Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-291/2022 10.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X4, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Abşeron Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1971-ci ildə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ailəli, oıta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Kürdəmir rayonu, Garis-Əyribən kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, “Olimpik” yaşayış kompleksi, bina 8, mənzil 40-da yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçelmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozmaqla ehtiyyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan cinayət əməlini törətmişdir. Belə ki, o, avtomobil idarə etmək hüququna malik olan BD 010771 nömrəli “Bİ, B,C1, C” kateqoriyalı sürücülük vəsiqəsi ilə 26 noyabr 2021-ci il tarixdə saat 07:50 radələrində idarə etdiyi özünə məxsus texniki cəhətdən saz vəziyyətdə olan 2001-ci il buraxılışlı qara rəngli “Lexus” markalı ** FC *** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Xırdalan şəhəri, M.ə.Rəsulzadə küçəsi ilə Qəşəm Aslanov küçəsi istiqamətində saatda 30 km/saat sürətlə hərəkətdə olarkən yolun Qəşəm Aslanov küçəsi, “AL Market” adlı ticarət obyektinin qarşısından keçən hissəsində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün tədbirləri görməli və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda göstərilən tələblərə əməl etməyərək həmin zaman onun hərəkət istiqamətində yolu soldan sağa keçən piyada X5 idarə etdiyi avtomobilinin sol qanadı ilə vuraraq yol- nəqliyyat hadisəsi törətmiş, nəticədə onun bu hərəkətləri ehtiyatsızlıqdan X1 qamış sümüyünün orta 1/3-nin yerdəyişən qəlpəli sınığından ibarət sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vurmasına səbəb olmuşdur. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan edilən ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Kürdəmir rayonu, Garis-Əyribən kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, “Olimpik” yaşayış kompleksi, Bina 8, mənzil 40-da ailə üzvüləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Avtomobil idarə etmək üçün “Bİ, B, Cl, C” kateqoriyalı sürücülük vəsiqəsi vardır. Təminən 20 il olar ki, avtomobil idarə edir. 2001-ci il buraxılışlı qara rəngli “Lexus” markalı ** FC *** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur və özü də idarə edir. 26.11.2021-ci il tarixdə saat 07:50 radələrində Abşeon rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsindən hərəkətə başlayıb Qəşəm Aslanov küçəsi ilə hərəkətə davam edərkən “Al market” adlı ticarət obyektinin qarşısından keçən zaman qarşı hərəkət zolağının sağ tərəfi istiqamətindən səkinin üzərindən onun hərəkətdə olduğu istiqamətdə bir nəfər orta yaşlı qadın və onun yanında iki azyaşlı uşaq hərəkət etmişdir. Həmin zolaqdan avtomobil keçirmişdir. Qadın azyaşlı qızın əlindən tutmuşdur. Qadının yanında olan azyaşlı oğlan uşağı onlar tərəfdən keçən avtomobilin arxasında çıxıb qaçaraq yolu əks tərəfə keçmiş və onun idarə etdiyi avtomobilin sol qabaq qanad hissəsinə dəyərək arxası üstə yerə yıxılmışdır. Bundan sonra anası yaxınlaşıb uşağa əlini buraxıb qaçmasına görə irad bildirib acıqlanmışdır. O, və avtomobilində olan sərnişinlə, həmçinin azyaşlının valideynləri ilə birlikdə sonradan adının X8 olduğunu bildiyi 2012-ci il təvəllüdlü uşağı əvvəlcə Abşeron rayonu, Xırdalan şəhər Poliklinikasına, oradan da Abşeron rayon mərkəzi xəstəxanasına aparmışlar. Xəstəxanada müayinə zamanı müəyyən olmuşdur ki, 2012-ci il təvəllüdlü X3 ayağının sınıq xəsarəti almışdır. Sonda o, zərərçəkmiş şəxsin onunla barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını nəzərə alıb işin icraatına xitam verilməsini xahiş etdi. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dinidirilmiş X4 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, Abşeron rayonu, Xırdalan şəhəri, 24-cü məhəllə, bina 2, ev 48-də ailə valideynləri ilə birlikdə yaşayır. Bildirmişdir ki, 26.11.2021-ci il tarixdə saat 07:40 radələrində o, anası Zarina və bacısı Ayanla birlikdə oxuduqları orta məktəbə getmişlər. Anası ondan sağ tərəfdə mən sol tərəfdə, bacısı anası ilə onun arasında dayanmışdır. O, anası və bacısı yolu keçməsin deyə bacısının əllərindən tutmuşlar. Onun sol tərəfindən hərəkətdə olan avtomobilin tam keçməsinə yolun boşalmasına tam əmin olduqdan sonra anasının göstərişi ilə hər üçü yolu keçməyə başlamışlar. O, anası və bacısı bir xətt boyunca hərəkət etmişlər nə anasından önə keçməmişlər nə də anasından axıra qalmamışdır. Onlar yolun onun sağ tərəfi ilə hərəkət edən avtomobilin keçməsini və yolun tam boşalmasını gözləmişlər. Buna baxmayaraq sağ tərəfdən hərəkət edən qara rəngli “Lexus” markalı ** FC *** dövlət qeydiyyat nişanlı avtomobil ön hissəsi ilə onun sağ ayağından vurmuşdur. Sonra anası və orada olan tanımadığı şəxslər onu xəstəxanaya aparmışlar. Xəstəxanada ona tibbi yardım göstərilmişdir. Orada bilmişdir ki, onu avtomobillə vuran şəxs Təqsirləndirilən şəxsdur. İbtidai istintaq zamanı zərərçəkmiş şəxsin qanuni nümayəndəsi qismində dinidirilmiş X2 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, Abşeron rayonu, Xırdalan şəhəri, 24-cü məhəllə, bina 2, ev 48-də ailə üzvüləri ilə birlikdə yaşayır. Bildirmişdir ki, 26.11.2021-ci il tarixdə saat 07:40 radələrində övladlarını yaşadığı evdən oxuduğu orta məktəbə aparmışdır. Abşeron rayonu, Xırdalan şəhəri, Qəşəm Aslanov küçəsində “Al Market” adlı ticarət obyektinin qarşısından avtomobillərin hərəkət etdiyi yolu o, və iki azyaşlı övladı ilə keçmək istəmişlər. Yolu keçərkən qızı Ayanın əlindən tutmuş və Ayan ondan sol tərəfdə dayanmışdır. Ayandan sonra oğlu Ziya dayanmış və Ayanın əlindən tutmuşdur. Qızı Ayan kiçik olduğundan o, və oğlu Ziya avtomobil yolunu keçərkən Ayam hər ikisi aralarında saxlamışlar və əllərindən tutmuşlar. Onlar bu qayda ilə yolu keçməyə çalışırmışlar. Qeyd olunan yerdən avtomobil yolunu keçərkən onun sol tərəfindən hərəkətdə olan avtomobillərin keçməsini gözləmişlər. Yolun tam boş olmasına əmin olduqdan sonra yolu keçib onun sağ tərəfindən hərəkətdə olan avtomobillərin keçməsini gözləmək üçün yolun mərkəzində olan xəttin dayanmışlar. Həmin vaxt o, övladlarının əlindən tutmuşdur və hər üçü bir xətt boyunca yanaşı durmuşlar. O, sağ tərəfindən hərəkətdə olan nəqliyyat vasitələrinin tam keçməsini gözləyərkən avtomobillərdən biri öz hərəkətini sol tərəf istiqamətində yəni onlara yaxın formada hərəkət etmişdir. Qara rəngli “Lexus” markalı ** FC *** dövlət qeydiyyat nişanlı avtomobil sol qabaq qanadı ilə onun çox yaxınlığından keçib sol tərəfində dayanan xx.xx.2012-ci il təvəllüdlü oğlu X1 ayaq nahiyyəsindən vuraraq yerə yıxmışdır. Həmin vaxt avtomobildə olan sürücünün köməkliyi ilə oğlunu vuran avtomobillə Abşeron rayonu, Mərkəzi Xəstəxanasına aparmışlar. Orada oğlu Ziyaya tibbi yardım göstərilmişdir. Sonra bilmişdir ki, oğlu Ziyanı avtomobillə vuran şəxs Təqsirləndirilən şəxsdur. Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi X2 ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını.nəzərə alıb işin icraatına xitam verilməsini xahiş etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X10 ərizə ilə məhkəməyə müraciət edərək istintaq zamanı verdiyi ifadəni təsdiq edərək işə onun iştirakı olmadan baxılmasını vahiş etmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Kürdəmir rayonu, Garis- Əyribən kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, “Olimpik” yaşayış kompleksi, bina 8, mənzil 40-da ailə üzvülərim ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun əridir. 2001-ci il buraxılışlı qara rəngli “Lexus” markalı ** FC *** dövlət qeydiyyat nişanlı avtomobil əri Mustafaya məxsusdur. Bildirmişdir ki, 26.11.2021-ci il tarixdə saat 07:50 radələrində əri Mustafanın avtomobili ilə mağazaya getmişlər. Həmin vaxt avtomobildə o, əri Mustafa və oğlu X9 olmuşdur. Mustafa sükan arxasında əyləşib avtomobili idarə etmişdir. Oğlu Mətin avtomobildə qabaq sağ oturacaqda o, isə arxa oturacaqda əyləşmişdir. Onlar avtomobillə Abşeon rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsindən hərəkətə başlayıb Qəşəm Aslanov küçəsi ilə hərəkətə davam edərkən “Al market” adlı ticarət obyektinin qarşısından keçən zaman qarşı hərəkət zolağının sağ tərəfi istiqamətindən səkinin üzərindən onların avtomobilinin hərəkətdə olduğu istiqamətdə bir nəfər orta yaşlı qadın və onun yanında iki azyaşlı uşaq hərəkət etmişdir. Həmin zolaqdan avtomobil keçmişdir. Qadın azyaşlı qızın əlindən tutmuşdur. Qadının yanında olan azyaşlı oğlan uşağı onlar tərəfdən keçən avtomobilin arxasında çıxıb qaçaraq yolu əks tərəfə keçdi və əri Mustafanın idarə etdiyi avtomobilin qarşısına çıxmışdır. Mustafa avtomobili saxlaya bilməyib həmin uşağı avtomobilin sol qabaq qanad hissəsi ilə vurmuşdur. Həmin vaxt uşaq arxası üstə yerə yıxılmışdır. Bundan sonra anası yaxınlaşıb uşağa əlini buraxıb qaçmasına görə irad bildirib acıqlanmışdır. O, oğlu və əri avtomobillə azyaşlı uşağı valideynləri ilə birlikdə Xırdalan şəhər Poliklinikasına, oradan da Abşeron RMX-na aparmışlar. Xəstəxanada müayinə zamanı müəyyən olmuşdur ki, 2012-ci il təvəllüdlü X3 ayağından sınıq xəsarəti almışdır. Orada Zaura tibbi yardım göstərmişlər. İstintaq zamanı şahid qismində ifadə verən Nəsirov Şahid3 Urşən Şahin qızı ilə eyni məzmunlu ifadə vermişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Narkoloji Dispanserinin 26 noyabr 2021-ci il tarixli 2/34699 saylı “alkoqolun qəbulu faktı və sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs 26 noyabr 2021-ci il tarixdə saat 13:50-də ayıq vəziyyətdə olmuşdur. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Abşeron RPİ-nin DYPŞ-nin 14.03.2022-ci il tarixli 256 saylı məktubundan görünür ki, xx.xx.1971-ci ildə Ağsu rayonunda anadan olmuş, Kürdəmir rayonu, Garis-Əyribən kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs 16.06.2021 -ci il tarixdə BD 010771 nömrəli “Bİ, B, Cl, C” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və Təqsirləndirilən şəxs sürücülük hüququndan məhrum edilməmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizası təyin edilib keçirilərək rəy alınmışdır. Ekspertin 25.12.2021 -ci il tarixli 2921 nömrəli rəyindən görünür ki, 2012-ci il təvəllüdlü X4 məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər - sağ qamış sümüyünün orta 1/3-nin yerdəyişən qəlpəli sınığı bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni 26.11.2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş əlavə məhkəmə-tibb ekspertizasının ekspertinin 28.02.2022-ci il tarixli 09 Ə nömrəli rəyindən görünür ki, 2012-ci il təvəllüdlü X4 məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər sağ qamış sümüyünün orta 1/3-nin yerdəyişən qəlpəli sınığı bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni 26.11.2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş istintaq zamanı yolnəqliyyat hadisələri ekspertizası təyin edilərək rəy alınmışdır. Ekspertin 10 fevral 2022-ci il tarixli 8/91 saylı rəyindən görünür ki, 1.2 İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Lexus RX 300” markalı 90FC 501 dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismar qaydalarını pozaraq ehtiyatsızlıqdan X6 az ağır bədən xəsarəti yetirilməsinə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs avtomobil idarə etmək hüququna malik olan BD 010771 nömrəli “Bİ, B,C1, C” kateqoriyalı sürücülük vəsiqəsi ilə 26 noyabr 2021-ci il tarixdə saat 07:50 radələrində idarə etdiyi özünə məxsus texniki cəhətdən saz vəziyyətdə olan 2001-ci il buraxılışlı qara rəngli “Lexus” markalı ** FC *** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Xırdalan şəhəri, M.ə.Rəsulzadə küçəsi ilə Qəşəm Aslanov küçəsi istiqamətində saatda 30 km/saat sürətlə hərəkətdə olarkən yolun Qəşəm Aslanov küçəsi, “AL Market” adlı ticarət obyektinin qarşısından keçən hissəsində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün tədbirləri görməli və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda göstərilən tələblərə əməl etməyərək həmin zaman onun hərəkət istiqamətində yolu soldan sağa keçən piyada X5 idarə etdiyi avtomobilinin sol qanadı ilə vuraraq yol- nəqliyyat hadisəsi törətmiş, nəticədə onun bu hərəkətləri ehtiyatsızlıqdan X1 qamış sümüyünün orta 1/3-nin yerdəyişən qəlpəli sınığından ibarət sağlamlığının uzun müddətə pozulmasına səbəb olan az ağır zərər vuran bədən xəsarətləri almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmiş, ibtidai istintaq orqanı tərəfindən onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan cinayət əməli törətməsi onun özünün etirafı, zərər çəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri və ekspert rəyləri, işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübut olunur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məhkumluq barədə arayışından (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Göründüyü ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə zərərçəkmiş şəxs X8 və onun qanuni nümayəndəsi ilə barışmış və zərərçəkmiş şəxsin ona heç qarşı heç bir şikayəti yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinə əsasən 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə görə cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir) Həmçinin bu Məcəllənin 43.1.2-ci maddəsinə görə bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilir. Ona görə məhkəmə, qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o cinayət məsuliyyətindən azad edilməlidir. İş materiallarından görünür ki, 15.03.2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21-ci maddəsinin tələbləri baxımından iş üzrə məhkəmə xərci məsələsini həll edərək məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN-i **********, hesabı AZ34CTRE********************) köçürülməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs İbtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X7 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, cəmi 120 (yüz iyirmi) manat, məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, cəmi 120 (yüz iyirmi) manat Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356, 383, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34CTRE********************) keçirilsin. Təqsirləndirilən şəxs İbtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X7 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, cəmi 120 (yüz iyirmi) manat, məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, cəmi 120 (yüz iyirmi) manat Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan, onun elan olunduğu andan və ya rəsmi qaydada təqdim edildiyi gündən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-291/2022
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-291/2022
10.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver