Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-297/2024 01.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olan, işləməyən, ünvan 1 ünvanda yaşamış, barəsində Abşeron Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində istintaqa məlum olmayan şəxsdən, 15 manat pul qarşılığında qanunsuz olaraq, satış məqsədi olmadan “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na daxil olan bir ədəd gümüşü rəngli folqa bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda, çəkisi 0,392 qram olan psixotrop maddə metamfetamin alıb əldə etməklə əynində olan qara rəngli cins şalvarının sağ yan cibində saxlamış və Abşeron rayonu, Məmmədli kəndinə daşımış, xx.xx.2023-cü il tarixdə, saat 11 radələrində Abşeron rayonu, Məmmədli kəndində yaşadığı evin qarşısında Z.Əliyeva küçəsində polis əməkdaşları tərəfindən saxlanılaraq Mehdiabad polis bölməsinə gətirilmiş və həmin gün saat 12:30-dan saat 12:55-ə kimi xidməti otaqların birində üzərində şəxsi axtarış aparılarkən qanunsuz olaraq əldə edib satış məqsədi olmadan saxladığı həmin bir ədəd gümüşü rəngli folqa bükümdə, 0,392 qram çəkidə psixotrop maddə metamfetamin əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, 2023-cü ilin aprel ayının sonlarında Abşeron rayonu, Məmmədli kəndi “Badamlıq” adlanan ərazidə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq 01 ədəd Cri-4274 №-li 7,62 mm kalibrli, 1963-cü ildə keçmiş SSRİ dövlətində zavod üsulu ilə istehsal olunmuş Kalaşnikov konstruksiyalı AKM modelli, texniki cəhətdən saz və atəş üçün yararlı odlu yivli silah olan avtomat, 07 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62X39 mm kalibrli, döyüş sursatı hesab olunan və atəş üçün yararlı həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronları və 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, 30 ədəd 7,62X39 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi hesab olunan, texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı darağı əldə edərək daşımış, saxlamış və üzərində gəzdirmiş, xx.xx.2023-cü il tarixdə saat 21:00 radələrində Abşeron rayonu, Məmmədli kəndi, ‘'Badamlıq adlanan ərazidə Abşeron RPİ-nin X4 əməkdaşları tərəfindən saxlanılıb Mehdiabad polis bölməsinə gətirilmiş və həmin gün saat 21:40-dan saat 22:00-a kimi üzərində şəxsi axtarış aparılan zaman əlində olan ağ rəngli torbanın içərisindən həmin 01 ədəd Cn-4274 №-li 7,62 mm kalibrli odlu silah avtomat, 07 ədəd patron və 01 ədəd daraq aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ittihamla razı olduğunu, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və məhkəmədən ona cəza təyin edərkən yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi ifadəsində Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələri ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, psixotrop maddə olan metamfetomindən arabir bədənində ağrılar olduqda qəbul etmişdir. xx.xx.2023-cü il tarixdə, axşam vaxtı Bakı şəhəri, Sabunçu rayonu Balaxanı qəsəbəsində olarkan bir nəfər şəxsin durduğunu görmüşdür. Həmin şəxsin zahiri görkəmindən anlamışdır ki, o narkomandır və həmin şəxsə yaxınlaşıb “patı”, yəni psixotrop maddə metamfetamin olub-olmadığı barədə soruşmuşdur. Həmin şəxs “patı’’olduğunu və bir bükümünü 20 manata satdığını bildirmişdir. O, bir büküm metamfetaminə görə 15 manat verə biləcəyini demişdir. Razılaşaraq həmin tanımadığı şəxsdən 15 manata bir gümüşü rəngli falqada psixotrop maddə metamfetamin alıb üstündə saxlamış ki, bədənində ağrılar olduqda qəbul etsin. 16.07.2023- cü il tarixdə saat təxminən 11 radəlrində Abşeron rayonu Məmmədli kəndində yaşadığım evin yaxınlığında, Z.Əliyeva küçəsində yolda piyada hərəkətdə olarkən, iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq polis əməkdaşı olduqlarını demişlər. Həmin polis əməkdaşları üzərində psixotrop maddə gəzdirməyimdən şübhələndiklərini bildirmişlər. Sonra həmin polis əməkdaşları onu saxlayaraq Mehdiabad polis bölməsinə aparmışlar. Mehdiabad polis bölməsində xidməti otaqların birində müdafiəçi ilə təmin olunduqdan sonra video çəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmişdir. Üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl hüquq və vəzifələri ona izah olunmuşdur. Üzərinə şəxsi axtarış keçirilərkən ondan üzərində saxlanılması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı əşya və ya predmet olub-olmadığı soruşulımış, o da əynimdəki qara rəngli, cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli “falqaya”, yəni gümüşü kağıza biikülümüş psixotrop maddə olan metamfetminə bənzər kütləni özü könüllü sürətdə təqdim etmişdir. O, həmin heroinə bənzər kütlənin psixotrop maddə olan metamfetamin olduğunu, həmin kütləni xx.xx.2023-cü il tarixdə, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində tanımadığım şəxsdən 15 manata aldığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Üzərindən aşkar olunaraq götürülmüş həmin psixotrop maddə şəxsi axtarış zamanı ekspertizaya göndərilməsi üçün ağ rəngli kağız zərfdə qablaşdırıldıqdan sonra həmin zərfin üzərində iştirakçılar və onun tərəfindən imzalar çəkilməklə təsdiq olunaraq polis əməkdaşı tərəfindən qablaşdırılmışdır. Bu barədə polis əməkdaşı tərəfindən protokol tərtib edilərək ucadan oxunmuşdur. Heç bir şikayət, ərizə və ya vəsatət daxil olmamışdır. Protokolun doğruluğu iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Bundan başqa, təxminən 3 ay əvvəl ünvan 3 ünvanda olan zaman yerdən bir ədəd avtomat tapmışdır. Həmin avtomatın bir darağı və 7 ədəd patronu olmuşdur. Həmin tapdığı avtomatı Badamlıq deyilən ünvanda təxminən 300 metr məsafədə torpağa basdırmışdır. xx.xx.2023-cü il tarixdə saat 20 radələrində Məmmədli kəndində yerləşən Badamlıq deyilən ünvana gedərək torpağa basdırdığı avtomatı satmaq üçün çıxartmışdır. Silahı götürüb həmin tinavdan uzaqlaşmaq istəyəndə iki nəfər polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər və qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilindiyi üçün birlikdə Mehdiabad polis bölməsinə getməyini bildirmişlər. O da polis əməkdaşları ilə birlikdə Mehdiabad polis bölməsinə getmişdir. Bölmədə xidməti otaqda ona hüquq və vəzifələri izah olunduqdan sonra xahişi ilə ona dövlət hesabına müdafiəçi təqdim edilmiş və o, təqdim edilən müdafiəçiyə etiraz etməmişdir. Abşeron RPİ-nin X4 inzibati binasında xidməti otaqlardan birində üzərinə onun öz razılığı ilə müdafiəçinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış keçirilərkən əlində olan ağ rəngli torbanın içərisindən bir ədəd odlu silah hesab edilən kalaşnikov markalı avtomat, bir ədəd darağı və 7 ədəd patron aşkar edilərək götürülmüşdür. Üzərindən aşkar olunmuş odlu silah avtoamt, darağ və patronlar qablaşdırıbmış, möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuş, protokolun doğruluğunu və zərfi imzasıyla təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron RPİ-nin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ifadəsində göstərmişdir ki, 16 iyul 2023-cü il tarixdə saat 10 radələrində Abşeron rayonu, Məmmədli kəndi, Z.Əliyeva küçəsi, ev 18-də yaşayan Təqsirləndirilən şəxs Abşeron rayonu, Məmmədli kəndi ərazisində üzərində psixotrop maddə metamfetamin gəzdirməsi, hazırda Məmmədli kəndi, Z.Əliyeva küçəsində olması və üzərində psixotrop maddə olması barədə məlumat alıb, dərhal həmin məlumatı X4 rəhbərliyinə məruzə edib, müvafiq sənədləşmə aparıldıqdan sonra Mehdiabad PB-nin polis sahə rəisi Şahid2 ilə birlikdə Məmmədli kəndi, Z.Əliyeva küçəsinə getmişlər. Həmin vaxtı Məmmədli kəndi, Z.Əliyeva küçəsində piyada hərəkətdə olan Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər və üzərində psixotrop maddə olması barədə məlumatlarının olduğunu bildirib, Mehdiabad polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlarla birlikdə polis bölməsinə gəlmişdir. Polis bölməsində xidməti otaqlardan birində Təqsirləndirilən şəxs videoçəkilişlə üzərində şəxsi axtarış keçirəcəklərini bildirmişlər. Axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs üzərində qanunsuz saxlanılan narkotik vasitə, əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunmuşdur. Fərman Salmanov da əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli falqaya bükülmüş kütləni təqdim edib psixotrop maddə metamfetamin olduğunu, həmin metamfetaminə bəznər maddəni xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsində tanımadığı şəxsdən 15 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa qanunla dövriyyəsi qadağan edilmiş əşya, predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən götürülmüş 01 ədəd gümüşü rəngli falqaya bükülmüş psixotrop maddə metamfetaminə bənzər maddə qablaşdırılıb üzəri imzalanmış və bu barədə protokol tərtib olunmuş, o da protokolda yazılanların doğru olduğunu imzasıyla təsdiq etmişdir. Bundan başqa o, bildirmişdir ki, Abşeron rayonu, Məmmədli kəndi, Z.Əliyeva küçəsi, ev 18-də yaşayan Təqsirləndirilən şəxs Abşeron rayonu, Məmmədli kəndi ərazisində qanunsuz odlu silah əldə etməsi, saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumatın yoxlanılması üçün əməliyyat tədbirlərinin həyata keçirilməsinə icazə verilməsi ilə əlaqədar X4 rəisinə raportla müraciət etmişdir. Müvafiq icazə verildikdən sonra o və Abşeron RPİ-nin X4 polis sahə rəisi Şahid2 ibarət əməliyyat qrupunun yaradılması ilə bağlı qərar qəbul edilmiş və bir yerdə əməliyyat tədbirləri keçirmişlər. Keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı xx.xx.2023-cü il tarixdə saat 20 radələrində Abşeron rayonu, Məmmədli kəndi, “Badamlıq” adlanan ərazidə Təqsirləndirilən şəxs piyada hərəkət etdiyini görüb, ona yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirib, Təqsirləndirilən şəxs qanunsuz odlu silah saxlamaqda və gəzdirməkdə şübhəli olduğunu bildirib, Təqsirləndirilən şəxs Mehdiabad polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs onların dəvətlərini qəbul edərək birlikdə Mehdiabad polis bölməsinə gəlmişdir. X4 inzibati binasında otaqların birində video çəkilişdən istifadə olunaraq, şəxsi axtarışa başlamazdan öncə həmin saxlanılan Təqsirləndirilən şəxs vəkilinin yanında təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah olunmuşdur. Sonra isə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman əlində saxladığı ağ rəngli torbanın içərisindən bir ədəd qara rəngli avtomata bənzər silah, bir ədəd daraq və yeddi ədəd patron aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa heç nə aşkar edilməmişdir. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd avtomata bənzər silaha, 07 ədəd patrona və 01 ədəd sandığa baxış keçirmişlər. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş silahı, patronları və darağı 2 ay əvvəl Abşeron rayonu, Məmmədli kəndində “Badamlıq” adlanan ərazidən tapdığını, həmin əarzidən təxminən 300 metr aralıda torpağa basdırdığını və xx.xx.2023-cü il tarixdə axşam saatlarında həmin silahı basdırdığı yerdən çıxarıb yaşadığı evə aparmaq istədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstündən götürülümüş silah, 07 ədəd patron və 01 ədəd daraq qablaşdırılıb üzəri imzalanmış və bu barədə protokol tərtib olundmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron rayon Pİ-nin X4 polis sahə rəisi, polis kapitanı Şahid2 Abşeron RPİ-nin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş üzrə xx.xx.2023-cü il tarixdə tərtib edilmiş «şəxsi axtarış və götürmə» protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman üzərindən 1 (bir) ədəd bir ədəd gümüşü rəngli falqaya bükülmüş 0,392 qram çəkidə psixotrop maddə metamfetamin, xx.xx.2023-cü il tarixdə isə üzərinə şəxsi axtarış aparılan zaman əlində olan ağ torbanın içərisindən 01 ədəd Kalaşnikov konstruksiyalı AKM modelli avtomat, 07 ədəd 7,62X39 mm kalibrli patron və 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 7,62X39 mm kalibrli patronlar yerləşdirmək üçün daraq aşkar edilərək götürülmüşdür. Abşeron rayon Pİ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesinin köçürüldüyü bir ədəd DVD diskinə məhkəmədə baxış keçirilmiş, baxış zaman müəyyən olunmuşdur ki, Muradov X2 rayon polis idarəsinin Cinayət Axtarış şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Məmmədli kəndi ərazisində keçirilən əməliyyat-axtarış tədbiri zamanı saxlanılaraq Abşeron rayon Polis İdarəsinin X4 inzibati binasına gətirilmiş və üzərinə keçirilən şəxsi axtarış zamanı sonuncunun əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli falqaya bükülmüş psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. İş üzrə xx.xx.2023-cü il tarixdə tərtib edilmiş «şəxsi axtarış və götürmə» protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Abşeron RPİ-nə daxil olmuş məlumat əsasında CAŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Abşeron rayonu, Məmmədli kəndi ərazisində saxlanılaraq Abşeron rayon Polis İdarəsinin X4 inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilərkən əlində saxladığı ağ rəngli torbanın içərisindən 01 ədəd qara rəngli odlu silaha bənzər avtomat, 01ədəd daraq və 07 ədəd patron aşkar edilərək götürülmüşdür. Abşeron rayon Pİ-niıı əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesinin köçürüldüyü və istintaqa təqdim etdiyi bir ədəd DVD diskinə məhkəmədə baxış keçirilmiş, baxış zaman müəyyən olunmuşdur ki, 03 avqust 2023-cü il tarixdə saat 20 radələrində Abşeron RPİ-nə daxil olmuş məlumat əsasında CAŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Abşeron rayonu, Məmmədli kəndi ərazisində saxlanılaraq Abşeron rayon Polis İdarəsinin X4 inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilərkən əlində saxladığı ağ rəngli torbanın içərisindən 01 ədəd qara rəngli odlu silaha bənzər avtomat, 01ədəd daraq və 07 ədəd patron aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 iyul 2023-cü il tarixli 3-16-16/2-6/3854 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN zərflər üçün №236” dairəvi möhür əksləri olan, “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd gümüşü rəngli folqa bükümdə təmiz çəkisi 0,392 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına” daxildir. (Siyahı İ). Azərbaycan Respublikası DİN-nin KTİ-dən alınmış xx.xx.2023-cü il tarixli 23/643R saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd SP-4274 №-li silah, 7,62 mm kalibrli olmaqla, zavod üsulu ilə 1963-cü ildə keçmiş SSRİ dövlətində istehsal olunmuş Kalaşnikov konstruksiyalı AKM modelli avtomatdır, odlu yivli silahdır, texniki cəhətdən sazdır və atəş üçün yaralıdır. Silahın hissə və mexaniuzmlərinin üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir.
2. Tədqiqata təqdim edilmiş 07 ədəd patron zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62X39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronlarıdır, döyüş sursatıdırlar və atəş üçün yaralıdırlar.
3. Tədqiqata təqdim edilmiş 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 7,62X39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatlarınkomplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və təyinatı üzrə istifadə üçün yararlıdır, döyüş sursatı hesab edilmir. Qeyd: Təqdim edilmiş 07 ədəd 7,62x39 mm kalibrli patronlardan 03 ədədi eksperimental atəşlər zamanı istifadə olundu. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 18 iyul 2023-cü il tarixli 4534 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş üzrə Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və məhkəmə qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2013-cü il tarixdə Sabunçu rayon məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 263.1ci maddəsi ilə 5000 manat cərimə cəzası, 01 il nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum etmə cəzsına məhkum olunmuşdur. Abşeron rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 80-cı maddəsinə əsasən Sabunçu rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmlə təyin edilmiş 5000 manat cərimə cəzasından azad edilib. xx.xx.2021-ci il tarixdə Abşeron rayon məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1, 69.3-cü maddələri ilə 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Bakı şəhəri, Xəzər rayon məhkəməsinin qərarı ilə 02 ay 06 gün müddətinə şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2022-ci il tarixdə cəzasını çəkib qurtarmışdır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən məhkumluğu ödənilməmişdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsində nəzərdə tutulan cinayətin resedivini yaradır. İş üzrə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertizadan sonra 0,342 qram qalmış psixotrop maddə metamfetamin, bir ədəd Kalaşnikov konstruksiyalı AKM modelli, odlu yivli silah avtomat, 07 ədəd zavod üsulu ilə istehsal olunmuş 7,62X39 mm kalibirli patronlar və 01 ədəd zavod üsulu ilə istehsal olunmuş daraq, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesinin köçürüldüyü iki ədəd DVD diski iş üzrə maddi sübut kimi tanınmış və ekspertizadan sonra 0,342 qram qalmış psixotrop maddə metamfetamin, bir ədəd Kalaşnikov konstruksiyalı AKM modelli, odlu yivli silah avtomat, 07 ədəd zavod üsulu ilə istehsal olunmuş 7,62X39 mm kalibirli patronlar və 01 ədəd zavod üsulu ilə istehsal olunmuş daraq saxlanılması üçün Abşeron rayon Pİ-nin maddi sübutlar saxlancı anbarına təhvil verilmiş, iki ədəd DVD diski isə iş materiallarına əlavə edilmişdir. Həmçinin, iş materiallarında olan xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli tutma protokollarından görünür ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək və xx.xx.2023-cü il tarixdə saat 21.30-da tutulmuş, Abşeron rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 4(012)-586/2023 saylı qərarı ilə barəsində həbsdə saxlama müddəti xx.xx.2023-cü il tarix, saat 21:30-dan hesablanmaqla 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X3 adlı iki azyaşlı uşağı var. Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağın olması Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs qəsdən cinayət əməli törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyi halda yenidən qəsdən az ağır cinayət törətmişdir. Bu da cinayətlərin Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsində nəzərdə tutulan residivini yaratdığı üçün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran haldır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1 maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliyi özünün tam etirafı ilə yanaşı, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətlərin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” “24” dekabr 2021-ci il tarixli qərarında göstərilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. CM-in 61-ci maddəsində sadalanan cəzanı ağırlaşdıran halların siyahısı qətidir və məhkəmə cəzanın təyin edilməsini və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini əsaslandırarkən məsuliyyəti ağırlaşdıran hal kimi həmin maddədə göstərilməyən hallara istinad etməyə haqlı deyildir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini,təqsirləndirilən şəxsin himayəsində iki azyaşlı uşaqlarının olmasını, təyin ediləcək cəzanın məhkumun ailəsinin həyat şəraitinə təsiirini, təyin ediləcək cəzanın məhkumu islah etməsi və cəzanın məqsədlərinə nail olmanın mümkünlüyünü nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1 maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər, bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də, məhkəmə hesab edir ki, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə təqsirli bilinərək həmin maddələrin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikasının CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(012)-586/2023 saylı qərarı ilə “həbs” qətimkan tədbiri seçilməsi ilə əlaqədar həbsetmənin əvvəli xx.xx.2023-cü il tarix, saat 21:30-dan hesablanmaqla, onun həbsdə olduğu müddət və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu müddət cəza təyinində nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkməlidir. Odur ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli tutulduğu tarixdən, yəni 03 avqust 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğundan ona narkomaniyadan məcburi müalicə təyin olunmalı, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə iki ədəd DVD diski sübut əhəmiyyətli olduğundan maddi sübut kimi iş materiallarına əlavə edilməlidir. İş üzrə maddi sübut olan və Abşeron Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan çəkisi 0,342 qram Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddə metamfetamin qanuni qüvvəyə minəndən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan bir ədəd Kalaşnikov konstruksiyalı AKM modelli, odlu yivli silah avtomat, 04 ədəd zavod üsulu ilə istehsal olunmuş 7,62X39 mm kalibirli patronlar və 01 ədəd zavod üsulu ilə istehsal olunmuş daraq hökm qanuni qüvvəyə minəndən sonra Azərbaycan Respublikası DİN-ə təhvil verilməlidir. Bundan başqa, məhkəmə CPM-in 197 və 198-ci maddələrinin tələblərinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Hökmün icrası öz səlahiyyətləri daxilində Abşeron rayon Pİ-nə, Bakı İstintaq Təcridxanasına və Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzalar qismən toplamaq yolu ilə ona qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismindəxx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin əvvəli 03 avqust 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə iki ədəd DVD diski sübut əhəmiyyətli olduğundan maddi sübut kimi iş materiallarına əlavə edilsin. İş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan çəkisi 0,342 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilsin. İş üzrə maddi sübut olan və Abşeron Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan bir ədəd Kalaşnikov konstruksiyalı AKM modelli, odlu yivli silah avtomat, 04 ədəd zavod üsulu ilə istehsal olunmuş 7,62X39 mm kalibirli patronlar və 01 ədəd zavod üsulu ilə istehsal olunmuş daraq hökm qanuni qüvvəyə minəndən sonra Azərbaycan Respublikası DİN-ə təhvil verilsin. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 65 (altmış beş) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası CPM-nin Məcəlləsinin 197-198-ci maddələrinə əsasən məhkəmə məsrəfi olduğundan Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmün icrası öz səlahiyyətləri daxilində Abşeron rayon Pİ-nə, Bakı İstintaq Təcridxanasına və Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.
Hakim: Cəmilə Səfiyeva