Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-293/2023 16.10.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanda yaşamış, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı əsasən Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs özgənin əmlakını aldatma yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək sonuncunun 2019-2021-ci illər ərzində Abşeron RPİ-nin Post Patrul Xidməti Bölüyündə polis nəfəri vəzifəsində xidmət etmiş və xidmətdə yol verdiyi nöqsanlara görə xx.xx.2021-ci ildə xidmətdən xaric olunmuş oğlu Şahid 3500 manat müqabilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi vasitəsilə yenidən xidmətə bərpa etdirəcəyinə yalandan vəd verib 14 oktyabr 2021-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, 26-ci məhəllədə yerləşən e- Manat elektron ödəmə terminalından onun 5315-9921-4583-4112 nömrəli Bank of Baku Kart hesabına göndərilmiş 1700 manat, 15 oktyabr 2021-ci il tarixdə həmin ödəmə terminalı vasitəsilə 5315-9921-4583-4112 nömrəli Bank of Baku Kart hesabına göndərilmiş 200 manat, 05 noyabr 2021-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Quba yolu 14-cü km, “Halal” marketdə yerləşdirilmiş e-Manat elektron ödəmə terminalından onun 5315-9921-4583-4112 nömrəli Bank of Baku Kart hesabına göndərilmiş 100 manat pulunu və sonuncu dəfə bundan 6-7 gün sonra Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsində 1700 manat pulunu vahid niyyətlə alıb ələ keçirməklə Zərərçəkmiş şəxs ümumilikdə 3700 manat ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanda ailəsi ilə birlikdə yaşayır və hazırda azadlığın məhdudlaşdırılması növündə cəza çəkir. Zərərçəkmiş şəxs onun barəsində etdiyi şikayəti ilə bağlı bildirir ki, həqiqətən də o, Zərərçəkmiş şəxs 2021-ci ilin oktyabr ayının əvvəllərindən tanıyır. Belə ki, Zərərçəkmiş şəxs Abşeron RPİ-nin PPXB-nin polis nəfəri vəzifəsində xidmət etmiş oğlu Şahid 2021-ci ilin oktyabr ayının əvvəllərində xidmətdə yol verdiyi nöqsanlara görə xidmətdən azad olunduğu üçün həmin ərəfədə Zərərçəkmiş şəxs ona zəng edərək oğlu X4 Nazirliyində yenidən işə bərpa olunmasına köməklik göstərə-bilib-bilməyəcəyimi soruşmuşdur. O, da həmin vaxt Kamilə bu işdə köməklik göstərə biləcəyinə söz verdiyi üçün xx.xx.2021-ci il tarixdə günorta saatlarında Bakı şəhərində Elmlər Akademiyası metrostansiyasının yaxınlığında Kamil və oğlu Şahinlə görüşüb bu barədə bir qədər söhbət etmişlər. Söhbət əsnasında o, Kamilə bildirmişdir ki, Daxili İşlər Nazirliyində işləyən bir neçə tanışları var. Ona görə də 5000 manat müqabilində oğlu X4 Nazirliyində yenidən xidmətə bərpa olunmasına köməklik edə bilər. Kamil həmin vaxt ona 5000 manatının olmadığını bildirmiş və onlar bir qədər də bu barədə danışdıqdan sonra 3500 manat müqabilində həmin işi həll edəcəyinə söz verib oğlu Şahinin şəxsiyyət vəsiqəsinin ksero surətini onlardan götürmüşdür. Həmin gün axşam saat 19 radələrində o, Kamil ilə telefon əlaqəsi saxlayıb guya ki, bir qədər sonra DİN-də işləyən tanışları ilə görüşəcəyini, bu işə görə də razılaşdıqları 3500 manatın 1700 manatını onun kartına göndərməyi bildirdiyinə görə Kamil bir qədər sonra, yəni xx.xx.2021-ci il tarixdə saat 19:30 radələrində onun 5315- 9921-4583-4112 nömrəli Bank of Baku kart hesabına 1700 manat göndərmişdir. Bundan bir gün sonra, yəni xx.xx.2021-ci il tarixdə o, yenidən Kamilə zəng edərək guya ki, işin düzəlməsi üçün 200 manat lazım olduğunu demişdir. Ona görə də Kamil həmin gün saat 19 radələrində həmin plastik kartına 200 manat göndərmiş və o, 2021-ci ilin noyabr ayının 25-nə kimi oğlu Şahinin işə bərpa olunması məsələsinin həll olunacağına söz vermişdir. xx.xx.2021-ci ildə o, yenidən Zərərçəkmiş şəxs zəng edib bu işlə bağlı məhkəmə prosesi olacağını, qətnamə çıxacağını deyib 100 manat da göndərməyi bildirmişdir. Ona görə də Kamil həmin gün saat 12:30 radələrində onun kart hesabına 100 manat da göndərmişdir. Bundan təxminən 6-7 gün sonra o, yenə də Kamilə zəng edərək işin düzəlmə ərəfəsində olduğunu bildirib qalan 1500 manatı çatdırmağını, həmçinin işin həlli üçün bir neçə nəfər şəxslə mobil telefonla danışmalı olduğunu bildirib əlavə olaraq 200 manat da çatdırmağını bildirmişdir. Ona görə də onlar həmin gün saat 18 radələrində Xırdalan şəhəri, Qalubiyyə küçəsində yerləşən H.Əliyev parkının qarşısında görüşmüşlər və həmin vaxt Kamil ilə o, bu barədə bir qədər də söhbət etdikdən sonra Kamil ona 1700 manat da vermişdir. Lakin sonrakı vaxtlarda o, vədinə əməl edə bilməmiş və Kamildən aldığı həmin 3700 manat pulu öz ehtiyaclarına xərcləmişdir. Zərərçəkmiş şəxs da ona yalan danışdığını, həmçinin ondan aldığı ümumilikdə 3700 manat pulu geri qaytarmadığına görə onun barəsində şikayət etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, barəsində şikayət etdiyi şəxs Təqsirləndirilən şəxs 2021-ci ilin oktyabr ayının əvvəllərində tanımışdır. Belə ki, oğlu Şahid 2019-2021-ci illər ərzində Abşeron RPİ-nin PPXB-nin polis nəfəri vəzifəsində xidmət etmişdir. Lakin oğlu Şahin xidmətdə yol verdiyi nöqsanlara görə xx.xx.2021-ci ildə xidmətdən azad olunmuşdur. Ona görə də o, həmin ərəfədə oğlu Şahinin tanışı olan Ramin adlı şəxslə Xırdalan şəhərində görüşüb söhbət edən zaman Ramil Şahinin işə bərpa olunması barədə onlara kömək edə biləcək Elçin adlı tanışının olduğunu demişdir. Ona görə də o, həmin vaxt Ramindən Elçinin mobil telefon nömrəsini alıb onunla əlaqə saxlayıb Raminin tanışı olduğunu bildirmiş və oğlu Şahinin yenidən işə bərpa olunması üçün ona köməklik göstərə-bilibbilməyəcəyini soruşmuşdur. Elçin də həmin vaxt ona bu işdə köməklik göstərə biləcəyinə söz verdiyi üçün o, xx.xx.2021-ci il tarixdə günorta saatlarında oğlu Şahinlə birlikdə Bakı şəhərində Elmlər Akademiyası metrostansiyasının yaxınlığına gedib həmin yerdə Elçinlə görüşüb bu barədə bir qədər söhbət etmişlər. Söhbət əsnasında Elçin ona Nazirin sürücüsü olduğunu, ona görə də Daxili İşlər Nazirliyində işləyən şöbə rəisləri Hicran və Mehman adlı şəxslərin vasitəsilə oğlu X4 Nazirliyində yenidən xidmətə bərpa olunmasına köməklik edə biləcəyini, bu işə görə də ondan 5000 manat alacağını demişdir. O, Elçinlə bu barədə bir qədər də söhbət edərək imkanının zəif olduğunu bildirdikdən sonra Elçin bu işi ona 3500 manat müqabilində həll edəcəyinə söz vermiş və Şahinin şəxsiyyət vəsiqəsinin ksero surətini onlardan alaraq sağollaşıb getmişdir. Həmin gün axşam saat 19 radələrində Elçin ona zəng edərək bir qədər sonra DİN-də şöbə rəisi işləyən Hicran adlı tanışı ilə görüşəcəyini, bu işə görə də razılaşdıqları məbləğin, yəni 3500 manatın 1700 manatını onun kartına göndərməyini bildirmişdir. Belə ki, həmin vaxt Elçin 1700 manatı oğlu Şahinin işə bərpa olunmasını həll etməsi üçün ilkin məbləğ olaraq Hicrana verəcəyini bildirmişdir. Ona görə də o, həmin gün, yəni xx.xx.2021-ci il tarixdə saat 19:27-də Xırdalan şəhəri, 26-cı məhəllədə yerləşən “Könül” marketə gedərək həmin marketdə yerləşdirilmiş elektron ödəmə terminalı vasitəsilə Elçinin ona verdiyi 5315-9921-4583-4112 nömrəli Bank of Baku kart hesabına 1700 manat göndərmişdir. Bundan bir gün sonra, yəni xx.xx.2021-ci il tarixdə Elçin yenidən ona zəng edərək sənədləri məhkəməyə təqdim etçək üçün 200 manat lazım olduğunu demişdir. Ona görə də o, həmin gün saat 19:00-da yenə də Xırdalan şəhəri, 26-cı məhəllədə yerləşən “Könül” marketə gedib Elçinin kartına 200 manat göndərmişdir. Bundan sonrakı günlərdə də o, Elçinlə bir neçə dəfə telefon əlaqəsi saxlayan zaman o, 2021-ci ilin noyabr ayının 25-nə kimi Şahinin işə bərpa olunması məsələsinin həll olunacağına əminliklə söz vermişdir. xx.xx.2021-ci ildə Elçin yenə də ona zəng edib bu işlə bağlı məhkəmə prosesi olacağını, qətnamə çıxacağını deyib 100 manat da göndərməyini bildirmişdir. Ona görə də o, həmin gün saat 12:37-də yaşadığı evin yaxınlığında yerləşən “Halal” marketə gedərək elektron ödəmə terminalı vasitəsilə Elçinin kart hesabına 100 manat da göndərmişdir. Bundan təxminən 6-7 gün sonra Elçin ona zəng edərək işin düzəldiyini bildirib qalan 1500 manatı və işin həlli üçün bir neçə nəfərlə telefonla danışmalı olduğu üçün əlavə olaraq 200 manat pulu indi çatdlırmağını bildirmişdir. Bu səbəbdən də o, həmin gün Elçinlə Xırdalan şəhəri, Qalubiyyə küçəsində yerləşən H.Əliyev parkının qarşısında görüşüb bu barədə bir qədər də söhbət edən zaman Elçin ona oğlu Şahinin yeni ilə kimi vəsiqəsini alacağını bildirmişdir. Bundan sonra o, həmin vaxt Elçinə 3700 manat pulu da vermişdir. 2022-ci ilin yanvar ayının əvvəllərində çoxsaylı zənglərindən sonra o, oğlu Şahinlə birlikdə Elçinlə xx.xx.2022-ci il tarixdə Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində yerləşən “Nübar” adlı kafedə görüşüb işlə bağlı söhbət edən zaman Elçin Hicran və Mehman adlı tanışlarının bu işi həll edə bilmədiklərini, buna baxmayaraq Daxili İşlər Nazirliyində Cəlil adlı tanışının olduğunu bildirib, işi onun vasitəsilə düzəldəcəyinə söz vermişdir. O, həmin vaxt Elçinə iş düzəlmirsə ona verdiyi ümumilikdə 3700 manat pulunu geri qaytarmasını bildirdikdə isə Elçin həmin pulu Hicran və Mehman adlı tanışlarına verdiyini, buna baxmayaraq həmin pulu sonunculardan alaraq Cəlil adlı tanışına yönəltməklə işi həll edəcəyinə söz vermişdir. Bundan sonrakı vaxtlarda o, Elçinə bir neçə dəfə zəng etsə də o, müxtəlif bəhanələr gətirdiyi üçün onunla görüşə bilməmişdir. xx.xx.2022-ci ildə Elçinlə Xırdalan şəhəri, 28-ci məhəllədə görüşüb bu barədə bir daha söhbət edərək işin düzəlməməsi səbəbindən pulunu geri qaytarmasını bildirdikdə isə Elçin ona vaxt verməyini, Xaçmaz rayonunda torpaq sahəsinin olduğunu, həmin torpaq sahəsini sataraq onun 3700 manat pulunu geri qaytaracağına söz versə də bundan sonrakı vaxtlarda vədinə əməl etməmiş və onun mobil nömrəsini öz telefonunun qara siyahısına salaraq onu aldatmışdır. Bu səbəbdən də o, xx.xx.2022-ci il tarixdə Abşeron rayon polis idarəsinə ərizə ilə müraciət edərək bu barədə müvafiq tədbir görülməsini xahiş etmişdir. Bildirir ki, Elçinlə aralarında bu barədə danışarkən o, oğlu X4 Nazirliyində yenidən xidmətə bərpa olunmağını 3700 manat müqabilində həll edəcəyinə əminliklə söz verib onu inandırmışdır. Həmçinin sonrakı vaxtlarda Elçinlə aralarında bu barədə yenə də danışarkən Elçin bu işi həll edə bilməyəcəyi halda ondan aldığı ümumilikdə 3700 manat pulun 2 qatını ona qaytaracağına söz verdiyi üçün əvvəlki ifadəsində Elçinə bu məqsədlə ümumilikdə 7000 manat verdiyini bildirmişdir. Əslində isə o, Elçinə oğlu Şahini DİN-də yenidən xidmətə bərpa etdirməsi məqsədilə hissə-hissə olmaqla, yəni 1700 manat, 200 manat, 100 manat və 1700 manat olmaqla ümumilikdə 3700 manat vermişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə, 1 nömrəli yataqxana, mənzil 544-də qeydiyyatda olmaqla həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. Mahiyyəti üzrə bildirir ki, barəsində şikayət etdikləri şəxs Təqsirləndirilən şəxsdur. Belə ki, 2019-2021-ci illər ərzində o, Abşeron RPİ-nin PPXB-nin polis nəfəri vəzifəsində xidmət etmişdir. Lakin 2021-ci ilin oktyabr ayının əvvəllərində xidmətdə yol verdiyi nöqsanlara görə xidmətdən azad olunmuşdur. Həmin ərəfədə tanışı Ramin adlı şəxs ona Elçin adlı tanışının onun yenidən xidmətə bərpa olunmağına köməklik edə biləcəyini dedyi üçün atası Kamil Elçinlə telefon əlaqəsi saxlayıb onun işə bərpa olunma məsələsini həll edə bilib-bilməyəcəyini soruşmuşdur. Elçin də atasına bu işdə köməklik göstərə biləcəyinə söz verdiyi üçün atası ilə o, xx.xx.2021-ci il tarixdə Bakı şəhərində Elmlər Akademiyası metrostansiyasının yaxınlığına gedib həmin yerdə Elçinlə görüşüb bu barədə bir daha söhbət etmişlər. Söhbət əsnasında X6 Nazirliyində işləyən şöbə rəisləri Hicran və Mehman adlı şəxslərin vasitəsilə onun Daxili İşlər Nazirliyində yenidən xidmətə bərpa olunmağına köməklik edə biləcəyini, bu işə görə də onlardan 5000 manat alacağını demişdir. Həmin vaxt atası Elçinlə bu barədə bir qədər də söhbət edərək imkanlarının zəif olduğunu bildirdikdən sonra Elçin bu işi onlara 3500 manat müqabilində həll edəcəyinə söz vermiş və onlar sağollaşaraq ayrılmışlar. Bundan təxminən 2-3 saat sonra Elçin onun atası Kamilə zəng edərək bir qədər sonra şöbə rəisi işləyən Hicran adlı tanışı ilə görüşəcəyini, bu işə görə də razılaşdıqları məbləğin, yəni 3500 manatın 1700 manatını kartına göndərməklərini bildirmişdir. Ona görə də atası Kamil həmin gün, yəni xx.xx.2021-ci il tarixdə saat 19:27-də Xırdalan şəhəri, 26-cı məhəllədə yerləşən “Könül” marketə gedərək həmin marketdə yerləşdirilmiş elektron ödəmə terminalı vasitəsilə Elçinin 5315-9921-4583-4112 nömrəli Bank of Baku kart hesabına 1700 manat göndərmişdir. Bundan bir gün sonra, yəni xx.xx.2021-ci il tarixdə Elçin yenidən atasına zəng edərək bu işlə bağlı ona 200 manat da göndərməyi bildirmişdir. Ona görə də atası həmin gün saat 19:00-da yenə də həmin “Könül” marketə gedib Elçinin kartına 200 manat göndərmişdir. Bundan sonra onlar Elçinlə bir neçə dəfə telefon əlaqəsi saxlayan zaman o, 2021-ci ilin noyabr ayının 25-nə kimi işin düzxələcəyinə qəti olaraq söz vermişdir. xx.xx.2021-ci ildə Elçin yenə də atasına zəng edib bu işlə bağlı məhkəmə prosesi olacağını, qətnamə çıxacağını deyib 100 manat göndərməyi bildirmişdir. Ona görə də atası həmin gün saat 12:37-də yaşadıqları evin yaxınlığında yerləşən “Halal” marketə gedərək elektron ödəmə terminalı vasitəsilə Elçinin kart hesabına 100 manat da göndərmişdir. 2021-ci ilin noyabr ayının əvvəllərində axşam saatlarında evə gəldiyi zaman atası Kamil ona bildirmişdir ki, Elçin ona zəng edərək işin düzəlmə ərəfəsində olduğunu, ona görə də qalan 1500 manatı və işin həlli üçün bir neçə nəfərlə telefonla danışmalıolduğu üçün əlavə olaraq 200 manat pulu indi çatdlırmağı bildirdiyi üçün atası həmin gün Elçinlə Xırdalan şəhəri, Qalubiyyə küçəsində yerləşən H.Əliyev parkının qarşısında görüşüb Elçinə 1700 manat da vermişdir. Bundan sonrakı günlərdə də işin düzəlmədiyini gördükləri üçün xx.xx.2022-ci il tarixdə o, atası ilə birlikdə Elçinlə Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində yerləşən “Nübar” adlı kafedə görüşüb işlə bağlı söhbət edən zaman Elçin Hicran və Mehman adlı tanışlarının bu işi həll edə bilmədiklərini, buna baxmayaraq Daxili İşlər Nazirliyində Cəlil adlı tanışının olduğunu, işi onun vasitəsilə düzəldəcəyinə söz vermişdir. Onlar həmin vaxt Elçinə iş düzəlmirsə ona verdikləri ümumilikdə 3700 manat pulu geri qaytarmasını bildirdikdə isə o, yenə də qısa müddət ərzində işi həll edəcəyinə söz vermişdir. Buna baxmayaraq Elçin yenə də verdiyi vədinə əməl etməyərək onları aldatmışdır. Əlavə olaraq bildirir ki, atası Kamil və o, Elçinlə aralarında bu barədə danışarkən Elçin onun Daxili İşlər Nazirliyində yenidən xidmətə bərpa olunmağını 3700 manat müqabilində həll edəcəyinə əminləklə söz verib onları inandırmışdır. Həmçinin sonrakı vaxtlarda Elçinlə aralarında bu barədə yenə də danışarkən Elçin onun Daxili İşlər Nazirliyində yenidən xidmətə bərpa olunmağını həll edə bilməyəcəyi halda onlardan aldığı 3700 manat pulun 2 qatını onlara qaytaracağına söz verdiyi üçün ilkin araşdırma zamanı Elçinə ümumilikdə 7000 manat verdiklərini bildirmişdir. Əslində isə atası Kamil Elçinə bu işlə bağlı hissə-hissə olmaqla 3700 manat vermişdir. Elçin isə vədinə əməl etməyərək atası Kamilə qarşı dələduzluq etmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ittiham elan edilməsinə və onunla bir sıra istintaq hərəkətlərinin yerinə yetirilməsinə zərurət yarandığı üçün Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq, MSY-ə təhvil verilmişdir. Cinayət işi üzrə icraatın təzələnməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraat təzələnmişdir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-in 69.3-cü maddəsinə əsasən 02 il 08 ay 24 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Sumqayıt şəhər probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-in 69.3-cü maddəsinə əsasən 02 il 08 ay 24 gün azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuş Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixədək cəzasının 06 ay 29 gün hissəsini çəkmiş, cəzasının çəkilməmiş hissəsi 02 il 01 ay 25 gün təşqil edir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin tələblərini pozduğuna görə barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. xx.xx.2023-cü il tarixdə daxil olmuş, Abşeron RPİ-in xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraat təzələnmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Təqsirləndirilən şəxs barəsindəki cinayət işinin məhkəmə tədqiqi zamanı işin müəyyən olunmuş faktiki halları ilə tam təsdiq edilmişdir ki, o, dələduzluq cinayətini məhz aldatma və etibardan sui-istifadə etmə yolu ilə törətmişdir, əmlak (pul) sahibi olan zərərçəkmiş şəxs də öz əmlakını (pulunu) onun yalan vədlərinin təsiri altında könüllü surətdə vermişdir, təqsirləndirilən şəxs niyyəti əmlakı (pulu) ələ keçirərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, zərərçəkmiş şəxsin pulunun əvəzsiz və qanunsuz olaraq ələ keçirilməsinə yönəlmişdir, hansı ki, nəticə etibarı ilə o, bu məqsəd və niyyətinə çatmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün və zərərçəkmiş şəxsin ifadələrinin, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələrinin, mütəxəssis rəyinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi dələduzluq əməlləri Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinəəsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «İnsan Hüquqlarının və X2 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə məhkumluqla bağlı qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” 08 iyul 2008-ci il tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 25 may 2009-cu il tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə əsasən,“… məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə minməsi ilə yaranır.” Digər tərəfdən, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 06 sentyabr 2010-cu il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə “Cinayət Məcəlləsində “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq təfsir edilməlidir. Başqa yanaşma Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinin pozulmasına, əməlin əsassız olaraq residiv kimi qiymətləndirilməsinə, şəxsə daha ağır cəzanın təyin edilməsinə, onun vəziyyətinin qanuni əsaslar olmadan pisləşməsinə gətirib çıxarmış olar.” Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsi (vurulmuş zərərin həcminin çox olması) onun sabit kriminal meyilliliyinə dəlalət etməsini, zərərçəkmiş şəxsin şikayətçi olmasını, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi ədalət prinsipi baxımından qanuni, əsaslı və məqsədə müvafiqdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası CM-nin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 iyul 2022-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, Azərbaycan Respublikası CM-nin 66.1-66.4-cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. Həmin qərarda izah edilir ki, «CM-nin 66.5-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə vahid cəza təyin edilməli və birinci hökmə əsasən çəkilən cəza isə qəti cəza müddətinə hesablanmalıdır. Beləliklə, şəxsin birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törətdiyi başqa cinayətə görə təqsirli bilindiyi halda, ona eyni, yəni CM-nin 66.1-66.4-cü maddələrində müəyyən edilən cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsini və birinci hökmə əsasən çəkilən cəzanın qəti cəza müddətinə hesablanmasını nəzərdə tutmuşdur. Cinayətlərin məcmusunun mövcud olduğu hər bir halda, o cümlədən birinci hökm üzrə cəzanın çəkilib qurtardığı halda da müvafiq qaydada cəza təyin edilməsi mütləqdir». Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən əvvəl hazırkı iş üzrə təqsirli olduğu müəyyən olduğuna görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə barəbar tutulur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 66.5 və 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməklə, hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il 08 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirilməklə, ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Abşeron rayon polis idarəsində həbsdə saxlanıldığı 02 gün müddət və Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmiş hissəsi 06 ay 29 gün müddət, azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan ödənilməmiş, onun tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı qanunla müəyyən edilmiş müddətdə və qaydada mülki iddia verilməmişdir, Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır, belə olan halda, məhkəmə hesab edir ki, göstərilənlərə əsasən zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilər, ona bu hüquqları izah edilməlidir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut yoxdur; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X3 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul, məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.5 və 68.1.1-1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 01 il müddətinə azadlıqdan məhrum etmə cəzası Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il 08 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplansın və Təqsirləndirilən şəxs 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Abşeron rayon polis idarəsində həbsdə saxlanıldığı 02 gün müddət və Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çəkdiyi 06 ay 29 gün müddət, azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrumetmənin bir gününə bərabər tutulmaqla nəzərə alınsın, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 il 08 ay 13 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınsın. Zərəçəkmiş şəxsə təqsirləndirilən şəxsə qarşı dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ olması izah edilsin. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X3 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 manat məbləğində pul, məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-293/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-293/2023
16.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver