Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-29/2025 15.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi5, Təqsirləndirilən şəxs4 və müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi6 iştirakları ilə, xx.xx.1988-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci, xx.xx.1998-ci ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, işləməyən, ünvan 2 ünvanında qeydiyyatda olmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci xx.xx.1997-ci il tarixdə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, işləməyən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 14 saylı cəzaçəkmə müəsissəsində saxlanılan Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü və xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 3 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 30 oktyabr 2022-ci il tarixdə saat 03 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, X10 küçəsi, 1B ünvanında yerləşən Əmanətlərin Sığortalanması Fondunun balansında olan ikimərtəbəli binanın birinci mərtəbəsində yerləşən saxlanc yerinə qanunsuz daxil olaraq oradan 1800 manat dəyərində alüminium qapı-pəncərə komplektini və bir ədəd 800 manat dəyərində dəmir jalüzü özləri ilə gətirdikləri dəmirkəsən alətlə kəsib götürərək gizli olaraq talayıb, zərərçəkmiş Əmanətlərin Sığortalanması Fonduna ümumilikdə 2600 manat ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 06 noyabr 2022-ci il tarixdə saat 02 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən 11 saylı binanın qarşısında Zərərçəkmiş şəxs3 məxsus iaşə obyektinin çöl tərəfinə quraşdırılmış 02 ədəd hər biri 300 manat dəyərində olmaqla, ümumi 600 manat dəyərində təhlükəsizlik kamerasını gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs3 ümumilikdə 600 manat ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 25 noyabr 2022-ci il tarixdən 09 dekabr 2022-ci il tarixədək olan müddət ərzində bir neçə dəfə olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, Mehdi Hüseynzadə küçəsində yerləşən "xxxx" MTK-ya məxsus 4 nömrəli binanın zirzəmisinin havalandırma xəttinin çöl tərəfdən qoyulmuş 4200 manat dəyərində 28 ədəd dəmir barmaqlıqlarını vahid niyyətlə əhatə olunan qəsdlə gizli talayaraq, ümumilikdə zərər çəkmiş "xxxx" MTK-ya 4200 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 31 yanvar 2023-cü il tarixdə ünvan 5 ünvanında yerləşən binanın qarşısında saxlanılan Zərərçəkmiş şəxs8 məxsus DAF markalı **-ZA-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin yük hissəsindən bir ədəd 1300 manat dəyərində jalüzü, 18 ədəd hər biri 80 manat dəyərində dəmir rolikləri, bir ədəd 150 manat dəyərində akkumulyator qoyulan avtomobil hissəsini və hər biri 170 manat dəyərində iki ədəd dəmir borunu gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs8 ümumilikdə 3230 manat ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2023-cü il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs4 etibarnamə ilə idarə etdiyi və yaşadığı evin yaxınlığında, Sumqayıt-Bakı avtomobil yolunun Abşeron rayonu, Xırdalan şəhəri ərazisindən keçən hissəsində, köməkçi yolun kənarında saxaladığı, “Man” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin hər biri 350 manat dəyərində olan 2 ədəd akkumulyatorunu gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs4 ümumilikdə 700 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 07 fevral 2023-cü il tarixdə saat 14 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə "xxxx" MMC-yə məxsus binanın 5-ci blokunun qarşısında saxlanılmış Zərərçəkmiş şəxs8 məxsus DAFF markalı **-XN-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin hər biri 460 manat olmaqla ümumi 920 manat dəyərində iki ədəd akkumulyatorunu gizli olayaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs8 ümumilikdə 700 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, 08 fevral 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda iyirmi manat müqabilində bir ədəd sellofan bükümdə 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına” (Siyahı İ) daxil olan 0,826 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib özündə saxlamaqla Abşeron rayonu, Xırdalan şəhəri ərazisində daşımış, 09 fevral 2023-cü il tarixdə saat 23 radələrində Abşeron rayon polis idarəsinin cinayət- axtarış şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsində yaşadığı evin yaxınlığında saxlanılıb Abşeron rayon polis idarəsinin inzibati binasına gətirildikdən sonra onun üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən həmin bir bükümdə 0,826 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 07 avqust 2022-ci il tarixdə saat 22 radələrində və 08 avqust 2022-ci il tarixdə saat 22 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, AAAF park yaşayış kompleksində yerləşən Şahid8 məxsus qarajın açıq qapısından qanunsuz olaraq içəri daxil olub, oradan Zərərçəkmiş şəxs6n məxsus 4820 manat dəyərində elektromobil ehtiyat hissələrini vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirib, zərərçəkmiş Zərərçəkmiş şəxs6 4820 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 2022-ci ilin oktyabr ayının ortalarında saat 20-radələrində Zərərçəkmiş şəxs7 Abşeron rayonu, Xırdalan şəhəri, Hüseyn Arif küçəsində yerləşən evin pəncərəsindən yaşayış sahəsinə qanunsuz olaraq daxil olub, oradan 100 manat dəyərində soyuducunun mühərrikini və 500 manat dəyərində tikiş maşınını ələ keçirib zərərçəkmiş Zərərçəkmiş şəxs7 ümumilikdə 600 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 30 oktyabr 2022-ci il tarixdə saat 03 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, X10 küçəsi, 1B ünvanında yerləşən Əmanətlərin Sığortalanması Fondunun balansında olan ikimərtəbəli binanın birinci mərtəbəsində yerləşən saxlanc yerinə qanunsuz daxil olaraq oradan 1800 manat dəyərində alüminium qapı-pəncərə komplektini və bir ədəd 800 manat dəyərində dəmir jalüzü özləri ilə gətirdikləri dəmirkəsən alətlə kəsib götürərək gizli olaraq talayıb, zərərçəkmiş Əmanətlərin Sığortalanması Fonduna ümumilikdə 2600 manat ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 2022-ci ilin dekabr ayının əvvəllərində Abşeron rayonu, Masazır qəsəbəsi, Alı Mustafayev küçəsində yerləşən Zərərçəkmiş şəxs9 məxsus yeni tikili evin pəncərəsinin barmaqlıqlarını sındırmaqla qanunsuz olaraq yaşayış sahəsinə daxil olub, oradan 100 manat dəyərində elektrik naqillərini, 01 ədəd 60 manat dəyərində dreli və 01 ədəd 350 manat dəyərində lazer cihazını ələ keçirib, zərərçəkmiş Zərərçəkmiş şəxs9 ümumilikdə 510 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 23 dekabr 2022-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs5 məxsus Abşeron rayonu, Masazır qəsəbəsi, Sarı Aşıq küçəsində yerləşən, yaşayış olmayan fərdi evin pəncərəsini sıxıb açma yolu ilə içəri qanunsuz daxil olaraq oradan 01 ədəd quyu motoru və 01 ədəd su motorunu gizli talayıb Zərərçəkmiş şəxs5 ümumilikdə 450 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 07 fevral 2023-cü il tarixdə saat 14 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə "xxxx" MMC-yə məxsus binanın 5-ci blokunun qarşısında saxlanılmış Zərərçəkmiş şəxs8 məxsus DAFF markalı **-XN-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin hər biri 460 manat olmaqla ümumi 920 manat dəyərində iki ədəd akkumulyatorunu gizli olayaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs8 ümumilikdə 700 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, 09 fevral 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda iyirmi manat müqabilində bir ədəd sellofan bükümdə 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına” (Siyahı İ) daxil olan 0,734 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib özündə saxlamaqla Abşeron rayonu, Xırdalan şəhəri ərazisində daşımış, 10 fevral 2023-cü il tarixdə saat 00 radələrində Abşeron rayon polis idarəsinin cinayət- axtarış şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsində saxlanılıb Abşeron rayon polis idarəsinin inzibati binasına gətirildikdən sonra onun üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən həmin bir bükümdə 0,734 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs3 tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 25 noyabr 2022-ci il tarixdən 09 dekabr 2022-ci il tarixədək olan müddət ərzində bir neçə dəfə olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, Mehdi Hüseynzadə küçəsində yerləşən "xxxx" MTK-ya məxsus 4 nömrəli binanın zirzəmisinin havalandırma xəttinin çöl tərəfdən qoyulmuş 4200 manat dəyərində 28 ədəd dəmir barmaqlıqlarını vahid niyyətlə əhatə olunan qəsdlə gizli talayaraq, ümumilikdə zərər çəkmiş "xxxx" MTK-ya 4200 manat ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs4 tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə vahid niyyətlə əhatə olunmuş qəsdlə 2022-ci ilin sentyabr ayının sonunda saat 20 radələrində Zərərçəkmiş şəxs7 Xırdalan şəhəri, Hüseyn Arif küçəsində yerləşən evin pəncərəsinin dəmir barmaqlığını dəmir parçası ilə sındırmaqla pəncərəni açaraq yaşayış sahəsinə qanunsuz olaraq daxil olub, evdən 70 manat dəyərində bir ədəd su qızdırıcısını, 60 manat dəyərində hamam aksesuarlarını və 60 manat dəyərində iki ədəd xrustal vazaları, 2022-ci ilin oktyabr ayının əvvəllərində saat 21 radələrində yenidən Zərərçəkmiş şəxs7 Xırdalan şəhəri Hüseyn Arif küçəsində yerləşən evin pəncərəsindən yaşayış sahəsinə qanunsuz olaraq daxil olub, evdən 2000 manat dəyərində bir ədəd uzun qadın şübasını, 1500 manat dəyərində bir ədəd yarım qısa qadın şübasını, bir ədəd 800 manat dəyərində qısa qadın şübasını, 2000 manat dəyərində bir ədəd uzun kişi xəz və üzərində dəri olan gödəkcəni, 1200 manat dəyərində bir ədəd üzəri dəri olan xəz kişi gödəkcəsini, 800 manat dəyərində bir ədəd xəz kişi gödəkcəsini və 80 manat dəyərində bir ədəd uşaq gödəkcəsini, 2022-ci ilin oktyabr ayının ortalarında saat 20 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında yenidən Zərərçəkmiş şəxs7 Xırdalan şəhəri, Hüseyn Arif küçəsində yerləşən evin pəncərəsindən yaşayış sahəsinə qanunsuz olaraq daxil olub, həmin evdən 100 manat dəyərində soyuducunun mühərrikini və bir ədəd 500 manat dəyərində tikiş maşınını ələ keçirib zərərçəkmiş Zərərçəkmiş şəxs7 ümumilikdə 9230 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1 -ci maddələri ilə elan edilmiş ittihamda özünü yalnız Təqsirləndirilən şəxs3 ilə birlikdə 25 noyabr 2022-ci il tarixdən 09 dekabr 2022-ci il tarixədək olan müddət ərzində Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, Mehdi Hüseynzadə küçəsində yerləşən "xxxx" MTK-ya məxsus 4 nömrəli binanın zirzəmisinin havalandırma xəttinin çöl tərəfdən qoyulmuş dəmir barmaqlıqlarının oğurlanmasında təqsirli bilir.Digər oğurluq hadisələrindən onun xəbəri yoxdur, narkotik vasitənin də ona aidiyyatı yoxdur. Pİ-də onu döyüblər, təzyiq ediblər, odur ki, deyilənləri nəzərə alıb ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İbtidai istintaqda təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1 -ci maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilib, törətdiyi əmələ görə peşman olduğunu bildirmiş və göstərmişdir ki,Yuri Petrenkonu təxminən dörd-beş ildir ki, tanıyır. Narkotik vasitə aludəçisi olduqları üçün birlikdə bir neçə dəfə oğurluq etmişdirlər. 30 oktyabr 2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində Masazır dairəsi yaxınlığında piyada hərəkət edərkən Xırdalan şəhəri istiqamətində yolun solunda yerləşən iki mərtəbəli istifadəsiz binanın yan tərəfində yerləşən dəmir jalüzü sökmək qərarına gəlmişlər. Xırdalan şəhərində uzun müddətdir yaşadıqları üçün oranı son vaxtlar heç kimin istifadə etmədiyini bilmişdirlər. Bundan sonra dəqiq xatırlamadığı yerdən bir ədəd dəmir kəsən qayçı tapıb təkrar oraya qayıtmışlar. Həmin gün, yəni 30 oktyabr 2022-ci il tarixdə saat təxminən 03 radələrində əvvəlcə dəmir jalüzü çıxardıqdan sonra həmin otağın alüminiumdan olan qapı-pəncərə komplektini də kəsib götürmüşlər. Daha sonra onları yararsız hala salaraq Xırdalan şəhərində metal qəbulu sexinə aparmış, orada işləyən şəxs onlardan həmin metalları hansı formada əldə etdiklərini soruşduqda zibillikdən tapdıqlarını bildirmişlər. Belə ki, onlar mütəmadi olaraq küçələrdən yığdıqları metal tullantıları aparıb həmin yerə satmışlar. Bundan başqa o, xx.xx.2023-cü il tarixdə saat 22 radələrində istifadə etmək məqsədi ilə Bakı şəhəri, Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 20 manat müqabilində bir bükümdə heroin almış, istifadə etmək məqsədi ilə əynində olan şalvarın cibinə qoymuşdur.xx.xx.2023-cü il tarixdə saat 23 radələrində Abşeron rayonu Xırdalan şəhəri, Nizami küçəsində yaşadığı evin yaxınlığında iki nəfər şəxs ona yaxınlaşıb polis əməkdaşı olduqlarını, onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu polis idarəsinə dəvət etmişlər. O, da etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Abşeron rayon Polis İdarəsinə getmişdir. Polis İdarəsində xidməti otaqlardan birində ona üzərində şəxsi axtarış aparılacağı bildirilmiş və hüquqlarını müdafiə etməsi üçün dövlət hesabına müdafiəçi dəvət olunmuşdur. Əvvəlcə ona hüquq və vəzifələri izah olunmuş, daha sonra video çəkiliş və dəvət olunmuş vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış keçirilməzdən əvvəl ondan üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya olub-olmaması soruşulmuşdur. O da könüllü olaraq əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxladığı bir ədəd şəffaf rəngli sellofan bükümdəki narkotik vasitə heroini çıxararaq təqdim etmişdir. Daha sonra həmin büküm onun, vəkilinin və polis əməkdaşlarının iştirakı ilə qablaşdırılmış, zərfə qoyularaq möhürlənmişdir. Sonda həmin narkotik vasitə heroini 08 fevral 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 20 manat müqabilində aldığını, üzərində saxladığını və törətdiyi əmələ görə peşman olduğunu bildirmişdir. Bundan başqa o, ifadəsində bildirmişdir ki, küçələrdə gəzərək dəmirləri və metalları yığaraq onları satmaqla qazanc əldə edir. Təqsirləndirilən şəxs3 isə bir ilə yaxındır ki, tanıyır. Onlar ara-sıra birlikdə dəmir taparaq satıb pul qazanmışdır. 25 noyabr 2022-ci il tarixdə gecə saat 01:00 radələrində o, Təqsirləndirilən şəxs3la birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, Mehdi Hüseynzadə küçəsi bina 4-ün ətrafında gəzən zaman həmin binanın zirzəmisinin havalandırma hissəsinin dəmir barmaqlıqlarla bağlanıldığını görmüşdür. Həmin vaxt onlar dəmir barmaqlıqları oradan çıxarıb metal qəbulu məntəqəsinə aparıb orada sataraq qazanc əldə etmək barədə razılığa gəlmişlər. Həmin vaxt o, oradan tapdığı taxta ilə həmin dəmir barmaqlığı qaldırmağa çalışmış, dəmir barmaqlıqlar bərkidilmədiyindən onları taxta ilə rahatlıqla qaldıra bilmişdir. Bundan sonra onlar birlikdə oradan olan dörd ədəd havalandırma hissəsindən dəmir barmaqlıqları çıxarıb həmin binanın yaxınlığında olan əlvan metal qəbulu məntəqəsinə 29 manata satmışlar. Dəmir barmaqlıqları metal qəbuluna satanda da həmin dəmirləri zibillikdən götürdüklərini və oğurluq olmadığını demişlər. Bundan sonrakı günlərdə vaxtaşırı gecə radələrində onlar yenidən həmin havalandırma hissəsində olan dəmir barmaqlıqları götürüb eyni qayda ilə yaxınlıqda olan əlvan metal qəbulu məntəqəsinə satmışlar. Dəmirləri müxtəlif günlərdə götürməklərinə səbəb, etmiş olduqları oğurluğun bəlli olmaması və bir dəfəyə bütün dəmir barmaqlıqları daşıya bilməmələri olmuşdur. 09 dekabr 2022-ci il tarixdə, gecə saat 02 radələrində onlar yenidən həmin binaya gələrək binanın ofisinin giriş qapısına yaxın yerində olan havalandırma hissəsindəki dəmir barmaqlıqları götürüb əlvan metal qəbulu məntəqəsinə satmışlar. Onlar 25 noyabr 2022-ci il tarixdən 09 dekabr 2022-ci il tarixədək olan müddət ərzində ünvan 6 nömrəli binanın havalandırma hissəsində olan dəmir barmaqlıqları oğurlayıb sataraq ümumilikdə 100 manat qazanc əldə etmişlər və həmin pulu Elnurla öz şəxsi ehtiyaclarına xərcləmişlər. Həmçinin, onlar həmin barmaqlıqları metal qəbulunda olan tanımadıqları şəxsə satan zaman dəmirlərin özlərinə məxsus olduğunu demişlər. Bundan başqa o, narkotik vasitəyə olan tələbatını ödəmək üçün narkotik vasitə almağa maddi imkanı olmadığından oğurluq etmək qərarına gəlmişdir. Bunun üçün xx.xx.2222-ci il tarixdə təxminən saat 02 radələrində o, Abşeron rayonu Xırdalan şəhəri, 28-ci məhəllə ərazisində olan zaman oğurluq etmək üçün münasib yer axtarmışdır. Lakin hansısa obyektdən oğurluq etməyə tərəddüd etmişdir. Çünki ətrafda insanlar çox olmuşdur. Tutulmaqdan qorxduğu üçün orada yerləşən 11 saylı binanın qarşısında yerləşən kafenin çöl hissəsində iki ədəd kamera quraşdırıldığını görmüş, həmin kameranı götürə biləcəyini və hamin kameraları satıb pul əldə edə biləcəyini və beləliklə narkotik vasitəyə olan tələbatını ödəyə biləcəyini fikirləşmişdir. Bundan sonra yerdən tapdığı ağac parçası ilə həmin kameraları ağacla vuraraq sındırmış və yerə salmışdır. Daha sonra həmin kameraları götürüb əynində olan gödəkcənin içərisinə yığaraq oradan uzaqlaşmışdır və yaşadığı evə getmişdir. Həmin günün səhəri xx.xx.2022-ci il tarixdə o, həmin kameraları götürüb Xırdalan şəhəri ərazisində yerləşən metal qəbulu məntəqəsinə aparmışdır. Həmin ünvanda kameraların ona məxsus olduğunu bildirib iki ədəd kameranı 10 manat pul müqabilində metal qəbulu məntəqəsinə satmışdır. Bundan başqa o, maddi sıxıntıları olduğuna görə xx.xx.2023-cü il tarixdə saat 02 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində yerləşən Olimpin binaları adlanan yerin yaxınlığına gedib oğurluq etməyi üçün münasib yer axtarmağa başlamışdır. Bu zaman həmin ərazidə, yəni Sumqayıt-Bakı avtomobil yolunun Xırdalan şəhərindən keçən hissəsində, köməkçi yolun kənarında “Man” markalı bir yük avtomobilinin dayandığını, həmçinin yaxınlaşıb baxdıqda da avtomobilin üzərində olan 2 ədəd akkumulyatorları oğurlamağına münasib şəraitin olduğunu görmüşdür. Həmin vaxt üzərində götürdüyü kəlbətinlə 02 ədəd akkumulyatorların naqillərini ayırmış, daha sonra isə onları avtomobildən tək-tək çıxararaq həmin yerdən bir qədər aralıda görünməyən bir yerdə gizlədib evə getmişdir. Ertəsi gün saat 08 radələrində o, Xırdalan şəhərində “Köhnə bazar” adlanan yerdə “QAZ-31” markalı bir taksi saxlatdırıb taksi ilə akkumulyatorları gizlətdiyi yerə getmiş, həmin 2 ədəd akkumulyatorları saxladığı yerdən götürüb “QAZ-31” markalı avtomobilə qoymuş və Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində yerləşən metal qəbulu məntəqəsinə apararaq ümumilikdə 100 manata satmışdır. Oğurluq yolla əldə etdiyi akkumulyatorları satmaqla əldə etdiyi həmin 100 manat pulu da öz ehtiyaclarına xərcləmişdir. Bundan başqa o, 07 fevral 2023-cü il tarixdə tanışı Yuriy ilə narkotik vasitə almaq qərarına gəlmiş, lakin pulları olmadığına görə nəsə oğurlayıb satmaq üçün Xırdalan şəhəri ərazisində piyada hərəkət edərkən saat təxminən 14 radələrində Xırdalan şəhəri, 26-cı məhəllə adlanan ərazidə dayanmış vəziyyətdə olan Daf markalı **-XN-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini görüb, onun akkumulyatorlarını oğurlamaq fikrinə düşmüşlər. Zahidlə birlikdə həmin yük avtomobilinin iki ədəd “mutlu” markalı akkumulyatorunu götürüb ara küçələrin birində əzərək yararsız hala salmış, daha sonra həmin akkumulyatorları Xırdalan şəhərində yerləşən texnikumun yanında yerləşən metal qəbulu məntəqəsinə gətirib özlərinə məxsus olduğunu deyərək ikisini birlikdə 80 manata satmışlar. Həmin pulla tanımadıqları şəxsdən narkotik vasitə alıb qəbul etmişlər. Bundan başqa o, ifadəsində bildirmişdir ki, əlvan və qara metalları oğurlayaraq metal qəbulu yerlərinə zibillikdən tapdığını deyərək satmışdır. 31.01,2023-cü il tarixdə Xırdalan şəhəri ərazisində yük avtomobilinin qırmızı tendli yük hissəsinin saxlanıldığını görmüş, oradan götürdüyü bir neçə dəmir parçasını metal qəbulu yerinə apararaq satmışdır. Daha sonra təkrar oraya qayıtdıqda bir nəfər tanımadığı şəxs ona yaxınlaşaraq həmin qoşqunun sahibi olduğunu demiş, o, törətdiyi əməli etiraf etmədiyi üçün həmin şəxs polisə məlumat vermişdir. O, əvvəlcə törətdiyi əməli etiraf etməsə də sonradan əməlindən peşman olduğu üçün səmimi etiraf etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2,177.2.3 və 234.1 -ci maddələri ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bildi və ifadəsində bildirdi ki, qonşuluqda yaşayan Təqsirləndirilən şəxs4la birlikdə 2022-ci ilin oktyabr ayının ortalarında Xəlil pəncərədən içəri girib bir ədəd tikiş maşını və bir ədəd soyuducu mühərrikini oğurlamışlar, həmin əşyaları Xırdalan şəhərində təxminən 20 manata satıb pulu da Xəlil ilə aralarında bölmüşlər. Digər oğurluq hadisələrindən onun xəbəri yoxdur, narkotik vasitənin də ona aidiyyatı yoxdur. Pİ-də ona təzyiq ediblər, odur ki, deyilənləri nəzərə alıb ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İbtidai istintaqda təqsirləndirilən şəxs qismində dindirilmiş X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2,177.2.3 və 234.1 -ci maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilmiş, törətdiyi əmələ görə peşman olduğunu göstərmiş və bildirmişdir ki,ittihamın mahiyyəti ona müstəntiq tərəfindən elan edilmişdir və tam aydındır. İfadəsini Azərbaycan dilində latın qrafikası ilə vermək istəyir. Təqsirləndirilən şəxs1 təxminən dörd-beş ildir ki, tanıyır. Təqsirləndirilən şəxs1 onun Xırdalan şəhərində yaşadığı ünvanda qonşusudur. Narkotik vasitə aludəçisi olduqları üçün birlikdə bir neçə dəfə oğurluq etmişdirlər. 30 oktyabr 2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində Masazır dairəsi yaxınlığında piyada hərəkət edərkən Xırdalan şəhəri istiqamətində yolun solunda yerləşən iki mərtəbəli istifadəsiz binanın yan tərəfində yerləşən dəmir jalüzü sökmək qərarına gəlmişdirlər. Xırdalan şəhərində uzun müddətdir yaşadıqları üçün oranı son vaxtlar heç kimin istifadə etmədiyini bilmişlər. Bundan sonra dəqiq xatırlamadığı yerdən bir ədəd dəmir kəsən qayçı tapıb təkrar oraya qayıtmışlar. Həmin gün saat təxminən 03 radələrində əvvəlcə dəmir jalüzü çıxardıqdan sonra həmin otağın alüminiumdan olan qapı-pəncərə komplektini də kəsib götürmüşlər. Daha sonra onları yararsız hala salaraq Xırdalan şəhərində metal qəbulu sexinə aparmışlar. Orada bizdən həmin metalları hansı formada əldə etdiklərini soruşduqda zibillikdən tapdıqlarını bildirmişlər. Belə ki, onlar mütəmadi olaraq küçələrdən yığdıqları metal tullantıları aparıb həmin yerə satmışlar. Bundan başqa o, xx.xx.2023-cü il tarixdə saat 22 radələrində istifadə etmək məqsədi ilə Bakı şəhəri, Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 20 manat müqabilində bir bükümdə heroin almış və istifadə etmək məqsədi ilə əynində olan şalvarın cibinə qoymuşdur. xx.xx.2023-cü il tarixdə saat 00 radələrində Abşeron rayonu Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsində piyada hərəkət edərkən iki nəfər şəxs ona yaxınlaşıb polis əməkdaşı olduqlarını, onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu polis idarəsinə dəvət etmişlər. O da etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Abşeron rayon Polis İdarəsinə getmişdir. Polis İdarəsində xidməti otaqlardan birində ona üzərində şəxsi axtarış aparılacağı bildirilmiş və hüquqlarını müdafiə etməsi üçün dövlət hesabına müdafiəçi dəvət olunmuşdur. Əvvəlcə ona hüquq və vəzifələri izah olunmuş, daha sonra video çəkiliş və dəvət olunmuş vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış keçirilməzdən əvvəl ondan üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya olub-olmaması soruşulmuşdur. O da könüllü olaraq əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxladığı bir ədəd şəffaf rəngli sellofan bükümdəki narkotik vasitə heroini çıxararaq təqdim etmişdir. Daha sonra həmin büküm onun, vəkilinin və polis əməkdaşlarının iştirakı ilə qablaşdırılmış, zərfə qoyularaq möhürlənmişdir. Sonda o, həmin narkotik vasitə heroini 09 fevral 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 20 manat müqabilində aldığını, üzərində saxladığını və törətdiyi əmələ görə peşman olduğunu bildirmişdir. Bundan başqa o, 07 fevral 2023-cü il tarixdə tanışı Zahidlə narkotik vasitə almaq qərarına gəlmiş, lakin pulları olmadığına görə nəsə oğurlayıb satmaq üçün Xırdalan şəhəri ərazisində piyada hərəkət edərkən saat təxminən 14 radələrində Xırdalan şəhəri, 26-cı məhəllə adlanan ərazidə dayanmış vəziyyətdə olan Daf markalı **-XN-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini görüb, onun akkumulyatorlarını oğurlamaq fikrinə düşmüşlər. Yuriy ilə birlikdə həmin yük avtomobilinin iki ədəd “mutlu” markalı akkumulyatorunu götürüb ara küçələrin birində əzərək yararsız hala salmış, daha sonra həmin akkumulyatorları Xırdalan şəhərində yerləşən texnikumun yanında yerləşən metal qəbulu məntəqəsinə gətirib özlərinə məxsus olduğunu deyərək ikisini birlikdə 80 manata satmışlar. Həmin pulla tanımadıqları şəxsdən narkotik vasitə alıb qəbul etmişlər. Bundan başqa o, Zərərçəkmiş şəxs5 əvvəllər tanımadığını, aralarında heç bir münasibət, o cümlədən düşmənçilik və ya ədavət olmamışdır. 2022-ci ilin dekabr ayında maddi ehtiyacları olduğu üçün Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evlərinin birindən oğurluq etmək qərarına gəlmişdir. 23 dekabr 2022-ci il tarixdə saat təxminən 17 radələrində həmin qəsəbədə yerləşən Sarı Aşıq küçəsi ilə piyada şəkildə təkbaşına gəzərkən evlərin birinin və həyətyanı sahənin işıqlarının yanmadığını görmüş, həmin evə yaxınlaşıb darvazasının çöl tərəfdən bağlı vəziyyətdə olduğunu müəyyən etdikdən sonra evdə yaşayış olmadığına əmin olmuşdur. Buna görə də evin mişar daşları ilə əhatələnən hasarından həyətyanı sahəyə keçmiş, daha sonra həyətyanı sahədən keçməklə evə yaxınlaşmış və içəridə heç kimin olmadığını görüb plastik pəncərəni əli ilə sıxıb açaraq evə daxil olmuşdur. Bu zaman evin içərisində 02 ədəd su motorunun olduğunu görmüşdür. Həmin motorları oğurlayıb satmaqla pul əldə etmək üçün onları bir- bir götürərək evdən çıxarıb əvvəlcə həyətə qoymuş, ardınca isə hasarın digər tərəfinə atmışdır. Bundan sonra evin qapısından çıxaraq su motorlarını götürərək getmişdir. Sonda bu əməlindən heç kimin məlumatı olmadığını, oğurladığı motorları tanımadığı şəxsə 120 manat müqabilində satdığını bildirmişdir. Bundan başqa o, ifadəsində narkotikə olan tələbatını ödəmək üçün Xırdalan şəhərində zibilxanalardan dəmir və plastmas qablar yığıb satmaqla məşğul olduğunu, xx.xx.2022-ci il tarixdə saat 22 radələrində Xırdalan şəhəri, “AAAF” park yaşayış kompleksinin həyətində yerləşən binanın zirzəmisinə daxil olub orada dəmir axtardığını, həmin vaxtı orada olan qarajlardan birinin yan qapısının açıq olduğunu gördüyünü, qaraja daxil olaraq oradan bir neçə ədəd avtomobil dəmirləri yığıb özü ilə apardığını, dəmirləri yaşadığı məhəllədə sahibsiz bir yerdə gizlətdiyini və növbəti gün, yəni xx.xx.2022-ci il tarixdə səhər saatlarında oğurladığı dəmirləri gizlətdiyi yerdən götürüb səyyar metal alışı ilə məşğul olan bir nəfər şəxsə 60 manata satdığını, xx.xx.2022-ci il tarixdə saat 22 radələrində yenidən “AAAF” park yaşayış kompleksinə gedib həmin qarajdan yenə dəmirləri yığıb yaşadığı məhəlləyə gətirdiyini və növbəti gün, yəni xx.xx.2022-ci il tarixdə oğurladığı dəmirləri yen də küçədə səyyar dəmir və metal alışı ilə məşğul olan tanımadığı şəxsə 80 manata satdığını və oğurluqdan əldə etdiyi pulları şəxsi ehtiyacı üçün xərclədiyini bildirmişdir. Bundan başqa o, ifadəsində bildirmişdir ki, qonşuluqda yaşayan Təqsirləndirilən şəxs4 tanıyır, aralarında heç bir qərəzli münasibətləri yoxdur. 2022-ci ilin oktyabr ayının ortalarında, bir gün təxminən saat 20 radələrində Xəlil ilə məhəllədə olan zaman Xəlil ona qonşuluqda olan yaşayış evində heç kimin yaşamadığını, həmin evdən əvvəllər paltarlar və digər əşyaları oğurladığını bildirmiş, ona da birlikdə həmin evdən nəsə oğurlayıb satmağı təklif etmişdir. O Xəlillə razlaşmış və birlikdə həmin evin həyətinə giriş qapısından daxil olmuş və həmin vaxt evin pəncərəsinin dəmir barmaqlığı sındırılmış vəziyyətdə olduğunu görmüşdür. Xəlil həmin evin pəncərəsinin barmaqlığını özünün sındırdığını demişdir. Daha sonra o, pəncərənin qarşısında dayanmış və Xəlil pəncərədən içəri girib bir ədəd tikiş maşını və bir ədəd soyuducu mühərrikini ona vermişdir. Daha sonra həmin əşyaları həyətdən götürdükləri torbaya qoyub oradan uzaqlaşmışlar. Elə həmin günü də həmin əşyaları Xırdalan şəhərində olan Ramazan adlı şəxsin metal qəbulu yerinə aparıb təxminən 20 manata satıb pulu da Xəlil ilə aralarında bölmüşlər. Ramazan həmin əşyaların oğurluq olduğunu bilməmişdir. Bundan başqa o, 2022-ci ilin dekabr ayının təxminən əvvəllərində bir gün təxminən saat 18 radələrində Abşeron rayonu Masazır qəsəbəsində yeni inşa edilmiş evlərin arası ilə gedəndə orada bir mərtəbəli yeni inşa edilmiş evdə heç kimin yaşamadığını görüb həmin evdə maddi dəyəri olan əşyaların olmasını güman edərək oradan oğurluq etmək istəmişdir. Ətrafda heç kimin olmadığını görüb həmin evin həyətinə hasarın üstündən keçərək girmiş və evin pəncərələri dəmir barmaqlıqlar ilə təchiz edildiyini görmüşdür. Evin giriş qapısı da bağlı olduğu üçün o, evin arxa tərəfində olan pəncərənin dəmir barmaqlığını yerdən tapdığı dəmir parçası ilə sındıraraq plastmas pəncərəni açmış və oradan evə daxil olmuşdur. Evin otaqlarında hələ təmir işləri qurtarmadığı üçün o, evdən bir qədər elektrik naqillərini, bir ədəd laqonda və bir ədəd lazer cihazını götürüb evə girdiyi pəncərədən çıxmış və həmin ərazidən uzaqlaşmışdır. Növbəti gün oğurladığı elektrik naqillərinin içərisində olan misləri çıxartmış və xatırlamadığı metal qəbulu yerinə satmış, aldığı pulu da özünə xərcləmişdir. Həmin evdən oğurladığı laqonda və lazer cihazını isə aparıb Bakı şəhəri, 3-cü mikrorayon bazarının qarşısında tanımadığı şəxsə cəmi 60 manata satmışdır. Oğurladığı əşyaları ondan alan şəxs oğurluq olduğunu bilməmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bildi, törətdiyi əmələ görə peşman olduğunu bildirdi və göstərdi ki, Təqsirləndirilən şəxs1 tanıyır. Onlar ara-sıra birlikdə dəmir taparaq satıb pul qazanmışdır. 25 noyabr 2022-ci il tarixdə gecə saat 01:00 radələrində o, Təqsirləndirilən şəxs1lə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, Mehdi Hüseynzadə küçəsi bina 4-ün ətrafında gəzən zaman həmin binanın zirzəmisinin havalandırma hissəsinin dəmir barmaqlıqlarla bağlanıldığını görmüşdür. Həmin vaxt onlar dəmir barmaqlıqları oradan çıxarıb metal qəbulu məntəqəsinə aparıb orada sataraq qazanc əldə etmək barədə razılığa gəlmişlər. Həmin vaxt o, oradan tapdığı taxta ilə həmin dəmir barmaqlığı qaldırmağa çalışmış, dəmir barmaqlıqlar bərkidilmədiyindən onları taxta ilə rahatlıqla qaldıra bilmişdir. Bundan sonra onlar birlikdə oradan olan dörd ədəd havalandırma hissəsindən dəmir barmaqlıqları çıxarıb həmin binanın yaxınlığında olan əlvan metal qəbulu məntəqəsinə 29 manata satmışlar. Dəmir barmaqlıqları metal qəbuluna satanda da həmin dəmirləri zibillikdən götürdüklərini və oğurluq olmadığını demişlər. Bundan sonrakı günlərdə vaxtaşırı gecə radələrində onlar yenidən həmin havalandırma hissəsində olan dəmir barmaqlıqları götürüb eyni qayda ilə yaxınlıqda olan əlvan metal qəbulu məntəqəsinə satmışlar. Dəmirləri müxtəlif günlərdə götürməklərinə səbəb, etmiş olduqları oğurluğun bəlli olmaması və bir dəfəyə bütün dəmir barmaqlıqları daşıya bilməmələri olmuşdur. 09 dekabr 2022-ci il tarixdə, gecə saat 02 radələrində onlar yenidən həmin binaya gələrək binanın ofisinin giriş qapısına yaxın yerində olan havalandırma hissəsindəki dəmir barmaqlıqları götürüb əlvan metal qəbulu məntəqəsinə satmışlar. Onlar 25 noyabr 2022-ci il tarixdən 09 dekabr 2022-ci il tarixədək olan müddət ərzində ünvan 6 nömrəli binanın havalandırma hissəsində olan dəmir barmaqlıqları oğurlayıb sataraq ümumilikdə 100 manat qazanc əldə etmişlər və həmin pulu Zahidlə öz şəxsi ehtiyaclarına xərcləmişlər. Hazırda onun tərəfindən zərərçəkənə dəyən ziyan tam ödənilmişdir,əməlindən peşimandır. Odur ki, qeyd edilənləri nəzərə alıb barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar cəza təyin edilmsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs4 ona elan edilmiş ittihamda özünü qismən təqsirli bildi, qiymətlərin zərərçəkən tərəfindən şişirdildiyini qeyd etdi,ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, hazırda zərərçəkənə dəyən ziyanın tam ödədiyini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İbtidai istintaqda təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs4 ona elan edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilmiş, törətdiyi əmələ görə peşman olduğunu bildirmiş və göstərmişdir ki, narkotik vasitələrdən istifadə etdiyinə görə 2019-cu ildə AR CM-nin 234.1 -ci maddəsi ilə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 2020-ci ilin aprel ayında azadlığa buraxılmışdır. Maddi vəziyyəti yaxşı olmadığına görə 2022-ci ilin sentyabr ayında oğurluq etmək qərarına gəlmişdir. Ona görə qonşuluqda olan sonradan adının Zərərçəkmiş şəxs7 olduğunu öyrəndiyi şəxsin evində heç kimin yaşamadığını bildiyi üçün həmin evdən oğurluq etmək istəmişdir. Bu məqsədlə 2022-ci ilin sentyabr ayının sonunda bir gün saat təxminən 20 radələrində həmin evin qapısından həyətə girmiş, həyətdən tapdığı dəmir parçası ilə evin sol tərəfində olan pəncərənin dəmir barmaqlığını sındırıb pəncərəni açıb evə girmiş, daha sonra evin içərisində gəzib evin hamam otağından bir ədəd su qızdırıcısını, hamam aksesuarlarını, iki ədəd vazaları götürüb oradan çıxmışdır. Növbəti gün su qızdırıcısı ilə hamam aksesuarlarını Xırdalan şəhərində səyyar metal qəbul edən şəxslərə satıb təxminən 20 manat pul almış və həmin pulu da özü üçün xərcləmişdir. 2022- ci ilin oktyabr ayının əvvəllərində yenə bir gün saat təxminən 21 radələrində həmin evə əvvəl sındırdığı pəncərədən təzədən girib və oradan bir ədəd qaz sobasını, bir neçə qadın və kişi gödəkcələrini, bir ədəd uşaq gödəkcəsini götürmüş, və oradan çıxıb yaşadığı evə getmişdir. Daha sonra paltarları evdə gizlətmiş, qaz sobasını isə metal qəbulu yerinə aparıb 20 manata satmışdır və aldığı pulu da özünə xərcləmişdir. Əlavə olaraq bildirmişdir ki, qonşuluqda yaşayan Yuriy adlı şəxsi tanıyır və aralarında normal münasibətləri vardır. 2022-ci ilin oktyabr ayının ortalarında bir gün saat təxminən 20 radələrində Yuriy ilə məhəllədə olanda Yuriyə həin evdən oğurluq etmək barədə təklif etmiş, Yuriy onun təklifi ilə razılaşmışdır və birlikdə gedib həmin evə pəncərədən girmişlər Oradan bir ədəd tikiş maşınını və soyuducunun mühərrikini götürüb çıxmışlar. Həmin gecə Yuriy ilə birlikdə Xırdalan şəhərində olan metal qəbulu yerinə getmiş, Yuriy həmin əşyaları metal qəbulu yerinə satmış və 20- 30 manat pul almışdır. Daha sonra həmin pulu da aralarında bölmüşlər. Oğurladıqları əşyaları alan şəxslər həmin əşyaların oğurluq olduğunu bilməmişdir. Bundan başqa o, heç bir oğurluq etmədiyini, oğurladığı paltarları da yaşadığı evdə saxladığını və könüllü təqdim etdiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs Xalq City MTK-nın nümayəndəsi Zərərçəkmiş şəxs2 bildirdi ki, 5 ildir ki, Xalq City MTK-da təchizatçı kimi işləyir. Onun vəzifəsi oradakı təsərrüfat işlərinə nəzarət etməkdən ibarətdir. Xalq City MTK-ya məxsus bina ünvan 6 ünvanında yerləşir. Binanın zirzəmisinin 28 ədəd havalandırma hissələri vardır. Həmin binanın zirzəmisinin havalandırma hissəsinin girişini qapatmaq üçün dəmir barmaqlıqlardan istifadə etmişdirlər. 10 dekabr 2022-ci il tarixdə səhər saat 10 radələrində ofisə gələn zaman o, havalandırma yerinin üstünü örtən dəmir barmaqlıqların bir qisminin yerində olmadığını görmüşdür. Bundan sonra o, həmin binanın ətrafına baxış keçirən zaman ümumiyyətlə binanın ətrafında olan 28 ədəd havalandırma hissələrinin üstünü örtən bütün dəmir barmaqlıqların kəsilib çıxarılaraq oğurlandığını aşkar etmişdir. Bundan sonra o, baş vermiş hadisə ilə bağlı dərhal rəhbərliyə məlumat vermiş və bundan sonra DİN-in 102 zəng xidməti mərkəzinə müraciət edib baş vermiş hadisə ilə bağlı bildirmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində hər biri 150 manat olmaqla 28 ədəd dəmir barmaqlıq oğurlanmış və nəticədə Xalq City MTK-ya 4200 manat maddi ziyan dəymişdir. O, sonuncu dəfə həmin dəmir barmaqlıqları bir ay öncə yerində görmüşdür. Belə ki, həmin havalandırma hissələri binanın arxa hissəsində olduğundan onlar tez-tez ora gedib nəzarət etməmişdir. Bu səbəbdən bu haqda gec məlumatı olmuşdur. X11 MTK-nın nümayəndəsi Zərərçəkmiş şəxs2 ərizə ilə məhkəməyə müraciət edərək dəyən ziyanın Təqsirləndirilən şəxs3 tərəfindən ödənildiyini, ona qarşı şikayət və tələblərinin olmadığını bildirmişdir. Məhkəmə iclasında cinayət işi üzrə Zərərçəkmiş şəxs5 ifadəsində bildirmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir və özünə məxsus “Qazel” markalı **-CA-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə sürücü kimi fəaliyyət göstərməklə dolanışığını təmin edir. Təxminən 5-6 ay əvvəl 450 manat pula 01 ədəd quyu və 01 ədəd su motoru alaraq qızıgılin yaşadığı Abşeron rayonu Qızılqum qəsəbəsində yerləşən evə aparıb qoymuş, təxminən 1-2 gün əvvəl həmin motorları Abşeron rayonu Masazır qəsəbəsi Sarı Aşıq küçəsində yerləşən evinin həyətində quraşdırmaq üçün avtomobilinin yük yerinə qoymuşdur. 22 dekabr 2022-ci il tarixdə saat 19:00 radələrində əvvəllər tanıdığı və Bakı şəhərində yerləşən “Üçün kruqu” deyilən ərazidə dayanaraq fəhləliklə məşğul olan tanışı Natiq mobil telefon vasitəsilə ona zəng edərək Bakı şəhərində 4-cü mikrorayonda yerləşən keçmiş “Tərlan” şadlıq sarayının yaxınlığında zibil olduğunu və gəlib götürə biləcəyini söyləmişdir. Bundan başqa o, həyətinin suyun altında qalmasının qarşısını almaq məqsədilə müxtəlif ünvanlardan topladığı zibili həyətinə boşaldır. O, Natiqin zəngi əsasında deyilən ünvana çatan zaman Natiqdən başqa fəhləliklə məşğul olan Elxan və Nərimanın orada olduqlarını görmüşdür. Natiq, Elxan və Nəriman zibilləri avtomobilin yük yerinə yüklədikdən sonra özləri də avtomobilə əyləşib onunla birlikdə yaşadığı ünvana gəlmişlər. Evin qarşısına çatdıqda Natiq, Elxan və Nəriman avtomobildən düşüb zibillə dolu kisələri həyətə boşaltmağa başlamış, bu zaman o Natiqgildən motorları da götürüb həyətdəki evin içərisinə qoymalarını xahiş etmişdir. Buna görə də Natiq motorlardan birini ona, digərini isə Nərimana vermiş onlar da həmin motorları evə qoymuşlar. Bundan sonra onların hamısı onun avtomobilinə minib Bakı şəhərinə getmişlər. Natiq, Nəriman və Elxanı dəqiq xatırlamadığı yerdə avtomobildən. düşürdükdən sonra yaşadığı evə getmişdir. Ertəsi gün saat 12:00 radələrində su sistemini işə salmaq üçün Masazır qəsəbəsindəki ünvana gəlmiş, motorların yerində olub-olmadığına baxmaq istəyəndə isə onların yerində olmadığını görmüşdür. Buna görə də 23 dekabr 2022-ci il tarixdə polisə müraciət etmişdir. Baş vermiş hadisə nəticəsində ona 450 manat ziyan dəymişdir.Dəyən ziyan ona ödənilməmişdir. Məhkəmə iclasında cinayət işi üzrə Zərərçəkmiş şəxs7 ifadəsində bildirmişdir ki, Xırdalan şəhəri, Hüseyn Arif küçəsində fərdi yaşayış evi vardır. Həmin evdə daim yaşamadığı üçün arada gedib həmin evə baş çəkir. Həmin yaşayış evi bir mərtəbəli və üç otaqdan ibarətdir. Evin yerləşdiyi həyət mişar daşları ilə hasarlanmışdır, giriş qapı da dəmir qapıdır. Evin ətrafında da qonşuların evləri vardır. Sonuncu dəfə 25 sentyabr 2022-ci il tarixdə, təxminən saat 20 radələrində evin qapısını açarla bağlayıb evdən çıxmışdır. 25 oktyabr 2022-ci il tarixdə, saat 16 radələrində qonşusu Şirin Vəliyevə yaşadığı evin pəncərəsinin dəmir barmaqlığının sındırıldığını görüb DİN-in 102 xidmətinə məlumat vermişdir. İki gün sonra o evə gedib baxdıqda evin pəncərəsinin dəmir barmaqlığının sındırıldığını və evdən 2000 manat dəyərində bir ədəd uzun qadın şübasının, 1500 manat dəyərində yarım qısa qadın şübasının, bir ədəd 800 manat dəyərində qısa qadın şübasının, 2000 manat dəyərində bir ədəd uzun kişi xəz və üzərində dəri olan gödəkçənin, 1200 manat dəyərində bir ədəd üzəri dəri olan xəz kişi gödəkçəsinin, 800 manat dəyərində bir ədəd xəz kişi gödəkçəsinin, 70 manat dəyərində su qızdırıcısının, 60 manat dəyərində qaz sobasının, bir ədədi 30 manat olan 60 manat dəyərində hamam aksesuarlarının, 100 manat dəyərində soyuducunun motorunun, 80 manat dəyərində uşaq gödəkçəsinin, 500 manat dəyərində tikiş maşınının və iki ədəd cəmi 60 manat dəyərində xrustal vazaların oğurlandığını aşkar etmişdir. Ona görə də bununla bağlı ərizə ilə müraciət etmişdir. Zərərçəkmiş şəxs7 sonradan ərizə ilə məhkəməyə müraciət edərək ona dəyən ziyanın Təqsirləndirilən şəxs4 tərəfindən tam ödənildiyini ona qarşı şikayəti, tələbi olmadığını bildirmişdir. Cinayət işi üzrə Zərərçəkmiş şəxs3 ərizə ilə məhkəməyə müraciət edərək ona dəyən ziyanın Təqsirləndirilən şəxs1 və Yuri Petrenko tərəfindən ödənildiyini onlara qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. İbtidai istintaqda Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə ərazisində kafe işlədir. Həmin kafe ona məxsusdur və çöl tərəfində iki ədəd təhlükəsizlik kamerası quraşdırmışdır. Həmin kameraların hər birini 300 manata almışdır. 06.11,2022-ci il tarixdə təxminən saat 22:45 radələrində kafedə olan zaman çöl tərəfdəki iki ədəd kameranın yerində olmadığını aşkar etmiş və bu barədə dərhal DİN-nin 102 xidmətinə və ərizə ilə Abşeron rayon polis idarəsinə müraciət etmişdir. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 600 manat ziyan dəymişdir. Cinayət işi üzrə zərərçəkmiş şəxs Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Zərərçəkmiş şəxs1 ərizə ilə məhkəməyə müraciət edərək iş üzrə təqsirləndiirlən şəxslər tərəfindən dəyən ziyan ödənildiyi halda, onlara qarşı şikayət və tələbləri yoxdur. Cinayət işi üzrə zərərçəkmiş şəxs Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, təxminən üç aydır ki, Əmanətlərin Sığortalanması Fondunda, aparıcı hüquqşünas işləyir. Abşeron rayonu, Xırdalan şəhəri, X10 küçəsi 1B ünvanında yerləşən Əmanətlərin Sığortalanması Fondundun ləğvedicisi olduğu ləğv prosesində olan "xxxx" ASC- nin balansında olan iki mərtəbəli tikiliyə hazırda Əmanətlərin Sığortalanması Fondu nəzarət edir. xx.xx.2022-ci il tarixdə onlara həmin binanın birinci mərtəbəsinin arxa tərəfində yerləşən köməkçi sahədən oğurluq olması barədə məlumat daxil olmuşdur. Oraya tərəflərindən keçirilən baxış zamanı bir ədəd 1800 manat dəyərində aliminum qapı- pəncərə komplektinin və bir ədəd 800 manat dəyərində dəmir jalüzün oğurlandığını aşkar etmiş, buna görə də ona verilmiş etibarnamə əsasında Əmanətlərin Sığortalanması Fondunun adından Abşeron rayon Polis İdarəsinə müraciət etmişdir. İbtidai istintaqda iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində bildirmişdir ki, yaşadığı binanın qarşısında ona məxsus olan DAF markalı 04- ZA-081 dövlət qeydiyyat nişanlı avtomobili qəzalı vəziyyətdə saxlamışdır. Belə ki, xx.xx.2023-cü il tarixdə Rusiya Federasiyasında həmin avtomobillə qəza keçirmiş və xx.xx.2023-cü il tarixdə Azərbaycana gətirib Xırdalan şəhərində yaşadığı binanın qarşısında saxlamışdır. xx.xx.2023-cü il tarixdə saat 17 radələrində avtomobilə yaxınlaşan zaman bir nəfər tanımadığı şəxsin avtomobilin ehtiyat hissəsini dartmağa cəhd etdiyini görmüşdür. Oğlunun köməkliyi ilə onu saxlayıb 102 xidmətinə məlumat vermişdir. Daha sonra polis əməkdaşları yaxınlaşıb həmin şəxsi Abşeron rayon polis idarəsinə aparmışlar. Sonradan ona həmin avtomobilin yük hissəsinin 1300 manat dəyərində bir ədəd jalüzünün, hər biri 80 manat dəyərində 18 ədəd dəmir roliklərin, bir ədəd 150 manat dəyərində akkumulyatoru saxlayan dəmirinin və iki ədəd hər biri 170 manat dəyərində iki ədəd dəmir borunun oğurlandığı məlum olmuşdur. Beləliklə onun ümumilikdə 3230 manat dəyərində əmlakı oğurlanmışdır.Bundan başqa o bildirmişdir ki, ona məxsus yük avtomobilləri vardır. Həmin yük avtomobilləri ilə beynəlxalq daşıma işlərini həyata keçirir. Həmin yük avtomobillərindən biri də Daf markalı **-XN-*** dövlət qeydiyyat nişanlı yük avtomobilidir. 06 fevral 2023-cü il tarixdə gecə saatlarında həmin yük avtomobilini yaşadığı binanın qarşısında saxlamışdır. 07 fevral 2023-cü il tarixdə saat 15 radələrində təkrar avtomobilə yaxınlaşdıqda yük avtomobilinin hər biri 460 manat olmaqla iki ədəd 225-lik “Mutlu” markalı akumlyatorların oğurlandığını aşkar etmişdir. Oğurluq nəticəsində ona ümumilikdə 920 manat ziyan dəymişdir. Hadisə ilə əlaqədar iki nəfər tanımadığı şəxsdən şübhələnir. Çünki avtomobilə yaxınlaşarkən iki nəfər tanımadığı şəxs oradan qaçaraq uzaqlaşmışdır. İbtidai istintaqda cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində bildirmişdir ki, Bakı şəhəri, Nərimanov rayonunda yerləşən elektromobil təmiri sexini icarəyə götürüb işlədir və özü də elektromobil ustasıdır. Elektromobil ehtiyat hissələri sexdə çox yer tutduğu üçün o, 2022-ci ilin mart ayında Xırdalan şəhəri, “AAAF” park yaşayış kompleksində qonşusu Şahid8 məxsus qarajı icarəyə götürmüşdür. Qaraj çox mərtəbəli yaşayış binasının altında yerləşir və o qaraja ehtiyat hissələrini yığmışdır. xx.xx.2022-ci il tarixdə o, qaraja baş çəkən zaman ehtiyat hissələri hamısı yerində olmuşdur. xx.xx.2022-ci il tarixdə saat 16 radələrində "AAAF” park yaşayış kompleksində icarəyə götürdüyü qaraja getmiş və həmin vaxtı qarajdan 03 ədəd hər biri dəyəri 800 manat olan elektromobil körpüsünün(mostunun), 08 ədəd hər birinin dəyəri 200 manat olan amortizatorların, 04 ədəd hər birinin dəyəri 150 manat olan stupsiyanın, 02 ədəd hər birinin dəyəri 50 manat olan kardanların və 04 ədəd hər birinin 30 manat olan təkərlərin naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmiş və bu barədə qarajın sahibi Mehdiyə zəng edib bildirmişdir. Sonda o bildirmişdir ki, qarajın ön jalüz qapısı olsa da, sağ hissəsi açıqdır və oradan qaraja sərbəst daxil olub-çıxmaq olur. Bundan başqa xx.xx.2022-ci il tarixdə axşam saatlarında Mehdi ona zəng edib bir nəfər şəxsin qarajdan oğurluq etmək istədiyini və həmin şəxsi tutub polisə şikayət edəcəyini bildirmişdir. İbtidai istintaqda cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində bildirmişdir ki, “MAN” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini təxminən 3 ay olar ki, sürmək üçün etibarnamə ilə o, idarə edir. xx.xx.2023-cü il tarixdə saat 23 radələrində işdən evə gələrək idarə etdiyi həmin yük avtomobilini yaşadığı evin yaxınlığında, yəni Sumqayıt-Bakı avtomobil yolunun Abşeron rayonu, Xırdalan şəhəri ərazisindən keçən hissəsində, köməkçi yolun kənarında saxlayaraq evə getmişdir. xx.xx.2023-cü il tarixdə avtomobilinə yaxınlaşıb baxarkən hər şey öz qaydasında olmuşdur. İş olmadığına görə o, xx.xx.2023-cü il tarixədək həmin avtomobilə yaxınlaşmamışdır. Lakin xx.xx.2023-cü il tarixdə saat 11 radələrində həmin avtomobilinə yaxınlaşıb avtomobilin mühərrikini işə salmaq istəyərkən isə mühərrikin işə düşmədiyini görmüş və səbəbini aydınlaşdırmaq üçün akkumulyatorlarının yerləşdirildiyi hissəsinə baxmışdır. Bu zaman avtomobilin üzərində sol yan tərəfində olan 2 ədəd akkumulyatorların yerində olmadığını görmüşdür. Bundan sonra xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddətdə avtomobilimin 2 ədəd akkumulyatorlarının naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığı ona məlum olmuşdur. Ona görə də o, həmin gün DİN-in “102” xidmətinə zəng edərək və Abşeron RPİ-nə ərizə ilə müraciət edib bu barədə müvafiq tədbir görülməsini xahiş etmişdir. Həmin oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 700 manat ziyan dəymişdir. Belə ki, oğurlanmış 02 ədəd akkumulyatorların hər biri 350 manat dəyərində olmuşdur. Həmin 02 ədəd akkumulyatorların markası və hansı amper gücündə olması fikrində qalmamışdır. İbtidai istintaqda cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində bildirmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsi, Alı Mustafayev küçəsində bir mərtəbəli yaşayış evi inşa etdirmişdir. Evin pəncərələri plastmasdandır, pəncərələri isə dəmir barmaqlıqlarla təchiz edilmişdir. Evdə hazırda təmir işləri gedir. 09 noyabr 2022-ci il tarixdə saat 15 radələrində evin qapısını bağlayıb oradan getmiş, 10 dekabr 2022-ci il tarixdə saat 09 radələrində evə qayıtdıqda evin arxa tərəfindəki pəncərənin dəmir barmaqlığının qırılmış, pəncərənin isə açıq vəziyyətdə olduğunu görmüşdür. Evə baxdıqda oradan 100 manat dəyərində elektrik naqillərinin, 60 manat dəyərində bir ədəd markasını bilmədiyi laqondanın və 350 manat dəyərində markasını bilmədiyi lazer cihazının oğurlandığını aşkar etmiş və bu barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. İbtidai istintaqda cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsində metal qəbulu məntəqəsi işlədir. Təqsirləndirilən şəxs1 əvvəllər tanımışdır. Həmin şəxs tez-tez müxtəlif əlvan və qara metallar gətirib onun işlətdiyi metal qəbulu məntəqəsinə təhvil vermişdir. 06.11,2022-ci i! tarixdə təxminən günorta saat 15 radələrində Zahid onun işlətdiyi metal qəbulu məntəqəsinə gələrək iki ədəd kamerası olduğunu və həmin kameraların işlək vəziyyətdə olduğunu hamin kameraları satdığını demişdir. O, Zahiddən həmin kameraları haradan əldə etdiyini soruşduqda Zahid Masazır qəsəbəsində yerləşən evlərdən birinin təmirində fəhlə kimi işlədiyini və həmin evdə kameraları söküntü zamanı ona verdiklərini və işlək vəziyyətdə olduqlarını bildirmişdir. Zahid həmin kameraları 60 manat pul müqabilində satdığını dedikdə o, almaqdan imtina etmiş və ona lazım olmadığını bildirmişdir. Həqiqətən də həmin kameralar onun üçün heç bir işə yaramamışdır. Yəni onlar nə əlvan, nə də ki qara metal hesab olunmur. Sonradan o, həmin kameraları sonradan obyektə quraşdıra biləcəyini düşünüb Zahidə 10 manat pul müqabilində ala biləcəyini demişdir. Zahid onunla razılaşmış və o, 10 manat pul müqabilində həmin kameraları Zahiddən almışdır. Bundan sonra bir neçə gün ərzində o, həmin kameraların naqillərini tapıb quraşdıra bilmədiyi üçün həmin kameraları yararsız olduğunu başa düşüb zibilliyə atmışdır. Bundan başqa o bildirmişdir ki, 07 fevral 2023-cü il tarixdə Yuriy və Zahid birlikdə hərəsi bir ədəd Mutlu markalı akkumulyatoru yararsız halda gətirib ona ümumilikdə 80 manat müqabilində satmışlar. O, Yuriy və Zahiddən həmin akkumulyatorları haradan əldə etdiklərini maraqlandıqda özlərinə məxsus olduqlarını demişlər. Məhkəmə iclasında cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Abşeron RPİ-nin Cinayət-axtarış Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 09 fevral 2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs2 Abşeron rayonu, Xırdalan şəhəri ərazisində narkotik vasitələri üzərində daşıması və qəbulu ilə məşğul olması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən daxil olmuş məlumatın yoxlanılması məqsədilə onun və Abşeron RPİ-nin CAŞ-ın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid6 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Növbəti gün, yəni xx.xx.2023cü il tarixdə saat 00 radələrində o və əməliyyat qrupunun digər iştirakçısı Şahid6 Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsində piyada hərəkət edən Təqsirləndirilən şəxs2 yaxınlaşaraq özlərini təqdim edib şəxsiyyətini dəqiqləşdirərək, üzərində narkotik maddə gəzdirməkdə şübhəli olduğunu bildirib Abşeron RPİ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs2 etiraz etməyib razılaşaraq onlarla birlikdə polis idarəsinə getmişdir. Orada xidməti otaqların birində Təqsirləndirilən şəxs2 hüquqları izah olunaraq müdafiəçi dəvət olunmuş, daha sonra müdafiəçisinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs2 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif olunmuşdur. Təklifdən sonra Təqsirləndirilən şəxs2 könüllü olaraq əynində olan qara rəngli cins şalvarın sağ yan cibində saxladığı bir ədəd şəffaf rəngli sellofan bükümdəki narkotik vasitə heroinə bənzər kütləni təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilən zaman onun üzərində iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs2 və digər iştirakçıların gözü qarşısında onun təqdim etdiyi bir ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlə içi boş olan ağ rəngli zərrə qoyularaq müvafiq qaydada qablaşdırılmış və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs2 həmin maddənin nə olması və haradan əldə etməsi soruşulduqda üzərindən aşkar olunmuş həmin maddənin heroin olduğunu, həmin narkotik vasitəni 09 fevral 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 20 manat müqabilində istifadə etmək məqsədi ilə aldığını bildirmişdir. İbtidai istintaqda iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Abşeron RPİ-nin Cinayət-axtarış Şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 09 fevral 2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs1 Abşeron rayonu, Xırdalan şəhəri ərazisində narkotik vasitələri üzərində daşıması və qəbulu ilə məşğul olması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən daxil olmuş məlumatın yoxlanılması məqsədilə onun və Abşeron RPİ-nin CAŞ-ın kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid3 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Həmin gün saat 23 radələrində o və əməliyyat qrupunun digər iştirakçısı Şahid3 Abşeron rayonu, Xırdalan şəhəri Nizami küçəsində piyada hərəkət edən Təqsirləndirilən şəxs1 yaxınlaşaraq ona özlərini təqdim edib onun şəxsiyyətini dəqiqləşdirərək, üzərində narkotik maddə gəzdirməkdə şübhəli olduğunu bildirib Abşeron RPİ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs1 etiraz etməyib razılaşaraq onlarla birlikdə polis idarəsinə getmişdir. Orada xidməti otaqların birində Təqsirləndirilən şəxs1 hüquqları izah olunaraq müdafiəçi dəvət olunmuş, bundan sonra müdafiəçisinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs1 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif olunmuşdur. Təklifdən sonra Təqsirləndirilən şəxs1 könüllü olaraq əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxladığı bir ədəd şəffaf rəngli sellofan bükümdəki narkotik vasitə heroinə bənzər kütləni təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilən zaman üzərində iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs1 və digər iştirakçıların gözü qarşısında təqdim etdiyi bir ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlə içi boş olan ağ rəngli zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs1 həmin maddələrin nə olması və haradan əldə etməsi soruşulduqda o, üzərindən aşkar olunmuş həmin maddənin heroin olduğunu, həmin narkotik vasitəni 08 fevral 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 20 manat müqabilində istifadə etmək məqsədi ilə aldığını bildirmişdir. İbtidai istintaqda iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Abşeron RPİ-nin Cinayət-axtarış Şöbəsinin kiçik əməliyyat müvəkkili vəzifəsində işləyir. 09 fevral 2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs1 Abşeron rayonu, Xırdalan şəhəri ərazisində narkotik vasitələri üzərində daşıması və qəbulu ilə məşğul olması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən daxil olmuş məlumatın yoxlanılması məqsədilə onun və Abşeron RPİ-nin CAŞ-ın baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Həmin gün saat 23 radələrində o və əməliyyat qrupunun digər iştirakçısı Şahid2 Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsində piyada hərəkət edən Təqsirləndirilən şəxs1 yaxınlaşaraq ona özlərini təqdim edib onun şəxsiyyətini dəqiqləşdirərək, üzərində narkotik maddə gəzdirməkdə şübhəli olduğunu bildirib Abşeron RPİ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs1 etiraz etməyib razılaşaraq onlarla birlikdə polis idarəsinə getmişdir. Orada xidməti otaqların birində Təqsirləndirilən şəxs1 hüquqları izah olunaraq müdafiəçi dəvət olunmuş, bundan sonra müdafiəçisinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs1 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif olunmuşdur. Təklifdən sonra Təqsirləndirilən şəxs1 könüllü olaraq əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxladığı bir ədəd şəffaf rəngli sellofan bükümdəki narkotik vasitə heroinə bənzər kütləni təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilən zaman üzərində iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs1 və digər iştirakçıların gözü qarşısında təqdim etdiyi bir ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlə içi boş olan ağ rəngli zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs1 həmin maddələrin nə olması və haradan əldə etməsi soruşulduqda o, üzərindən aşkar olunmuş həmin maddənin heroin olduğunu, həmin narkotik vasitəni 08 fevral 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 20 manat müqabilində istifadə etmək məqsədi ilə aldığını bildirmişdir. İbtidai istintaqda iş üzrə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Abşeron RPİ-nin Cinayət-axtarış Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 09 fevral 2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs2 Abşeron rayonu, Xırdalan şəhəri ərazisində narkotik vasitələri üzərində daşıması və qəbulu ilə məşğul olması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən daxil olmuş məlumatın yoxlanılması məqsədilə onun və Abşeron RPİ-nin CAŞ-ın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid4 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Növbəti gün, yəni xx.xx.2023-cü il tarixdə saat 00 radələrində o və əməliyyat qrupunun digər iştirakçısı Şahid4 Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsində piyada hərəkət edən Təqsirləndirilən şəxs2 yaxınlaşaraq özlərini təqdim edib şəxsiyyətini dəqiqləşdirərək, üzərində narkotik maddə gəzdirməkdə şübhəli olduğunu bildirib Abşeron RPİ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs2 etiraz etməyib razılaşaraq onlarla birlikdə polis idarəsinə getmişdir. Orada xidməti otaqların birində Təqsirləndirilən şəxs2 hüquqları izah olunaraq müdafiəçi dəvət olunmuş, daha sonra müdafiəçisinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs2 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif olunmuşdur. Təklifdən sonra Təqsirləndirilən şəxs2 könüllü olaraq əynində olan qara rəngli cins şalvarın sağ yan cibində saxladığı bir ədəd şəffaf rəngli sellofan bükümdəki narkotik vasitə heroinə bənzər kütləni təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilən zaman onun üzərində iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs2 və digər iştirakçıların gözü qarşısında onun təqdim etdiyi bir ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlə içi boş olan ağ rəngli zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs2 həmin maddənin nə olması və haradan əldə etməsi soruşulduqda üzərindən aşkar olunmuş həmin maddənin heroin olduğunu, həmin narkotik vasitəni 09 fevral 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 20 manat müqabilində istifadə etmək məqsədi ilə aldığını bildirmişdir. İbtidai istintaqda iş üzrə şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir və bacanağı Natiq və dostu Elxanla birlikdə Bakı şəhərində yerləşən “Üçün kruqu” deyilən ərazidə dayanaraq fəhləliklə məşğul olur. Zərərçəkmiş şəxs5 23 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikası DİN-in “102” zəng mərkəzinə etdiyi müraciətlə və həmin tarixdə Abşeron rayon Polis İdarəsinə ünvanlandığı ərizə ilə tanış olmuşdur. Zərərçəkmiş şəxs5 təxminən 1 il 6 ay əvvəl tanımağa başlamışdır. Vəkil özünə məxsus “Qazel” markalı **-CA-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə sürücülüklə məşğul olaraq ailəsini dolandırır. 22 dekabr 2022-ci il tarixdə saat 19:00 radələrində o, Natiq və Elxanla birlikdə Bakı şəhəri, 4-cü mikrorayonda yerləşən keçmiş “Tərlan” şadlıq sarayının yaxınlığında zibili kisələrə doldurmuş, daha sonra Natiq həmin zibilin Vəkilə lazım olduğunu bildiyi üçün mobil telefon vasitəsilə Vəkilə zəng edib qeyd etdiyi yerdə zibil olduğunu və gəlib götürə biləcəyini demişdir. Vəkil zibili evinin həyətinin suyun altında qalmasının qarşısını almaq məqsədilə aparıb həyətinə boşaldırmış. Bir qədər sonra Vəkil onların zibilləri kisələrə yığıb gözlədikləri yerə gəlmişdir. Daha sonra o, Natiq və Elxanla birlikdə zibil kisələrini avtomobilin yük yerinə yükləmişdir. Ardınca o, avtomobilin yük yerində, Natiq və Elxan isə kabinədə əyləşib Vəkilə məxsus Abşeron rayonu Masazır qəsəbəsində yerləşən fərdi yaşayış evinə getmişlər. Evin qarşısına çatdıqda o, Natiq və Elxan avtomobildən düşüb zibillə dolu kisələri həyətə boşaltmağa başlamışlar. Ancaq həmin vaxt hava qaranlıq olduğundan boşaldılan kisələrin içərisində motorların olduqlarına fikir verməmişlər. Avtomobilin yük yerindəki kisələri boşaldıb qurtardıqdan sonra yenidən Vəkilin avtomobilinə əyləşmiş, Vəkil onları aparıb Qobu qəsəbəsinə gedən yolun kənarında düşürmüşdür. Bir neçə gün sonra isə Vəkil ona evinin həyətində olan motorların oğurlanması barədə polisə məlumat verdiyini demişdir. İbtidai istintaqda iş üzrə şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, bacanağı Nəriman və dostu Elxanla birlikdə Bakı şəhərində yerləşən “Üçün kruqu” deyilən ərazidə dayanaraq fəhləliklə məşğul olur. Zərərçəkmiş şəxs5 23 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikası DİN-in “102” zəng mərkəzinə etdiyi müraciətlə və həmin tarixdə Abşeron rayon Polis İdarəsinə ünvanlandığı ərizə ilə tanış olmuşdur. Zərərçəkmiş şəxs5 təxminən 15 ilə yaxındır tanıyır. Vəkil özünə məxsus “Qazel” markalı **-CA-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə sürücülüklə məşğul olaraq ailəsini dolandırır. 22 dekabr 2022-ci il tarixdə saat 19:00 radələrində o, Nəriman və Elxanla birlikdə Bakı şəhəri 4-cü mikrorayonda yerləşən keçmiş “Tərlan” şadlıq sarayının yaxınlığından zibili kisələrə doldurmuş və həmin zibilin Vəkilə lazım olduğunu bildiyi üçün mobil telefon vasitəsilə Vəkilə zəng edib qeyd etdiyi yerdə zibil olduğunu və gəlib götürə biləcəyini demişdir. Vəkil zibili evinin həyətinin suyun altında qalmasının qarşısını almaq məqsədilə aparıb həyətinə boşaltmaq üçün istəmişdir. Bir qədər sonra Vəkil onların zibilləri kisələrə yığıb gözlədiyi yerə gəlmiş, daha sonra o, Nəriman və Elxanla birlikdə zibil kisələrini avtomobilin yük yerinə yükləmiş, ardınca Nəriman avtomobilin yük yerində, onunla Elxan isə kabinədə əyləşib Vəkilə məxsus Abşeron rayonu Masazır qəsəbəsində yerləşən fərdi yaşayış evinə getmişlər. Evin qarşısına çatdıqda o, Nəriman və Elxan avtomobildən düşüb zibillə dolu kisələri həyətə boşaltmağa başlamışlar. Ancaq həmin vaxt hava qaranlıq olduğundan boşaldılan kisələrin içərisində motorların olduqlarına fikir verməmişdir. Avtomobilin yük yerindəki kisələri boşaldıb qurtardıqdan sonra yenidən Vəkilin avtomobilinə əyləşmiş, daha sonra Vəkil onları aparıb Qobu qəsəbəsinə gedən yolun kənarında düşürmüşdür. Bir neçə gün sonra isə Vəkil ona evinin həyətində olan motorların oğurlanması barədə polisə məlumat verdiyini demişdir. İbtidai istintaqda cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, dostları Nəriman və Natiqlə birlikdə Bakı şəhərində yerləşən “Üçün kruqu” deyilən ərazidə dayanaraq fəhləliklə məşğul olur. Zərərçəkmiş şəxs5 23 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikası DİN- in “102” zəng mərkəzinə etdiyi müraciətlə və həmin tarixdə Abşeron rayon Polis İdarəsinə ünvanlandığı ərizə ilə tanış olmuşdur. Zərərçəkmiş şəxs5 təxminən 15 ilə yaxındır tanıyır. Vəkil özünə məxsus “Qazel” markalı **-CA-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə sürücülüklə məşğul olaraq ailəsini dolandırır. 22 dekabr 2022-ci il tarixdə saat 19:00 radələrində o, Natiq və Nərimanla birlikdə Bakı şəhəri 4-cü mikrorayonda yerləşən keçmiş “Tərlan” şadlıq sarayının yaxınlığından zibili kisələrə doldurmuş, daha sonra Natiq həmin zibilin Vəkilə lazım olduğunu bildiyi üçün mobil telefon vasitəsilə Vəkilə zəng edib qeyd etdiyi yerdə zibil olduğunu və gəlib götürə biləcəyini söyləmişdir. Vəkil zibili evinin həyətinin suyun altında qalmasının qarşısını almaq məqsədilə aparıb həyətinə boşaldacağını bildirmişdir. Bir qədər sonra Vəkil onların zibilləri kisələrə yığıb gözlədiyi yerə gəlmiş, daha sonra o, Natiq və Nərimanla birlikdə zibil kisələrini avtomobilin yük yerinə yükləmişlər Ardınca Nəriman avtomobilin yük yerində, Natiqlə o isə kabinədə əyləşib Vəkilə məxsus Abşeron rayonu Masazır qəsəbəsində yerləşən fərdi yaşayış evinə getmişlər. Evin qarşısına çatdıqda o, Natiq və Nəriman avtomobildən düşüb zibillə dolu kisələri həyətə boşaltmağa başlamış, ancaq həmin vaxt hava qaranlıq olduğundan boşaldılan kisələrin içərisində motorların olduqlarına fikir verməmişdir. Avtomobilin yük yerindəki kisələri boşaldıb qurtardıqdan sonra yenidən Vəkilin avtomobilinə əyləşmiş, daha sonra Vəkil onları aparıb Qobu qəsəbəsinə gedən yolun kənarında düşürmüşdür. Bir neçə gün sonra isə Vəkil ona evinin həyətində olan motorların oğurlanması barədə polisə məlumat verdiyini demişdir. İbtidai istintaqda iş üzrə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Ə. Cavad küçəsində yaşayır. Xırdalan şəhərində küçələrdən dəmir və əlvan metal yığıb metal qəbulu yerlərinə satıb şəxsi ehtiyaclarını ödəyir. Qonşuluqda yaşayan Yura adlı şəxs də dəmir və metal yığmaqla məşğul olur. Yura ona Xırdalan şəhəri, “AAAF” park yaşayış kompleksində çox mərtəbəli yaşayış binasının qarajlarından birində xeyli dəmir məmulatlarını olduğunu və özünün bir neçə dəfə həmin yerdən dəmir götürdüyünü demişdir. xx.xx.2022-ci il tarixdə saat 19 radələrində Yuranın ona dediyi ünvana, Xırdalan şəhəri, “AAAF” park yaşayış kompleksinə getmiş və orada binanın altında olan qaraja açıq qapıdan daxil olub götürmək üçün dəmirlərə baxmışdır. Bu zaman bir nəfər şəxs oraya gəlib ondan kim olduğunu soruşmuş, o baxmaq üçün gəldiyini demişdir. O qarajdan çıxdıqda həmin şəxs ona qarajdan oğurluq etdiyini demişdir. O həmin tanımadığı şəxsə qaraja ilk dəfə gəldiyini və qarajdan heç nə oğurlamadığını bildirmişdir. Həmin şəxsin onu saxlamasından çəkindiyi üçün cibindən çıxardığı bıçaqla özünə xəsarət yetirəcəyini deyib oradan çıxıb getmişdir. İbtidai istintaqda cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Xırdalan şəhəri, "AAAF" park yaşayış kompleksində yaşayış binasının altında özünə məxsus olan qarajları icarəyə vermişdir. Həmin qarajlardan birini 2022-ci ilin mart ayında Zərərçəkmiş şəxs6 icarəyə vermişdir. Qarajin jalüz qapısı olsa da sağ hissədən açıqdır. Eldəniz həmin qaraja elektromobil ehtiyat hissələrini yığıb saxlayır. xx.xx.2022-ci il tarixdə Eldəniz ona zəng edib qarajdan 4000 və ya 5000 manat dəyərində ehtiyat hissələrinin oğurlandığını bildirmişdir. xx.xx.2022-ci il tarixdə saat 19:30 radələrində Eldənizə icarəyə verdiyi qaraja baş çəkən zaman bir nəfər orta yaşlı kişi cinsli şəxsin qaraja açıq qapıdan daxil olub orada olan dəmirləri yığdığını görmüşdür. O, həmin şəxsdən kim olduğunu soruşmuş və həmin şəxs də ondan kim olduğunu soruşmuşdur. O həmin şəxsə qarajın sahibi olduğunu bildirib, həmin şəxsi qarajdan çölə çıxarmışdır. Bundan sonra həmin şəxs cibindən bıçaq çıxarıb özünə xəsarət yetirməyə başlamış və oradan çıxıb getmişdir. O bundan sonra DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. İbtidai istintaqda iş üzrə şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, Xırdalan şəhərində yerləşən 5 saylı orta məktəbin qarşısında metal qəbulu yerini təxminən beş aydır ki, icarə əsasında işlədir. Həmin yerdə metal və plastik məmulatlar qəbul edir. Təqsirləndirilən şəxs2 da uzun müddətdir ki, tanıyır. Belə ki, Yuriy arada yararsız metalları gətirib ona satır. 2022-ci ilin oktyabr ayının ortalarında Yuriy əlində bir ədəd torbada metal gətirmiş, o isə həmin torbadakı metalın kiloqramını 40 qəpikdən Yuriydən almışdır. Həmin torbanın içərisində nə olduğunu isə xatırlamır. İş üzrə təyin olunmuş məhkəmə-kimyəvi ekspertizasının 10 fevral 2023-cü il tarixli, 6/833 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində Azərbaycan Respublikası DİN Zərflər üçün №56” dairəvi möhür əksi, “ Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz 0,826 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi 0,826 qram, sərf edildi 0,05 qram, qalıq 0,776 qram. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına daxildir. İş üzrə təyin olunmuş məhkəmə-kimyəvi ekspertizasının 10 fevral 2023-cü il tarixli, 6/832 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində Azərbaycan Respublikası DİN Zərflər üçün №56” dairəvi möhür əksi, “ Təqsirləndirilən şəxs2 üzərindən götürülmüş” yazısı, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz 0,734 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi 0,734 qram, sərf edildi 0,05 qram, qalıq 0,684 qram. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına daxildir. Məhkəmə-narkoloji ekspertizasının 03 aprel 2023-cü il tarixli, 1834 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ ) əlamətləri aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-narkoloji ekspertizasının 03 aprel 2023-cü il tarixli, 1839 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ ) əlamətləri aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan şəxsi axtarış və götürmə aparılması haqqında 09 fevral 2023-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış və götürmə aparılan zaman onun əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli kağızına bükülmüş heroinə bənzər kütlə aşkar olunaraq sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür. Cinayət işində olan şəxsi axtarış və götürmə aparılması haqqında 10 fevral 2023-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış və götürmə aparılan zaman onun əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli kağızına bükülmüş heroinə bənzər kütlə aşkar olunaraq sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür. Cinayət işi üzrə 06 mart 2023-cü il tarixdə Abşeron RPİ-nin xidməti otaqlarından birində Təqsirləndirilən şəxs1 üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeydə alınmış video görüntülərin olduğu 01 ədəd DVD diskə məhkəmə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, həmin DVD diskdə əks edilmiş görüntülər 09 fevral 2023-cü il tarixdə saat 23:30-da qeydə alınır. Süni işıqlandırma ilə işıqlandırılmış otaq Abşeron RPİ-nin xidməti otağıdır. Video görüntüdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeyd olunandan başqa hər hansı bir qeyri-qanuni əşya aşkar olunmamışdır. Cinayət işi üzrə 11 mart 2023-cü il tarixdə Abşeron RPİ-nin xidməti otaqlarından birində Təqsirləndirilən şəxs2 üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeydə alınmış video görüntülərin olduğu 01 ədəd DVD diskə məhkəmədə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, həmin DVD diskdə əks edilmiş görüntülər 10 fevral 2023-cü il tarixdə saat 00:50-də qeydə alınır. Süni işıqlandırma ilə işıqlandırılmış otaq Abşeron RPİ-nin xidməti otağıdır. Video görüntüdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeyd olunandan başqa hər hansı bir qeyri-qanuni əşya aşkar olunmamışdır. Cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən 09 fevral 2023-cü il tarixdə Abşeron RPİnin xidməti otaqlarından birində şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeydə alınmış video görüntünün olduğu 01 ədəd DVD disk maddi sübut kimi tanınmalı və cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən 10 fevral 2023-cü il tarixdə Abşeron RPİnin xidməti otaqlarından birində şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeydə alınmış video görüntünün olduğu 01 ədəd DVD disk maddi sübut kimi tanınmalı və cinayət işinin materiallarına əlavə edilmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş sonuncuya məxsus təmiz çəkisi 0,826 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinin ekspertiza tədqiqatına sərf edildikdən sonra bir ədəd zərfdə qalıq çəkisi 0,776 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinin iş üzrə maddi sübut kimi tanınması və saxlanılması üçün Abşeron RPİ-nin maddi sübutların saxlanması otağına təhvil verilmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs2 Anatolviçin üzərindən aşkar edilərək götürülmüş sonuncuya məxsus təmiz çəkisi 0,734 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinin ekspertiza tədqiqatına sərf edildikdən sonra bir ədəd zərfdə qalıq çəkisi 0,684 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinin iş üzrə maddi sübut kimi tanınması və saxlanılması üçün Abşeron RPİ-nin maddi sübutların saxlanması otağına təhvil verilmişdir. İfadənin yerində yoxlanılması haqqında 10 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istintaqa verdiyi ifadəsini təsdiq etməklə 30 oktyabr 2022-ci il tarixdə saat təxminən 03 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə həmin binanın sağ yan tərəfində yerləşən qaraj tipli otaqdan uzun müddətdir ki, istifadə olunmadığını müşahidə etdikləri üçün birlikdə oraya yaxınlaşdıqlarını və dəmir jalüzü özləri ilə gətirdikləri dəmir alətlə sındıraraq çıxardıqlarını, daha sonra jalüzün altında olan aliminum qapı- pəncərə komplektini də sökərək yararsız hala saldıqlarını və yaxınlıqda yerləşən metal qəbulu yerinə zibillikdən tapdıqlarını deyərək satdıqlarını bildirmişdir. İfadənin yerində yoxlanılması haqqında 10 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 istintaqa verdiyi ifadəsini təsdiq etməklə 30 oktyabr 2022-ci il tarixdə saat təxminən 03 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə həmin binanın sağ yan tərəfində yerləşən qaraj tipli otaqdan uzun müddətdir ki, istifadə olunmadığını müşahidə etdikləri üçün birlikdə oraya yaxınlaşdıqlarını və dəmir jalüzü özləri ilə gətirdikləri dəmir alətlə sındıraraq çıxardıqlarını, daha sonra jalüzün altında olan aliminum qapı- pəncərə komplektini də sökərək yararsız hala saldıqlarını və yaxınlıqda yerləşən metal qəbulu yerinə zibillikdən tapdıqlarını deyərək satdıqlarını bildirmişdir. İfadənin yerində yoxlanması haqqında 11 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 istintaqa verdiyi ifadəsini təsdiq etməklə 25 noyabr 2022- ci il tarixdən 09 dekabr 2022-ci il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs1 birlikdə Xalq City MTK-nın Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsində yerləşən binanın havalandırma sisteminin 28 ədəd dəmir barmaqlığını oğurladığını bildirmişdir. İfadənin yerində yoxlanması haqqında 11 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istintaqa verdiyi ifadəsini təsdiq etməklə 25 noyabr 2022-ci il tarixdən 09 dekabr 2022-ci il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs3 birlikdə Xalq City MTK-nın Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsində yerləşən binanın havalandırma sisteminin 28 ədəd dəmir barmaqlığını oğurladığını bildirmişdir. İfadənin yerində yoxlanması haqqında 21 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istintaqa verdiyi ifadəsini təsdiq etməklə 06 yanvar 2023cü il tarixdə saat 02 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ərazisində yerləşən 11 saylı binanın qarşısında yerləşən kafenin divarında quraşdırılmış 02 ədəd kameranı oğurladığını, növbəti gün həmin 02 ədəd kameranı metal qəbulu yerinə 10 manat müqabilində satdığını bildirmişdir. İfadənin yerində yoxlanması haqqında 16 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istintaqa verdiyi ifadəsini təsdiq etməklə 07 fevral 2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə adlanan ərazidə saxlanmış 99-XN- 172 dövlət qeydiyyat nişanlı yük avtomobilinin iki ədəd mutlu markalı akkumulyatorunu tanışı Təqsirləndirilən şəxs2 Anatoleciçlə birlikdə oğurlayıb yaxınlıqdakı metal qəbulu yerinə satdıqlarını bildirmişdir. İfadənin yerində yoxlanması haqqında 12 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istintaqa verdiyi ifadəsini təsdiq etməklə 31 yanvar 2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə adlanan ərazidə saxlanmış qırmızı rəngli qoşquya aid dəmir hissələrini oğurlayaraq yaxınlıqdakı metal qəbulu yerinə satdığını bildirmişdir. İfadənin yerində yoxlanması haqqında 14 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istintaqa verdiyi ifadəsini təsdiq etməklə 03 fevral 2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsində saxlanmış Man markalı yük avtomobilinin iki ədəd mutlu markalı akkumulyatorunu oğurlayıb yaxınlıqdakı metal qəbulu yerinə satdığını bildirmişdir. İfadənin yerində yoxlanması haqqında 15 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 istintaqa verdiyi ifadəsini təsdiq etməklə 23 dekabr 2022-ci il tarixdə saat 17 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Sarı Aşıq küçəsində yerləşən fərdi yaşayış evinin həyətinə hasardan keçməklə evə daxil olmuş və oradan iki ədəd su motoru oğurlayaraq tanımadığı şəxsə 120 manat müqabilində satdığını bildirmişdir. İfadənin yerində yoxlanması haqqında 03 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 istintaqa verdiyi ifadəsini təsdiq etməklə 07 avqust 2022-ci il tarixdə saat 22 radələrində və 08 avqust 2022-ci il tarixdə 22 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, AAAF park yaşayış kompleksində yerləşən zirzəmidən avtomobil ehtiyat hissələrini oğurlayaraq tanımadığı şəxsə ümumilikdə 140 manat müqabilində satdığını bildirmişdir. İfadənin yerində yoxlanması haqqında 16 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 istintaqa verdiyi ifadəsini təsdiq etməklə 2022-ci ilin dekabr ayının əvvəllərində təxminən saat 18 radələrində Abşeron rayonu, Masazır qəsəbəsində qarşısına çıxan yarımtikili evə pəncərəni oradan tapdığı dəmir parçası ilə açaraq içəri daxil olduğunu və həmin evdən bir qədər elektrik naqilləri, bir ədəd laqonda və bir ədəd lazer cihazını oğurladığını, daha sonra oğurladığı əşyaları Bakı şəhəri, 3-cü mikrorayon bazarinin qarşısında tanımadığı şəxsə 60 manat müqabilində satdığını bildirmişdir. Cinayət işi materiallarına əlavə edilmiş 16 noyabr 2022-ci il tarixli götürmə protokolundan görünür ki, Abşeron rayon, Xırdalan şəhərində yerləşən Təqsirləndirilən şəxs4 yaşadığı evə baxış keçirilmiş oradan 01 ədəd “Armoda” etiketi olan qadın gödəkçəsi, 01 ədəd “Wazze” etiketi olan qadın gödəkçəsi, 01 ədəd “Qianniyahui” etiketi olan xəz gödəkçə, 01 ədəd “fS” etiketi olan qadın gödəkçəsi, 01 ədəd “Zara” etiketi olan qısa gödəkçə, 01 ədəd “OVS” etiketi olan gödəkçə və 01 ədəd “MİLAX collection” etiketi olan gödəkçə aşkar edilərək götürülmüşdür. Baxış və götürmədə iştirak edən zərərçəkmiş Zərərçəkmiş şəxs7 təqdim edilmiş əşyalardan 01 ədəd "fS” etiketi olan qadın gödəkçəsinin və 01 ədəd “Zara” etiketi olan qısa gödəkçənin ona məxsus olduğunu və ona məxsus evdənoğurlandığını digər paltarların isə ona məxsus olmadığını bildirmişdir. Buna baxmayaraq digər paltarlar da istintaq zərurəti ilə əlaqədar olaraq götürülmüşdür. Cinayət işi materiallarına əlavə edilmiş X1 məhkəmə- əmtəəşünaslıq ekspertizasının 27 yanvar 2023-cü il tarixli 04 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd “Armoda” etiketi olan qadın gödəkçə, bir ədəd “Wazze" etiketi olan qadın gödəkçə, bir ədəd “Qianniyahui” etiketi olan xəz gödəkçə, bir ədəd “fS” etiketi olan qadın gödəkçə, bir ədəd “Zara” etiketi olan qısa gödəkçə, bir ədəd “OVS” etiketi olan gödəkçə, bir ədəd “MİLAX collection” etiketi olan gödəkçənin 2022-ci ilin sentyabr-oktyabr aylarına orta bazar qiyməti 380.00 manat məbləğində müəyyən edilir.O cümlədən: - 01 ədəd “Armoda” etiketi olan qadın gödəkçə - 40,00 manat; - 01 ədəd “Wazze” etiketi olan qadın gödəkçə - 30,00 manat; - 01 ədəd “Qianniyahui” etiketi olan xəz gödəkçə - 90,00 manat; - 01 ədəd “fS” etiketi olan qadın gödəkçə - 50,00 manat - 01 ədəd “Zara” etiketi olan qısa gödəkçə - 60,00 manat - 01 ədəd “OVS” etiketi olan gödəkçə - 65,00 manat - 01 ədəd “MİLAX collection” etiketi olan gödəkçə - 45,00 manat Cinayət işi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən Zərərçəkmiş şəxs7 məxsus iki ədəd gödəkcənin Zərərçəkmiş şəxs7 qaytarılması, digər paltarların isə Abşeron RPİ-nin maddi sübutların saxlanması otağına verilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 28 yanvar 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Abşeron rayon Məhkəməsinin 17 may 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 234.1 -ci maddələri ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası, narkomaniyadan məcburi müalicə təyin edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 22 dekabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Əliyev X7 rayon Məhkəməsinin17 may 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 -ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 28 yanvar 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs4 Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 29 dekabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, tutulduğu 02 gün cəzasından çıxılmış, üzərində 01 il 02 ay 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Qaradağ rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli Qərarına əsasən cəzasının çəkilməmiş qalan 06 ay 01 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 21 dekabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikası DİNnin BƏSİİ-nin əməliyyat-sorğu kartotekasında heç bir məlumat aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 09 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş,11 fevral 2023-cü ıl tarixdə X6 barəsində Abşeron rayon Məhkəməsinin qərarı ilə 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və bu məhkəmə tərəfindən qüvvədə saxlanılmışdır. 09 may 2023-cü il tarixdə həmin cinayət işi üzrə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri Abşeron rayon Məhkəməsinin qərarı ilə iki ay müddətinə, yəni 09 iyul 2023-cü il tarixədək uzadılmışdır. 08 iyul 2023-cü il tarixdə həmin cinayət işi üzrə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri Abşeron rayon Məhkəməsinin qərarı ilə 24 iyul 2023-cü il tarixədək uzadılmışdır.Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 həbsdə olma müddəti 01 avqust 2023-cü il tarixədək, məhkəmənin 01 avqust 2023-cü il tarixli qərarı ilə onun həbsdə olma müddəti 20 sentyabr 2023-cü il tarixədək və məhkəmənin 20 sentyabr 2023-cü il tarixli qərarı ilə onun həbsdə olma müddəti məhkəmənin hazırlıq iclası keçirilənədək uzadılmışdır. Abşeron rayon məhkəməsinin 17 noyabr 19012)-653/2023 saylı hazırlıq iclasının qərarı ilə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxs2 oğlu 10 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş,11 fevral 2023-cü il tarixdə barəsində Abşeron rayon Məhkəməsinin qərarı ilə barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. 09 may 2023-cü il tarixdə həmin cinayət işi üzrə Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri Abşeron rayon Məhkəməsinin qərarı ilə iki ay müddətinə, yəni 09 iyul 2023-cü il tarixədək uzadılmışdır.08 iyul 2023-cü il tarixdə həmin cinayət işi üzrə Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri Abşeron rayon Məhkəməsinin qərarı ilə 25 iyul 2023-cü il tarixədək uzadılmışdır.Abşeron rayon Məhkəməsinin 24 iyul 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmə hzırlıq iclası keçirilənədək qüvvədə saxlanılmış, Abşeron rayon məhkəməsinin 17 noyabr 19012)-653/2023 saylı hazırlıq iclasının qərarı ilə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxs4 16 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 18 noyabr 2022-ci il tarixdə barəsində 03(üç) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir.Təqsirləndirilən şəxs4 Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, 1(005)-497/2022№-li hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 -ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 01 il 02 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsinin nəzərə alınması barədə qərar qəbul edilmişdir. Abşeron rayon məhkəməsinin 17 noyabr 19012)- 653/2023 saylı hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs4 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Beləliklə, işin məhkəmə baxışında Təqsirləndirilən şəxs1 özünü elan olunmuş ittihamlar üzrə qismən təqsirli bilsə də, toplanmış mötəbər sübutlarla, o cümlədən şahid və zərərçəkmiş ifadələri, təqsirləndirilən şəxsin ifadəsi, ifadələrin yerində yoxlanması, baxış, şəxsi axtarış və götürmə protokolları və bunu əks etdirən video görüntü, ekspert rəyləri və digər sübutlarla ona elan olunmuş ittiham tam təsdiq olunur. Məhkəmə sorğusu əsasında Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı işgəncələrə məruz qalması marədə müraciətə Abşeron rayon Prokurorluğunda baxılmış 14 mart 2024-cü il tarixli cavab mətubunda bu xüsusatla bağlı müraciətin daxil olmadığı və bununla bağlı hər hansı araşdırma aparılmadığı bildirilmişdir. Qeyd edilənlərə hüquqi qiymət verərək məhkəmə bildirir ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaqda ifadə verərkən işgəncələrə məruz qalmasını təsdiq edən sübut və o cümlədən onun bu barədə aidiyyatı orqanlara müraciəti olmamışdır, odur ki,onun ittihama etirazı özünü müdafiə kimi qiymətləndirilməlidir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs2 özünü elan olunmuş ittihamlar üzrə qismən təqsirli bilsə də, toplanmış mötəbər sübutlarla, o cümlədən şahid və zərərçəkmiş ifadələri, təqsirləndirilən şəxsin ifadəsi, ifadələrin yerində yoxlanması, baxış, şəxsi axtarış və götürmə protokolları və bunu əks etdirən video görüntü, ekspert rəyləri və digər sübutlarla elan olunmuş ittiham tam təsdiq olunur. Məhkəmə baxışında Təqsirləndirilən şəxs4 özünü elan olunmuş ittiham üzrə qismən təqsirli bilsə də, toplanmış mötəbər sübutlarla, zərərçəkmişin ifadəsi, təqsirləndirilən şəxsin ifadəsi, ifadələrin yerində yoxlanması, baxış, götürmə protokolları, ekspert rəyi və digər sübutlarla elan olunmuş ittiham tam təsdiq olunur. Məhkəmə baxışında Təqsirləndirilən şəxs3 özünü elan olunmuş ittihamlar üzrə təqsirli bilməsi, toplanmış mötəbər sübutlarla, o cümlədən şahid və zərərçəkmiş ifadələri, təqsirləndirilən şəxsin ifadəsi, ifadələrin yerində yoxlanması protokolları və digər sübutlarla elan olunmuş ittiham tam təsdiq olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq işdə olan sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə,Təqsirləndirilən şəxs2 törətdiyi əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə,Təqsirləndirilən şəxs4 törətdiyi əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.4-cü maddələri ilə və Təqsirləndirilən şəxs3 törətdiyi əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 maddəsi ilə tamamilə əhatə olunaraq istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslər həmin maddələr üzrə cinayət məsuliyyətinə cəlb olunmalı və onlara həmin maddələrin sanksiyası həddində cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmədə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal kimi ziyanın qismən ödənilməsi müəyyən edildi. Məhkəmədə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmədə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal ziyanın qismən ödənilməsi müəyyən edildi. Məhkəmədə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmədə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs4 cəzasını yüngülləşdirən hal ziyanın ödənilməsi, zərəçəkənin şikayətçi olmaması müəyyən edildi. Məhkəmədə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs4 cəzasını ağırlaşdıran müəyyən edilmədi. Məhkəmədə Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 himayəsində azyaşlı uşağın olması,ziyanın ödənilməsi, zərəçəkənin şikayətçi olmaması cəzasını yüngülləşdirən hal kimi müəyyən edildi. Məhkəmədə Azərbaycan Respublikası CM-nin 61 -ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” “24” dekabr 2021-ci il tarixli qərarında göstərilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır.Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir.Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs1 islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halı və ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki,ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs2 islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halı və ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki,ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs4 islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halı və ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki,ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.4-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs3 islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halı və ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki,ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-CPM) 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.7-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 66.5 maddəsinə əsasən Təqsirləndirilən şəxs1 barəsində Abşeron rayon Məhkəməsinin 17 may 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 02 il azadlığın məhdudlaşdırılması cəzası, onun barəsində seçilmiş həbs qətimkan tədbiri ilə əlaqədar icra olunmadıından CM-nin 68.1.1-1 maddəsinə əsasən iki günə bir gün hesabı ilə 01 il müddət hesab edilməklə təyin edilmiş cəzalar qismən birləşdirilməli, ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 69.2. maddəsinə əsasən təyin edilmiş cəzadan Abşeron rayon Məhkəməsinin 17 may 2023-cü il tarixli hökmü ilə 02 gün tutma və hazırkı cinayət işi üzrə xx.xx.2022-ci ildən xx.xx.2024-cü il tarixədək olan 02 gün tutma, cəmi 04 gün müddət çıxılmalı və üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanmalı,cəzaçəkmə müddətinin əvvəli barəsində seçilmiş həbs qətimkan tədbiri ilə bağlı tutlduğu 09 fevral 2023-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 maddəsinə əsasən Təqsirləndirilən şəxs2n barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzası onun barəsində Abşeron rayon Məhkəməsinin 17 may 2023-cü il tarixli hökmü ilə ona təyin edilmiş 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməli, ona qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 69.3 maddəsinə əsasən təyin edilmiş cəzadan barəsində Abşeron rayon Məhkəməsinin 17 may 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 01 il 06 ay müddət azadlıqdan məhrum etmə cəzasını çəkib qurtardığından həmin 01 il 06 ay müddət (həmin hökmdə 03 gün tutma cıxılıb) çıxılmalı, üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı,cəzaçəkmə müddətinin əvvəli barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı tutulduğu 10 fevral 2023-cü il tarixdən hesablanmalı, barəsində Abşeron rayon Məhkəməsinin 17 may 2023-cü il tarixli hökmü ilə təyin edilmiş narkomaniyadan məcburi müalicə təyin edilməsi və ərazi narkoloji dispanserdə qeydiyyata alınması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM 68.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs4 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının iki günü, azadlıqdan məhrum etmə cəzasının bir gününə, yəni 01 il 3 ay müddət azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla həmin cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5 maddəsinə əsasən barəsində Nərimanov rayon Məhkəməsinin 29 dekabr 2022-ci il tarixli 497 saylı hökmü ilə təyin edilən 01 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməli və ona qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 69.3 maddəsinə əsasən Nərimanov rayon Məhkəməsinin 29 dekabr 2022-ci il tarixli 497 saylı hökmü ilə təyin edilən 01 il 03 ay (02 gün tutuma) azadlıqdan məhrum etmə cəzasını çəkib qurtardığından ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından 01 il 03 ay müddət və hazırkı cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı həbsdə olduğu 01 ay 15 gün cəmisi 01 il 04 ay 15 gün müddət təyin edilmiş cəzasından çıxılmalı, üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalı,Təqsirləndirilən şəxs4 barəsində “həbs” qətimkan tədbiri seçilməli, məhkəmə zalından həbs edilməli, hökm qanuni qüvvəyə minənədək qətimkan tədbiri qüvvədə saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli hökm çıxarılan 15 yanvar 2025-ci il tarixdən hesablanmalı,barəsində Nərimanov rayon Məhkəməsinin 29 dekabr 2022-ci il tarixli 497 saylı hökmü ilə təyin edilən narkomaniyadan məcburi müalicə təyin edilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 15-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs3 üzərinə daimi yaşayış yeri olan Abşeron rayonu, Xırdalan şəhəri, yataqxana 1, məhəllə 26,mənzil 382 ünvanını axşam saat 22:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək,Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Armoda” etiketi olan qadın gödəkçə, bir ədəd “Wazze” etiketi olan qadın gödəkçə, bir ədəd “Qianniyahui” etiketi olan xəz gödəkçə, bir ədəd “OVS” etiketi olan gödəkçə, bir ədəd “MİLAX collection” etiketi olan gödəkçə maddi sübut kimi tanınmış və saxlanılması üçün Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılır. Bir ədəd “fS” etiketi olan qadın gödəkçə və bir ədəd “Zara” etiketi olan qısa gödəkçənin qanuni sahibi Zərərçəkmiş şəxs7 qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs1 09 fevral 2023-cü il tarixdə götürülmüş, 1 ədəd zərfdə möhürlənmiş vəziyyətdə, qalıq çəkisi 0,776 qram olan narkotik vasitə heroin və Təqsirləndirilən şəxs2 10 fevral 2023-cü il tarixdə götürülmüş, 1 ədəd zərfdə möhürlənmiş vəziyyətdə, qalıq çəkisi 0,684 qram olan narkotik vasitə heroin Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılan hökm qanuni qüvvəyə minəndən sonra məhv edilməlidir. İş üzrə 09 fevral 2023-cü il tarixdə Abşeron RPİ-də xidməti otaqlardan birində Təqsirləndirilən şəxs1 və 10 fevral 2023-cü il tarixdə Abşeron RPİ-də xidməti otaqlardan birində Təqsirləndirilən şəxs2 üzərlərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeydə alınmış video görüntünün olduğu 02 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmiş, həmin 02 ədəd DVD diski sübut qismində işə əlavə olunmalıdır. İş üzrə müsadirə olunması təklif edilən alət və ya vasitə yoxdur. Bundan başqa, məhkəmə CPM-in 197 və 198-ci maddələrinin tələblərinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş cəmi ekspertiza xərci 228 (iki yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulmalıdır. Hökmün icrası öz səlahiyyətləri daxilində Abşeron rayon Pİ-nə, Bakı İstintaq Təcridxanasına və Sumqayıt Probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi5, Təqsirləndirilən şəxs4 müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs3 müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi6 göstərdikləri hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq hər birini 50 saat hesabı ilə cəmisi 300 (üç yüz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinsin, ona 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası və Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin, ona 01 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 66.2. maddəsinə əsasən təyin edilmiş cəzalar qismən birləşdirilsin, ona qəti olaraq 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 66.5. maddəsinə əsasən Təqsirləndirilən şəxs1 barəsində Abşeron rayon Məhkəməsinin 17 may 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 02 il azadlığın məhdudlaşdırılması cəzası CM-nin 68.1.1-1 maddəsinə əsasən 01 il müddət hesab edilməklə təyin edilmiş cəzalar qismən birləşdirilsin, ona qəti olaraq 03 il 06 ay azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.2. maddəsinə əsasən təyin edilmiş cəzadan Abşeron rayon Məhkəməsinin 17 may 2023-cü il tarixli hökmü ilə nəzərə alınan 02 gün tutuma və hazırkı cinayət işi üzrə xx.xx.2022-ci ildən xx.xx.2024-cü il tarixədək olan 02 gün cəmi 04 gün müddət çıxılsın və Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 03 il 05 ay 26 gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli tutlduğu 09 fevral 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 cü maddələri ilə təqsirli bilinsin, ona 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası və Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin, ona 01 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 66.2 maddəsinə əsasən təyin edilmiş cəzalar qismən birləşdirilsin, ona qəti olaraq 03 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 maddəsinə əsasən Təqsirləndirilən şəxs2 barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Abşeron rayon Məhkəməsinin 17 may 2023-cü il tarixli hökmü ilə ona təyin edilmiş 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilsin, ona qəti olaraq 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3 maddəsinə əsasən təyin edilmiş cəzadan Abşeron rayon Məhkəməsinin 17 may 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 01 il 06 ay azadlıqdan məhrum etmə cəzasını çəkib qurtardığından həmin hökmlə təyin edilmiş 01 il 05 ay 27 gün azadlıqdan məhrum etmə cəzası və həmin hökmlə CM-nin 69.2. maddəsi ilə nəzərə alınan 03 gün tutma müddəti və hazırkı cinayət işi üzrə 02 gün tutma, cəmi 01 il 06 ay 02 gün müddət təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 02 il 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu 10 fevral 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində Abşeron rayon Məhkəməsinin 17 may 2023-cü il tarixli hökmü ilə narkomaniyadan məcburi müalicə təyin edilməsi və ərazi narkoloji dispanserdə qeydiyyata alınması nəzərə alınsın. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinsin, ona 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması çəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM 68.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs4 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının iki günü, azadlıqdan məhrum etmə cəzasının bir gününə, yəni 01 il 3 ay müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun, həmin cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5. maddəsinə əsasən barəsində Nərimanov rayon Məhkəməsinin 29 dekabr 2022-ci il tarixli 497 saylı hökmü ilə təyin edilən 01 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilsin və ona qəti olaraq 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 69.3 maddəsinə əsasən Nərimanov rayon Məhkəməsinin 29 dekabr 2022-ci il tarixli 497 saylı hökmü ilə təyin edilən 01 il 02 ay 28 gün azadlıqdan məhrum etmə cəzasını çəkib qurtardığından həmin müddət və qeyd edilən hökmlə nəzərə alınan 02 gün tutma, cəmisi 01 il 03 ay müddət və hazırkı cinayət işi üzrə barəsində seçilmiş həbs qətimkan tədbiri ilə bağlı həbsdə olduğu 01 ay 13 gün, cəmisi 01 il 04 ay 13 gün müddət təyin edilmiş cəzasından çıxılsın və Təqsirləndirilən şəxs4 üzərində qəti olaraq 07 ay 17 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs4 barəsində “həbs” qətimkan tədbiri seçilsin, məhkəmə zalından həbs edilsin. Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş “həbs” qətimkan tədbiri qüvvədə saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli hökmün çıxarıldığı 15 yanvar 2025-ci il tarixdən hesablansın. Bəsində Nərimanov rayon Məhkəməsinin 29 dekabr 2022-ci il tarixli 497 saylı hökmü ilə narkomaniyadan məcburi müalicə təyin edilməsi və ərazi narkoloji dispanserdə qeydiyyat alınması nəzərə alınsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 177.2.1 maddəsi ilə təqsirli bilinsin, ona 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəza çəkdiyi müddətdə üzərinə daimi yaşayış yeri olan Abşeron rayonu, Xırdalan şəhəri, yataqxana 1, məhəllə 26,mənzil 382 ünvanını axşam saat 22:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək,Abşeron rayonu ərazisi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmənin əvvəli icra orqanında qeydiyyata alınan vaxtdan hesablansın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Armoda” etiketi olan qadın gödəkçə, bir ədəd “Wazze” etiketi olan qadın gödəkçə, bir ədəd “Qianniyahui” etiketi olan xəz gödəkçə, bir ədəd “OVS” etiketi olan gödəkçə, bir ədəd “MİLAX collection” etiketi olan gödəkçə maddi sübut kimi tanınmış və saxlanılması üçün Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılır. Bir ədəd “fS” etiketi olan qadın gödəkçə və bir ədəd “Zara” etiketi olan qısa gödəkçənin qanuni sahibi Zərərçəkmiş şəxs7 qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs1 09 fevral 2023-cü il tarixdə götürülmüş, 1 ədəd zərfdə möhürlənmiş vəziyyətdə, qalıq çəkisi 0,776 qram olan narkotik vasitə heroin və Təqsirləndirilən şəxs2 10 fevral 2023-cü il tarixdə götürülmüş, 1 ədəd zərfdə möhürlənmiş vəziyyətdə, qalıq çəkisi 0,684 qram olan narkotik vasitə heroin Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılan hökm qanuni qüvvəyə minəndən sonra məhv edilsin. İş üzrə 09 fevral 2023-cü il tarixdə Abşeron RPİ-də xidməti otaqlardan birində Təqsirləndirilən şəxs1 və 10 fevral 2023-cü il tarixdə Abşeron RPİ-də xidməti otaqlardan birində Təqsirləndirilən şəxs2 üzərlərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeydə alınmış video görüntünün olduğu 02 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmiş, həmin 02 ədəd DVD diski sübut qismində işə əlavə olunsun. Hökmün icrası öz səlahiyyətləri daxilində Abşeron rayon Pİ-nə, Bakı İstintaq Təcridxanasına və Sumqayıt Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2,Təqsirləndirilən şəxs2müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi5, Təqsirləndirilən şəxs4 müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi3,Təqsirləndirilən şəxs3 müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi6 göstərdikləri hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq hər birini 50 saat hesabı ilə cəmisi 300 (üç yüz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №1(012)-29/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-29/2025
15.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver