Məhkəmə qərarları › İş №1(012)-292/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-292/2025

03.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-292/2025 03.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ X6 Ənvər qızının sədrliyi, Babayeva Validə Ramin qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron Rayyon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Neftçala rayonu, Abbasalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, "xxxx" QSC-də atıcı vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs hüquqi ünvanı ünvan 2vanda fəaliyyət göstərən və müxtəlif ad, çeşid və miqdarda spirtli və enerji içkilərinin istehsalını və satışını həyata keçirən “A+CO” Acıq Səhmdar Cəmiyyətinin satış təmsilçisi vəzifəsində işləyərkən Cəmiyyətlə aralarında bağlanmış 26 may 2023-cü il tarixli əmək və həmin tarixli tam maddi məsuliyyət haqqında müqavilələrə, habelə vəzifə təlimatına əsasən ona həvalə edilmiş sərvətlərin qorunub saxlanması, ona etibar edilmiş maddi sərvətlərin və görüləcək işlərin tam qeydinə qalması, eyni zamanda müəssisəyə ziyan vurmaması, rəhbərliyə vaxtı-vaxtında öhdəsində olan maddi sərvətlərin təhlükəsizliyi barədə yazılı məlumat verməsi, ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin dəqiq uçotunu aparması, maddi sərvətlərin inventarizasiyasında iştirak etməsi və öhdəsində olan maddi sərvətlərlə bağlı məsul şəxs kimi müqavilədə qeyd olunan digər öhdəlikləri yerinə yetirməyi üzərinə götürdüyü halda, həmin müqaviləyə əsasən maddi-məsul şəxs kimi “A+CO” ASC-nin məxsus olan malları Bakı şəhəri, Nizami rayonu ərazisində fəaliyyət göstərən ona təhkim olunmuş ticarət obyektlərinə Cəmiyyət tərəfindən müəyyən edilmiş qiymətlərə sataraq əldə etdiyi satış pulunu Cəmiyyətin xəzinəsinə mədaxil etməli olduğu halda, ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə talayıb qanunsuz olaraq ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə öz qulluq mövqeyindən istifadə edərək Bakı şəhəri, Nizami rayonu ərazisində fəaliyyət göstərən daimi müştərilər tərəfindən ona verilmiş sifarişlər barədə məlumatları "Tiger” mobil proqramı vasitəsi ilə ASC-yə ötürtükdən sonra, A+CO" ASC-dən satış üçün spirtli və enerji içkilərini qəbul edən, Cəmiyyətlə ticarət münasibətlərində olan daimi müştərilərdən ASC-yə məxsus məhsulların satılmasından əldə edilmiş pul vəsaitlərini xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində rəsmi sənəd olan hesab fakturaları əsasında müştərilərə çatdırılmış məhsullar üzrə sonuncular tərəfindən satış həyata keçirdikdən sonra 35 müştəri (satış nöqtəsi) üzrə, yəni “Sədi market” adlı müştəridən aldığı 9,71 manat, “Atena market” adlı müştəridən aldığı 128,76 manat, “Məhəllə İlkin market” adlı müştəridən aldığı 484,4 manat, “Məhəllə İlkin market 2” adlı müştəridən aldığı 84,4 manat, “Ülvü market” adlı müştəridən aldığı 200,43 manat, “Nərmin market” adlı müştəridən aldığı 1489,34 manat, “Ərzaq market” adlı müştəridən aldığı 345,37 manat, “İlqar market” adlı müştəridən aldığı 65,28 manat, “Mini market” adlı müştəridən aldığı 100,0 manat, “Mahir market” adlı müştəridən aldığı 575,35 manat, “Körpü market” adlı müştəridən aldığı 43,62 manat, “Lyuks market” adlı müştəridən aldığı 803,53 manat, “Azpetrol market” adlı müştəridən aldığı 1112,89 manat, “Fidan market” adlı müştəridən aldığı 250,0 manat, “Vip Şərab evi” adlı müştəridən aldığı 60,48 manat, “Əhliman market” adlı müştəridən aldığı 624,47 manat, “Dənizçi market” adlı müştəridən aldığı 8,82 manat, “Smoke market” adlı müştəridən aldığı 62,42 manat, “Bizim Elvin market” adlı müştəridən aldığı 1631,11 manat, “Fərid market” adlı müştəridən aldığı 620,54 manat, “Əmr market” adlı müştəridən aldığı 243,37 manat, “Veysəloğlu market” adlı müştəridən aldığı 561,88 manat, “Emin Seval” adlı müştəridən aldığı 248,15 manat, “Araz quru meyvə” adlı müştəridən aldığı 717,92 manat, “Ayla market” adlı müştəridən aldığı 246,99 manat, “Əkizlər market” adlı müştəridən aldığı 4912,91 manat, “Azconeet market" adlı müştəridən aldığı 1114,0 manat, “Hikmət market” adlı müştəridən aldığı 164,97 manat, “Mehran market” adlı müştəridən aldığı 1052,73 manat, “Kerba Servis” adlı müştəridən aldığı 56,33 manat, “Xalaoğlu market” adlı müştəridən aldığı 261,88 manat, “Sabah 1 market” adlı müştəridən aldığı 1114,98 manat, “Babək market” adlı müştəridən aldığı 196,80 manat, “MM Şərab evi” adlı müştəridən aldığı 1023,72 manat, “Redbul market” adlı müştəridən aldığı 10,85 manat olmaqla Cəmiyyətin hazır məhsul anbarından çıxarılmış və satış üçün tam maddi məsuliyyətinə götürdüyü ümumilikdə 20628,40 (iyirmi min altı yüz iyirmi səkkiz manat 40 qəpik) manat xeyli miqdarda pulu alıb "xxxx" elektron sisteminə ödənişlərin edilməsinə dair məlumatları daxil etməməklə və həmin pul vəsaitlərini kassaya mədaxil etməməklə, şəxsi ehtiyaclarına sərf edərək vahid niyyətlə öz qulluq mövqeyindən istifadə edib ona etibar edilmiş xeyli miqdarda özgə əmlakı olan pul vəsaitini mənimsəmə yolu ilə talamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, “A+CO” ASC-də 2023-cü ilin may ayından 2023-cü ilin sentyabr ayınadək satış təmsilçisi vəzifəsində işləmişdir. “A+CO” ASC qida və qeyri-qida sektorunda daxili və xarici bazarda davamlı istehsal, idxal və satış fəaliyyəti iş məşğul olan hüquqi şəxsdir. İşə götürülərkən onunla əmək və tam maddi məsuliyyət haqqında müqavilələr bağlanmışdır. “A+CO” ASC-də ekspeditor, yəni satış təmsilçisi kimi vəzifələri sifarişlərin müştərilərdən qəbul edilməsi və malların ödənişlərini müştərilərdən yığaraq xəzinəyə ödənilməsindən ibarət olmuşdur. Belə ki, o, müştərilərdən sifarişləri götürdükdən sonra ASC tərəfindən verilmiş terminal ilə həmin sifarişləri ASC-nin sisteminə ötürmüş və anbardan mal götürməyə gəldikdə artıq hansı müştəri üçün hansı maldan nə qədər götürəcəyini bilmişdir. Sifariş verdiyi malları anbardan ASC tərəfindən ona ayrılmış sürücülər satış fakturası əsasında qəbul edib, müştərilərə çatdırmışlar. Satış fakturalarını özü deyil, sürücülər imzalamışdır. Onunla işləyən malpaylayan sürücülərdən heç birinin adını bilmir, çünki ona ayrılmış, yəni onun sifariş verdiyi malları müştərilərə çatdıran sürücülər tez-tez dəyişilmiş və o, demək olar ki, sürücüləri görməmişdir. O, işlədiyi ərazidə müştərilərdə qalan pul qalığı artdığına görə ASC-nin rəhbərliyinin göstərişi əsasında xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək audit yoxlaması keçirilmişdir. “A+CO” ASC-nin satış məntəqələrində mövcud olan müxtəlif müştərilər üzrə uçot baza məlumatları ilə müştəri məlumatları arasında keçirilən yoxlama zamanı onun işlədiyi dövr ərzində, yəni xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 20628,40 manat dəyərində pulun çatışmazlığı aşkar edilmişdir. Hər gün satış təmsilçilərindən tələb edilmişdir ki, ərazi üzrə malları müxtəlif yollar ilə marketlərə satılsın. Bu səbəbdən də, o, 2023-cü ilin iyul ayı ərzində müxtəlif günlərdə ərazidə fərdi qaydada sahibkarlıq ilə məşğul olan Ramil adlı şəxsə şirkətə məxsus 10000,0 manat dəyərində olan spirtli və enerji içkiləri satmışdır. Ramil ilə onun arasında satış ilə bağlı hər hansı bir sənəd imzalanmamışdır. O, Ramilə qeyri-rəsmi olaraq qeyd etdiyi məbləğdə içkilər satmışdır. Cəmiyyətin andarından sürücü malları çıxartdıqda sonra həmin malı satış nöqtələrinə gətirib təhvil verib öz iş verinə qayıtmışdır. Onun həmin malları hara və kimə satması ilə bağlı sürücülərin məlumatı olmamışdır. Ramil həmin içkiləri qəbul etdikdən sonra ona 2023-cü ilin iyul ayının sonunadək 10000.0 manatı malın pulu geri qaytaracağını demişdir. 2023-cü ilin iyul ayının sonunda Ramil 10000.0 manat malın pulunu qaytarmamışdır. O, bir müddət Ramili axtarsa da, yerini tapa bilməmişdir. Bu səbəbdən də, işlədiyi ərazi üzrə 10000,0 manatlıq çatışmazlıq aşkar edilmişdir. Ramil ilə hər hansı əlaqəsi yoxdur. Ramilin harada yaşaması və şəxsiyyəti barədə heç bir məlumatı yoxdur. Yaranmış digər 10628,40 manat məbləğində çatışmazlıqla bağlı onu bildirmişdir ki, müştərilərdən aldığı malın pullarını o, Cəmiyyətin kassasına mədaxil etmiş, heç bir mənimsəmə halına yol verməmişdir. “A+CO” ASC-nin göstərdikləri, ekspertiza rəyi və audit yoxlamasının rəyi ilə razı deyildir. Müştərilərlə borc qalığına dair keçirilmiş üzləşdirmələr və ya təhvil təslim ilə bağlı cəmiyyətin nümayəndələri tərəfindən ona təqdim edilmiş üzləşdirmələrlə tanış olmuşdur. Həmin təhvil-təslim aktlardakı imzalar ona məxsusdur, həmin sənədlərə özü imza etmişdir. Əməlindən peşmandır. Hazırda zərərçəkmiş şəxsə dəymiş ziyanı tam şəkildə ödəmiş, onunla barışmışdır. X2, dəymiş zərərin 25 faizi miqdarında ödəniş qəbzlərini təqdim etmişdir. Hazırda zərərçəkmiş şəxsə dəymiş ziyanı tam şəkildə ödəmiş, onunla barışmışdır. Ona görə barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs “A+CO” ASC-nin nümayəndəsi X3 ifadəsində göstərmişdir ki, əsas vəzifələri işlədiyi şirkətə dair hüquqi normativ sənədlərin hazırlanması, şirkəti nümayəndəsi kimi dövlət orqanlarında və digər orqanlarda təmsil edilməsindən ibarətdir. “A+CO” ASC-də qida və qeyri- qida sektorunda daxili və xarici bazarda davamlı istehsal, idxal və satış fəaliyyəti iş məşğul olan hüquqi şəxsidir. O, Təqsirləndirilən şəxs tanıyır. Təqsirləndirilən şəxs 26 may 2023-cü il tarixdən əmək və maddi-məsuliyyət müqaviləsi əsasında “A+CO” ASC-də satış təmsilçisi vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs satış təmsilçisi kimi müştərilərdən sifarişlərin qəbul edərək “A+CO” ASC tərəfindən verilmiş "xxxx" adlanan terminal vasitəsi ilə ümumi sistemə ötürülməsindən və satdığı həmin malların ödənişlərini müştərilərdən alaraq ASC-nin kassasına mədaxil edilməsindən ibarətdir. Ümumi qaydaya əsasən satış təmsilçisi müştəriləndən qəbul etdiyi sifarişi terminal vasitəsi ilə ASC-nin ümumi sisteminə ötürdükdən sonra “A+CO” ASC-nin Logistika şöbəsinin operatorları yazılan sifarişləri ərazi üzrə sürücülər arasında “KYP” proqramı üzərindən bölgü aparıb sifarişləri anbara göndərir, daha sonra “anbar yükləmə sənədi” tərtib edilir, həmin sənədin təhvil verdi hissəsində anbardar imza çəkir, təhvil aldı hissəsində isə sürücü imza edir. Həmin sənəd 03 nüsxədə tərtib edilir, onlardan biri qalır anbardarda, ikinci nüsxəsi qalır sürücüdə, üçüncü nüsxəni isə Sürücü şirkətin ərazisini tərk edərkən şirkətin mühafizə xidmətinə təqdim edir. “KYP” proqramı “anbar yükləmə” sənədini avtomatik şəkildə tərtib edir və onları hər bir sürücünün gedəcək xətt üzrə yığılır. Bundan sonra anbardar və fəhlələr sifariş üzrə malları yığır, yoxlayır və mallar avtomobilə yüklənir. Həmin avtomobilin sürücüsü iş fəaliyyətinə başlayan zaman avtomobilin yük hissəsinə yığılmış malları anbar yükləmə sənədinə əsasən yoxlayır, təhvil aldı hissəsinə imza edir və malları müştərilərə çatdırılması üçün əraziyə yollanır. Bundan başqa satış təmsilçisi verdiyi sifariş əsasında anbar şöbəsinin operatoru tərəfindən sifariş sistem üzərindən fakturalaşdırılır, daha sonra “Satış fakturaları” üç nüsxədə çap olunur və mallar sürücüyə təhvil verilən zaman həmi çap olunan nüsxələr sürücüyə verilir. Hər bir sürücünün öz xüsusi kodu olan ştamplar vardır, onlar imzanı əvəz edir və sürücülər malları satış nöqtələrinə təhvil verən zaman satış fakturalarında özü ştampını vurur, təhvil verdiyi müştəri tərəfindən imzalanır, həmin satış fakturanın bir nüsxəsi qalır müştəridə, ikinci nüsxəsi sürücüdə, üçüncü nüsxə isə sürücü tərəfindən “A+CO” ASC-nin Logistika şöbəsinə təhvil verilir. Sonradan satış təmsilçisi ASC-nin Logistika şöbəsinə gəlib həmin satış fakturasını imzalayır. Satış fakturasında satış təmsilçisinin adı, soyadı, müştərinin adı, sifariş olunmuş malların adları, miqdarı, qiymətləri, habelə satış fakturasında göstərilən malların ümumi qiyməti və həmin müştəriyə edilmiş endirimin məbləği göstərilir. Bundan sonra satış təmsilçiləri hər ayın sonunda satdığı həmin malların ödənişlərini yığıb ASC-nin kassasına mədaxil edirlər. Bəzi ödənişlərin yığılması bir neçə ay uzanır. Bundan başqa satış təmsilçisi müştərilərdən ödənişləri aldıqdan sonra ödəniş etmiş müştəri və ödənişin məbləği barədə məlumatları özündə olan terminal vasitəsi ilə sistemə işləyir və ödəniş qəbzinə satış təmsilçisi tərəfindən imza edildikdən sonra “A+CO” ASC-yə gəlib həmin ödəniş qəbzini müştərinin adından kassaya ödəyir. Ümumi qaydalara əsasən satış təmsilçisi ödənişlə bağlı məlumatları terminala işləməsə, kassa həmin ödənişi qəbul etmir. Təqsirləndirilən şəxs işlədiyi ərazidə müştərilərdə qalan pul qalığı artdığına görə ASC-nin rəhbərliyinin göstərişi əsasında xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək audit yoxlaması keçirilmişdir. “A+CO” ASC-nin satış məntəqələrində mövcud olan müxtəlif müştərilər üzrə uçot baza məlumatları ilə müştəri məlumatları arasında keçirilən üzləşmə zamanı Cəmiyyətin satış təmsilçisi Təqsirləndirilən şəxs işlədiyi dövr ərzində, yəni xx.xx.2023- cü il tarixdən xx.xx.2023-cü il tarixədək onun hesabında 20628,40 manat dəyərində pulun çatışmazlığı aşkar edilmişdir. Üzləşmə zamanı təhvil-təslim aktları tərtib olunmuş və müştərilər “A+CO” ASC-yə olan borclarını həmin aktları imzalamaqla təsdiq etmişlər. Təqsirləndirilən şəxs təhvil-təslimdə iştirak etmiş və təhvil-təslim aktları ilə tanış olaraq həmin aktları imza etmişdir. Təqsirləndirilən şəxs fəaliyyəti müstəqil auditor tərəfindən yoxlanılmış və onun hesabında 20628.40 manat çatışmazlıq olması müəyyən olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 20628.40 manat satış pulunu müştərilərdən almasına baxmayaraq ASC-nin kassasına mədaxil etməyib mənimsəmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilimiş Şahid1 ifadəsində göstərmişdir ki, 2020-ci ilin fevral ayından müxtəlif vəzifələrdə işləməklə hazırda “A+CO” ASC-nin Audit şöbəsinin müdiri vəzifəsində işləyir. “A+CO” ASC-də qida və qeyri-qida sektorunda daxili və xarici bazarda davamlı istehsal, idxal və satış fəaliyyəti iş məşğul olan hüquqi şəxsidir. Onun vəzifəsi təftiş şöbəsinin mütəxəssislərinə nəzarət, təftişçilər tərəfindən şöbəyə təqdim edilmiş məlumatları yoxlayaraq analiz etməkdən ibarətdir. O, Təqsirləndirilən şəxs tanıyır. Təqsirləndirilən şəxs 26 may 2023-cü il tarixdən əmək və maddi-məsuliyyət müqaviləsi əsasında “A+CO” ASC-də satış təmsilçisi vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs satış təmsilçisi kimi müştərilərdən sifarişlərin qəbul edərək “A+CO” ASC tərəfindən verilmiş "xxxx" adlanan terminal vasitəsi ilə ümumi sistemə ötürülməsindən və satdığı həmin malların ödənişlərini müştərilərdən alaraq ASC-nin kassasına mədaxil edilməsindən ibarətdir. Ümumi qaydaya əsasən satış təmsilçisi müştəriləndən qəbul etdiyi sifarişi terminal vasitəsi ilə ASC-nin ümumi sisteminə ötürdükdən sonra “A+CO” ASC-nin Logistika şöbəsinin operatorları yazılan sifarişləri ərazi üzrə sürücülər arasında “KYP” proqramı üzərindən bölgü aparıb sifarişləri anbara göndərir, daha sonra “anbar yükləmə sənədi” tərtib edilir, həmin sənədin təhvil verdi hissəsində anbardar imza çəkir, təhvil aldı hissəsində isə sürücü imza edir. Həmin sənəd 03 nüsxədə tərtib edilir, onlardan biri qalır anbardarda, ikinci nüsxəsi qalır sürücüdə, üçüncü nüsxəni isə sürücü şirkətin ərazisini tərk edərkən şirkətin mühafizə xidmətinə təqdim edir. Onu da qeyd edim ki, “KYP” proqramı “anbar yükləmə” sənədini avtomatik şəkildə tərtib edir və onları hər bir sürücünün gedəcək xətt üzrə yığılır. Bundan sonra anbardar və fəhlələr sifariş üzrə malları yığır, yoxlayır və mallar avtomobilə yüklənir. Həmin avtomobilin sürücüsü iş fəaliyyətinə başlayan zaman avtomobilin yük hissəsinə yığılmış malları anbar yükləmə sənədinə əsasən yoxlayır, təhvil aldı hissəsinə imza edir və malları müştərilərə çatdırılması üçün əraziyə yollanır. Bundan başqa satış təmsilçisi verdiyi sifariş əsasında anbar şöbəsinin operatoru tərəfindən sifariş sistem üzərindən fakturalaşdırılır, daha sonra “Satış fakturaları” üç nüsxədə çap olunur və mallar sürücüyə təhvil verilən zaman həmi çap olunan nüsxələr sürücüyə verilir. Hər bir sürücünün öz xüsusi kodu olan ştamplar vardır, onlar imzanı əvəz edir və sürücülər malları satış nöqtələrinə təhvil verən zaman satış fakturalarında özü ştampını vurur, təhvil verdiyi müştəri tərəfindən imzalanır, həmin satış fakturanın bir nüsxəsi qalır müştəridə, ikinci nüsxəsi sürücüdə, üçüncü nüsxə isə sürücü tərəfindən “A+CO” ASC-nin Logistika şöbəsinə təhvil verilir. Sonradan satış təmsilçisi ASC-nin Logistika şöbəsinə gəlib həmin satış fakturasını imzalayır. Satış fakturasında satış təmsilçisinin adı, soyadı, müştərinin adı, sifariş olunmuş malların adları, miqdarı, qiymətləri, habelə satış fakturasında göstərilən malların ümumi qiyməti və həmin müştəriyə edilmiş endirimin məbləği göstərilir. Bundan sonra satış təmsilçiləri hər ayın sonunda satdığı həmin malların ödənişlərini yığıb ASC-nin kassasına mədaxil edirlər. Bəzi ödənişlərin yığılması bir neçə ay uzanır. Bundan başqa satış təmsilçisi müştərilərdən ödənişləri aldıqdan sonra ödəniş etmiş müştəri və ödənişin məbləği barədə məlumatları özündə olan terminal vasitəsi ilə sistemə işləyir və ödəniş qəbzinə satış təmsilçisi tərəfindən imza edildikdən sonra “A+CO” ASC-yə gəlib həmin ödəniş qəbzini müştərinin adından kassaya ödəyir. Ümumi qaydalara əsasən satış təmsilçisi ödənişlə bağlı məlumatları terminala işləməsə, kassa həmin ödənişi qəbul etmir. Təqsirləndirilən şəxs işlədiyi ərazidə müştərilərdə qalan pul qalığı artdığına görə ASC-nin rəhbərliyinin göstərişi əsasında xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək audit yoxlaması keçirilmişdir. “A+CO” ASC-nin satış məntəqələrində mövcud olan müxtəlif müştərilər üzrə uçot baza məlumatları ilə müştəri məlumatları arasında keçirilən üzləşmə zamanı Cəmiyyətin satış təmsilçisi Təqsirləndirilən şəxs işlədiyi dövr ərzində, yəni xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək onun hesabında 20.628,40 manat dəyərində pulun çatışmazlığı aşkar edilmişdir. Üzləşmə zamanı təhvil-təslim aktları tərtib olunmuş və müştərilər “A+CO” ASC-yə olan borclarını həmin aktları imzalamaqla təsdiq etmişlər. Təqsirləndirilən şəxs də təhvil-təslimdə iştirak etmiş və təhvil- təslim aktları ilə tanış olaraq həmin aktları imza etmişdir. Təqsirləndirilən şəxs fəaliyyəti müstəqil auditor tərəfindən yoxlanılmış və onun hesabında 20.628,40 manat çatışmazlıq olması müəyyən olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 20.628,40 manat satış pulunu müştərilərdən almasına baxmayaraq ASC-nin kassasına mədaxil etməyib mənimsəmişdir. Qeyd olunan inventarizasiya aktında soyadının qarşısındakı imza ona məxsusdur. Təqsirləndirilən şəxs invertarizasiya aktı tərtib edildikdən sonra şirkət tərəfindən dəvət edilmiş, lakin Təqsirləndirilən şəxs gəlməkdən imtina etmiş, bu səbəbdən də, invertarizasiya aktında Təqsirləndirilən şəxs imzası olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilimiş Şahid2 ifadəsində göstərmişdir ki, 2021-ci ilin noyabr ayından müxtəlif vəzifələrdə işləməklə hazırda “A+CO” ASC-nin Audit şöbəsinin təftiş üzrə mütəxəssis vəzifəsində işləyir. “A+CO” ASC-də qida və qeyri-qida sektorunda daxili və xarici bazarda davamlı istehsal, idxal və satış fəaliyyəti iş məşğul olan hüquqi şəxsidir. Onun vəzifəsi debitor borcların yoxlanması və gündəlik satış təmsilçilərinin fəaliyyətlərinin yoxlanılmasından ibarətdir. O, Təqsirləndirilən şəxs tanıyır. Təqsirləndirilən şəxs 26 may 2023-cü il tarixdən əmək və maddi-məsuliyyət müqaviləsi əsasında “A+CO” ASC-də satış təmsilçisi vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs satış təmsilçisi kimi müştərilərdən sifarişlərin qəbul edərək “A+CO”ASC tərəfindən verilmiş "xxxx" adlanan terminal vasitəsi ilə ümumi sistemə ötürülməsindən və satdığı həmin malların ödənişlərini müştərilərdən alaraq ASC-nin kassasına mədaxil edilməsindən ibarətdir. Ümumi qaydaya əsasən satış təmsilçisi müştəriləndən qəbul etdiyi sifarişi terminal vasitəsi ilə ASC-nin ümumi sisteminə ötürdükdən sonra “A+CO” ASC-nin Logistika şöbəsinin operatorları yazılan sifarişləri ərazi üzrə sürücülər arasında “KYP” proqramı üzərindən bölgü aparıb sifarişləri anbara göndərir, daha sonra “anbar yükləmə sənədi” tərtib edilir, həmin sənədin təhvil verdi hissəsində anbardar imza çəkir, təhvil aldı hissəsində isə sürücü imza edir. Həmin sənəd 03 nüsxədə tərtib edilir, onlardan biri qalır anbardarda, ikinci nüsxəsi qalır sürücüdə, üçüncü nüsxəni isə sürücü şirkətin ərazisini tərk edərkən şirkətin mühafizə xidmətinə təqdim edir. “KYP” proqramı “anbar yükləmə” sənədini avtomatik şəkildə tərtib edir və onları hər bir sürücünün gedəcək xətt üzrə yığılır. Bundan sonra anbardar və fəhlələr sifariş üzrə malları yığır, yoxlayır və mallar avtomobilə yüklənir. Həmin avtomobilin sürücüsü iş fəaliyyətinə başlayan zaman avtomobilin yük hissəsinə yığılmış malları anbar yükləmə sənədinə əsasən yoxlayır, təhvil aldı hissəsinə imza edir və malları müştərilərə çatdırılması üçün əraziyə yollanır. Bundan başqa satış təmsilçisi verdiyi sifariş əsasında anbar şöbəsinin operatoru tərəfindən sifariş sistem üzərindən fakturalaşdırılır, daha sonra “Satış fakturaları” üç nüsxədə çap olunur və mallar sürücüyə təhvil verilən zaman həmi çap olunan nüsxələr sürücüyə verilir. Hər bir sürücünün öz xüsusi kodu olan ştamplar vardır, onlar imzanı əvəz edir və sürücülər malları satış nöqtələrinə təhvil verən zaman satış fakturalarında özü ştampını vurur, təhvil verdiyi müştəri tərəfindən imzalanır, həmin satış fakturanın bir nüsxəsi qalır müştəridə, ikinci nüsxəsi sürücüdə, üçüncü nüsxə isə sürücü tərəfindən “A+CO” ASC-nin Logistika şöbəsinə təhvil verilir. Sonradan satış təmsilçisi ASC-nin Logistika şöbəsinə gəlib həmin satış fakturasını imzalayır. Satış fakturasında satış təmsilçisinin adı, soyadı, müştərinin adı, sifariş olunmuş malların adları, miqdarı, qiymətləri, habelə satış fakturasında göstərilən malların ümumi qiyməti və həmin müştəriyə edilmiş endirimin məbləği göstərilir. Bundan sonra satış təmsilçiləri hər ayın sonunda satdığı həmin malların ödənişlərini yığıb ASC-nin kassasına mədaxil edirlər. Bəzi ödənişlərin yığılması bir neçə ay uzanır. Bundan başqa satış təmsilçisi müştərilərdən ödənişləri aldıqdan sonra ödəniş etmiş müştəri və ödənişin məbləği barədə məlumatları özündə olan terminal vasitəsi ilə sistemə işləyir və ödəniş qəbzinə satış təmsilçisi tərəfindən imza edildikdən sonra “A+CO” ASC-yə gəlib həmin ödəniş qəbzini müştərinin adından kassaya ödəyir. Ümumi qaydalara əsasən satış təmsilçisi ödənişlə bağlı məlumatları terminala işləməsə, kassa həmin ödənişi qəbul etmir. Təqsirləndirilən şəxs işlədiyi ərazidə müştərilərdə qalan pul qalığı artdığına görə ASC-nin rəhbərliyinin göstərişi əsasında xx.xx.2023-cü il tarixdən 17.11,2023-cü il tarixədək audit yoxlaması keçirilmişdir. “A+CO” ASC-nin satış məntəqələrində mövcud olan müxtəlif müştərilər üzrə uçot baza məlumatları ilə müştəri məlumatları arasında keçirilən üzləşmə zamanı Cəmiyyətin satış təmsilçisi Təqsirləndirilən şəxs işlədiyi dövr ərzində, yəni xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək onun hesabında 20628,40 manat dəyərində pulun çatışmazlığı aşkar edilmişdir. Üzləşmə zamanı təhvil-təslim aktları tərtib olunmuş və müştərilər “A+CO” ASC-yə olan borclarını həmin aktları imzalamaqla təsdiq etmişlər. Təhvil-təslim aktı onun tərəfindən tərtib edilmiş və imzalanmışdır. Üzləşmə zamanı Təqsirləndirilən şəxs təhvil-təslim aktlarını imzalamışdır. Təqsirləndirilən şəxs fəaliyyəti müstəqil auditor tərəfindən yoxlanılmış və Çingizin hesabında 20628,40 manat çatışmazlıq olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs 20628,40 manat satış pulunu müştərilərdən almasına baxmayaraq ASC-nin kassasına mədaxil etməyib mənimsəmişdir. O, Təqsirləndirilən şəxs “A+CO” ASC-də işləyən ekspeditor, yəni satış təmsilçisi kimi tanımışdır. Təqsirləndirilən şəxs ilə yalnız iş yoldaşı kimi münasibəti olmuşdur. Təqsirləndirilən şəxs “A+CO” ASC-də satış təmsilçisi kimi fəaliyyətinə satış meneceri, bölgə müdiri və təftişçi kimi onun tərəfindən nəzarət edilmişdir. Təqsirləndirilən şəxs “A+CO” ASC-də ekspeditor, yəni satış təmsilçisi kimi vəzifələri sifarişlərin müştərilərdən qəbul edilməsi, həvalə edilmiş bölgədə müəssisəyə məxsus ərzaq mallarının topdan və parakəndə satışını təşkil etməsi, rəhbərlik tərəfindən təyin edilmiş aylıq planın ödənilməsini təmin etməsi, satış təmsilçilərin vəzifə təlimatında göstərilən bütün öhdəlikləri yerinə yetirilməsindən ibarət olmuşdur. İnventarizasiya aktı “A+CO” ASCnin maliyyə və audit şöbəsi tərəfindən toplanmışdır. İnventarizasiya aktında onun soyadının qarşısındakı imza ona məxsusdur. Təqsirləndirilən şəxs invertarizasiya aktı tərtib edildikdən sonra şirkət tərəfindən dəvət edilmiş, lakin Təqsirləndirilən şəxs gəlməkdən imtina etmiş, bu səbəbdən də, invertarizasiya aktında Təqsirləndirilən şəxs imzası yoxdur. Təhvil-təslim zamanı ASC-nin uçot məlumatına əsasən satış nöqtəsi üzrə borc qalığı 7637,91 manat olmuş, müştəri isə şirkətə faktiki olaraq 100 manat borc qalığının olmasını təsdiq etmişdir. O, sonradan şirkətə gedərək sistem üzərində borc qalıqlarına baxaraq müəyyən etmişdir ki, “Əkizlər” marketin şirkətə faktiki olaraq 4912.91 manat məbləğində borc qalığı olmuşdur. Bu səbəbdən də, o, təkrarən həmin ticarət obyektinə gedərək qalıq borcunun 7537,28 manat təşkil etmədiyini, borc qalığının 4912,91 manat təşkil etdiyini bildirmişdir. Həmin vaxt “Əkizlər” marketin nümayəndəsi faktiki olaraq marketin şirkətə 100 manat borcun olduğunu bildirmiş və təhvil-təslim aktına bununla bağlı qeydlər edərək öz imzası ilə təsdiq etmişdir. Təqsirləndirilən şəxs Cəmiyyətdə təxminən 2 aya yaxın həmin vəzifəni icra etmişdir. Avtomobillərin vasitəsi ilə satış nöqtələrinə çatdırılan mallar ASC-nin Logistika şöbəsi məşğul olur. Həmin avtomobilləri onlar bölür və xətt üzrə əraziyə buraxır. 2023-cü ilin iyul ayında ASC-nin anbarından Təqsirləndirilən şəxs sifarişi ilə mallar avtomobillər vasitəsi ilə təhkim olunmuş əraziyə daşınmışdır. Təqsirləndirilən şəxs təhkim olunduğu ərazidə marketlərdən ödəniləcək pul məbləğləri az olduğu səbəbindən ASC-nin satış meneceri Şahid5 satış nöqtələrinə çıxıb ödənişlərin vaxtında olmaması ilə bağlı maraqlanmışdır. O, Təqsirləndirilən şəxs bildirdiyi Ramil adlı şəxsi tanımır və görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilimiş Şahid4 ifadəsində göstərmişdir ki, 23 fevral 2023-cü il tarixdək 24 fevral 2024-cü il tarixədək “A+CO” Açıq Səhmdar Cəmiyyətində satış şöbəsinin müdiri vəzifəsində işləmişdir. “A+CO” ASC qida və qeyriqida sektorunda daxili və xarici bazarda davamlı istehsal, idxal və satış fəaliyyəti ilə məşğul olan hüquqi şəxsidir. “A+CO” ASC-də işləyən satış şöbəsinin menecerləri və bölgə müdirləri məhz bir başa ona tabe olmuşlar. Onun vəzifəsi gündəlik satışların analizi, ərazi üzrə market və mağazalarda vəziyyətin yoxlanılması, ümumi komandanın idarə edilməsi və satış prosesi vaxtı yaranan problemləri aradan qaldırmaq nəzarət etməkdən ibarətdir. O, Təqsirləndirilən şəxs tanıyır. Təqsirləndirilən şəxs 26 may 2023-cü il tarixdən əmək və maddi-məsuliyyət müqaviləsi əsasında “A+CO” ASC-də satış təmsilçisi vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs satış təmsilçisi kimi müştərilərdən sifarişlərin qəbul edərək “A+CO” ASC tərəfindən verilmiş "xxxx" adlanan terminal vasitəsi ilə ümumi sistemə ötürülməsindən və satdığı həmin malların ödənişlərini müştərilərdən alaraq ASC-nin kassasına mədaxil edilməsindən ibarətdir. Ümumi qaydaya əsasən satış təmsilçisi müştəriləndən qəbul etdiyi sifarişi terminal vasitəsi ilə ASC-nin ümumi sisteminə ötürdükdən sonra “A+CO” ASC-nin Logistika şöbəsinin operatorları yazılan sifarişləri ərazi üzrə sürücülər arasında “KYP” proqramı üzərindən bölgü aparıb sifarişləri anbara göndərir, daha sonra “anbar yükləmə sənədi” tərtib edilir, həmin sənədin təhvil verdi hissəsində anbardar imza çəkir, təhvil aldı hissəsində isə sürücü imza edir. Həmin sənəd 03 nüsxədə tərtib edilir, onlardan biri qalır anbardarda, ikinci nüsxəsi qalır sürücüdə, üçüncü nüsxəni sürücü ərazini tərk edərkən şirkətin mühafizə xidmətinə təqdim edir. “KYP” proqramı “anbar yükləmə” sənədini avtomatik şəkildə tərtib edir və onları hər bir sürücünün gedəcək xətt üzrə yığılır. Bundan sonra anbardar və fəhlələr sifariş üzrə malları yığır, yoxlayır və mallar avtomobilə yüklənir. Həmin avtomobilin sürücüsü iş fəaliyyətinə başlayan zaman avtomobilin yük hissəsinə yığılmış malları anbar yükləmə sənədinə əsasən yoxlayır, təhvil aldı hissəsinə imza edir və malları müştərilərə çatdırılması üçün ərazi yollanır. Bundan başqa satış təmsilçisi verdiyi sifariş əsasında anbar şöbəsinin operatoru tərəfindən sifariş sistem üzərindən fakturalaşdırılır, daha sonra “Satış fakturaları” üç nüsxədə çap olunur və mallar sürücüyə təhvil verilən zaman sürücüyə verilir. Hər bir sürücünün öz xüsusi kodu olan ştamplar vardır, onlar imzanı əvəz edir və sürücülər malları satış nöqtələrinə təhvil verən zaman satış fakturalarında özü ştampını vurur, təhvil verdiyi müştəri tərəfindən imzalanır, həmin satış fakturanın bir nüsxəsi qalır müştəridə, ikinci nüsxəsi sürücüdə, üçüncü nüsxə isə sürücü tərəfindən “A+CO” ASC-nin Logistika şöbəsinə təhvil verilir. Sonradan satış təmsilçisi ASC-nin Logistika şöbəsinə gəlib həmin satış fakturasını imzalayır. Satış fakturasında satış təmsilçisinin adı, soyadı, müştərinin adı, sifariş olunmuş malların adları, miqdarı, qiymətləri, habelə satış fakturasında göstərilən malların ümumi qiyməti və həmin müştəriyə edilmiş endirimin məbləği göstərilir. Bundan sonra satış təmsilçiləri hər ayın sonunda satdığı həmin malların ödənişlərini yığıb ASC-nin kassasına mədaxil edirlər. Bəzi ödənişlərin yığılması bir neçə ay uzanır. Bundan başqa satış təmsilçisi müştərilərdən ödənişləri aldıqdan sonra ödəniş etmiş müştəri və ödənişin məbləği barədə məlumatları özündə olan terminal vasitəsi ilə sistemə işləyir və ödəniş qəbzinə satış təmsilçisi tərəfindən imza edildikdən sonra “A+CO” ASC-yə gəlib həmin ödəniş qəbzini müştərinin adından kassaya ödəyir. Ümumi qaydalara əsasən satış təmsilçisi ödənişlə bağlı məlumatları terminala işləməsə, kassa həmin ödənişi qəbul etmir. Təqsirləndirilən şəxs işlədiyi ərazidə müştərilərdə qalan pul qalığı artdığına görə ASC-nin rəhbərliyinin göstərişi əsasında xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək audit yoxlaması keçirilmişdir. “A+CO” ASC-nin satış məntəqələrində mövcud olan müxtəlif müştərilər üzrə uçot baza məlumatları ilə müştəri məlumatları arasında keçirilən üzləşmə zamanı Cəmiyyətin satış təmsilçisi Təqsirləndirilən şəxs işlədiyi dövr ərzində, yəni xx.xx.2023-cü il tarixdən xx.xx.2023- cü il tarixədək Çingizin hesabında 20628,40 manat dəyərində pulun çatışmazlığı aşkar edilmişdir. Üzləşmə zamanı təhvil-təslim aktları tərtib olunmuş və müştərilər “A+CO” ASC-yə olan borclarını həmin aktları imzalamaqla təsdiq etmişlər. Üzləşmə zamanı Təqsirləndirilən şəxs də iştirak etmiş və təhvil-təslim aktlarını imzalamışdır. Təqsirləndirilən şəxs fəaliyyəti müstəqil auditor tərəfindən yoxlanılmış və onun hesabında 20628,40 manat çatışmazlıq olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs 20628,40 manat satış pulunu müştərilərdən almasına baxmayaraq ASC-nin kassasına mədaxil etməyib mənimsəmişdir. Təqsirləndirilən şəxs “A+CO” ASC-də ekspeditoru, yəni satış təmsilçisi kimi tanıyır. Təqsirləndirilən şəxs ilə yalnız iş yoldaşı kimi münasibəti olmuş, Çingiz təcrübəli işçi olmuşdur. Təqsirləndirilən şəxs “A+CO” ASC-də satış təmsilçisi kimi fəaliyyətinə satış meneceri, bölgə müdiri və əraziyə üzrə təftişçi tərəfindən nəzarət edilmişdir. Təqsirləndirilən şəxs “A+CO” ASC-də ekspeditor, yəni satış təmsilçisi kimi vəzifələri sifarişlərin müştərilərdən qəbul edilməsi, həvalə edilmiş bölgədə müəssisəyə məxsus ərzaq mallarının topdan və parakəndə satışını təşkil etməsi, rəhbərlik tərəfindən təyin edilmiş aylıq planın ödənilməsini təmin etməsi, satış təmsilçilərin vəzifə təlimatında göstərilən bütün öhdəlikləri yerinə yetirilməsindən ibarət olmuşdur. Təqsirləndirilən şəxs işlədiyi ərazi üzrə müştərilərdə qalan pul qalığı artdığına görə “A+CO” ASC-nin rəhbərliyinin göstərişi əsasında şirkətin daxili auditi tərəfindən audit yoxlaması keçirilmiş və auditor presudurlarının aparılmasına dair aktı tərtib edilmişdir. Həmin aktda Təqsirləndirilən şəxs təhvil-təslim aktı ilə öhdəsinə satış obyektlərində satılmamış 30498,69 manatlıq mal qalıqlarını xx.xx.2024-cü il tarixdə qəbul etdiyi, sifarişi ilə anbardan satış nöqtələrinə 55274,10 manatlıq mal buraxıldığı, 297,89 manatlıq malların anbara qaytarıldığı, mal satışında 11651,53 manat mallara endirim, hədiyyə və güzəştlər olunduğu, ASC-nin kassasına 22944,29 manat pul ödənildiyi, uçot üzrə 50879,08 manatlıq mallara qarşı satış nöqtələrində 30250,68 manatlıq satılmamış mal qalığının olduğu göstərilmişdir. İnventarizasiya aktında göstərilən məbləğlər “A+CO” ASCnin maliyyə və audit şöbəsi tərəfindən araşdırılmış və toplanmışdır. İnventarizasiya aktında onun soyadının qarşısındakı imza ona məxsusdur. Məhkəmə iclasında şahid qismində dindirilimiş Şahid18 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən “Kerba Servis” adlı marketi işlədir. Market ərzaq və gündəlik təlabat mallarının satışını həyata keçirir. Marketdə olan malların idxalı üçün bir çox firmalarla əməkdaşlıq edir. Həmin firmalardan biri də “A+CO” ASC olmuşdur. “A+CO” ASC-də satış təmsilçiləri işləmiş Məhəmməd Mürsəlovu, xx.xx.2023-cü il tarixdən satış təmsilçisi işləməyə başlamış Təqsirləndirilən şəxs tanıyır. Həmin satış təmsilçilərinin vasitəsi ilə sahibi olduğu satış nöqtəsində satışı mümkün olan müxtəlif növ içkilər barədə sifarişlər vermişdir. Malların satış qiymətlərini razılaşdırmışdır. Verdiyi sifarişlərə uğun satış obyektinə dediyi miqdarda mallar gətirilmişdir. Malları satandan sonra satış təmsilçiləri malın satıldığını ondan mobil telefonla öyrənəndən sonra malın pulunu götürmüşlər. Təqsirləndirilən şəxs verdiyi sifarişi ASC tərəfindən istifadəsinə verilmiş planşetlə məlumatları ondan götürüb, pulları ondan alandan sonra da planşetlə ASC-nin sisteminə, yəni terminalına məlumat vermişdir. “A+CO” ASC-nə aid içkilərin satış təmsilçisi X4 Həmzəyevin cavabdehliyinə 149,71 manatlıq malların verilməsinə dair həmin cəmiyyətin təftiş üzrə mütəxəssisi Şahid2 iştirakı ilə xx.xx.2023-cü il tarixli təhvil-təslim aktı ilə tanış olmuşdur. Həmin miqdarda mallar onun, satış təmsilçisi Təqsirləndirilən şəxs, təftiş üzrə mütəxəssis Şahid2 iştirakı ilə “Kerba” servisdə mövcudluğu yoxlanılmış, yoxlama zamanı satış obyektində satılmamış 149,71 manat mal qalığı aşkar edilmişdir. Təhvil təslim-aktında soyadı qarşısındakı imza onundur, həmin imzanı özü çəkmişdir. “Kerba Servis”də xx.xx.2023-cü il tarixə satılmamış mal qalığı 149,71 manat olmuşdur. Həmin məbləğin mövcudluğunu bir daha təsdiq edir. Verdiyi sifarişlərlə 2023-cü ilin iyulavqust aylarında sahibi olduğu satış nöqtəsinə 654,48 manatlıq mal daxil olmuşdur. Satılmış mallara 78,86 manat hədiyyə və endirim tətbiq edilmişdir. ASC-nin anbarına satılmamış mal qaytarılmamışdır. ASC-nin kassasına 233,0 manat pul ödənilməsini dəqiq bilmir. Çünki pulları ASC-nin kassasına Təqsirləndirilən şəxs özü ödəmişdir. xx.xx.2023-cü il tarixə cəmiyyətin uçot məlumatlarına əsasən 492,33 manatlıq mala qarşı yerində 436,0 manat məbləğində satılmamış mal qalığı olduğunu təsdiq edir, lakin apardığı qeydlərə əsasən əksik gəlmə kimi aktda göstərilən 56,33 manat malın satış pulunu satış təmsilçisi Təqsirləndirilən şəxs şəxsən özü vermişdir. Onun apardığı uçot qeydiyyatına əsasən “A+CO” ASC-yə heç bir borcu yoxdur. O, Təqsirləndirilən şəxs ümumilikdə 289,0 manat miqdarında satış pulu vermişdir. Ondan aldığı və Cəmiyyətin kassasına ödəmədiyi 56,33 manat pul barəsində yalnız xx.xx.2023-cü il tarixdə məlumatı olmuşdur. xx.xx.2023-cü il tarixli satış fakturası ilə 77,28 manatlıq, xx.xx.2023-cü il tarixli satış fakturası ilə 89,76 manatlıq, xx.xx.2023-cü il tarixli satış fakturası ilə 217,8 manatlıq, həmin tarixdə 269,64 manatlıq, ümumilikdə 654,48 manatlıq malların “Kerba Servis” marketə malların təhvilinə dair satış fakturaları ilə tanış olmuşdur. Tanış olduğu satış fakturaları ilə göstərilən tarixlərdə “A+CO” ASC-nə məxsus malları “Kerba” servisdə satma üçün qəbul etmişdir. Malları qəbul edən zaman sürücünün təqdim etdiyi satış fakturasına imza edib götürmüşdür. Satış fakturalarında “təhvil aldı” qrafalarında olan imzalar onundur, özü icra etmişdir. Həmin vaxtlarda qəbul etdiyi mallardan satış təmsilçisi Təqsirləndirilən şəxs satılmamış mallardan başqa yerdə satılma üçün verdiyi hallar olmamışdır. Bu barədə onların arasında söhbət olmamışdır. Aralarında satışı mümkün olan malların onun sahibi olduğu “Kerba Servis”də satılması və satılmış malın pulunun verilməsi bardə olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: 17 noyabr 2023-cü il tarixli, 63 nömrəli audit hesabatından (rəy) görünür ki, “A+CO” ASC-də satış təmsilçisi vəzifəsində işləmiş Təqsirləndirilən şəxs işlədiyi dövr ərzində satış üçün öhdəsinə 55274,10 manat dəyərində mal qəbul etmiş, 22994,29 manat dəyərində satılmış malın pulu ödənilmiş, malın Cəmiyyət tərəfindən endirim, hədiyyə və güzəşt nəzərə alınaraq 11651,53 manat dəyərində malın pulu Təqsirləndirilən şəxs hesabından azaldılmış, 297,89 manat dəyərində mal Cəmiyyətinin anbarına qaytarılmış, 50879,08 manat dəyərində mal xx.xx.2023-cü il tarixə uçot üzrə qalıq qalmış, dövrün sonuna faktiki 30250,68 manat dəyərində mal qalığı qalmışdır. Nəticədə Təqsirləndirilən şəxs tərəfindən 20628,40 (iyirmi min altı yüz iyirmi səkkiz manat 40 qəpik) manat nağd pul vəsaitini müştərilərdən almasına baxmayaraq cəmiyyətin xəzinəsinə ödəməyərək dövriyyədən yayındırmışdır. Məhkəmə-mühasibatlıq ekspertizasının 25 yanvar 2024-cü il tarixli, 9/473 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs “A+CO” ASC-də satış təmsilçisi vəzifəsində işlədiyi dövrdə hesabında 20628,40 (iyirmi min altı yüz iyirmi səkkiz manat 40 qəpik) manat satış pulu çatışmazlığı qalması müəyyən müəyyən olunur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə ittiham elan olunmuşdur. “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi barədə” xx.xx.2024-cü il tarixli qərardan və bu barədə iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli və xx.xx.2025-ci il tarixli qəbzlərdən görünür ki, zərərçəkmiş şəxsə dəymiş 20628.40 manat zərərin 25%-i, yəni 5157.10 manat Təqsirləndirilən şəxs tərəfindən dövlət nəfinə ödənilmişdir. Zərərçəkmiş şəxs “A+CO” ASC tərəfindən elektron kabinet vasitəsilə göndərilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs dəymiş ziyanı tam şəkildə ödədiyi üçün barışmışlar və heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs tərəfindən yazılmış xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, o iş üzrə zərərçəkmiş şəxs “A+CO” ASC-yə vurduğu ziyanı tam şəkildə ödəmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə özünü təqsirli bilir, əməlindən peşmandır. X2 dəymiş zərərin 25 faizi miqdarında ödəniş qəbzlərini təqdim etmişdir. Onun barəsində başlanılmış iş üzrə cinayət işinə xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin ifadəsini və iş materiallarını araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə cinayət təqibi üzrə icraata xitam verilməlidir. Hal-hazırda qüvvədə olan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2ci maddəsinə əsasən Bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1 -ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət Prossesual Məcəlləsinin 39.1.11 -ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda başlanılmış cinayət təqibinə xitam verilir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, dəymiş ziyanı tamamilə ödəməsini və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsulliyətindən azad edilməklə barəsində olan cinayət təqibinə xitam verilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. Bundan başqa, təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə məhkəmə xərci və maddi sübut yoxdur. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CMnin 73, CPM-nin 43 və 321 -ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4- cü maddələri ilə cinayət məsuliyətindən azad edilməklə barəsində olan cinayət təqibi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxsə məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə məhkəmə xərci və maddi sübut yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya protesti və ya şikayəti verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar