Məhkəmə qərarları › İş №1(012)-296/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-296/2023

17.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-296/2023 17.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, hakim Nəcəfova Şövkət Hüseyn qızı Nuruyeva Nüşabə Ələddin qızının katibliyi ilə, Xüsusi ittiham qaydasında şikayət verən şəxs X1 xüsusi ittiham qaydasında barəsində şikayət verilən şəxs X2 Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi barədə cinayət məsuliyyətinə cəlb edilməsi üzrə şikayətinə Abşeron rayon məhkəməsinin inzibati binasında keçirilən məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Xüsusi ittiham qaydasında şikayət verən şəxs X1 xüsusi ittiham qaydasında barəsində şikayət verilən şəxs X2 Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi barədə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, cinayət hadisəsi Bakı şəhəri Xəzər rayonunda baş vermişdir. Şikayət və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərkən xüsusi ittiham qaydasında şikayət ərizəsinin aidiyyat qaydalarının pozulması ilə verildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 74-cü maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdikyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi. ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 21 fevral 2014-cü il tarixli 03 saylı Qərarının12-ci bəndində haqlı olaraq göstərilmişdir ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 74.1, 74.4 və 74.8-ci maddəsinə əsasən müəyyən edilir. Beləliklə məhkəmə hesab edir ki, Xüsusi ittiham qaydasında şikayət verən şəxs X1 xüsusi ittiham qaydasında barəsində şikayət verilən şəxs X2 Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi barədə cinayət məsuliyyətinə cəlb edilməsi üzrə şikayət və ona əlavə olunmuş sənədlər aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xəzər rayon məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 6.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş hallarda məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 75.2-ci maddəsinə əsasən məhkəmə öz icraatına qəbul etdiyi cinayət işinə bu Məcəllənin 74.5 və 74.6-cı maddələrində nəzərdə tutulmuş şərtlərə uyğun başqa məhkəmədə baxılmalı olduğunu məhkəmə baxışı zamanı müəyyən edərsə, işi məhkəmə aidiyyəti üzrə göndərməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 74,-74,5, 74,6, 75.1, 75.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Xüsusi ittiham qaydasında şikayət verən şəxs X1 xüsusi ittiham qaydasında barəsində şikayət verilən şəxs X2 Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi barədə cinayət məsuliyyətinə cəlb edilməsi üzrə şikayət və ona əlavə olunmuş sənədlər aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xəzər rayon məhkəməsinə göndərilməlidir. Qərardan 20 (iyirmi) gün müddətində Abşeron rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar