Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-295/2022 02.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər X1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs9, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi iştirakı ilə xx xxxxxx 1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ibtidai təhsilli, ailəli, əvvəllər məhkum olunmuş, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2021-ci il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs7 məxsus Abşeron rayonu, Saray qəsəbəsi, yeni məhəllədə yerləşən fərdi yaşayış evinin pəncərəsinin dəmir barmaqlığını qırma yolu ilə saxlanc yerinə qanunsuz daxil olaraq oradan bir ədəd 90 manat dəyərində su mühərrikini, bir ədəd 90 manat dəyərində su nasosunu, iki top 80 manat dəyərində elektrik naqilini, 20 metr uzunluğunda 120 manat dəyərində kabeli və 40 manat dəyərində 20 metr uzunluğunda naqili gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs7 ümumilikdə 420 manat ziyan vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2021-ci il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs6 məxsus Abşeron rayonu, Novxanı qəsəbəsi, Gantmart market ilə üzbəüz ünvanda yerləşən anbarın qapısını sındırma yolu ilə saxlanc yerinə qanunsuz daxil olaraq oradan 1 ədəd 500 manat dəyərində kompressor, 1 ədəd 600 manat dəyərində mühərrik, 1 ədəd 300 manat dəyərində generator, ümumi dəyəri 200 manat təşkil edən 3 ədəd generator, 2 ədəd ümumi dəyəri 200 manat təşkil edən ot biçən dəryazı gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs6 ümumilikdə 1800 manat ziyan vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2021-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs5 Böykbəy oğluna məxsus Abşeron rayonu Saray qəsəbəsində inşa etdiyi yarımtikili evin pəncərəsindən saxlanc yerinə qanunsuz daxil olaraq oradan 350 manat dəyərində tikinti avadanlıqlarını və 150 manat dəyərində 3 top elektrik naqillərini gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs5 Böykbəy oğluna ümumilikdə 500 manat ziyan vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2021-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs8 məxsus Abşeron rayonu, Novxanı kəndini, yeni məhəllədə yerləşən fərdi bağ evinin həyətində olan köşkün plastik nəfəsliyindən saxlanc yerinə qanunsuz daxil olaraq oradan bir ədəd 60 manat dəyərində laqondanı, bir ədəd 120 manat dəyərində dreli, 40 metr uzunluğunda 40 manat dəyərində elektrik kabelini, bir ədəd 60 manat dəyərində su nasosunu, bir ədəd 80 manat dəyərində dərman vuran apartı və on ədəd 140 manat dəyərində açar kilidlərini gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs8 ümumilikdə 500 manat ziyan vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2021-ci il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs9 məxsus Abşeron rayonu Saray qəsəbəsində yerləşən yarımtikili fərdi yaşayış evinə birinci mərtəbədə olan pəncərəni açma yolu ilə saxlanc yerinə qanunsuz daxil olaraq oradan 1 topu 55 manat olan ümumi 330 manat dəyərində 6 top 4-lük elektrik naqillərini, 30 manat dəyərində 20-litirlik plastik materialdan olan vedirəni və 1 dəst 30 manat dəyərində geyim dəstini gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs9 ümumilikdə 390 manat ziyan vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2021-ci il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs4 məxsus Abşeron rayonu, Saray qəsəbəsi, Üzümlük massivində yerləşən fərdi yaşayış evinə birinci mərtəbədə olan pəncərəni açma yolu ilə saxlanc yerinə qanunsuz daxil olaraq oradan uzunluğu 500 metr olan 300 manat dəyərində elektrik naqilini, divara quraşdırılmış uzunluğu 300 metr olan 180 manat dəyərində elektrik naqilini, 12 ədəd ümumi dəyəri 72 manat olan elektrik tənzimləyicisini, dəyəri 40 manat olan boru birləşdirən ütü aparatını gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs4 ümumilikdə 592 manat ziyan vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2021-ci il tarixdə saat 21 radələrində Zərərçəkmiş şəxs2 məxsus ünvan 4 ünvananda yerləşən gözəllik salonuna pəncərəni açma yolu ilə saxlanc yerinə qanunsuz daxil olaraq oradan 1 ədəd 500 manat dəyərində fen və 200 manat dəyərində müxtəlif çeşidlərlə kosmetik əşyalarını gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 700 manat ziyan vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2021-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs3 məxsus ünvan 5 ünvanda yerləşən yarımtikili fərdi yaşayış evinin hasarından həyətə düşməklə evin qapısı olmayan giriş hissəsindən saxlanc yerinə qanunsuz daxil olaraq evin birinci mərtəbəsində olan eyvandan 1 ədəd 100 manat dəyərində 5 litr həcmli samovar və otaqların divarlarında çəkilmiş 700 manat dəyərində elektrik naqillərini gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs3 ümumilikdə 800 manat ziyan vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən xx.xx.2021-ci il tarixə keçən gecə saat 01 radələrində Abşeron rayonu Novxanı qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs1 məxsus olan evə pəncərini sıxıb açmaq yolu ilə saxlanc yerinə qanunsuz daxil olaraq evdən 450 manat dəyərində elektrik avadanlıqlarını gizli olaraq talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs1 450 manat maddi ziyan vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini törətmələri aşağıdakı qaydada subuta yetirilmişdir. Məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, əvvəllər oğurluq cinayəti törətdiyinə görə 2018-ci ildə Bakı şəhər Binəqədi Rayon Məhkəməsi tərəfindən 3 il müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2021-ci il tarixdə isə azadlığa çıxmışdır. Azadlığa çıxdıqdan sonra işləmədiyi üçün maddi sıxıntıları olmuşdur. Bu səbəbdən də yenidən oğurluq etmək qərarına gəlmişdir. O, xx.xx.2021-ci il tarixdə saat 22 radələrində oğurluq etmək məqsədilə Abşeron rayonu, Saray qəsəbəsinə gəlmişdir. Həmin vaxtı Saray qəsəbəsi, yeni məhəllədə bir evin sahibsiz olduğunu yəqin etdikdən sonra hasardan həyətə keçmişdir. Həyətdə iki mərtəbəli ev var idi və evin pəncərələri dəmir çərçivə ilə örtülmüşdür. Evin 1-ci mərtəbəsinin pəncərəsinin dəmir çərçivəsini həyətdən tapdığı dəmir parçası ilə qırmış və pəncərədən 1-ci mərtəbəyə daxil olmuşdur. Həmin vaxtı 1-ci mətəbədə kənara yığılmış bir ədəd su mühərrikini, bir ədəd su nasosunu, elektrik naqillərini və kabeli pəncərədən çıxartmış və həyət qapısını açıb özü ilə aparmışdır. Oğurladığı əşyaları Biləcəri qəsəbəsinə aparıb orada məhlələrdən birində yarım tikilidə gizlətmiş və səhəri gün yəni xx.xx.2021-ci il tarixdə səhər saatlarında oğurladığı əşyaları gizlətdiyi yerdən götürüb Biləcəri qəsəbəsində tanımadığı şəxslərə satmışdır. Satdığı əşyalardan ümumlikdə 150 manat pul əldə etmiş və həmin pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. O, ifadəsinə əlavə olaraq göstərmişdir ki, oğurluq hadisəsini tək etmiş və bu barədə heç kimin məlumatı olmamışdır. Həmin şəxslərə əşyaların özünə məxsus olduğunu və ehtiyacı olduğu üçün satdığını bildirmişdir. Bundan başqa oğurluq etmək məqsədi ilə xx.xx.2021-ci il tarixdə saat 02 radələrində evdən çıxıb Abşeron rayonu, Novxanı qəsəbəsi ərazisinə getmişdir. Saat 03 radələrində Abşeron rayonu, Novxanı qəsəbəsində küçə ilə hərəkət edərkən işıqları sönmüş anbar görmüşdür. Həmin anbarla üzbəüz market var idi. Həmin marketin də işıqları yanmırdı. O, həmin anbarda heç kimin olmadığını düşünüb oğurluq etmək üçün həmin anbara girmək qərarına gəlmişdir. Bundan sonra ətrafa baxmış, heç kimin olmadığını görüb anbarın plastmass qapısını qırıb içəri girmişdir. Oradan 1 ədəd kompressor, 1 ədəd mühərrik, 4 ədəd generator, 2 ədəd ot biçən dəryazı götürmüş və anbardan çıxmış və yaşadığı evin yaxınlığında gizlətmişdir. Səhər saatlarında, yəni xx.xx.2021-ci il tarixdə oğurladığı əşyaları Abşeron rayonu, Saray qəsəbəsi ərazisində səyyar şəkildə metal qəbul edən idarə etdiyi markasını və nömrəsini xatırlamadığı avtomobilin sürücüsünə satmışdır. Həmin şəxsə əşyaları 115 manat müqabilində satmışdır. Həmin əşyaları ondan alan şəxs əşyaların oğurluq olubolmamasını soruşduqda o, həmin şəxsə satdığı əşyaların özünə məxsus olduğunu, pula ehtiyacı olduğuna görə satdığını bildirmişdir. Oğurladığı əşyaları xatırlamadığı şəxsə satdığı üçün istintaqa təqdim edə bilməmişdir. O, ifadəsinə əlavə olaraq göstərmişdir ki, sonradan adını bildiyi Zərərçəkmiş şəxs6 məxsus anbara daxil olmaqda məqsədi həmin anbardan oğurluq etmək, oğurladığı əşyaları satmaq və ehtiyaclarını ödəmək olmuş, Zərərçəkmiş şəxs6 məxsus anbardan oğurluq cinayətini törədən zaman yanında heç kim olmamış, həmin cinayəti tək törətmişdir. Bundan sonra xx.xx.2021-ci il tarixdə saat 01 radələrində evdən çıxıb Abşeron rayonu, Saray qəsəbəsi ərazisinə getmişdir. Saat 02 radələrində Abşeron rayonu, Saray qəsəbəsində küçə ilə hərəkət edərkən işıqları sönmüş yarımtikili görmüşdür. Həmin yarımtikilinin işıqları yanmırdı. O, həmin yarımtikilidə heç kimin olmadığını düşünüb oğurluq etmək üçün həmin evə girmək qərarına gəlmişdir. Bundan sonra ətrafa baxmış, heç kimin olmadığını görüb evin birinci birinci mərtəbəsinin plastmass pəncərəsini əli ilə itələyib açmış və içəri daxil olmuşdur. Oradan tikinti materiallarını və 3 top elektrik kabelini oğurlayıb evə girdiyi yerdən çölə çıxmışdır. Sonra həmin kabeli Saray qəsəbəsi ərazisində əridib misini çıxartmışdır. Səhəri günü xx.xx.2021ci il tarixdə oğurladığı əşyaları Abşeron rayonu, Saray qəsəbəsi ərazisində səyyar şəkildə metal qəbul edən idarə etdiyi markasını və nömrəsini xatırlamadığı avtomobilin sürücüsünə satmışdır. Həmin şəxsə əşyaları 60 manat müqabilində satmışdır. Həmin əşyaları ondan alan şəxs əşyaların oğurluq olub-olmamasını soruşduqda həmin şəxsə satdığı əşyaların özünə məxsus olduğunu, pula ehtiyacı olduğuna görə satdığımı bildirmişdir. Oğurladığı əşyaları xatırlamadığı şəxsə satdığı üçün istintaqa təqdim edə bilməmişdir. O, ifadəsinə əlavə olaraq göstərmişdir ki, sonradan adını bildiyi Zərərçəkmiş şəxs5 evinə daxil olmaqda məqsədi həmin evdən oğurluq etmək, oğurladığı əşyaları satmaq və ehtiyaclarını ödəmək olmuş, Zərərçəkmiş şəxs5 evindən oğurluq cinayətini törədən zaman yanında heç kim olmamış, həmin cinayəti tək törətmişdir. Bundan başqa xx.xx.2021-ci il tarixdə saat 01 radələrində oğurluq etmək məqsədilə Abşeron rayonu, Novxanı kəndinə gəlmişdir. Həmin vaxtı Novxanı kəndi, yeni məhəllədə bir bağ evinin sahibsiz olduğunu yəqin etdikdən sonra hasardan həyətə keçmiş, həyətdə olan köşk tipli saxlanc yerinin plastikdən olan nəfəsliyindən içəri daxil olmuş və oradan bir ədəd laqondanı, bir ədəd dreli, elektrik kabelini, bir ədəd su nasosunu, bir ədəd dərman aparatını və açar kilidlərini oğurlayıb aparmışdır. Oğurladığı əşyaları Biləcəri qəsəbəsinə aparıb orada yarım tikilidə gizlətmiş və səhəri gün, xx.xx.2021-ci il tarixdə səhər saatlarında oğurladığı əşyaları gizlətdiyi yerdən götürüb Biləcəri qəsəbəsində tanımadığı şəxslərə satmışdır. Satdığı əşyalardan ümumlikdə 180 manat pul əldə etmiş və həmin pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. O, ifadəsinə əlavə olaraq göstərmişdir ki, oğurluq hadisəsini tək etmiş və bu barədə heç kimin məlumatı olmamışdır. həmin şəxslərə əşyaların özünə məxsus olduğunu və ehtiyacı olduğu üçün satmışdır. Bundan başqa Zərərçəkmiş şəxs9 tanımır, onunla aralarında heç bir ədavət və düşmənçilik yoxdur. O, əvvəllər oğurluq etdiyi üçün tutulmuşdur. Azadlığa çıxdıqdan sonra yenə işləmədiyi üçüç öz gündəlik təlbatını ödəmək məqsədi ilə oğurluq etməyə başlamışdır. 2021-ci ilin noyabr ayının təxminən 1-dən 2-nə keçən gecə Saray qəsəbəsi ərazisində oğurluq məqsədi ilə tək gəzərkən işığı yanmayan ev görmüş, həmin evə yaxınlaşmış, yaşayış olmadığına tam əmin olduqdan sonra həmin evin həyətinə oğurluq məqsədi ilə daxil olmuş, sonra isə həyətdəki evin içərisinə evin pəncərəsindən daxil olub evə çəkilmiş elektrik kabellərini sökməyə başlamışdır. O, həmin evdən təxminən 500 metrə yaxın elektrik kabelini söküb özü ilə gətirdiyi torbalara yığmış və həmin vaxtı orada plastik materialdan olan 1 ədəd vedrəni, 1 dəst paltarda görüb onlarıda torbaya qoyub aparmışdır. Səhəri günü həmin kabelləri nömrəsini unutduğu qara rəngli QAZ-031 markalı maşınla metal qəbul edən şəxsə Saray qəsəbəsi ərazisində ümumilikdə 90 manata satmışdır. Oğurladığı paltar və vedrəni isə Sabunçu rus bazarına gedib orada 2-ni birlikdə 40 manata satıb pullarını öz ehtiyyaclarına xərcləmişdir. Həmin oğurladığı əşyaları satan zaman onlara həmin əşayların özünə məxsus olduğunu lakin, pula ehtiyyacı olduğu üçün satdığını bildirmişdir. O, ifadəsinə əlavə olaraq göstərmişdir ki, Abşeron rayon Saray qəsəbəsi ərazisində bir neçə evlərdən oğurluq etmiş, hazırda barəsində cinayət işinin istintaqını Abşeron RPİ-nin İŞ-nin baş müstəntiqi Eldəniz Əsgərov aparır. O, oğurluq hadisələrini tək etmiş və bu barədə heç kimin məlumatı olmamışdır. Bundan başqa xx.xx.2021-ci il tarixdə saat 01 radələrində Abşeron rayonu, Saray qəsəbəsi, Üzümlük yaşayış massivində iki mərtəbəli tikilməkdə olan fərdi yaşayış evin darvazasının pəncərələrində dəmir barmaqlıqların və hər hansı şəxsin olmadığını görüb, əlverişli şərait olduğu üçün evə daxil olub oğurluq etmək qərarına gəlmişdir. Ətrafa baxıb kimsənin olmadığına əmin olandan sonra həyətə maneəsiz daxil olub, birinci mərtəbədə olan pəncərəni itələyərək daxil olmuşdur. Birinci mərtəbədə olan istifadə olunmamış elektrik naqillərini, elektrik tənzimləyicisini özü ilə gətirdiyi dəmir arabaya yükləmişdir. Bundan sonra hər iki mərtəbədə olan elektrik naqillərini divardan sökmüşdür. Hamam otağında olan bir ədəd boru birləşdirici ütünü də götürmüşdür. Həmin fərdi yaşayış evindən oğurladığı bütün əşyaları özü ilə gətirdiyi dəmir arabaya yükləmiş və aparmışdır. Elektrik naqillərini əridib, tanımadığı dəmir yığan şəxslərə 100 manata satmışdır. Lakin elektrik tənzimləyicisini və ütü aparatını atmışdır. Lakin həmin yeri müddət keçdiyi üçün unutmuşdur. O, oğurluq etməyə tək getmiş, yanında heç kim olmamış, həmin evdə oğurluq etməyi barədə ona heç kim məsləhət verməmişdir. Bundan başqa XX.XX.2021-ci il tarixdə gecə saatlarında Abşeron rayon, Saray qəsəbəsi Orucov küçəsi ev 8-də yerələşən gözəllik salonuna yaxınlaşmış, salonun pəncərəsini əli ilə vurmuş, pəncərə açılmış, o, pəncərədən içəri daxil olmuşdur. Orada bir ədəd qadın feni və qadıların istifadə etdikləri kosmetik məsulları götürüb oradan çıxanda ətrafa baxmış, heç kimin olmadığını görüb oradan çıxaraq uzaqlaşmışdır. Həmin günün səhərsi oğurladığı feni Bakı şəhərində xatırlamadığı şəxsə 50 manata satmışdır. Əldə etdiyi pulu xərcləmişdir. Kosmetik əşyaları xatırlamadığı zibil yeşiynə atmışdır. Bundan başqa Abşeron rayonu, Saray qəsəbəsində arada müxtəlif vaxtlarda evlərdən oğurluq etmişdir. Oğurluq etmək məqsədi ilə xx.xx.2021-ci il tarixdə saat 01 radələrində evdən çıxıb Abşeron rayonu, Saray qəsəbəsi ərazisinə gəlmişdir. Saat 02 radələrində Abşeron rayonu, Saray qəsəbəsində küçə ilə hərəkət edərkən işıqları sönmüş ev görmüşdür. O, həmin evdə heç kimin olmadığını düşünüb oğurluq etmək üçün həmin evə girmək qərarına gəlmişdir. Bundan sonra ətrafa baxmış, heç kimin olmadığını görüb evin hasarına çıxaraq həyətə düşmüşdür. Həyətdə yaşayış evindən başqa yarımtikili iki mərtəbəli ev var idi. Həmin evin qapısı yox idi. O, həyətdə ətrafda heç kimin olmadığını görüb yarımtikilinin qapısı olmayan hissəsindən içəri daxil olmuşdur. Evin hər iki mərtəbəsini gəzdikdən sonra heç bir qiymətli əşya tapa bilmədiyi üçün evin otaqlarında divarlarda çəkilmiş elektrik naqillərini yerindən çıxarmağa başlamışdır. Bundan sonra evin birinci mərtəbəsində eyvanda yerdə olan bir ədəd təxminən 5 litr həcmli samovarı da götürmüşdür. O, oğurluq etmək üçün daxil olduğu evdən otaqlarda divarda çəkilmiş elektrik naqillərini və birinci mərtəbədə eyvanda olan samovarı götürüb evdən çıxmışdır. Bundan sonra o, Abşeron rayonu, Saray qəsəbəsində xatırlamadığı çöllük ərazidə həmin elektrik naqillərini yandıraraq əritmişdir. Səhəri gün, yəni xx.xx.2021-ci il tarixdə oğurladığı samovarı və əritdiyi elektrik naqillərini Abşeron rayonu, Saray qəsəbəsi ərazisində səyyar şəkildə metal qəbul edən idarə etdiyi markasını və nömrəsini xatırlamadığı avtomobilin sürücüsünə satmışdır. Həmin şəxs əritdiyi naqilləri 15 manat, samovarı isə 20 manat müqabilində almışdır. Həmin əşyaları ondan alan şəxs həmin əşyaların oğurluq olub-olmamasını soruşduqda o, həmin şəxsə satdığı əşyaların özünə məxsus olduğunu, pula ehtiyacı olduğuna görə satdığını bildirmişdir. Oğurladığı əşyaları xatırlamadığı şəxsə satdığı üçün istintaqa təqdim edə bilməmişdir. Bundan başqa həbsdən azad olunduqdan sonra küçələrdən mis naqiilər yığıb aparıb sataraq ailəsini dolandırır. Sonuncu dəfə o, Abşeron rayonu, Novxanı kəndi ilə gedərkən sonradan adını bildiyi Zərərçəkmiş şəxs1 evində ustaların işlədiyini görmüşdür. Bundan sonra o, həmin ustaların yəqin ki, axşamlar evlərinə gedəcəklərini düşünmüş və qərara gəlmişdir ki, həmin evə daxil olub oradan oğurluq etsin. Bu məqədlə o, xx.xx.2021-ci il tarixdə saat 23 radələrində evdən çıxaraq Novxanı qəqəsbəsində yerləşən həmin evin qarşısına gəlmişdir. Evdə adam olub olmadığını bilmək məqsədilə qapını döymüşdür. Evdə heç kimin olmadığına əmin olduqdan sonra evin hasarından həyətə tullanmışdır. Özü ilə gətirdiyü vint açanla evin pəncərəsini sıxıb açaraq evə daxil olmuşdur. Evə daxil olduqdan sonra otaqlarda olan təmir alətlərini o, cümlədən elektrik avadanlıqlarını özü ilə gətirdiyim qara rəngli sellafon torbaya yığaraq bayıra çıxmışdır. Oradan isə hasarın üzərinə qoyaraq yenidən hasaradan aşaraq sellafon torbaya yığaraq çıxmışdır. Həmin vaxtı saat 01 radələrində həmin sellafon torbaları yaşadığı evə aparıb səhəri satmaq istəmişdir. O, oradan aralaşıb Saray qəsəbəsi ilə evinə gedərkən polis əməkdaşları onu saxlamışlar. Sonradan onu polis bölməsinə gətirmişlər. Orada polis bölməsində təhsiqatçı tərəfindən izahatı alınmışdır. Sonra isə oğurladığı elektrik avadanlıqlarını və əşyaları könüllü olaraq polis bölməsində təhqiqatçıya təhvil vermişdir. Sonradan isə 02 dekabr 2021-ci il tarixdə onun barəsində toplanmış materialları istintaq şöbəsinə təqdim etdikləri üçün o, da polis idarəsinə gətirib təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, 30 noyabr 2021-ci il tarixdə Abşeron rayonu Novxanı kəndində inşa etdiyi yarımtikili evindən naməlum şəxs və ya şəxslər taxta kəsən mişar, dreli, cərəyan qutusu və elektrik naqillərini oğuralyaraq umumilikdə ona 450 manat ziyan vurmuşlar. Dəymiş ziyanın ödənilməsini tələb edir.Şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, heç bir yerdə işləmir. Yaşadığı evin həyətində oğlu üçün ikimərtəbəli yaşayış evi tikdirir. Həmin ev tam təmirli olmadığı üçün yaşayış yoxdur. xx.xx.2021-ci il tarixdə axşam saatlarında həmin yarımtikili evdə hər şey qaydasında idi. Səhəri gün yəni, xx.xx.2021-ci il tarixdə saat 10 radələrində yaşadığı evin həyətində tikdirdiyi həmin yarımtikili evə daxil olduqda evin divarlarında çəkdirdiyi 700 manat dəyərində elektrik naqillərinin söküldüyünü və evin birinci mərtəbəsinin eyvanında yerdə qoyulmuş 1 ədəd təxminən 5 litr həcmli 100 manat dəyərində samovarın yerində olmadığını aşkar etmişdir. Bundan sonra o, həmin əşyaların naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını başa düşmüşdür. O, dərhal DİN-in 102 xidmətinə zəng edərək evindən oğurluq hadisəsinin baş verdiyini bildirmiş, bir qədər keçdikdən sonra polis əməkdaşları gələrək baxış keçirmişlər. O, ifadəsinə əlavə olaraq göstərmişdir ki, ona məxsus tam təmir olunmayan giriş qapısı olmayan evdən 700 manat dəyərində elektrik naqilləri və 1 ədəd 100 manat dəyərində təxminən 5 litr həcmli samovar oğurlanmış, oğurluq nəticəsində ona ümumilikdə 800 manat maddi ziyan dəymişdir. Həmin oğurluq hadisəsi ilə əlaqədar konkret olaraq şübhələndiyi şəxs və ya şəxslər yoxdur. Dəymiş ziyanın ödənilməsini tələb edir.Şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, ona məxsus Abşeron rayonu Saray qəsəbəsi ərazisində fərdi yaşayış evi tikdirir. Evinin təmirini tam başa çatdırmadığı üçün orada yaşayış yoxdur. Ancaq, ara-sıra evinə nəzarət üçün gəlib gedir. xx.xx.2021-ci il tarixdə DİN-nin 102 xidmətinə ona məxsus Abşeron rayonu Saray qəsəbəsində yerləşən yarıtikili evimdən 6 top elektrik kabellərimin oğurlanması barədə məlumat vermişdir. Qeyd etmişdir ki, xx.xx.2021-ci il tarixdə səhər saatlarında Saray qəsəbəsində təmiri başa çatmamış evinə gedib görmüşdür ki, evindən 6 top 4-lük elektrik kabelləri kəsilərək oğurlanmış və eyni zamanda 20 litirlik plastik materialdan olan vedrə, ustaların iş vaxtı geyindiyi ona məxsus geyimlər oğurlanmışdır. Bundan dərhal sonra 102 xidmətinə zəng edərək məlumat vermişdir. O, qeyd etmişdir ki, təmiri başa çatmamış evindən 1 topu 55 manat olan 6 top 4lük elektrik naqillərim 330 manat, 30 manat dəyərində 20-litirlik plastik materialdan olan vedirəm və 1 dəst mənə məxsus 30 manat dəyərində ustanın işüçün geyindiyi şalvar köynək dəsti oğurlanaraq ona oğurluq nəticəsində ümumilikdə 390 manat ziyan dəymişdir. Dəymiş ziyanın ödənilməsini tələb edir.Şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Saray qəsəbəsi yeni məhəllədə iki mərtəbəli fərdi yaşayış evi tikdirmişdir. Evin pəncərələrini dəmir çərçivə ilə örtdürmüş və dəmir seyf qapısı var. Evin 1-ci mərtəbəsi təmirsizdir. 2021-ci ilin iyul ayında evə baş çəkmiş və həmin vaxtı hər şey qaydasında olmuşdur. xx.xx.2021-ci il tarixdə günorta saatlarında Saray qəsəbəsinə evə gəlmiş və həmin vaxtı evin 1-ci mərtəbəsinin pəncərəsinin dəmir çərçivəsinin qırıldığını görmüşdür. Evin dəmir qapısı açıq vəziyyətdəydi. O, evə daxil olmuş və həmin vaxtı evin 1-ci mərtəbəsində 1 ədəd 90 manat dəyərində su mühərrikinin, 1 ədəd 90 manat dəyərində su mühərrikinin, 2 top 80 manat dəyərində elektrik naqilinin, 20 metr uzunluğunda 120 manat dəyərində kabelin və 20 metr uzunluğunda 40 manat dəyərində naqilin naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmişdir. Oğurluq nəticəsində ona 420 manat maddi ziyan dəymişdir. O, qeyd etmişdir ki, evindən əvvəllər oğurluq olmamışdır. Dəymiş ziyanın ödənilməsini tələb edir.Şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, Novxanı qəsəbəsində Qrantmart market ilə üzbəüz ünvanda yerləşən anbarı icarə əsasında işlədir. Özünə məxsus alətləri həmin anbara yığır. Həmin obyektin müşahidə sistemi və mühafizəçisi yoxdur. xx.xx.2021-ci il tarixdə o, şəxsi işləri ilə əlaqədar olaraq Türkiyə Cümhuriyyətinə getmiş və sonuncu dəfə həmin tarixdə obyektə baxış keçirmişdir. Həmin vaxtı heç bir xoşagəlməz hal ilə rastlaşmamışdır. xx.xx.2021-ci il tarixdə o, ölkəyə geri qayıtmışdır. Həmin vaxtı obyektə baş çəkən zaman obyektin qapısının aşağı hissəsində olan plastmasın yerində olmadığını görmüşdür. İçəri keçən zaman oranı dağınıq görsə də həmin zaman ətraflı baxış keçirmədiyindən oğurluq olubolmadığını dəqiq bilməmişdir. Lakin xx.xx.2021-ci il tarixdə yenidən obyektə getdikdə oraya qoyduğu bəzi tikinti təmir alətlərinin və mühərriklərin yerində olmadığını görmüşdür. Həmin qeyd etdiklərinin oğurlandığı ona məlum olsa da özü həmin tarixdə əşyaları axtarmaq qərarına gəlmişdir. Lakin bu günədək oğurluq etmiş şəxsləri və əşyaları aşkar edə bilmədiyindən bu barədə şikayət etmək qərarına gəlmişdir. Naməlum şəxslər obyektdən 1 ədəd 6 kv-lıq 500 manat dəyərində kompressoru, 1 ədəd 600 manat dəyərində 7.5 HP ölçüdə hovuz mühərrikini, 1 ədəd 300 manat dəyərində 4 kv-lıq generatoru, ümumi dəyəri 200 manat təşkil edən 1.5 kv-lıq 3 ədəd generatoru və 2 ədəd hər birinin dəyəri 100 manat təşkil edən ot biçən dəryazı oğurlamışdır. Oğurluqla bağlı heç kimdən şübhələnmir. Oğurluq nəticəsində ona ümumilikdə 1800 manat ziyan dəymişdir. İlk dəfədir ki, belə bir hadisə baş verir. Dəymiş ziyanın ödənilməsini tələb edir.Şikayətçidir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, yaşadığı Abşeron rayonu, Saray qəsəbəsi, Orucov küçəsi, 8 nömrəli evin həyətində qadın salonu işlədib qadın bərbərliyi ilə məşğul olur. Belə ki, xx.xx.2021-ci il tarixdə axşam saat 21 radələrində yaşadığı evin həyətindəki gözəllik salonuna baxdıqda görmüşdür ki, salonun pəncərəsi açıqdır və salonua daxil olduqda salonda ona məxsus 500 manat dəyərində saç ütüləyən və saç qurudan fen yerində yoxdur. Bundan sonra baxdıqda görmüşdür ki, 200 manat dəyərində kosmetoloji məhsulları oğurlanmışdır. Ona görə də ona ümumilikdə 700 manat dəyərində ziyan vurulmuşdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Novxanı kəndində yeni məhəllədə yerləşən bağ sahəsi var. Hərdən gedib bağ sahəsinə baş çəkir. Sonuncu dəfə xx.xx.2021-ci il tarixdə bağ sahəsinə baş çəkərkən hər şey qaydasında olmuşdur. xx.xx.2021-ci il tarixdə günorta saatlarında bağ sahəsinə getmiş və həmin vaxtı bağın həyətində olan köşkün nəfəsliyinin açıq olduğunu görmüşdür. Qapını açıb içəri daxil olmuş və həmin vaxtı oradan bir ədəd 60 manat dəyərində laqondanın, bir ədəd 120 manat dəyərində drelin, 40 metr uzunluğunda 40 manat dəyərində elektrik kabelinin, bir ədəd 60 manat dəyərində su mühərrikinin, bir ədəd 80 manat dəyərində dərman vuran apartın və on ədəd 140 manat dəyərində açar kilidlərinin oğurlandığını aşkar etmişdir. Oğurluq nəticəsində ona 500 manat maddi ziyan dəymişdir. O, qeyd etmişdir ki, bağ sahəsindən oğurluq olması ilə bağlı şübhələndiyi adam yoxdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, 2021-ci ilin iyun ayından Abşeron rayonu, Saray qəsəbəsi, Üzümlük massivində 0,04 ha torpaq sahəsində ikimərtəbəli 6 otaqlı fərli yaşayış evi tikdirmişdir. Sonuncu dəfə özünə məxsus fərdi yaşayış evində xx.xx.2021-ci il tarixdə saat 18 radələrində olmuşdur. Naməlum şəxs və ya şəxslər xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə keçən gecə ona məxsus Abşeron rayonu, Saray qəsəbəsi, Üzümlük massivində yerləlşən fərdi yaşayış evinə birinci mərtəbədə olan pəncərədən daxil olmaqla oradan uzunluğu 500 metr olan 300 manat dəyərində elektrik naqilini, divara quraşdırılmış uzunluğu 300 metr olan 180 manat dəyərində elektrik naqilini, 12 ədəd ümumi dəyəri 72 manat olan elektrik təmizləyicisini, dəyəri 40 manat olan boru birləşdirən ütü aparatını oğurlayaraq nəticədə ona ümumilkdə 592 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. O, qeyd etmişdir ki, həmin oğurluqla bağlı şübhələndiyi adam yoxdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində Abşeron rayonu, Saray qəsəbəsində inşa etdiyi yarımtikili fərdi yaşayış evindən naməlum şəxs və ya şəxslər pəncərədən keçmə yolu ilə evə daxil olmuş və təxmini dəyəri 350 manat olan tikinti avadanlıqlarını və 150 manat dəyərində 3 top elektrik kabelini oğurlayaraq ona ümumilikdə 500 manat maddi ziyan vurmuşdur. Bununla bağlı o, qonşuluqda yaşayanlardan soruşsa da heç kimin məlumatının olmamasından sonra o, DİN-nin “102” xidmətinə məlumat vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Şübhəli şəxsi tutma haqqında xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həbsetmənin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri ilə seçilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Binəqədi rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzanın sonu ilə azad olunmuşdur. Zərərçəkmiş şəxs2 Nəriman qızı poçt vasitəsi ilə məhkəməyə teleqram vuraraq, məhkəmə iclasında iştirak edə bilmədiyini və təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eksprtizası Mərkəzinin məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/1568 saylı rəyindən görünür ki, hazırkı vəziyyətdə 2021-ci ilin noyabr-dekabr aylarında olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminin 234 manat müəyyən olunur. Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, “KAD” markalı, W5201 mödel taxtakəsən frez, 1 ədəd kiçik ölçülü drel, 60 metr uzunluğunda 6 mm diametrli mis tərkibli, izolyasiyalı elektrik naqili, 4 ədəd aulmo markalı elektrik yuvacığı və 4 ədəd aulmo markalı işıq yandırıb söndürəni iş üzrə maddi sübut kimi tanınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «Məhkəmə hökmü barədə» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 04 saylı qərarının 13-cü bəndində konkret olaraq qeyd edilmişdir ki, məhkəmələr, təqsirləndirilən şəxslərə cəza təyin edərkən, həm yüngüllük baxımından və həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. «İnsan Hüquqlarının və X4 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayət törətməsi, yəni cinayətlərin residivi Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyindən Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi yaranır və Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti təqsirləndirildiyi maddənin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin, yəni yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Zərərçəkmiş şəxslərə cinayət nəticəsində dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar təqsirləndirilən şəxsə qarşı mülki iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ olması izah edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış “KAD” markalı, W5201 mödel taxtakəsən frez, 1 ədəd kiçik ölçülü drel, 60 metr uzunluğunda 6 mm diametrli mis tərkibli, izolyasiyalı elektrik naqili, 4 ədəd aulmo markalı elektrik yuvacığı və 4 ədəd aulmo markalı işıq yandırıb söndürənin X2 qaytarılması nəzərə alınmalıdır. İş üzrə 50 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək, 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2021-ci tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxslərə cinayət nəticəsində dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar təqsirləndirilən şəxsə qarşı mülki iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ olması izah edilsin. İş üzrə 50 (əlli) manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış“KAD” markalı, W5201 mödel taxtakəsən frez, 1 ədəd kiçik ölçülü drel, 60 metr uzunluğunda 6 mm diametrli mis tərkibli, izolyasiyalı elektrik naqili, 4 ədəd aulmo markalı elektrik yuvacığı və 4 ədəd aulmo markalı işıq yandırıb söndürəni X2 qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-295/2022
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-295/2022
02.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver