Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-291/2021 07.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Yunuslu Elvin Kamil oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi2 iştirakı ilə 23.12.1986-cı ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Abşeron rayon məhkəməsinin 30.11.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.2.2 və 133.1-ci maddələrinə əsasən 02 il 07 ay 08 gün azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilmiş, hazırda məhkumluğu ödənilməmiş, işsiz, Abşeron rayonu, Müşfiqabad qəsəbəsi, 28 may küçəsində fərdi evdə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128, 133.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 11.12.2020-ci il tarixdə saat 21 radələrində yaşadığı Abşeron rayonu, Müşfiqabad qəsəbəsi, 28 may küçəsində yerləşən fərdi yaşayış evində dəfələrlə evə sərxoş vəziyyətdə gəlməsinə arvadı Zərərçəkmiş şəxs Mirzəxan qızının ona irad bildirməsi səbəbindən aralarında baş vermiş ailə mübahisəsi zəminində münaqişə zamanı Zərərçəkmiş şəxs mütəmadi olaraq döyməklə və ya sair zorakıl hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar verərək sonuncunun bədəninin müxtəlif nahiyələrinə təpiklə və yumruqla zərbələr endirərək ona-alt dodağın selikli qişasının səthi əzilmiş yarası, sağ almacıq, sağ kürəküstü, sol kürəkaltı nahiyələrinin sıyrıqları, sağ kürək, sağ bazu nahiyəsinin aşağı 1/3-nin, sol bazu nahiyəsinin aşağı 1/3-nin, sağ said nahiyəsinin yuxarı 1/3-nin, sol bud nahiyəsinin orta 1/3-nin, sol ayaq pəncəsinin üst səthinin sıyrıqlarından ibarət dərəcəsinə görə sağlamlığına zərər vurmayan bədən xəsarətləri yetirmiş, bununla kifiyətlənməyərək yenidən 12.12.2020-ci il tarixdə saat 21 radələrində yaşadığı Abşeron rayonu, Müşfiqabad qəsəbəsi, 28 may küçəsində yerləşən fərdi yaşayış evində dəfələrlə evə sərxoş vəziyyətdə gəlməsinə arvadı Zərərçəkmiş şəxs Mirzəxan qızının ona irad bildirməsi səbəbindən aralarında baş vermiş ailə mübahisəsi zəminində münaqişə zamanı Zərərçəkmiş şəxs mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar verərək sonuncunun bədəninin müxtəlif nahiyələrinə təpiklə və yumruqla zərbələr endirərək ona- sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan və sol gözün görmə itiliyinin zəifləməsi ilə nəticələnən sol gözətrafı yumşaq toxumaların-sol üst və alt göz qapaqlarının sol gözaltı nahiyə də əhatə olunmaqla qançırlarından ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmiş, bununla kifayətlənməyərək 15.12.2020-ci il tarixdə saat 09 radələrində yaşadığı Abşeron rayonu, Müşfiqabad qəsəbəsi, 28 may küçəsində yerləşən fərdi yaşayış evində dəfələrlə evə sərxoş vəziyyətdə gəlməsinə arvadı Zərərçəkmiş şəxs Mirzəxan qızının ona irad bildirməsi səbəbindən aralarında baş vermiş ailə mübahisəsi zəminində münaqişə zamanı Zərərçəkmiş şəxs mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar verərək sonuncunun bədəninin müxtəlif nahiyələrinə təpiklə və yumruqla zərbələr endirərək ona- sol qulaq seyvanının, sağ bazu nahiyəsinin orta 1/3-nin, sağ bud nahiyəsinin aşağı 1/3-nin, sağ baldır nahiyəsinin aşağı 1/3-nin qançırları, sağ yanaq nahiyəsinin sıyrıqlarından ibarət dərəcəsinə görə sağlamlığına zərər vurmayan bədən xəsarətləri yetirməklə əzab vermişdir. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 2008ci ildə Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuş, birgə nigahdan 12 yaşlı oğlu var. O, ailəsi ilə birlikdə Abşeron rayonu 28 may qəsəbəsində özünə məxus fərdi yaşayış evində yaşayır. O, spritli içki audəçisidir, mütəmadi olaraq spirtli içki qəbul edir. Bu səbəbdən də yaşadığı evdə mütəmadi olaraq arvadı Bənövşə ilə aralarında mübahisə yaranır. 15.12.2020-ci il tarixdə yaşadığı evdə növbəti dəfə arvadı Bənövşə ilə spritli içki qəbul etdiyinə görə mübahisə yaranmış, həmin vaxtı onu döymüşdür. Qeyd etmişdir ki, 11.12.2020 və 12.12.2020-ci il tarixlərdə spirtli içki qəbul etdiyi üçün arvadı Bənövşə ilə aralarında mübahisə yaranmış, bu zaman o, arvadı Bənövşəni təpik, yumruq və şillə ilə bədəninin müxtəlif nahiyyələrinə vuraraq döymşdür. Mübahisə hər dəfə 15-20 dəqiqə davam etmişdir.Mübahisə zamanı az yaşlı oğlundan başqa orada heç kim olmamış, həmin vaxtı isə Bənövşə onu döyməmişdir. Törətdiyi əməldən peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, əri Təqsirləndirilən şəxs ilə 2008-ci ildə ailə həyatı qurmuş, birgə nigahdan 1 oğlan övladı vardır. Əri Elvinlə birgə Abşeron rayonu, Müşfiq qəsəbəsi, 28 may küçəsində yaşayır. Əri Elvin içki düşkünüdür, mütəmadi olaraq spirtli içki qəbul edib yaşadığı evdə mübahisə edərək onu döyür. O, dəfələrlə bu barədə RPİ-nin Qobu PBnə müraciət etmişdir. Eyni zamanda Elvinin barəsində bir dəfədə cinayət işi başlanılaraq Abşeron rayon məhkəməsinə göndərilmişdir. Həmin məhkəmə prossesində əri Elvinlə barışdığı üçün onun barəsində məhkəmə həbs yox, azadlığın məhdudlaşdırılması cəzasını seçmişdir. Hazırda Elvinin barəsində Abşeron rayon İcra Şöbəsində iş vardır. Onlar onun ayağına qolbaq bağlamışdırlar. Yaşadıqları evdə Elvin mütəmadi olaraq spirtli içki qəbul etdiyi üçün səbəbsiz yerə mübahisə edərək onu döyür. 11.12.2020-ci il tarixdə saat 21 raldələrində yenə həmişəki, kimi evində mübahisə edərək onu döymüşdür. O, 12.12.2020-ci il tarixdə saat 21 radələrində işdən gəldikdə Elvinin evdə sərxoş vəziyyətdə olduğunu görmüşdür. O, həmin vaxtı əynində olan paltarımı dəyişib ev paltarı geyinmək istəyən zaman Elvin səbəbsiz yerə hücum edib onu təhqir edərək döyməyə başlamışdır. O, Elvinin əlindən qaçmaq istəmiş, sonuncu isə evin giriş hissəsində onu tutmuş və yenidən döyməyə başlamışdır. O, həmin vaxtı Elvinin əlindən bir təhər qaçıb çölə çıxıb getmişdir. Elvin isə bunu görüb onun ardınca gəlməmişdir. Qeyd etmişdir ki, Elvin onu döyən zaman sol ayağının diz nahiyyəsi ilə sol gözümün üstünə vurub ona xəsarət yetirmişdir. O, həmin günü DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Polis əməkdaşları hadisə yerinə gəlib ona bildirmişlər ki, müayinədən keçmək üçün Xırdalan MTE-na getməlidir. O, isə MTE-dan müayinədən keçmək üçün tibbi ekspertə getmək istəsə də Elvin onu getməyə qoymamışdır. Qeyd etmişdir ki, Elvin həmin günü göz və qulaq nahiyəsinə vuraraq ona xəsarət yetirmişdir. Hadisədən 3 gün sonra, yəni 15 dekabr 2020-ci il tarixdə səhər saat 09 radələrində yenə Elvin sərxoş vəziyyətdə yaşadığı evdə səbəbsiz yerə mübahisə edərək onu döymüşdür. Bundan sonra o, DİN-nin 102 xidmətinə zəng edərək döyülməyi barədə məlumat vermişdir. Sonradan isə o, gizli olaraq xəsarətləri ilə əlaqədar Xırdalan şəhərinə Tibbi ekspertiza müayinəsinə getmişdir. Bildirmişdir ki, mübahisə yaşadığı evdə davam etmişdir, Elvin onu döyən zaman evində azyaşlı oğlu Elcandan başqa heç kim olmamışdır. Mübahisə hər dəfə təxminən 1-2 saata yaxın davam etmişdir. O, Elvini vuramamış, ona heç bir xəsarət yetirməmişdir. Əri Elvin mütəmadi olaraq onu yaşadığı evdə spirtli içki qəbul etdikdən sonra döymüş, özünə gəldikdən sonra isə yenidən birdə döyməyə başlamışdır. Həmin vaxtı da az yaşlı oğlu Elcan orada olmuşdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, hazırda Müşviq qəsəbəsində 36 saylı tam orta məktəbin 4-cü sinfində oxuyur. Atası Elvin evə içkili vəziyyətdə gələrək anası Bənövşəni döydüyünə görə barəsində polisdə iş olmuşdur. 11.12.2020-ci il tarixdə saat 21 radələrində anası Bənövşə işlədiyi yerdən gəlmişdir. Həmin vaxtı atası Elvin evdə araq işdiyinə görə sərxoş vəziyyətdə idi. Atası evdə mübahisə yaratmış, əl və təpik zərbələri ilə anası Bənövşəni vurmuşdur. Anası Bənövşə dərhal telefon vasitəsilə polisə məlumat vermişdir. Axşam vaxtı yaşadığı evə polis gəlmişdir. Anasından hadisə barədə soruşmuşdur. Anası da atası Elvin tərəfindən döyüldüyünü bildirmişdir. Sonra polis evdən getmişdir. 12.12.2020-ci il tarixdə saat 21 radələrində anası işdən evə gəlmiş, həmin vaxtı atası yenə də araq içmişdir. Anası ev paltarını geyinmək istəyən zaman atası Elvin anası Bənövşənin üstünə cumaraq onu döyməyə başlamışdır. Anası Bənövşə onun əlindən çıxaraq qaçmaq istərkən atası Elvin onu evin girəcəyində tutmuş, əl və ayağı ilə döyməyə başlamışdır. Anası Bənövşə atası Elvinin əlindən çıxıb həyətə qaçmışdır. Bundan sonra anası Bənövşə həmin günü bu barədə polisə məlumat vermişdir. Qeyd etmişdir ki, mübahisə zamanı evə qonşulardan gələn olmamış, mübahisə zamanı anası Bənövşə atası Elvini vurmamışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş məhkəmə-tibb ekspertizasının 18.12.2020-ci il tarixli 2611 nömrəli rəyindən müəyyən edilir ki, 1985-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər-sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan və sol gözün görmə itiliyinin zəifləməsi ilə nəticələnən sol gözətrafı yumşaq toxumaların-sol üst və alt göz qapaqlarının sol gözaltı nahiyə də əhatə olunmaqla qançırları, alt dodağın selikli qişasının səthi əzilmiş yarası, sol qulaq seyvanının, sağ kürək nahiyəsinin, sağ bazu nahiyəsinin orta 1/3-nin, sağ bazu nahiyəsinin aşağı 1/3-nin, sol bazu nahiyəsinin aşağı 1/3-nin, sağ said nahiyəsinin yuxarı 1/3-nin, sağ bud nahiyəsinin aşağı 1/3-nin, sol bud nahiyəsinin orta 1/3-nin, sağ baldır nahiyəsinin aşağı 1/3-nin, sol ayaq pəncəsinin üst səthinin qançırları, sağ almacıq nahiyəsinin, sağ yanaq nahiyəsinin, sağ kürəküstü nahiyənin, sol kürəkaltı nahiyənin sıyrıqları bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda qeyd olunan şəraitdə yəni dava-dalaş nəticəsində əmələ gələ bilərdi. Qeyd edilən xəsarətlərdən a) sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunan və sol gözün görmə itiliyinin zəifləməsi ilə nəticələnən sol gözətrafı yumşaq toxumaların-sol üst və alt göz qapaqlarının sol gözaltı nahiyə də əhatə olunmaqla qançırları törənmə müddəti müayinədən 3-5 gün əvvələ uyğun gəlir, zərər çəkənin göstərdiyi tarixdə, yəni 12.12.2020-ci il tarixdə əmələ gəlməsi istisna olunmur, dərəjəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. b) sol qulaq seyvanının, sağ bazu nahiyəsinin orta 1/3-nin, sağ bud nahiyəsinin aşağı 1/3-nin, sağ baldır nahiyəsinin aşağı 1/3-nin qançırları, sağ yanaq nahiyəsinin sıyrıqları qərarda qeyd olunan tarixdə, yəni 15.12.2020-ci il tarixdə əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin olunmur. c) 11.12.2020-ci il tarixdə olan döyülməsi ilə əlaqədar zərərçəkən 12.12.2020-ci il tarixdə məhkəmə-tibbi ekspertizası müayinəsindən keçirilərək 17.12.2020-ci il tarixli, 2586 saylı rəy tərtib edilmişdir və həmin rəyin nəticəsindən görünür ki: 1985-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər – alt dodağın selikli qişasının səthi əzilmiş yarası, sağ almacıq, sağ kürəküstü, sol kürəkaltı nahiyələrinin sıyrıqları, sağ kürək, sağ bazu nahiyəsinin aşağı 1/3-nin, sol bazu nahiyəsinin aşağı 1/3-nin, sağ said nahiyəsinin yuxarı 1/3-nin, sol bud nahiyəsinin orta 1/3-nin, sol ayaq pəncəsinin üst səthinin sıyrıqları - bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni 11.12.2020-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin olunmur. Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayon məhkəməsinin 30.11.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.2.2 və 133.1-ci maddələrinə əsasən 02 il 07 ay 08 gün azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilmişdir. Abşeron Rayon Məhkəməsinin 29.04.2021-ci il tarixli qərarı ilə barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması barədə kifayət qədər sübut toplanmışdır. Həmin sübutlar əldə olunma mənbəyinə görə mötəbərdirlər. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası CMin 128, 133.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs eyni xarakterli cinayətləri yenidən törətməsinin qarşısını almaq məqsədilə ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzasının məqsədlərini təmin edə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində olan Abşeron Rayon Məhkəməsinin 30.11.2020-ci il tarixli hökmündən yaranan məhkumluq residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə məhkumluqla bağlı qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” 08 iyul 2008-ci il tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 25 may 2009-cu il tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə əsasən,“… məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə minməsi ilə yaranır.” Digər tərəfdən, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 06 sentyabr 2010-cu il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə “Cinayət Məcəlləsində “məhkum olunmuş şəxs”müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq təfsir edilməlidir. Başqa yanaşma Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinin pozulmasına, əməlin əsassız olaraq residiv kimi qiymətləndirilməsinə, şəxsə daha ağır cəzanın təyin edilməsinə, onun vəziyyətinin qanuni əsaslar olmadan pisləşməsinə gətirib çıxarmış olar.” Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 30.11.2020-ci il tarixli hökmündən əvvəl hazırkı iş üzrə təqsirli olduğu müəyyən olduğuna görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə Abşeron Rayon Məhkəməsinin 30.11.2020-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il 07 ay 08 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplamaq yolu ilə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə barəbar tutulur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməklə, hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə Abşeron Rayon Məhkəməsinin 30.11.2020-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il 07 ay 08 gün müddətinə azadlığın məhdudlaşdırılması etmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 29.04.2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia, məhkəmə xərcləri və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-in 133.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar tam toplanılaraq Təqsirləndirilən şəxs 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin.. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 01 il müddətinə azadlıqdan məhrum etmə cəzası Abşeron Rayon Məhkəməsinin 30.11.2020-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il 07 ay 08 gün azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanmaqla, CM-in 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 29.04.2021-ci il tarixdən hesablansın. İş üzrə mülki iddia, məhkəmə xərcləri və maddi sübut yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-291/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-291/2021
07.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver