Məhkəmə qərarları › İş №1(012)-297/2023

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-297/2023

01.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-297/2023 01.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim - Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi – Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Şikayət vermiş şəxs Zərərçəkmiş şəxs, Cinayət əməlini törədən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1972-ci il tarixdə Abşeron rayonu, Saray qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayətin törədilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Xırdalan şəhərində Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: xx.xx.2023-cü il tarixdə, saat 23.30 radələrində ünvan 2 ünvanında yerləşən birgə yaşadıqları evdə Zərərçəkmiş şəxs ilə ər-arvad münasibətlərində yaşadığı Təqsirləndirilən şəxs arasında sonuncunun Zərərçəkmiş şəxs yaşadıqlarə evdən çıxıb getməsini tələb etməsi səbəbindən mübahisə olmuşdur. Mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Qoşnali qızının sifətinə və başına yumruqla bir neçə dəfə qəsdən zərbələr vurmaqla sonuncuya; burun nahiyəsinin burun sümüyünün yerdəyişməyən sınığı ilə müşaiət olunan qançır-şişkinliyi, sağ gözaltı-almacıq nahiyəsinin qançır-şişkinliyi və sağ gözün bayır hissəsinin qançırı ilə nəticələnən xəsarətlər yetirməklə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında cinayət əməlini törədən şəxs Təqsirləndirilən şəxs ona elan ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, Svetlana ilə 30 ildir ki, ər-arvad münasibətlərində yaşayır. 2022-ci ilin noyabr ayında Svetlananın başqa şəxslərlə görüşdüyünü müəyyən etməsi səbəbini Svetlanaya dedikdə o cavabında “sənin kimi kişiyə qarşı yaxşı edirəm, əxlaqsızlıq edirəm” deməklə cavab vermiş, bundan sonra o, bir neçə dəfə Svetlanadan evindən çıxıb getməsini tələb etsə də, Svetlana onun tələblərinə məhəl qoymamışdır. xx.xx.2023-cü il tarixdə o, qızı Zeynəbə zəng edib Svetlanaya onun adından evdən çıxıb getməsini deməyi xahiş etmiş, saat 23.30-da o, evə gələndə Svetlananın evdə olduğunu və yataqda uzandığını görüb Svetlananın ayağından tutub dartaraq durub evdən getməsini tələb etmiş, o, Svetlananın etiraz etdiyini görüb yumruqla Svetlananın sifətinə və başına zərbələr vuraraq onu döymüş, sonra boynunun arxasından paltarından tutub sürüyüb onu evin həyətinə çıxardıb qapını örtmüşdür. Sonda o, məhkəmədən törətdiyi cinayət əməlindən peşman olmasını nəzərə alıb ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə zamanı şikayət vermiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, Təqsirləndirilən şəxs onun xalası oğludur. 30 ildir ki, ər-arvad münasibətlərində yaşamış, əvvəllər Elxanla aralarında bir neçə dəfə mübahisələr baş vermişdir. xx.xx.2023-cü il tarixdə saat 23.00 radələrində yaşadıqları evdə yenidən Elxanla onun arasında qızına cehiz aldığı mebelə görə götürdükləri kredit borcunun ödənilməməsi səbəbindən Təqsirləndirilən şəxs əsəbiləşərək evdə olan qızına zəng edərək anası işdən gələrkən evdən çıxıb getməsini tapşırdığını, lakin o, xəstələnmiş qızına qulluq edib dincələrkən evə gələn əri onu sürüyərək bayıra çıxarmaq istəmiş, aralarında mübahisə yaranmış, mübahisə zamanı Elxan onun sifətinə və başına bir neçə dəfə yumruqla zərbələr vurmaqla onu döymüş, sonra boynunun arxasından paltarından tutaraq onu sürüyüb evdən həyətə çıxartmışdır. Sonda o, Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirdi. Məhkəmə baxışında şahid qismində dindirilən X1 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə atası Təqsirləndirilən şəxs ona zəng edib anası Svetlananın işdən gələrkən evi tərk etməsini demişdir. xx.xx.2023-cü il tarixdə anası işdən gəlmiş, onlar axşam yatanda atası otağa daxil olmuş, anasının ayağından tutub yerə atarkən bunu görüb ürəyi getmişdir. O, ayılandan sonra atası anasının boynunun arxasından tutub sürüyərək çölə çıxartmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş "MTE və PA ETT Birliyi" X6 Abşeron rayon şöbəsinin xx.xx.2023-cü il tarixli 147 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər; - burun nahiyəsinin burun sümüyünün yerdəyişməyən sınığı ilə müşaiət olunan qançır-şişkinliyi, sağ gözaltı-almacıq nahiyəsinin qançır-şişkinliyi və sağ gözün bayır hissəsinin qançırı bərk- küt əşya(əşyalar) təsirindən müayinədən 1-2 gün əvvəl əmələ gəlmişlər, qərarın təsfiri hissəsində göstərilən xx.xx.2023cü il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə burun nahiyəsinin burun sümüyünün yerdəyişməyən sınığı ilə müşaiət olunan qançır-şişkinliyi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Beləliklə, məhkəmə iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, cinayət əməlini törədən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsiri tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə məhkəmə hesab edir ki, cinayət əməlini törədən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, cinayət əməlini törədən şəxs Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Abşeron RİHB-nin Saray qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, cinayət əməlini törədən şəxs Təqsirləndirilən şəxs ünvan 2-də yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur.. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini nəzərə alır. Məhkəmədə cinayət əməlini törədən şəxs Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun törədilmə hallarını, cinayət əməlini törədən şəxs Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını və cəzanın onun islah olunmasına nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 40, 44.1 və 45.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs islah işləri növündə cəzasını əsas iş yeri üzrə çəkməli, cəzanın icrası müddəti ərzində məhkəmənin hökmü ilə müəyyən edilmiş məbləğdə və bu Məcəllədə nəzərdə tutulmuş qaydada dövlət nəfinə pul tutulmalı, cəzaçəkmə müddətinin əvvəli qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə olunmalıdır. Məhkəmə hesab edir ki, cinayət əməlini törədən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 10 (on) saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla müvafiq olaraq 60 (altmış) manat məbləğində pul, məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il müddətinə qazancından dövlət nəfinə 15 faiz məbləğində pul tutulmaqla islah işləri cəzası təyin edilsin. Onun cəzaçəkmə müddətinin əvvəli qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablansın. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 10 (on) saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X2 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla müvafiq olaraq 60 (altmış) manat məbləğində pul, məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar