Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-291/2023 11.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiay məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X5, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1976-cı ildə Daşkəsən şəhərində anadan olmuş, Azərbayacan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Daşkəsən rayonu, Mollahəsənli kəndində qeydiyyatda olan, Abşeron rayonu, Saray qəsəbəsi bağlar massivində fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 16 oktyabr 2022-cı il tarixdə saat 04:45 radələrində özünə məxsus “Ford Transit” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Abşeron rayonu Saray qəsəbəsi H.Əliyev küçəsində Sumqayıt şəhəri istiqamətində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunu etməyərək, idarə etdiyi avtomobillə həmin vaxtı yolu soldan sağa keçən piyada, xx.xx.1958-cı il təvəllüdlü X7 vuraraq yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə onun bu hərəkətləri ehtiyatsızlıqdan X6 başın alın nahiyyəsində əzilmişcırılmış yara, başın yumşaq örtüyü altına qansızma baş beyininalın və təpə paylarında yumşaq qişaları altına qansızmalar,döş sümüyünün və sağ İİ-İX qabırğaların yerdəyişmiş sınıqları, sağ ağ ciyərin cırılmış yaraları, qarının ön və sağ yan divarının, sağ qalça və sağ bud-çanaq oynağı nahiyəsinin böyük ölçülü sıyrıqları, sağ bud nahiyəsinin əzilmiş yarası, sağ diz oynağının sıyrığı, sağ qamış sümüyünün oynaqdaxili yerdəyişmiş sınığı, sol baldır nahiyəsinin sıyrığı, baldırın hər iki sümüklərinin aşağı 1/3-nin qapalı yerdəyişmiş sınıqları xəsarətləri alması nəticəsində skelet sümüklərinin sınıqları, sağ ağ ciyərin cırılmış yaralanmasından yaranmış travmatik, hemorragik şokdan ölməsinə səbəb olmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Abşeron rayonu, Saray qəsəbəsi Bağlar massivində yerləşən evində yaşayır. Təxminən 15 ildir ki, avtomobil idarə edir, sürücülük vəsiqəsi var. 3 il olar ki, özünə məxsus “Ford Transit” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə sərnişin daşıyıb pul qazanır. Bir ilə yaxındır ki, həmin avtomobili ilə Sumqayıt şəhərində və Saray qəsəbəsində yaşayan 6 nəfər fəhləni Abşeron rayonu, Masazır kəndində yerləşən iş yerlərinə aparıb-gətirir. Həmin fəhlələr gecə növbəsində işlədiklərinə görə onları hər gün axşamüstü saat 17 radələrində yaşadıqları ünvanlardan maşınına mindirib iş yerlərinə aparır və iş saatları bitdikdən sonra, yəni gecə saat 05 radələrində evlərinə qaytarır. xx.xx.2022-ci il tarixdə də saat 04 radələrində yaşadığı evdə yuxudan dürüb həmin fəhlələri evlərinə aparmaq üçün idarə etdiyi “Ford Transit” markalı avtomobili ilə onların Masazır kəndində işlədikləri sexin qarşısına getmiş və bir neçə dəqiqə ərzində həmin 5 qadın və 1 kişi olan fəhlələri maşınına mindirib yaşadıqları ünvanlara aparmaq üçün yola çıxmışdır. Zamin adlı fəhlə maşında qabaq oturacaqda, qadınlar isə arxada əyləşmişlər. Saat təxminən 04:45 radələrində Abşeron rayonu, Saray qəsəbəsi H.Əliyev küçəsində Sumqayıt şəhəri istiqamətində yaxına vuran işıqlarla təxminən 70 km/saat sürətlə hərəkətdə olduğu vaxt yoldakı piyada keçidinə yaxınlaşanda, 20-25 metr məsafədən təxminən 60-65 yaşında olan tanımadığı bir nəfər kişi piyadanın qaranlıqda yüngül qaçışla yolun sol tərəfindən sağa doğru getdiyini görüb avtomobillə həmin piyadanı vuracağını hiss etdiynə görə tez əyləci basmış və sükanı yolun sağ kənarına doğru istiqamətləndirmişdir. Bu səbəbdən idarə etdiyi avtomobil sürüşürək yolun sağ kənarındakı köbə daşına dəyib, yenidən sola doğru istiqamət aldığı anda avomobilin sol qabaq tərəfi həmin piyadaya dəyib, onu kənara tullamış və sonra sürüşərək çəpəki vəziyyətdə yolun sağ hərəkət hissəsində dayanmışdır. Bundan sonra o, dərhal maşından düşüb vurduğu piyadaya tərəf qaçmış və onun başından qan axdığını, hüşsüz vəziyyətdə olduğunu görüb tez mobil telefonu ilə DİN-nin 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermiş və bunun ardınca tez maşınındakı qabda olan suyu götürüb həmin piyadanın sifətinə töküb onu ayıltmağa çalışmış, lakin piyadanın ayılmadığını, artıq ölmüş olduğunu hiss etmişdir. Həmin vaxtı maşınındakı fəhlələr də onun yanında olmuş, hadisə baş verən zaman avtomobili ayıq idarə etmiş, avtomobilində 1 nəfər sərnişindən başqa əlavə yük olmamış, həmin vaxtı avtomobili saz vəziyyətdə olmuşdur. Mərhumun ailə üzvlərinə maddi yardım etmişdir. Hadisənin baş verməsindən peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Abşeron rayonu, Saray qəsəbəsi, S.Qazıyeva küçəsi yeni məhəllədəki fərdi yaşayış evində yaşayır. X4 onun əridir. Hadisə baş verən günü, yəni 16 oktyabr 2022-ci il tarixdə saat 08 radələrində o, evdə olduğu vaxtı tanımadığı polis əməkdaşları yaşadığı evə gəlib, əri Şahbaz Əmirovu yaşadıqları Saray qəsəbəsində yolu keçərkən avtomobil vurub öldürdüyünə görə meyitini ekspertiza müayinəsindən ötrü Bakı şəhəri Respublika xəstəxanasının yanındakı meyitxanaya aparıldığını bildirmişlər. O da bunu eşidən kimi dərhal oğluna zəng edib bu barədə məlumat vermiş, həmin günü günorta vaxtı ərinin meyitini yaşadıqları ünvana gətirib, sonra Saray qəbirsanlığına aparıb dəfn etmişlər. O, hadisənin necə baş verdiyini görməmiş, əri Şahbazın yaşadıqları Saray qəsəbəsindəki H.Əliyev küçəsində yolu keçərkən Təqsirləndirilən şəxs idarə etdiyi “Ford Transit” markalı avtomobillə vurulduğunu sonradan eşitmiş, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, həmin gecə Şahbazın evdən çıxdığını görməmiş, lakin sonuncu həmin gecə yatmazdan əvvəl səhər tezdən yaxınlıdakı çörəkbişirmə sexindən çörək almaq istədiyini söyləmiş, ola bilsin ki, əri Şahbaz çörək almağa gedərkən avtomobil onu vurmuşdur. Hadisəni törədən sürücü Təqsirləndirilən şəxs onlara maddi yardım etdiyinə görə ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, "xxxx" MMC-nin Abşeron rayonu Masazır kəndi ərazisində yerləşən plastik materiallar istehsal edən sexində fəhlə işləməklə Abşeron rayonu Novxanı kəndində bacısıgilin evində müvəqqəti yaşayır. Həmin sex sutka ərzində işlədiyinə görə fəhlələr də iki nöbəli rejimlə işləyirlər. Belə ki, o da bir həftə gecə növbəısində, növbəti həftəni isə günüz növbəsində işə gedir. Gecə növbəsi axşam saat 19:00-da işə gedib, 8 saatdan sonra, yəni növbəti günü gecə saat 04 radələrində işdən çıxır. Onu və digər fəhlələri Abşeron rayonu, Saray qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs “Ford Transit” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə işə aparıb, sonra da evlərinə qaytarır. xx.xx.2022-ci il tarixdə də saat 17 radələrində o və iş yoldaşları Vüqarın maşını ilə iş yerinə getmişlər. Növbəni işləyib təxminən 8 saatdan sonra, yəni xx.xx.2022-ci il tarixdə gecə saat 04 radələrində evə getmək üçün həmin Vüqarın idarə etdiyi “Ford Transit” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilə minmişlər. Həmin vaxtı o, qabaqda sürücü Vüqarın yanında qadınlar isə arxada əyləşmişlər. Yuxusu gəldiyinə görə avtomobil hərəkətə başlayan kimi gözlərini yumub mürgüləməyə başlamış, az müddətdən sonra içərisində olduqları avtomobilin harasa çırpıldığını hiss edib yuxudan ayılmış və gözlərini açıb Abşeron rayonu, Saray qəsəbəsi H.Əliyev küçəsində olduqlarını, sürücü Vüqarın həyacanlı vəziyyətdə maşından düşdüyünü görüb, nə baş verdiyini soruşmuş, sonuncu da yolu keçən piyadanı vurduğunu deyib, tez arxaya tərəf qaçmağa başlalamış, o da Vüqarın ardınca gedib yolun üstündə olan xəsarət almış yaşlı kişinin başından qan axdığını, hüşsüz vəziyyətdə olduğunu görmüş, Vüqar tez maşınına tərəf qaçıb oradakı qabda olan suyu götürüb həmin piyadanın sifətinə töküb onu ayıltmağa çalışmış, lakin xəsarət almış həmin yaşlı kişinin artıq ölmüş olduğunu hiss edib, mobil telefonu ilə DİN-nin 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Həmin vaxtı maşında sərnişin olan qadınlar da onunla birlikdə maşından yerə düşmüş, amma onların həmin hadisənin necə baş verdiyini görüb-görmədiklərini bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5, məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2, Şahid3, Şahid4 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadələr vermişlər. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə-tibb ekspertinin xx.xx.2022-ci il tarixli 157 saylı rəyindən görünür ki, X6 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər- başın alın nahiyyəsində əzilmiş-cırılmış yara, başın yumşaq örtüyü altına qansızma baş beyininalın və təpə paylarında yumşaq qişaları altına qansızmalar,döş sümüyünün və sağ İİ-İX qabırğaların yerdəyişmiş sınıqları, sağ ağ ciyərin cırılmış yaraları, qarının ön və sağ yan divarının, sağ qalça və sağ bud-çanaq oynağı nahiyəsinin böyük ölçülü sıyrıqları, sağ bud nahiyəsinin əzilmiş yarası, sağ diz oynağının sıyrığı, sağ qamış sümüyünün oynaqdaxili yerdəyişmiş sınığı, sol baldır nahiyəsinin sıyrığı, baldırın hər iki sümüklərinin aşağı 1/3-nin qapalı yerdəyişmiş sınıqları həyatidirlər, bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni yol-nəqliyyat hadisəsi zamanı hərəkətdə olan avtomobillin piyadanı vurması nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümimilikdə həyat üçün təhlükəli olan AĞİR zərər vurmanın əlamətlərinə malikdirlər. X2 ölümünə səbəb skelet sümüklərinin sınıqları, sağ ağ ciyərin cırılmış yaralanmasından yaranmış travmatik, hemorragik şok olmuşdur. İlkin meyit əlamətlərin inkişaf dərəcəsinə əsasən X6 ölümü onun meyitinin məhkəmə-tibbi müayinəsi başlandığı vaxtdan təxminən 6-8 saat əvvələ gəlir. X6 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. Məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının xx.xx.2023-cü il tarixli, 8/3595 nömrəli rəyindən görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı «Ford Fusion» markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.. Abşeron RPİ-nin DYPŞ-nin iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli arayışından görünür ki, xx.xx.1976-cı il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdə xx.xx.2027-ci il tarixədək etibarlı olan AC seriyalı, 348786 nömrəli «BC» kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və Təqsirləndirilən şəxs sürücülük hüququndan məhrum edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Narkoloji Dispanserinin xx.xx.2022-ci il tarixli 2/12251 nömrəli «sərxoşluq vəziyyətinin tibbi müayinəsi» aktından görünür ki, Təqsirləndirilən şəxs 16 oktyabr 2022-cu il tarixdə saat 04 radələrində baş vermiş-yolnəqliyyat hadisəsi zamanı ayıq vəziyyətdə olmuşdur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi «Ford Transit” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış, saxlanılması üçün sahibinə qaytarılmışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi X8 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o Təqsirləndirilən şəxs ilə barışmışdır, onun sonuncuya qarşı şikayəti və tələbi yoxdur. Şahidlər Şahid2 və Şahid4 poçt vasitəsi ilə məhkəməyə teleqram vuraraq, məhkəmə iclasında iştirak edə bilmədiklərini, ibtidai istintaq zamanı verdikləri ifadələrini təsdiq etdiklərini bildirmişdlər. Şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X3 Vüqar Firuddin oğlunun himayəsindədir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması ekspertlərin rəyləri, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələri ilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı təqsirləndirilənin törətdiyi əməl Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı və ona Azərbaycan Respublikası CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə, cəza təyini zamanı Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsini, Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində bir azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 saylı Qərarının 21-ci bəndində göstərilir ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmədə müəyyən edilmişdir ki, hadisədən sonra təqsirləndirilən şəxs mərhumun ailə üzvlərinə dəymiş maddi və mənəvi zərəri ödəməklə aradan qaldırılmasına yönələn hərəkətlər etmiş, həmçinin təqsirləndirilən şəxs hadisənin baş verməsindən təəssüfləndiyini, peşmançılıq çəkdiyini bildirmişdir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayət törətməsini, cəzasını yüngülləşdirən halı, onun şəxsiyyətini səciyyələndirən halı, təyin olunan cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə əsas cəzanın və nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən məhkumun cəzaçəkmə müddətinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan az ağır cinayət törətməsini, onun ailəsi ilə birlikdə daimi yaşayış yerinin olmasını, hökmün icrasına maneə törətmək ehtimalının olmamasını nəzərə alaraq, hesab edir ki, hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 197, 198-ci maddəsinə əsasən iş üzrə 85 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs idarə etdiyi «Ford Transit” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil ibtidai istintaq zamanı qanuni sahibinə qaytarılması nəzərə alınmalıdır. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 25 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X9 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 150 manat məbləğində pul, məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 il 03 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 il 06 müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə 85 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs idarə etdiyi «Ford Transit” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil ibtidai istintaq zamanı qanuni sahibinə nəzərə alınsın. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 25 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X9 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 150 manat məbləğində pul, məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-291/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-291/2023
11.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver