Məhkəmə qərarları › İş №1(012)-296/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-296/2021

17.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-296/2021 17.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının, Vəliyev Nərmin Elçin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X4 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil X14 iştirakları ilə, xx.xx.1985-ci ildə Gürcüstan Respublikası Rustavi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, əvvəllər məhkum olunmuş, məhkumluğu olmayan, Ağstafa rayonu, Muğanlı kəndində qeydiyyatda olan və Abşeron rayonu Xırdalan şəhəri, Quşçuluq Y/M, H.Z.Tağıyev küçəsində yaşamış, Abşeron Rayon Məhkəməsinin 01.09.2020-ci il tarixli qərarı ilə barəsində həbsetmənin əvvəli 30.08.2020-ci il tarixdən hesablanmaqla seçilmiş həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 178.2.1, 178.2.2, 178.2.4, 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin baxış iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tamah niyyətiilə, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı X19 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs6 etibarından sui-istifadə edib, özünü Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən cinayətə heç bir aidiyyatı olmayan Ramil Quliyevin qardaşı X15 məxsus heç bir hüquq müəyyənedici sənədi olmayan fərdi yaşayış evinin sahibi kimi təqdim edərək pulunu hissə-hissə ödəmək şərtiilə Zərərçəkmiş şəxs6 satacağına dair yalan vəd verib inandırdıqdan sonra üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyəti olmadan aldadaraq 2019-cu ilin iyun ayının ortalarından avqust ayının ortalarına kimi olan müddət ərzində bir neçə dəfəyə ünvan 1 ünvanında ümumilikdə 9.100 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs6 xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, tamah niyyəti ilə, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədiilə tanışı X19 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs5 etibarından suiistifadə edib, cinayətə heç bir aidiyyatı olmayan Şahid14 məxsus Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsi 217 Cünvanında yerləşən heç bir hüquq müəyyən edici sənədi olmayan fərdi yaşayış evinin sahibi kimi özünü təqdim edib həmin evi Zərərçəkmiş şəxs5 15.500 manata satacağına dair yalan vəd verib üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyəti olmadan aldadaraq 22 sentyabr 2019-cu il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsində 500 manat, 23 sentyabr 2019-cu il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 58 ünvanında yerləşən 14 saylı notariat ofisində «ilkin alqısatqı» müqaviləsi bağlamaqla 10.000 manat olmaqla ümumilikdə 10.500 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs5 xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, tamahniyyətiilə, özgənin əmlakınıetibardansui-istifadəetmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə qeyri rəsmi ər-arvad münasibətlərində yaşadığı X11 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edib, cinayətə heç bir aidiyyatı olmayan X7 məxsus Sumqayıt şəhəri, Yaşıl Dərə yaşayış massivində yerləşən heç bir hüquq müəyyənedici sənədi olmayan fərdi yaşayış evinin sahibi kimi özünü təqdim edib, həmin evi Zərərçəkmiş şəxs4 9.500 manata satacağına dair yalan vəd verib üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyəti olmadan aldadaraq, 04 dekabr 2019-cu il tarixdə Sumqayıt şəhəri, Yaşıl Dərə yaşayış massivində yerləşən fərdi evdə beh adı ilə 500 manat pulu, maklerə ödəmək adı ilə 600 manat pulu, 04 dekabr 2019-cu il tarixdə yenidən eyni ünvanda atasının müalicəsinə ödənilməsi üçün qabaqcadan ödəniş adı ilə 1700 manat pulu, yəni vahid qəsdlə əhatə olunan niyyətlə ümumilikdə 2800 manat pulu ələ keçirərək Zərərçəkmiş şəxs4 ziyan vurub dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, tamah niyyəti ilə, özgənin əmlakınıgizli olaraq talama məqsədiilə tanışları X16 və şəxsiyyəti istintaqa məlum olmayan Anar adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 20 yanvar 2020-ci il tarixdə gecə saat 03 radələrində Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən yük maşınlarının dayanacağına daxil olmuş, dayanacaqda yerləşən qarajdan Zərərçəkmiş şəxs2 məxsus hər birinin dəyəri 100 manat olan, ümumi 200 manat dəyərində 2 ədəd «Man» markalı yük maşınlarına məxsus amartizatoru, hər birinin dəyəri 800 manat olan, ümumi 1600 manat dəyərində 2 ədəd «İveko» markalı avtomobilə məxsus mator qalovkasını, 01 ədəd 500 manat dəyərində «Man» markalı avtomobillərə məxsus sürətlər qutusunun sol beyinini, 01 ədəd 400 manat dəyərində «Man» markalı yük maşınlarına məxsus yağ nasosunu, 01 ədəd 500 manat dəyərində «Man» markalı yük maşınlarına mxsus razdatkanı, 01 ədəd 120 manat dəyərində «Man» markalı yük maşınlarına məxsus təzyiq havası ilə işləyən açarı, 01 ədəd 100 manat dəyərində plastik pəncərəni, hər birinin dəyəri 250 manat olan, ümumi 500 manat dəyərində 2 ədəd «Man» markalı avtomobillərə məxsus paylayıcını gizli talayıb zərərçəkmişşəxs Zərərçəkmiş şəxs2 ümumilikdə 3920 manat dəyərində ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edib, cinayətə heç bir aidiyyatı olmayan Məmmədova Zülfiyyəİlham qızına məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən fərdi yaşayış evini AidəŞirinovaya göstərərək, həmin evi onun adına sənədləşdirib 9000 manata satacağını yalandan vəd edib aldadaraq, 05 avqust 2020-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri 28-ci məhəllədə 500 manat, 06 avqust 2020-ci il tarixdə saat 21 radələrində Bakışəhəri, Yasamal rayonu, X41 küçəsi, ev 72 ünvanında 4500 manatpulu, yəni vahid qəsdlə əhatə olunan niyyətlə ümumilikdə 5000 manat pulu ələ keçirərək Zərərçəkmiş şəxs3 ziyan vurub dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, tamah niyyəti ilə, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən, lakin özünə məxsus olmayan fərdi evi göstərib öz evi kimi təqdim etdikdən sonra, fərdi evi Zərərçəkmiş şəxs1 adına sənədləşdirib 9000 manata satacağını yalandan vəd edib aldadaraq, ilkin ödəniş kimi 09.08.2020-ci il tarixdə Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 4 ünvanında 1500 manat pulu, 10 avqust 2020-ci il tarixdə həmin evin kommunal xidmətlərini qabaqcadan Zərərçəkmiş şəxs1 adına rəsmləşdirəcəyinədairyalan vəd edib, Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində yerləşən Tibb Texnikomunun yaxınlığında 500 manat pulu, yəni vahid qəsdlə əhatə olunan niyyətlə ümumilikdə 2000 manat pulu ələ keçirərək Zərərçəkmiş şəxs1 ziyan vurub dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 30 avqust 2020-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarlından artıq miqdarda beş ədəd siqaretin gümüşü və qara rəngli kağızına bükülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 0,061 qram, 0,17 qram, 0,207 qram, 0,044 qram və 0,018 qram, ümumi təmiz çəkisi 0,347 qram ağ rəngli kristallardan ibarət psixotrop maddə olan metamfetamini 60 manat müqabilində qanunsuz əldə edib üzərində saxlayaraq daşımış, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək axtarışda olduğu üçün 30 avqust 2020-ci il tarixdə saat 20 radələrində Abşeron rayon polis idarəsinin əməkdaşları tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri ərazisində keçirilən əməliyyat-axtarış tədbirləri zamanı 26-cı məhəllə ərazisində saxlanılaraq Abşeron rayon RPİ-nin inzibati binasına gətirilmiş və xidməti iş otaqlarının birindəüzərinə videoçəkilişlə keçirilən şəxsi axtarış zamanıəynində olan şalvarın sol yan cibində pul kisəsinin içərisində saxladığı beşədəd siqaretin gümüşü və qara rəngli kağızına bükülmüşümumi təmiz çəkisi 0,347 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini törətməsi aşağıdakı qaydada subuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 30 avqust 2020-ci il tarixdə günorta saatlarında Abşeron rayonu Xırdalan şəhəri, 26-cı məhəllədən tanımadığı şəxsdən 60 manata müqabilində 5 ədəd siqaretin gümüşü və qara kağızına bükülmüş metamfetamin (şüşə) psixotrop maddəni öz şəxsi istifadəsi üçün almış, sonra həmin psixotrop maddə olan bükümü qara rəngli pul kisəsinin içərisinə qoyub, göy rəngli şalvarımın sol yan cibinə qoymuşdur. 30 avqust 2020-ci il tarixdə axşam saatlarında Abşeron rayonu, Xırdalan şəhəri 26-cı məhəllədə olan zaman axtarışda olduğu üçün polis əməkdaşları ona yaxınlaşmış və özlərini təqdim etmiş, onu axtarışda olduğu üçün saxlamışlar. Bundan sonra Abşeron rayon polis idarəsinə gətirilmiş, polis idarəsində olan zaman ona üzərində hər hansı bir qanunla qadağan olunmuşəşya olub-olmaması soruşulduqda o, üzərindəöz şəxsi istifadəsi üçün gəzdirdiyi psixotrop maddənin olduğunu bildirmişdir. Polis idarəsində müdafiəçinin iştirakı iləüzərindəçəkilişlə axtarış aparılmış, axtariş aparılan zaman ona üzərində qanunla dövriyyəsi qadağan olunmuşəşya olub-olmaması varsa, təqdim etməyi təklif olunmuş, o da əynində olan göy rəngli şalvarının sol yan cibimdə olan qara rəngli pul kisəsinin içərisindəki beşədəd siqaretin qara və gümüşü kağızına bükülmüş psixotrop maddə, yəni metamfetamini təqdim etmiş, həmin ona məxsus olan psixotrop maddə büküm onun iştirakı ilə ağ zərfə qoyularaq bağlanmışdır. Bundan başqa, Zərərçəkmiş şəxs1 etdiyi şikayətlə bağlı onu deyə bilər ki, həqiqətən də Zərərçəkmiş şəxs1 etibarından sui istifadə edərək ona Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə tanıdığım X1 yaşadığı evi göstərib həmin evin özünə məxsus olduğuna inandırmış, sonra ilkin ödəniş kimi 09.08.2020-ci il tarixdə Bakışəhəri, Nəsimi, rayonu, 3-cü mikrorayon dairəsinin yaxınlığında yerləşən kirayədə yaşadığı evdə ondan 1500 manat, 10.08.2020-ci il tarixdə isə Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində yerləşən Tibb Texnikomunun yaxınlığında ondan 500 manat alaraq ümumilikdə 2000 manat pulunu ələ keçirib ona qarşı dələduzluq etmişdir. Belə ki, bu məqsədlə 2020-ci ilin iyul, avqust ayında Bakışəhəri ərazisində müxtəlif yerlərdə işıq dirəklərinin üstünə Xırdalan şəhərində ev satması barədə yalan elan yapışdıraraq, üzərinə də ***-***-**-** saylı və digər mobil nömrələrini qeyd etmişdir. 28.07.2020-ci il tarixdə tanımadığı bir nəfər şəxs onun mobil telefonuna zəng edərək evlə maraqlanmış, o, həmin şəxsə elanda qeyd olunan evin guya ki, bir neçə gün öncə satıldığını bildirmişdir. Həmçinin bir neçə gündən sonra yenidən həmin şəxsə zəng edərək Xırdalan şəhərində 12000- 13000 manata 2 otaqlı həyət evi satıldığını söyləmiş, həmin şəxs hazırda rayonda olduğunu, 05.08.2020-ci il tarixdə Bakışəhərinə gələcəyini bildirmişdir. Həmçinin satmaq istədiyi evin şəkillərini “Vatçap” internet xidməti vasitəsilə ona göndərməsini xahiş etmişdir. Həmin gün ona 2 otaqlı, bir mətbəxli həyət evinin şəklini göndərmiş, 05.08.2020-ci il tarixdə saat 22 radələrində həmin şəxs qızı ilə Xırdalan şəhərinə sözü gedən evə gəlmiş, sonradan adlarını bildiyi Məhəbbət adlışəxs və onun qızı Nuridə həmin vaxt evə baxdıqdan sonra guya ki, hörmət edərək həmin 2 otaqlı həyət evini onlara 9000 manata sata biləcəyini söyləmişdir. Həmçinin onlara maddi imkanları zəif olduğuna görə ilkin olaraq 4000 manat vermələrini, qalan 5000 manatı da hissə-hissəödəmələrini təklif etmiş, onunla razılaşdırılmış və bir neçə günə ilkin olaraq 4000 manatı verəcəklərini bildirmişlər. Bir neçə gündən sonra Məhəbbət ona zəng edərək evə yenidən baxmaq istədiklərini, ona görə də evin açarlarını ona verməsini xahiş etmişdir. 09.08.2020-ci il tarixdə mən Bakışəhəri, 3-cü mikrorayon dairəsinin yaxınlığına gedib Məhəbbət adlışəxslə görüşüb ona 2 ədəd açar vermiş və yalandan həmin evin açarları olduğunu söyləmiş, həmçinin həmin gün əvvəlcədən planlaşdırdığı kimi Məhəbbət adlışəxsə ***-***-**-** saylı“Vatçap” nömrəsi ilə yazaraq guya ki, anasının vəziyyətinin ağır olduğunu və ona təcili olaraq evin ilkin ödənişindən 2000 manat verməsini xahiş etmişdir. Həmin vaxt Məhəbbət ona “Vatçap internet xidməti ilə cavab yazaraq Notariat ofisinə gedib alqı-satqı etməyini və bundan sonra ona 2000 manat verə biləcəyini bildirəndə, ona guya ki, Notariat ofisində hələ növbə tutmadığını, həmçinin qalan 2000 manatı da verdikdən sonra birdəfəlik gedib alqı-satqı etmələrini, anasının vəziyyəti ağır olduğuna görə təcili 2000 manat rayona göndərməli olduğunu söyləmişdir. Bundan sonra Məhəbbət ondan adını və soyadını soruşaraq şəxsiyyət vəsişəsinin şəklini “Vatçapla” onun telefonuna göndərməsini bildirmişdir. O, şəxsiyyət və sürücülük vəsiqələrinin şəklini onun telefonuna göndərmiş, 09.08.2020-ci il tarixdə Zərərçəkmiş şəxs1 Bakışəhəri, Nəsimi, rayonu, 3-cü mikrorayon dairəsi yaxınlığında kirayədə yaşadığı evə getmiş, həmin vaxt Məhəbbət qızı Nuridənin yanında ona 1500 manat vermiş, həmçinin 10.08.2020-ci il tarixdə səhər 09 radələrində yenidən Məhəbbətə“Vatçap” ilə yazaraq evin kommunal xidmətlərinin onun adına sənədləşdirmək üçün 500 manat lazım olduğunu, həmçinin onu görmədən yenidən evə gedib baxmamaqlarını, birlikdə gedib evə baxmağı söyləmişdir. Həmin gün saat 10 radələrində Məhəbbət adlışəxs ona zəng etmiş və onlar Xırdalan şəhərində yerləşən FHN-in X13 yaxınlığında görüşmüşlər. Həmin vaxt Məhəbbətin qızı Nuridə də onun yanında olmuş, onun “Renta-Car”dan götürərək idarə etdiyi “Prado” markalı avtomobiləəyləşmişlər. O, komunal xidmətləri təcili olaraq onun adına sənədləşdirməli olduğunu bildirdikdən sonra idarə etdiyi avtomobillə onları Xırdalan şəhəri, M.Hüsynzadə küçəsində yerləşən Tibb texnikomunun yaxınlığına gətirmiş və Məhəbbət həmin yerdə ona 500 manat da vermiş, sonra onlara bildirmişdir ki, gedib evə baxsınlar və o da evin kommunal xidmətlərini sonuncunun adına rəsmləşdirib həmin evə qayıdacaqdır. Məhəbbət qızı Nuridə ilə birlikdə avtomobildən düşdükdən sonra isə o, həmin yerdən aralaşmış və mobil telefonunu söndürmüşdür. Təxminən 5-6 gün sonra Məhəbbət başqa nömrə ilə onun “Vatçap” nömrəsinə yazıb onlara qarşı düz etmədiyini, 2000 manat pullarını geri qaytarmağı bildirdikdə, o, 27.08.2020-ci il tarixədək 2000 manat pulunu geri qaytaracağına yalandan söz verib yenidən həmin nömrəni də bloka salmış ki, onunla əlaqə saxlaya bilməsinlər. X2 və Zərərçəkmiş şəxs3 Eldəniz qızının şikayət ərizələri ilə bağlı onu deyə bilər ki, təxminən bir ildən çoxdur ki, daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olur. Daşınmaz əmlakın aldı-satqısı ilə məşğul olan Ramini də bir neçə ildir ki, tanıyır, sonuncu ilə birlikdəəlaqəli şəkildə işləyirlər. Ramin Xırdalan şəhəri 28-ci məhəllədə yerləşən fərdi yaşayış evdə kirayədə qalmış, onun maddi vəziyyəti yaxşı olmadığıüçün istəmişdir ki, Raminin kirayədə qaldığı evi hər hansı bir müştəriyə satsın. Ona görə istifadə etdiyi ***-***- **-** nömrəsini yazaraq Xırdalan şəhəri 28-ci məhəllədə yaşayış evin təcili satılması barədə elanı Bakışəhəri Yasamal rayonun ərazisində dayanacaqda yapışdırmış, 2020-ci ilin avqust ayının əvvəllərində Aidə adlı qadın onun nömrəsinə zəng edərək həmin evin satılması ilə bağlı soruşmuş və ona evi satmasını bildirmişdir. O, Ramindən onun kirayədə qaldığı evin açarını orada çiməcəyi adı ilə almış, 05 avqust 2020-ci il tarixdə həmin Aidə adlı qadın Xırdalan şəhərində onunla görüşərək həmin evi ona göstərmiş və 9000 manata evi Aidəyə satmağı razılaşmışdır. Həmin gün Aidə ona 500 manat beh kimi vermiş, o, Aidəyə yalandan evi onun adına sənədləşdirəcəyini bildirib, onun şəxsiyyət vəsiqəsini də almışdır. 06 avqust 2020-ci il tarixdə Xırdalan şəhərində At abidəsinin yanında Aidəyə evin eskiz lahiyyəsini vermiş və evin pulunu istəmişdir. Aidə demişdir ki, üstündə pulu yoxdur, həmin gün saat 21 radələrində Bakışəhəri Yasamal rayonu X41 küçəsi 71 saylıünvanda Aidə ona 4500 manat pul vermiş və qalan pulu da verəcəyini bildirmiş, ondan sonra Aidə ilə heç bir əlaqə saxlamamış, aldığı pulları da şəxsi ehtiyyaclarına xərcləmiş, Ramin həmin evi Aidəyə göstərib pul aldığını bilməmişdir. Zərərçəkmiş şəxs2 şikayət ərizəsi ilə bağlı deyə bilər ki, X8 Alik adı ilə tanıyır, belə ki, Xaliq onunla qonşuluqda yaşamışdır. Təxminən 18.01.2020-ci il tarixdə Xaliq Rzayevə demişdir ki, «yaxın dostumun toyudur, gedək Rent-a-Car-dan sənin adına icarəyə maşın götürək». Xaliq onunla razılaşmış və Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 048 adlı Rent-a-Car-a getmişdir. Onlar Xaliqin adına olan sürücülük vəsiqəsi ilə Mitsubişi Pajero markalı avtomobil götürmüşlər. 18.01.2020-ci il tarixdə Xaliq Rzayevlə birlikdə adını istintaqa açıqlamaq istəmədiyi dostunun toyuna getmiş, 19.02.2020-ci il tarixdə Xaliq Rzayev ona demişdir ki, yük maşınlarının qarajına qohumunun vasitəsi ilə mühafizəçi işinə düzəlmişdir. Həmin gün Xaliq ondan xahiş etmişdir ki, onu iş yerinə aparsın, o da idarə etdiyi avtomobillə X50 Saray adlanın yolda düşürmuşdür. Təxminən axşam radələrində Xaliq Rzayev ona zəng vuraraq bildirmişdir ki, ona yemək gətirsin, o da Xaliq Rzayev üçün dönər və sok alıb aparmışdır. Səhəri gün Xaliq Rzayev ondan xahiş etmişdir ki, onu işə aparsın, o da saat 09 radələrində sonuncunu yeni iş yerinə aparmışdır. Xaliq Rzayev işdən çıxdıqdan sonra onun yanına gəlib demişdir ki, onu axşam işə aparsın. 20.01.2020-ci il tarixdə axşam saat 18 radələrində Xaliq Rzayevi iş yerinə aparmış, axşam saat 22 radələrində Xaliq üçün yemək aparmış, həmin vaxtı Xaliq Rzayev ona demişdir ki, qarajda ehtiyat hissələri vardır, sahibi ilə danışmışdır, qarajın sahibi qohumudur, lazımsız mallar olduğu üçün onları satmaq lazımdır. Xaliq ona demişdir ki, avtomobilini qarajın qapısına tərəf sürsün, o, avtomobili oraya sürdükdən sonra o və Xaliq qarajdan yük maşınlarına aid ehtiyat hissələrini avtomobilə yükləmişdir. Xaliq Rzayev ona demişdir ki, ehtiyat hissələrini Sumqayıt bazarında satarıq. 21.01.2020-ci il tarixdə səhər saatlarında ona zəng gəlmiş, adını bilmədiyi şəxs özünü qarajın sahibi kimi təqdim edib onun qarajından ehtiyat hissələri oğurlandığını bildirmişdir. Həmin şəxs ona malları qaytarmasını bildirmiş, o da həmin şəxsə Xaliqin qohumu olub-olmadığını soruşmuş, həmin şəxs də Xaliqin qohumu olmadığını demişdir. Bundan sonra adını istintaqa açıqlamaq istəmədiyi şəxsdən xahiş etmişdir ki, ehtiyat hissələri ilə birlikdə avtomobili Xaliqin işlədiyi yerə aparsın. Həmin şəxs ehtiyat hissələrini apardıqdan sonra heç kəslə əlaqə saxlamamışdır. Zərərçəkmiş şəxs4 şikayət ərizəsi ilə bağlı onu deyə bilər ki, 2019-cu ilin noyabr ayında Sumqayıt şəhərinə tanışım Xəyalın yanına gəlmiş, söhbət əsnasında Xəyal ona bildirmişdir ki, yaşadığı ev kirayədə qaldığı evdir və həmin evin sahibi Zaur evi satmaq istəyir, imkan varsa ona bu işdə köməklik etsin. Bir gün sonra Sumqayıt şəhərində Xəyalın kirayəyə qaldığı Yaşıldərə bağları massivi ərazisində yerləşən fərdi evdə Zaurla görüşmüş, Zaur ona pula ehtitacı olduğunu və ona görə evin satılmasında ona köməlik etməsini bildirmiş, o, da Zaura kömək edəcəyini demişdir. Zaurdan aralanıb köhnə makler tanışı Raminlə görüşmüş və bu barədə bildirmiş, Ramin isə ona xəbər edəcəyini demişdir. 2 gün sonra Ramin ona xatırlamadığı mobil nömrədən zəng edərək bildirmişdir ki, Zaurun evini almaq istəyən bir nəfər müştəri vardır, Sumqayıt şəhəri Yaşıldərə bağları massivi ərazisində yerləşən dayanacaqda gözləyir, onu qarşılamaq lazımdır. Bundan sonra o, Xəyala zəng edib müştərini qarşılamasını demişdir. Xəyal müştərini qarşılayıb yaşadığı evə aparmış, bir qədər sonra isə o, evə getmişdir. O, evə gedəndə Xəyal müştəri kimi evə gələn Elçin adlışəxsə və onun valideynlərinə evi göstərdiyitni görmüş, həmin şəxslər evi bəyəndikləri üçün almağa razı idilər. O, evə gələnə qədər Xəyala 500 manat beh də verilmiş, evin özünə isə Ramin 10000 manat qiymət qoymuşdur. Ondan sonra Ramin evə gəlmiş, Ramin özünü müştərilərə Tərlan kimi təqdim etmiş, o isə müştərilərəözünü evin sahibi kimi təqdim etmişdir. Çünki Zaur orada olmamış, Tərlan müştəridən və ev sahibi kimi ondan müştəri tapdığına görə pul istəmiş, Tərlan hər birindən əvvəlcə 500 manat pul istəsə də, sonra hər birisi 300 manat verməyə razılaşmışlar. O, Elçinə demişdir ki, Tərlana onun yerinə də 300 manat versin, evi alqı-satqı edəndə hesablaşarlar. Beləliklə Elçin Tərlana ümumilikdə 600 manat pul vermiş, daha sonra Elçinə demişdir ki, evin pulundan ona qabaqcadan pul versin. Belə ki, Elçinə demişdir ki, «Rent a car»dan icarəyəyə götürdüyü avtomobil cəriməyə görə Sumqayıt şəhər polis idarəsinin DYPŞ-nin cərimə meydançasına yerləşdirilib və onu oradan çıxartmağa pul lazımdır. Elçin ona 1700 manat pul vermiş, o da həmin pulun 1200 manatını cəriməyəödəyib avtomobili cərimə meydançasından çıxarmışdır. Avtomobilin qeydiyyat nişanı xatırlamır, avtomobil “Niva” markalı olmuşdur. Bundan sonra yerdə qalan puldan Raminəəlavə olaraq 400 manat pul vermiş, qalan 100 manat pulun üzərinə isə 50 manat qoyub 150 manat pulu Zaura vermişdir. Yerdə qalan pulu isə Zaur alıb evi Elçinə satmalı olmuşdur. Lakin Zaur evi satmaqdan imtina etmiş, anasının buna etiraz etdiyini demiş, o, isə pulu xərclədiyi üçün Elçinə qaytara bilməmiş, həmçinin Ramin və Xəyal da pulu xərclədikləri üçün Elçinin pulunu qaytara bilıməmişlər. Nəticədə o məcbur olub telefonu söndürmüş, hazırda nə Xəyaldan, nə Ramindən, nə də ki, Zaurdan xəbəri yoxdur. Əlavə olaraq göstərmişdir ki, Elçin ona 1700 manat pul vermişdir, lakin sonuncuya qayınanasının xəstə olmasını, Rəksanənin yoldaşı olmasını deməmiş, Rəksanə onunla qeyri-rəsmi münasibətdə olmuş, Elçinə demişdir ki, «Rent a car»dan icarəyəyə götürdüyü avtomobili cəriməyə görə Sumqayıt şəhər polis idarəsinin DYPŞ-nin cərimə meydançasına yerləşdirilib və onu oradan çıxartmağa pul lazımdır. Elçin də ona 1700 manat pul vermişdir. Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs1 şikayət ərizələri ilə bağlı onu deyə bilər ki, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs5 məxsus pulların əldə edilməsində heç bir rolu olmamışdır və bununla bağlı Ramil Quliyevlə heç bir iş birliyi yaratmamış, həmin şəxsləri Ramil özü tanımış və onların pullarını sonuncu özü ələ keçirmişdir. Törətdiyi əməldən peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 27.07.2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Şamaxinka deyilən ərazidə olan işıq dirəklərinin birinin üstündə Abşeron rayonu, Xırdalan şəhərində 11.000 manata bir otaqlı mənzil satıldığı elanı görüb üzərinə qoyulmuş ***-***-**-** saylı mobil nömrəyə zəng edib həmin evlə maraqlanmaq istədikdə telefona cavab verən şəxs işdə olduqlarına görə bir gün sonra zəng etməyi bildirmiş, o, 28.07.2020-ci il tarixdə həmin mobil nömrəyə yenidən zəng etmiş və telefona cavab verən şəxs sözü gedən evi artıq satdığını və 5000 manat da beh aldığını bildirmişdir. Həmçinin həmin şəxs beh verən şəxsin evi almaq fikrindən döndüyü halda ona xəbər edəcəyini söyləmişdir. Bundan 3-4 gün sonra həmin şəxs ona zəng edərək Xırdalan şəhərində 12000-13000 manata 2 otaqlı həyət evi satıldığını söyləmiş, o, həmin şəxsə hazırda rayonda olduğunu, 05.08.2020-ci il tarixdə Bakışəhərinə gələcəyini bildirmişdir. Həmçinin həmin şəxsə evin şəkillərini “Vatçap” internet xidməti vasitəsilə ona göndərməyi xahiş etmişdir. Həmin gün ona 2 otaqlı, bir mətbəxli həyət evinin şəklini göndərmiş, 05.08.2020-ci il tarixdə rayondan Bakışəhərinə gəlmiş və həmin şəxsləəlaqə saxlayıb saat 22 radələrində qızı Nuridə ilə Xırdalan şəhərinə sözü gedən evə getmişlər. Evə baxdıqdan sonra həmin şəxs 2 otaqlı həmin həyət evini 9000 manata satdığını söyləmiş, həmin şəxs imkanı zəif olduğuna görə ilkin olaraq ona 4000 manat verməyi, qalan 5000 manatı da hissə-hissəödəməyi təklif etmişdir. O qızı ilə birlikdə həmin şəxslə razılaşmış və bir neçə günə 4000 manatı verəcəyi bildirmişdir. 08.08.2020-ci il tarixdə həmin şəxslə telefon əlaqəsi saxlayıb evin açarlarını ona verməsini, bir daha evə baxmaq istədiyini söyləmişdir. 09.08.2020-ci il tarixdə həmin şəxs Bakışəhəri, 3-cü mikrorayon dairəsinin yaxınlığına gəlib ona 2 ədəd açar vermiş və həmin evin açarları olduğunu söyləmişdir. Həmin gün ona ***-***-**-** saylı“Vatsap” nömrəsi ilə yazaraq anasınının vəziyyətinin ağır olduğunu və ona təcili olaraq evin ilkin ödənişindən 2000 manat verməyi xahiş etmişdir. Ona “Vatçap”da cavab yazaraq Notariat ofisinə gedib alqı-satqı etməyi və bundan sonra ona 2000 manatı verə biləcəyini bildirdikdə ona Notariat ofisində hələ növbə tutmadığını, həmçinin qalan 2000 manatı da verdikdən sonra birdəfəlik gedib alqı-satqı etməyi, anasının vəziyyətinin ağır olduğuna görə təcili 2000 manat rayona göndərməli olduğunu demişdir. O, həmin şəxsin dələduzluq edəcəyindən şübhələnib adını və soyadını soruşmuş vəşəxsiyyət vəsiqəsinin şəklini “Vatçapla” onun telefonuna göndərməsini bildirmiş, bir neçə dəqiqədən sonra həmin şəxs şəxsiyyət və sürücülük vəsiqələrinin şəklini çəkərək onun telefonuna göndərmiş, sonra həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu bilmiş və ona inanıb həmin gün, yəni 09.08.2020-ci il tarixdə Bakışəhəri, Nəsimi, rayonu, 3-cü mikrorayon dairəsi yaxınlığında, C.Xan küçəsi ev 14, mənzil 35-də kirayədə yaşadığı evdə qızı Nuridənin yanında ona 1500 manat vermişdir. Həmçinin 10.08.2020-ci il tarixdə səhər 09 radələrində Taleh yenidən ona “Vatçap” ilə yazaraq kommunal xidmətləri onun adına sənədləşdirmək üçün 500 manat lazım olduğunu, həmçinin onu görməmiş evə gedib baxmamagı, hazırda xəstəxanada olduğunu və xəstəxanadan çıxdıqdan sonra birlikdə gedib evə baxmağı bildirmişdir. Həmin gün saat 10 radələrində Talehlə zəngləşib Xırdalan şəhərində yerləşən FHN-in Yanğından MühafizəŞöbəsinin yaxınlıəğında görüşmüş və onun idarə etdiyi “Prado” markalı, lakin dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobiləəyləşmiş, Taleh komunal xidmətləri təcili olaraq onun adına sənədləşdirməli olduğunu bildirmişdir. Bundan sonra Taleh onları idarə etdiyi avtomobillə Tibb texnikomunun yaxınlığına gətirmiş və o həmin yerdə Talehə 500 manat da vermişdir. Sonra Taleh onlara evə gedib baxmalarını bildirmiş və özü isə kommunal xidmətləri onun adına keçirib gələcəyini bildirmişdir. O, qızı Nuridə ilə həmin evə gedib Talehin ona verdiyi açarla qapını açmaq istəyərkən açarların həmin qapıya düşmədiyini görüb qonşulardan bu evinn Talehin olub-olmadığını soruşduqda, qonşular ona həmin evdə belə bir adamın yaşamadığını, həmin evin başqa bir şəxsə məxsus olduğunu söyləmişlər. Bundan sonra o, Talehin mobil telefonuna zəng etsə də, ona zəng çatmamış, həmin vaxt Taleh tərəfindən aldadılaraq 2000 manat pulun ələ keçirildiyi onlara məlum olmuşdur. Ona görə də həmin gün DİN-in 102 xidmətinə zəng edib Təqsirləndirilən şəxs tərəfindən aldadıldığını və 2000 manat pulunun ələ keçirildiyini bildirmişdir. Göstərmişdir ki. 2000 manat pulu Təqsirləndirilən şəxs ondan ev almaq məqsədilə vermiş, həmçinin 2000 manat pulun 1500 manatını ona 09.08.2020-ci il tarixdə Bakışəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon, Cavad Xan küçəsi ev 14, mənzil 35-də kirayədə yaşadığı evdə, 500 manatını isə 10.08.2020-ci il tarixdə Abşeron rayonu. Xırdalan şəhərində, Tİbb texnikomunun yaxınlığında Talehin idarə etdiyi qara rəngli “Prado” markalı avtomobildə ona vermiş, həm 1500 manatı, həm də 500 manatı Təqsirləndirilən şəxs verərkən qızı Şahid1 da yanında olmuşdur. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəməmişdir, şikayətçidir, dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 04 avqust 2020-ci il tarixdə Bakı şəhəri, Şamaxinka adlanan ərazidə yerləşən dayanacaqda Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən fərdi yaşayış evinin satılması haqqında elan görmüş, həmin elanda fərdi yaşayış evinin satılması barədə elan yerləşdirilmiş elanda yazılmış ***-***-**-** saylı GSM mobil nömrə ilə əlaqə saxlayaraq elanda olan fərdi yaşayış evinə baxmaq istədiyini bildirmişdir. Mobil telefona cavab verən və özünü Taleh kimi təqdim edən şəxslə həmin günü saat 20 radələrində Xırdalan şəhərində görüşdüm. Talehlə birlikdə gedib həmin satılan fərdi yaşayış evinə baxmış, həmin satılan fərdi yaşayış evini bəyəndiyi üçün almaq qərarına gəlmiş və onunla 9000 manata danışıb razılaşmış, 04 avqust 2020-ci il tarixdə saat 21:30 radələrində Taleh istifadə etdiyi mobil telefon nömrəsinə zəng edərək sözügedən fərdi yaşayış evinə başqa müştəri düşməsini bildirib, fərdi yaşayış evini satmaması üçün ondan beh istəmişdir. Belə olduqda 05 avqust 2020-ci il tarixdə Talehlə Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən satmaq istədiyi evdə görüşərək 5000 manat beh vermiş və həmçinin qeyd olunan fərdi evi adına keçirməsi üçün şəxsiyyət vəsiqəsinin surətini ona təqdim etmişdir. Taleh isə evin sənədlərinin 06 avqust 2020-ci il tarixdə hazır olacağını bildirib çıxıb getmişdir. Həmin tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxs ilə yenidən Xırdalan şəhərində At heykəlinin yanında görüşmüş və Taleh ona sözügedən fərdi evin eskiz layihəsinin surətini təqdim edib ondan yenidən pul istəmişdir. Həmin vaxtı onun üstündə pul olmadığından oradan Talehə pul verə bilməmiş və axşam yaşadığım evdə görüşməyi bildirmiş, həmin günü saat 21 radələrində Taleh yaşadığı Bakı şəhəri, Yasamal rayonu, X41 küçəsi, ev 72 ünvanında görüşmüş və orada Təqsirləndirilən şəxs alacağı evə görə 4500 manat da pul vermişdir. Bundan sonra Taleh ona bildirmişdir ki, 07 avqust 2020-ci il tarixdə görüşəcəkdir və almaq istədiyi evin qaz, su, işıq sayğaclarını onun adına keçirəcəyini onun adına keçirəcəyini bildirmişdir. Eyni zamanda Taleh evin qalıq qalmış 4000 manat pulunu hissəhissə ondan alacağını bildirib çıxıb getmiş, 07 avqust 2020-ci il tarixdə Talehin istifadəsində olan mobil telefonla dəfələrlə əlaqə saxlamağa çalışmış, lakin onun istifadəsində olan mobil nömrə sönülü olduğu üçün telefona zəng çatmamışdır. Belə olduqda həmin tarixdə saat 14 radələrində Talehin ona satmaq istədiyi Xırdalan şəhərindəki həmin fərdi evə getmiş, orada olarkən ona məlum olmuşdur ki, Talehin ona satmaq istədiyi fərdi ev Zülfiyyə adlı qadına məxsus evdir. Belə olduqda artıq Təqsirləndirilən şəxs tərəfindən aldanıldığını başa düşmüş və bu barədə DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəməmişdir, şikayətçidir, dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 elan olunmuş ifadəsindən görünür ki, o, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində 10 sot torpaq sahəsi almışdır. Həmin torpaq sahəsinin ətrafı mişar daşlarla hörülmüşdür, içərisində isə bir otaqdan ibarət tikili var, baş tərəfdə isə talvar, həmin torpaq sahəsindən yük avtomobillərinin qarajı kimi istifadə edir. O, özü həmin qarajda işlədiyi üçün gecələr orada qala bilmədiyindən qarajı mühafizə etmək üçün mühafizəçi axtarmış və qarajda usta çilingər işləyən Şahid2 ona bildirmişdir ki, qardaşı Azərin qonşuluğunda yaşayan Xalıq adlışəxs iş axtarır, o, da Əhlimana demişdir ki, həmin adam gəlsin, söhbət etsinlər, əgər xoşuna gəlsə işə götürəcəkdir. 18.01.2020-ci il tarixdə qarajda olan vaxt iş yerinə X16 gəlmiş, o, sonuncu ilə bir az söhbət etmiş və belə razılaşmış ki, onu işə götürsün və həmin gün Xalıq Rzayev işləmək qərarına gəlmişdir. Axşam saat 22 radələrində o, evə gedəndə qarajı Xalıq Rzayevə təhvil vermişdir. 21.01.2020-ci il qaraja saat 10 radələrində getmiş, həmin vaxt Əhliman ona qarajdan ehtiyat hissələrinin yoxa çıxdığını demişdir. O, əvvəlcə Xalıq Rzayevin gecə mühafizəçi qaldığı ərəfədə qarajdan oğurluq olduğunu zənn etmiş vəƏhlimana demişdir ki, Xalıq Rzayevi toplantı adı ilə işəçağır gəlsin. Bir neçə saat keçdikdən sonra Xalıq Rzayev qaraja gəlmiş, o, sonuncudan ehtiyyat hissələri barədə maraqlandıqda Xalıq Rzayev xəbərinin olmadığını bildirmiş, lakin o, sonuncuya demişdir ki, əgər düz deməzsə, şikayət edəcəkdir. Bundan sonra Xalıq Rzayev dostu Tolik adlışəxsə zəng vurub demiş ki, onu tutacaqlar malları gətirib təhvil versin. Tolik də telefonda Xalıq Rzayevə demişdir ki, 2-3 saata malları gətirəcəkdir. Bir neçə saat keçdikdən sonra ona məxsus qarajın qarşısına bir nəfər tanımadığışəxs Mitsubshi Pajero markalı avtomobillə gəlib demişdir ki, o, sürücüdür, avtomobillə ehtiyyat hissələri gətirib, bunun üçün Tolik adlışəxs ona 20 manat pul vermişdir. Həmin vaxt qarajın qarşısına Rent-A-Carın işçisi gəlib avtomobilin ona məxsus olduğunu deyib, avtomobili sürüb getmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, 04 dekabr 2019-cu il tarixdə səhər saat 10 radələrində Sumqayıt şəhəri 1-ci mikrorayon ərazisində ev elanlarına baxan zaman Sumqayıt şəhəri, Yaşıldərə bağları massivi ərazisində 10.000 manata fərdi evin satılması barədə elan görmüş, həmin elandakı nömrəyə zəng etmiş və evə baxmaq istədiyini bildirmişdir. Onunla telefonla danışan şəxs özünü Tərlan kimi təqdim etmiş, Tərlan ona telefonda bildirmişdir ki, Sumqayıt şəhəri, Yaşıldərə yaşayış massivində yerləşən “Elnur” marketin qarşısına gəlsin. O, 15 dəqiqə sonra “Elnur” marketin qarşısına gəlmiş və orada Tərlana yenidən zəng etmiş, Tərlan onun arxasınca Xəyal adlışəxsi göndərmişdir. Xəyal onun almaq istədiyi evdə kirayədə yaşamış Xəyalla birlikdə həmin evə yollanmışlar. Yolboyu Xəyal onu evi tərifləməyə başlamış, o hətta 10000 manatı deyil, 9500 manat pul olduğunu demiş və əgər imkan olsa ev sahibi ilə 9500 manata razılaşmağı bildirmiş, Xəyal isə bildirmişdir ki, ev sahibi ilə danışar, razı salar. Onlar evəçatandan sonra içəri daxil olmuş, evin şəraitini bəyənmiş, bundan sonra Xəyal ev sahibi kimi ona təqdim etdiyi Zaura zəng etmişdir. Sonradan bilmişdir ki, Zaurun adıəslində Talehdir. Xəyal telefonda Talehə bildirmişdir ki, evi almaq istəyən şəxsin cəmi 9500 manat pulu vardır, sonra Xəyalın mobil telefonunda kontur bitdiyi üçün özü Talehə zəng etmiş, Taleh ona telefonda demişdir ki, «əgər həqiqətən evi almaq istəyirsənsə ev beh pul qoy», belə ki, evi almaq istəyən şəxslərin sayıçox olduğunu bildirmişdir. O, razılaşıb Xəyala 500 manat beh verdim. Taleh bildirmişdir ki, alqı-satqıüçün saat 13 radələrində yenidən evə gəlsin. O, razılaşıb yaşadığı evə getmiş və valideynlərinə də ev almaq istəyi barədə bildirəndən sonra saat 13 radələrində birlikdə yenidən Sumqayıt şəhəri, Yaşıldərə yaşayış massivində yerləşən evə gəlmişdir. Onlar evə gəldikdə orada kirayəşin Xəyalgilin qonaqları olmuş, Xəyal özü isə evdə olmamışdır. Qonaqlar onları görüb çıxıb getmiş, bundan başqa evdə Talehin yoldaşı kimi təqdim olunan Rəksanə ilə tanış olmuş, Rəksanə bildirmişdir ki, həmin ev ona anası tərəfindən hədiyyə kimi verilmişdir, anasının səhhətində nasazlıq olduğundan evi təcili olaraq ucuz satırlar ki, anasını Gürcüstan Respublikasına aparıb müalicə etdirsinlər. Təminən 15 dəqiqə sonra oraya Tərlan adlı makler və Taleh gəlmiş, Tərlan ondan evi elan verdiyi üçün 500 manat makler pulu istəmiş, onlar 300 manata razılaşmışlar. Həmin vaxt Taleh ondan xahiş etmişdir ki, 300 manat da onun yerinə Tərlana vermiş, sonuncu bildirmişdir ki alqı-satqıdan sonra verəcayi puldan 300 manat çıxar. Bundan sonra Tərlana əlavə 300 manat, ümumilikdə isə 600 manat vermişdir. Bu vaxt Talehin telefonuna zəng gəlmiş və danışdıqdan sonra ona demişdir ki, guya qaynanasının vəziyyəti pisləşib, onu təcili yola salmalıdırlar. Taleh və Rəqsanə ona demişlər ki, onlara təcili 1700 manat pul verilsin və arvadı Gürcüstan Respublikasına yola salsınlar, sabah səhər onlarla alqı-satqıya gedərlər. Rəqsanə ağlayaraq onları inandırmağa çalışmış və o da inanaraq Talehə 1700 manat pul vermişdir. Həmin gün axşam saatlarında Taleh və Tərlanın nömrələrinə zəng vursa da heç birinə zəng catmadığıüçün atası ilə birlikdə onların satdığı evə getmişdir. Evdə kirayədə yaşayan Xəyalın həyat yoldaşı Jalə olmuş, Jələdən ev sahibi barədə maraqlanmış, sonuncu bildirmişdir ki, Talehi və Rəqsanəni tanıyır, yaxınlıqda da onların bir evi var, onu da satırlar. Həmçinin demişdir ki, onlar Xırdalan şəhərində yaşayırlar, həmin evi də tanıyır və onlara narahat olmamağı bildirmişdir. Onlar öz yaşadığı evə qayıtmış və həmin gün gecədən səhərə kimi Taleh dəfələrlə ona zəng vuraraq, ondan xəstələri üçün əlavə olaraq pul istəməyə başlamışdır. Taleh ilkin olaraq ondan 3500 manat, sonra 2500 manat, daha sonra isə 1000 manat pul istəmiş, lakin ona «səhər açılan kimi alqı-satqıya gedərik və orada qalan pulu verəcəm» demişdir. Həmçinin Rəqsanə də 055 ***-**-** nömrəsindən ona zəng vurub ondan pul istəmişdir. 05 dekabr 2019-cu il tarixdə saat 08 radələrində Taleh ona zəng vuraraq saat 09 radələrində Sumqayıt şəhər Qaz İdarəsinin yanında görüşməyi demiş, Talehdən sonra Rəksanə ona zəng edib demişdir ki, anasını əməliyyat etdirməlidir, 1000 manat pul çatmır, həmin pulu təcili olaraq ona versin. O razılaşmamış və valideynləri ilə birlikdə saat 09 radələrində Sumqayıt şəhər Qaz İdarəsinin yanına gəlmiş, orada təxminən 2 saat yaxın Talehi gözləsə də bir xəbər çıxmamışdır. O, Talehə zəng edib harada olmasını soruşduqda Taleh bildirmişdir ki, əlavə pul tapmaq üçün X6 metrostansiyası tərəfə getmişdir. O, həmin vaxt Talehə demişdir ki, gətirib onun pulunu qaytarsın, ev almaqdan imtian edir. Taleh isə ev satılanda pulunu qaytaracağını demişdir. O, Talehlə razılaşmamış və demişdir ki, ya pulu qaytarsın, ya da ki evi ona satsın, Taleh ona bir söz deməmiş, bir qədər sonra isə onun telefonuna zəng etdikdə mobil telefona zəng çatmamışdır. Bundan sonra Sumqayıt şəhəri, Yaşıldərə yaşayış massivində yerləşən almaq istədiyi evə getmiş, qapini açan Xəyal əsəbi halda əlində bıçaqla onları hədələyərək əgər yenə həmin evə gəlsək, onları öldürəcəyini demişdir. Səs-küyəçıxan qonşuluqda yaşayan bir qadın nə baş verdiyini soruşmuş, onlar həmin qadına baş verənləri danışmış, həmin sonradan adını bildiyi Mərziyyə adlı qadın bildirmişdir ki, onun almaq istədiyi ev ona məxsusdur və o, ev satmır. Bundan sonra Mərziyyə onlar almaq istədiyi evə getmiş və qapını açan Xəyaldan nə baş verdiyini,ondan xəbərsiz kimin bu satdığını soruşduqda, Xəyal bildirmişdir ki, bir neçə gün qabaq evə bir nəfər makler gəlmiş və ona demişdir ki, Zaur adlışəxs tərəfindən göndərilmişdir və evə baxmağa gələn olsa evi göstərsin. Zaur adlışəxs isə bildiyinə görə Mərziyyə adlı qadının oğludur. Artıq aldadıldığını başa düşmüş DİN-in “102” ximətinə zəng edib hadisə barədə məlumat vermişdir. Əlavə olaraq göstərmişdir ki, Talehgiləümumilikdə 2800 manat pul vermiş, həmin pulu Sumqayıt şəhəri, Yaşıldərə yaşayış masivində yerləşən fərdi evi ona satacağı müqabilində vermiş, ilkin olaraq 500 manat pulu Xəyala almaq istədiyi evdə, yəni Yaşldərədəki evdə vermiş, daha sonra 600 manat pulu Tərlan kimi tanıdığışəxs yenə Yaşıldərəki evdə vermiş, sonuncu 1700 manat pulu da Yaşıldərəki evdə Talehin özünə vermiş, bütün pulları 04 dekabr 2019-cu il tarixdə vermişdir. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəməmişdir, şikayətçidir, dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki,evi olmadığına görə özünə ev almaq üçün bir qədər pul toplamış, 22.09.2019-cu il tarixdə metronun «Memar Əcəmi» stansiyasının yaxınlığında şüşə üzərində 17.000 manata 2 otaqlı evin təcili satılması ilə bağlı elan yerləşdirildiyini görmüş, elanda qeyd olunmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng vurmuş, sonradan X3 tanıdığı şəxslə telefonla danışıb saat 16.00 radələrində evə baxmaq məqsədi ilə rəfiqəsi Şahid10 ilə birgə Xırdalan şəhərində yerləşən «Mahir» marketin qarşısına yollanmışdır. Ramil Quliyev onu qarşılayaraq Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən satışa çıxarılmış 217C saylı evə aparmış, evin qapısını Ramil özü açmış və onlar həyət evinə daxil olmuşlar. Rəfiqəsi ilə evə baxan zaman Leyla adlı əvvəllər tanımadığı bir qadın gəlmiş və Ramil onu öz arvadı kimi təqdim etmiş, Ramil ona demişdir ki, bu evi valideynlərindən kənar arvadı ilə birgə yaşamaq üçün tikmişdir. Bundan əlavə Ramil Quliyev bildirmişdir ki, əsl adı Ramil olsa da hamı onu Tərlan adı ilə çağırır. Bundan əlavə həmin həyət evinə Ramil Quliyevin qonşusu kimi özünü təqdim edən Təqsirləndirilən şəxs gəlmiş (ilkin araşdırma zamanı adını Ruslan kimi göstərmişdir), söhbət zamanı Ramil ona bildirmişdir ki, «Taleh sənə yaxşı qonşu olacaq və yaxınlıqdakı yerləşən «Mahir» marketin sahibidir». Söhbət zamanı Ramil Quliyev özünü evin sahibi kimi təqdim etmiş və ondan nəyə görə evi ucuz satdığını soruşanda, atasının metronun «Koroğlu» stansiyasının yaxınlığında avtomaşınla piyadanı vurduğuna görə həbs edildiyini, xərcləri çox olduğuna görə evi təcili satdığını bildirmişdir. Bundan əlavə Ramil guya tez-tez telefon zənglərinə cavab verməsi görüntüsünü yaratmış və zəng edən şəxslərə artıq gec olduğunu, evi satması cavabını vermişdir. Ramil ona demişdir ki, evi almaq istəyən adam çoxdur, lakin həmin adamlara deyil, evi məhz ona satmaq fikrindədir. Bu sözləri ilə Ramil onu inandırmış və ona etirbar etməyə başlamış, belə ki, fikirləşmişdir ki, evi həqiqətən ona satacaqdır. O, Ramilə evi almaq istəyini dedikdə ondan 500 manat beh istəmiş, lakin o, hazırlıqsız gəldiyini və üstündə pulu olmadığını bildirmişdir. Ramil təkid etdiyindən evə baxdıqdan sonra qərara gəlmişdir ki, üzərində nə qədər pul varsa onu beh kimi versin. Belə ki, Ramil ona hazırda evə görə 1000 manat beh verən olduğunu, behin pulunu az versə, ev əldən çıxacaq və evi beh məbləğini çox verən şəxsə satacağanı demişdir. O, 22.09.2019-cu il tarixdə saat 18.00 radələrində rəfiqəsindən 150 manat borc alıb, özündə olan 150 manatla birlikdə cəmi 300 manatı beh qismində Ramilə təklif etmiş, lakin Ramil pulun az olduğunu deyib razılaşmamış, 300 manatı götürüb əlavə 200 manat da istəmiş, Rəfiqəsi Sədaqətə borc aldığı 150 manatı da sonra qaytarmışdır. 22.09.2019-cu il tarixdə saat 22.00 radələrində X42 qəsəbəsində kirayə yaşadığı evin qarşısına gəlmiş və ona 200 manat vermiş, beləcə cəmi ona 500 manat pul vermişdir. Bundan əlavə danışıq zamanı Ramil Quliyev ona 1000 manat endirim edəcəyinə söz vermiş və evi yekun olaraq 16.000 manata satmağa razı olmuş, Ramil Quliyevin ona satacağı evdə təmir işləri tam başa çatmamış, evdə təmirlə bağlı görüləsi iş qalmışdır. Belə ki, evdə elektrik, su, qaz xəttləri çəkilməli olmuş, divar kağızı olmamşdır. Razılaşmışlar ki, ona 10.000 manatı da verdikdən sonra evdə yarımçıq qalmış təmir işlərini başa çatdıracaqdır. Təmir işləri bitdikdən sonra yerdə qalan 5500 manatı verməli olmuş, Ramil ondan 10.000 manatı təcili verməsini tələb etmiş və bunu onunla izah etmişdir ki, evdə yarımçıq qalan təmir işlərini başa çatdıracaq, eləcə də atasının işi ilə əlaqədar xərclərinə sərf edəcəkdir. Növbəti gün 23.09.2019-cu il tarixdə saat 10.00 Bakı Avtovağzalının yaxınlığında Ramil Quliyevlə görüşmüş, belə ki, əvvəlcədən görüşmək barədə razılığa gəlmişlər. Görüş zamanı Ramil Quliyevin yanında qoşusu kimi təqdim etdiyi Təqsirləndirilən şəxs da olmuş, Təqsirləndirilən şəxs onunla söhbət zamanı Ramilin evini almaqda düzgün hərəkət etdiyinə inandırmağa yönəlmiş söhbətlər etmişdir. Bundan əlavə Ramilin başına atası ilə bağlı xoşəgəlməz hadisə gəldiyinə görə evi ucuz satmasını Taleh ona dəfələrlə bildirmiş, görüş zamanı Ramildən alacağı evə dair sənəd tələb etmiş, Ramil ona «Daşınmaz əmlakın qiymətləndirmə rəyi»ni vermiş və həmin rəydə onu adı yazılmışdır. Onun hüququ savadı olmamış, lakin məntiqi olaraq fikirləşmişdir ki, əgər ev Ramilin adınadırsa nəyə görə rəydə onun adı yazılıb, buna etiraz etmiş və evin onun adına olmasını təsdiq edən sənəd təqdim etməsini istəmişdir. Lakin Ramil həmin vaxtı sənəd təqdim etməmiş, mobil telefonla kiminləsə danışdıqdan sonra ona demişdir ki, «Xırdalan şəhər bələdiyyəsində çalışan Cavanşir müəllimin yanına getməliyik». Telefon danışığı zamanı Ramil izah etmişdir ki, sənədlərdə qeyd olunmuş onun adı dəyişilməli və Ramilin adı yazılmalıdır. Xırdalan şəhərində Cavanşirlə görüşmüş, Cavanşirin yanında Şamil adlı olmuş, Cavanşir Ramilə evə dair yeni sənədləri vermiş, yəni sənədlərdə artıq onun adı deyil, Ramil Quliyevin adı olmuşdur. Həmin sənədlərdə onun alacağı mənzilin ünvanı, peyk vasitəsi ilə çəkilmiş evin yerləşdiyi ərazinin fotoşəkli, evin ölçüsü və planı qeyd olunmuşdur. Cavanşir Ramilə demişdir ki, sənədlərlə birgə 14 saylı notariusda Elmar müəllimə yaxınlaşsın. Xırdalanda olan zaman Ramilə təklif etmişdir ki, bu ərazidə yerləşən notariusların birinə gedib rəsmiləşdirmə aparsınlar, lakin Ramil razı olmamış və təkidlə demişdir ki, Nəsimi rayonunda olan 14 saylı notariusa getməlidirlər. Həmin gün saat 14.00 radələrində notarius ofisinə getmiş və orada çalışan Rəna xanıma yaxınlaşmış, Ramil Rənaya sənədləri təqdim etmiş, Rəna sənədlərə baxıb pulu köçürmək üçün notarius ofisinin yanında olan «Muğan bank»ın müvafiq filialına yaxınlaşmağımızı bildirmişdir. Ramil Quliyev xahiş etmişdir ki, pulu ona əlbəəl versiq, bank xidmətindən istifadə edilməsin, lakin Rəna xanımın buna razı olmamışdır. Buna görə notariusun yanında olan bank filialına yaxınlaşmış və gətirdiyi 10.000 manatı bankın xəzinəsinə təqdim etmişdir. Bundan sonra notarius olan Elmar müəllimin xidməti otağına getmiş, o Elmar müəllimə bildirmişdir ki, savadı kifayət qədər deyil, ona görə də sənədlərə özü baxsın, saxta sənəd olub-olmadığını yoxlasın. Elmar da ona bildirmişdir ki, «saxta sənəd yoxdur, arxayın ol, bir həftədən sonra evin pulunu tam ödəyib, gələrsən, evin sənədlərini və kupçanı sənin adına keçirərik». O da notarius Elmar müəllimin dediklərini inanmış və arxayın olmuşdur ki, bağladığı müqavilə əsaslıdır, səhv olan sənədi notarius təsdiq etməz. Lakin aldadıldıqdan sonra başa düşmüşdür ki, 14 saylı notariusda bağladığı «ilkin alqısatqı» müqaviləsi ev üzərində sərəncam verməyə dair ona hər hansı bir hüquq və ya səlahiyyət vermir. Notariusda sənədləşmə işləri başa çatdıqdan sonra Ramil banka düşüb onun verdiyi 10.000 manatı onun yanındaca qəbul etmiş, həmin vaxtı Taleh onların yanında olmamış, notariusda sənədləşmə zamanı o və Ramil Quliyev olmuş, o, ev alqısatqısı ilə bağlı olan sənədləri 19-cu PŞ-də aparılan araşdrmaya təqdim etmişdir. Notariusdan sonra Ramil ona demişdir ki, atası ilə bağlı olan işlərlə məşğul olacaqdır, növbəti gün, yəni 24.09.2019-cu il tarixdə isə onunla görüşəcək və işıq-qaz sayğaclarını onun adına keçirəcəkdir. Bundan əlavə razılaşmışlar ki, Sədərək TM-nə gedib divar kağızı seçsinlər, divar kağızının qiyməti 12 manatdan yuxarı olmasa pulu özü ödəyəcək və evdə olan yarımçıq təmiri başa çatdıracağını demiş, o da Ramil Quliyevlə razılaşmışdır. Lakin 24.09.2019-cu il tarixdə Ramil Quliyevin ***-***-**-** saylı mobil telefon nömrəsinə öz istifadəsində olan ***-***-**-** nömrəsindən zəng vurmuş, lakin telefona zəng çatmamışdır. Sonradan ona məlum olmuşdur ki, almaq istədiyi evin sahibi Ramil Quliyev deyil, evin sahibi Şahid14dur. Belə ki, aldadıldığını başa düşüb Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən satışa çıxarılmış 217C saylı evə getmiş, evin divarında yazılmış ***- ***-**-** nömrəsinə zəng etmiş və Çingizlə danışıq zamanı sonuncu ona bildirmişdri ki, Ramil ona məxsus evin tikintisində fəhlə kimi çalışıb və dələduzluqla məşğuldur. Bundan əlavə Çingiz Ramilin anasının yaşadığı Masazır qəsəbəsindəki ev ünvanını da ona göstərmişdir. Aldadıldığı gündən bir həftə sonra başqa bir mobil telefon nömrəsi ilə Ramil Quliyevin ***-***-**-** saylı nömrəsinə «Whatsapp» ani mesajlaşna sistemi vasitəsi ilə zəng etmiş, çünki onun telefon nömrəsi işlək olmamış, lakin «Whatsapp» proqramı aktiv olmuşdur. «Whatsapp» vasitəsi ilə danışıq zamanı özünü Ramilə yeni müştəri kimi təqdim etmiş və onu görüşə çağırmışdır. Görüşlə bağlı polis əməkdaşları məlumat vermiş, Xırdalan şəhərində Ramil ilə görüş zamanı polis əməkdaşları ona yaxınlaşıb şikayəti əsasında araşdırma aparılması barədə məlumat vermişlər və sonuncunu araşdırmaya dəvət etmişlər Ramil buna etiraz etməmiş, lakin onun yanında olan Təqsirləndirilən şəxs onları görüb qaçmışdır. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəməmişdir, şikayətçidir, dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, 30 ilə yaxındır ki, Biləcəri qəsəbəsində yerləşən yataqxanada yaşıyır. Həyat yoldaşı uzun müddətdir ki, rəhmətə gedib, iki qızını tək böyütmüşdür. Uzun müddətdir ki, ev almaq arzusunda olmuş, bu məqsədlə əziyyət çəkib pul yığmışdır. 03.06.2019-cu il tarixdə işdən evə qayıdan zaman Biləcəri qəsəbəsində, «Ağsaray» restoranının yaxınlığındakı dayanacaqda divara yapışdırılmış Masazır qəsəbəsində evlərin satılması haqda elan diqqətini cəlb etmişdir. Elandaiki nömrə qeyd olunmuşdur - ***-***-**- **, ***-***-**-** və evi satan kimi Ramil adı yazılmışdır. O, həmin nömrələrə zəng etmiş, danışıq zamanı Ramil Quliyevdən satışda olan evləri soruşmuşdur. Ramil demişdir ki, gəlib evlərə baxmaq lazımdır, baxmadan bir söz deyə bilməz, çünki satışa çıxarılmış evi çoxdur. O, cavabında ona bildirmişdir ki, artıq gecdir, vaxtı olanda gəlib evlərə baxar. Növbəti gün, yəni 04.06.2019-cu il tarixdə X19 özü ona zəng etmiş və demişdir ki, «hardasansa gəlim səni maşınla götürüm gedək Masazırda satılan evlərə baxaq». O, razılıq vermişvə Ramil onu Biləcəri qəsəbəsində yaşadığı evdən götürmüşdür. Onu evdən götürəndə Ramil Quliyev tək olmamış, onun yanında Təqsirləndirilən şəxs olmuşdur. Ramil Quliyev ona demişdir ki, qardaşı sahibkardır evləri qardaşı tikir, satışı ilə isə o özü məşğul olur. Təqsirləndirilən şəxs isə özünü ev tikib satmaqla məşğul olan şəxs kimi təqdim etmiş, Ramil Quliyevlə şərik olduğunu və evlərin sənədləşməişlərində ona köməklik etdiyini bildirmişdir. O, qızı Şahid11 ilə birgə Masazır qəsəbəsində yerləşən təxminən 20 həyət evinə baxmış, evin qapısını bütün hallarda Ramil Quliyev açmış və bildirirmişdir ki, evlər ona və sahibkar olan qardaşına məxsusdur. Evlərə baxan zamanda, Təqsirləndirilən şəxs həmişə onun yanında olmuşdur. 20 evin içərisindən Masazır qəsəbəsində, Ə.Vahid küçəsində yerləşən «Briliant» şadlıq evinin yaxınlığında yerləşən 3 otaqlı həyət evini bəyənmiş, həmin evdə tikinti yarımçıq qalmışdır. Evdə görüləsi işlər olmuş, Ramil Quliyevevi 28.000 manata satmağa razı olmuşdur. Belə razılığa gəlmişlər ki, ilkin olaraq Ramil Quliyevə həmin məbləğin bir hissəsini ödəyəcəkdir, evin sənədləşməsi onun qızı Şahid11 adına keçdikdən sonra isə pulu təm həcmdə ödəməli olmuşdur. X43 İsmayılov onunla çox səmimi danışmış, kasıb olduqlarına görə onlara kömək edəcəklərini bildirmişlər. Hətta deyirmişlər ki, pulun çatmasa banklarda əlaqələri vardır və ona ipoteka krediti təşkil edə bilərlər. Ramli Quliyevdə təxminən 20-30 evin açarı olmuş, o, özü şahidi olmuşdur ki, evlərin qapısını o, özü açır və özünü mülkiyyətin sahibi kimi təqdim edir. Buna görə də, o, da etibar formalaşamışdır ki, o, həqiqətən də, düzgün adamlarla iş görür, sonunda onun da, bir evi olacaqdır. Təxminən bir həftə sonra 11.06.2019-cu il tarixdə Ramil Quliyev və Təqsirləndirilən şəxs onunla yaşadığı ünvanda görüşmüşlər və bəyəndiyi evə görə ondan 300 manat beh qismində pul almışlar. Beh verdiyi gündən 3 gün sonra, yəni 14.06.2019-cu il tarixdə X43 İsmayılov onunla görüşmüş və bildirmişlər ki, artıq sənədləşmə işlərinə başlayıblar və sənədləşmə birbaşa qızının adına həyata keçiriləcəkdir. Sənədləşməni Əmlak Komitəsi və Sumqayıt şəhərində yerləşən «Asan Xidmət» vasitəsi ilə düzəldəcəklər. Hətta Təqsirləndirilən şəxs demişdir ki, o, ev tikibsatmaqla məşğul olduğuna görə bu sahədə böyük təcrübəsi var və evinin qısa müddətdə sənədləşməsində ona kömək edəcəkdir. Alacağı evin sənədləşdirilməsi üçün Ramil və Taleh ondan 2.000 manat pul istəmiş, o, həmin pulu Ramil Quliyev və Təqsirləndirilən şəxs təxminən 15.06.2019-cu il tarixdə saat 18.00 radələrində yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsində 36 saylı yaşayış binasının qarşısında görüşüb vermişdir. Pulu ondan əlbəəl Ramil Quliyev götürmüş. Təqsirləndirilən şəxs onun yanında olmuşdur. Həmin ərəfədə Ramil Quliyev və Təqsirləndirilən şəxs mütəmadi olaraq onunla və onun qızı Şahid11 ilə evin sənədləşməsi və təmirin gedişatı ilə bağlı danışıqlar aparmışdır. 2019-cu ilin iyun ayının ortalarından başlayaraq Ramil Quliyev və Təqsirləndirilən şəxs bildirmişdir ki, evə qaz, su, elektrik sayğacları qoşdurmaq lazımdır və həmin sayğacları onun qızının adına rəsmiləşdirəcəkdir. Bu məqsədlə o, iyun ayının sonlarında yaşadığı binanın qarşısında 1100 manatı Ramil Quliyevə vermiş, Təqsirləndirilən şəxs isə onun yanında olmuşdur. İyul ayının əvvəllərində isə Ramil Quliyev ondan evə dair çıxarış almaq adı ilə 2200 manat, torpaq sahəsinə sənəd almaq adı ilə isə 700 manat pul almışdır. Həmin pulu verəndə Təqsirləndirilən şəxs Ramil Quliyevin yanında olmuş və pulu yaşadığı ünvanın qarşısında vermişdir. Bu ərəfələrdə o, qızı ilə birgə alacağı evə tez-tez gedib baş çəkirmişlər və evdə bir nəfər usta tərəfindən təmir işlərinin aparılmasının şahidi olurmuşlar, buda onda əminlik yaradırmışdır ki, ev ona məxsus olacaqdır. Taleh və Ramil ilə bu mövzuda mütəmadi olaraq danışırmış, ondan mətbəx mebeli yığdırmaq üçün mətbəxin sahəsini soruşmuş və o da sahəsinin 12 kvmetr olduğunu bildirmişdir. Ramil onları əmin etmişdir ki, onun yaxşı ustası var, tələsməsinlər, mətbəx mebelini həmin usta ucuz qiymətə və keyfiyyətli hazır edəcəkdir. Bundan əlavə Ramil Quliyev onu əmin edib bildirmişdir ki, «mən kişiyəm, sözümün ağasıyam, əgər işimiz alınmasa sənin pulunu iki qatqaytaracam». Onun bu sözləri və Təqsirləndirilən şəxs can fəşanlığı onun arxayın salırmış və o, inanırmış ki, onlar evi ona satacaqlar. 2019-cu ilin iyul ayının sonlarında və avqust ayında isə alacağı evə görə təyin edilmiş məğləğdən Ramil Quliyev və Təqsirləndirilən şəxs hissə-hissə olmaqla cəmi 2.800 manat vermişdir. Ramil və Taleh ona demişdir ki, onlar özlərində ödədiyi pulların qeydiyyatını aparırlar və verdiyi pullar sonunda ümumi məbləğdən, yəni 28.000 manatdan çaxılacaqdır. Ramil Quliyev hər dəfə ona pul verəndə əlində bir kitabça göstərmiş ki, həmin məbləğlərin guya qəpiyinə kimi qeydiyyatını aparır. Bundan əlavə Ramil və Taleh özlərini maddi imkanı çox olan sahibkar kimi təqdim edirdilər və mən inanmazdım ki, onlar onun pulunu mənimsəyəcəklər. 2019-cu ilin avqust ayında Təqsirləndirilən şəxs onlara zəng edib demişdir ki, evinin çıxarışıhazırdır, Ramil Quliyev rayonda olduğuna görə çıxarışı «Asan» Xidmətdən götürmək mümkün deyil, Ramil qayıdan kimi çıxarışı gedib götürəcəkdir. 2019-cu ilin avqust ayında o, və qızı Ramil və Talehdən evə dair sənədləri tələb etməyə başlamışlar. Ramil və Taleh onları əmin etməyə çalışırmışlar ki, sənədlər qısa müddətə hazır olacaqdır. Bu ərəfədə özünü Gülər xanım kimi təqdim edən şəxs qızı Şahid11 zəng etmişdir. Telefon danışığı zamanı Gülər adlı qadın özünü Rozaya «Asan»Xidmətin Sumqayıt şəhərində yerləşən filialının işçisi kimi təqdim edərək Masazır qəsəbəsində aldığı evin çıxarışının hazır olmasını və Asan» Xidmətin Sumqayıt şəhərində yerləşən filialında 2-ci mərtəbəsində 19 saylı otağa yaxınlaşmalı olduğunu bildirmişdir. Bu zəngin növbəti günü qızı Şahid11 Sumqayıt şəhərindəki «Asan» xidmətə getmiş və məlum olmuşdur ki, evin heç bir sənədi hazır deyildir. Orada Gülər adlı qadın işləmir və onlara heç bir rəsmi zəng olunmamışdır. Qızı ona zəng edərək aldadıldıqları barədə məlumat vermişdir. Bundan sonra o, Ramil Quliyevə zəng vurmuş və sonuncuya aldadıldığına görə onun barəsində şikayət edəcəyini demişdir. Ramil söz vermişdir ki, qısa müddətə pulu geri qaytaracaq. Lakin daha sonra telefonlarını söndürdüklərinə görə o, Ramil Quliyevlə və Təqsirləndirilən şəxsla əlaqə qura bilməmişdir. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəməmişdir, şikayətçidir, dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, bir neçə il olar ki, ev almaq qərarına gəlmiş, buna görə də anası Məhəbbət 27.07.2020-ci il tarixdə Bakışəhəri, Nəsimi rayonu, Şamaxinka deyilən ərazidə olan zaman işıq dirəklərinin birinin üstündə Abşeron rayonu, Xırdalan şəhərində 11000 manata 1 otaqlı mənzil satıldığı elanı görüb üzərinə qoyulmuş mobil nömrəyə zəng edib həmin evlə maraqlanmışdır. Lakin anası 28.07.2020-ci il tarixdə həmin mobil nömrə ilə yenidən əlaqə saxladığı zaman həmin şəxs sözü gedən evi artıq satdığını və 5000 manat da beh aldığını bildirmişdir. Bundan 3-4 gün sonra həmin şəxs yenidən anasına zəng edərək Xırdalan şəhərində 12000-13000 manata 2 otaqlı həyət evi satıldığını söyləmişdir. Lakin anası Məhəbbət həmin vaxt rayonda olduğundan həmin şəxsə rayondan qayıtdıqdan sonra görüşərək evə baxacağı söyləmişdir. Anası Məhəbbət rayondan Bakışəhərinə qayıtdıqdan sonra 05.08.2020-ci il tarixdə biz həmin şəxsləəlaqə saxlayıb saat 22 radələrində Xırdalan şəhərinə sözü gedən evə getdik. Evə baxdıqdan sonra həmin şəxs 2 otaqlı həmin həyət evini ilkin olaraq 13000 manata satdığını desə də, hazırkı vəziyyətdə evi onlara 9000 manata sata biləcəyini söyləmişdir. Həmçinin həmin şəxs maddi imkanlarının zəif olduğuna görə ilkin olaraq ona 4000 manat verməyi, qalan 5000 manatı da hissə-hissəödəməyi təklif etmişdir. Anası Məhəbbət həmin şəxslə razılaşmış və bir neçə günə 4000 manatı verəcəyi bildirmiş, 08.08.2020-ci il tarixdə anası həmin şəxslə telefon əlaqəsi saxlayıb evin açarlarını ona verməsini, bir daha evə baxmaq istədiyiklərini söyləmişdir. 09.08.2020-ci il tarixdə həmin şəxs Bakışəhəri, 3-cü mikrorayon dairəsinin yaxınlığına gəlib anasına 2 ədəd açar vermiş və həmin evin açarları olduğunu söyləmişdir. Həmin şəxs ***-***-**-** saylı“Vatçap” nömrəsi ilə yazaraq anasınının vəziyyətinin ağır olduğunu və ona təcili olaraq evin ilkin ödənişindən 2000 manat verməyi xahiş etmiş, anası Məhəbbət ona “Vatçap” nömrəsi ilə cavab yazaraq Notariat ofisinə gedib alqı-satqı etməyi və bundan sonra ona 2000 manatı verə biləcəyini bildirəndə həmin şəxs anasına Notariat ofisində hələ növbə tutmadığını, həmçinin qalan 2000 manatı da verdikdən sonra birdəfəlik gedib alqı-satqı etməyi, anasının vəziyyətinin ağır olduğuna görə təcili 2000 manat rayona göndərməli olduğunu söyləmişdir. Anası həmin şəxsin onlara qarşı dələduzluq edəcəyindən şübhələnib adını və soyadını soruşmuş vəşəxsiyyət vəsiqəsinin şəklini “Vatçapla” telefona göndərməsini bildirmişdir. Bir neçə dəqiqədən sonra həmin şəxs şəxsiyyət və sürücülük vəsiqələrinin şəklini çəkərək anasının telefonuna göndərmiş, sonra onlar həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu bilmiş və ona inanıb həmin gün, yəni 09.08.2020-ci il tarixdə Bakışəhəri, Nəsimi, rayonu, 3-cü mikrorayon dairəsi yaxınlığında, C.Xan küçəsi ev 14, mənzil 35-də kirayədə yaşadığı evdə, onun yanında anası ona 1500 manat vermişdir. Həmçinin 10.08.2020-ci il tarixdə səhər 09 radələrində Taleh yenidən anasına “Vatçap” ilə yazaraq kommunal xidmətləri anasının adına sənədləşdirmək üçün 500 manat da lazım olduğunu, həmçinin onu görməmiş evə gedib baxmamagı, hazırda xəstəxanada olduğunu və xəstəxanadan çıxdıqdan sonra birlikdə gedib evə baxmağı söyləmişdir. Həmin gün saat 10 radələrində Talehlə zəngləşib Xırdalan şəhərində yerləşən FHN-in Yanğından MühafizəŞöbəsinin yaxınlığında görüşmüş və onun idarə etdiyi “Prado” markalı, lakin dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobiləəyləşmişlər. Taleh kommunal xidmətləri təcili olaraq anasının adına sənədləşdirməli olduğunu bildirdikdən sonra onları idarə etdiyi avtomobillə Xırdalan şəhərində yerləşən Tibb texnikumunun yaxınlığına gətirmiş və anası Məhəbbət həmin yerdə Talehə 500 manat da vermişdir. Sonra Taleh bildirmişdir ki, onlar gedib evə baxsınlar və O, da kommunal xidmətləri anasının adına keçirib gələcəkdir. O, anası Məhəbbət ilə həmin evə gedib Talehin anasına verdiyi açarlarla qapını açmaq istəyərkən açarların həmin qapıya düşmədiyini görmüş, həmçinin qonşulardan bu evin Talehin olub-olmadığını soruşanda qonşular onlara həmin evdə belə bir adamın yaşamadığını, həmin evin başqa bir şəxsə məxsus olduğunu bildirmişlər. Bundan sonra anası Məhəbbət Talehin mobil telefonuna zəng etsə də sonuncuya zəng çatmamışdır. Həmin vaxt Taleh tərəfindən aldadılaraq 2000 manat pulun ələ keçirildiyi onlara məlum olmış, bu səbəbdən də anası həmin gün DİN-in 102 xidmətinə zəng edib Təqsirləndirilən şəxs tərəfindən aldadıldığını və 2000 manat pulun ələ keçirildiyini bildirmişdir. Məhkəmə iclasında Şahid5 elan olunmuş ifadəsindən görünür ki, 04 avqust 2020-ci il tarixdə anası Zərərçəkmiş şəxs3 Bakı şəhəri, Şamaxinka adlanan ərazidə yerləşən dayanacaqda Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən fərdi yaşayış evinin satılması haqqında elan görmüş, həmin elanda fərdi yaşayış evinin satılması barədə elan yerləşdirilmiş, elanda yazılmış ***-***-**-** saylı GSM mobil nömrə ilə anası Zərərçəkmiş şəxs3 əlaqə saxlayaraq elanda olan fərdi yaşayış evinə baxmaq istədiyini bildirmiş, mobil telefona cavab verən və özünü Taleh kimi təqdim edən şəxslə həmin günü saat 20 radələrində Xırdalan şəhərində görüşmüşdür. Anası Zərərçəkmiş şəxs3 Talehlə birlikdə gedib həmin satılan fərdi yaşayış evinə baxmış və bəyəndiyi üçün almaq qərarına gəlib evi 9000 manata danışıb razılaşmışdır. 05 avqust 2020-ci il tarixdə anam Zərərçəkmiş şəxs3 Talehlə Xırdalan şəhəri, 28-ci məhəllədə görüşərək 500 manat beh vermiş və evin adına keçirməsi üçün şəxsiyyət vəsiqəsinin surətini ona təqdim etmişdir. Taleh isə evin sənədlərinin 06 avqust 2020-ci il tarixdə hazır olacağını anası Zərərçəkmiş şəxs3 bildirib çıxıb getmişdir. Həmin tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxs ilə yenidən anası Xırdalan şəhərində At heykəlinin yanında görüşmüş və Taleh anasına sözügedən fərdi evin eskiz layihəsinin surətini təqdim edib ondan yenidən pul istəmişdir. Həmin vaxtı anasının üstündə pul olmadığından axşam yaşadıqları evdə olarkən Taleh onlara gəlmiş, saat 21 radələrində Talehlə yaşadığı Bakı şəhəri, Yasamal rayonu, X41 küçəsi, ev 72 ünvanında görüşmüş və orada anası Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs alacağı evə görə əlavə 4500 manat da pul vermiş, həmin vaxtı o evdə olduğu üçün Talehə 4500 manat pulun verilməsi prosesində o da iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron rayon Pİ-nin CAŞ-nin əməliyyat müvəkkili X22 ifadəsində göstərmişdir ki, Abşeron rayon Pİ-nin CAŞ-nə xx.xx.1985-ci ildə Gürcüstan Respublikası Rustavi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, məhkumluğu olan, Ağstafa rayonu Muğanlı kəndində qeydiyyatda olan və Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq Y/M, H.Z.Tağıyev küçəsində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək barəsində axtarış elan edilməsi barədə Abşeron RPİ-nin İŞ-nin müstəntiqi Elçin Süleymanovun 16.04.2020-ci il tarixli qərarı daxil olmuş, Təqsirləndirilən şəxs tutulması istiqamətində əməliyyat axtarış tədbirlərinin keçirilməsi üçün 30.08.2020-ci il tarixdə əməliyyat tədbiri keçirilmişdir. Həmin tədbirdə onunla birlikdə CAŞ-nin əməliyyat müvəkkili polis leytenantı Şahid3 da iştirak etmiş, keçirilmiş tədbirlər zamanı Təqsirləndirilən şəxs saat 20 radələrində Abşeron rayonu Xırdalan şəhəri 26-cı məhəllə ərazisində tərəflərindən aşkar edilmiş və tutularaq Abşeron rayon Pİ-nə gətirilmişdir. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə və yaxud gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı əşya vardırsa, könüllü təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu bildirdiyi üçün onun üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirlməzdən əvvəl Talehİsmayılova hüquq və vəzifələri izah edilmiş, şəxsi axtarışda müdafiəçi dəvət olunmuşdur. Talehİsmayılova hüuquqları izah olunduqdan sonra üzərində olan qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet olub-olmaması, əgərvardırsa, təqdimetməsi bildirilmiş, Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarının sol yan cibimdə olan qara rəngli pul kisəsinin içərisindəki beşədəd siqaretin qara və gümüşü kağızına bükülmüş psixotrop maddəni çıxarıb təqdim etmiş və həmin maddənin psixotrop maddə olan metafetamin olduğunu bildirmişdir. Həmin maddə barədə Təqsirləndirilən şəxs soruşulduqda bildirmişdir ki, paketdə olan kütlə metamfetamindir və həmin metamfetamini 30.08.2020-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhəri, 26-cı məhəllə ərazisində tanımadığı şəxsdən 60 manat müqabilində şəxsi istifadəsi üçün almışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş psixotrop maddə olan metamfetaminə oxşar kütlə qablaşdırılmış, bununla bağlı protokol tərtib edilmiş, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid X20 elan olunmuş ifadəsindən görünür ki, ailə üzvləri ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhərində yaşayır. X9 bir-neçə aydır ki, tanıyır, sonuncu onun yaşadığı evin yaxınlığında yaşayır, onunla yaxşı münasibətdə olmuş, heç bir düşmənçiliyi və ya ədavəti olmamışdır. Təxminən 2019-cu ilin yanvar ayında Xalıq Rzayev ona bildirmişdir ki, işsizdir, iş axtarır, əgər yaxşı iş olarsa, ona məlumat versin. Həmin ərəfədə qardaşı Şahid2 ona bildirmişdir ki, işlədiyi Abşeron rayonu, Saray qəsəbəsində yerləşən yük maşınlarının qarajına mühafizəçi tələb olunur, əgər tanışı vardırsa, ona məlumat versin. O, da qardaşına demişdir ki, onunla bir məhəllədə bir nəfər şəxs yaşayır və iş axtarır, qardaşıƏhlimanda ona demişdir ki, «həmin adama telefon nömrəmi ver gəlsin müdirdən xahiş edərəm ki, işə götürsünlər». Bundan sonra o, Xalıq Rzayevə qardaşının işlədiyi yerə, yəni Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən qaraja mühafizəçi tələb olunduğunu demişdirö Xalıq Rzayevdə orada işləmək istədiyini bildirmiş, o, da Xalıqa qardaşının telefon nömrəsini verib demişdir ki, əgər istəyirsə gedib görüşsün, əgər xoşuna gələrsə, işləsin. Sonradan eşitmişdir ki, Xalıq Rzayev onun təklif etdiyi yerə işə düzəlmişdir. Bir neçə gün sonra isə eşitmişdir ki, Xalıq Rzayev işlədiyi yerdən oğurluq edib və buna görə polis əməkldaşları tərəfindən Xalıq Rzayev həbs edilmişdir. Məhkəmə iclasında Şahid2 elan olunmuş ifadəsindən görünür ki, təxminən 2 ilə yaxındır ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs2 məxsus qarjda çilingər işləyir. 2020-ci ilin yanvar ayında qaraja mürafizəçi tələb olunduğundan bu barədə qardaşı X23 demişdir ki, əgər tanışı olarsa bu barədə ona xəbər eləsin və o, da qaraj sahibinə həmin şəxsi işə götürməsini bildirsin. Bir neçə gün sonra qardaşı Azər Soltanov ona bildirmişdir ki, yaşadığı evin qonşuluğunda yaşayan X16 iş axtarır, o, da qardaşına demişdir ki, həmin şəxs gəlsin qaraja o, qaraj sahibinə deyəcəkdir ki, həmin şəxsi işə götürsünlər. O, qardaşı Azər Soltanovla danışan günün axşamı işlədiyi qaraja X16 gəlmiş, o, əvəllər həmin şəxslə görüşmədiyini və heç bir münasibətinin olmadığını bildirmişdir. O, Xalıq Rzayevi qaraj sahibi Zərərçəkmiş şəxs2lə görüşdürmüş, onlar da öz aralarında söhbət edib razılaşmışlar. Həmin günün axşamı Xalıq Rzayev qarajda qarolçu kimi qalmışdır. Təxminən 3 gün sonra o, işə gəldikdə görmüş ki, anbardan ehtiyyat hissələri yoxa çıxmış və o, bu barədə dərhal Sərvərə məlumat vermişdir. Bundan sonra o, Xalıq Rzayevə zəng vurmuş, telefona Xalıqın arvadı cavab vermiş, sonuncudan telefonu Xalıqa verməsini xahiş etmişdir. Xalıq telefona cavab verəndə o, Xalıqa bildirmiş ki, müdir iclas edir gəl qaraja. Xalıq Rzayev qaraja gəldikdən sonra Zərərçəkmiş şəxs2 sonuncudan ehtiyat hissələrinin harada olmasını soruşmuş, Xalıqda malların harada olmasından məlumatının olmadığını bildimiş və tanışı Tolik adlışəxsə zəng vurub demiş ki, malları sonuncu gətirsin. Tolik də Xalıqa demişdir ki, 2-3 saata malları gətirib təhvil verəcəkdir. Həmin günün gecəsi bir nəfər şəxs Mitsubshi Pajero markalı avtomobillə ehtiyat hissələrini gətirib onlara vermişdir. Həmin şəxsdə onlara demişdir ki, Tolik adlışəxs ona 20 manat pul vermişdir ki, avtomobili sürüb ehtiyyat hissələrini təhvil versin. Həmin şəxs ehtiyat hissələrini təhvil verəndə «Rent-A-Car»ın işçiləri gəlib avtomobili sürüb getmişlər. Məhkəmə iclasında Şahid13 elan olunmuş ifadəsindən görünür ki, təxminən 9 ilə yaxındır ki, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən «048 Rent-A-Car»ı işlədir. X16 iləəvəllər heç bir düşmənçiliyi və ya ədavəti olmamışdır. 17.01.2020-ci il tarixdə işdə olarkən iki nəfər şəxs X16 vəTəqsirləndirilən şəxs iş yerinə gəlmişlər. Təqsirləndirilən şəxs o, Tolik adı ilə tanıdığını vəəvvəllər də bir neçə dəfə Tolik ondan icarəyə avtomobil götürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs ondan icarəyə «Mitsubishi Pajero» marklı **-UA-*** dövlət qeydiyyat nişanlı avtomobili günü 60 manata götürmüş, təxminən 2 gün sonra polis əməkdaşları onun işlədiyi yerə gəlib bildirmişlər ki, Təqsirləndirilən şəxs icarəyəverdiyi Mitsubishi Pajero markalı avtomobillə Abşeron rayonu, Saray qəsəbəsində yerləşən qarajlardan ehtiyyat hissələri oğurlamışdır. GPS vasitəsilə avtomobilin olduğu yerə, yəni Abşeron rayonu, Saray qəsəbəsi ərazisində Saray-Novxanı yolunun sol tərəfində yerləşən qarajın qarşısından avtomobili götürmüşdür. Avtomobili götürən zaman avtomobilin salonunda və arxa saxlanc hissəsində heç bir əşyanın olduğunu aşkar etməmiş, avtomobili həmin vaxt İlqar adlışəxs idarə etmiş, sonuncu ona sürücü olduğunu və avtomobili ona Tolik adlışəxs verdiyini bildirmişdir. O, avtomobili götürdükdən sonra işlədiyi yerə getmiş, həmin gündən sonra Tolik adlışəxsi görməmişdir. Məhkəmə iclasında Şahid9 elan olunmuş ifadəsindən görünür ki, 2019-cu ilin noyabr və dekabr aylarıərzində Sumqayıt şəhəri, Yaşıldərə yaşayış massivində yerləşən fərdi həyət evində kirayədə yaşamış, həmin ev anasının tanışı Mərziyyəyə məxsus ev olmuşdur. Anası özü də həmin evdə təxminən 4 il bundan qabaq kirayədə yaşamışdır. Həmin evdə 2 ay kirayədə qalmış və evin pulunu anasının vasitəsilə ev sahibinəödəmişdir. Mərziyyənin Zaur adlı oğlu da olmuş, 2019-cu ilin dekabr ayında yaşadığı evdə olduğu zaman qapının döyüldüyün eşitmiş, qapini açanda görmüşdür ki, özünü makler kimi təqdim edən Tərlan adlışəxs (əslində isə adı Ramin olan) ona mobil nömrə verib demişdir ki, Zaur evi satır, bu nömrə onundur, evi baxmaga gələndə evi açıb müştəriyə göstərsin, belə ki, Zaurun Xırdalanda yaşadığını, əgər çatdırmazsa, o gələn müştəriyə evi göstərməsini demişdir. O, Yaşıldərəətrafında bir neçə yerdə kirayədə qaldığı evin satılması barədə elan görmüş, həmin elanda da Tərlanın mənə verdiyi nömrəsi qeyd edilmiş, həmin nömrəni hazırda xatırlamır. Lakin ev sahiblərindən evin satılmasını eşitməmiş, lakin elanı gördüyü üçün fikirləşmişdir ki, yəqin ki, ev sahibinin evin satılmasından məlumatı vardır. Ona görə bu barədə Zaura bir söz deməmiş, bir gün sonra Tərlan ona zəng edib demişdir ki, bir nəfər müştəri gəlir, evi baxmaq istəyir, onu evin yaxınlığndakı avtobus dayanacağından götürüb evə gətirsin. O, həmin şəxsi sonradan adının Elçin olduğunu bildiyi şəxsi dayanacaqdan götürüb evə gətirmiş, yolda həmin şəxsə demişdir ki, «ev sahibinə deyərəm, evi ucuz satarlar». Çünki o özü də evi almaq istəmiş və ona evi ucuz satmaq istəmişdilər. Elçini evə gətirmiş, sonuncu evə baxıb bəyənmiş, Elçinin mobil telefonunda kontur olmadığından onun mobil telefonunun vatsap vasitəsilə Tərlana zəng etmiş, telefonla danışıb qurtarandan sonra Elçin ona 500 manat beh pulu vermiş və həmin pulu gəlib ondan götürücəkdir. O, işə getdiyi üçün pulu yoldaşına vermiş və demişdir ki, həmin pulu gəlib ondan götürəcəklər. Təxminən günorta radələrində 2 nəfər şəxs gəlib pulu yoldaşı Jalədən götürmüşlər. Növbəti gün isə yenə işdə olduğu zaman Jalə yenə ona zəng edib demişdir ki, evi almaq istəyən şəxslər, makler, yanında bir nəfər şəxs və bir qadın gəlmişdir. O, Jaləyə demişdir ki, onların söhbətinə qarışmasın, belə ki, məlumatına görə həmin gün onlar arasında pul söhbəti olmuşdur. Növbəti gün səhər saatlarında Elçin və atası onların kirayə yaşadığı evə gəlmiş, o, həmin şəxslərin evə gəldiklərinə görə irad bildirmiş və demişdir ki, pulu kimə veriblərsə onun evinə də getsinlər, onu narahat etməsinlər. Həmin vaxt evin sahibi Mərziyyə səsə gəlmiş və nə baş verdiyini soruşduqda, o, baş verənləri danışmışdır. Mərziyyə evi satmadığını və heç kəçs də ondan xəbərsiz evi sata bilməyəcəyini demiş, sonra Mərziyyə oğlu Zaura zəng etmiş, lakin Zaura zəng çatmamışdır. O, evi almaq istəyən şəxsə məsləhət görmüşdür ki, polisəşikayət etsin, bir neçə gün sonra isə həmin şəxs polisəşikayət etmiş və o bununla bağlı polisə gedib izahat vermişdir. Əlavə olaraq göstərmişdir ki, Elçini bıçaqla hədələməmiş, sadəcə olaraq onu narahat etməməsini demişdir.o, Taleh adlı şəxsə ev sahibi Zaurun onun kirayə yaşadığı evi satması barədə bir söz deməmişdir. Məhkəmə iclasında şahid X24 elan olunmuş ifadəsindən görünür ki, Sumqayıt şəhər Yaşıldərə yaşayış massivində ailəsi və anası Mərziyyə ilə birlikdə yaşayır. Bundan başqa yaşadığı evin qonşuluğunda daha bir fərdi yaşayış evləri vardır. Həmin evi də uzun illərdir ki, kirayə verirlər və sonuncu dəfə həmin evdə anasının tanışının oğlu Xəyal ailəsi ilə birlikdə kirayədə yaşamışdır. Təxminən 2019-cu ilin dekabr ayında anası ona bildirmişdir ki, evdə kirayədə yaşayan Xəyal onların evi bir neçə nəfər ilə birlikdəəlbir olub başqa bir şəxsə satmaq adı ilə pulunu almış, lakin sonradan həmin evin Xəyala məxsus olmadığı müəyyənləşəndən sonra evi almaq istəyən şəxs polisəşikayət etmişdir. Həmin vaxt anası ondan evin satılmasından məlumatının olub-olmamasını soruşmuş, o da anasına evin satılmasından heç bir məlumatının olmadığını bildirmişdir. Ona məlum olmuşdur ki, Xəyalın tanışlarından kimsəözünü Zaur kimi qələmə verərək evin sahibi olduğunu bildirmiş, evi almaq istəyən şəxsə evi 10000 ( on min) manata satmaq barədə aralarında razılıq əldə olunmuş, evi almaq istəyən şəxsdən ilkin olaraq 2800 manat pul alınmış və sonra onlar telefonlarını söndürüb pulu qaytarmaqdan yayınmışlar. O, Xəyaldan nəyə görə belə hərəkət etdiyini soruşanda sonuncu ona demişdir ki, bu işlərin ona heç bir aidiyyəti yoxdur, belə ki, evi onun yanına gələn şəxs satmaq adı ilə evi almaq istəyən şəxsin pulunu ələ keçirmişdir. O, Xəyalın yanına gələn şəxsin adını soruşmamış. lakin bununla bağlıöz iradını bildirib belə adamları bir daha kirəyə qaldığı evə gətirməməsini və yaxın günlərdə ondan evi tərk etməsini tələb etmişdir. Təxminən bu söhbətdən 3-4 gün sonra Xəyal ailəsi ilə birlikdə evi tərk etmiş və bundan sonra ondan heç bir məlumatı olmamışdır. Bildirmişdir ki, Xəyal tanışı ilə birlikdə ondan və anasından xəbərsiz evi satmaq adı ilə evini almaq istəyən şəxsin pulunu ələ keçirmişdir və bu barədə onların heç bir məlumatı olmamışdır. Həmçinin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs göstərdikləri yalan və böhtandır, o, Taleh adlışəxsi ümümiyyətlə tanımır, nə onun, nə də anasının evin satılmasından heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında Şahid10 elan olunmuş ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs5 onun rəfiqəsidir və aralarinda normal münasibətlər olmuşdur. Gülnarənin evi olmadığına görə uzun müddətdir ki, ucuz qiymətə ev almaq fikrində olmuşdur. 22.09.2019cu il tarixdə rəfiqəsi Zərərçəkmiş şəxs5 ilə metronun «Əcəmi» stansiyasının yaxınlığında olan zaman şüşə üzərində 17.000 manata 2 otaqlı evin təcili satılması ilə bağlı elan yerləşdirilməsini görmüşlər. Həmin elan rəfiqəsinin diqqətini çəkmişdir. Həmin gün saat 16.00 radələrində Zərərçəkmiş şəxs5 elanda qeyd olunmuş mobil telefon nömrəsinə zəng vurmuş və X19 telefon danışığı zamanı evə baxmaq məqsədi ilə onları Xırdalan şəhərində yerləşən «Mahir» marketin qarşısına gəlməyi təklif etmiş, Rəfiqəsi uzun illərdir ki, ev almaq arusunda olmuş və ondan xahiş etmişdir ki, onunla birgə evə baxmağa getsin. Tək getməməsi üçün rəfiqəsi ilə birlikdə getməyə razı olmuşdur. X34rşılamış və Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən satışa çıxarılmış 217C saylı evə aparmış, Ramil açarla evin qapısını özü açmış, evə baxan zaman Leyla adlı bir qadın gəlmiş və Ramil sonuncunu onlarıa öz arvadı kimi təqdim etmişdir. O, torpaq sahəsi geniş olan evi Ramilin ucuz satmasına təəccüb etmiş, Ramil onlara izah etmişdir ki, atası metronun «Koroğlu» stansiyasının yaxınlığında avtomaşınla piyadanı vurduğuna görə həbs edilmiş, xərcləri çox olduğuna görə evi təcili və ucuz qiymətə satır. Söhbət zamanı Ramil Quliyev özünü evin sahibi kimi təqdim etmiş, orada olan zaman evə Ramil Quliyevin qonşusu kimi özünü təqdim edən Təqsirləndirilən şəxs gəlmiş və söhbət zamanı Ramil onlara bildirmişdir ki, Taleh yaxınlıqda yerləşən «Mahir» marketin sahibidir və rəfiqəsinə yaxşı qonşu olacaqdır. Bundan əlavə Ramil tez-tez telefon zənglərinə cavab vermiş və zəng edən şəxslərə artıq gec olduğunu, evi satması cavabını verirmişdir. Ramil Zərərçəkmiş şəxs5 demişdir ki, evi almaq istəyən adam çoxdur, hətta 1000 manat beh verəndə vardır, lakin beh pulunu çox versə evi, rəfiqəsinə satacaqdır. Ramil 1000 manat beh istəmiş, lakin o, buna etiraz etmiş və rəfiqəsinə demişdir ki, tez qərar qəbul etməsin, tələsməsin. Ramil təkid etdiyindən beh verməli olmuşlar. Çünki Ramil ona hazırda evə görə 1000 manat beh verən olduğunu, behin pulunu Gülnarə az versərə, evi beh məbləğini çox verən alıcıya satacağını demişdir. Onun üzərində 180 manat pul olmuş, həmin puldan Gülnarəyə 150 manat borc vermiş və Gülnarə özüdə çantasından 150 manat çıxarmış və 22.09.2019-cu il tarixdə saat 18.00 radələrində Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən satışa çıxarılmış 217C saylı evdə cəmi 300 manatı Zərərçəkmiş şəxs5 beh qismində Ramil Quliyevə vermişdir. Ramilqalan 200 manatıda, gəlib Gülnarənin yaşadığı ünvandan götürəcəyini demiş, bundan əlavə Ramil belə razılığa gəlmişdir ki, növbəti gün Gülnarə ilə birgə notariusa gedib evi onun adına sənədləşdirəcəkdir. Söhbət zamanı X44 Kərimovaya 1.000 manat endirim edəcəyinə söz vermiş və evi yekun olaraq 16.000 manata satmağa razı olmuşdur. Ramil Quliyevin satacağı evdə təmir işləri tam başa çatmamış, Ramil Quliyev demişdir ki, Gülnarəona 10.000 manatıda verdikdən sonra o, evdə yarımçıq qalmış təmir işlərini başa çatdıracaqdır. Söhbət zamanı X32 Kərimovadan 10.000 manat pulu təcili verməyi tələb etmiş və evdə yarımçıq qalan təmir işlərini tez başa çatdıracağını və atasının işi ilə əlaqədar xərclərinə sərf edəcəyini bildirmişdir. 23.09.2020-ci il tarixdə Zərərçəkmiş şəxs5 ona zəng edib notariusa getdiklərini bildirmiş, lakin işləri olduğuna görə gedə bilməmişdir. Sonradan ona məlum oldu ki, Zərərçəkmiş şəxs5 Ramil Quliyev tərəfindən aldadılmış və 10.500 manat məbləğində pulu ələ keçirilmişdir. Məhkəmə iclasında Şahid12 oğlunun elan olunmuş ifadəsindən görünür ki, 2010cu ildən Nəsimi rayonu, Moskva prospekti 58 ünvanında yerləşən notariat ofisində xüsusi notarius olaraq vətəndaşlara notariat xidmətləri göstərir. 23 sentyabr 2019-cu il tarixdə Ramil Quliyev və Zərərçəkmiş şəxs5 onun notariat ofisinə müraciət edərək Ramilin istifadəsində olan Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsi 217C ünvanında yerləşən 2 otaqdı fərdi yaşayış evinin alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsini xahiş etmişlər. O, sənədlərlə, yəni əmlakın qiymətləndirmərəyi ilə tanış olmuş və qeyd olunan evin hüquq müəyyən edici sənədinin olmamasını tərəflərə bildirmişdir. Tərəflər arasında ilkin alqı-satqı müqaviləsi həmin günü rəsmiləşdirilmiş. Müqavilə rəsmiləşdirilərkən Mülki Məcəllənin 402ci maddəsi, eyni zamanda qanunvericiliyin tələbləri tərəflərə izah edilmişdir. İlkin alqı-satqı üçün əmlakın satış dəyərindən 10.000 manat notariusun depozit hesabına Zərərçəkmiş şəxs5 tərəfindən Ramil Quliyevə ödənilmişdir. Müqavilə müvafiq qaydada qeydə alındıqdan sonra nüsxəsi verilmişdir. Ramil Quliyevdə, 10.000 manatı bankın xəzinəsindən əldə etmişdir. Müqavilənin 3.2-ci bəndinə əsasən Zərərçəkmiş şəxs5 həmin əmlakın özəlləşdirilməsini, çıxarışın alınmasını və əsas alqı-satqı müqaviləsi bağlamasını öz üzərinə götürmüşdür. O, mülkiyyətin Çingizə məxsus olmasını müyyən edə bilməmiş, rəsmi hüquq verən sənəd olmasa da, o, qiymətləndirmə rəyinə əsaslanıb evin Ramil Quliyevin istifadəsində və sahibliyində olmasını müəyyən etmişdir. Onun bu işdə hər hansı marağı olmamış, Ramil Quliyevin də niyyətindən məlumatsız olmuşdur. Məhkəmə iclasında Şahid14 elan olunmuş ifadəsindən görünür ki, 2000-ci ildən Xırdalan şəhərində yaşayır. Öz yaşadığı evdən əlavə 2014-cü ildə Xırdalan şəhərində H.Z.Tağıyev küçəsində özünə 2,5 sot sahəsi olan boş torpaq almış, həmin torpaq sahəsində fərdi ev tikib satmağı qərara almışdır. 2019-cu ilin iyun ayında tikinti işlərinə başlamış, bir mərtəbədən ibarət kürsü üzərində 2 otaqlı ev tikmiş, tikinti işlərində fəhlə kimi Ramil Quliyev və Təqsirləndirilən şəxs «Qara» kimi tanıdığı atası Mahir çalışmışdır. İki ay ərzində tikinti işləri başa çatmış, lakin evdə görüləsi bir sıra işlər qalmışdır. 2019-cu ilin avqust ayında həmin ərazidə ev alqı-satqı ilə məşğul olan Elçin Cabbarova 25.000 manata evi satmasını bildirmiş və demişdir ki, evə alıcı axtarıb-tapsın. Alıcılara evi göstərməsi üçün açarları əvvəlcədən dəllal Elçin Cabbarova vermiş, təxminən 22 sentyabr 2019-cu il tarixdə Elçin ona zəng etmiş və Ramil Quliyevin evə müştəri tapdığını və buna görə də açarları istədiyini bildirmişdir. O, Elçin Cavabbarovdan tələb etmişdir ki, açarı Ramil Quliyevə verməsin, lakin Ramilə şərait yaratsın ki, müştəri evə baxsın. X45 yalançı adam olduğunu bilmişdir. Buna görə də, Elçinə tapşırmışdır ki, açarı vermə, özün yanında ol, evin qapısını aç, müştəri baxsın, sonra evi bağla, açarı isə özündə saxla. Növbəti gün o, Elçin Cabbarova zəng edib müştərinin evi bəyənib-bəyənmədiyini soruşmuşdur. Elçin demişdir ki, müştəri qadın evi bəyənib, açar da qalıb Ramil Quliyevdə, o, buna iradını bildirmişdir ki, nəyə görə açarı Ramilə verib, Elçinin cavabı onun xoşuna gəlməmiş və belə zənn edir ki, hansısa maddi maraq müqabilində Ramil Quliyevə şərait yaradıb ki, ondan xəbərsiz evi satsın. Evin açarını Elçin Cabbarovdan geri tələb etsə də, açar Ramildə olduğuna görə qaytara bilməmişdir. Buna görə də o, evin qıfılını dəyişmiş və yeni açarı özündə saxlamışdır.Təxminən 23-24 sentyabr 2019-cu il tarixdə bilmişdir ki, Ramil Quliyev özünü ona məxsus evin sahibi kimi təqdim etmiş və Zərərçəkmiş şəxs5 aldadıb pulunu ələ keçirmişdir. Zərərçəkmiş şəxs5 ilə görüşmüş və Ramil Quliyevin atasının yaşadığı evə getmiş, lakin atası Norzəli Ramili oğulluqdan çıxardığını və oğlunun etdiyi əməllərə görə pul qaytarmaq fikri olmadığını bildirmiş, daha sonra Zərərçəkmiş şəxs5 polisə şikayət etməsini məsləhət görmüşdür Məhkəmə iclasında şahid X10 elan olunmuş ifadəsindən görünür ki, 2011-ci ildən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin üzvüdür. Fəaliyyəti «Qiymətləndirmə haqqında» qanunla tənzimlənir və fəaliyyəti zamanı həmin qanunu rəhbər tutmuşdur. Sifarişçi ona əmlaka qiymət verilməsi ilə bağlı müraciət edir və şifahi şəkildə razılaşmaya əsasən o, xidmət göstərib onun əvəzində gəlir əldə edir. Qiymətləndirmə vaxtı o, bazar qiymətlərinə əsaslanıb rəy verir. Qiymətlədirmə ilə bağlı hər hansı konkret metodika yoxdur, sərbəst şəkildə bazar qiymətlərinə, digər ictimai iaşə obyektlərinə yaxınlığı nəzərə alaraq əmlaka dair qiymətləndirmə rəyi hazırlayır. O, ali məktəbdə kimya-texnologiya fakultəsində təhsil almışdır. Qiymətləndirmə rəyində evin ölçüləri, təmirə və tikintiyə sərf olunmuş materiallar, təmirin ümumi vəziyyəti, həyətin ölçüsü qeyd olunur və internet vasitəsi ilə evin yerləşdiyi ərazinin peykdən çəkilmiş fotoşəkli əlavə olunur. 2019-cu ilin sentyabr ayında xatırlamadığı gündə Xırdalan bələdiyyəsində müfəttiş işləyən Şamil müəllim ona zəng edib Xırdalan şəhərində H.Z.Tağıyev küçəsində fərdi yaşayış evinə qiymətləndirmə rəyinin verilməsini xahiş etmişdir. O, qeyd olunan ünvana yollamışdır. X33 H.Z.Tağıyev küçəsində 217C nömrəli evin qapısını açarla açmışdır və o, evə baxış keçirmişdir. O, özündə qeydiyyat aparıb yaşadığı evdə kompüter vasitəsi ilə qiymətləndirmə rəyini hazırlamışdır. Ramil Quliyev ona demişdir ki, evin sahibi Zərərçəkmiş şəxs5dır və rəyi onun adına hazırla. O, da, ilkin rəyi Zərərçəkmiş şəxs5 adına hazırlamış və Ramil Quliyevə təqdim etmişdir. Göstərdiyi xidmət müqabilində Ramil Quliyev ona pul ödəmiş, lakin həmin pulun məbləğini xatırlamır, həmin ödənişə dair qəbzi istintaqa qısa müddət ərzində təqdim edəcək. X49 təqdim etdiyi gün bir neçə saat sonra Ramil ona yenidən zəng edib görüşmək istədiyini bildirmişdir. Ramil görüşə Zərərçəkmiş şəxs5 ilə birgə gəlmişdir. Xırdalan şəhərində «Heydər Əliyev» parkında baş tutmuş görüş zamanı Ramil ona demişdir ki, Gülnarənin evə görə borcu qalıb buna görə də rəyi dəyişib Ramil Quliyevin adına rəsmiləşdirmək lazımdır. O, rəyi həmin gün bir neçə dəqiqə ərzində evə gedib ad və soyadı dəyişməklə Ramil Quliyevin adına rəsmiləşdirmiş və möhürü ilə təsdiq etmişdir. Yeni rəyi, yəni Ramil Quliyevin adına olan Xırdalan şəhəri H.Z.Tağıyev küçəsi 217C ünvanında yerləşən evə dair qiymətləndirmə rəyini Ramilin özünə Gülnarənin iştirakı ilə təqdim təqdim etmişdir. Söhbət zamanı o, Zərərçəkmiş şəxs5 izah etmişdir ki, hazırladığı rəyin hüquqi əsası yoxdur, yəni evə dair hər hansı rəsmi mülkiyyəti sənədi sayılmır. Ramil Quliyev ondan xahiş etmişdir ki, onunla birgə notariusa gedim alqı-satqıda iştirak etsin. Lakin o, bundan imtina etmişdir. Daha sonra baş verənlərdən məlumatın yoxdur. Nəsimi RPİ-də aparılan araşdırma zamanı ona məlum olmuşdur ki, Ramil Gülnarəni dələduzluq yolu ilə aldadıb pulunu ələ keçirib. O, Ramil Quliyevi əvvəllər tanımamışdır. Məhkəmə iclasında şahid X12 elan olunmuş ifadəsindən görünür ki, 2019-cu ilin may ayında əslən Gürcüstanlı olan Təqsirləndirilən şəxsla tanış olmuşdur. Həmin ərəfələrdə maddi imkanı çox zəif olmuş, iş tapa bilməmişdir. Təqsirləndirilən şəxsla tez-tez görüşürmüş və onunla necə rahat pul qazanmağın yolları barədə müzakirələr aparırmışlar. Söhbətləri birində Təqsirləndirilən şəxsla belə qərara gəlmişlər ki, qardaşı Cavid Quliyevə məxsus Masazır qəsəbəsi, «Briliant» şadlıq evinin arxasında yerləşən 3 otaqlı, kürsülü, bir mərtəbədən ibarət həyət evini satmaq adı ilə hər hansı bir avam müştərini aldadıb pul qazansınlar. Çünki, bilirmiş ki, hər müştəri onlara inanmaz, ən azından ona görə ki, evin sənədi yox imiş, olsaydı belə qardaşı ona verməzdi. Taleh və o, ev alqı-satqısı ilə bağlı elanlar hazırladaraq metro stansiyalarının yaxınlığına və insanların çox olduğu digər yerlərə yapışdırmışlar. Həmin elanlarda o, və Taleh istifadələrində olan mobil telefon nömrələrini yerləşdirmişlər. Təxminən 2019-cu ilin iyun ayında Zərərçəkmiş şəxs6 ona zəng edərək satışda olan evlərlə maraqlanmış, o, danışıq zamanı Zenfiraya bildirmişdir ki, gəlib evlərə baxmaq lazımdır. Növbəti gün, Zərərçəkmiş şəxs6 zəng edərək Masazırda satılan evlərə baxmağı təklif etmişdir. Talehlə birgə «KİA» markalı nömrəsini xatırlamadığı avtomobillə Biləcəri qəsəbəsinə Zenfiranın yaşadığı evə gedib onu götürmüşlər. Həmin avtomobili ona görə əldə etmişlər ki, görüntü yaratsınlar ki, onlar əmlak sahibiyik, yəni normal maddi imkanları var. Zenfiraya özlərini belə təqdim etmişlər ki, guya fərdi evlərin tikintisi və satışı ilə məşğuldurlar. Zenfiranın yanında qızı Roza da olmuş, Talehlə birlikdə sonuncuları qardaşına məxsus Masazır qəsbəsində yerləşən 3 otaqlı evə aparmış, evdə təmir işlərinin bir çox hissəsi görülmüş, təmirlə bağlı cuzi işlər qalmışdır. Zenfira və qızı Roza Masazır qəsəbəsində, «Brilliant» şadlıq evinin yaxınlığında yerləşən o, və Talehə məxsus ev kimi təqdim etdiyi 3 otaqlı həyət evini bəyənmiş və almağa razılıq vermişlər. O, evi 28.000 manata təklif etmiş və 20.000 manata razılaşmışlar. Razılıq belə olmuşdur ki, evin pulu hissə-hissə ödənəcəkdir, pulun bir hissəsi əvvəlcədən, digər hissəsi isə evin sənədi hazır olandan sonra ödənilməli olmuşdur. Talehlə birlikdə İsmayılov Zenfiraya söz vermişlər ki, evin sənədlərini qaydasına salacaqlar və Zenfiranın qızının adına çıxarış hazır edəcəklər. 2019-cu ilin avqust ayında Zərərçəkmiş şəxs6 və qızı Roza ondan və Talehdən evin sənədlərini tələb edirmişlər. Buna görə də Taleh belə bir plan qurmuşdur ki, onun qeyri-rəsmi yaşadığı Rəqsanə adlı qadın zəng edib özünü «Asan» xidmətin əməkdaşı kimi təqdim etsin. Talehin tapşırığı ilə Rəqsanə Rozaya zəng edib yalandan demişdir ki, guya «Asan» xidmətdə çalışır, evin sənədləri hazırdır, gəlib götürmək lazımdır. Rəqsanənin Rozaya bu zəngindən sonra, ona Roza zəng etmiş və bu barədə bildirmişdir. O, Rəqsanənin bu hərəkətindən əsəbiləşib irad bildirmək üçün ona zəng etmək istəmiş, lakin səhvən Rəqsanənin nömrəsi əvəzinə Rozanı yığmışdır. Zenfiranı aldadıb pulunu ələ keçirmək üçün belə bir oyun qurmuşlar. Lakin sonradan Zenfira aldadıldığını başa düşdüyünə görə pulun qalan hissəsini ödəməmişdir. 2019-cu ilin iyul-avqust ayları ərzində hissə-hissə olmaqla Zenfiradan aldadaraq cəmi 9100 manat pul almışlar. Həmin 9100 manatın 4000 manatı ona çatmış, qalan 5100 manat isə Təqsirləndirilən şəxs çatmışdır. 2 ay Şahid14 evinin tikintisi ilə məşğul olmuş, evin tikintisi zamanı Çingiz ondan 1600 manat əlbəəl borc pul almış, bundan əlavə tikintini başa çatdırmağıma baxmayaraq, Şahid14 ona ödəməli olduğu 2800 manat zəhmət haqqını ödəməkdən yayınmışdır, belə ki, borc pul və zəhmət haqqı ilə birlikdə 4400 manat pul ödəməli olmuşduri. Lakin həmin məbləği Çingiz ona ödəməkdən yayınmış, buna görə də Çingiz ona demişdir ki, ona məxsus kürsülü olan, 2 otaqlı, bir mərtəbəli həmin evi satıb ona çatmalı olan pulu götürsün, qalan pul isə Çingizə qalsın. O, da, razılaşmışdır. Təqsirləndirilən şəxsla birlikdə evin 17.000 manata satılması ilə bağlı 2019-cu ilin sentyabr ayında elan paylaşmışlar. Talehlə belə qərara gəlmişlər ki, evi satıb pulunu yesinlər, Çingizə bir qəpik də olsa ödəməsinlər. Çingiz evin açarını ona vermişdir ki, müştəri olanda gətirib göstərsin. 22.09.2019-cu il tarixdə Zərərçəkmiş şəxs5 ona zəng etmiş və satışa çıxardığı evlə maraqlanmışdır. Gülnarə ilə görüşmüş, Gülnarə görüşə rəfiqəsi ilə birgə gəlmişdir, həmin rəfiqənin adını xatırlamır. Gülnarə və rəfiqəsi evə baxan zaman Təqsirləndirilən şəxs və onun yanında olan Rəqsanə evə gəlmiş, söhbət zamanı Rəqsanə özünü onun həyat yoldaşı kimi təqdim etmiş və onlar elə görüntü yaratmışlar ki, guya ailədirlər və Taleh isə onların qonşusudur. Söhbət zamanı demişdir ki, atası metronun «Koroğlu» stansiyasının yaxınlığında avtomaşınla piyadanı vurduğuna görə həbs edilib, xərcləri olduğuna görə evi təcili satır. Bundan əlavə Gülnarədə etibar yaranması üçün demişdir ki, evi almaq istəyən adam çoxdur, lakin həmin adamlara deyil, evi məhz ona satacaqdır. Evin satılmasında beh kimi 500 manat pul istəmiş, lakin Gülnarə bildirmişdir ki, üzərində beh vermək üçün həmin məbləğdə pul yoxdur. Həmin gün Masazır qəsəbəsində saat 22.00 radələrində Gülnarə ilə yaşadığı küçənin başında, yolda görüşmüş və 500 manat pulu beh kimi almış və yekun olaraq evi 16.000 manata satmağa razı olmuşdur. Çingizə məxsus olan onun satdığı evdə təmir işləri tam başa çatmamış, evdə təmirlə bağlı görüləsi işlər qalmışdır. Zərərçəkmiş şəxs5 ilə belə razılaşmışlar ki, sonuncu ona 10.000 manatı da verdikdən sonra evdə yarımçıq qalmış təmir işləri başa çatdıracaq və evi təhvil verəcəkdir. Təmir işləri bitdikdən sonra yerdə qalan 5500 manatı Gülnarə ona verməli olmuşdur. Behi aldığı vaxt Zərərçəkmiş şəxs5 «Whatsapp» vasitəsi ilə şəxsiyyət vəsiqəsinin şəklini göndərmiş, ondan vəsiqəsini istəmişdir ki, adına qiymətləndirmə rəyi hazırlansın. 23.09.2019-cu il tarixdə səhər saatlarında Zərərçəkmiş şəxs5 inandırmaq üçün qiymətləndirmə rəyi hazırlatmışdır. Həmin qiymətləndirmə rəyini Təqsirləndirilən şəxs tanışı Cavanşirin vasitəsi ilə hazırlamışdır. X21 vasitəsi ilə 150 manat ödəmiş və Gülnarənin adına qiymətləndirmə rəyi hazır etmişdir. O, Bakı Avtovağzalının yaxınlığında Zərərçəkmiş şəxs5 ilə görüşmüş, görüş zamanı Təqsirləndirilən şəxs yanında olmuş, görüşdə Taleh Gülnarəyə ürək-dirək verirmiş ki, yaxşı ev almısan, xeyirli olacaqdır. Gülnarəyə onun adına olan evin sənədini, yəni qiymətləndirmə rəyini təqdim etmiş, həmin rəylə tanış olan Zərərçəkmiş şəxs5 qiymətləndirmə rəyinin onun adına olmasına narazılığını bildirmiş, o, da Gülnarə əldən çıxmaması üçün onunla razılaşmış və birlikdə gedib rəyi dəyişməyi təklif etmişdir. Taleh yolda olan zaman Cavanşirə zəng edib rəyi onun adına dəyişmək lazım olduğunu bildirmiş, həmin gün yarım saat ərzində Cavanşir qiymətləndirmə rəyini Zərərçəkmiş şəxs5 adından onun adına dəyişmiş, hansı notariusun qiymətləndirmə rəyi əsasında alqı-satqı etməsini Cavanşirdən soruşmuş, belə ki, bütün notariusların qiymətləndirmə rəyi ilə alqısatqı müqaviləsini rəsmiləşdirmədiyini bilmişdir. Buna görə də ona alqı-satqı zamanı problem yaratmayan notarius axtarmışdır. Cavanşir də ona demişdir ki, «Şamaxinka» deyilən ərazidə 14 saylı notariusda Elmar müəllimə yaxınlaşsınlar, həmin notarius qiymətləndirmə rəyi ilə alqı-satqı həyata keçirir. Həmin gün saat 14.00 radələrində Gülnarə ilə birgə notarius ofisinə getmiş, Taleh də razılaşmaya əsasən onun arxasınca notariusa gəlməli olmuş, lakin yolda nədənsə arxalarında gələndə onları itirmişlər. 14 saylı notariusda bank vasitəsi ilə Zərərçəkmiş şəxs5 ona 10.000 manat ödəmiş və o, da həmin pulu qəbul etmişdir. 10.000 manat pulu aldıqdan sonra Gülnarəyə demişdir ki, «atamın problemi ilə məşğul olacam, növbəti gün görüşüb sayğacları onun adına keçirəcəm». Gülnarə də bununla razılaşmış və onlar ayrılmışlar. Növbəti gün telefonu söndürüb telefon nömrəsini dəyişmiş və yeni nömrə istifadə etməyə başlamışdır. 10.000 manat pulu əldə etdikdən sonra Talehlə iki hissəyə bölmüş, əldə etdiyi pulla 24 sentyabr 2019-cu il tarixdə Təqsirləndirilən şəxsla birlikdə Gürcüstanın Rustavi şəhərinə getmiş, orada 3 gün ərzində qızlarla görüşüb, restoranlarda yeyib-içmiş, əlavə pulun qalan hissəsini kazinoda qumar oyununda uduzmuşdur. Qeyd olunan bu cinayətləri təkbaşına törədə bilməsi mümkün deyildir, buna görə də, Təqsirləndirilən şəxsla birlikdə həmin cinayətləri törətmişdir, ələ keçirdiyi pulları da, Taleh ilə birlikdə xərcləmiş, qardaşi Cavid Quliyev ona məxsus olan evi satmaq adı ilə müştərini aldadıb pulunu ələ keçirməyi bilməmişdir. Məhkəmə iclasında Şahid8 və Şahid7 elan olunmuş ifadəsindən görünür ki, şahid Zərərçəkmiş şəxs4 ifadəsinə oxşar məzmunlu ifadələr vermişlər. Məhkəmə iclasında Şahid6 elan olunmuş ifadəsindən görünür ki, Şahid5 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron rayon Pİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 Şahid4 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında Şahid11 elan olunmuş ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs6 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Zərərçəkmiş şəxs6 istintaqa təqdim etdiyi «Hansmann» loqolu 01 ədəd kompakt CD diskə baxış keçirilmişdir. Kompakt disk «Foto» və «Səs» adlandırılmış iki qovluqdan ibarətdir. «Səs» qovluğunun içində 121 «Mp3» formatlı fayl vardır. Zərərçəkmiş şəxs6 ifadəsində həmin fayllarda ona qarşı dələduzluq etmiş X19, X35 və özünü Gülər adı ilə «Asan xidmətin» işçisi kimi təqdim etmiş qadının səs yazılarının olduğunu, həmin danışıqların qızı Şahid11 tərəfindən qeydə alındığını bildirmişdir. Danışıq zamanı diktorlara şərti olaraq R 1, R 2, T və G şərti adları verildi. Həmin fayllarda olan danışıqların istintaq üzrə əhəmiyyət kəsb edən qısa məzmunu aşağıdakı kimidir. R1 səsli mesajlarda bildirir ki, «bacı gəlib evlərə baxarsınız, 1,2,3 otaqlı evlərim var, lakin mən məsələhət görürəm Masazırda yol qırağında Briliant şadlıq evinin yanındakı evi seçəsiniz. Sizə bacı dedim, istəyirəm bacı dediyim adama yaxşı ev qismət olsun, mən sözümün ağasıyam, mən də sizin bir qardaşınız düzüb qoşacam, lazım olsa ipoteka da düzüb qoşaram, əlim girir banklara, məndən ev alası olmasaz belə pul lazım olsa mən sizin qulluğunuzdayam, çünki sizin şirin danışığınız mənə o qədər təsir edib ki, atamınanamın qəbrinə and olsun sizə bu evi verəcəm, yaxşı ev verəcəm. Alınmasa pulunuzu qaytaracam, iki qat qaytaracam, hər şey yaxşı olacaq, mamanla ev haqqında danışıram. Fayl: - AUD-20191207-WA0040, AUD-20191207-WA0025, AUD-20191207- WA0028,AUD-20191207-WA0041, AUD-20191207-WA0005. Növbəti səsli mesajlarda və danışıqlarda R1 artıq alınacaq evin sənədləşməsi və təmiri ilə bağlı vədlər verir. Belə ki, R1 səsli mesajda bildirir ki, «Roza xanım ananızla danışmaq istəyirəm, siz çox əsəbisiz, sizlə danışmaq olmur, bibiylə danışım ki, sayğacı hansı tərəfdə quraşdırım. Narahat olmayın evin açarını verəcəm sizə əşyalarınızı yavaşyavaş yığarsınız evə, sənədlər də hazır olur, qol çəkib evin çıxarışını (kupçanı) götürəcəksiz. Sabah İnşallah Sumqayıta gedib Asan xidmətdə su və qazı adınıza keçirəcəm, işığı isə 28Mayda (metrostansiya) gedib keçirəcəm adınıza. Hər şeyin öz vaxtı var, mən sizə deyəcəm, narahat olmayın, öz ustam var yaxşı ustadı, mətbəx mebelini düzəldəcək» R2 R1-dən mətbəx mebilinin ölçüsünü və sayğaclar barədə soruşur, R1 isə cavabında 12 kv metr olmasını bildirir və xahiş edir ki, tələsməsinlər, evin sənədləri hazır olur. R1 R2-ə bildirir ki, evin sənədində hərif səhvi var idi, onu həll edir. Fayl: AUD- 20191207-WA0026, AUD-20191207-WA003, AUD-20191207-WA0035, AUD-20191207- WA0052, AUD-20191207-WA0054, AUD-20191207-WA0056, AUD-20191207-WA0057, AUD-20191207-WA0006, AUD-20191207-WA0010, AUD-20191207-WA0012, AUD- 20191207-WA0063, AUD-20191207-WA0065, AUD-20191207-WA0066, Arama kaydetme Makler_190803_135243. T şərti adı verilmi şəxs danışıq zaman R2-yə bildirir ki, Roza bibiyə deməyə üzüm gəlmir, sən de, sənədləşmə işləri üçün 1100 manat lazımdır. Ramil 300 manat öldəyib, qalan pul qalıb, pulu tam ödəməyib, əlavə 1100 manat da verin, sənədləşməyə verək həm evin, həm də torpağın sənədi eyni vaxtda hazır olsun. Növbəti danışıq zamanı T R2-dən xahiş edir ki, 1400 manat da düzəldin cəmi 3000 manat olsun, Ramilə pul lazımdır, narahat olmayın Roza Ramil evi və torpağı sənin adına keçirdəcəkdir. T R2-ə bildirir ki, Roza Ramil mənim yanımdadır, amma utanır danışmağa, R2 də cavabında deyir ki, dəstəyi ver Ramilə onunla danışmaq istəyirəm. Hazırki satılan həyət evinin sənədlərini isə ayın axırına kimi yoluna qoyacaqdır. Şəxsiyyət vəsiqəsini isə axşam gətirib verəcək, surətini çıxardıb ki, qaz,su elektrik sayğaclarını Rozanın adına keçirmək üçün lazım olacaqdır. Növbəti telefon danışığında T R2 bildirir ki, «Raminlə görüşdüm danışdım, narahat olmayın, hər şey yaxşı olacaq, dünən bibi ilə görüşdüm 1.000 manat verdi, ancaq 100 manatı vermədi, buna görə də mən öz cibimdən 100 manat qoydum Allaha and olsun. Ürəyivizi buz kimi saxlayın, sənədləşmədən narahat olmayın, mən sözümün ağasıyam. Telefonu açıq saxlayın səbr eləyin sizi yığacaqlar». T R2-ə deyir «mən düzgünlüyü sevən adamam, kasıb adamlarsınız, mən də çalışıram ki, sizə yaxşı olsun, Vallah hər şey yaxşıdır, narazat olmayın. Dəqiq öyrəndim, ayın axırı sənədlərinizi verirlər. Həftənin 1-ci günü Roza gəlib qol çəkib sənədi götürsün, amma 700 manat pul lazımdır. Allah haqqı, balamın canı bu işdən biz özümüzə xeyir tutmuruq, Ramil bu işi görsəydi sizə 8.000 manat pul lazım olacaq idi». Fayl: - AUD-20191207-WA0201, AUD-20191207-WA0034, AUD- 20191207-WA0039 AUD-20191207-WA0039, AUD-20191207-WA0047, AUD-20191207- WA0020, AUD-20191207-WA0203, AUD-20191207-WA0206, AUD-20191207-WA0210, AUD-20191207-WA0020, AUD-20191207-WA0049, AUD-20191207-WA0055, AUD- 20191207-WA0059, AUD-20191207-WA0060, AUD-20191207-WA0172, Arama kaydetme **********57 _190815 _133534; Arama kaydetme **********57_190815_190930; Arama kaydetme **********57_190816_151056. «Arama kaydetme Gizli numara_190826_114522» və «Arama kaydetme +**********48_190828_154444» adlı fayllarda olan baxış zamanı müşahidə olunmuşdur ki, G şərti adı verilmiş qadın R2-ə zəng edib bildirir: «Salam xanım, 2-ci gün, yəni sabah gələrsiniz Sumqayıt şəhərində olan Asan Xidmətə 2-ci mərtəbə 19-cu otağa». R2 G-dən soruşur: «xanım siz kimsiniz, adınız, soyadınız nədir?» G cavabında bilidirir ki, Gülər Heydərovadır xidmətin əməkdaşıdır. R2 soruşur: «xanım mən indi istənilən asan xidmətə gedib evin sənədlərinin mənim adına olduğunu yoxlatdıra bilərənmi?» G cavab verir: bəli xanım, gəlib burda qol çəkəcəksiniz, bundan sonra yoxlatdırsanız sənədlər sizin adınıza olacaqdır». Aldadıldığını başa düşdükdən bir müddət sonra R2 G-ə zəng edib Gülər xanımı soruşur, G isə bildirir ki, R2 səhv düşübdür, R2 təkidlə bildirir ki, eyni nömrədən ona zəng edib özünü asan xidmətin əməkdaşı kimi təqdim edibdir, G isə bunu imkan verir və danışıqdan yayınır. Bundan əlavə R1 R2 zəng edib şikayət etmək istəməsi ilə bağlı irad bildirir. Fayl: - AUD-20191207-WA0057, AUD-20191207-WA0331, AUD-20191207- WA0341, AUD-20191207-WA0329. Qeyd olunan səs yazıları Ramil Quliyevə qulaq asdırılmış, Ramil Quliyev danışıqlardakı səsin ona məxsus olmasını, digər kişi səsinin Təqsirləndirilən şəxs məxsus olmasını, qadın səsinin isə “Asan” xidmətin əməkdaşı kimi təqdim edən Rəqsanənin səsi olduğunu bildirmişdir. Diskdəki ikinci «Foto» qovluğunda olan məlumatlara baxış zamanı müəyyən olundu ki, mobil telefonda «screenshot» funksiyasından istifadə edilməklə «Whatsapp» ani mesajlaşma sistemi vasitəsi ilə aparılan danışıqların fotoşəkli çəkilib diskə əlavə olunmuşdur. Həmin daşınıqlarda adı «Makler» və «Taleh» kimi qeyd oldunmuş abonent ev alqı-satqısı ilə bağlı, eləcə də satılan evin sənədləşməsi ilə bağlı vədlər verir. Taleh adlı abonent yazdığı nömrədən əlavə ***-***-**-** nömrəsinin də ona aid olduğunu qeyd edir. «Makler» adlı abonent» təklif edir ki, boş torpaq sahəsi var, sifariş olunan plan əsasında həmin sahədə ev tikə bilər. Bundan əlavə ***-***-**-** mobil telefon nömrəsi Asan xidmətin əməkdaşı kimi qeyd olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 31.08.2020-ci il tarixli 6/1712 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «…. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş….» yazısı olan zərfdəki 5 bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,061qram, 0,017qram, 0,207qram, 0,044qram, 0,018 qram ümumi təmiz çəkisi 0,347 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir(qalıq 0,247 qram - 0,1 qram metamfetamin tədqiqata sərf edilmişdir). Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına» daxildir. 02.11.2020-ci il tarixli 3082 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından və psixotrop maddə olan metamfetamindən sui istifadə edilməsi ilə nəticələnən asılılıq sindromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 18.05.2020-ci il tarixli 9/826 saylı rəyi ilə müəyyən edilmişdir ki, - 02 ədəd amartizator (Man) 200 manat - 02 ədəd Qalovka (İveko) 1600 manat -01 ədəd beyin (karobkanın sol) (Man) 500 manat - 01 ədəd yağ nasoso (Man) 400 manat - 01 ədəd razdatka (Man) 500 manat - 01 pistolet açar (hava ilə) (Man) 120 manat - 01 ədəd pəncərə plastik 100 manat - 02 paylayıcı (Man) 500 manat Ekspertiza təyini haqqında qərarda və təqdim edilmiş məlumatda adları göstərilən malların istifadə olması nəzərə alınmaqla 2020-cu ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 3920,0 manat müəyyən edilir. Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, maddi sübut kimi tanınmış 02 ədəd amartizator (Man), 02 ədəd Qalovka (İveko), 01 ədəd beyin (karobkanın sol) (Man), 01 ədəd yağ nasosu (Man), 01 ədəd razdatka (Man), 01 pistolet açar (hava ilə) (Man), 01 ədəd pəncərə plastik, 02 paylayıcı (Man), eyni zamanda Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixatrop maddə olan tədqiqatdan sonra qalıq qalmış 0,247 qram metamfetamin Abşeron RPİ-nin maddi sübutların saxlanc anbarında saxlanılır. Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, istintaqı bir icraata birləşdirilmiş ********* nömrəli cinayət işinin istintaq materiallarından X17 barəsində Azərbaycan Respublikası CM-in 178.2.1-ci maddəsi ilə cinayət işi ayrılmış, həmçinin istintaqı bir icraata birləşdirilmiş **********36006 nömrəli cinayət işinin istintaq materiallarından istintaqa şəxsiyyəti məlum olmayan Anar adlı şəxs barəsində Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsi ilə cinayət işi ayrılmışdır. İş materiallarında olan cinayət işinin materiallarından digər cinayət işinin ayrılması barədə 04 mart 2021-ci il tarixli qərardan görünür ki, X18 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işinin ayrılması qərara alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 01.06.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə video çəkliş ilə baxış keçirilmiş və bir ədəd SD disk həmçinin zərərçəkmiş şəxsin istintaqa təqdim etdiyi «Hansmann» loqolu 01 ədəd kompakt CD disk maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə edilmişdir. 30.08.2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30.08.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin 01.09.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə baxış iclasında 01 ədəd SD diskə baxış keçirlərkən, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli şalvarın sol yan cibində olan pul kisəsinin içərisində beş ədəd siqaretin gümüşü və qara rəngli kağızına bükülmüş psixotrop maddə metamfetamin aşkar olunaraq götürülməsi müəyyən edilmişdir Təqsirləndirilən şəxslərin əməllərində cinayət tərkibinin olmamasına dair dəlilləri ilə əlaqədar məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onlar tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsin əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eskpertlərin rəyləri sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı qanuni üsullarla toplanmış subutları tam araşdırmaqla təqsirləndirilən şəxslərin ittiham olunduğu cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 178.2.1, 178.2.2, 178.2.4 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmədə, Təqsirləndirilən şəxsun cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayətlər törətməsini, onun cəzasını yüngülləşdirən halı, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci işüzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 09.02.2021-ci il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş 02 il 05 ay 29 gün müddətində azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə qismən toplamaq yolu ilə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 30.08.2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. Abşeron RPİ-nin maddi sübutların saxlanc anbarında saxlanılan 02 ədəd amartizator (Man), 02 ədəd Qalovka (İveko), 01 ədəd beyin (karobkanın sol) (Man), 01 ədəd yağ nasosu (Man), 01 ədəd razdatka (Man), 01 pistolet açar (hava ilə) (Man), 01 ədəd pəncərə plastik, 02 paylayıcı (Man) hökm qanuni qüvvəyə mindikdən sonra sahibi Zərərçəkmiş şəxs2 qaytarılmalıdır. İş üzrə 114 manat məhkəmə əmtəşünaslıq ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış iki ədəd SD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut olan və Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 0.247 qram narkotik vasitə metamfetamin məhv edilməlidir. Məhkəmə hesab edir ki, zərərşəkmiş şəxslər dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar mülkü qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Abşeron rayon vəkil bürosunun verdiyi orderlərlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxslərə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onların müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Abşeron rayon vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi1 90 saat göstərdiyi hüquqi yardıma görə 540 manat məbləğində pul Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2, 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir ) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Abşeron Rayon Məhkəməsinin 1(012)-23/2021 saylı, 09.02.2021-ci il tarixli hökmünə əsasən təyin edilmiş 02 (iki) il 05 (beş) ay 29 (iyirmi doqquz ) gün müddətinə azadlıqdan məhrumetmə cəzası hazırda Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 178.2.2, 178.2.4, 234.1-ci 66.2ci maddələrinə əsasən qəti olaraq təyin edilmiş 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 30.08.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunsun. Narkoloji dispanserdə qeydiyyata alınsın. Abşeron RPİ-nin maddi sübutların saxlanc anbarında saxlanılan 02 ədəd amartizator (Man), 02 ədəd Qalovka (İveko), 01 ədəd beyin (karobkanın sol) (Man), 01 ədəd yağ nasosu (Man), 01 ədəd razdatka (Man), 01 pistolet açar (hava ilə) (Man), 01 ədəd pəncərə plastik, 02 paylayıcı (Man) hökm qanuni qüvvəyə mindikdən sonra sahibi Zərərçəkmiş şəxs2 qaytarılsın. İş üzrə 164 (bir yüz altmış dörd) manat məhkəmə əmtəşünaslıq ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış iki ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut olan və Abşeron rayon Pİ-də saxlanılan tədqiqatdan sonra qalıq çəkisi 0.247 qram narkotik vasitə metamfetamin məhv edilsin. Zərərşəkmiş şəxslərə dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar mülkü qaydada məhkəməyə müraciət etmək hüququ izah edilsin. Təqsirləndirilən şəxslər müdafiəçinin ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onların müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Abşeron rayon vəkil bürosunun müdafiəçisi vəkil Müdafiəçi1 90 saat göstərdiyi hüquqi yardıma görə 540 manat məbləğində pul Abşeron rayon vəkil bürosunun hesablaşma, "xxxx" ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ75AİİB********************, VÖEN ********** hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar