Məhkəmə qərarları › İş №1(012)-291/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-291/2024

04.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-291/2024 04.03.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X5, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs, və onun müdafiəçisi Bakı şəhər 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1,zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs7 vəkili-nümayəndəsi X4 qızının,zərərçəkmiş şəxslər-mülki iddiaçılar Zərərçəkmiş şəxs1,Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs12 iştirakları ilə, xx.xx.1986-cı ildə Beyləqan rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ev 14 mənzil 4də qeydiyytada olan barəsində “həbs” qətimkan tədbiri seçilərək hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-CM) 178,2.2, 178.2.4cü və 320.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 24 aprel 2020-ci ildə fiziki şəxs olaraq lombard fəaliyyəti ilə məşğul olduğu ünvan 1 ünvanında Zərərçəkmiş şəxs11 7000 manat dəyərində 1 ədəd 750 əyarlı brilliant qaşları olan boyunbağı və 01 ədəd qolbaq, 02 ədəd üzük və bir cüt sırğadan ibarət zinət əşyalarını girov qoymaq şərti ilə 2550 manat kredit verəcəyini vəd edərək bu barədə muvafiq müqavilə bağlayıb girov qəbzi təqdim etməklə görüntü yaradaraq etibarını qazanmış və sonuncunun girov qoyduğu qızıl əşyasını sataraq özünün şəxsi məsrəflərinə sərf edərək Zərərçəkmiş şəxs11 aldadıb etibarından sui istifadə etməklə onun 7000 manat dəyərində əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 26 aprel 2019-cu il tarixdə fiziki şəxs olaraq lombard fəaliyəti ilə məşğul olduğu ünvan 1 ünvanında X14 270 manat dəyərində 01 ədəd 583 əyarlı qızıl üzüyü, 620 manat dəyərində 01 ədəd 750 əyarlıqızıl üzüyü, 560 manat dəyərində 01 ədəd 583 əyarlı qızıl üzük-sırğa dəstini, 1300 manat dəyərində 1 cüt 583 əyarlı qızıl sırğanı, 430 manat dəyərində 1 ədəd 585 əyarlı qızıl klonu, 330 manat dəyərində 1 ədəd 583 əyarlı qızıl üzüyü, 540 manat dəyərində 1 cüt 585 əyarlı qızıl sırğanı, 320 manat dəyərində 1 ədəd 583 əyarlı qızıl üzüyü, 570 manat dəyərində 1 ədəd 585 əyarlı qızıl üzüyü, 310 manat dəyərində, 1 ədəd 750 əyarlı qızıl boyunbağını, 2000 manat dəyərində, 1 ədəd 750 əyarlı qızıl üzük-sırğa dəstini, 680 manat dəyərində 1 ədəd 750 əyarlı qızıl üzüyü, 420 manat dəyərində 01 ədəd 585 əyarlı qızıl üzüyü, 1050 manat dəyərində 01 ədəd 583 əyarlı qızıl üzük-sırğa dəstini, 350 manat dəyərində 1 ədəd 583 əyarlı qızıl üzüyü, ümumilikdə 1600 manat dəyərində 2 ədəd 750 əyarlı briliant qaşlı qızıl üzükləri, 1100 manat dəyərində 1 ədəd 750 əyarlı briliant qaşlı qızıl üzüyü, 1.600 manat dəyərində 1 cüt 585 əyarlı qızıl sırğanı, 2.900 manat dəyərində 1 ədəd 750 əyarlı qızıl boyunbağı ilə bilərziyi girov qoymaq şərti ilə 15.400 manat kredit verəcəyini vəd edərək bu barədə muvafiq müqavilə bağlayıb kreditin 2,7 faiz dərəcəsi ilə ödənilməsi göstərilən girov qəbzi təqdim etməklə görüntü yaradaraq etibarını qazanmış, sonra isə Zərərçəkmiş şəxs9 adına tərtib edilmiş, hüquq verən sənəd hesab edilən girov biletində kredit üzrə faiz dərəcəsi göstərilən hissəsində 2,7 faizin üzərində düzəlişlər edərək 4,3 faiz yazmaqla rəsmi sənədi saxtalaşdıraraq Zərərçəkmiş şəxs9 ödəməli olduğu kredit məbləğinin artdığını və sonuncunun ödənişləri vaxtında etmədiyini əsas gətirərək 16.850 manat dəyərində əmlakını ələ keçirib, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 12 dekabr 2019-cu il tarixdə fiziki şəxs olaraq lombard fəaliyyəti ilə məşğul olduğu Bakı şəhəri, Nəsimi rayonu, M.Cəfərov küçəsi 3005 ünvanında yerləşən ofisdə Zərərçəkmiş şəxs13 700 manat dəyərində 1 ədəd 750 əyarlı qızıl üzüyü, 1800 manat dəyərində 1 ədəd brilliant qaşlı 750 əyarlı qızıl üzüyü, 5000 manat dəyərində 1 ədəd, brilliant qaşlı 750 əyarlı qızıl üzüyü girov qoyması şərti ilə 1200 manat məbləğində kredit verəcəyini vəd edərək, bu barədə muvafiq müqavilə bağlayıb girov qəbzi təqdim etməklə görüntü yaradaraq etibarını qazanmış və sonuncunu girov qoyduğu qızıl əşyasını sataraq özünün şəxsi məsrəflərinə sərf edərək Zərərçəkmiş şəxs13 aldadaraq etibarından sui istifadə edib onun 7500 manat dəyərində əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 23 iyul 2020-ci il tarixdə fiziki şəxs olaraq lombard fəaliyəti ilə məşğul olduğu ünvan 1 ünvanında Zərərçəkmiş şəxs12 1700 manat dəyərində 1 ədəd 750 əyarlı üzərində brilliant qaşları olan qızıl üzük-sırğa dəstini, 8000 manat dəyərində 750 əyarlı bir ədəd qızıl üzük-sırğa-boyunbağı-qolbaq dəstini, 1000 manat dəyərində 1 ədəd 750 əyarlı qızıl üzüyü, 500 manat dəyərində 1 ədəd 583 əyarlı qızıl 5-lik sikkəni, 2700 manat dəyərində 1 ədəd 750 əyarlı qızıl üzüyü, 500 manat dəyərində 1 ədəd 583 əyarlı qızıl klonu, 200 manat dəyərində 1 ədəd 585 əyarlı 01 ədəd klonu, 300 manat dəyərində 1 ədəd 585 əyarlı qızıl klon, 350 manat dəyərində 1 cüt 585 əyarlı qızıl sırğanı, 500 manat dəyərində 1 ədəd 750 əyarlı qızıl üzüyü, 200 manat dəyərində 1 ədəd 585 əyarlı qızıl üzüyü, 250 manat dəyərində 1 cüt 585 əyarlı qızıl sırğanı, 150 manat dəyərində 1 cüt 585 əyarlı qızıl sırğanı, 250 manat dəyərində 1 ədəd 585 əyarlı qızıl boyunbağını, 300 manat dəyərində 1 ədəd 585 əyarlı qızıl klonu, 350 manat dəyərində 1 ədəd 585 əyarlı qızıl boyunbağını, 600 manat dəyərində 1 ədəd 585 əyarlı qızıl boyunbağını, 150 manat dəyərində 1 ədəd 585 əyarlı qızıl qolbağı, 400 manat dəyərində 1 ədəd 585 əyarlı üzərində klon olan qızıl boyunbağını, 800 manat dəyərində 1 ədəd 750 əyarlı qızıl boyunbağını, 250 manat dəyərində 1 ədəd 585 əyarlı qızıl qolbağı, 450 manat dəyərində 1 ədəd 750 əyarlı qızıl qolbağı, 700 manat dəyərində 1 ədəd 750 əyarlı qızıl klonu, 400 manat dəyərində 1 ədəd 585 əyarlı qızıl boyunbağını, 1700 manat dəyərində 1 ədəd 750 əyarlı üzərində klon olan qızıl boyunbağını girov qoymaq şərti ilə 9105 manat kredit verəcəyini vəd edərək bu barədə muvafiq müqavilə bağlayıb girov qəbzi təqdim etməklə görüntü yaradaraq etibarını qazanmış və sonuncunun girov qoyduğu qızıl əşyasını sataraq özünün şəxsi məsrəflərinə sərf edərək Zərərçəkmiş şəxs12 aldadaraq etibarından sui -istifadə edib onun 22700 manat dəyərində əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 05 yanvar 2021 -ci il tarixdə fiziki şəxs olaraq lombard fəaliyəti ilə məşğul olduğu ünvan 1 ünvanında Zərərçəkmiş şəxs6 1 ədəd qızıl üzük-sırğa dəstini, 4 ədəd qızıl üzükləri, 01 ədəd qızıl boyunbağını, 3 ədəd qızıl boyunbağını, 1 cüt qızıl sırğanı, 1cüt qızıl sırğanı, 3 ədəd qızıl boyunbağını girov qoymaq şərti ilə 2325 manat məbləğində kredit verəcəyini , 01 aprel 2021-ci il tarixlərdə isə eyni ünvanda Nərmin Əfənliyevaya 2 ədəd qızıl boyunbağını girov qoymaq şərti ilə 1150 manat məğləğində kredit verəcəyini yalan vəd edərək muvafiq tarixlərdə bu barədə muvafiq müqavilə bağlayıb girov qəbzləri təqdim etməklə görüntü yaradaraq etibarını qazanmış və sonuncunun girov qoyduğu qızıl əşyasını sataraq özünün şəxsi məsrəflərinə sərf edərək vahid niyyətlə əhatə olunmuş qəsdlə Nərminə Əfəndiyevanı aldadaraq etibarından sui istifadə edib onun 6500 manat dəyərində əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 11 yanvar 2021-ci il tarixdə fiziki şəxs olaraq lombard fəaliyəti ilə məşğul olduğu ünvan 1 ünvanında Zərərçəkmiş şəxs7 ümumilikdə 7000 manat dəyərində 1 ədəd 750 əyarlı boyunbağı-bilərzik-üzük-sırğa dəstini girov qoymaq şərti ilə ona 2.350 manat kredit verəcəyini yalan vəd edib bu barədə muvafiq müqavilə bağlayıb girov qəbzi təqdim etməklə görüntü yaradaraq etibarını qazanmış və sonuncunun girov qoyduğu qızıl əşyasını sataraq özünün şəxsi məsrəflərinə sərf edərək Zərərçəkmiş şəxs7 aldadaraq etibarından sui istifadə edib onun 7000 manat dəyərində əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 11 mart 2021 -ci il tarixdə fiziki şəxs olaraq lombard fəaliyəti ilə məşğul olduğu ünvan 1 ünvanında Zərərçəkmiş şəxs10 ümumi dəyəri 15.000 manat olan 1 ədəd 583 əyarlı və 4 ədəd 750 əyarlı qızıl üzükləri, 2 ədəd 750 əyarlı boyunbağını, 01 ədəd qızıl kişi saatını girov qoymaq şərti ilə ona 3280 manat məbləğində kredit verəcəyini yalan vəd edib bu barədə muvafiq müqavilə bağlayıb girov qəbzi təqdim etməklə görüntü yaradaraq etibarını qazanmış və sonuncunun girov qoyduğu qızıl əşyasını sataraq özünün şəxsi məsrəflərinə sərf edərək Zərərçəkmiş şəxs10 aldadaraq etibarından sui istifadə edib onun 15000 manat dəyərində əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 28 aprel 2022 -ci il tarixdə fiziki şəxs olaraq lombard fəaliyəti ilə məşğul olduğu ünvan 1 ünvanda Zərərçəkmiş şəxs1 400 manat dəyərində 01 ədəd 583 əyarlı qızıl boyunbağını, 580 manat dəyərində 1 ədəd 583 əyarlı qızıl üzük-sırğa dəstini, ümumilikdə 250 manat dəyərində 02 ədəd 583 əyarlı üzükləri, 80 manat dəyərində 583 əyarlı qızıl klonu, 300 manat dəyərində 01 ədəd üstü gümüş olan 583 əyarlı qızıl üzüyü girov qoymaq şərti ilə 1050 məbləğində kredit verəcəyini, 360 manat dəyərində 01 ədəd 750 əyarlı qızıl üzüyü, 180 manat dəyərində 01 ədəd 500 əyarlı qızıl boyunbağı və klonu, 250 manat dəyərində 01 ədəd 583 əyarlı qızıl boyunbağını, 500 manat dəyərində 01 ədəd 583 əyarlı qızıl qolbağı, ümumilikdə 630 manat dəyərində 583 əyarlı qızıl sırğanı, ümumilikdə 1470 manat dəyərində, 04 ədəd 583 əyarlı qızıl üzükləri, 1200 manat dəyərində 01 ədəd 750 əyarlı brilliant qaşlı qızıl üzüyü, ümumilikdə 2400 manat dəyərində 1 dəst 585 əyarlı 1 cüt qızıl sırğa, 1 ədəd qızıl üzük, 1 ədəd qızıl boyunbağı və klonu, 1 ədəd qızıl qolbaqdan ibarət qarnituru, ümumilikdə 1200 manat dəyərində 01 ədəd brilliant qaşlı 583 əyarlı üzük-bilərzik dəstini girov qoymaq şərti ilə 3200 manat məbləğində kredit verəcəyini, 02 iyul 2022-ci il tarixdə həmin ünvanda 1000 manat dəyərində 01 ədəd 583 əyarlı qızıl qolbağı və 1000 manat dəyərində müxtəlif formalı 583 əyarlı qızıl metalları girov qoymaq şərti ilə 1050 manat məbləğində kredit verəcəyini yalan vəd edərək muvafiq tarixlərdə muvafiq müqavilə bağlayıb girov qəbzləri təqdim etməklə görüntü yaradaraq etibarını qazanmış və sonuncunun girov qoyduğu qızıl əşyasını sataraq özünün şəxsi məsrəflərinə sərf edərək vahid niyyətlə əhatə olunmuş qəsdlə Zərərçəkmiş şəxs1 aldadaraq etibarından sui istifadə edib onun 11800 manat dəyərində əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 29 may 2021-ci il tarixdə fiziki şəxs olaraq lombard fəaliyəti ilə məşğul olduğu ünvan 1 ünvanında Zərərçəkmiş şəxs8 Hüseyinağa oğluna ümumilikdə 30.000 manat dəyərində olan brilliant qaşlı 750 əyarlı 1 cüt sırğa, 1 ədəd qızıl üzük, 1 ədəd boyunbağı və 1 ədəd bilərziyi, 5.000 manat dəyərində 1 ədəd brilliant qaşlı 750 əyarlı qızıl üzüyü girov qoymaq şərti ilə 4.800 manat məbləğində kredit verəcəyini vəd edərək bu barədə muvafiq müqavilə bağlayıb girov qəbzi təqdim etməklə görüntü yaradaraq etibarını qazanmış və sonuncunun girov qoyduğu qızıl əşyasını sataraq özünün şəxsi məsrəflərinə sərf edərək Zərərçəkmiş şəxs8 aldadaraq etibarından sui istifadə edib onun 35000 manat dəyərində əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2020-ci ilin iyun ayında fiziki şəxs olaraq lombard fəaliyyəti ilə məşğul olduğu ünvan 1 ünvanında Zərərçəkmiş şəxs5 1445 manat dəyərində, 1 ədəd 750 əyarlıqızıl bilərziyi və 765 manat dəyərində 1 ədəd 750 əyarlı qızıl üzüyü girov qoymaq şərti ilə 945 manat məbləğində kredit verəcəyini, 17 avquvt 2021-ci il tarixdə eyni ünvanda 500 manat dəyərində 1 ədəd 583 əyarlı qızıl boyunbağını, 340 manat dəyərində 1 cüt 583 əyarlı qızıl sırğanı və 200 manat dəyərində 1 ədəd 583 əyarlı qızıl sırğanı girov qoymaq şərti ilə 765 manat məbləğində kredit verəcəyini yalan vəd edib aldadaraq bu barədə muvafiq tarixlərdə müqavilə bağlayıb girov qəbzləri təqdim etməklə görüntü yaradaraq etibarını qazanmış və sonuncunun girov qoyduğu qızıl əşyasını sataraq özünün şəxsi məsrəflərinə sərf edərək Zərərçəkmiş şəxs5 aldadaraq etibarından sui istifadə edib onun 3485 manat dəyərində əmlakını ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui- istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 12 mart 2022-cü il tarixdə fiziki şəxs olaraq lombard fəaliyyəti ilə məşğul olduğu Bakı şəhəri, Nəsimi rayonu, M.Cəfərov küçəsi 3005 ünvanında yerləşən ofisdə Zərərçəkmiş şəxs15Ayəddin oğluna 583 əyarlı 17 qram çəkidə 1700 manat dəyərində olan qızıl boyunbağını girov qoyması şərti ilə 900 manat məlbəğində kredit verəcəyini vəd edərək, bu barədə muvafiq müqavilə bağlayıb girov qəbzi təqdim etməklə görüntü yaradaraq Zərərçəkmiş şəxs15 etibarını qazanmış və sonuncunun girov qoyduğu qızıl əşyasını sataraq özünün şəxsi məsrəflərinə sərf edərək Zərərçəkmiş şəxs15 aldadaraq etibarından sui istifadə edib 1700 manat dəyərində əmlakını ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui- istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 14 dekabr 2022-cü il tarixdə fiziki şəxs olaraq lombard fəaliyyəti ilə məşğul olduğu Bakı şəhəri, Nəsimi rayonu, M.Cəfərov küçəsi 3005 ünvanında yerləşən ofisdə Zərərçəkmiş şəxs14 1000 manat dəyərində olan 1 cüt 583 əyarlı qızıl sırğanı, 120 manat dəyərində olan 1 cüt 585 əyarlı qızıl sırğanı və ümumilikdə 400 dəyərində olan 1 ədəd 585 əyarlı qızıl klonu və 1 ədəd 585 əyarlı qızıl boyunbağını, 400 manat dəyərində 1 ədəd biriliant qaşlı 585 əyarlı qızıl üzüyü girov qoyması şərti ilə 800 manat məbləğində kredit verəcəyini vəd edərək, bu barədə muvafiq müqavilə bağlayıb girov qəbzi təqdim etməklə görüntü yaradaraq etibarını qazanmış və sonuncunun girov qoyduğu qızıl əşyasını sataraq özünün şəxsi məsrəflərinə sərf edərək Zərərçəkmiş şəxs14 aldadaraq etibarından sui istifadə edib 3000 manat dəyərində əmlakını ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 24 dekabr 2022-ci il tarixdə fiziki şəxs olaraq lombard fəaliyyəti ilə məşğul olduğu ünvan 1 ünvanında Zərərçəkmiş şəxs4 girov olaraq qoyduğu 800 manat dəyərində 750 əyarlı, 7,2 qram çəkidə 01 ədəd qızıl qolbaq, 221 manat dəyərində 585 əyarlı, 2,6 qram çəkidə 01 ədəd cüt qaşlı qızıl sırğa, 800 manat dəyərində 750 əyarlı, 4 qram çəkidə 01 ədəd brilliant qaşlı qızıl üzük, 232 manat dəyərində 585 əyarlı, 2,74 qram çəkidə 01 ədəd qızıl boyunbağı, 153 manat dəyərində 585 əyarlı, 1,8 qram çəkidə 01 ədəd qızıl boyunbağı, 1020 manat dəyərində 585 əyarlı, 12 qram çəkidə 01 ədəd zəncirvari formalı qızıl boyunbağı, 583 manat dəyərində 585 əyarlı, 6,62 qram çəkidə 01 ədəd qızıl üzük və 272 manat dəyərində 585 əyarlı, 3,2 qram çəkidə 01 cüt qızıl sırğanın müqabilində qısamüddətli kredit olaraq verilmiş 2350 manat pulun hamısı sonuncu tərəfindən ödənməsinə baxmayaraq o, qeyd olunan qızıl-zinət əşyalarını ələ keçirməklə Zərərçəkmiş şəxs4 ümumilikdə 4061 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 22 fevral 2023-cü il tarixdən 03 mart 2023-cü il tarixədək olan müddət ərzində fiziki şəxs olaraq lombard fəaliyyəti ilə məşğul olduğu Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən lombartda Zərərçəkmiş şəxs2 girov olaraq qoyduğu 01 ədəd 700 manat dəyərində 583 əyarlı qızıl üzük, 01 ədəd 600 manat dəyərində 583 əyarlı qızıl üzüyün müqabilində qısamüddətli kredit olaraq verilmiş 350 manat pulun hamısı sonuncu tərəfindən ödənməsinə baxmayaraq o, qeyd olunan qızıl-zinət əşyalarını ələ keçirməklə Zərərçəkmiş şəxs2 ümumilikdə 1300 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 25 may 2023-cü il tarixdə fiziki şəxs olaraq lombard fəaliyyəti ilə məşğul olduğu Abşeron rayonu, Xırdalan şəhəri Heydər Əliyev prospektində yerləşən lombartda Zərərçəkmiş şəxs3 girov olaraq qoyduğu 01 ədəd 1230 manat dəyərində 10,5 qram 585 əyarlı qızıl üzüyün müqabilində qısamüddətli kredit olaraq verilmiş 500 manat pulun hamısı sonuncu tərəfindən ödənməsinə baxmayaraq o, qeyd olunan qızıl-zinət əşyalarını ələ keçirməklə Zərərçəkmiş şəxs3 ümumilikdə 1230 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxışında dindirilmiş təqsirləndirilən şəxs- mülki cavabdeh Təqsirləndirilən şəxs ona CM-in 178.2.2, 178.2.4 və 320.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2013-cü ildən 2017-ci ilədək “Unibank”-da kredit mütəxəssisi vəzifəsində işləmiş, 19 dekabr 2017-ci ildə ünvan 2 ünvanda aylıq 500 manat olmaqla icarə əsasında ofis tutub Vergilər Nazirliyindən lombard fəaliyyəti ilə bağlı qeydiyyat keçərək lombard açmışdır. Həmin lombard özünün adına rəsmiləşdirilmişdir. 2018-ci ildən isə lombard qaynatası Şahid3 adına keçirilmiş, o isə icraçı direktor kimi qeydiyyatdan keçirilmiş və imza səlahiyyəti olmuşdur. Obyektin adı rəsmi sənədlərdə olmasa da, qeyri-rəsmi şəkildə “İdeal Lombard” adlandırmışlar. Onların iş prinsipi müştəridən qızıl götürərək qiymətləndirib verəcəkləri kreditin məbləğinə əsasən 4%, 5% və 6% məbləğində aylıq gəlir əldə etmək olmuşdur. 500 manata qədər kreditlər aylıq 6%, ***-**** manat arası kreditlər 5%, 1000 manatdan yuxarı kreditlər isə 4% gəlirlə müəyyən edilmişdir. Qızılın qiymətləndirilməsi onun tərəfindən gündəlik birja qiymətlərinə əsasən müəyyən edilmiş, qızılın saxta və ya həqiqi olmasını fiziki olaraq baxıb özü seçə bilmişdir. 2017-ci ildən 2021-ci ilin iyun ayınadək lombard fəaliyyəti ilə məşğul olmuş, 13 iyun 2021ci ildə Beyləqan rayonunda ehtiyatsızlıqdan pilləkəndən yıxılaraq ayağı sınmışdır və buna görə iki dəfə əməliyyat keçirmiş, uzun müddət müalicə aldığından lombard fəaliyyəti ilə məşğul ola bilməmişdir. 2017-ci ildən 13 iyun 2021-ci ilədək təqribən 300-400 nəfər müştəriyə xidmət edərək kredit vermişdir. Bu müştərilərdən 9 nəfəri ilə problemi yaranmışdır ki, onlardan 6-sı ödənişi etməyib müqavilənin şərtini pozduğuna görə o, bu şəxslərin girov qoyduğu qızılları lombard qaydalarına uyğun olaraq satmış, yaranmış borclar bağlanmışdr. Qalan 3 müştəri- Samirə Abdullayevə, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 isə götürdükləri krediti tam bağlayaraq öhdəliklərini yerinə yetirmələrinə baxmayaraq, o, xəstəxanada olduğu üçün 19 iyun 2021-ci il tarixdə banka olan borcunu ödəmədiyinə görə bu şəsxlərin qızlları onları grov qoyub kredit götürdüyü banklar tərəfindən satılmışdır.Ona CM-nin 320.1 maddəsi ilə verilmiş ittihamı ümumiyyətlə qəbul etmir.Belə ki, Zərərçəkmiş şəxs9 özünün iştirakı ilə faiz dərəcəsi 2,7 %-dən 4,3% dərəcəsinə dəyişdirilmişdir. Bundan başqa,iş üzrə verilmiş mülki iddiaları qəbul etmir.Zərərçəkən kimi Zərərçəkmiş şəxs12 iddiasını da qəbul etmir,belə ki, həmin şəxslə girov müqaviləsi bağlanmamışdır, onun qızı Günellə girov müqaviləsi bağlanmışdir. Bununla belə, ibtidai istintaqda təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2013-cü ildən 2017-ci ilədək “Unibank”-da kredit mütəxəssisi vəzifəsində işləmiş, 19 dekabr 2017-ci ildə ünvan 2 ünvanda aylıq 500 manat olmaqla icarə əsasında ofis tutub Vergilər Nazirliyindən lombard fəaliyyəti ilə bağlı qeydiyyat keçərək lombard açmışdır. Həmin lombard özünün adına rəsmiləşdirilmişdir. 2018-ci ildən isə lombard qaynatası Şahid3 adına keçirilmiş, o isə icraçı direktor kimi qeydiyyatdan keçirilmiş və imza səlahiyyəti olmuşdur. Obyektin adı rəsmi sənədlərdə olmasa da, qeyri-rəsmi şəkildə “İdeal Lombard” adlandırmışlar. Onların iş prinsipi müştəridən qızıl götürərək qiymətləndirib verəcəkləri kreditin məbləğinə əsasən 4%, 5% və 6% məbləğində aylıq gəlir əldə etmək olmuşdur. 500 manata qədər kreditlər aylıq 6%, ***-**** manat arası kreditlər 5%, 1000 manatdan yuxarı kreditlər isə 4% gəlirlə müəyyən edilmişdir. Qızılın qiymətləndirilməsi onun tərəfindən gündəlik birja qiymətlərinə əsasən müəyyən edilmiş, qızılın saxta və ya həqiqi olmasını fiziki olaraq baxıb özü seçə bilmişdir. 2017-ci ildən 2021-ci ilin iyun ayınadək lombard fəaliyyəti ilə məşğul olmuş, 13 iyun 2021-ci ildə Beyləqan rayonunda ehtiyatsızlıqdan pilləkəndən yıxılaraq ayağı sınmışdır və buna görə iki dəfə əməliyyat keçirmiş, uzun müddət müalicə aldığından lombard fəaliyyəti ilə məşğul ola bilməmişdir. 2017-ci ildən 13 iyun 2021-ci ilədək təqribən 300-400 nəfər müştəriyə xidmət edərək kredit vermişdir. Bu müştərilərdən 9 nəfəri ilə problemi yaranmışdır ki, onlardan 6-sı ödənişi etməyib müqavilənin şərtini pozduğuna görə o, bu şəxslərin girov qoyduğu qızılları müxtəlif fiziki şəxslərə satmış və həmin şəxslər ondan qızıllarını tələb etmişlər. Qalan 3 müştəri- Samirə Abdullayevə, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 isə götürdükləri krediti tam bağlayaraq öhdəliklərini yerinə yetirmələrinə baxmayaraq, o, xəstəxanada olduğu üçün 19 iyun 2021-ci il tarixdə banka olan borcunu ödəmədiyinə görə bu şəxslərin qızlları onları grov qoyub kredit götürdüyü banklar tərəfindən satılmışdır. Belə ki, ağır qəzadan sonra iş fəaliyyətini dayandırdığına görə “Finex” Bank olmayan kredit təşkilatına təqribən 51000 manat miqdarında borclanmış bu səbəbdən müştərilərin qızıllarını geri qaytara bilməmişdir. Fərdi qaydada “Moskva” univermağında qızıl alqısatqısı ilə məşğul olmuşdur. Qızılı əldən alıb üstünə pul qoyaraq digər şəxslərə satmışdır. Bildirir ki, X21 26 aprel 2019-cu ildə «İdeal Lombarda» 15400 manat dəyərində 583 əyarlı 3.23 qram çəkidə 01 ədəd qızıl üzük, 750 əyarlı 5.8 qram çəkidə 01 ədəd qızıl üzük, 583 əyarlı 6.65 qram çəkidə 01 ədəd qızıl dəst, 583 əyarlı 15.7 qram çəkidə 02 ədəd qızıl sırğa, 585 əyarlı 5.15 qram çəkidə 01 ədəd qızıl klonu, 583 əyarlı 3.97 qram çəkidə 01 ədəd qızıl üzük, 585 əyarlı 6.37 qram çəkidə 01 ədəd qızıl sırğa, 583 əyarlı 3.76 qram çəkidə 01 ədəd qızıl üzük, 585 əyarlı 6.75 qram çəkidə 01 ədəd qızıl üzük, 750 əyarlı 2.87 qram çəkidə 01 ədəd qızıl boyunbağı, 750 əyarlı 14.0 qram çəkidə 01 ədəd qızıl dəsti, 750 əyarlı 6.17 qram çəkidə 01 ədəd qızıl üzük, 585 əyarlı 5.03 qram çəkidə 01 ədəd qızıl üzük, 583 əyarlı 12.52 qram çəkidə 01 ədəd qızıl dəsti, 583 əyarlı 4.17 qram çəkidə 01 ədəd qızıl üzük, 750 əyarlı 10.06 qram çəkidə 02 ədəd brilliant qaşlı qızıl üzük, 750 əyarlı 6.58 qram çəkidə 01 ədəd briliant qaşlı qızıl klon, 585 əyarlı 19.27 qram çəkidə 02 cüt qızıl sırğa, 750 əyarlı 27.08 qram çəkidə 01 ədəd qızıl boyunbağı və bilərziyi girov qoyub kredit istəmiş, o Xumara bank ödəmə üsulu ilə, yəni 2,7 faizlə və tək 4,3 faizli ödəmə şərtləri yəni bank üsulu ilə ödəmə şərti təklif etmiş, onlar birinci üsulla razılaşıb müqavilədə 2,7%-i qeyd etmişlər. O müqavilə hazırlamış lakin Xumar faiz dərəcəsini dəqiqləşdirmək üçün bir saat gözləməyi təklif edərək sonradan bank üsulu ilə aylıq ödənişləri, yəni hər ay həm faiz, həm əsas məbləğdən ödənişlərin məbdləğini ödəyə bilməcəyini deyərək əsas məbləğ qalmaq şərtilə aylıq ancaq 4,3% ödəməyi öhdəsinə götürmüşdür. Buna görə Zərərçəkmiş şəxs9 özünün iştirakı ilə sənədlərin üstündə düzəliş edərək 2,7 yazısını qaralayıb 4,3 ilə əvəz etmişdir. Zərərçəkmiş şəxs9 ardıcıl 2 ay ödəniş etmədiyinə görə ona mobil telefon vasitəsilə qızılların satılacağını bildirmiş, ilk əvvəl alması üçün özünə təklif etmişdir. O, bu qızılları “Finex” kredit təşkilatından götürərək ofisə gətirmiş, Xumar öz rəfiqəsi ilə birlikdə ofisə gəlmiş, Rəfiqəsi 11300 manat pul verərək qızılların bu dəyərdə olan hissəsini götürmüş, yerdə qalan 4100 dəyərində qızılı Xumarın sonra gəlib götürəcəyi vədinə əsasən lombardda saxlamışdır. Lakin 9 ay keçməsinə baxmayaraq Xumar qalan qızılları götürməmiş həmçinin ödəniş etməmişdir. O da, bu qızılları 4700 manata “Moskva” univermağında tanımadığı şəxsə sataraq vəsaiti Zərərçəkmiş şəxs9 borcuna yönəltmişdir. Xumar ondan polisə şikayət etdikdən sonra ona hissə-hissə ümumilikdə 5000 manat pul qaytarmışdır. Odur ki, Zərərçəkmiş şəxs9 ona qarşı tələbi əsassızdır.Bundan başqa, Zərərçəkmiş şəxs11 «İdeal Lombard»a ümumi dəyəri 7000 manat dəyərində ümumi təmiz çəkisi 54,36 qram olan 750 əyarlı birilliant qaşlı 01 ədəd qızıl boyunbağı, 01 ədəd qolbaq, 02 ədəd üzük və bir cüt sırğanın girov qoyaraq 2550 manat məbləğində qısa müddətli kredit götürmüş, 11 ay müddətində kredit məbləğini kredit faizi ilə birlikdə, yəni 3300 manatı tam ödəmişdir. Lakin həmin ərəfədə ayağının sınması səbəbindən xəstəxanada olduğu üçün Vidjaya məxsus qızıılları girov qoyaraq kredt götürdüyü banka ödənişləri edə bilmədiyinə görə həmin bank bu qızılları satmışdır. Sonradan isə o, Vidjayın qızıllarının qarşılığında sonuncuya 3000 manat pul vermişdir.Bundan başqa, 23 iyul 2020ci ildə əvvəldən tanıdığı və Bakıxanov qəsəbəsində lombardı olan X26, Zərərçəkmiş şəxs12 və sonuncun qızı Günel Mmədzadə ilə gəlib onun yanına bildirmişdir ki, Günelin qızıllarını bacısı Aysel onun lambardına qoymuş, lakin aylıq ödənişləri edə bilməyərək borcu yaranmışdır. İndi isə Günel həmin qızılların bir hissəsini satmaq, qalan hissəsini isə onunla yeni girov müqaviləsi bağalaraq kredit götürmək istəyir. Onlar razılaşaraq Günelin qızıllarını bir hissəsini satmış, qalan hisəsini isə müvafiq müqavilə əsasında «İdeal lambard»a girov qoyub ondan 9105 manat kredit götürmüşdür. lakin Günel sonradan kreditin aylıq ödənişlərini etməmişdir. Buna görə də, 2021-ci ilin sentyabr ayında, müqavilənin şərtlərinə uyğun olaraq qızılları “Moskva” univermağında tanımadığı şəxsə 9700 manata satıb Günelin borclarının ödənilməsinə yönəltmişdir. 2021-ci ilin oktyabr ayında Zakir ona zəng edib 2 ay Kərəmin hesabına pul ödəmiş olduğunu bildirərkən, sonuncuya Kərəm tərəfində özünə heç bir pul verilmədiyini və həmin ərəfədə ayağı sındığından xəstə olduğunu bildirərək Kərəmə ödədiyi pulları geri almasını demişdir. Bundan başqa, Nərmin Əfəndyeva onun icraçı direktoru işlədiyi «İdeal Lombard»a 05 yanvar 2021-ci il tarixdə ümumi çəkisi 48,92 qram olan bir ədəd üzük-sırğa dəsti, 04 ədəd üzük, 7 ədəd boyunbağı, 3 ədəd sırğa girov qoyaraq 2325 manat, xx.xx.2021-ci il tarixdə ümumi çəkisi 24 qram olan 02 ədəd boyunbağı girov qoyaraq 1150 manat kredit götürmüşdür. Sonra Zərərçəkmiş şəxs6 1150 manat məbləğində götürüdyü kredit borcunu tam ödəmiş və bu müqavilə üzrə girov qoyduğu qızılları geri almışdır. 2325 manat məbləğində olan kredit borcunu isə ödəmədiyinə görə o, muvafiq müqavilənin şərtlərinə uyğun olaraq girov qoyulan qızıl əşyalarını “Moskva” univermağında tanımadığı şəxsə 2550 manata satıb borcların ödənilməsinə yönəltmişdir.Bundan başqa, 11 yanvar 2021-ci ildə X8 ilə bağladığı müqavilə əsasında «İdeal lombard» 750 əyarlı, 30,55 qram olan bir ədəd boyunbağı, bilərzik, üzük və sırğa dəstini girov götürərək ona 2000 manat kredit vermiş, Samirə Abdulayeva həmin kredit borcunu tam ödəmişdir. Lakin o bu ərəfədə xəstə olduğuna görə sonuncuya məxsus qızılları başqa banka girov qoyaraq götürdüyü kredit borclarını ödəyə bilmədiyindən həmin bank qeyd olunan qızıl əşyalarını satıb borcların ödənilməsinə yönəltmişdir. Sonradan isə o, Zərərçəkmiş şəxs7 500 manat pul və 800 manat dəyərində 750 əyarlı üzük və qolbaq verərək ona vurduğu ziyanın bir qismini ödəmişdir.11 mart 2021-ci ildə Zərərçəkmiş şəxs10 ümumi dəyəri 8.000 manat olan 33,7 qram çəkidə 583 əyarlı və 30,5 qram çəkidə 750 əyarlı 4 ədəd üzükləri, 2 ədəd boyunbağını, 01 ədəd qızıl kişi saatını girov qəbul edərək ona qısa müddətli kredit olaraq 3.280 manat pul vermişdir. Zərərçəkmiş şəxs10 bir neçə ay ödəmələr etsə də sonra ardıcıl 3 ay ödəmə etmədiyinə görə aralarındakı bağlanan müqavilənin şərtlərinə uyğun olaraq o, Rauf Mməmədova məxsus qızılları “Moskva” univermağında tanımadığı şəxsə 3600 manata sataraq sonuncunun borcunun ödənilməsinə sərf etmişdir. Həmçinin, 29 may 2021-ci ildə Zərərçəkmiş şəxs8 onunla bağladığı müqavilə əsasında «İdeal lambarad»a 30.000 manat dəyərində ümumi çəkisi 68.8 qram olan, 750 əyarlı, birilliant qaşlı, bir cüt sırğa, bir ədəd üzük, bir ədəd boyunbağı və bir ədəd bilərziyi və 5.000 manat dəyərində 10.9 qram çəkidə 01 ədəd brilliant qaşlı üzüyü girov qoyaraq 4800 manat məbləğində qısamüddətli kredit götürmüşdür. Lakin, sonradan Zərərçəkmiş şəxs8 krediti ödəmədiyinə görə o, həmin qızıl əşyalarını “Moskva” univermağında tanımadığı şəxsə 5800 manata satıb əldə olunan məbləği Zərərçəkmiş şəxs10 borcuna yönəltmişdir,qızlların dəyəri onunla aralarında bağlanan müqavilədə göstərilmişdir və o, qızılın dəyəri ilə razılaşaraq imza etmişdir. Bundan başqa, 17 avqust 2021-ci ildə Zərərçəkmiş şəxs5 onunla bağladığı müqavilə əsasında «İdeal Lobard»a 750 əyarlı, 8.9 qram çəkidə 01 ədəd bilərziyi, 750 əyarlı, 4.2 qram çəkidə 01 ədəd üzüyü, 585 əyarlı, 2 qram çəkidə olan 01 ədəd boyunbağı, 585 əyarlı, təxminən 1.5 qram çəkidə bir cüt sırğa və 585 əyarlı, təxminən 1 qram çəkidə tək sırğanı girov qoyaraq 945 manat məbləqlərində qısa müddətli kredit götürmüşdür. Lakin o, həmin vaxtı yataq xəstəsi olduğundan, kredit verdiyi pulları qeyd olunan qızılları girov qoyaraq kredit götürdüyü banka ödənişlər edə bilmədiyinə görə bank Aytənin qızllarını satmışdır. Aytən ondan qızıllarını istədikdə o, eyni dəyərdə başqa qızıl təklif etsə də sonuncu razı olmamışdır. Zərərçəkmiş şəxs5 ondan girov şərti ilə başqa kredit götürməmiş, sonuncunun əvvəlcə ona girov qoyararaq 850 manat məbləğində kredit götürməsi barədə göstərdikləri yalandır.Bundan başqa, Zərərçəkmiş şəxs4 24 oktyabr 2022-ci ildə onun icraçı direktor işlədiyi lombarda 750 əyarlı, 7,2 qram çəkidə 01 ədəd qızıl qolbaq, 585 əyarlı, 2,6 qram çəkidə 01 ədəd cüt qaşlı qızıl sırğa, 750 əyarlı, 4 qram çəkidə 01 ədəd briliant qaşlı qızıl üzük, 585 əyarlı, 2,74 qram çəkidə 01 ədəd qızıl boyunbağı, 585 əyarlı, 1,8 qram çəkidə 01 ədəd qızıl boyunbağı, 585 əyarlı, 12 qram çəkidə 01 ədəd zəncirvari formalı qızıl boyunbağı, 585 əyarlı, 6,62 qram çəkidə 01 ədəd qızıl üzük və 585 əyarlı, 3,2 qram çəkidə 01 cüt qızıl sırğa girov qoyaraq 2350 manat məbləğində qısa müddətli kredit götürmüş, sonra krediti ödəyərək tam bağlamışdır. Lakin o, həmin vaxt yataq xəstəsi olduğu üçün bankın kreditini ödəyə bilmədiyindən bank qızlları satmışdır. Sonradan ona 600-700 manat dəyərində qızıl qaytarmışdır.Eyni zamanda, Zərərçəkmiş şəxs1 icraçı direktoru olduğu İdeal lombarda ümumilikdə 3 dəfəyə 01 ədəd 583 əyarlı 3,8 qram qızıl boyunbağı, 01 ədəd 583 əyarlı 9,5 qram üzük-sırğa dəsti, 02 ədəd 583 əyarlı 3,8 qram üzük, 1 ədəd 583 əyarlı 1 qram klon, 01 ədəd 583 əyarlı 2,5 qram üstü gümüş üzük, 01 ədəd 750 əyarlı 4,65 qram üzük, 01 ədəd 500 əyarlı 3 qram boyunbağı və klon, 01 ədəd 583 əyarlı 3 qram üzük, 01 ədəd 583 əyarlı 5 qram qollbaq bilərzik, 02 cüt 583 əyarlı 8 qram sırğalar, 04 ədəd 583 əyarlı 19 qram üzük, 01 ədəd 750 əyarlı 7,4 qram briliant qaşlı üzük, 01 ədəd 01 cüt sırğa, 01 ədəd boyunbağı və klon, 01 ədəd üzük, 01 ədəd qolbaq dan ibarət 583 əyarlı 21 qram qarnitur, 01 ədəd 583 əyarlı 9 qram briliant qaşlı kişi üzük, 01 ədəd 583 əyarlı 11 qram boyunbağı, 01 ədəd 583 əyarlı 10,7 qram qolbaq girov qoyaraq ümuilikdə 5300 manat məğləğində krdeit götürmüşdür. O həmin kreditin böyük bir hissəsini ödəməsinə baxmayaraq o onun qızıllarını Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti metrostansiyası yaxınlığında yerləşən Xanım adlı şəxsin işlətdiyi lombarda girov qoyaraq pul götürmüşdür. Sonradan həbs olunduğu üçün Zemfiranın qızllarını qaytara bilməmiş, Zemfiranın qızıllarını lombarda qoymasını təsdiq edən sənədləri Zemfira onun həbsdə olduğu müddətdə icazəsiz lombartdan götürdüyünə görə bu sənədlərin aqibətini bilmir. Bundan başqa, X6 22 fevral 2023- cü il tarixdən 03 mart 2023-cü il tarixədək olan müddət ərzində «İdeal Lombard»dan onunla bağladığı müqaivələyə əsasən 02 ədəd 583 əyarlı qızıl üzükləri girov qoyaraq qısamüddətli kredit olaraq 350 manat pul götürmüşdür. Lakin Kəmalə həmin kreditin faiz borcunu versə də, əsas borcu ödəmədiyinə görə bu qızılları Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti metrostansiyası yaxınlığında yerləşən Xanım adlı şəxsin işlətdiyi lombarda girov qoyaraq pul götürmüşdür. Əlavə olaraq onu da qeyd etmişdir ki, İlahə Abdullayeva girov qoyduğu qızılların dəyərini süni olaraq şişirtmişdir. Çünki qızılların dəyəri bağlanılan müqavilədə tam qeyd edilmişdir.Həmçinin, Zərərçəkmiş şəxs3 20 may 2023-cü il tarixdə onunla bağladığı müqavilə əsasında icraçı direktoru işlədiyi «İdeal lombard»a 01 ədəd 585 əyarlı qızıl üzük girov qoyaraq 500 manat dəyərində qısa müddətli kredit götürmüşdür. Sonra isə Kazım kredit borcunu ödəməmiş və buna görə də o, Kazımın qızılını Abşeron rayonu, Xırdalan şəhərində yerləşən Turan Bankın filialına girov qoyaraq pul götürmüşdür. Bundan başqa, Zərərçəkmiş şəxs13 Oktay qızı xx.xx.2022-ci il tarixdə onunla bağladığı müqavilə əsasında icraçı direktoru işlədiyi «İdeal lombard»a 6000 manatlıq qızıl zinət əşyaları qoyaraq 1200 manat pul götürmüşdür. Lakin o krediti ödəmədiyinə görə Lətafətə məxsus qızılları satıb əldə olunan məbləği onun borcuna yönəltmişdir. Zərərçəkmiş şəxs13 girova qoyduğu qızılların qiymətini şişirtmişdir, həqiqətdə qızılların dəyəri az olmuş və bu məbləğ muqavilədə aralarındakı razılaşma yolu ilə qeyd olunmuşdur. Bundan başqa, Zərərçəkmiş şəxs15 onun icraçı direktoru işlədiyi «İdeal Lombard»ın Abşeron rayonu, Xırdalan şəhərində yerləşən ofisində onunla bağlanılmış müqavilə əsasında 1700 manat dəyərində qızıl zinət əşyalarını girov qoyaraq 900 manat məbləğində kredit götürmüşdür. Lakin Zərərçəkmiş şəxs15 krediti ödəmədiyinə görə ona məxsus qızılları satmış və Samirin borcunun ödənilməsinə yönəltmişdir. Zərərçəkmiş şəxs15 ifadəsində girova qoyduğu qızılların məbləğini şişirdərək göstərmiş, həqiqətdə bu qızılların dəyəri müqavidə aralarındakı razılaşmaya əsasən göstəriləndən az miqdarda qeyd olunmuşdur.Həmçinin, Zərərçəkmiş şəxs14 Tofiq oğlu da onun icraçı direktoru işlədiyi «İdeal Lombard»ın Abşeron rayonu Xırdalan şəhərində yerləşən ofisində onunla bağlanılmış müqavilə əsasında qızıl zinət əşalarını girov qoyaraq 900 manat kredit götürmüşdür. Lakin, Zərərçəkmiş şəxs14 krediti ödəmədiyinə görə ona məxsus qızılları satmışdır. Buna baxmayaraq Samir Hacıyevə 650 manat pul vermiş və qızıl qaytarmışdır. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla Təqsirləndirilən şəxs CM-nin 178.2.2, 178.2.4-cü və 320.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, oğlu Şahin Habil oğlunun uşaqlığından bəri ağır xəstəliyi olduğuna görə onun müalicəsinə külli miqdarda pul lazım olur. O, da onun müalicə xərclərini çatdıra bilmədiyinə görə borc pul axtarırmışdır. Bu səbəbə görə özünə məxsus qızılları lombarda qoyub əvəzində pul götürmək qərarına gəlmişdir. Ona həmin dövrdə 1000 manat pul lazım olmuş, buna görə də hazırda xatırlamadığı bir tanışı Bakı şəhəri Nəsimi rayonu “Memar Əcəmi” metrostansiyasının yaxınlığında yerləşən lombartda aşağı faizlə kredit verildiyini bildirmişdir. O, da 19 may 2021-ci ildə saat 10 radələrində bacısı Nəbiyeva (Rəsulova) Elnarə Əli qızı ilə birlikdə həmin ünvanda yerləşən lombarda getmişdir. Orada adı ona sonradan məlum olan Təqsirləndirilən şəxs qarşılamış, o, ona özünə məxsus 01 ədəd 3,8 qram 583 əyarlı 400 manat dəyərində qızıl boyunbağını, 01 cüt sırğa, 01 üzük olmaqla 9,5 qram 583 əyyrarlı komplekt 580 manat dəyərində, 02 ədəd üzük 3,8 qram 583 əyarlı 250 manat dəyərində, 01 ədəd klon 1 qram 583 əyarlı 80 manat dəyərində, 01 ədəd üstü gümüş üzük 2,5 qram 583 əyarlı 300 manat dəyərində olan qızılları lombarda Təqsirləndirilən şəxs təhvil vermnişdir. O, bu qızılları qarşılığında aylıq 4% olmaqla 1050 manat kredit ayıra biləcəyini demiş, o, da onunla razılaşmışdır. O, qızılları özü ilə götürüb guya banka təhvil verirmiş, qısa müddət ərzində geri qayıtmış və ona 1050 manat pul vermişdir. Bununla bağlı 19 may 2021-ci il tarixli 022072 nömrəli girov biletini yazmışdır. O, götürdüyü krediti gecikmə olmadan faizi ilə birlikdə ödəmiş və 28 aprel 2022-ci ildə həmin krediti ödəyib qurtarmış, lakin həmin dövrdə ona yenə də pul lazım olduğuna görə Təqsirləndirilən şəxs mobil telefon vasitəsilə zəng etmişdir. Ona telefonda kredit lazım olduğunu bildirmiş, Səbuhi isə Bakı şəhəri Nəsimi rayonu “Memar Əcəmi” metrostansiyasının yaxınlığında yerləşən ofisindən çıxdığını və Abşeron rayonu Xırdalan şəhəri Heydər Əliyev prospekti “Heydər Əliyev adına parkın” yanında ofis götürdüyünü bildirmişdir. O, da 28 aprel 2022-ci ildə tək halda Səbuhi qeyd etdiyi ünvanda yerləşən yeni ofisinə getmiş, əvvəlki kreditini bağladığını və yeni kredit götürmək istədiyini bildirmişdir. Bu dəfə ona 3000 manat pul lazım olmuş, Səbuhi onun əvvəl lombarda qoyduğu qızılları qaytarmayaraq həmin qızıllara 3000 manat kredit düşmədiyini bildirmiş və ondan 3000 manat krediti verə bilməsi üçün qızıllar tələb etmişdir. Buna görə də o, da ona əlavə olaraq 01 ədəd üzük 4,65 qram 750 əyarlı 360 manat dəyərində, 01 dədəd boyunbağı və klon 3 qram 500 əyarlı 180 manat dəyərində, 01 ədəd boyunbağı 3 qram 583 əyarlı 250 manat dəyərində, 01 ədəd qolbaq 5 qram 583 əyarlı 500 manat dəyərində, 02 cüt sırğa 8 qram 583 əyarlı ümumilikdə 630 manat dəyərində, 04 ədəd üzük 19 qram 583 əyarlı ümumilikdə 1470 manat dəyərində, 01 ədəd üzük briliant qaşlı 7,4 qram 750 əyarlı 1200 manat dəyərində qızılları vermişdir. Lakin Səbuhi ona bildirmiş ki, onun əvvəl verdiyi qızıllar, hazırda verdiyi qızıllar ümumilikdə 3000 manat kreditin verilməsinə kifayət etmir. Buna görə yenə də qızıl gətirməyini istəmiş, o, da həmin gün, yəni 28 aprel 2022-ci ildə 01 dəst içərisində 01 cüt sırğa, 01 ədəd boyunbağı və klon, 01 ədəd üzük, 01 ədəd qolbaq olmaqla qarnitur dəst 21 qram 585 əyarlı 2400 manat dəyərində, 01 ədəd birliant qaşlı kişi üzüyü 9 qram 583 əyarlı 1200 manat dəyərində olan qızılları da Təqsirləndirilən şəxs təhvil vermişdir. Bundan sonra onun verdiyi bütün qızılların qarşılığında Səbuhi ona 3200 manat kredit ayırmışdır. Həmin 3200 manatı aylıq 4% ilə götürmüş, bununla bağlı Təqsirləndirilən şəxs Abşeron rayonu Xırdalan şəhəri Heydər Əliyev prospektində yerləşən ofisində 28 aprel 2022-ci il tarixli 020661 nömrəli girov biletini tərtib etmişdir. O, götürdüyü kreditin bir hissəsini ödədikdən sonra yenidən ona oğlunun müalicəsi üçün pul lazım olduğuna görə Səbuhi ilə əlaqə saxlamışdır. Daha sonra 02 iyul 2022-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhəri Heydər Əliyev prospektində yerləşən ofisdə Təqsirləndirilən şəxs ilə görüşmüş və yenidən 1000 mahat kreditə ehtiyacı olduğunu bildirmişdir. Səbuhi də yenidən qızıl təqdim etməklə kredit götürə biləcəyini bildirmişdir. O, da onunla razılaşmış və həmin gün özünə məxsus olan 01 ədəd boyunbağı 11 qram 583 əyarlı 1000 manat dəyərində, 01 ədəd qolbaq 10,7 qram 583 əyarlı 1000 manat dəyərində qızılları vermişdir. Həmin qızılların qarşılığında Təqsirləndirilən şəxs ona 1050 manat 4% ilə kredit ayırmışdır. Bununla bağlı 02 iyul 2022-ci il tarixdə saat 11 radələrində Abşeron rayonu Xırdalan şəhəri Heydər Əliyev prospektində yerləşən ofisdə Təqsirləndirilən şəxs onun yuxarıda sadaladığı qızılları götürərək 1050 manat kredit verib, 020669 nömrəli girov biletini tərtib etmişdir. O, Səbuhidən ümumilikdə 5300 manat kredit götürmüşdür. Həmin krediti faizi ilə birlikdə ayba-ay qaytarmışdır. Nəticədə 2023-cü ilin iyun ayında Səbuhi ilə danışdıqda sonuncu onun 460 manat qalıq borcu olduğunu bildirmişdir. O, da borcu yekunlaşdırmaq istəmişdir. Buna görə də Səbuhidən tələb etmiş ki, onun bütün qızıllarını versin və o, da qalıq 460 manatını ona ödəsin. Səbuhidə hər dəfə müxtəlif bəhanələrlə onu aldadaraq qızıllarını gətirəcəyini bildirsə də, həmin qızılları gətirməmişdir. Bir müddət sonra ümumiyyətlə telefonunu söndürmüş, onunla əlaqə yarada bilməmişdir. Beləliklə başa düşmüş ki, o, Təqsirləndirilən şəxs məxsus lombartdan götürdüyü krediti ödəməyinə baxmayaraq Təqsirləndirilən şəxs ona məxsus qızılları ələ keçirmişdir. O, Təqsirləndirilən şəxs verdiyi qızılların şəkilləri olan mobil telefonu xarab olmuşdur. Həmin şəkillər də Təqsirləndirilən şəxs Abşeron rayonunda yerləşən ofisində olan kompüterində olmuşdur. O Səbuhi və sonuncunun qardaşı Yaqubla dəfələrlə əlaqə yaratmaq istəsə də onlar onun telefonlarına cavab verməmişlər. Buna görə də Abşeron rayonu Xırdalan şəhəri Heydər Əliyev prospektində yerləşən Təqsirləndirilən şəxs ofisinə getmiş, lakin Səbuhi həmin ofisdə olmamışdır. O, da elə düşünmüş ki, Səbuhinin kompüterində onun Səbuhiyə qızılları verməyi ilə bağlı sübutlar vardır və gələcəkdə Səbuhinin onları məhv etmə ehtimalı olduğuna görə ofisdə Səbuhiyə məxsus kompüteri, sənədləri, möhürü götürmüş və bu barədə dərhal polisə məlumat vermişdir. Ofisdən götürdüyü əşyaların hamısını isə Abşeron Rayon Polis İdarəsinə təhvil vermişdir.Dəyən ziyanın ödənilməsi, mülki iddiasının təmin edilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı dindirilmiş zərərçəkmiş şəxs -mülki iddiaçı Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki,xx.xx.2020-ci il tarixdə o, atasının müalicəsi üçün ehtiyac olan məbləğinin olmaması səbəbindən, şəxsi qızıl-zinət əşyalarını lombarda qoymaq qərarına gəlmiş, “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə tapdığı Nəsimi rayonu, Moskva Univermağı adlanan yerin yaxınlığında “İdeal” adlı lombarda gedib, orada işləyən Səbuhi adlı şəxslə razılaşmış ki, özünə məxsus olan aşağıda qeyd edəcəyi qızıl-zinət əşyalarını girov olaraq qoyub 2350 manat pul alsın. Aşağıda qeyd etdiyi qızıl-zinət əşyalarını Təqsirləndirilən şəxs vermişdir. 01 ədəd 800 manat dəyərində 750 əyyar, 7,2 qram qızıl qolbaq, 01 ədəd 221 manat dəyərində 585əyyar, 2,6 qram cüt qaşlı qızıl sırğa, 01 ədəd 800 manat dəyərində 750 əyyar, 4 qram briliant qaşlı qızıl üzük, 01 ədəd 232 manat dəyərində 585 əyyar, 2,74 qram qızıl sep, 01 ədəd 153 manat dəyərində 585 əyyar, 1,8 qram qızıl sep, 01 ədəd 1.020 manat dəyərində 585 əyyar, 12 qram zəncirvari formada qızıl sep, 01 ədəd 563 manat dəyərində 585 əyyar, 6,62 qram çəkidə qızıl üzük, 01 ədəd 272 manat dəyərində 585 əyyar, 3,2 qram çəkidə cüt qızıl sırğa Həmin tarixdən 2022-ci ilin yanvar ayının ortasınadək hər ay 57 manat gecikdərməsi olmadan, faiz ödənişi eləmiş, 2022-ci ilin yanvar ayında 2400 manat pulu tam qaytarmışdır. 2022-ci ilin yanvar ayının ortalarında Səbuhinin işlətdiyi (***-***-**-**) mobil nömrə ilə əlaqə saxlayıb, bütün pulu ödədiyini, verdiyi qızılları qaytarmasını bildirmişdirm, lakin Səbuhi bankda problem olduğunu demiş, 14 gün ərzində qızılların çıxarışını alıb hamısını ona qaytaracağına dair yalan vəd vermişdir. Bir müddət sonra Səbuhi ilə əlaqə saxladığı zaman Səbuhi ona demiş ki, şəriki onun verdiyi pulları hamısın mənimsəyib, banka hec bir ödəniş etməyib, bu səbəbdən də Səbuhi ona qızıl-zinət əşyalarını qaytara bilməyəcəkdir. Səbuhi, ona pul tapacağını, qızıllarını bankdan götürüb ona qaytaracağını bildirmiş, sadəcə ondan müəyyən qədər bir vaxt istəmiş, o, da ona inanaraq razılaşmışdır. Təxminən 2022-ci ilin noyabr-dekabr aylarında Səbuhi ilə danışdığı zaman, Səbuhi ona bildirmiş ki, narahat olmasın rayonda torpağınıən sənədlərini düzəltdirir ki, satıb onun pullunu qaytarsın, lakin nə qızıllarını nə də ki, qızılların pulunu verməmişdir. Təqsirləndirilən şəxs istintaq zamanı dəyəri 350 manat olan bir ədəd qızıl qolbaq ona qaytarmışdır, qalan ziyan isə ödənilməmiş qalıb.Dəyən ziyanın ödənilməsi, mülki iddiasının təmin edilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, ürəyində və ayaqlarında olan xəstəliklərlə əlaqədar əziyyət çəkir. Həmin xəstəliklərin müalicəsinə pul lazım olmuş və o, heç bir yerdə işləmədiyinə görə həmin pulu özünə məxsus qızıllarını girov qoymaqla lombartdan kredit götürərək əldə etməyi düşünmüşdür. O, Abşeron rayonu Masazır qəsəbəsində oğlu ilə birlikdə yaşayır. Buna görə də Abşeron rayonu Xırdalan şəhərində olarkən orada “Heydər Əliyev” adına parkın yanında “Bravo” marketlə üzbə-üz lombard ofisinin olduğunu görmüşdür. 22 fevral 2023-cü il tarixdə günorta saatlarında həmin lombard ofisinə yaxınlaşmış, həmin ofisdə sonradan adı ona məlum olan Təqsirləndirilən şəxs qarşılamış və ona qızıllarını girov qoymaqla kredit götürə biləcəyini bildirmişdir. Həmin gün özünə məxsus 01 ədəd 700 manat dəyərində 583 əyarlı qızıl üzüyü yuxarıda qeyd etdiyi lombarda qoyaraq aylıq 7% ilə 150 manat pul götürmüşdür. Həmin pulu götürərkən Təqsirləndirilən şəxs 22 fevral 2023-cü il tarixli 020784 nömrəli girov biletini tərtib edərək möhürləmişdir. Ona yenidən pul lazım olduğuna görə 03 mart 2023-cü il tarixdə həmin lombarda getmiş və Təqsirləndirilən şəxs onu yenidən orada qarşılamışdır. O, özünə məxsus 01 ədəd 600 manat dəyərində 583 əyarlı qızıl üzüyünü verib aylıq 6% ilə 200 manat kredit götürmüşdür. Bununla bağlı Təqsirləndirilən şəxs 03 mart 2023-cü il tarixli 020790 nömrəli girov biletini tərtib etmişdir. O, krediti götürdükdən sonra həmin pulun faizini aylıq vaxtından da tez olmaqla ardıcıl ödəmişdir. Yekunda o, borc pul taparaq qızıllarını lombartdan çıxartmaq istəsə də Təqsirləndirilən şəxs ofisinə getdikdə onu orada tapa bilməmişdir. Səbuhi ilə əlaqə saxlayıb pulunu ödəmək şərtilə qızıllarını geri istədiyini bildirsə də Səbuhi onu müxtəlif bəhanələrlə aldadaraq qızıllarını ələ keçirmişdir. Dəyən ziyanın ödənilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı dindirilmiş zərərçəkmiş şəxs- mülki iddiaçı Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, 2020-ci ilin iyul ayında Təqsirləndirilən şəxs məxsus Bakı şəhəri, Nəsimi rayonu, M.Cəfərov 3005-ci ünvanda yerləşən lombarda qızıldan olan 1.445 manat dəyərində, 750 əyarlı, 8.9 qram çəkidə 01 ədəd bilərzik və 1000 manat dəyərində 750 əyarlı, 4.2 qram çəkidə 01 ədəd üzüyü girov olaraq qoymuş və əvəzində 850 manat pul götürmüşdür. O, həmin pulu 2 faizlə qaytarmalı imiş. O, hər ay lombarda 20 manat ödəmişdir. Daha sonra ona pul lazım olduğu üçün xx.xx.2021-ci il tarixdə o, yenidən Təqsirləndirilən şəxs məxsus Bakı şəhəri, Nəsimi rayonu, M.Cəfərov 3005-ci ünvanda yerləşən lombarda getmiş Təqsirləndirilən şəxs bu məsələni dedikdə o ona yenidən qızıl gətirməyini bildirmişdir. Bu zaman o, Səbuhiyə 500 manat dəyərində, 585 əyarlı, təxminən 2 qram çəkidə olan 01 ədəd boyunbağı, 340 manat dəyərində olan, 585 əyarlı, təxminən 1.5 qram çəkidə bir cüt sırğa və 200 manat dəyərində, 585 əyarlı, təxminən 1 qram çəkidə tək sırğa verdim və bunun qarşılığında Təqsirləndirilən şəxs ona 765 manat pul vermişdir. O, hər ay faiz olaraq 21 manat ödəmişdir. xx.xx.2022-ci il tarixdə o, Təqsirləndirilən şəxs olan borcunu tam ödəyib qızıllarını geri istəmişdir. Səbuhi ona qızıllarının bankda olduğunu deyib 14 gün vaxt istəmişdir. O, da razılaşmış, 14 gün tamam olduqdan sonra o, Səbuhiyə zəng etmiş, sonuncu ona Ramazan bayramı ilə əlaqədar bankların işləmədiyini bildirmişdir. Daha sonra o, dəfələrlə zəng edərək qızılları geri tələb etsə də Səbuhi hər dəfə müxtəlif bəhanələr gətirərək ona məxsus qızıl-zinət əşyalarını geri verməmişdir. Səbuhinin ona qarşı etdiyi dələduzluq nəticəsində ona ümumilikdə 2770 manat ziyan dəymişdir. Dəyən ziyanın ödənilməsi, mülki iddiasının təmin edilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs6 Əli qızı ifadəsində göstərmişdir ki, X16 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış müharibədə əlil olmuşdur, Elnur birinci dərəcəli müharibə əlilidir, ərinin müalicəsi ilə əlaqədar olaraq ona pul lazım olmuş, ona görə də qərara gəlmiş ki, evində olan qızılları lomvarda qoyub pul götürsün. 05 yanvar 2021-ci ildə ünvan 4 ünvanda yerləşən Lombarda getmiş, orada onu Səbuhi qarşılamış, o, özülə apardığı 71,14 qram qızıl- zinət əşyalarını təqdim etmiş və 3.475 manat pul istəmişdir. Səbuhi də həmin gün 14 radələrində qızıl metaldan olan ümumi çəkisi 48,92 qramdan ibarət bir dəst - bir cüt sırğa və 01 ədəd üzük , 04 ədəd üzük, 01 qızıl boyunbağı, 3 ədəd qızıldan boyunbağı, 2 ədəd sırğa, 01 ədəd sırğa, 3 ədəd boyunbağını Səbuhiyə vermişdir. Səbuhi 2,5 faiz dərəcəsi ilə ona 2.325 manat pul vermiş, o, hər ay 58 manat pul ödəməli imiş. Həmin tarixdə Səbuhi ilə girov müqaviləsi bağlamış, o iki ay, yəni fevral və mart aylarında Səbuhiyə pul ödəmişdir. xx.xx.2021-ci ildə 24 qram- 02 ədəd boyunbağı girov olaraq Səbuhiyə vermiş, Səbuhi 1150 manat pul vermişdir. Səbuhi xx.xx.2021-ci ildə ondan götürdüyü qızılları xx.xx.2021ci ildə qoyduğu qızıllaı birləşdirmiş, ümumi qrafik tərtib etmiş və hər ay 240 manat ödəməli olmuşdur. O, 2021-ci ilin dekabır ayına kimi 980 manat ödəmiş, 27 dekabr 2021-ci ildə Abşeron rayonu Xırdalan şəhərində Səbuhinin açdığı “ideal lombar”da gedib 2000 manat Səbuhiyə ödəmiş, Səbuhi ona demiş ki, ona ödədiyi 980 manatı faiz borclarına çıxır və onun ona verdiyi 2000 manatı 3400 manatdan çıxır və 1400 manatlıq yeni cədvəl tərtib eləmiş, və o, Səbuhiyə demiş ki, onun lombartda olan 2063 manatlıq qızılları qaytarsın, yerdə qalan 1.400 mantlıq qızlları saxlasın, Səbuhi də demiş ki, qızıllar “Para bank”da saxlanılır, 2022-ci ilin yanvar ayında banklar açılanda qızılları götürüb verəcəkdir. 2022-ci ilin yanvar ayında o, Səbuhinin işlədiyi yerə getmiş, qızıllarını geri istədikdə Səbuhi demiş ki, qızılları satmışdır. Həmin vaxt ona aydın olmuş ki, Səbuhi onu aldatmış və onun 6.500 manatlıq qızıl-zinət əşyaları qanunsuz olaraq ələ keçirmişdir. Dəyən ziyanın ödənilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı dindirilmiş zərərçəkmiş şəxs- mülki iddiaçı Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, onun 2021-ci ilin yanvarın əvvəllərində maddi sıxıntıları var idi, ona görə ona pul lazım idi. Bununla bağlı o, lombardlarla maraqlanmış, ona ünvan 1 məhəllədə yerləşən Təqsirləndirilən şəxs məxsus lombarda qoyub pul götürmək mümkün olduğunu bildirmişdilər. 2021-ci ilin yanvarın 11-də o, özünə məxsus olan qızıldan hazırlanmış İtaliya istehsalı üzərində birilliant qaşları olan, 750 əyarlı, ümumi çəkisi 30,55 qram olan bir dəst-boyunbağ, bilərzik, üzük və sırğanı götürüb həmin günü ünvan 1 məhəllədə yerləşən lombarda aparmış, orada Təqsirləndirilən şəxs onu qarşılamış, o sözü gedən qızılları lombarda girov müqaviləsi əsasında təhvil vermiş və lombardan 2.000 manat pul vəsaiti götürmüşdür, girov qoyularkən öz aralarında müqaviləyə əsasən aylıq 5 faiz dərəcəsi ilə o hər ay götürdüyü pula görə əlavə 100 manat ödəməli imiş. Lakin, yanvar ayının 15-də o, 1.000 manat Səbuhiyə ödəmiş, həmin ilin aprel ayına kimi ümumilkdə 2.350 manat pul ödəmişdir. O pulları Səbuhiyə ödədikdən sonra ondan qızıllarını istəmiş, lakin Səbuhi hər dəfə bəhanələr gətirərək özünə verilən qızıl-zinət əşyalarını ona qaytarmamışdır, qızıllarını istədikdə ona demişdir ki, banka borcu vardır, qızılları banka qoymuşdur, ona görə onun qızıllarını bankdan götürə bilmir. Onun qızıllarının qiyməti 7.000 manat təşkil edirmiş. Səbuhi ona 7.000 manat məbləğində maddi ziyan vurmuşdur. O, Səbuhiyə pul ödədiyi qəbzlərin surətini cinayət işinə əlavə edilmiş materiallar üçün təqdim etmişdir. O, həmin qızılları təxminən 7-8 il əvvəl 7.000 manata almışdır.Ziyandan Təqsirləndirilən şəxs 500 manat pul və 640 manat dəyərində qızıl üzük və qolbaq, cəmisi 1140 manat qaytarmışdır. Dəyən ziyanın ödənilməsi, mülki iddiasının təmin edilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı dindirilmiş zərərçəkmiş şəxs- mülki iddiaçı Zərərçəkmiş şəxs12 ifadəsində göstərmişdir ki, 2020-ci ilin iyulun sonlarında ona pul lazım olmuş, ona görə də qızılları lombarda qoyub pul götürməyə qərarlaşmışdır. O, qızı Günellə birlikdə xx.xx.2020-ci ildə Nəsimi rayonu, M.Cəfərov küçəsi, 3005-ci ünvanda yerləşən “İdeal Lombard” adlanan lombarda getmiş, orada onları Kərəm və Səbuhi adlı şəxslər qarşılamılşar, onlar özləri ilə apardığı qızıl-zinət əşyalarını Kərəm və Səbuhiyə təqdim etmişlər. Onlara təqdim etdiyi qızıl-zinət əşyaları aşağıdakılardır: -750 əyarlı, birilliant qaşları olan, 1700 manat dəyərində bir ədəd sırğa və üzük dəsti -8000 manat dəyərində 50 qram çəkidə 1 ədəd üzük-sırğa dəsti, 1 ədəd boyunağı və 1 ədəd qolbaq -1000 manat dəyərində 7 qram çəkidə kişi üzüyü -500 manat dəyərində 05 qram çəkidə, 01 ədəd beşlik, -2700 manat dəyərində 14 qram çəkidə, (yumru formalı, üzərində birilliant qaşları); -500 manat dəyərində 5 qram çəkidə 01 ədəd klon, -200 manat dəyərində 585 əyarlı, 2 qram çəkidə 01 ədəd klon -300 manat dəyərində 585 əyarlı, 3 qram çəkidə 01 ədəd klon ( mələk qız formalı); -350 manat dəyərində, .585 əyarlı, 4 qram çəkidə 1 cüt sırğa -500 manat dəyərində, 750 əyarlı, 5 qram çəkidə 01 ədəd qadın üzüyü -200 manat dəyərində, 585 əyarlı, 2 qram çəkidə 01 ədəd qadın üzüyü -250 manat dəyərində, 585 əyarlı, 3 qram çəkidə, 01 cüt uşaq sırğası -150 manat dəyərində, 585 əyarlı, 2 qram çəkidə, 01 cüt uşaq sırğası -250 manat dəyərində, 585 əyarlı, 2,5 qram çəkidə, 01 ədəd boyunbağı -300 manat dəyərində, 585 əyarlı, 3 qram çəkidə 01 ədəd klon (ay və ulduz formalı); -350 manat dəyərində, 585 əyarlı, 4 qram çəkidə, 01 ədəd boyunbağı ; -600 manat dəyərində, 585 əyarlı, 7 qram çəkidə, 01 ədəd boyunbağı ; -150 manat dəyərində, 585 əyarlı,2 qram çəkidə, 01 uşaq qolbaqı -400 manat dəyərində, 585 əyarlı, 5 qram çəkidə, üzərində klon olan boyunbağı -800 manat dəyərində, 750 əyarlı,10 qram çəkidə, 01 ədəd boyunbağı -250 manat dəyərində, 585 əyarlı, 3 qram çəkidə, 01 ədəd qolbaq -450 manat dəyərində, 750 əyarlı, 5 qram çəkidə, 01 ədəd qolbaq -700 manat dəyərində, 750 əyarlı, 7 qram çəkidə, 01 ədəd fil şəkilli klon -400 manat dəyərində, 585 əyarlı, 5 qram çəkidə, 01 ədəd boyunbağı; -1700 manat dəyərində, 750 əyarlı, 17 qram çəkidə, 01 ədəd boyunbağı və klon Səbuhi və Kərəm onlara demişlər ki, qeyd olunan qızıl-zinət əşyalarının qaşılığnda kredit olaraq 9.105 manat verə bilərlər, onlar razılaşmışlar və Səbuhi ilə xx.xx.2020-ci ildə girov müqaviləsi bağlamışlar. Müqaviləyə əsasən o, hər ay lombarda faizi ilə birlikdə 300 manat ödəməli imiş. 2021-ci ilin avqust, sentyabr və oktyabr aylarını çıxmaq şərti ilə Səbuhinin özü ilə razılaşmaqlarına əsasən qardaşı rəhmətə getdiyi üçün həmin aylarda ödəniş etməmişdir. Lakin, 2022-ci ilin yanvar ayına kimi hər ay 300 manat pul ödəmişdir. 2022-ci ilin fevral ayında o, özü ilə kifayət qədər pul götürüb həmin lombardın yerləşdiyi yerə getmişdir. Kərəmi orada görmüş və ona demiş ki, o, bütün borcunu tam olaraq ödəyib qızıllarını götürmək istəyir. Kərəm də ona demiş ki, qızılları satmışlar, o, da bundan sonra barədə Nəsimi rayon prokurorluğuna müraciət etmişdir.Onu da bildirir ki, Səbuhi və Kərəm girov biletinə ona verdiyi qiymətləndirdiyi, 750 əyarlı, 7 qram çəkidə, 01 ədəd fil şəkilli klon (üzərində qaşları olan), 400 manata qiymətləndirdiyi, 585 əyarlı, 5 qram çəkidə, 01 ədəd boyunbağı, 1700 manata qiymətləndirdiyi, 750 əyarlı, 17 qram çəkidə, 01 ədəd boyunbağı üzərində ulduz klon qeyd etməmişdir. Onlar həmin vaxtı bunu aşkar etməsələr də, evə gəldikdən sonra girov biletinə baxanda görmüş ki, girov biletində həmin qızıllar qeyd olunmamışdır. O, dərhal Kərəmə zəng etmiş, 700 manata qiymətləndirdiyi, 750 əyarlı, 7 qram çəkidə, 01 ədəd fil şəkilli klon (üzərində müxtəlif rəngli qaşları olan), 400 manata qiymətləndirdiyi, 585 əyarlı, 5 qram çəkidə, 01 ədəd boyunbağı, 1700 manata qiymətləndirdiyi, 750 əyarlı, 17 qram çəkidə, 01 ədəd boyunbağı üzərində ulduz klonu hansı səbəbdən girov biletində qeyd etmədiyini soruşmuş Kərəm ona demiş ki, həmin qızılları qaytaracaqdır. O, qızılları qaytarmadığına görə arvadı Sevda Nəsimi RPl-nin 19-cu Polis bölməsinə müraciət etmişdir, araşdırma aparılmış və “cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərar qəbul edilmişdir. Araşdırma zamanı Səbuhi və Kərəm onlara söz vermişlər ki, qızılları qaytaracaqdırlar. Qızılların satılması barədə onlara məlumat vermədən satmışlar. Ümumilikdə onlara 26300 manat ziyan dəymişdir.Həmin qızıllar ailəsinə məxsus qızıl əşyalarıdır, sadəcə müqavilə qızı Günelin adına bağlanmışdır.Onun zərərçəkən qismində tanınmasına qızı Günel də razıdır, bu barədə onun ərizəsi məhkəməyə təqdim edilmişdir. Dəyən ziyanın ödənilməsi, mülki iddiasının təmin edilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı dindirilmiş zərərçəkmiş şəxs- mülki iddiaçı Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, 2019-cu ilin aprelin 26-da özünə məxsus müxtəlif çeşiddə və müxtəlif əyarlı qızıl- zinət əşyalarını ( 750, 585, 583 və briliant qızıl zinət əşyaları olan qolbağlar, üzüklər, seplər, klonlar, sırqalar) Bakı şəhəri, Nəsimi rayonu, M.Cəfərov küçəsi 3005-ci məhəllədə yerləşən Lombardda işləyən Təqsirləndirilən şəxsla görüşərək sözü gedən qızılları lombarda qanuni əsaslarla girov müqaviləsi əsasında qoyub qızılları təhvil verib lombardan 15.400 manat pul vəsaiti götürmüşdür. Girov qoyularkən öz aralarında müqaviləyə əsasən aylıq 2,7 faiz dərəcəsi ilə o, hər ayın 26-sı 416 manat pul ödəməli imiş. Müqavilə bağlandıqdan sonra ilkin olaraq girov qoyduğu qızılların müqabilində xx.xx.2019-cu il tarixdə 715 manat pul ödəmiş 1 ay 15 günün hesabına. Bundan sonra onun Qazax rayonunda yaşayan dayısı İsmayılov Novruz ağır vəziyyətdə olduğu üçün onlar ailəlikcə Qazax rayonunda olmuşlar, həmin vaxt Səbuhi onunla əlaqə saxlayıb bildirmiş ki, aylıq ödənişi ödəmək vaxtıdır. O, da Səbuhiyə demişdir ki, dayısının vəziyyəti ağırdır, bir neçə gün gözləsin Bakıya qayıtdıqda faizlə bərabər geçikən borcu da ödəyəcəkdir, Səbuhi də onunla razılaşmışdır. Bir neçə gün sonra Səbuhi onunla əlaqə saxlayıb bildirmiş ki, qızılları satmaq istəyir. Artıq dayısının vəfat etdiyi üçün Səbuhidən xahiş etmiş ki, yas mərasimnini yola verib Bakı şəhərinə qayıdacaq və gələn kimi borcunu ödəyəcəkdir, Səbuhidə onuna razılaşmışdır.xx.xx.2019-cu il tarixdə o, Bakıya gəlib həmin gün də Səbuhiyə 700 manat faiz ödəmişdir. Həmin gün lombardda olarkən Səbuhi və sonuncun qardaşı ondan girov biletlərini baxmaq adı ilə tələb etmişlər ki, güya ödənilən məbləğlərin qeydləri aparılacaqdır. O, həmin vaxt girov biletinin bir ədədinin fotoşəklini mobil telefonu ilə çəkmiş və onlara inanıb, bütün girov biletlərini vermişdir. Səhəri gün Səbuhi onu lombarda çağırıb demiş ki, qızılları bankdan çıxarıb və onları satmaq istəyir. O, Səbuhiyə nə üçün qızıllarını satmaq istədiyini soruşanda o, bildirdi ki, güya o, faiz pullarını ödəməmişdir. Bu zaman aralarında mübahisə yaranmış, o, görmüş ki, həqiqətən də ona məxsus qızılların bir hissəsini Səbuhinin yanında olan zərgər qaşlarını çıxarır, bu zaman o, Səbuhiyə demiş ki, satmaq istəyirsənsə onun tanıdığı insana satsın, Səbuhidə bununla razılaşmış və o, tanışı Leyla xanıma zəng edim bildirmiş ki, həmin qızıllarını alsın ki, gələcəkdə ondan qızıllarını ala bilsin. Çünki, onun qızıllarının əksəriyyəti brend mallar olub. Leyla xanım da onun xahişini nəzərə alıb Lombarda gəlib 11.320 manat pul vəsaitini Səbuhiyə ödəyib girov qoyduğu qızılların 260 qram civarında olan hissəsini almışdır xx.xx.2019-cu ildə saat 17 radələrində tanışı Leyla ilə birlikdə Səbuhinin işlədiyi lombarda getmiş Leyla 11.320 manat pul ödəyərək qızılların bir hissəsini Səbuhidən almış, 270 manat dəyərində, 583 əyarlı 3.23 qram çəkidə 01 ədəd qızıldan üzük; 620 manat dəyərində, 750 əyarlı 5.8 qram çəkidə 01 ədəd qızıldan üzük;, 560 manat dəyərində, 583 əyarlı 6.65 qram çəkidə 01 ədəd qızıldan dəst, 1300 manat dəyərində, 583 əyarlı 15.7 qram çəkidə 02 ədəd qızıldan sırqa, 430 manat dəyərində, 585 əyarlı 5.15 qram çəkidə 01 ədəd qızıldan klon, 330 manat dəyərində, 583 əyarlı 3.97 qram çəkidə 01 ədəd qızıldan üzük, 540 manat dəyərində, 585 əyarlı 6.37 qram çəkidə 01 ədəd qızıl sırqa, 320 manat dəyərində, 583 əyarlı 3.76 qram çəkidə 01 ədəd qızıldan üzük, 570 manat dəyərində, 585 əyarlı 6.75 qram çəkidə 01 ədəd qızıldan üzük, 310 manat dəyərində, 750 əyarlı 2.87 qram çəkidə 01 ədəd qızıldan boyunbağı, 2000 manat dəyərində, 750 əyarlı 14.0 qram çəkidə 01 ədəd qızıldan dəst, 680 manat dəyərində, 750 əyarlı 6.17 qram çəkidə 01 ədəd qızıldan üzük, 420 manat dəyərində, 585 əyarlı 5.03 qram çəkidə 01 ədəd qızıldan üzük, 1050 manat dəyərində, 583 əyarlı 12.52 qram çəkidə 01 ədəd qızıldan dəst, 350 manat dəyərində, 583 əyarlı 4.17 qram çəkidə 01 ədəd qızıldan üzük, 1600 manat dəyərində, 750 əyarlı 10.06 qram çəkidə 02 ədəd brilliant qaşlı qızıldan üzük, 1100 manat dəyərində, 750 əyarlı 6.58 qram çəkidə 01 ədəd brilliant qaşlı qızıldan klon, 1600 manat dəyərində, 585 əyarlı 19.27 qram çəkidə 02 cüt qızıldan sırqa, 2900 manat dəyərində, 750 əyarlı 27.08 qram çəkidə 01 ədəd qızıl boyunbağı və bilərzik ümumi dəyəri 16.850 manat olan qızıl-zinət əşyaları isə Səbuhidə qalmışdır.Eyni zamanda, Səbuhi həmin vaxt öz xətti ilə yazılı formada ona kağız təqdim edərək girovda 98,9 qram 583 əyarlı və 46,77 qram 750 əyarlı qızılların olmasını onun nəzərinə çatdırmış və ona bildirmiş ki, 1.872 manat borcu qalmışdır, həmin qəbzi təqdim edə bilər. O, da girovda qalan qızılların fotoşəkilini çəkərək özündə saxlamışdır. Leyla qızılları alıb pulunu ödədikdən sonra o, Səbuhidən ödənilən pulun qəbzlərini və ondan aldığı girov biletlərini verməsini istəsə də Səbuhi biletləri ona qaytarmayaraq onu hədələmişlər. O, həmin gün onların barəsində 102 xidmətinə müraciət etmiş, Səbuhi 2019-cu ilin avqust 18-də girov biletlərini və ödəniş çeklərini ona təqdim etmişdir. Girov biletlərini alarkən görmüş ki, onlar girov biletini saxtalaşdırıblar. Belə ki, biletlərdə 2,7 faiz olan yazılar qələmlə açıq aşkar düzəldilərək 4,3 faiz dərəcələri ilə əvəz edilmişdir. O, Səbuhi ilə əlaqə saxlayıb nə üçün belə saxtakarlıq etdiyini bildirəndə Səbuhi ona demiş ki, yaxşı etmişəm ged kimə istəyirsən şikayət et. Ona bildirmiş ki, bu barədə harasa müraciət etsə deyəcək ki, bu düzəlişi guya o, özü etmişdir. Lakin, buna baxmayaraq ondan şikayətçi olacağını bildirmişdir. Səbuhinin dedikləri tam yalandır. Belə ki, yuxarıda qeyd etdiyi kimi, ilkin müqavilə 26 aprel 2019-cu il tarixdə 2,7 faizla öz aralarında razılaşaraq bağlanmışdır. Daha sonra isə həmin gün və sonra onlar görüşməmişlər və aralarında heç bir razılaşma olmamışdır. 16.850 manat olan qızıl-zinət əşyaları isə Səbuhidə qalmış və onun tərəfindən ələ keçirilmişdir. Dəyən ziyandan ibtidai istintaqda 5000(beş)min manat ödənilmişdir. Dəyən ziyanın ödənilməsi, mülki iddiasının təmin edilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs15 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə aliəsinə məxsus olan 1700 manat dəyərində olan 01ədəd qızıl 17 qram olan 583 əyarlı qızıl boyunbağını Abşeron rayonu, Xırdalan şəhərində yerləşən Lombarda qoyub pul götürmək qərarına gələrək həmin lombarda getmişdir. Orada onu Səbuhi adlı şəxs qarşılamış və Səbuhi onun təqdim etdiyi qızıla baxıb elektron tərəzidə çəkərək ümumilikdə 17 qram olduğu müəyyən edililmişdir. O, 900 manat pul lazım olduğunu bildirmişdir. Səbuhi ona 2 il müddətinə hər ay 45 manat ödəmək şərti ilə 900 manat pul vermişdir. Sonradan götürdüyü kreditin bir hissəsini vaxtında vermiş, lakin 2 ay borcu qalmışdır. xx.xx.2023-cü il tarixdə 2 aylıq ödənişi bir yerdə ödəmişdir. xx.xx.2023-cü il tarixdə Lombarda gedib 905 manat pul ödəmiş və bu zaman Səbuhi ona həftənin 1-ci günü lombarda gəlib girov qoyduğu qızlları götürə biləcəyini söyləmişdir. Həmin vaxt lombarda getmiş lakin, Səbuhi müxtəlif bəhanələr gətirib qızılı qaytarmamışdır. Sonradan məlum olmuşdur ki, Səbuhi onun qızıl əşyalarını ələ keçirmiş, ona ümumilikdə 1700 manat maddi ziyan vurmuşdur.Dəyən ziyanın ödənilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, 2021-ci ilin mayın sonlarında ona təcili olaraq 6.000 manat pul lazım olmuş, ona görə də düşünmüş ki, qızıl-zinət əşyalarını lombarda qoyub pul götürsün. xx.xx.2021-ci ildə saat 17 radələrində Bakı şəhəri, Nəsimi rayonu M.Cəfərov küçəsi 3005-ci məhəllədə yerləşən Lombarda yaxınlaşmış, sonradan tanıdığı özünü müdür kimi təqdim edən Təqsirləndirilən şəxs onu qarşılamış, o, özü ilə götürdüyü ümumi 30.000 manata qiymətləndirdiyi bir dəstümumi çəkisi 68.8 qram olan, qızıldan 750 əyarlı, birilliant qaşlı, bir cüt sırğa, bir ədəd üzük, bir ədəd boyunbağı və bir ədəd bilərziyi və 5.000 manata qiymətləndirdiyi 10.9 qram çəkidə 01 ədəd qızıldan birilliant qaşlı üzüyü Səbuhiyə göstərmiş və demiş ki, ona 6.000 manat pul lazımdır, qızıllara baxsın 6.000 manat dəyərində olan hissəsini götürsün, ona 6.000 manat pul versin. Səbuhi də qızıllara baxıb demiş ki, “sənin qızılların çox yaxşı qızıllardır, amma çəkisi çox olsa da, birilliantları çəkidə hesablamır yalnız qızıl metalı hesablayıb 4.800 manat pul verəcə bilər. O, da Səbuhi ilə razılaşmış və ifadəsində qeyd etdiyi qızılları Səbuhiyə vermiş, grov müqaviləsi bağlamışlar, müqaviləyə əsasən aylıq 4,5 faiz dərəcəsi ilə o, hər ayın 29-da 200 manat pul ödəməli idi. Səbuhi ona 4.800 manat pul vermiş, xx.xx.2021-çi ildə saat 15 radələrində o, lombarda Səbuhinin yanına getmiş, ona özü ilə apardığı təxminən üç il əvvəl 3.000 manata aldığı bir dəst ümumi çəkisi 25 qram olan, qızıl metaldan-bir ədəd üzük, bir ədəd boyunbağı və bir cüt sırğanı Səbuhiyə göstərmiş və ona demiş ki, bu qızlları götürüb ümumi borcdan çıxsın. Səbuhi də ora Kamran adlı zərgəri dəvət etmiş, Kamran qızıllara baxıb qızılları 3000 manata qiymətləndirmiş, o, da onlarla razılaşmış, həmin qızılları Səbuhiyə vermiş, Səbuhi də demiş ki, ümumi borcdan çıxacaqdır. Səbuhi ona demiş ki, onun 3.700 manat borcu qalır. O, Səbuhiyə təklif etmişdir ki, 1.300 manat ödədiyi qızıllardan versin Səbuhi də demiş ki, qızıllar bankdadır qızılları həftənin 1,3 və 5-ci günlər əldə etmək mümkündür. O, da Səbuhinin dediyi vaxtda lombarda getmiş ki, ödədiyi 1.300 manat məbləğdə ona qızıllarından versin. Səbuhi ona demiş ki, “bu gün alınmadı, növbəti dəfə sənin qızıllarını gətirəcəm”. O, da onun dediyinə inanıb lombarddan çıxıb getmişdir. Səbuhinin dediyi vaxtda lombarda getmiş, Səbuhi bu dəfə də, eyni sözü ona deyərək gələn dəfə qızıllını gətirəcəyini bildirmişdir. O, da təxminən 10-15 gündən sonra Səbuhinin işlədyi lombarda getmiş 3.700 manatı Səbuhiyə təqdim edib qızılları götürmək istədiyini bildirmişdir. Səbuhi də demiş ki, qızılları satmışdır. O, da Səbuhiyə demiş ki, ondan şikayət edəcəkdir. Səbuhi də demiş ki, “hara istəyirsən şikayət edərsən, mənim heç nədən qorxum yoxdur.”Səbuhi ümumilkdə ona 50.000 manat ziyan vurmuşdur. Onu da bildirmiş ki, həmin qızlları o, bacısının əri Şamildən alıb Səbuhiyə vermişdir. Şamil də onun veriyi ifadəni təsdiq edə bilər. O, Şamildən aldığı qızılların pulunu Şamilə ödəmişdir. Hal-hazır da ziyan ona dəymişdir. O, qızılların ümumi olaraq 35.000 manat qiymətləndirdiyini bildirmişdir. Dəyən ziyanın ödənilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs14 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə 1000 manat dəyərində 01 cüt 585 əyarlı qızıl sırğa, 1200 manat dəyərində 01 cüt 585 əyarlı qızıl cüt sırğa, ümumilikdə 400 manat dəyərində 01 ədəd 585 əyarlı klon 01 ədəd 585 əyarlı qızıl boyunbağını və 400 manat dəyərində 01 ədəd 585 əyarlı qızıl brilliant qaşlı qadın üzüyünü Bakı şəhəri, Nəsimi rayonu, Moskva univermağının yaxınlığında yerləşən Lombarda giro qoyararaq kredit götürmək qərarına gətmişdir. Orada onu Təqsirləndirilən şəxs qarşılayaraq təqdim etdiyi qızllara baxıb elektron tərəzidə çəkib ümumilikdə 24 qram olduğu müəyyən edilmiş və onlar 2 il müddətinə hər ay 40 manat ödənməsi şərti ilə 800 manat kredit götürülməsi barədə razılaşaraq səbuhidən həmin məbləqdə pulu almışdır. Sonrakı müddət ərzində o aldığı krediti hər ay bu lombarada ödənişlər edərək tam ödəyərək girov qoyduğu qızıl əşyalarının özünə qaytarılmasını tələb etsə də, Səbuhi müxtəlif bəhanələr gətirib onu aldatmışdır. Sonradan məlum olmuşdur ki, Səbuhi onun girov qoyduğu qızıl əşyalarını ələ keçirmişdir və nəticədə ona 3000 manat maddi ziyan vurulmuşdur. Dəyən ziyanın ödənilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs10 ifadəsində göstərmişdir ki, 2021-ci ilin martın əvvəllərində o, qızıllarını lombarda qoyub pul götürmək istəyirmiş. Ona görə də o, xx.xx.2021-ci ildə ünvan 1 məhəllədə yerləşən lombarda getmişdir. Orada o, 8.000 manat dəyərində qızıl metaldan 33,7 qram çəkidə 583 əyarlı və 30,5 qram çəkidə 750 əyarlı - 4 ədəd üzüyü (biri birilliant daşla), 2 ədəd boyunbağını, 01 ədəd qızıl kişi palyot saatı lombarda girov müqaviləsi əsasında təhvil vermişdir. Müqaviləyə əsasən o, 4,5 faizlə hər ay təxminən 147 manat lombarda vermək şərti ilə lombarddan 3.280 manat pul götürmüşdür. O, xx.xx.2021-ci ildə 400 manat lombarda pul ödəmişdir, 3.280 manatı ödəməyə hazır olduğunu və qalan 183 manat faiz pulu ödəməyə hazır olduğunu və lombarda verdiyi qızılları ona geri qaytarmalarını Səbuhiyə söyləmişdir. Lombardın işçisi Təqsirləndirilən şəxs qızılların bankda olduğunu, bir neçə gün ərzində bankdan götürüb verəcəyini bildirmişdir. O da Səbuhunin dediyi vaxtda Səbuhi ilə birlikdə banka getmiş, lakin Səbuhi bəhanə gətirərək bankdan hələ götürmədiyini söyləməklə bu günə kimi lombarda verdiyi qızılları ona geri qaytarmamışdır. Bununla da lombard tərəfindən onun 10.000 manat dəyərində olan qızıllarını mənimsəmişdir. Dəyən ziyanın ödənilməsini xahiş etdi. İbtidai istintaqda iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs13 ifadəsində göstərimişdir ki, ərinin gözünün əməliyyat xərclərini ödəmək məqsədi ilə xx.xx.2019-cu il tarixdə özünə məxsus 700 manat dəyərində olan 8 qram çəkidə 750 əyarlı 1 ədəd üzüyü, 1800 manat dəyərində olan 4 qram çəkidə brilliant qaşlı 750 əyarlı 1 ədəd üzüyü və 5000 manat aldığı 24 qram çəkidə, brilliant qaşlı 750 əyarlı 1 ədəd bilərziyi ünvan 5 ünvanında yerləşən lombarda aparmış, orada Təqsirləndirilən şəxs onu qəbul edirək həmin qızılları girov saxlamaqla ona 1200 kredit verərək bu barədə müqavilə bağlamışlar. O hər ay 60 manat ödəniş etməli olmuşdur. həmin vaxt o hər ay 60 manat bəzən isə daha artıq məğbləqdə ödənişlər etmişdir. o bu ödənişləri loambardın digər işçisinə və ya Səbuhinin qardaşına ödəmiş, Səbuhi ilə görüşə bilməmişdir. 2021-ci ilin noyabr ayında borcunun nə qədər qaldığını öyrənmək və qalan borucunu ödəyib girov qoyduğu qızıllarını geri almaq məqsədi Səbuhini axtarsa da onunla əlşaqə girə bilməmiş, sonuncu ondan yayınmağa başlamışdır. Bir müddət sonra onunla telefonla danışarkəçn Səbuhi bildirmişdir ki, onun girova qolyduğu qızıl əşyalarını itirmiş və qaytara bilmir. Beləliklə də Səbuhi ona 7500 manat dəyərində qızıl əşyalarını ələ keçirərək maddi ziyan vurmuşdur. İbtidai istintaqda iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, 2020-ci ilin aprel ayının sonlarında ona təcili pul lazım olmuş, buna görə də qərarlaşdırmış ki, ona məxsus olan qızılları lombarda qoyub, pul götürsün. Belə ki, 2020-ci ilin aprel ayının 24-də o, Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Moskva" Univermağının yaxınlığında yerləşən “İdeal” lombarda getmiş, orada onu Təqsirləndirilən şəxs qarşılamışdır. O, təxminən çəkisi 54,36 qram olan, 750 əyarlı qızıl metaldan üzərində brilyant qaşları olan bir dəst - boyunbağı, qolbaq, üzük, bir cüt sırğa və bir ədəd üzüyü Səbuhiyə vermişdir. Səbuhi bununla bağlı girov biletini tərtib etmiş və aralarında olan müqaviləyə əsasən faiz ilə birlikdə 11 ay müddətində hər ay 300 manat vermək şərtilə ona 2550 manat pul verə biləcəyini bildirmişdir. O, da bununla razılaşmış və Səbuhidən 2550 manat pulu götürmüşdür. 11 ay müddətinə hər ay 300 manat ödəməklə o, Səbuhiyə 3300 manat pul ödəmişdir. Qeyd etdiyi məbləği ödədikdən sonra Səbuhidən ona verdiyi qızıllarını geri istədikdə sonuncu ona bildirmiş ki, qızılları bir çox yerə pul verəcəyi olduğuna görə satmışdır. Bu günə kimi də 7000 manat dəyərində qiymətləndirdiyi həmin qızıl-zinət əşyalarını Səbuhidən geri ala bilməmişdir. Xahiş etmiş ki, ona dəymiş ziyanın ödənilməsində köməklik edilsin. O, Səbuhiyə ödədiyi pulların qəbzlərinin surətini ifadəsinə əlavə etmişdir. İbtidai istintaqda cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 20 may 2023-cü ildə 01 ədəd 10,5 qram 585 əyarlı qızıl boyunbaöını Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən “Moskva” univermağından 1230 manata almışdır. Həmin boyunbağını özü daimi istifadə etmişdir. Dostunun pula ehtiyacı olduğuna görə ondan 500 manat borca pul istəmiş, həmin vaxt o, işsiz olduğuna görə o qədər pulu olmadığından məcburiyyət qarşısında qalaraq dostuna kömək etmək üçün özünə məxsus yuxarıda qeyd etdiyi qızıl boyunbağını Abşeron rayonu Xırdalan şəhərində yerləşən “Heydər Əliyev” adına parkın yaxınlığında yerləşən lombarda aparmışdır. Həmin lombardı təsadüfən yol ilə keçərkən tapmış, əvvəllər həmin ofisdə olmamışdır. Həmin lombard ofisində özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs onu qarşılamış, ofisdə ondan başqa bir kişi və bir qadın olmuşdur. Onlar ofisdə öz işləri ilə məşğul olmuşlar, o, özünə məxsus qızıl boyunbağını Təqsirləndirilən şəxs təqdim etmiş, Səbuhidə boyunbağını 550 manata dəyərləndirmiş və ona 550 manat kredit verə biləcəyini bildirmişdir. O, Səbuhiyə 500 manata ehtiyacı olduğunu demiş, buna görə də Səbuhi ona məxsus boyunbağını təhvil alaraq ona aylıq 6% olmaqla 300 manat kredit vermiş, lakin 500 manatla bağlı ona girov bileti imzalatmışdır. Qalan 200 manatı isə Təqsirləndirilən şəxs 2 saata bank kartına köçürəcəyini desə də, 2 gün ərzində hissə-hissə olmaqla bank kartına köçürmüşdür. Təqsirləndirilən şəxs ona məxsus qızıl boyunbağını banka qoyacağını bildirmiş və qızılı da götürüb harasa getmişdir, lakin onun qızılı banka qoymasını və ya başqa yerə aparması ona dəqiq məlum olmamışdır. 17 iyun 2023-cü il tarixdə o, 530 manat pul toplayaraq həmin lombarda getmiş ki, borcunu bağlayıb qızılını geri götürsün, lakin həmin gün lombardın ofisi bağlı olmuş, Təqsirləndirilən şəxs verdiyi mobil nömrəyə zəng çatmamış, qonşuluqda olan obyektlərdən soruşduqda Təqsirləndirilən şəxs tutulması ilə bağlı məlumat vermişlər. Buna görə də Təqsirləndirilən şəxs onun qızılı ələ keçritməsi barədə dərhal polisə məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, qardaşı Təqsirləndirilən şəxs lombar fəaliyəti ilə məşğul olduğu ofisdə dəfələrlə olmuş, orada bir neçə şəxsləri o cümlədən Zərərçəkmiş şəxs9 görmüş, lakin bu şəxslərin S Səbuhi ilə hansı danışıqları aparıb müqavilə bağladığını bilməmiş, ümumiyyətlə Səbuhinin işlərinə qarışmamışdır . Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 2019-cu ildən Moskva Univermağında zərgərlik edərkən Səbuhi ilə tanış olmuşlar. 2020-ci ildə Səbuhinin təklif ilə onun lambardında qeyri rəsmi olaraq zərgər işləməyə başlamış və lombarda girova təklif olunan qızılları yoxlayıb qiymətləndirmişdir. 2021-ci ilin əvəllərində Səbuhi yeni Vöen açmaq istəmiş o özünün əvvəlcədən bağladığı «vöen»ini açdırıb Səbuhinin istifadə etməsinə icazə vermişdir. 2021ci ilin təxminən iyul və avqust aylarında Səbuhi lombardı Abşeron rayonu Xırdalan şəhəri ərazisinə köçürdükdə o Vöeni bağlamışdır. İbtidai istintaqda şahid qismində dindirilmiş X26 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Tofi oğlunu təxminən 2017-ci ildən tanıyır. 2018-ci ildə Səbuhi onu şərikinə lombard fəaliyyəti ilə məşğul olmağı təklif etmiş və əvvəlcə razılıq verməmişdir. Bir müddət sonra Səbuhi ona Bakı şəhəri, Nəsimi rayonu ərazisində Moskva univermağının yaxınlığında 500 manat lombard fəaliyyəti ilə məşğul olmaq icarəyə yer götürdüyünü demiş, sonra müştərək fəaliyyət göstərmək məqsədi ilə 2018-ci ilin noyabr ayının sonlarında Səbuhiyə 1000 manat, sonra isə hissə-hisə ümumilikdə 15000 manat vermişdir. Lakin bir il müddətidnə ondan pul almamış və Səbuhinin işlərinə qarışmamışdır. Təxminən 2020-ci ilin fevral ayında qarantin olduğu üçün o, mən işlədiyi tiknti şirkətinin faliyyətini dayandırmış və Səbuhinin işlədiyi yerin yaxınlığında sub icarəyə yer götürüb işləməyə başlayaraq Səbuhiyə verdiyi pullardan hissə-hisə almışdır. 2020-ci ilin sonlarında Səbuhinin müştərilərdən götürdüyü qızıl-zinət əşyalarını girovaya qoyaraq daha az faizlə kredit götürüdyü «Finex Kredit təşkilatı»na ödənişlərini vaxtı-vaxtında ödəmədiyi üçün problemləri yaranmışdır. Belə ki, Səbuhi ona kredit borclarını ödəmiş müştərilərin qızıllarını «Finex Kredit təşkilatı»ndan girovldan çıxara bilməmiş, bu səbəbdən bəzi müştərifn pullarını qaytarmış bəzilərinə başqa qızıllar verərək yola salmışdır. 2021-ci ilin avqust ayında Səbuni işlədiyi yerdən çıxıb Abşeron rayonu Xırdalan şəhərində icarəyə yer götürüb oraya köçmüşdür. Həmin vaxtadək Səbuhi ondan aldığı puldan 10000 manata kimi qaytarmışdır. Səbuhi Xırdalan şəhərinə köçdükdən sonra onların münasibətləri kəsilmiş və Səbuhidə olan 5000 manatla bağlı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs12 qızı Aysel onun lombardından qızıl əşyalarını girov qoyaraq götürdüyü krediti ödəyə bilmədiyinə görə əvvəlcə bu qızılları Ayselin bacısına təklif etmişlər. Günel qızılların bir qismini satılmasına digər qismini isə girova qoyub yeni kredit götürməyə razılaşmış aylıq 663 manat ödəniş etməyi öz öhdəsinə götürmüşdür.Günel bəyan etmişdir ki, əyər 2 ay ardıcıl olaraq ödəniş olmasa qızl satılaraq borca yönədilməsinə etiraz etmir. Lakin Günel aylıq ödənişlər etməmiş və qızıllar satışa çıxarılıb borcunun ödənilməsinə yönəlmişdir. Doğrudur bu ərəfədə Zakir bir neçə dəfə onlayn şəkildə Səbuhiyə çatdırılmalı olan ödənişlər etmiş, o isə həmin pulları Səbuhinun özünə olan borcunun əvəzinə çıxaraq özündə saxlamışdır. İbtidai istintaqda şahid qismində dindirilmiş Şahid3 göstərmişdir ki, qızı Aynurənin əri Təqsirləndirilən şəxs 2022-ci ildə biznes fəaliyyəti ilə məşğul olacağını bildirərək onun adına Vöen açmaq istəmişdir. O, Səbuhiyə inanaraq özünün adına Vöen açıb sənədləri Səbuhyiə vermişdir. Bundan sonra, Səbuhi onun adına olan vöenlə lombar açararaq fəaliyyət göstərmiş, girov biletlərində onun adına olan vöenləri qeyd olunmuşdur. Lakin, o bu biletlərin verildiyi şəxslərin heç birini tanımır, onlardan heç bir girov qəbul etməmiş, hər hansı bir müqavilə bağlamamış, ümumiyyətlə Səbuhinin kimlərlə hansı muqavilə bağlamasından, kimlərldən hansı girovları qəbul etməsindən və onları qaytarıbqaytarmamasından xəbəri yoxdur, Səbuhinin lombar fəaliyyətində heç bir iştirakı olmamışdır. İbtidai istintaqda şahid qismində dindirilmiş Şahid4 və X17 ifadələrində iş üzrə zərərçəkmiş şəxs olan atası Zərərçəkmiş şəxs12 göstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş üzrə təyin edilmiş sənədlərin məhkəmə texnik espertizasının xx.xx.2020-ci tl tarixli 5\837-5/841 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs9 adına xx.xx.2020-ci il tarixdə 013014, 013015, 013017, 013018 nömrəli girov biletlərndə Kredit üzrə % qrafasında olan 4,3 rəqəmlərinin yerində əvvəlcə 2,7 rəqəmləri olub, sonradan üzərində əlavə cizgilər artırılmaqla indiki rəqəmlərə dəyişdirilmişdir. Zərərçəkmiş şəxslər tərəfindən təqdim olunmuş girov biletləri, o cümlədən Zərərçəkmiş şəxs9 adına xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs tərəfindən saxtalaşdırılmış 013014, 013015, 013017, 013018 nömrəli girov biletləri iş üzrə maddi sübut kimi tanınmış və kserosurətlərinin cinayət işinə əlavə olunmaları nəzərə alınmışdır. Məhkəmənin elektorn sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2014-cü il təvəllüdlü X18 və xx.xx.2017-ci il təvəllüdlü X15 adlı iki azyaşlı uşağı vardır. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslər və şahidlərin ifadələri,, məhkəmə ekspertizasının rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 178.2.2, 178.2.4-cü və 320.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs CM-in 178.2.2, 178.2.4-cü maddələri üzrə cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə CM-in 178.2.2, 178.2.4-cü maddələri üzrə ədalətli cəza təyin edilməli, Təqsirləndirilən şəxs CM-nin 320. 1 maddəsi üzrə isə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən o, cinayət məsuliyyətindən azad edilməli və bu hissədə işin icraatına xitam verilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 178.2.2, 178.2.4-cü və 320.1-ci maddələri cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işi üzrə təqsirlənədirilən şəxs Təqsirləndirilən şəxs ziyandan qismən ödəniş etməsi, himayəsində iki azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən yüngülləşdirici hal kimi qiymətləndirilməlidir. Cinayət işi üzrə təqsirlənədirilən şəxs Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən hallar yoxdur. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 178.2.2 və 178.2.4-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, məhkəmə, CM-in 41.2-ci maddəsinə müvafiq olaraq qeyd etməyi zəruri hesab edir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu CM-nin 178.2.2, 178.2.4 maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə 01 gün, xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə 02 gün olmaqla, cəmi 03 gün barəsində tutma tətbiq olunmuş, Bakı şəhər Nəsimi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlanma müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır.Məhkəmə tərəfindən seçilmiş qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra–CPM) 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3 maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaqda tutulduğu 03 gün müddət ona təyin edilmiş cəzadan çıxılmalı,onun həbsdə saxlanma müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməli və cəza müddətinin əvvəli 13 iyun 2023-cü il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alan vaxtadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 320.1-ci maddəsi üzrə əməlin cinayət olmasını aradan qaldıran hallar müəyyən edilməsə də, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə törətmiş olduğu cinayətə görə cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsində nəzərdə tutulmuş müddət keçdiyindən o, cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Göründüyü kimi, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2ci maddəsinin mənası baxımından böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmçinin qeyd edilmişdir ki, müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Cinayət törətmiş şəxs istintaqdan və ya məhkəmədən gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxs tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunur. Cinayət işinin icraatı ibtidai istintaqının aparıldığı dövrdə Təqsirləndirilən şəxs qismində cəlb olunduqdan sonra və cinayət işinə məhkəmədə baxılarkən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 53.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin istintaqdan və ya məhkəmədən gizlənəməsinə görə cinayət işinin icraatı dayandırılmamışdır. Hazırki ittihamdan görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 320.1-ci maddəsi üzrə cinayət əməlini xx.xx.2019-cu il tarixdə törətmişlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır; İşin məhkəmə baxışında müdafiə tərəfi olaraq təqsirləndirilən şəxs ona CM-nin 320.1 maddəsi üzrə elan edilmiş ittihamda özünü təqsirli bilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki,Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi sübutdur, lakin cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən o, cinayət məsuliyyətindən azad edilməli və bu hissədə cinayət işinin icraatına xitam verilməlidir. Bundan başqa, işin məhkəmə baxışında zərərçəkmiş şəxs- mülki iddiaçı Zərərçəkmiş şəxs5 mülki iddia ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs -cavabdeh Təqsirləndirilən şəxs 2770 manat məbləğində maddi ziyanın tutularaq ona verilməsi barədə hökm çıxarılmasını məhkəmədən xahiş etmişdir.Onun tərəfindən 49 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Ona dəyən ziyandan ödənilməmişdir. İşin məhkəmə baxışında zərərçəkmiş şəxs- mülki iddiaçı Zərərçəkmiş şəxs1 mülki iddia ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs -cavabdeh Təqsirləndirilən şəxs 11 800 manat məbləğində maddi ziyanının tutularaq ona verilməsi barədə hökm çıxarılmasını məhkəmədən xahiş etmişdir. Onun tərəfindən 125 manat dövlət rüsumuna görə pul ödənilmişdir.Ona dəyən ziyandan ödənilməmişdir. İşin məhkəmə baxışında zərərçəkmiş şəxs- mülki iddiaçı Zərərçəkmiş şəxs4 mülki iddia ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs -cavabdeh Təqsirləndirilən şəxs 4061 manat məbləğində maddi ziyanın tutularaq ona verilməsi barədə hökm çıxarılmasını məhkəmədən xahiş etmişdir. Onun tərəfindən 61 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında müəyyən edildi ki, Zərərçəkmiş şəxs4 vurulan ziyandan bir ədəd qiyməti 350 manat olmaqla qızıldan qolbaq təqsirləndirilən şəxs tərəfindən qaytarılmışdır. İşin məhkəmə baxışında zərərçəkmiş şəxs- mülki iddiaçı Zərərçəkmiş şəxs12 mülki iddia ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs -cavabdeh Təqsirləndirilən şəxs 26300 manat məbləğində maddi ziyan, 2000manat mənəvi zərər və 176 manat dövlət rüsumuna görə ödənmiş pulun tutularaq ona verilməsi barədə hökm çıxarılmasını məhkəmədən xahiş etmişdir.Ona dəyən ziyandan ödənilməmişdir. İşin məhkəmə baxışında zərərçəkmiş şəxs- mülki iddiaçı Zərərçəkmiş şəxs9 mülki iddia ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs -cavabdeh Təqsirləndirilən şəxs 16850 manat məbləğində maddi ziyanın tutularaq ona verilməsi barədə hökm çıxarılmasını məhkəmədən xahiş etmişdir.Onun tərəfindən 142 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Ona dəyən ziyandan 5000manat ödənilmişdir. İşin məhkəmə baxışında zərərçəkmiş şəxs- mülki iddiaçı X9 mülki iddia ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs -cavabdeh Təqsirləndirilən şəxs 7000 manat pulun, daha sonra tələbinin dəqiqləşdirilməsi ilə əlaqədar 5860 manat maddi ziyanın, həmçinin 2000 manat zərərçəkmiş çəxsin çəkdiyi əlavə xərclərə görə pulun tutularaq ona verilməsi barədə hökm çıxarılmasını məhkəmədən xahiş etmişdir. Onun tərəfindən 90 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Ona dəyən ziyandan ödənilməmişdir. CPM-in 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur; CPM-in 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. CPM-in 181.2, 181.2.1-ci maddələrinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini edə bilər. CPM-in 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır. CPM-in 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Məhkəmə, təqdim edilmiş iddia ərizələrini və cinayət işinin materiallarını nəzərdən keçirərək hesab edir ki, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs5 iddia tələbi əsaslı olmaqla tam təmin edilməli, təqsirləndirilən şəxs -cavabdeh Təqsirləndirilən şəxs 2770 manat məbləğində maddi ziyan və 49 manat məbləğində dövlət rüsumuna görə pul tutularaq Zərərçəkmiş şəxs5 ödənilməli, zərərçəkmiş şəxs- mülki iddiaçı Zərərçəkmiş şəxs1 iddia tələbi əsaslı olduğundan onun iddiası tam təmin edilməli təqsirləndirilən şəxs -cavabdeh Təqsirləndirilən şəxs 11 800 manat məbləğində maddi ziyan və 125 manat dövlət rüsumuna görə pul tutularaq Zərərçəkmiş şəxs1 ödənilməli, zərərçəkmiş şəxs- mülki iddiaçı Zərərçəkmiş şəxs4 iddia tələbi qismən sübut olunduğundan onun iddiası qismən təmin edilməli, təqsirləndirilən şəxs -cavabdeh Təqsirləndirilən şəxs 3711 manat məbləğində maddi ziyan 50 manat məbləğində dövlət rüsumuna görə pul tutularaq Zərərçəkmiş şəxs4 ödənilməli, zərərçəkmiş şəxs- mülki iddiaçı Zərərçəkmiş şəxs12 iddia tələbi qismən sübut olunduğundan onun iddiası qismən təmin edilərək təqsirləndirilən şəxs -cavabdeh Təqsirləndirilən şəxs 22.700 manat məbləğində maddi ziyan və 150 manat dövlət rüsumuna görə ödənmiş pul tutularaq Zərərçəkmiş şəxs12 ödənilməlidir. Onun iddiası digər hissədə əsaslı olmasını təsdiq edən sübutlar təqdim edilməmişdir. Məhkəmə burada Təqsirləndirilən şəxs iş üzrə Zərərçəkmiş şəxs12 zərərçəkən hesab olunmaması barədə dəlilinə münasibətdə qeyd edir ki,çinayət işinin materiallarında (3-cü c.) olan Zərərçəkmiş şəxs12 Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizı Baş İdarəsinə yazılı müraciətlərində ona, arvadı X10 və qızı X11 lombardda Təqsirləndirilən şəxs qızıllarını girov qoyub pul götürdüklərini və ailələrinə dəyən ziyanla bağlı müraciət etmişdir.İbtidai istintaq orqanı tərəfindən girov müqavilələri Günel Məmmədova ilə bağlansa da, zərərçəkən olaraq Zərərçəkmiş şəxs12 tanınmışdır.X11 məhkəməyə ünvanladığı ərizəsindən görünür ki,dəymiş ziyanın atasına ödənməsinə razıdır.Qeyd edilənlərdən göründüyü kimi Zərərçəkmiş şəxs12 zərərçəkən olaraq tanınmasını qızı iş üzrə şahid X19 mübahisələndirmir və hətta dəymiş ziyanın ona ödənilməsinə razıdır. zərərçəkmiş şəxs- mülki iddiaçı Zərərçəkmiş şəxs9 iddia tələbi qismən sübut olunduğundan onun iddiası qismən təmin edilərək təqsirləndirilən şəxs -cavabdeh Təqsirləndirilən şəxs 11.850 manat məbləğində maddi ziyan və 120 manat məbləğində dövlət rüsumuna görə pul tutularaq Zərərçəkmiş şəxs9 ödənilməlidir. zərərçəkmiş şəxs- mülki iddiaçı X2 iddia tələbi qismən sübut olunduğundan onun iddiası qismən təmin edilərərk 5860 manat maddi ziyan və 70 manat məbləğində dövlət rüsumuna görə pul təqsirləndirilən şəxs -cavabdeh Təqsirləndirilən şəxs tutularaq X3 ödənilməlidir. Maddi ziyanın əlavə xərclər hissəsini əsaslandıran sübutlar təqdim edilməmişdir. Həmçinin Məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxs- mülki iddiaçı X2 vəkilinümayəndəsi müvəqqəti təminat tədbiri barədə ərizə ilə məhkəməyə maraciət edərək iddianın təminatı olaraq təqsirləndirilən şəxs -cavabdeh Təqsirləndirilən şəxs ümumi paylı mülkiyyətində olan Beyləqan rayonu Əhmədli kəndində yerləşən 2.9737 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə həbs qoyulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs- mülki iddiaçı X2 vəkili-nümayəndəsinin müvəqqəti təminat tədbiri barədə ərizəsi əsaslı olmaqla qismən təmin edilməli, təqsirləndirilən şəxs -cavabdeh Təqsirləndirilən şəxs ümumi paylı mülkiyyətində olan Beyləqan rayonu Əhmədli kəndində yerləşən 2.9737 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsində Təqsirləndirilən şəxs payının üzərinə həbs qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Mülki iddianın mənəvi zərər hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, mənəvi zərərin ödənilməsi barədə qanunverciliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası qanunverciliyinin, “İnsan Hüquqlarının və X13 Haqqında” Konvensiya”nın müddəaları və “Avropa İnsan Hüquqları Məhkəməsi”nin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Həmin qərarın 8-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin, cinayət işi üzrə məhkəməəmtəəşünaslıq ekspertiza xərci 61,52 manat təşkil edir. Həmin xərc Təqsirləndirilən şəxs tutulsun. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320.1 maddəsi ilə təqsirli bilinsin, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən o, həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilsin və bu hissədə cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 maddələri ilə təqsirli bilinsin və ona 04 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3 maddəsinə əsasən ibtidai istintaqda tutulduğu 03 gün ona təyin edilmiş cəzadan çıxılsın, üzərində qəti olaraq 03 il 11 ay 27 gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin,cəzasının əvvəli 13 iyun 2023-cü il tarixdən, saat 19.20-dən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alan vaxtadək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs1 iddia tələbi təmin edilsin.Təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs 11.800 manat məbləğində dəymiş ziyan və 125 manat dövlət rüsumuna görə pul tutulub zərərçəkmiş şəxs -mülki iddiaçı Zərərçəkmiş şəxs1 verilsin. Zərərçəkmiş şəxs mülki iddiaçı -Zərərçəkmiş şəxs4 iddia tələbi qismən təmin edilsin. Təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs 3711 manat məbləğində dəymiş ziyan və 50 manat dövlət rüsumuna görə pul tutulub zərərçəkmiş şəxs -mülki iddiaçı Zərərçəkmiş şəxs4 verilsin. Zərərçəkmiş şəxs mülki iddiaçı -Zərərçəkmiş şəxs5 iddia tələbi təmin edilsin. Təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs 2770 manat məbləğində dəymiş ziyan və 49 manat dövlət rüsumuna görə pul tutulub zərərçəkmiş şəxs -mülki iddiaçı Zərərçəkmiş şəxs5 verilsin. Zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs9 iddiası qismən təmin təmin edilsin 11.850 manat, dövlət rüsumuna görə 120 manat məbləğində pul təqsirləndirilən şəxsmülki cavabdeh Təqsirləndirilən şəxs tutulsun, Zərərçəkmiş şəxs9 verilsin. Zərərçəkmiş şəxs mülki iddiaçı -mülki iddiaçı - Zərərçəkmiş şəxs12 iddia tələbi qismən təmin edilsin. Təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs 22700 manat məbləğində dəymiş maddi ziyan və 150 manat dövlət rüsumuna görə pul tutulub zərərçəkmiş şəxs -mülki iddiaçı Zərərçəkmiş şəxs12 verilsin. Zərərçəkmiş şəxs mülki iddiaçı -Zərərçəkmiş şəxs7 iddia tələbi qismən təmin edilsin. Təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs 5860 manat maddi ziyan və 70 manat dövlət rüsumuna görə pul tutulub zərərçəkmiş şəxs -mülki iddiaçı Zərərçəkmiş şəxs7 verilsin. Zərərçəkmiş şəxs- mülki iddiaçı X2 vəkili-nümayəndəsinin müvəqqəti təminat tədbiri barədə ərizəsi əsaslı olmaqla qismən təmin edilməli, təqsirləndirilən şəxs -cavabdeh Təqsirləndirilən şəxs ümumi paylı mülkiyyətində olan Beyləqan rayonu Əhmədli kəndində yerləşən 2.9737 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsində Təqsirləndirilən şəxs payının üzərinə həbs qoyulsun. Hökmün icrası Abşeron rayon Polis İdarəsinə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in Bakı İstintaq Təcridxanasına, DƏDRX-nin Beyləqan Əİ-ə həvalə edilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar