Məhkəmə qərarları › İş №1(012)-290/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-290/2023

28.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-290/2023 28.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon(şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1983-cü ildə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Abşeron rayon X4 paylayıcı stansiyasına operator vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, evli, orta təhsilli, Beylaqan rayonunda qeydiyyatda olan, Abşeron rayonu, Qobu qəsəbəsi, yeni yaşayış massivində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui istifadə etmə və aldatma yolu ilə tanışı Zərərçəkmiş şəxs oğlu Şahid1 özü operator işlədiyi Abşeron rayon X4 paylayıcı stansiyasına operator vəzifəsinə 4000 min manat müqabilində işə düzəldəcəyini yalandan vədd verib inandıraraq xx.xx.2020-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən «At abidəsi»nin yaxınlığında olan «Vedi» kafesində 4000 manat məbləğində pulunu alıb ələ keçirərək vədinə əməl etməyib Ələsgərova-X7 həmin məbləğdə ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, ailəlidir 6 övladı vardır. O, 2017-ci ildən Abşeron rayon ərazsində X4 Paylayıcı stansiyada operator vəzifəsində işləyir. X2 qızını tanışı Vüsalın vasitəsi ilə tanımışdır. Tanışı Vüsal maddi sıxıntıları olduğundan ona borca pul lazım olduğunu bildirmişdir. Vüsal bir nəfər qadının faiz müqabilində pul verdiyini, lakin maaş kartı lazım olduğunu bildirmişdir. Onun dövlət müəssisəsində işlədiyi üçün maaş kartının vasitəsi ilə ona pul götürməyini xahiş etmişdir. Həmin vaxt Vüsalın ailəsində maddi durum çox çətin olduğundan o, Vüsala kömək etmək qərarına gəlmişdir. xx.xx.2020-ci il tarixdə saat təxminən 21 radələrində o, Vüsal ilə görüşüb Qüdrət xanımın yaşadığı Bakı şəhərində Ayna Sultanova heykəlinin yaxınlığında yerləşən evinə getmişlər. Həmin vaxt Vüsal tanışı Mövlan adlı şəxslə həyətdə görüşmüş və tanışı olduğunu bildirərək onunla Mövlanı tanış etmişdir. Bundan sonra Vüsal binanın həyətində gözləmişdir. O, Mövlan ilə birlikdə Qüdrət xanımın yaşadığı mənzilə qalxmışlar, onlar evə daxil olduqda evdə Qüdrət xanım və oğlu olmuşdur. Bundan sonra Qüdrət xanımın evində Mövlan onu Qüdrət xanıma iş yoldaşı kimi təqdim etmişdir. Bundan sonra o, Qüdrət xanımdan 3000 manat pul istəmişdir. Qüdrət xanım ona verəcəyi 3000 manat pulun müqabilində hər ay 300 manat faiz verməklə 4 ay müddətində verdiyi pulu faizləri ilə birlikdə tam ödəməklə razı olacağını bildirmişdir. O, da onunla razılaşmışdır. Bundan sonra Qüdrət xanım Mövlanın yanında ona 3000 manat pul vermişdir. O, pulu götürdükdən sonra vərəqdə “Mən Təqsirləndirilən şəxs X3 4000 manat pul alıb oğlu X12 öz işlədiyim ARQİD-nin TİX-nə işə düzəltməyimə söz verirəm” sözlərini yazmış və xx.xx.2020-ci il tarix qoyaraq imza etmişdir. Qüdrət xanım həmin əl yazmanı ona verdiyi pulu sığortalamaq məqsədi ilə yazdırmışdır. O, isə etiraz etməyib həmin əlyazmanı yazmışdır. Onların razılaşmasına görə o, özünə məxsus maaş kartını Qüdrət xanıma vermişdir ki, hər ay faiz kimi nəzərdə tutduğu 300 manat pulu onun kartından çıxarsın və hər ay kartında qalan artıq məbləği isə özü gedib Qüdrət xanımdan götürməli idi. Bundan sonra o, evdən çıxmışdır. O, Qüdrət xanımdan aldığı 3000 manat puldan 1600 manat pulu tanışı Vüsalın borcunu ödəməsi üçün vermiş, qalan 1400 manat məbləğdə pulu isə Vüsal ilə birlikdə Meyvəli bazarında meyvətərəvəz alqı-satqısı ilə məşğul olmağa sərf etmişlər. 2020-ci ilin sentyabr ayının ilk günlərində 850 manat əmək haqqısı maaş kartına köçürülmüş, o, Qüdrət xanıma zəng edərək əmək haqqısının onda olan kart hesabına köçürüldüyü barədə məlumat vermişdir. Aradan bir neçə saat keçdikdən sonra o, Qüdrət xanımla Bakı şəhərində Ayna Sultanova heykəlinin yaxınlığında görüşmüşdür. Qüdrət xanım ona 400 manat pul verdikdə o, kart hesabına 850 manat pul köçdüyünü, faiz kimi 300 manat çıxmalı olduğu halda 450 manat çıxmasının səbəbini soruşmuşdur. Qüdrət xanım ona 150 manat pulu Mövlanın ona bocu olduğu üçün həmin borcu sildiyini bildirmişdir. Qüdrət xanım ona pul vermək üçün əlavə 150 manat pulun Mövlana verilməli olduğunu bildirmişdir. O, da Qüdrət xanıma heç bir söz deməyərək razılaşmışdır. Bundan sonra o, çıxıb evə getmişdir. Bundan sonra o, Vüsal ilə Meyvəli bazarında alver etməyə davam etmişlər. Aradan bir müddət keçdikdən sonra Vüsal onu aldadaraq alver zamanı qazandıqları pulları da götürüb aradan çıxmışdır. Bir müddət sonra Vüsal onunla görüşüb vaxt istəyərək Qüdrət xanımdan götürdüyü pulları özü ödəyəcəyini ona demişdir. Əməlindən peşmandır. Cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi ilə əlaqədar barəsindəki cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hazırda Bakı şəhəri Z.Bünyadov küçəsi ev 48/54, mənzil 72- də oğlu X14 ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir. Oğlu Şahid1 2020-ci ildə hərbi xidmətdən qayıtdıqdan sonra işsiz idi. O, oğlunu hər hansı bir yerdə işə düzəltmək üçün iş axtarırdı. Təqsirləndirilən şəxs qonşusu Mövlanın vasitəsi ilə tanımışdır. Səbuhi Abşeron rayon Qaz İdarəsində işlədiyini bilirdi. Səbuhi hətta işlədiyi yeri ona göstərmişdir. O, söhbnət əsnasında Səbuhiyə oğlunu hər hansı işə düzəltmək istədiyini demiş, Səbuhi ona oğlu Rövşəni özü işlədiyi Abşeron rayon Qaz İdarəsinə işə düzəldə biləcəyini bildirmişdir. Həmin idarənin müdiri də dayısı Ruslan adlı şəxsin olduğunu ona demişdir. O, da Səbuhiyə inanmışdır. Səbuhi ona oğlu Rövşəni özü işlədiyi Qaz İdarəsinə işə düzəltmək üçün 4000 manat pul lazını olduğunu, işə düzələcəyi təqdirdə Rövşən 850 manat əmək haqqı alacağını da ona bildirmişdir. Bundan sonra o, xx.xx.2020-ci il tarixdə günorta saatlarında Səbuhi ilə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən At abidəsinin yaxınlığında olan Vedi kafesində görüşmüşdür. O, kafenin içərisində 4000 manat pulu oğlu Rövşəni Abşeron rayon Qaz İdarəsində işə düzəltməsi üçün Təqsirləndirilən şəxs vermişdir. Səbuhi ona oğlu Rövşənin işinin ən geci, 2-3 ay müddətində düzələcəyini bildirmişdir. Bundan sonra o, Səbuhi ilə sağollaşıb getmişdir. Aradan təxminən 1 ay keçdikdən sonra Səbuhinin ***-***-**-** mobil nömrəsinə zəng edərək iş barəsində maraqlanmış, Səbuhi ona səbrli olmağını, işin düzələcəyini bildirmişdir. Aradan bir müddət keçdikdən sonra o, Səbuhi ilə müxtəlif vaxtlarda əlaqə saxlasa da, hər dəfə Səbuhi müxtəlif bəhanələr gətirərək onu aldatmışdır. O, artıq Səbuhinin onu aldatdığını başa düşüb pulunu geri istədikdə Səbuhi ona verdiyi 4000 manat pulu qaytaracağına söz versə də, heç bir məbləğdə pul qaytarmamışdır. Hazırda ona dəymiş ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur.i üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Bakı şəhərində yerləşən Meyvəli bazarında meyvə-tərəvəz alqı-satqısı ilə məşğul olur. Bakı şəhərində işlədiyi üçün iş yerinə yaxın olan Binəqədi rayonu, Xocəsən qəsəbəsində yerləşən “Sahil” şadlıq sarayının yaxınlığında kirayədə qalır. Təqsirləndirilən şəxs təxminən 2 il müddətdir ki, tanıyır. Münasibətləri yaxşı olmuşdur. 2020-ci ilin avqust ayında maddi cəhətdən sıxıntıları olmuşdur. Tanışı Səbuhi ona maddi sıxıntıları olduğu üçün birlikdə alver etməklərini təklif etmişdir. O, Səbuhiyə alver etmək üçün əlində nəğd pulunun olmadığını bildirmişdir. Səbuhi alver etmək üçün pul tapa biləcəyini bildirmişdir. O, da razılaşdır. Aradan bir neçə gün keçdikdən sonra xx.xx.2020-ci il tarixdə axşam saatlarında o, Səbuhi ilə işlədiyi Meyvəli bazarında olan zaman Səbuhinin telefonuna zəng gəlmiş, Səbuhi telefonda kiminləsə danışdıqdan sonra ona pul tapdığını bildirmişdir. Bundan sonra o, Səbuhi ilə birlikdə Bakı şəhərində Ayna Sultanova heykəlinin yaxınlığına getmişlər. O, həmin ərazidə kafedə oturub Səbuhini gözləmiş, Səbuhi isə pulu götürmək üçün getmişdir. Aradan bir neçə dəqiqə keçdikdən sonra Səbuhi onun əyləşdiyi adını xatırlamadığı kafeyə gəlmiş, ona 3000 manat pul götürdüyünü bildirmişdir. Bundan sonra onlar ayrılmışlar, pul isə Səbuhidə qalmışdır. Səhəri gün, yəni xx.xx.2021 -ci il tarixdə saat 15 radələrində Səbuhi ilə meyvəli bazarında görüşmüşlər, o, Səbuhi ilə götürdüyü 3000 manat puldan 1100 manat dəyərində şaftalı və 900 manat dəyərində zoğal meyvəsi almışlar ki, satışını həyata keçirsinlər. Bundan sonra Səbuhi ona 600 manat pul vermişdir ki, meyvə almaq lazım olsa mən ala bilsin. Səbuhi götürdüyü puldan 300 manatını isə şəxsi ehtiyacına lazım olduğunu bildirərək özü götürmüş, o, da səbuhiyə heç bir etiraz etməmişdir. Səbuhi ilə razılaşmalarına görə Səbuhinin götürdüyü 3000 manat pulu hər ikimiz alver edib ödəməli idilər. Bundan sonra o, Səbuhi ilə meyvəli bazarında alver etməyə başlamışlar. Aradan təxminən bir neçə gün keçdikdən sonra ödənişin vaxtı çatdığı üçün Səbuhi ona narahat olmamağım deyərək maaş kartının pul götürdüyü şəxsdə olduğunu, pulun bir hissəsini həmin şəxsin özü çıxardacağım bildirmişdir. Onlar Səbuhi ilə birlikdə işləsələr də bir ay müddətində onlar həmin aldıqları meyvələri sata bilmədikləri üçün ziyana düşmüşlər lakin o, Ələsgərova- X8 tanımır hər hansı bir münasibəti olmamşdır.Tanışı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs oğlunu işə düzəltmək adlı ilə 4000 min manat pulunu ələ keçirməsi barədə polis idarəsində bilmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. “Qətimkan tədbiri seçilməsi haqqında” 15 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, ona dəymiş ziyan tam ödənilmişdir, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə, təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi özünün etirafedici ifadəsindən başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2015-ci 11 iyun il tarixli, 7 nömrəli Qərarında müəyyən olunmuşdur ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulur. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-in 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Lakin, məhkəmə, Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamla bağlı qeyd edir ki: İnsan Hüquqlarının və X6 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 56.1-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75 və 213-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli qərarında göstərilmişdir ki, “Avropa Birliyinin Məhkəməsi tərəfindən də qəbul olunan hüquqi müəyyənlik prinsipi «hüquqi təhlükəsizlik konsepsiyasının» baş prinsiplərindən biri hesab olunur. Hüquqi müəyyənlik ümumi ideya kimi bir çox hüquq sistemlərinə daxil edilmişdir. Onun əsasını isə hüquqi məsuliyyətə cəlb etmə müddətləri də əhatə olunmaqla, hüquqi vəziyyətin sabitliyini təmin edən əvvəlcədən xəbər vermə təşkil edir.” Avropa İnsan Hüquqları Məhkəməsi də sözügedən müddətləri vacib məhkəmə müdafiəsi üsulu kimi qəbul edir. Belə ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın «Qanunsuz cəzalandırılmamaq» adlanan 7-ci maddəsi ilə bağlı Coeme and others Belçikaya qarşı iş üzrə qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, cinayət məsuliyyətindən azad etmə müddəti cinayət törətmiş şəxsə əməlin törədilməsindən sonra təyin olunan dövr keçdikdə cinayət təqibinə və ya mühakiməyə məruz qalmamaq üçün verilən hüquq kimi müəyyən edilə bilər. Razılığa gələn Yüksək Tərəflərin daxili hüquq sistemlərinin ümumi cəhəti olan bu müddətlər bir neçə məqsədlərə, o cümlədən hüquqi müəyyənliyin və qətiliyin təmin olunmasına, eləcə də vaxtın keçməsinə görə natamam vəziyyətə düşə bilən sübutlar əsasında məhkəmələrdən qərar qəbul edilməsi tələb edildiyi halda, müdafiə olunanların zərər ala biləcək hüquqlarına yönələn qəsdlərin qarşısının alınmasına xidmət edir.” Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-in 75.1, 75.1.1-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz; Azərbaycan Respublikası CM-in 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 202.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı müddətlər günlərlə hesablanarkən müddət birinci gün gecə saat 12-də başlayır və müddətin sonuncu günü gecə saat 12-də qurtarır. Müddətlər aylar və ya illərlə hesablandıqda müddət sonuncu ayın müvafiq günündə qurtarır, həmin ayda müvafiq tarix yoxdursa, müddət ayın sonuncu günü qurtarır. Müddətin qurtarması iş gününə düşmürsə, həmin gündən sonrakı birinci iş günü müddətin axırıncı günü sayılır. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs məxsus 4000 manat məbləğində pulu dələduzluq yolu ilə ələ keçirmişdir. Yəni, cinayət əməlinin törədilməsindən 2 ildən artıq müddət keçmişdir. Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibinə xitam verilir. Azərbaycan Respublikasının CPM-nin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası CPM-nin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Azərbaycan Respublikası CPM-nin 41.3-cü maddəsinə əsasən dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Azərbaycan Respublikası CPM-nin 43.1.1-ci maddəsinə əsasən dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə cinayət təqibinə xitam verilir. Azərbaycan Respublikasının CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş hal mövcud olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarının çıxarılması yalnız müdafiə tərəfinin razılığı ilə mümkündür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilmiş və barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsini yazılı formada xahiş etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və CPM-in 39.1.3, 41.1, 43.1.2, 321 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, lakin cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar