Məhkəmə qərarları › İş №1(012)-296/2022

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-296/2022

05.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-296/2022 05.08.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məhkəmə iclas katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1982-ci ildə Şabran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Şabran şəhəri, Q.Qasımov küçəsi, ev 15-də qeydiyyatda olan və Abşeron rayonu. Xırdalan şəhəri “AAAF" yaşayış kompleksində yerləşən fərdi evdə yaşamış, barəsində Abşeron rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilərək hazırda Ədliyyə Nazirliyinin Penitensir Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs o. satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından atrıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı və satış məqsədi olmadan qanunsuz olaraq döyüş sursatı olan bir ədəd avtomatı, 1 ədəd avtomat darağını və 9 ədəd patronu əldə etmə, daşıma, saxlama və gəzdirmə cinayətini törətmişdir. Belə ki, o, xx.xx.2022-ci il tarixdə Abşeron rayonu. Mehdiabad qəsəbəsində istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd qırmızı-ağ zolaqlı selolan torbada ümumi çəkisi 320 qram olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib özü ilə Abşeron rayonu. Mehdiabad qəsəbəsinə daşıyaraq saxlamı, xx.xx.2022-ci il tarixdə saat 18 radələrində Abşeron rayon polis idarəsinin Mehdiabad polis bölməsinin əməkdaşları tərəfindən Abşeron rayonu. Mehdiabad qəsəbəsi ərazisində saxlanılıb Abşeron polis idarəsinin Mehdiabad polis bölməsinə gətirilərək bölmənin inzibati binasında üzərində keçirilən şəxsi axtarış zamanı sağ əlində tutduğu həmin poletilen torbada şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd qırmızı-ağ zolaqlı selolan torbada ümumi çəkisi 320 qram olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüşdür. Həmçinin o, xx.xx.2022-ci il tarixdə Abşeron rayonu. Mehdiabad qəsəbəsində istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq içərisində 1 ədəd keçmiş SSRİdə zavod üsulu ilə istehsal olunmuş nömrəsi silinmiş 5.45 mm kalibrli "Kalaşnikov" kostruksiyalı “AK-74“ modelli atəş üçün yararlı yivli odlu silah olan avtomat, 09 ədəd 5.45X39 mm kalibrli zavod üsulu ilə hazırlanmış döyüş sursatı hesab olunan atəş üçün yararlı kalaşnikov konstruksiyalı silahların ştat patronlarını, 01 ədəd 5.45X39 mm kalibrli 30 ədəd patron yerləşdirmək üçün nəzərdə tutulmuş kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi olan texniki cəhətdən saz və istifadə üçün yararlı darağı əldə edib özü ilə Abşeron rayonu, Mehdiabad qəsəbəsinə daşıyaraq saxlamış və gəzdirmiş, xx.xx.2022-ei il tarixdə saat 18 radələrində Abşeron rayon polis idarəsinin Mehdiabad polis bölməsinin əməkdaşları tərəfindən Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində saxlanılıb Abşeron polis idarəsinin Mehdiabad polis bölməsinə gətirilərək bölmənin inzibati binasında üzərində keçirilən şəxsi axtarış zamanı sağ əlində tutduğu həmin 1 ədəd keçmiş SSRİ-də zavod üsulu ilə istehsal olunmuş nömrəsi silinmiş 5.45 mm kalibrli "Kalaşnikov" kostruksiyalı "AK-74" modelli atəş üçün yararlı yivli odlu silah olan avtomat, 09 ədəd 5.45X39 mm kalibrli zavod üsulu ilə hazırlanmış döyüş sursatı hesab olunan atəş üçün yararlı kalaşnikov konstruksiyalı silahların ştat patronları, 01 ədəd 5.45X39 mm kalibrli 30 ədəd patron yerləşdirmək üçün nəzərdə tutulmuş kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi olan texniki cəhətdən saz və istifadə üçün yararlı olan daraq polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, narkotik vasitəsindən istifadə edir. Abşeron rayonu. Xırdalan şəhəri. "AAAF" yaşayış kompleksində yerləşən fərdi evdə ailəsi ilə birlikdə yaşayır. xx.xx.2022-ci il tarixdə Abşeron RPİ-nin əməkdaşları İbrahim Məmmədov və Elnur Əhmədov onu saxlayaraq əvvəl idarəyə gətirmiş, sonra avtomobilə əylədirib ona bir bükülü və içərisində əşya olan torba verərək avtomobili Mehdiabad qəsəbəsində olan yanacaq doldurma məntəqəsinin yanında saxlayıb avtomobildən düşməsini və gözləməsini ona bildirmişlər. Orada gözləyərkən Mehdiabad PB-nin əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək bölməyə aparmışlar. Orada məlum olmuşdur ki, bükülüdə olan narkotik vasitə qurudulmuş marixuana və torbanın içərisində isə bir ədəd odlu silah olan avtomat, içərisində patronlar olan olan avtomat darağı vardır. Mehdiabad PB-də ona təzyiq göstərildiyinə görə bükülüdə olan narkotik vasitə qurudulmuş marixuana və torbanın içərisində isə bir ədəd odlu silah olan avtomat, içərisində patronlar olan olan avtomat darağını Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən zibillik olan ərazidə dəmir toplayarkən tapdığını bildirmişdir. İbtidai istintaq zamanı isə Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu. Xırdalan şəhəri. "AAAF" yaşayış kompleksində yerləşən fərdi evdə ailəsi ilə birlikdə yaşayır. Dəmir metal tullantıları yığıb toplamaqla məşğul olmuşdur. xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən zibillik olan ərazidə dəmir toplayarkən bir ədəd poletilen torbanın içərisində bir ədəd odlu silah olan avtomat, içərisində patronlar olan olan avtomat darağı və narkotik vasitə olan qurudulmuş marixuana tapmışdır. Həmin torbanı yaxın ərazidə gizlətmişdir. xx.xx.2022-ci il tarixdə saat 18 radələrində həmin torbanı götürüb Abşeron rayonu. Mehdiabad qəsəbəsində gedərkən polis əməkdaşları onu saxlayıb əlindəki torbanın içərisində nə olduğunu soruşmuşlar. (3 da torbanın içərisində odlu silah və narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşlarının dəvəti ilə polis əməkdaşları ilə birlikdə Abşeron rayon polis idarəsinin Mehdiabad polis bölməsinə gəlmişdir. Bölmədə xidməti otaqların birində videoçəkilş aparılmaqla üz.əribə şəxsi axtarış keçirilmişdir. Üzərinə şəxsi axtarıç keçirilən zaman sağ əlimdə saxladığı içərisində bir ədəd odlu silah olan avtomat, içərisində patronlar olan olan avtomat darağı və narkotik vasitə olan qurudulmuş mariixuana olan zolaqlı poletilen torbanı polis əməkdaşlarına təqdim etmişdir. Üzərindən aşkar olunan əşyalar polis əməkdaşları tərəfindən qablaşdırılmış və üzəri möhürlənmişdir. Polis əməkdaşları tərəfindən ona izah edilmişdir ki, üzərindən aşkar edilmiş maddə çəkisinin və tərkibinin müəyyən edilməsi məqsədilə və silahın odlu silah olmasını müəyyən etmək üçün ekspertizaya göndəriləcəkdir. Sonra polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş, o da həmin protokola imza etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, o, Abşeron RPİ-nin Mehdiabad PB-nin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis mayorudur. 08 fevral 2022-ci il tarixdə Şabran rayonu. Şabran şəhəri. Q.Qasımov küçəsi, ev 15-də qeydiyyatda olan və Abşeron rayonu. Xırdalan şəhəri. "AAAF" yaşayış kompleksində yerləşən fərdi evdə yaşayan xx.xx.1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və narkotik vasitələrin saxlaması barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə o, bölmə rəisinə raportla müraciət etmiş və bölmə rəsinin göstərişi əsasında qəbul edilmiş qərarda onunla birlikdə Abşeron rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinin Cinayət Axtarışı üzrə əməliyyat müvəkkili polis kapitanı Şahid2 ibarət əməliyyat qrupu yaranmışdır. Onlar dərhal 08 fevral 2022-ci il tarixdə saat 18 radələrində Abşeron rayonu. Mehdiabad qəsəbəsi ərazisinndə əməliyyat tədbiri keçirib məlumatda zahiri əlamətlərinə uyğun gələn şəxs xx.xx.1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Abşeron rayonu. Mehdiabad qəsəbəsi ərazisində saxlayıb Abşeron rayon Polis İdarəsinin Mehdibad Polis Bölməsinə gətirmişlər. Bölmədə o, raportla bölmə rəisinə müraciət etmişdir. Bölmə rəisinin göstərişi əsasında Abşeron rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsində otaqların birində təhqiqatçı Rəlael Əsgəıov tərəfindən dövlət hesabına tutulmuş vəkilin iştirakı ilə video çəkiliş vasitəsi ilə Abşeron rayon sakini Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmağa başlanmışdır. Şəxsi axtarış keçirilməzdən qabaq Təqsirləndirilən şəxs təhqiqatçı Rəlael Əsgərov tərəfindən hüquq və vəzifələri izah edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan edilən hər hansı bir əşya və ya predmet varsa təqdim etməyi bildirilərkən Təqsirləndirilən şəxs sağ əlində olan ağ-boz rəngli qarışıq zolaqlı poletilen torbanı təqdim etmişdir. Həmin bir ədəd ağ-boz rəngli qarışıq zolaqlı poletilen torbanın içərisinə baxdıqda həmin torbanın içərisində bir bir ədəd avtomat, bir ədəd avtomat darağı və 9 ədəd patron və bir ədəd qırmızı-ağ zolaqlı üzərində "Kosmetic" sözləri yazılmış selofan torbada aşkar olunmuşdur. Həmin bir ədəd qırmızı-ağ zolaqlı selofaıı torbanın içərisinə baxdıqda torbanın içərisin yaşıl rəngli ol kütləsi müşahidə olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, "təqdim etdiyi sağ əlində saxladığı ağ-boz rəngli qarışıq zolaqlı poletilen torbanın içərisində olan bir ədəd qırmızı-ağ zolaqlı üzərində "Kosmetic" sözləri yazılmış selofan torbanın içəridə olan narkotik vasitə qurudulmuş marixuana və digəri isə bir bir ədəd avtomat, bir ədəd avtomat darağı və 9 ədəd patrondur. Bildirmişdir ki, " o. bir ədəd avtomatı, bir ədəd avtomat darağını. 9 ədəd patronu və bir ədəd qırmızı-ağ zolaqlı üzərində "Kosmetic" sözləri yazılmış selofan torbada olan narkotik vasitə qurudulmuş marixuananı xx.xx.2022-ci il tarixdə Abşeron rayonu. Mehdiabad qəsəbəsində yerləşən zibillik olan ərazidə dəmir toplayarkən tapıb özündə saxlamışdır. Onun odlu silah və narkotik vasitə əldə etməsindən daşımasından və saxlamasından ailə üzvlərinin xəbəri olmamışdır". Təqsirləndirilən şəxs aşkar edilmiş bir ədəd avtomat, bir ədəd avtomat darağı, 9 ədəd patron və narkotik vasitə iştirakçıların yanında qablaşdırılaraq müvafiq qaydada möhürlənib götürülmüşdür. Bununla bağlı təhqiqatçı tərəfindən protokol tərtib olunmuş və onlar da həmin protokola imaza etmişlər. Sonra isə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs izahatı alınmışdır. Məhkəmə baxışında şahid qismində dindirilən Abşeron rayon Polis İdarəsinin Mehdiabad polis bölməsinin əməliyyat müvəkkili Səlimov X3 Cahid Zahid oğlu ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə baxışında əlavə şahid qismində dindirilən İbrahim Məmmədov Təqsirləndirilən şəxs tanımadığını, lakin qardaşını narkotik vasitədəni saxlayıb istifadə etdiyinə görə tutub polis orqanına təhvil verdiyini, hazırda cəzaçəkmə müəssəsində cəza çəkdiyini bildirdi. Məhkəmə baxışında əlavə şahid qismində dindirilən Elnur Əhmədov Təqsirləndirilən şəxs tüfeyli həyat tərzi keçirdiyini, boş binalarda yaşadığını, onun hansı səbəbdən məhkəmə baxışında ona dair o cür ifadə verdiyini başa düşmədiyini bildirdi. Abşeron RPİ-nin Təhqiqat Şöbəsi tərəfindən təqdim edilmiş bir ədəd Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə video çəkiliş görüntüləri olan ağ rəngli üzərində heç bir yazı olmayan DVD farmatlı diskə Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirən zaman müəyyən edildi ki, əynində qara rəngli şalvar, qara rəngli gödəkçə, ayağında qara rəngli ayaqqabı, başında qara rəngli idman papağı, ağzında mavi rəngli tibi maska olan ortaboylu. üzü saqqalı şəxs sağ əlində olan ağ-boz rəngli qarışıq zolaqlı poletilen torbanı təqdim etdi. Həmin bir ədəd ağ-boz rəngli qarışıq zolaqlı poletilen torbanın içərisinə baxdıqda həmin torbanın içərisində bir bir ədəd avtomat, bir ədəd avtomat darağı və 9 ədəd patron və bir ədəd qırmızı-ağ zolaqlı üzərində "Kosmetic" sözləri yazılmış selofan torbada aşkar olundu. Həmin bir ədəd qırmızı-ağ zolaqlı selofan torbanın içərisinə baxdıqda torbanın içərisin yaşıl rəngli ot kütləsi müşahidə olundu.Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki. "əynində qara rəngli şalvar, qara rəngli gödəkçə, ayağında qara rəngli ayaqqabı, başında qara rəngli idman papağı, ağzında mavi rəngli tibbi maska olan ortaboylu, üzü saqqalı şəxs onun özüdür, təqdim etdiyi sağ əlində saxladığı ağ- boz rəngli qarışıq zolaqlı poletilen torbanın içərisində olan bir ədəd qırmızı-ağ zolaqlı üzərində "Kosmetic" sözləri yazılmış selofan torbanın içəridə olan narkotik vasitə qurudulmuş marixuana və digəri isə bir bir ədəd avtomat, bir ədəd avtomat darağı və 9 ədəd patrondur. O, bir ədəd avtomatı, bir ədəd avtomat darağını. 9 ədəd patronu və bir ədəd qırmızı-ağ zolaqlı üzərində “Kosmetic" sözləri yazılmış selofan torbada olan narkotik vasitə qurudulmuş marixuananı xx.xx.2022-ci il tarixdə Abşeron rayonu. Mehdiabad qəsəbəsində yerləşən zibillik olan ərazidə dəmir toplayarkən tapıb özündə saxladığını bildirmişdir. Onun odlu silah və narkotik vasitə əldə etməsindən daşımasından və saxlamasından ailə üzvlərinin xəbəri olmamışdır". İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Təhqiqatlar İdarəsinin 09 fevral 2022-ci tarixli 22/224a saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd avtomatın, bir ədəd avtomat darağın, 9 ədəd patronun ekspertiza müayinəsi zamanı müəyyən olumuşdur ki, bir ədəd nömrəsi silinmiş silah 5.45mm kalibirli olmaqla zavod üsulu ilə keçmiş SSR-i dövlətində istehsal olunmuş. "Koloşnikov" konstruksiyalı AK-74 modelli avtomatdır,yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. 09 ədəd patronlar zavod üsulu ilə keçmiş SSR-i dövlətində istehsal olunmuş 5.45x39 mm kalibirli olmaqla, həmin kalibrli '"Koloşnikov" konstruksiyalı silahların ştat patronlarıdır. Döyüş sursatıdır və atəş üçün yaralıdır. (Bax avtomatın tədqiqi hissəsinə). 01 ədəd daraq zavod üsulu ilə keçmiş SSR-i dövlətində istehsal olunmuş 30 ədəd 5.45x39 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş həmin kalibrli "Koloşnikov” konstruksiyalı avtomatların komplekt hissəsidir-darağıdır, texniki çəhətdən sazdır və istifadəyə yararlıdır. İş materiallarında olan məhkəmə-ballistik və trossoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 231 R saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd nömrəsi silinmiş silah 5.45mm kalibirli olmaqla zavod üsulu ilə keçmiş SSR-i dövlətində istehsal olunmuş. "Koloşnikov" konstruksiyalı AK-74 modelli avtomatdır,yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yaralıdır. Silahın hissə və mexanizmlərinin üzərində sonradan təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 09 ədəd patronlar zavod üsulu ilə keçmiş SSR-i dövlətində istehsal olunmuş 5.45x39 mm kalibirli olmaqla, həmin kalibrli "Koloşnikov” konstruksiyalı silahların ştat patronlarıdır. Döyüş sursatıdır və atəş üçün yaralıdır. (Bax avtomatın tədqiqi hissəsinə). Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə keçmiş SSR-i dövlətində istehsal olunmuş 30 ədəd 5,45x39 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş həmin kalibrli "Koloşnikov" konstruksiyalı avtomatların komplekt hissəsidir-darağıdır, texniki çəhətdən sazdır və istifadəyə yararlıdır. Qərarda göstərilən 01 ədəd avtomat silahı və 09 ədəd patronlar 09 fevral 2022-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Təhqiqatlar İdarəsinin 22/224a saylı 09 fevral 2022-ci tarixli təhqiqat haqqında arayış tərtib olunmuşdur. Tədqiqat zamanı təqdim edilmiş avtomatın və patronların atəşə yararlı-plub-olmamasmı ləyin etmək üçün həmin avtomatdan təqdim edilmiş 09 ədəd 5.45/39mm kalibirli patronlardan təsadüfü seçim yolu ilə 03(üç) ədədi tədqiq edilən silaha qoyularaq ondan eksperemnlal atəşlər açılaraq silahın və patronların atəşə yaralı olması müəyyən edilmişdir. Eksperemental atəşlər zamanı əldə olunmuş güllə və gilizlət DİN-nin KTİ-də yerləşən “güllə-giliz" kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə- gilizlərlə müayisə edilmişdir. Miiqaisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir və mıiqaisəli tədqiqat haqqında cavab 01 1-1707-122JMtı li məktubla, xx.xx.2022-ci il tarixdə DİN- nin Abşeron RPİ-nə göndərilmişdir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizası ləyin edilib rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eksprtizası Mərkəzinin 09 fevral 2022-ci il tarixli 7/121 sa\ 11 rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən., "aşkar olunmuş sözləri olan bir ədəd pletilen bağlamadakı təmiz çəkisi 320 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə(kannabis)bitkisindən kustarn üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. İş materiallarında olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən götürülmüş və ekspertizadan sonra 319.8 qram qalmış narkotik vasitə olan qurudulmuş marixuana, bir ədəd nömrəsi silinmiş “Kalaşnikov" markalı “AK-74" modelli atəş üçün yaralı olan avtomat, 09 ədəd 5.45X39 mm kalibrli patron, 01 ədəd 5.45X39 min kaiibrli 30 ədəd patron yerləşdirmək üçün nəzərdə tutulmuş daraq maddi sübut qismində tanınaraq saxlanılmasından ötrü Abşeron rayon Pİ-nin saxlanc anbarına təhvil verilmişdir. Abşeron RPİ-nin Təhqiqat Şöbəsi tərəfindən təqdim edilmiş bir ədəd Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə video çəkiliş görüntüləri olan bir ədəd ağ rəngli üzərində heç bir yazı olmayan DVD larmatlı disk iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” sıyahılarının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” barədə İ nömrəli sıyahısının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” barədə İ hissəsinin 12-ci bəndində qurudulmuş marixuana yer almışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun 1.0.8-1.010-cu maddələrinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin qanunun 21.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” narkotik vasitələrə aid İ nömrəli sıyahısına əsasən qurudulmuş marixuana təmiz halda 5 qramdan artıq miqdarı şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və 228.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirliyi şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və 228.1-ci maddələri ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və 228.1-ci maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışında özünü təqsirli bilməməsi və verdiyi ifadəyə uyğun sübutlar təqdim etməməsi özünü müdafiə xarakteri daşıması qənaətinə gəlməsinə imkan yaradır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətlərin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, yəni yaşadığı yer üzrə müsbət xarakterizə olduğunu və təyin olunan cəzanın ailəsinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” “24” dekabr 2021-ci il tarixli qərarında göstərilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. CM-in 61-ci maddəsində sadalanan cəzanı ağırlaşdıran halların siyahısı qətidir və məhkəmə cəzanın təyin edilməsini və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini əsaslandırarkən məsuliyyəti ağırlaşdıran hal kimi həmin maddədə göstərilməyən hallara istinad etməyə haqlı deyildir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİ İ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr Abşeron rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 və 69.3-cii maddələri ilə təqsirli bilinərək 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə ödənilmiş sayılır. Ona görədə Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş sayılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Belə olan halda məhkəmə Təqsirləndirilən şəxs əvvəlki ödənilməmiş məhkumluğunu nəzərə alıb əməlində cinayətin residivi olduğunu müəyyən edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəzanı yüngülləşdirən hallar müəyyən edilmədi. Onun əməlində cinayətin residivi olması cəzasını ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər, bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci və 234.1-ci maddələri ilə təqsirli bilinərək həmin maddələrin sanksiyası həddində cəzalandırılmalı və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplamaq yolu ilə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmənin əvvəli həbs edildiyi xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılmalıdır. Azərbaycan Respublikasının CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs 08 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, barəsində 10 fevral 2022-ci il tarixdə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.4-ci maddəsinə əsasən tibbi xarakterli məcburi tədbirlər məhkəmə tərəfindən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə təyin edilə bilər. Həmin Məcəllənin 94-cü maddəsinə görə, tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məqsədi bu Məcəllənin 93.1.1-93.1.4-cü maddələrində göstərilən şəxslərin müalicə olunması və ya psixi vəziyyətinin yaxşılaşdırılmasından, habelə həmin şəxslər tərəfindən yeni cinayət törədilməsinin qarşısının alınmasından ibarətdir. Yenə də həmin Məcəllənin 95.0.1-cü maddəsi ilə müəyyən edilir ki, məhkəmə məcburi ambulatoriya müşahidəsini təyin edə bilər. İş materiallarında olan İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 14 mart 2022-ci il tarixli 1285 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və kannobioidlərin birgə qəbulu nətcəsində ASİLLİQ SİNDİROMU NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Göstərilən maddələrə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan qalıq çəkisi 319,8 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə minəndən sonra məhv edilməlidir. Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan “Kalaşnikov" markalı “AK-74" modelli atəş üçün yaralı olan avtomat, 09 ədəd 5.45X39 mm kalibrli patron. 01 ədəd 5.45X39 min kaiibrli 30 ədəd patron yerləşdirmək üçün nəzərdə tutulmuş daraq Azərbaycan Respublikası DİN-nin silah anbarına verilməlidir. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntüləri özündə əks etdirən 1 ədəd “DVD” formatlı disk isə cinayət işində saxlanmalıdır. Bundan əlavə məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 78 (yetmiş səkkiz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən məhkəmə məsrəfi olduğundan Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34CTRE********************) köçürülməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində, məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzalar qismən toplamaq yolu ilə ona qəti 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin əvvəli həbs edildiyi xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron RPİnin saxlanc anbarında saxlanılan qalıq çəkisi 319,8 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə minəndən sonra məhv edilsin. Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan maddi sübut “Kalaşnikov" markalı “AK-74" modelli atəş üçün yaralı olan avtomat, 09 ədəd 5.45X39 mm kalibrli patron. 01 ədəd 5.45X39 mm kalibrli 30 ədəd patron yerləşdirmək üçün nəzərdə tutulmuş daraq Azərbaycan Respublikası DİN-nin silah anbarına verilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntüləri özündə əks etdirən 1 ədəd “DVD” formatlı disk isə cinayət işində saxlanılsın. Məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 78 (yetmiş səkkiz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198-ci maddələrinə əsasən məhkəmə məsrəfi olduğundan Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində, məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmün icrası Abşeron rayon Polis idarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar