Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-295/2025 07.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1 Müdafiəçilər: Abşeron rayon Vəkil Bürosunun vəkili X1 Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs2 və Videokonfrans əlaqə sistemindən istifadə edilməklə qoşulmuş Təqsirləndirilən şəxs1 iştirakı ilə xx xxxxxx 1974-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış barəsində Abşeron rayon məhkəməsinin 11 may 2024-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Resublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1 və xx xxxx 1989-cu ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, ünvan 3 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF” park yaşayış kompleksi, 12-ci küçə, ev 2, mənzil 15 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs2 cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirilir ona görə ki, onlar birlikdə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi xx.xx.2024-cü il tarixdə saat 04 radələrində birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF” park yaşayış kompelksində yerləşən Zərərçəkmiş şəxs məxsus “Ocaqbaşı” restoranının yerləşdiyi yerə gəlib Təqsirləndirilən şəxs1 özü ilə götürdüyü otverka ilə restoranın pəcərəsini açaraq içəri qanunsuz daxil olub, restoranda olan kassa aparatından 1332,30 manat pulu gizli olaraq talayıb aralarında bölməklə oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdirlər İşin halları və dəlilləri: Cinayət işinin məhkəmə baxışı zamanı videokonfrans əlaqə sistemindən istifadə edilməklə məhkəmə iclasına qoşulmuş Təqsirləndirilən şəxs1 ittiham olunduğu cinayət əməlləri ilə bağlı özünü təqsirli bilərək, istintaqda verdiyi ifadəni təstiq etməklə əlavə olaraq qeyd etdi ki, Təqsirləndirilən şəxs2la baş vermiş hadisədən təxminən 3 ay əvvəl, tanış olmuşdur. Vidadi iş tapmaqda çətinlik çəkməsini, maddi imkanının yaxşı olmadığını demiş, onun da həmin vaxt gəliri olmadığından birlikdə oğurluq edə biləcəklərinə dair ağlına gəlmiş fikri sonuncuya təklif etmişdir. Vidadi onun təklifinə əvvəl razı olmasa da, sonradan onunla razılaşmışdır. Onun seçiminə əsasən əvvəllər işlədiyi restorandan oğurluq etmək üçün birlikdə Abşeron rayonu, “AAAF” park yaşayış kompleksində yerləşən “Ocaqbaşı” restoranına getmişlər. Onlar Vidadi ilə birlikdə 18 aprel 2024-cü il tarixdə, gecə saatlarında restoranın olduğu yerə gəlmiş, arxa qapısına keçərək, üzərində olan otverka ilə plastik pəncərəni açmışdır. O, gəlib-gedenlərə nəzarət etmək üçün çöldə gözləmiş, Vidadi isə pəncərədən içəriyə daxil olmuş və bir qədər keçməmiş çölə çıxaraq, kassadan pul oğurladığını bildirib, həmin pulları ona vermişdir. O, 5, 10, 20 və 50 manatlıq əskinaslardan ibarət pulu saymış, ümumi 635 manat pulun 320 manatını Vidadiyə verməklə, qalan 315 manatı özündə saxlamışdır. Məhkəmə iclasında verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, o, baş vermiş hadisədən əvvəl nə Təqsirləndirilən şəxs2la, nə də təkbaşına başqa oğurluq hadisəsində iştirak etməmiş, oğurluqdan əldə etdiyi pulu isə şəxsi ehtiyaclarına sərf etmişdir. Zərərçəkmiş şəxsə dəymiş ziyan sonradan Vidadi tərəfindən tam ödənildiyi üçün, zərərçəkmiş onlarıa barışmışdır. Sonda etdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş zərəri ödəməklə, barışıq əldə etməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, ağır vərəm xəstəsi olmasını bildirərək, barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Cinayət işinin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ittiham olunduğu cinayət əməlləri ilə bağlı özünü təqsirli bilərək, istintaqda verdiyi ifadəni təstiq etməklə əlavə olaraq qeyd etdi ki, Təqsirləndirilən şəxs1 2024-cü ilin əvvəllərində tanımışdır. Söhbət zamanı maddi vəziyyətinin yaxşı olmadığını demişdir. Bir neçə gün sonra Samir birlikdə oğurluq etmək istəyib-istəməməsi ilə bağlı təklif irəli sürmüş, lakin o, həmin təklifə razılıq verməsə də, sonuncu ilə hər görüşdə ona israrla oğurluq etməyi təklif etmişdir. Onun həmin ərəfədə maddi durumu idarə oluncaq vəziyyətdə olmadığından Samirin sonuncu dəfə etdiyi təklifi qəbul etmiş və həmin oğurluğu onun əvvəlki işlədiyi restorandan həyata keçirmək barədə razılığa gəlmişlər. Gecə saatlarında Samirlə birlikdə “AAAF” park yaşayış kompleksində yerləşən “Ocaqbaşı” restoranına getmiş, arxa qapıya keçərək, Samir üzərində olan otverka ilə plastik pəncərəni açmış, ona içəri daxil olub pulları götürməsini demişdir. O, bunu etmək istəməsə də, Samirin sağlamlıq vəziyyətini nəzərə alaraq içəri özü daxil olmuşdur. Samir isə gəlibgedenlərə nəzarət etmək üçün çöldə gözləmişdir. Kassanı açmış və içində olan 635 manat nağd pulu oğurlayıb daxil olduğu pəncərədən çölə çıxmışdır. Oğurladığı pulları Samirə vermiş, 635 manat olduğuna əmin olduqda 320 manatını ona, qalan 315 manatı isə özünə götürmüşdür. Məhkəmə iclasında verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, o, baş vermiş hadisədən əvvəl nə Təqsirləndirilən şəxs1la, nə başqa şəxslə, nə də təklikdə başqa oğurluq hadisəsində iştirak etməmişdir. Sonda etdiyi əməldən peşman olmasını, hazırda daimi iş yerinin olmasını, azyaşlı iki övladının olmasını, zərərçəkmiş şəxsə dəymiş zərəri ödəməklə, barışıq əldə etməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını bildirərək, barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən ifadəsi elan edilməkə tədqiq edilən iş üzrə Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 03 ildir Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF-Park” yaşayış kompleksində “Ocaqbaşı” restoranını işlədir. Restoranı hər gün saat 09-da açmışlar və saat 00:00-da bağlamışlar. xx.xx.2024-cü il tarixdə səhər saatlarında restoranın adminstratoru Şahid ona zəng edib restoranın kassasında olan 1332,30 manat pulun oğurlandığını bildirmişdir. Bundan sonra restoranın müşahidə kamaerasına baxdıqda görüntüdə bir nəfər maskalı şəxsin mətbəxin pəcərəsini açıb içəri daxil olduğu və kassaya yaxınlaşıb kassanı orada olan qayçı ilə açıb pulu götürdüyü müşhahidə olunmuşdur. Oğurluq nəticəsində restorana 1332,30 manat ziyan dəymişdir. Zərərçəkmiş şəxs ərizəsində, Təqsirləndirilən şəxs2 tərəfindən ona dəymiş zərərin tam ödənildiyini bildirmiş, şikayətinin olmadığını və barışdığını qeyd etmişdir. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən iş üzrə Şahid məhkəməyə ərizə ünvanlayaraq, istintaqda verdiyi ifadəni təsdiq etdiyini və məhkəmə iclaslarında iştirak edə bilməyəcəyinin nəzərə alınmasını xahiş etmişdir. Belə ki, məhkəmə iclasında ifadəsi elan edilməkə tədqiq edilən Şahid iş üzrə ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdən Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF” park yaşayış kompleksi, 11-ci küçədə yerləşən “Ocaqbaşı” türk restoranında adminstrator işləyir. Həmin restoranın sahibi Zərərçəkmiş şəxsdur. Restoranı hər gün saat 09-da açmışlra və saat 00:00-da bağlamışlar. xx.xx.2024-cü il tarixdə 23:30 radələrində restoranı bağlayıb getmişlər. xx.xx.2024-cü il tarixdə saat 09 radələrində restorana gələn zaman kassa aparatının açıq olduğunu görmüş və kassaya nəzər saldıqda kassada axşamdan qalmış 1332,30 manat pulun olmadığını aşkar etmişdir. Bundan sonra restoranın müşahidə kamaerasına baxdqıda görüntüdə bir nəfər maskalı şəxsin mətbəxin pəcərəsini açıb içəri daxil olduğu və kassaya yaxınlaşıb kassanı orada olan qayçı ilə açıb pulu götürdüyü müşhahidə olunmuşdur. Oğurluq nəticəsində restorana 1332,30 manat ziyan dəymişdir Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
1. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 09 may 2024-cü il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işinə başlanılmış və istintaq aparılması üçün icraata qəbul edilmişdir;
2. “Şübhəli şəxsin tutulması haqqında” 09 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə, saat 20:00 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur;
3. “Şübhəli şəxsin tutulması haqqında” 09 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə, saat 22:00 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur;
4. “Zərərçəkmiş şəxs qismində tanınması” haqqında 10 may 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır;
5. “Cinayət işi üzrə əməlin tövsif edilməsi” haqqında 11 may 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.1 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir;
6. “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 11 may 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan ittiham elan edilmişdir;
7. “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 11 may 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan ittiham elan edilmişdir;
8. Abşeron Rayon Məhkəməsinin 11 may 2024-cü il tarixli, 4(012)-410/2024 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 09 may 2024-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir;
9. Abşeron Rayon Məhkəməsinin 11 may 2024-cü il tarixli, 4(012)-411/2024 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina olunmuş və o, dərhal məhkəmə iclas zalından azad eilmişdir;
10. “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi” haqqında 11 may 2024-cü il tarixli qərara əsasən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs2 barəsində “polsiin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilmişdir;
11. “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi” tərəfindən tərəfindən verilmiş 29 iyun 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Binəqədi Rayon Xalq Məhkəməsinin 03 iyun 1997-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 226-1 maddəsinin 1; 55 əsasən 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 25 may 1998-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1998-ci il tarixli Amnistiya qərarının 4-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan azad edillmiş, bundan sonra Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 10 avqust 2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinə əsasən 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 16 mart 2010-cu il tarixdə cəza müddətinin sonu ilə azad olunmuşdur. Bundan başqa o, Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 24 may 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən 02 il 06 ay müddətinin azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 02 sentyabr 2013-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Son olaraq isə Abşeron Rayon Məhkəməsinin 14 aprel 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddələrinə əsasən 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 23 avqust 2023-cü il tarixli qərarı ilə ona hökm üzrə təyin edilmiş cəzadan 04 ay 18 gün vaxtından əvvəl olaraq şərti azad edilmişdir;
12. “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi” tərəfindən tərəfindən verilmiş 29 iyun 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Şəki Ağır Cinayətlər Məhkəməsinin 05 dekabr 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsinə əsasən 07 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həmin hökm Şəki Apellyasiya Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli qərarı ilə dəyişdirilərək, 06 ilədək endirilmiş. 17 mart 2017-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin 16 mart 2017-ci tarixli, 2744 saylı “ƏFV” sərəncamına əsasən cəzanın çəkilməmiş hissəsindən azad edilmişdir;
13. “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi” haqqında 25 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 nəzərdə tutulan ittiham və seçilmiş qətimkan tədbiri dəyişdirilmədən öz qüvvəsində saxlanılmış, iş üzrə 01 ədəd DVD disk maddi sübut qismində tanınmış və iş materiallarına əlavə edilmiş, təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin ifadəsi, təqsirləndirilən şəxsllərin ifadəsinin yerində yoxlanılması protokolu, diskə baxış protokolu, üzləşdirmə protokolu, şahid ifadəsi və digər istintaq sənədləri iş üzrə sübut növü kimi qiymətləndirilmişdir;
14. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 31 yanvar 2025-ci il tarixli, 1(004)- 66/2025 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1 və 264-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 66.2 və 66.4-cü maddələrinə əsasən həm əsas, həm də əlavə cəzaları qismən toplamaq yolu ilə, ona qəti olaraq 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 31 yanvar 2025-ci il tarixdən hesablanması və barəsində Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə həbs qətimkan tədbirinin seçilməsinin nəzərə alınması müəyyən edilmişdir;
15. Zərərçəkmiş şəxs ərizə ünvanlayaraq, Təqsirləndirilən şəxs2 tərəfindən ona dəymiş zərərin tam ödənildiyini bildirmişdir.
16. “Azemis” Elektron İnformasiya sistemi vasitəsilə təqsirləndirilən şəxsin “qohumluq məlumatlarına” dair göndərilmiş sorğudan görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində 25 iyun 2019-cu il təvəllüdlü X6 adlı uşağı vardır.
Cinayət işinin materiallarında olan DVD diskinə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, 01 nəfər başına maska geyinmiş orta boylu şəxsin restoranın mətbəxində olan pəncərədən mətbəxə daxil olur və restoranın zalında olan kassa aparatına yaxınlaşıb qayçı ilə kassanın siyirməsini açır və kassanın siyirməsində oln pulları götürüb daxil olduğu pəncərədən çıxaraq restoranı tərk edir. Diskə baxışda iştirak edən Təqsirləndirilən şəxs2 bildirmişdir ki, diskdə olan görüntüdəki şəxs o, özüdür və xx.xx.2024-cü il tarixdə saat 04 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF” park yaşayış kompelsində yerləşən “Ocaqbaşı” türk restoranında olan kassadan 635 manat pulu oğurlamışdır.
Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər:
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin, tərkib əlamətləri vardır. Belə ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birlikdə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi xx.xx.2024-cü il tarixdə saat 04 radələrində birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF” park yaşayış kompelksində yerləşən Zərərçəkmiş şəxs məxsus “Ocaqbaşı” restoranının yerləşdiyi yerə gəlib, otverka ilə restoranın pəcərəsini açaraq içəri qanunsuz daxil olub, restoranda olan kassa aparatından 1332,30 manat pulu gizli olaraq talayıb aralarında bölməklə oğurluq etmişdir. Beləliklə təqsirləndirilən şəxslər tərəfindən həmin əməllərin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Təqsirləndirilən şəxslərin ifadəsi ilə yanaşı hər iki şəxsə münasibətdə cinayət əməlləri zərərçəkmiş şəxsin və şahidin istintaq zamanı verdikləri ifadələrlə, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Odur ki, onlara təqsirli bilindikləri maddələrin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Qeyd olunan Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə zərər çəkmiş şəxsə dəymiş ziyanı ödənilməsini və barışıq əldə etməsini Təqsirləndirilən şəxs1 əməlində cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 əməlində cəzasını ağırlaşdıran hal kimi cinayətlərin residivini müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Qeyd olunan Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarına əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Həmçinin, yeni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilibödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 sonuncu dəfə Abşeron Rayon Məhkəməsinin 14 aprel 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 29,177.2.3 və 29,177.2.3-cü maddələri ilə təqsirli bilinərək, 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş,o, Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 23 avqust 2023-cü il tarixli qərarı ilə həmin hökm üzrə təyin edilmiş cəzadan 04 ay 18 gün vaxtından əvvəl olaraq şərti azad edilmiş, lakin məhkumluğun ödənilməsi üçün qanunvericilikdə müəyyən olunmuş müddət keçmədən, 18 aprel 2024-cü il tarixdə yenidən qəsdən cinayət törətmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs1 hazırki cinayəti törədərkən məhkumluğu ödənilməmişdir, bu hal isə onun əməlində cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Qeyd olunan Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Məhkəmə cinayət qanunvericliyinin təlbələrini, Ali Məhkəmənin Plenumunun tövsiyyələrini, habelə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən əvvəllər də azadlıqdan məhrum etmə cəzasına məhkum olunub bundan nəticə çıxarmayaraq yenidən qəsdən cinayət törətməklə əməldə cinayətlərin residivini yaratmasını, həmçinin cəzanın yüngülləşdirici halı olaraq zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini nəzərə alaraq, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cinayət işinin materiallarında olan hökmə əsasən Təqsirləndirilən şəxs1 hazırki cinayət işi üzrə ittiham olunduğu əməli barəsində çıxarılmış Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 1(004)- 66/2025 saylı, 31 yanvar 2025-ci il tarixli hökmü ilə məhkum olunmamışdan əvvəl, yəni 18 aprel 2024-cü il tarixdə törətdiyinə görə ona hazırkı cinayət işi üzrə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu qaydasında təyin edilməlidir. Göründüyü kimi Təqsirləndirilən şəxs1 ittiham olunduğu bu cinayət əməli residivin müəyyən edilməsi zamanı nəzərə alına bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Azərbaycan Respublikası CM-nin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulan qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilərsə və əgər cinayətlər birinci və ikinci hökmlərlə Azərbaycan Respublikası CM-nin eyni maddəsi ilə tövsif olunmuşdursa, qəti cəza həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən təyin edilir. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 22 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 1(004)-66/2025 saylı, 31 yanvar 2025-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il müddətinə nəqlliyyat vaisitəsoindən idarəetmə hüququndan məhrum edilməklə 01 il 01 ay müddtinə azadlıqdan məhrumetmə cəzası hazırkı hökmlə təyin olunacaq cəza ilə qismən toplanılmaqla, ona cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 ona cinyətlərin məcmusu üzrə təyin edilən azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli onun azadlığının məhdudlaşdırıldığı vaxtdan yəni 09 may 2024-cü il tarixdən hesablanmalı, həmçinin barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırki cinayət işi üzrə müsadirə edilməli əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hər-hansı əmlakla bağlı xüsusi müsadirənin tətbiq edilməsinin zərurət olmadığı qənaətindədir. Məhkəmə digər Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, şəxsiyyəti, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 zərər çəkmiş şəxsə dəymiş ziyanı ödəyərək, barışıq əldə etməsini və himayəsində azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir, eyni zamanda sonuncunun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunan halları nəzərə almaqla məhkəmə təqsirləndirilən şəxsə qarşı cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilərək, sonuncuya qarşı şikayət və tələbinin olmamasını və himayəsində azyaşlı övladının olmasını nəzərə alaraq hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, saat 21:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF” park yaşayış kompleksi, 12-ci küçə, ev 2, mənzil 15 ünvanlnl tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat dövründə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırki cinayət işi üzrə müsadirə edilməli əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hər-hansı əmlakla bağlı xüsusi müsadirənin tətbiq edilməsinin zərurət olmadığı qənaətindədir. Maddi sübutla ilə bağlı məsələni müzakirə edərək, məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk - cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) hər iş saatı üçün ödənilən haqqın məbləği 6 manatdan 11 manata artırılmışdır. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs1 hüquqları üzrə müdafiəsini həyata keçirmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X2 hüquqi yardıma görə sərf etdiyi 45 saatın hər iş saatının 6 manatdan, 20 saatının hər iş saatının isə 11 manatdan hesablanmaqla, dövlət büdcəsindən vəkilə cəmi 490 manat (45 saat x 6 AZN + 20 saat x 11 AZN) məbləğində vəsaitin ödənilməsi qənaətinə gəlir. Bundan başqa məhkəmə Təqsirləndirilən şəxs2 hüquqları üzrə müdafiəsini həyata keçirmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 hüquqi yardıma görə sərf etdiyi 45 saatın hər iş saatının 6 manatdan, 20 saatının hər iş saatının isə 11 manatdan hesablanmaqla, dövlət büdcəsindən vəkilə cəmi 490 manat (45 saat x 6 AZN + 20 saat x 11 AZN) məbləğində vəsaitin ödənilməsi qənaətinə gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 yanvar 2025ci il tarixli, 1(004)-66/2025 saylı hökmü ilə təyin edilmiş 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il 01 (bir) ay müddətində azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5ci maddəsinə əsasən hazırki hökmlə qəti olaraq təyin edilmiş 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılsın və ona qəti olaraq 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il 02 (iki) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs1 barəsində təyin edilmiş 02 (iki) il müddətinə “nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə” cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən müstəqil icra olunsun. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 09 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs1 aid hissədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə Sumqayıt şəhər Probasiya şöbəsinə məlumat vermədən Abşeron rayon ərazi hüdudlarından kənara çıxmamaq, saat 21:00-dən növbəti gün, saat 07:00-dək yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF” park yaşayış kompleksi, 12-ci küçə, ev 2, mənzil 15 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Sumqayıt Probasiya şöbəsinə həvalə edilsin və cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə mülki iddianın, məhkəmə xərcinin və üzərinə həbs qoyulmuş əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 45 saatın hər iş saatının 6 manatdan, 20 saatının hər iş saatının isə 11 manatdan hesablanmaqla, dövlət büdcəsindən vəkilə cəmi 490 manat (45 saat x 6 AZN + 20 saat x 11 AZN) məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Abşeron rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Abşeron rayon Vəkil Bürosunun vəkili X3 məhkəmədə iştirak etdiyi 45 saatın hər iş saatının 6 manatdan, 20 saatının hər iş saatının isə 11 manatdan hesablanmaqla, dövlət büdcəsindən vəkilə cəmi 490 manat (45 saat x 6 AZN + 20 saat x 11 AZN) məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Abşeron rayon Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən: Abusət Qasımov