Məhkəmə qərarları › İş №1(012)-298/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-298/2021

24.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-298/2021 24.09.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs hüquqi varisi X1 iştirakları ilə, xx.xx.1978-ci ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonunda anadan olmuş, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Bakı şəhəri, Nəsimi rayonu A.Məhərrəmov küçəsi ev 15, mənzil 26-da daimi qeydiyatda olan, Abşeron rayonu, Abşeron Gənclər şəhərciyi bina 19, mənzil 35-də yaşayan, barəsində “polisin nəzərati altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən sübutların məcmusu ilə təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək daşımış və saxlamışdır. Belə ki, o, 26.11.2020-ci il tarixdə saat 14 radələrində Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, şəxsi istifadəsi üçün qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 20 manat müqabilində 1 (bir ) ədəd polietilen bükümdə 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısına” daxil olan 0,242 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib özü ilə Abşeron rayonu, Gənclər şəhərciyinə daşıyaraq üzərində saxlamış 28.11.2020-ci il tarixdə saat 03 radələrində, Abşeron RPİ-nin PPXB-nin əməkdaşları tərəfindən, Abşeron rayonu, Gənclər şəhərciyində 19 saylı binanın qarşısında saxlanılıb, Abşeron RPİ-yə gətirilərək idarənin inzibati binasında üzərində keçirilən şəxsi axtarış zamanı onun əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən həmin 1(bir) ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 0,242 qram qəhvəyi rəngdə tozşəkilli maddə kustar üsulla hazırlanmış heroin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, o, təxminən bir neçə ay olar ki, narkotik vasitə olan heroindən istifadə edir. 26.11.2020-ci il tarixdə narkotik vasitə almaq məqsədi ilə o, Sumqayıt şəhərinə getmiş, həmin günü saat 14 radələrində Sumqayıt şəhərində 17-ci MKR–da tanımadığı şəxsdən 20 manata müqabilində bir büküm narkotik vasitə olan heroini özü istifadə etmək üçün almışdır. O, həmin aldığı bir ədəd bükümdə olan narkotik vasitəni özü istifadə etmək üçün əynində olan qara rəngli gödəkçənin sol yan cibinə qoymuş, həmin günü Abşeron rayonu, Gənclər şəhərciyinə gəlmiş, əldə etdiyi narkotik vasitə olan heroinin bir hissəsini özü tək istifadə etmişdir. O, həmin nakrotik vasitəni özü təklikdə heç kim bilmədən və görmədən Gənclər şəhərciyində, heç kimin görə bilməyəcəyi yerdə istifadə etmişdir. Həmin narkotik vasitədən qalan bir hissəsini isə sonra özü istifadə etmək üçün əynində olan gödəkçənin sol yan cibinə qoymuşdur. 28.11.2020-ci il tarixdə saat 03 radələrində yata bilmədiyndən bir az hava almaq üçün yaşadığı mənzildən çıxaraq yaşadığı binanın həyətinə düşmüşdür. 28.11.2020-ci ildə saat 03 radələrində Gənclər şəhərciyində 19 saylı binanın qarşısında olan vaxtı iki nəfər mülkü geyimdə olan şəxslər ona yaxınlaşmış, özlərini təqdim edərək Abşeron RPİ-nin əməkdaşları olduqlarını bildirmişlər, ondan komendat saatı ilə əlaqədar sənəd istəmişlər. O, heç bir sənədinin olmadığını və komendat saatının şərtlərini pozduğunu bildirmişdir. Həmin polis əməkdaşları mövcud vəziyyətlə əlaqədar komendat satını pozduğu və icazəsiz evdən çölə çıxdığı üçün, onu Abşeron RPİ-nə dəvət etmişlər. O, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmuş, onlarla bərabər polis idarəsinə gəlmiş, polis idarəsində polis əməkdaşları onun narkotik vasitələrin istifadəçisi olduğu üçün, ondan üzərində narkotik vasitə olub-olmadığını soruşmuşlar, o, üzərində, yani əynində olan gödəkçənin sol yan cibində bir ədəd bükümdə narkotik vasitə - heroin olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onu polis idarəsində otaqlardan birinə dəvət edərək vəkilin və orada olan şəxslərin iştirakı ilə onun üzərinə video çəklişlə şəxsi axtarış keçirilmişlər. Onun üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd solefan torbaya bükülmüş nakrotik vasitə olan heroini aşkar edərək götürmüşdür. O, həmin narkotik vasitəni Sumqayıt şəhərindən özü istifadə etmək üçün tanımadığı şəxsdən 20 manata aldığını və həmin narkotik vasitəni əynində olan gödəkçənin sol yan cibində saxladığını etiraf etmişdir. Bundan sonra həmin bir ədəd bükümdə olan narkotik vasitə heroin qablaşdırılaraq, bu barədə tərtib edilmiş protokol orada olan şəxslər tərəfindən imzalanmışdır. O, Sumqayıt şəhərində əldə etdiyi narkotik vasitə olan heroindən heç kimə verməmiş, onun üzərində narkotik vasitə olmasını özündən başqa heç kim bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron rayon polis idarəsinin Post Patrul Xidməti Bölüyünün əməkdaşı, polis serjantı Şahid2 ifadəsində göstərmişdir ki, Abşeron rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyündə polis nəfəri vəzifəsində işləyir. 28 noyabr 2020-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhəri «Gənclər şəhərciyində» həmkarı Abşeron RPİ-in PPXB-nin polis nəfəri polis serjantı Şahid1 oğlu ilə birlikdə xidmətdə olarkən gecə saat 03 radələrində bir nəfər şəxsin onların xidmət apardığı ərazidə gəzdiyni görüb, karantin vaxtı olduğu üçün, həmin şəxsə yaxınlaşıb özlərini təqdim edəndən sonra, həmin şəxsdən karantin vaxtı evdən çıxmaq üçün icazəsinin olub-olmamasını soruşmuşlar, həmin şəxs heç bir icazəsinin olmadığını və üzərində heç bir şəxsiyyətini təstiq edən sənədinin olmadığını bildirmişdir. Həmin şəxsin karantin vaxtı evdən çıxmaq üçün icazəsinin və üzərində şəxsiyyətini təstiq edən sənədinin olmadığından, həmin şəxsin barəsində qanuni tədbir görülməsi üçün polis əməkdaşları tərfindən Abşeron RPİ-nə dəvət edilmişdir. Abşeron RPİ-də həmin şəxsin xx.xx.1978-ci ildə Naxçıvan Muxtar Respublikasında anadan olmuş, Bakı şəhəri Nəsim rayonu A.Məhərrəmov küçəsi ev 15, mənzil 26-da daimi qeydiyyatda olan, Təqsirləndirilən şəxs Abbas oğlu olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs özünü şübhəli aparmış, onunla söhbət edən vaxtı Təqsirləndirilən şəxs narkotik vasitə aludəçisi və üzərində narkotik vasitə olan heroin olması müəyyən edilmitşdir. Bu səbəbdən də onlar tərəfindən raportla məruzə edilmiş, bundan sonra RPİ-in TŞ-nin təhqiqatçısı tərəfindən, otaqların birində onların və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməmişdən əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş, hər hansı bir əşya, narkotik vasitə və predmet varsa təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən içərisində narkotik vasitə olan bir ədəd bükümü çıxarıb stolun üzərinə qoyaraq, həmin bükümün içərisində olan narkotik vasitənin heroin olduğunu, həmin heroini Sumqayıt şəhərində tanımadığı şəxsdən özü istifadə etmək üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş həmin 1(bir) ədəd bükümdə olan narkotik vasitəyə bənzər kütlə itştirakçıların yanında qablaşdırılaraq bu barədə protokol tərtib edilmiş, iştirakçılar və o, həmin protokolu və zərfi imzalamışlar. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Abşeron rayon Pİ-nin PPXB-in polis serjantı Şahid1 oğlu ifadəsində Şahid2 dediklərini təsdiq etmiş və istintaqa analoji ifadə vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 28.11.2020-ci il tarixli 6/2609 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «…Təqsirləndirilən şəxs üzərindən» sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,242 qram olan qəhvəyi rəngli maddə kütləsi , kustar üsulla hazırlanmış narkotik vasitə –heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına daxildir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının «07».01.2021-ci il tarixli «38» №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui istifadə edilməsi ilə nəticələnən asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 28.11.2020-ci il tarixdə saat 04:15 radələrindən saat 04:40 radələrindək olan müddət ərzində Abşeron RPİ-də Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesinin köçürüldüyü bir ədəd CD diskinə baxış keçirilmiş, şəxsi axtarış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 28.11.2020-ci il tarixdə saat 03 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, «Gənclər-Şəhərciyi» ərazisində saxlanılaraq Abşeron RPİin inzibati binasına gətirilmiş və üzərinə videoçəkilişlə keçirilən şəxsi axtarış zamanı üzərində olan qara rəngli gödəkçəsinin sol yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 0,242 qram kustar üsülla hazırlanmış narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Diskə baxış da iştirak etmiş Təqsirləndirilən şəxs bildirdi ki, həqiqətən 28.11.2020-ci il tarixdə polis əməkdaşları tərəfindən Abşeron rayon Polis İdarəsinə gətirilmiş və orada otaqların birində üzərində şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən bir ədəd bükümdə isə narkotik vasitə olan heroin aşkar olmuşdur. Ekspertiza tədqiqatına tədqiq olunmuş heroinin təmiz çəkisi 0,242 qram, tədqiqata sərf olunan miqdar 0.050 qram tədqiqata sərf olundu, qalıq 0,192 qram təşkil edir. Odur ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən aşkar olunmuş bir ədəd bükümdə təmiz çəkisi 0,242 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroinin və bir ədəd CD diskin maddi sübut kimi tanınması, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,192 qram narkotik vasitə heroin saxlanılması üçün Abşeron RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilməsi nəzərə alınmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu Nəsimi rayon məhkəməsinin 05.05.2011-ci il tarixli hökmünə əsasən 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 29.03.2015-ci il tarixdə cəzasını çəkib qurtardığı üçün, cəza müddəti başa çatmışdır. Məhkəmə zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs məhkəmə iclası başa çatdıqdan sonra çıxışlar zamanı məhkəmə iclasına gəlmədiyi üçün Abşeron rayon məhkəməsinin 21.05.2021-ci il tarixli qərarı ilə məcburi qaydada gətirilməsi qərara alınmış, onun gətirilməsi mümkün olmadığı üçün barəsində 23 iyun 2021-ci il tarixdə barəsində «həbs» qətimkan tədbiri seçilməklə axtarış elan edilmiş, qərar icraya yönəldilmiş və Abşeron rayon Pİ-nin 30 avqust 2021-ci il tarixli məktubu ilə Təqsirləndirilən şəxs 16 avqust 2021-ci il tarixli AZ 210426 saylı ölüm haqqında şəhadətnaməsi təqdim edilmiş, həmin şəhadətnamədə onun “törədicisi müəyyən olunmamış digər pnevnmaniya” səbəbindən ölməsi göstərilmiş, axtarışda olan təqsirləndirilən şəxsin ölməsinə dair məlumat daxil olduqdan sonra cinayət işi üzrə icraat təzələnmiş və mərhumun arvadı X3 ölmüş şəxsin hüquqi varisi kimi tanınmışdır. X3 ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra ölməsi səbəbindən cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 106-1.7-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin hüquqi varisi cinayət təqibi üzrə icraatda ölmüş şəxsin əvəzinə iştirak edir. Bu zaman o, təqsirləndirilən şəxsin ifadə vermək hüququndan və şəxsiyyətin ayrılmaz hüquqları və həmin Məcəllənin 91.8.2-91.8.5-ci maddələrində nəzərdə tutulmuş vəzifələri istisna olmaqla, digər hüquqlardan istifadə edir və vəzifələrini yerinə yetirir. Bununla yanaşı, təqsirləndirilən şəxsin hüquqi varisi şahid qismində dindirilə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir Həmin Məcəllənin 43.3-1-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirliliyi, təqsirləndirilən şəxsin və şahidlərin məhkəmə zamanı elan olunmuş ifadələri, həmçinin digər materiallarla tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra ölməsi, həmçinin təqsirləndirilən şəxsin hüquqi varisinin, o, cümlədən onün müdafiəçisinin işə bəraətverici əsaslar olmadan xitam verilməsinə dair etirazlarının olmaması səbəbindən cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində, məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 39.1.5, 43, 321.2.1 və 384.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra ölməsi səbəbindən cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində, məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərar tərəfə rəsmi qaydada verildikdən sonra ondan 20 (iyirmi) gün müddətində vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərar, apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar