Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-292/2023 29.08.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əmrullayev Ceyhun Qabil oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil X1, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Şahid1 iştirakları ilə, 10 iyun 2003-cü il tarixdə Abşeron rayon Novxanı qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, “Abşeron” şadlıq sarayında administrator işləyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayır, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, o, 26 sentyabr 2022-ci il tarixdə saat 18:00 radələrində onunla danışıq tərzini bəyənməməsini bəhanə etməklə söhbət etmək üçün Abşeron rayonu Xırdalan şəhərində yerləşən “AAAF Park” yaşayış kompleksinin ərazisindəki məscidin yaxınlığına çağırdığı Zərərçəkmiş şəxs ilə arasında heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə öz təşəbbüsü ilə mübahisə yaradaraq şəxsi münasibətlər zəminində sonuncunun sifət nahiyəsinə yumruqla bir dəfə, mübahisənin gedişatında isə burun nahiyəsinə yerdən götürdüyü daşla bir dəfə qəsdən vuraraq Zərərçəkmiş şəxs burunüstü nahiyənin əzilmişcırılmış yarası, burun tənəffüsünün pozulması ilə müşayiət olunan burun sümüklərinin yerdəyişən qəlpəli sınıqları xəsarətlərini yetirməklə dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 25 sentyabr 2022-ci il tarixdə axşam saatlarında tanışı Şahid4 mobil telefon vasitəsilə zəng etmiş, ancaq Əli zənginə cavab vermədiyi üçün “Whatsapp” sosial şəbəkəsində Əliyə ismarış yazıb hal-əhval tutmuşdur. Yazışma zamanı Əli ona Kamil adlı şəxs tərəfindən narahat edildiyini, hədə-qorxu gəlinməklə görüşə çağırıldığını, ancaq ertəsi gün repetitor hazırlığına gedəcəyindən görüşə gedə bilməyəcəyini demişdir. Əlidən həmin şəxsin adının Kamil olmasını öyrənərək həmin şəxslə özünün danışacağını bildirmiş və Kamilin mobil telefon nömrəsini istəmişdir. Kamilin nömrəsini öyrəndikdən sonra nə baş verdiyini aydınlaşdırmaq məqsədilə həmin şəxsə zəng etmiş, lakin Kamil zənginə cavab verməmişdir. Daha sonra “Whatsapp” sosial şəbəkəsində Kamilin mobil nömrəsi ilə istifadə etdiyi profilə ismarış yazaraq Əlinin tanışı olduğunu bildirib görüşmək istədiyini demişdir. Kamil görüşə bilməyəcəyini yazaraq ertəsi gün telefonda danışmağı təklif etsə də, o, görüşməyin vacib olduğunu söyləmişdir. Kamil bır qədər sonra onunla yenidən əlaqə saxlayacağını deyib yazışmanı sonlandırmışdır. Kamilin bu hərəkəti və danışıq tərzi xoşuna gəlmədiyi üçün Əli ilə əlaqə saxlayıb ertəsi gün Kamillə görüşməklə məsələni aydınlaşdıracağını bildirmişdir. Əli ona Kamilin zarafat etdiyini söyləsə də, işin artıq zarafatdan keçdiyini, Kamillə şəxsən görüşüb danışacağını söyləmişdir. 26 sentyabr 2022ci il tarixdə saat 16:00 radələrində mobil telefon vasitəsilə Kamilə zəng edərək görüşə gəlib-gəlməyəcəyini xəbər almışdır. Kamil ondan harada olduğunu soruşan zaman, o, Abşeron rayonu Xırdalan şəhərində yerləşən “AAAF Park” yaşayış kompleksinin ərazisindəki məscidin yaxınlığında olduğunu demişdir. Bir qədər sonra Kamil dayandığı yerə gəlmişdir. Həmin vaxt ətrafda bir-iki nəfər şəxs dayansa da, onları tanımamış və adlarını bilməmişdir. Kamilə yaxınlaşaraq salamlaşdıqdan sonra məscidin sağ tərəfinə keçib hər ikisi daşın üzərində oturmuşlar. Söhbət etməyə başlayanda Kamil onunla kobud tərzdə və yüksək səslə danışmağa başlamışdır. Buna əsəbiləşdiyinə görə Kamili heç kimin görə bilməyəcəyi, insanların keçib-getmədiyi yerə aparmış və yumruqla sifət nahiyəsinə zərbə endirmişdir. Kamil onu itələyib qaçmaq istəyəndə badalaq verib Kamili yerə yıxmışdır. Ardınca Kamil yerdən ayağa qalxaraq üstünə gəlib onu vurmaq istəmiş, o isə yerdən daş götürərək Kamilin burnundan zərbə endirmişdir. Zərbənin təsirindən Kamilin burnu qanadığından başını aşağı salmışdır. Həmin vaxt oraya kənar şəxslərin toplaşdıqlarını gördüyü üçün oradan uzaqlaşmışdır. Sonradan Kamilin atası Ramilin hadisə barəsində polisə məlumat verdiyini öyrənmiş, izahatının alınması məqsədilə Abşeron rayon Polis İdarəsinə dəvət olunmuşdur. Hazırda əməlindən peşmandır, yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə zərərçəkmiş şəxs qismində tanınaraq qanuni nümayəndəsi Şahid1 iştirakı ilə dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında heç bir münasibət, o cümlədən düşmənçilik və ya ədavət olmamışdır. 25 sentyabr 2022-ci il tarixdə saat 18:00 radələrində dostları Yusif, Xəlil, Onur və onların adını bilmədiyi tanışı ilə birlikdə Xırdalan şəhərində yerləşən “Heydər parkf’nda gəzərkən Yusif ortaq tanışları olan Əliyə mobil telefon vasitəsilə zəng edib Xırdalan şəhəri 5 nömrəli tam orta məktəbin həyətinə çağırmağı təklif etmişdir. O, istifadəsində olan ***- ***-**-** mobil nömrəsindən Yusifin verərək Əlinin istifadəsində olduğunu bildirdiyi ***-***- **-** mobil nömrəsinə zəng etmiş və Əli ilə zarafat etdikdən sonra Xırdalan şəhər 5 nömrəli tam orta məktəbin həyətinə çağırmışdır. Bundan sonra adlarını qeyd etdiyi dostlarından ayrılıb tək şəkildə yaşadığı evə getmişdir. Həmin giin saat 21:00 radələrində evdə olan zaman sonradan ad-soyadının Təqsirləndirilən şəxs olmasını bildiyi şəxs ***-***-**-** mobil nömrəsindən mobil telefonuna zəng etsə də, evdə olduğuna görə zəngi cavablandırmamışdır. Daha sonra İlham “Whatsapp” sosial şəbəkəsi vasitəsilə ona ismarış yazaraq görüşmək istədiyini bildirmişdir. Həmin ismarışı cavablayıb görüşə bilməyəcəyini, ya deyəcəklərini yazaraq bildirməsini, ya da ertəsi gün telefonda danışmalarını təklif etmiş, lakin İlham danışmaqlarının vacib olduğunu qeyd etmişdir. Bu səbəbdən Yusiflə əlaqə saxlayaraq İlhamın ona zəng etdiyini, Əli ilə bağlı onunla danışıbdanışmayacağını dəqiqləşdirmək istəmişdir. Yusif qısa müddətdə əlaqə yaradıb İlhamın Əli ilə bağlı onunla danışmaq istədiyini, danışıq tərzi xoşuna gəlmədiyi üçün təkidlə onu görüşə çağırdığını demişdir. 26 sentyabr 2022-ci il tarixdə saat 16:00-17:00 radələrində İlham ***-***-**-** mobil nömrəsi ilə zəng edərək görüşə gəlib-gəlməyəcəyini xəbər almış, İlhamdan harada olduğunu soruşduqda, İlham Xırdalan şəhərində yerləşən “AAAF Park” yaşayış kompleksinin ərazisindəki məscidin yaxınlığında olduğunu bildirmişdir. Həmin yerə yollandıqda İlhamdan başqa 2 nəfər tanımadığı şəxsin də orada dayandıqlarını görmüşdür. İlham və digər 2 nəfərlə salamlaşdıqdan sonra İlham və o ikilikdə məscidin sağ tərəfinə gedib daşın üzərində oturmuşlar. Daha sonra İlham danışıq tərzinin xoşuna gəlmədiyini deyib ikilikdə söhbət etmək istədiyini deməklə onu məscidin sağ tərəfinə aparmışdır. Həmin vaxt aralarında mübahisə yaranmış və İlham ona əl-qol atmışdır. İlhamı itələyərək məscidin arxa tərəfinə qaçsa da, İlham və tanımadığı şəxslərdən biri arxasınca gəlib çataraq əl və ayaq zərbələri ilə onu vurmağa başlamışdır. Özünü müdafiə etmək məqsədilə onların zərbələrinə qarşılıq vermişdir. Belə ki, adını bilmədiyi şəxs onu təpiklə vurmaq istəyən zaman həmin şəxsin zərbəsinin qarşısını alanda həmin şəxs yerə yıxılmışdır. Elə bu vaxt gözləmədiyi anda İlham, əvvəlcə, boynunun arxasına, əyilən zaman isə əlində nə olduğunu görmədiyi küt alətlə burnuna zərbə endirmişdir. Zərbənin təsirindən burnu qanadığı üçün başını aşağı salmış, bir qədər özünə gəldikdə həmin şəxslərin orada olmadıqlarını görmüşdür. Bundan sonra yaxınlıqda yerləşən mebel sexində işləyən adını bilmədiyi şəxs ona sarı gəlib vəziyyətini görmüş və əl-üzünü yumasına köməklik göstərdikdən sonra mobil telefonunu alaraq atası Ramili həmin yerə çağırmışdır. Bir neçə dəqiqə sonra atası məscidin yaxınlığına gəlib onu evə aparmışdır. Bundan başqa Zərərçəkmiş şəxs ifadəsində hadisənin 26 sentyabr 2022-ci il tarixdə saat 16:00 radələrində Abşeron rayonu Xırdalan şəhərində yerləşən “AAAF Park” yaşayış kompleksinin ərazisindəki məscidin sağ tərəfində baş verdiyini, İlhamın onunla “Whatsapp” sosial şəbəkəsi vasitəsilə yazışan zaman ona Əli ilə zarafat etdiyinə görə yazışdığını bildirsə də, ertəsi gün görüşəndə danışıq tərzinin xoşuna gəlmədiyini dediyini, bundan başqa aralarında mübahisənin yaranması üçün heç bir əsaslı səbəb olmadığını, hadisənin təxminən 5-10 dəqiqə davam etdiyini, ətrafa heç bir ziyan dəymədiyini, buna baxmayaraq səs-küy yarandığını, İlhamın yüksək səslə danışaraq söyüş söydüyünü, İlhamla mübahisə edərkən adını bilmədiyi şəxslərdən birinin yaxınlaşıb ona zərbə endirdiyini, digər şəxsi isə hadisə zamanı ətrafda görmədiyini, bundan başqa hadisə yaşayış kompleksinin ərazisində baş verdiyindən ətrafdan tanımadığı insanların keçib getdiklərini, İlhamdan başqa ona xəsarət yetirən digər şəxsin əvvəllər heç vaxt görmədiyini, həmin şəxsin təxminən 18-20 yaşlarında, 1,75 metr boya malik, arıq bədən quruluşlu oğlan olduğunu bildirmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Abşeron rayon Polis İdarəsinə ünvanlanmış 27 sentyabr 2022-ci il tarixli ərizə ona məxsusdur. Zərərçəkmiş şəxs atasıdır. Oğlu 2007-ci il təvəllüdlü olmaqla Bakı şəhəri Binəqədi rayonu 244 nömrəli tam orta məktəbin X sinfində təhsil alır. Təqsirləndirilən şəxs isə əvvəllər tanımamış, həmin şəxslə özü və ailə üzvləri arasında heç bir münasibət olmamışdır. 26 sentyabr 2022-ci il tarixdə saat 18:00 radələrində Abşeron rayonu Xırdalan şəhəri “AAAF Park” yaşayış kompleksində olduğu vaxt oğlu Kamilin istifadəsində olan ***- ***-**-** mobil nömrəsindən mobil telefonuna zəng gəlmişdir. Həmin zəngi cavablayanda danışan, səsini tanımadığı şəxs oğlunun yaşayış kompleksinin ərazisindəki məscidin yaxınlığında dava elədiyini demişdir. Bu zəngdən təxminən 5 dəqiqə sonra özünü məscidin yaxınlığına çatdırıb Kamilin burnunun qanamış vəziyyətdə olduğunu görmüşdür. Kamildən nə baş verdiyini soruşduqda, Kamil ona 2 nəfər şəxslə dalaşdığını, onlardan birinin adının İlham olduğunu, ancaq digərinin adını bilmədiyini söyləmişdir. Daha sonra oğluna təskinlik verərək evə aparmış və tibbi yardım göstərmişdir. Hadisənin təfərrüatları ilə maraqlananda məlum olmuşdur ki, 25 sentyabr 2022-ci il tarixdə saat 18:00 radələrində Kamil dostu Yusiflə birgə Xırdalan şəhərində yerləşən “Heydər parkı”nda gəzərkən oğlu Yusifin tanışı Əliyə mobil telefon vasitəsilə zəng etmiş və Əlini zarafatyana Xırdalan şəhəri 5 nömrəli tam orta məktəbin həyətinə çağırmış, oğlu sonradan Əliyə zəng edib zarafat etdiyini demiş, həmin gün saat 21:00 radələrində İlham oğluna zəng etsə də, Kamil zəngi qəbul etməmiş, buna görə də İlham “Whatsapp” sosial şəbəkəsi vasitəsilə ismarış yazaraq Kamilə görüşmək istədiyini bildirmiş, beləliklə, onlar 26 sentyabr 2022- ci il tarixdə saat 16:00-17:00 radələrində sözügedən məscidin yaxınlığında görüşmüşlər. Kamilin ona danışdıqlarına əsasən orada İlhamdan başqa 2 nəfər tanımadığı şəxs də olmuş, mübahisə zamanı İlham oğluma əl-qol atıb kobud rəftar etmiş, bu səbəbdən aralarında dava-dalaş yaranmış və həmin əsnada İlhamla yanaşı oğlunun adını bilmədiyi şəxslərdən biri də hadisəyə müdaxilə edib Kamili vurmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsindən görünür ki, V.Musibov adına Xırdalan şəhər 5 nömrəli tam orta məktəbin 10-cu sinfində təhsil alır. Zərərçəkmiş şəxs sinif yoldaşıdır. Kamili təxminən 2 ildir tanıyır. Təqsirləndirilən şəxs isə tanımır. Nə Kamil, nə də İlham ilə arasında heç bir düşmənçilik və ədavət olmamışdır. 25 sentyabr 2022-ci il tarixdə saat 18:00 radələrində sinif yoldaşları Kamil, Xəlil və Onur, onlardan başqa adını bilmədiyi bir nəfər oğlanla birlikdə Xırdalan şəhərində yerləşən “Heydər parkı”nda gəzərkən o, Kamilə tanışı Əliyə mobil telefon vasitəsilə zəng edib zarafat etməyi və Xırdalan şəhəri 5 nömrəli tam orta məktəbin həyətinə çağırmağı təklif etmişdir. Kamil onun Əli ilə zarafat etmək fikrini qəbul etdikdən sonra Əlinin mobil nömrəsini Kamilə vermişdir. Kamil mobil telefon vasitəsilə Əliyə zəng edərək özünü bir müddət əvvəl Əlinin baxışdığı qızın tanışı kimi təqdim etmiş və söhbət etmək üçün məktəbin həyətinə çağırmışdır. Əli oraya gələcəyini bildirməsinə baxmayaraq həmin gün gəlib çıxmamış və o, “Whatsapp” sosial şəbəkəsi vasitəsilə Əliyə ismarış yazıb zarafat etdiklərini bildirdikdən sonra yoldaşlarından ayrılıb evə getmişdir. Həmin gün saat 21:00 radələrində Kamil adı çəkilən sosial şəbəkədə ona ismarış yazıb İlham adlı şəxs tərəfindən ertəsi gün saat 15:00 radələrində söhbət etmək üçün “AAAF Park” yaşayış kompleksi ərazisindəki məscidin yaxınlığına çağırması barədə məlumat vermişdir. Kamilə qısa müddətdə əlaqə yaradacağını deyərək Əliyə ismarış yazmış və İlham adlı tanışına Kamilin zarafat etdiyini bildirməsini istəmişdir. Ancaq Əli ona İlhamın Kamili etdiyi zarafata görə deyil, danışıq tərzi xoşuna gəlmədiyinə görə söhbət etməyə çağırdığını bildirmişdir. Bundan sonra Kamilə ismarış yazıb İlhamın dediyi yerə getməməsini məsləhət görsə də, Kamil İlham adlı şəxslə görüşəcəyini, danışıb məsələni həll edəcəyini söyləmişdir. 26 sentyabr 2022-ci il tarixdə saat 21:00 radələrində evdə olarkən Kamil "Whatsapp” sosial şəbəkəsi vasitəsilə ona İlhamla görüşdüyünü, bu zaman aralarında dava-dalaş baş verdiyini, İlhamın yumruq və daşla burun nahiyəsindən xəsarətlər yetirdiyini yazmışdır. O, hadisədən elə həmin vaxt xəbər tutmuşdur. Bundan başqa Şahid2 hadisənin 2022-ci ilin sentyabr ayında baş verdiyini, mobil telefonunda olan proqramları bir neçə dəfə yenilədiyini, həmin vaxt yazışmaları sildiyini, bu səbəbdən Kamil və Əli ilə arasındakı yazışmaları, o cümlədən səsli mesajları istintaq orqanına təqdim edə bilməyəcəyini, Kamilin ona danışdıqlarına əsasən İlhamın danışıq tərzi xoşuna gəlmədiyi üçün Kamili görüşə çağırdığını, görüş zamanı aralarında yaranmış mübahisənin dava-dalaşa çevrilmişdiyini və dava-dalaş zamanı İlhamın Kamilə xəsarətlər yetirdiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, V.Musibov adına Xırdalan şəhər 5 nömrəli tam orta məktəbin 10-cu sinfində təhsil alır. Zərərçəkmiş şəxs onun dostudur. Kamili təxminən 2-3 ildir tanıyır. Təqsirləndirilən şəxs isə tanımır. Nə Kamil, nə də İlham ilə arasında heç bir düşmənçilik və ədavət olmamışdır. 25 sentyabr 2022-ci il tarixdə saat 18:00 radələrində dostları Kamil, Yusif, Onur və Əlicanla birlikdə Xırdalan şəhərində yerləşən “Heydər parkı”nda gəzərkən Yusif Kamilə tanışı Əliyə mobil telefon vasitəsilə zəng edib zarafat etməyi və Xırdalan şəhər 5 nömrəli tam orta məktəbin həyətinə çağırmağı təklif etmişdir. X8 ilə zarafat etmək təklifini qəbul etdikdən sonra Əlinin mobil nömrəsini Kamilə vermişdir. Kamil mobil telefon vasitəsilə Əliyə zəng edərək özünü bir müddət əvvəl Əlinin baxışdığı qızın tanışı kimi təqdim etmiş və qıza baxması ilə bağlı söhbət etmək üçün məktəbin həyətinə çağırmışdır. Əlinin oraya gələcəyini bildirməsinə baxmayaraq gəlib çıxmamış və o, bir qədər sonra yoldaşlarından ayrılıb evə getmişdir. 27 sentyabr 2022-ci il tarixdə səhər saatlarında məktəbdə olanda Kamilin əvvəlki gün, yəni 26 sentyabr 2022-ci il tarixdə saat 16:00 radələrində Əlinin tanışı İlhamla “AAAF Park” yaşayış kompleksinin ərazisindəki məscidin yaxınlığında görüşdüyünü, həmin vaxt aralarında yaranmış mübahisənin dava-dalaşa çevrildiyini və dava-dalaş zamanı İlhamın Kamilə burun nahiyəsindən xəsarətlər yetirdiyini öyrənmişdir. Ancaq hadisə baş verərkən orada olmadığı üçün hadisənin konkret hansı səbəbdən baş verdiyini bilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, V.Musibov adına Xırdalan şəhər 5 nömrəli tam orta məktəbin 10-cu sinfində təhsil alır. Təqsirləndirilən şəxs təxminən 3-4 ildir tanıyır, ancaq necə tanış olduqlarını xatırlamır. Zərərçəkmiş şəxs isə əvvəllər tanımamışdır. 25 sentyabr 2022-ci il tarixdə saat 18:00 radələrində Abşeron rayonu ərazisində olarkən istifadəsində olan ***-***-**-** mobil nömrəsinə tanımadığı və kimə məxsus olmasını bilmədiyi 055- ***-**-** mobil nömrəsindən zəng gəlmişdir. Zəngi cavablayanda danışan şəxs adının Əli olub-olmadığını soruşmuş, adının Əli olduğunu bildirdikdən sonra həmin şəxs adının Kamil olduğunu demiş və onun oxuduğu məktəbdə qıza baxdığını, qızın arxasınca düşdüyünü bildirmişdir. Heç bir qızın arxasınca düşmədiyini və heç kəsə baxmadığını bildirməsinə baxmayaraq Kamil adlı şəxs təkidlə qıza baxdığını diktə etmiş və “Göstərəcəm sənə qıza baxmaq necə olur” ifadəsini işlətməklə onu ertəsi gün saat 14:00-15:00 radələrində oxuduğu məktəbin qarşısına söhbət etməyə çağırmışdır. Kamilə qeyd etdiyi saatda abituriyent hazırlığında olacağını bildirsə də, Kamil “Məni maraqlandırmır, gələrsən” sözlərini demişdir. Həmin gün axşam saatlarında İlham mobil telefonuna zəng etmiş, ancaq cavab vermədiyindən istifadəsində olan “Whatsapp” sosial şəbəkəsinə ismarış yazaraq hal-əhval tutmuşdur. Həmin vaxt İlhama Kamil adlı şəxsin zəng edib onu narahat etdiyini və hədə-qorxu gəlməklə görüşə çağırdığını, ancaq görüşə çağırılan saatda hazırlığa gedəcəyini demişdir. İlham zəng edən şəxsin mobil nömrəsini istəyib həmin şəxslə özünün danışacağını söyləmişdir. O, İlhama Kamilin mobil nömrəsini verdikdən bir qədər sonra İlham ona zəng edərək “Bu mənim başımı xarab edib, özüm onunla səhər görüşəcəm” ifadəsini işlətmişdir. İlhamın zəngi ilə eyni vaxtda sinif yoldaşı Yusif ona adı çəkilən sosial şəbəkədə ismarış yazaraq Kamilin onunla zarafat etdiyini söyləmişdir. Bu barədə İlhama danışdıqda isə İlham “Artıq zarafatdan keçib, zarafatın başını burax, Kamillə şəxsən danışacam” cavabını vermişdir. Ertəsi gün, yəni 26 sentyabr 2022-ci il tarixdə saat 18:00 radələrində İlham mobil telefon vasitəsilə zəng edərək Kamil ilə görüşüb danışdığını, aralarında mübahisə yarandığını, mübahisə zamanı burun nahiyəsindən Kamilə xəsarət yetirdiyini söyləmişdir. İlhamdan nə üçün Kamili vurduğunu soruşanda, İlham söhbət edərkən Kamilin kobud tərzdə və yüksək səs tonu ilə danışmasına əsəbiləşdiyi üçün Kamili vurduğunu demişdir. Bundan təxminən bir həftə sonra isə İlham onunla əlaqə saxlayıb baş vermiş hadisəyə görə Kamilin atasının polisə şikayət etməsi barədə məlumat vermişdir. Bundan başqa Şahid4 2022-ci ilin sentyabr ayından etibarən mobil telefonunda olan proqramları bir neçə dəfə yenilədiyindən Yusif və İlhamla arasındakı yazışmaları sildiyini, bu səbəbdən həmin yazışmaları, o cümlədən səsli mesajları istintaq orqanına təqdim edə bilməyəcəyini bildirmişdir. Məhkəmədə Şahid5 elan olunmuş ifadəsindən görünür ki, V Musibov adına Xırdalan şəhər 5 nömrəli tam orta məktəbin 10-cu sinfində təhsil alır. Zərərçəkmiş şəxs sinif yoldaşları Şahid3 və Şahid2 dostudur. Təqsirləndirilən şəxs isə əvvəllər tanımamışdır. Nə Kamil, nə də İlhamla arasında heç bir düşmənçilik və ədavət olmamışdır. 25 sentyabr 2022-ci il tarixdə saat 18:00 radələrində Kamil, Xəlil, Yusif və sonradan oraya gələn Əlicanla birlikdə Xırdalan şəhərində yerləşən “Heydər parkfnda gəzərkən Yusif Kamilə tanışı Əliyə mobil telefon vasitəsilə zəng edib zarafat etməyi və Xırdalan şəhər 5 nömrəli tam orta məktəbin həyətinə çağırmağı təklif etmişdir. X8 ilə zarafat etmək təklifini qəbul etdikdən sonra Əlinin mobil nömrəsini Kamilə vermişdir. Kamil mobil telefon vasitəsilə Əliyə zəng edərək özünü bir müddət əvvəl Əlinin baxışdığı qızın tanışı kimi təqdim etmiş və qıza baxması ilə bağlı söhbət etmək üçün məktəbin həyətinə çağırmışdır. Əli oraya gələcəyini bildirməsinə baxmayaraq həmin gün gəlib çıxmamış və bir qədər sonra onlardan ayrılıb yaşadığı evə getdim. 27 sentyabr 2022-ci il tarixdə məktəbdən qayıdarkən Yusif mobil telefon vasitəsilə əlaqə saxlayıb Kamilin əvvəlki gün, yəni 26 sentyabr 2022-ci il tarixdə saat 16:00 radələrində Əlinin tanışı İlhamla “AAAF Park” yaşayış kompleksinin ərazisindəki məscidin yaxınlığında görüşdüyünü, həmin vaxt aralarında yaranmış mübahisənin dava-dalaşa çevrildiyini və dava-dalaş zamanı İlhamın Kamilə burun nahiyəsindən xəsarətlər yetirdiyini demişdir. Ancaq hadisə baş verərkən orada olmadığı üçün hadisənin konkret hansı səbəbdən baş verdiyini bilməmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” X7 Abşeron rayon şöbəsinin 03 oktyabr 2022-ci il tarixli 2279 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi və kliniki müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər - burunüstü nahiyənin əzilmiş-cırılmış yarası, burun tənəffüsünün pozulması ilə müşayiət olunan, burun sümüklərinin yerdəyişən qəlpəli sınıqları bərk küt əşyanın təsirindən törənmişdir; 26 sentyabr 2022-ci il tarixdə dava- dalaş zamanı yumruq zərbəsi ilə vurma nəticəsində əmələ gələ bilərdi; dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Təqsirləndirilən şəxs barəsində təyin edilmiş kompleks komisyon məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Məhkəmə-X4” X7 16 yanvar 2023-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzvi emosional labil pozuntu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ətrafında baş verən hadisələri anlamaq və qavramaq qabiliyyətindədir. O, cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham elan olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs özündən uydurmağa meyillilik əlamətləri aşkar olunmamışdır. Lakin fərdi-psixoloji xüsusiyyətlərinə görə situasiyanı öz xeyrinə yönəldib danışa bilər. Təqsirləndirilən şəxs dəyişkən əhvaliruhiyyəlik, emosional dayanıqsızlıq, hövsələsizlik, qıcığa qarşı həssaslıq, konfliktə meyillilik müəyyən edilmişdir. O, əqli və psixi inkişafı nəzərə alınmaqla yaranmış şəraitin mahiyyətini tam dərk etmək və davranışının mümkün nəticələrini görmək qabiliyyətinə malikdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 23 noyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Təqsirləndirilən şəxs 24 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-in 127.1 -ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ancaq Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan ittihamı elan etmək mümkün olmamışdır. 24 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs istintaqdan gizləndiyi üçün barəsində axtarış elan edilmiş və həmin tarixdə cinayət işi üzrə icraat dayandırılmışdır. 14 dekabr 2022-ci il tarixdə bir sıra istintaq hərəkətlərinin aparılması zərurəti yarandığından cinayət işi üzrə icraat təzələnərək ibtidai istintaq davam etdirilmişdir. 28 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs könüllü şəkildə Abşeron rayon Polis İdarəsinin İstintaq şöbəsinə gələrək özünü təqdim etmiş və həmin tarixdə tərəfimdən təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-in 127.1- ci maddəsində nəzərdə tutulan ittiham elan edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. 16 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsindən həmin Məcəllənin 127.2.3-cü maddəsinə tövsif edilmişdir. 16 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs tərəfimdən Azərbaycan Respublikası CM-in 127.2.3-cü maddəsi ilə yenidən ittiham elan olunmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidin ifadələri, eskpertlərin rəyləri sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən əməli törətməkdə təqsirli olması öz ifadəsindən başqa, zərərçəkmiş şəxsin, şahidin ifadəsi və ekspertin rəyi ilə tam sübuta yetirilmişdir. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” İş materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, təqsirləndirilən şəxs dəymiş zərərdən 1500 manat ödəmişdir.Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.14-cü maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, üzvi emosional labil pozuntu psixi pozuntusunun olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə-hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, onun cəzasını yüngülləşdirən halı, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 25 saat dövlət hesabına hüquqi yardım göstərmiş X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 150 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351-353, 356, 358 və 384-cümaddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu və Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 25 saat dövlət hesabına hüquqi yardım göstərmiş X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 150 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-292/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-292/2023
29.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver