Məhkəmə qərarları › İş №1(012)-297/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-297/2021

22.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-297/2021 22.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X4 oğlunun iştirakı ilə, xx.xx.1990-cı ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu ödənilməyən, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, Yeni yaşayış massivində kirayədə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 12.03.2021-ci il tarixdə saat 05 radələrində ünvan 3 ünvanında, qeyri rəsmi yaşadığı Zərərçəkmiş şəxs ilə arasında yaranmış mübahisə zamanı sonuncununun ayaq nahiyyəsindən bıçaqla vuraraq, ona sol bazunun və sol budun kəsilmiş yaralarından ibarət dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmədə cinayət qanunu ilə əməli törətmiş şəxsin göstərilən cinayət əməlini aşağıdakı qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə baxış iclasında cinayət qanunu ilə əməli törətmiş şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 2020-ci ilin mart ayından qeyri-rəsmi olaraq birlikdə yaşamışdır Yaşdıqları müddətdə onunla münasibətləri normal olmuşdur. Bir müddətdir ki, Fidan ilə münasibətləri normal olmamasına səbəb isə Fidanın yaşadıqları evdə onunla əsassız mübahisələr edərək onun işlərinə müdaxilə etməsi omuşdur. 12.03.2021-ci il tarixdə saat 05 radələrində Fidanın həkimə getməyi üçün ondan pul istədiyi üçün aralarında mübahisə yaranmış, həmin vaxt o əsəbiləşdiyi üçün Fidanı söyüb təhqir edərək stolun üstündə olan çörək bıçağını götürərək qorxuzmaq məqsədilə bir dəfə Fidanın bud nahiyyəsindən və bir dəfədə qolundan vuraraq ona xəsarət yetirmişdir. Həmin vaxt Fidanın, qolunu qabağa verdiyi üçün bıçağın onun qolundanda dəyrmişdir. Bundan sonra Fidanın boynundan tutaraq silkələmişdir. Bundan sonra Fidan DİN-nin “102” xidmətinə zəng vuraraq məlumat vermiş, mübahisə zamanı Fidan ona qarşı hər hansı bir fiziki zor tətbiq etməmiş, baş vermiş mübahisə 10-15 dəqiqə davam etmişdir. Sonradan zərərçəkmiş şəxslə barışmışlar. Əməlindən peşmançılıq çəkir, işin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə 2020-ci ilin mart ayından qeyri-rəsmi olaraq birlikdə yaşamışdır. Yaşadıqları müddətdə Cavidlə münasibətləri normal olmuş, bir müddətdir ki, Cavidin yaşadığları evdə münaqişələr yaradaraq onunla əsassız mübahisələr edərək onun və valideyinlərinin ünvanına söyüşlər söyür. 12.03.2021-ci il tarixdə saat 05 radələrində xəstə olduğu üçün Caviddən həkimə getməyi üçün pul istəmiş və buna görə də Cavidlə aralarında mübahisə yaranmışdır. Həmin vaxt Cavid heç bir səbəb olmadan onu söyüb təhqir edərək stolun üstündə olan çörək kəsdiyi bıçağı götürərək ona bir dəfə bud nahiyyəsindən və bir dəfədə qolundan vurmuşdur. Daha sonra Cavid onun boynundan tutaraq sıxmışdır. Bundan sonra qışqırmağa başlamış, lakin Cavid yenədə onu söyüb təhqir etməyə davam etmişdir. Mübahisə zamanı Cavidə qarşı hər hansı bir fiziki zor tətbiq etməməmiş, baş vermiş mübahisə 10-15 dəqiqə davam etmiş, mübahisə evdə baş verdiyi üçün orada kənar şəxslər olmamışdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin xitam olunmasını xahiş edir. Beləliklə, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi və məhkəmə-tibbi ekspertizasının rəyi ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş İş üzrə keçirilmiş Məhkəmə Ekspertizası Mərkəzinin 19.03.2021-ci il tarixli 3/549 nömrəli ekspert rəyində tədqiqata təqdim olunmuş 1(bir) ədəd bıçaq, kustar üsulla hazırlanmış deşici, kəsici xassəyə malik mətbəx bıçağıdır, soyuq silah hesab edilmir, üzərində təyinatını dəyişdirən həır hansı əlavə və dəyişiklik edilmədiyi göstərilmişdir. İş üzrə keçirilmiş Məhkəmə-Tibbi Ekspertizasının 19.03.2021-ci il tarixli 499 nömrəli rəyindən görünür ki, 1991-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər – sol bazunun və sol budun kəsilmiş yaraları kəsici xarakterli əşya (alət) təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan müddətdə və şəraitdə, yəni 12.03.2021-ci il tarixdə qeyd olunan nahiyyələrə bıçaqla vurulma nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aidddirlər. İş materiallarında olan 17.03.2021-ci il tarixli tələbnamə arayışından görünür ki, Qənbərov X2 Ağır Cinayətlər Məhkəməsinin 08.07.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 263-1.3-cü maddəsi ilə təqsirli bilinərək 05 il 11 ay 28 gün azadlıqdan məhrumetmə və 04 il nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəzasına məhrum edilmiş, Azərbaycan Respublikası Prezdentinin 16.03.2019-cu il tarixli 1049 saylı sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 29.03.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1 maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Lənkəran şəhər Mənzil Təsərrüfatı İdarəsinin rəisi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən də ünvan 4 ünvanında yaşayır və o, yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, Zərərçəkmiş şəxs ilə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası CM-nin 18.4.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkumluq residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Xırdalan şəhər vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Xırdalan şəhər vəkil bürosunun vəkili X3 göstərdiyi 20 saat hüquqi yardıma görə 120 manat məbləğdə pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-nin 73-cü, Azərbaycan Respublikasının CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımını ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Xırdalan şəhər vəkil bürosunun vəkili X3 göstərdiyi 20 saat hüquqi yardıma görə 120 manat məbləğdə pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Qərar şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Qərardan elan edildiyi andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar