cinayət əməli üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçmişdir. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs 1000 manat məbləğində pulu 10.10.2018-ci il tarixdə dələduzluq yolu ilə ələ keçirmişdir. Yəni, cinayət əməlinin törədilməsindən 2 ildən artıq müddət keçmişdir. Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Avropa İnsan Hüquqları Məhkəməsi də sözügedən müddətləri vacib məhkəmə müdafiəsi üsulu kimi qəbul edir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın “Qanunsuz cəzalandırılmamaq” adlanan 7-ci maddəsi ilə bağlı Belçikaya qarşı (Coeme and others v. Belgium, §146) iş üzrə qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, cinayət məsuliyyətindən azad etmə müddəti cinayət törətmiş şəxsə əməlin törədilməsindən sonra təyin olunan dövr keçdikdə cinayət təqibinə və ya mühakiməyə məruz qalmamaq üçün verilən hüquq kimi müəyyən edilə bilər. Razılığa gələn Yüksək Tərəflərin daxili hüquq sistemlərinin ümumi cəhəti olan bu müddətlər bir neçə məqsədlərə, o cümlədən hüquqi müəyyənliyin və qətiliyin təmin olunmasına, eləcə də vaxtın keçməsinə görə natamam vəziyyətə düşə bilən sübutlar əsasında məhkəmələrdən qərar qəbul edilməsi tələb edildiyi halda, müdafiə olunanların zərər ala biləcək hüquqlarına yönələn qəsdlərin qarşısının alınmasına xidmət edir. Məhkəmə, təqsirləndirilən şəxsin iş üzrə icraata xitam verilməsi barədə ərizəsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 CM-in 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata həmin Məcəllənin 75.1.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən xitam verilməlidir. Beləliklə, işdəki sübutlara hüquqi qiymət verən məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsilə verilmiş ittiham üzrə Təqsirləndirilən şəxs2 münasibətdə ibtidai araşdırma mərhələsində Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndinin, 5-ci maddəsinin 2-ci bəndinin və 6-cı maddəsinin pozuntusu müəyyən edilərək, ona qarşı irəli sürülmüş Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CMnin 178.2.1-ci maddəsilə bəraət verilməli, Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsilə verilmiş ittiham üzrə Təqsirləndirilən şəxs1 münasibətdə isə CM-in 178.2.1-ci maddəsindən həmin məcəllənin 178.1-ci maddəsinə tövsif edilməli və cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 175.2-ci maddəsinə əsasən qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Eyni zamanda «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə və Azərbaycan Respublikası CPM-nin 62-ci maddəsinə əsasən barəsində CM-nin 178.2.1-ci maddəsilə bəraət hökmü çıxarılan Təqsirləndirilən şəxs2 cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ izah edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə xətşünaslıq ekspertizasının 06.05.2021-ci il tarixli 4/479 saylı rəyi maddi sübut kimi tanınmalı və cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2, ona qarşı irəli sürülmüş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilməməsi əsası ilə Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs2 cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ izah edilsin. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsindən həmin Məcəllənin 178.1-ci maddəsinə tövsif edilsin, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar