Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-294/2021 19.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1977-ci ildə Qırğızıstan Respublikası, Kant şəhərində anadan olmuş, Azərbayacan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəl məhkum olunmuş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə 23.10.2020-ci il tarixdə saat 11:22 radələrində tanışı Şahid məxsus VAZ 21011 markalı, **- BC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Abşeron rayonu, 28-ci məhəllə, ərazisində yerləşən yeni inşa edilmiş hündürmərtəbəli binanın qarşısına gəlmiş, hündürmərtəbəli binanın ümumi istifadəsində olan otağına daxil olaraq asılqandan asılmış, həmin binada fəhlə işləyən vaxt Zərərçəkmiş şəxs2 məxsus göy rəngli cins şalvarın cibindən 200 manat məbləğində nağd pulu və Zərərçəkmiş şəxs1 məxsus göy rəngli cins şalvarın cibindən 100 manat məbləğində pulu və sonuncuya məxsus bir ədəd 30 manat dəyərində qara rəngli dəri gödəkçəni talayaraq binadan çıxdıqda Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 onun qanunsuz törətdiyi hərəkətləri görməsinə məhəl qoymayıb qaçaraq özgənin cəmi 330 manat dəyərində əmlakını açıq talayıb binadan çıxdıqda, Zərərçəkmiş şəxs1 məxsus bir ədəd dəri gödəkçəni binanın qarşısında yerə atmış və hadisə yerinə gəldiyi VAZ 21011 markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşərək hadisə yerindən uzaqlaşıb zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs2 200 manat məbləğində və Zərərçəkmiş şəxs1 130 manat dəyərində pulunu və əmlakını açıq talamaqla soyğunçuluq etmişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs oğlu ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, 23.10.2020-ci il tarixdə saat təxminən 11:00 radələrində tanışı Qəriblə təsadüfən görüşmüş və onunla birlikdə yeyib-içməyi təklif etmiş, Qərib özünə məxsus qırmızı rəngli VAZ 21011 markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə gəlmiş, bir qədər onunla söhbət etdikdə Qərib Xırdalanda maşın çox olduğu üçün sürməkdə çətinlik çəkdiyini dedikdən sonra maşını idarə edə biləcəyini bildirmişdir. Belə olduqda Qərib sağ tərəfdə sərnişin oturacağında əyləşmiş, o, avtomobili idarə edərək 28-ci məhəllə ərazisində tikilən yeni tikili binanın qarşısına gəlmiş, üstündə pul olmadığı üçün həmin binanın içərisinə girməyi və orada işləyən fəhlələrin cibindən pul oğurlayıb getməyi qərara almış, bu məqsədlə maşını orada saxlayıb Qəribə siqaret alıb qayıdacağını bildirmiş, Qərib isə bir söz demədən salonda əyləşib onu gözləmiş, o, avtomobildən düşüb binaya doğru getmiş, binanin birinci mərtəbəsində blokun açıq hissəsində sağ tərəfdə paltarların asılqandan asıldığını görmüş, həmin paltarlardan ikisinin, yəni iki ədəd kimə məxsus olduğunu bilmədiyi göy rəngli cins şalvarın cibinə baxmış, həmin paltarların cibindən birindən 200, digərindən isə 100 manat pul olduğunu görüb götürmüş, həmin yeri tərk edən anda isə orada asılmış vəziyyətdə olan bir ədəd qara rəngli dəri gödəkçəni görmüş və həmin gödəkçə xoşuna gəldiyi üçün onu da götürüb çıxdıqda, binada işləyən iki nəfər şəxs onu görmüş və onun arxasınca qaçmağa başlamışdır. Belə olduqda o, əlindəki gödəkçəni yerə atıb cəld maşına əyləşmiş və sürüb hadisə yerindən uzaqlaşmış, o, avtomobilə əyləşdikdə Qərib onun hərəkətlərindən şübhələnməmiş və sonuncuya törətdiyi cinayətlə bağlı heç bir söz deməmişdir. Sonda o, tutduğu əməldən peşman olduğunu, zərərçəkmiş şəxslərə vurduğu maddi ziyanı ödənildiyini, ona qarşı hər hansı şikayət və tələblərinin olmadığını bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 məhkəmə baxışında elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, fəhlə kimi günəmuzd işləyir, Abşeron rayonu, Xırdalan şəhəri ərazisində olan binada iş yoldaşı Zərərçəkmiş şəxs2 ilə birlikdə 23.10.2020-ci il tarixdə təxminən saat 11:22 radələrində işləyən zaman bir nəfər şəxsin soyunub-geyinmə otağında ona məxsus qara rəngli dəri gödəkçəni əlində tutaraq getdiyini görmüş, həmin an onun oğurluq etdiyini yəqin edib arxasınca qaçmağa başlamış, həmin şəxs əlindəki dəri gödəkçəni yerə ataraq qaçıb qırmızı rəngli VAZ 21011 markalı, avtomobilə əyləşərək oradan uzaqlaşmış, bundan sonra o və iş yoldaşı Cəlaləddin soyunub geyinmə otağına gedən zaman orada ona məxsus cins şalvarın cibindən 100 manat məbləğində pulun, iş yoldaşı Cəlaləddinə məxsus göy rəngli cins şalvarın cibindən isə 200 manat məbləğində pulun oğurlandığını görmüş və o, sonra polisə gələrək bu barədə ərizə ilə müraciət etmişlər. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə təqdim edərək təqsirləndiirlən şəxsdən şikayətçi olmadığını, ona vurulmuş ziyanın ödənildiyini bildirmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 Namiq oğlunun məhkəmə baxışında elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, fəhlə kimi günəmuzd işləyir. Abşeron rayonu, Xırdalan şəhəri ərazisində olan binada iş yoldaşı Zərərçəkmiş şəxs1 ilə birlikdə 23.10.2020-ci il tarixdə təxminən saat 11:22 radələrində işləyən zaman bir nəfər şəxsin soyunub-geyinmə otağından iş yoldaşı Zərərçəkmiş şəxs1 məxsus qara rəngli dəri gödəkçəni əlində tutaraq getdiyini görmüş, həmin an iş yoldaşı Laçın onun oğurluq etdiyini yəqin edib onun arxasınca qaçmağa başlamış, həmin şəxs əlindəki dəri gödəkçəni yerə ataraq qaçıb qırmızı rəngli VAZ 21011 markalı avtomobilə əyləşərək oradan uzaqlaşmış, sonra o və iş yoldaşı Laçın soyunub geyinmə otağına gedən zaman orada ona məxsus cins şalvarın cibindən 200 manat məbləğində pulun oğurlandığını görmüş, sonra o, polisə gələrək oğurluq barədə ərizə ilə müraciət etmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 Namiq oğlu məhkəməyə ərizə təqdim edərək istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini, təqsirləndiirlən şəxsdən şikayətçi olmadığını bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid məhkəmə baxışında elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, hər hansı bir soyğunçuluq cinayət əməli törətməmiş, Təqsirləndirilən şəxs törətdiyi cinayət hadisəsində heç bir əsas olmadan onun da adını yazdığı üçün məsuliyyətini başa düşməmiş və Ruslanın dediklərini etiraf etmişdir. Belə ki, Ruslanla 23.10.2020-ci il tarixdə saat təxminən 11:00 radələrində onun hadisə törətməsindən əvvəl özünə məxsus VAZ 21011 markalı avtomobil ilə Xırdalan şəhərinə satmaq üçün nar gətirmiş, gətirdiyi malı satıb qurtaran anda təsadüfən Ruslanla görüşmüş, Ruslanla söhbət zamanı rayondan gətirdiyi narı satıb qurtardığını demiş, Ruslan isə ona gedib yeyib-içməyi təklif etmiş, ona Xırdalan şəhərini yaxşı tanımadığını və Xırdalanda maşın sürməkdə çətinlik çəkdiyini demiş, belə olduqda Ruslan özü sükan arxasına keçib əyləşmiş və avtomobili hərəkətə gətirmiş, yolda Ruslan maşını saxlayıb siqaret almaq üçün düşüb getdikdə salonda sağ oturacaqda əyləşib onu gözləmiş, bir qədər sonra Ruslan iti addımlarla gəlib maşına minmiş və maşını sürüb çıxıb getmişlər. Sonradan polis əməkdaşları tərəfindən saxlanıldıqda Ruslanın maşından siqaret almaq adı ilə düşüb getdikdən sonra bir nəfər şəxsin 200 manat pulunu oğurladığını bilmişdir. Əlavə olaraq o, Ruslanın qeyd olunan cinayət hadisəsini törədəcəyini əvvəldən bilmədiyini və həmin cinayətdə heç bir iştirakının olmadığını bildirmişdir. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs1 məxsus bir ədəd su keçirməyən parçadan tikilmiş, yaxalığı zəncirbəndlə bağlanan gödəkçə saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Müstəqil Məhkəmə Ekspertizasından alınmış 11 mart 2021-ci il tarixli, 74 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim olunan üzərində heç bir markalanma yazısı olmayan, su keçirməyən parçadan tikilmiş, yaxalığı zəncirbəndlə bağlanan gödəkçənin işlənmə dərəcəsi nəzərə alınmaqla hazırkı vəziyyətdə 2020-ci ilin oktyabr ayına olan orta bazar qiyməti ilə dəyəri 30 manat müəyyən edilir. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11.06.2015-ci il tarixli 7 №-li Qərarına əsasən məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-cı maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər. Beləliklə, məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliyi sübuta yetirilmiş və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs oğlunun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25.06.2003-cü il tarixli 04 №-li Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü maddəsinin 4-cü abzastına görə məhkəmələr böyük ictimai törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsini müzakirə etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 08.01.2021-ci il tarixli məhkumluq barədə arayışından görünür ki, təqsirləndirilən şəxs Əliyev X1 rayon Mərkəməsinin 14.05.2013-cü il tarixli hökmü ilə AR CM-nin 206.2, 234.1, 66.3 və 93.1-ci maddəsi ilə təqsirli bilinmiş, o, 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və o, 21.08.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində – onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Odur ki, Təqsirləndirilən şəxs Biləsuvar rayon Mərkəməsinin 14.05.2013-cü il tarixli hökmü ilə məhkumluğu ödənilmişdir. İş materiallarında olan Abşeron RİHB-nın 3 saylı MTİİTS-i tərəfindən verilmiş 18.03.2021-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs Əliyev X3 rayonu Xırdalan şəhəri, Qalubiyyə küçəsi ev 1, mənzil 33 ünvanında qeydiyyatsız yaşayır və o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs oğlunun törətdiyi cinayət əməlini qismən etiraf etməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərə vurulmuş ziyanı ödəyərək onunla barışıq əldə etməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs oğlunun ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs oğlu tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşən halları, cəzasını ağırlaşdıran halların olmamasını, o cümlədən cəzanın onun islah olunmasına təsirini nəzərə alıb hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs oğlu hazırki cinayət işi üzrə 23.10.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron Rayon Məhkəməsinin 25.10.2020-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş və məhkəmədə həmin qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun həbsdə saxlanıldığı 06 (altı) ay 26 (iyirmi altı) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla cəzasından, həbsdə saxlamanın bir günün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, cəmi 01 (bir) il 01 (bir) ay 22 (iyirmi iki) gün müddət çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 15-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə yaşayış yeri üzrə, yəni Bakı şəhəri, Abşeron rayonu ərazisini və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Cəzanı Sumqayıt şəhər Probasiya şöbəsi icra etməlidir. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs oğlunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan əlavə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 25 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 150 (yüz əlli) manat məbləğində, məhkəmə baxışı zamanı 25 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 150 (yüz əlli) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. Təqsirləndirilən şəxs oğlunun həbsdə saxlanıldığı 06 (altı) ay 26 (iyirmi altı) gün gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla ona təyin olunmuş cəzadan, həbsdə saxlamanın bir günün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, cəmi 01 (bir) il 01 (bir) ay 22 (iyirmi iki) gün müddət çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 04 (dörd) ay 08 (səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs oğluna azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməklə, üzərinə yaşayış yeri üzrə Bakı şəhəri, Abşeron rayonu ərazisini və saat 23:00-dan saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulsun. Cəzanın icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 25 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 150 (yüz əlli) manat məbləğində, məhkəmə baxışı zamanı 25 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 150 (yüz əlli) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-294/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-294/2021
19.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver