Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-29/2024 31.07.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ İş № 1(012)-29/2024 AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN HÖKM ABŞERON RAYON MƏHKƏMƏSİ 31 iyul 2024-cü il Xırdalan şəhəri Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Quranova Səkinə Nadir qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Mirzəyev və partnyorları” vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx xxxxx 2006-cı ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağları fərdi yaşayış evində yaşayan, barəsində “həbs" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 2022-ci ilin may ayının axırlarında tanışı 13 avqust 2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs yaşadığı Abşeron rayonu, Novxanı qəsəbəsində yerləşən nömrəsiz fərdi yaşayış evinə gələrək, həmin evin birinci mərtəbəsində yerləşən yataq otağında olan çarpayıda qarşılıqlı razılıq əsasında öz cinsiyyət üzvünü on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs arxa keçəcəyinə daxil edərək sonuncuya qarşı seksual xarakterli hərəkətlər etmişdir. Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, əməlindən peşiman olduğunu, zərərçəkənlə aralarında razılaşma əldə edildiyini nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İbtidai istintaqda təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 152.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilib, müdafiəsi üçün heç bir dəlil gətirmədən ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsi, Novxanı Bağlar massivində yaşayır. Abşeron rayonu, Novxanı kənd Z.Əliyeva adına 2 nömrəli tam orta məktəbin 11 sinif şagirdidir. Zərərçəkmiş şəxs tanıyır, onunla münasibəti yaxşı olmuşdur. Zərərçəkmiş şəxs də Abşeron rayonu, Novxanı kənd Z.Əliyeva adına 2 nömrəli tam orta məktəbində təhsil alır. O hal-hazırda həmin məktəbin 9 sinif şagirdidir. O, həmin şəxslə 2022-ci ilin fevral ayından tanış olmuş, tanış olduqdan sonra Gülnisə ilə telefon vasitəsi ilə danışmışlar. Həmin danışıq əsnasında aralarında sevgi münasibətləri başlamışdır. Bundan sonra, Gülnisə ilə sevgi münasibətləri daha da yaxınlaşdığı üçün Gülnisə ilə görüşmək qərarına gəlmişdir. 2022-ci ilin təxminən may ayının axırlarında Gülnisə ilə telefon əlaqəsi saxlayaraq yaşadığı evə gəlmək istədiyini bildirmişdir. O, Gülnisədən evdə kiminsə olubolmamasını soruşmuş, Gülnisə isə evdə heç kimin olmadığını deyib, evdə tək olmasını bildirmişdir. Təxminən günorta saat 14 radələrində Gülnisənin yaşadığı evə gəlmişdir. Evin girişinin sol tərəfində yerləşən yataq otağına daxil olmuşdur. Orada çarpayıda Gülnisə ilə qeyri- təbii yolla cinsi əlaqədə olmağı təklif etmişdir. Aralarında razılıq olduqdan sonra Gülnisə yatdığı çarpayıya üzü üstə uzanmışdır. O isə öz cinsi orqanını Glilnisənin arxa hissəsinə salıb çıxarmağa başlamışdır. Təxminən həmin prosesi 10 dəqiqə ərzində davam etdirmişdir. Sonra çıxıb evinə getmişdir. Bu hadisədən bir neçə ay sonra Gülnisə ilə telefon vasitəsi ilə danışsa da görüşməmişdir. Bundan sonra.Gülnisənin anası Samirə sonra onların telefonla danışmağından məlumatlı olduğu üçün onları danışmağa qoymamışdır. Onların arasında olan qeyri- təbii yolla cinsi əlaqədə olmağı barədə heç kimin məlumatı olmamışdır. Daha sonra, Gülnisənin evdən qaçması ilə bağlı oktyabr ayında Saray PB-də araşdırma aparılan zaman Gülnisə onunla qeyri-təbii yolla cinsi əlaqədə olmağı barədə izahat vermiş, onu da polis bölməsinə dəvət edən zaman Gülnisə ilə qeyri- təbii yolla cinsi əlaqədə olmağını bildirmişdir. O, Gülnisə ilə bir dəfə arxa yol ilə əlaqədə olmuş, dəqiq xatırlamadığı tarixdə yəni, 2022-ci ilin may ayının sonlarında saat təxminən 14 radələrində yaşadığı evdə öz yataq otağında yatdığı çarpayıda onunla əlaqədə olmuşdur. Gülnisə ilə əlaqədə olan zaman ona qarşı zor tətbiq etməmiş və ya döyməmiş, onunla razılıq əsasında arxa yol ilə qeyri- təbii yol ilə cinsi əlaqədə olmuşdur.O, həmçinin Gülnisənin 14 yaşının tamam olmaması haqqında məlumatı olmuşdur. Etdiyi əməldən də peşmanıdır. Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. İbtidai istintaqda zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə İsmayıllı rayonu, Qubaxəlilli kəndində qeydiyyatda olmaq Abşeron rayonu, Novxanı kəndində qeydiyyatsız yaşayır. O, evin yaşca böyük uşağı olmaqla ondan kiçik bir bacısı və bir qardaşı vardır. Bacısı ondan iki yaş, qardaşı isə ondan 6 yaş balacadır. Onlar hər biri Abşeron rayonu, Novxanı kənd Z.Əliyeva adına 2 nömrəli tam orta məktəbində təhsil alır. O, hal-hazırda həmin məktəbin 9 sinif şagirdidir. X2 tanıyır, oxuduğu məktəbdə 11 sinifdə təhsil alır. O, həmin şəxslə 2022-ci ilin fevral ayından tanış olmuş, sonradan aralarında olan münasibət sevgi münasibətlərinə çevrilmişdir. Bundan sonra Əfşinlə sevgi münasibətləri daha da yaxınlaşdığı üçün Əfşin onunla görüşmək qərarına gəlmişdir. 2022-ci ilin təxminən may ayının axırlarında Əfşin onunla telefon əlaqəsi saxlayaraq onun yaşadığı evə gəlmək istədiyini bildirmişdir. Həmin vaxtı isə anası Samirə İsmayıllı rayonunda, atası Elnur isə işdə olmuşdur. Bacısı ilə qardaşı isə nənəsi Elmiranın yaşadığı evdə olmuşdur. Təxminən günorta saat 14 radələrində Əfşin onların evinə gəlmişdir. Əfşin onun otağına daxil olaraq qeyri təbii yolla cinsi əlaqədə olmağı təklif etmişdir. O da razılaşmışdır. Razılaşdıqdan sonra yatdığı çarpayıya üzü üstə uzanmışdır. Əfşin isə öz cinsi orqanını onun arxa keçəcəyinə salmışdır. Təxminən 10 dəqiqə ərzində cinsi orqanını onun arxasına salıb çıxarmışdır. Həmin günü onlar evdə tək olmuşdular. Evdə ikisindən başqa heç kim olmamışdır. Bu hadisədən bir neçə ay sonra Əfşinlə telefon vasitəsi ilə danışsa da görüşməmişdir. Ancaq anası Samirə sonra onların telefonla danışmağından məlumatlı olmuş və əlaqəni kəsməyi bildirmişdir. Anası ancaq Əfşiniıı onunla qeyri təbii yolla cinsi əlaqədə olmağı barədə heç bir məlumatı olmamışdır. Bundan bir neçə ay sonra anasının ona qarşı hərəkətlərindən bezib evdən qaçmaq qərarına gəlmişdir. Ona görə də 03 oktyabr 2022-ci il tarixdə səhər tezdən oxduğu məktəbə getmişdir. Saat 14 radələrində dərsdən çıxan vaxt anası qardaşını məktəbə gətirmiş, onu isə məktəbdən Abşeron rayonu, Masazır qəsəbəsinə hazırlığa yola salmışdır. O, hazırlıqda iştirak edib, saat 16:50 radələrində hazırlıqdan çıxmışdır. Anası telefon ilə ona zəng vurub harada olmağını soruşmuşdur. O isə yalandan anasını aldadıb, hazırlıqdan çıxaraq evə gəldiyini bildirmişdir. Bundan sonra, sinif yoldaşı Əfsanə adlı qızla telefon əlaqəsi saxlayıb görüşmək istədiyini və evdən bezdiyi üçün evə getmək istəmədiyini bildirmişdir. Əfsanə Novxanı qəsəbəsində yaşasa da, Sumqayıt şəhərinə “Göyərçin” deyilən yerin qarşısına dəvət etmişdir. O, marşurut avtobusu ilə Sumqayıt şəhərinə getdikdən sonra Əfsanə ilə telefon əlaqəsi saxlamışdır. Lakin, Əfsanə onun zənglərinə cavab verməmişdir. O, evdən qaçaraq evə getmək istəməmişdir. Ona görə də, məcbur qalıb Sumqayıt şəhərində gəzməyə başlamışdır. Valideynləri ona zəng vurub axtarmasın deyə mobil telefonunu söndürmüşdür. Sumqayıt şəhərində gəzişən zaman təsadüfən 3 nəfər tanımadığı qızlarla tanış olmuşdur. Həmin qızlara başına gələn hadisəni danışmışdır. Qızlar onu kirayə yaşadığı evə dəvət edib, çöldə qalmamağını bildirmişdilər. O, qızlarla birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsinə kirayə yaşadıqları evə getmişdir. Həmin evi hazırda xatırlamır, bir gün həmin qızlarla evdə qaldıqdan sonra həmin qızlar ona evə qayıtmağı məsləhət bilmişdilər. Səhəri gün yəni, 04 oktyabr 2022-ci il tarixdə marşurut avtobusuna minərək yaşadığı evə gəlmişdir. Bundan sonra, atası Elnurun onun itgin düşməyi ilə bağlı polisə məlumat verdiyini bilmişdir. Atası ilə birlikdə Saray PB-nə getmişdilər. Orada onun izahatını almış, sonra onun bədən səthində xəsarəti olub-olmaması və bakirəliyinin pozulub-pozulmaması ilə bağlı məhkəmə tibbi ekspertizası təyin olunmuşdur. O, ekspertizadan keçdikdən sonra arxa keçəcəkdə qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlərin aşkar olunması müəyyən edilmiş, o, yenidən Saray PB-də izahat verərək səmimi olaraq Əfşinlə əlaqəsinin olmasını və Əfşiniıı onunla qeyri təbii yolla cinsi əlaqədə olmasını bildirmişdir. O, Əfşin ilə bir dəfə arxa yol ilə əlaqədə olmuş, dəqiq xatırlamadğı tarixdə yəni, 2022-ci ilin may ayının sonlarında saat təxminən 14 radələrində yaşadığı evdə öz yataq otağında yatdığı çarpayıda onunla əlaqədə olmuşdur. Əfşin ona zor tətbiq etməmiş və ya onu döyməmişdir. Onunla razılıq əsasında arxa yol ilə qeyri təbii yol ilə cinsi əlaqədə olmuşdur. O, bir dəfə Əfşinlə qeyri təbii yolla cinsi əlaqədə olmuşdur. Başqa şəxslərlə nə təbii yolla nədə ki, qeyri təbii yolla cinsi əlaqədə olmamışdır. Əfşin onun azyaşlı olmağını və doğum tarixini bilmişdir. O, bu barədə Əfşinə məlumat vermişdir. İş üzrə Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə1 yazılı ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs X3 və onun ailəsi ilə barışdıqlarını, onların üzr istədiklərini, ona görə də təqsirləndirilən şəxsi bağışladıqlarını, ona qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirmişdir. “MTE və PA Birliyi” Publik Hüquqi şəxsin 25 oktyabr 2022-ci il tarixli 826 saylı müayinə aktına əsasən Zərərçəkmiş şəxs məhkəmə tibbi ekspertizasına əsasən, ilkin məlumatı nəzərə alıb və qərarda qoyulmuş suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlinir: 1 .Zərərçəkmiş şəxs bədən səthi üzərində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilmədi.
2. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmamışdır, anatomik quruluşu tamlığı pozulmadan onunla cinsi əlaqəyə girməyə imkan vermir. - Zərərçəkmiş şəxs arxa keçəcəkdə qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edildi. DİN-nin Baş Əməliyyat və statistik İnformasiya İdarəsinin 18 yanvar 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim olunan Xaricdə təhsil proqramı üzrə müqavilədən görünür ki, o, Türkiyə Atatürk Universitetinin biznesin idarə edilməsi fakültəsinin tələbəsidir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.2-ci maddəsi ilə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.2-ci maddəsi ilə təqsirli bilinərək,həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, cəzanı yüngülləşdirən halların dairəsi qanunla məhdudlaşdırılmır və Cinayət Məcəlləsinin 59-cu maddəsində göstərilməyən başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətməsi və hazırda zərər çəkmiş şəxs ilə barışıq əldə etməsi və cinayəti yetkinlik yaşına çatmayan dövrdə törətməsi onun cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarına əsasən məhkəmələrə böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin kokret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla cəza təyin edilməsi məsələsinin müzakirə edilməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cii maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şəxsiyyətini səciyyələndirilən müsbət hallar kimi, zərərçəkmiş şəxslə barışması və cinayətin yetkinlik yaşına çatmayan dövrdə törədilməsi əməlin ictimai təhlükəliliyini azaldan hallar kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsi haqqında 13 dekabr 2010-cu il tarixli Qərarından görünür ki, “Cinayət Məcəlləsinin 70.1 və 70.2-ci maddələrinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbı hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilık dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağıılaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətməsini, zərərçəkmiş şəxslə barışmasını və sonuncunun ona qarşı heç bir tələb və şikayətinin olmamasını, cinayətin yetkinlik yaşına çatmayan dövrdə törədilməsi,təqsirləndirilən şəxsin hazırda tələbə olmasını, əməlindən peşiman olmasını,cəza çəkmədən islah olunmasını mümkün sayaraq, ədalət və humanizm prinsiplərinə uyğun olaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 152.2 maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının həmin Məcəllənin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməsini qanunun tələblərinə uyğun sayır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi barədə qərar çıxara bilər. Eyni Məcəllənin 70.2ci maddəsinə əsasən məhkəmə şərti məhkumetmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 saylı, 25 iyun 2003-cü il tarixli qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qeyd edilən əsaslar həmçinin, Azərbaycan Respublikası Prezidentinin "Penitenısiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017ci il tarixli Sərəncamında da öz əksini tapmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə vəzifələr qoya bilər. Qanunun bu tələbini nəzərə alan məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır.
Həmçinin, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulmuş, 08 fevral 2023-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, məhkəmə tərəfindən qüvvədə saxlanılmış, lakin məhkəmənin çağırışlarına gəlməkdən yayındığı üçün Abşeron rayon Məhkəməsinin 30 aprel 2024-cü il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Abşeron rayon Pİ-nin 11 may 2024-cü il tarixli məktubu və ona əlavə edilmiş protokoldan göründüyü kimi Təqsirləndirilən şəxs 11 may 2024-cü il tarixdə tutulmuş və MSY-ə təhvil verilmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346.1.20-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı haqqında məsələnin necə həll ediləcəyi məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edildiyindən, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli, barəsində “başa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək həmin qətimkan tədbiri qüvvədə saxlanılmalıdır. Hökmün icrası Abşeron rayon Polis idarəsinə və Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə olunmalıdır. İş üzrə mülki iddia, məhkəmə xərcləri və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 03(üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla, Təqsirləndirilən şəxs təyin olunmuş 03(üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə 02 (iki) il sınaq müddəti təyin edilsin. Sınaq müddəti hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində Abşeron rayon Məhkəməsinin 30 aprel 2024-cü il tarixli qərarı ilə seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin, məhkəmə iclas zalında həbsdən azad edilsin. Barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və bu qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrası Abşeron rayon Polis idarəsinə və Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə olunsun. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir. Hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.
Sədrlik edən: Cəmilə Səfiyeva