Məhkəmə qərarları › İş №1(012)-299/2021

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-299/2021

28.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-299/2021 28.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məhkəmə iclas katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs oğlunun və onun müdafiəçiləri Abşeron rayon Vəkil Bürosunun vəkili X2 və Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri X11 Mərkəzində sürücü işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası ərazisində baş verən Koronavirus infeksiyası “Covid 19” pandemiyasınm Azərbaycan Respublikası ərazisində geniş yayılmasının qarşısını almaq məqsədi ilə Azərbaycan Respublikası Nazirlər kabinetinin Azərbaycan Respublikası ərazisində koronavirus diaqnozu ilə xüsusi rejimli xəstəxanalarda müalicə alan və karantin qaydalarını pozan şəxslərin barəsindəndə cəza tədbirlərinin tədbiq olnması ilə bağlı xüsusi karantin rejiminin tədbiq edilməsi barədə 13 mart 2020-ci il tarixli, 19.06.2020-ci il tarixli və 19.11.2020-ci il tarixli qərarlarının tələblərini pozaraq hərarətin yüksək olması ilə əlaqədar “Covid-19” virus daşıyıcısı olub olmamasını aydınlaşdırmaq məqsədilə 28.11.2020-ci il tarixdə tibb müəssisəsində verdiyi testin nəticəsinin pozitiv çıxması barədə 01 dekabr 2020-ci il tarixdə saat 15:42 radələrində istifadəsində olan ***-***-**-** saylı Sim mobil telefon nömrəsinə İcbari Dövlət Sığorta Agentliyinin Tibbi Ərazi X1 informasiya sistemi tərəfindən SMS göndərilərək “Covid 19” virusunun daşıyıcısı kimi xəstə olması diaqnozu qoyulmasına və yaşayış yerini tərk etməməsi ilə bağlı xəbardarlıq elan olunmasına baxmayaraq Nazirlər Kabinetinin müəyyən etdiyi epidemiya əleyhinə rejimin, sanitariya- gigiyena və karantin rejim qaydalarına əməl etməyərək 08.12.2020-ci il tarixdə saat 16 radələrində yaşayış yerini, yəni yaşadığı Bakı şəhəri, Lökbatan qəsəbəsi,massiv 2, keçid 1, ev 1, mən 29 yaşayış evini tərk edərək Abşeron rayon Xırdalan şəhərində digər şəxslərlə ünsiyyətdə olaraq ona elan olunmuş sərt karantin rejimi qaydalarına əməl etməyib epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin qaydalarını pozmaqla xəstəliklərin yayılmasına real təhlükə yaratmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs oğlu ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Bakı şəhəri Təcili və X5 mərkəzində sürücü işləyir. Xidməti işi ilə əlaqədar olaraq Bakı şəhərində müxtəlif ünvanlarda olan onun çalışdığı TTY mərkəzinə müraciət etmiş koronavirus xəstələrinin xəstəxanaya daşınması ilə məşğul olmuşdur. Ona görə də özünün Koronavirus xəstəsinə yoluxubyoluxmamasını bilmək üçün 28 noyabr 2020-ci il tarixdə Vovid-19 testindən analiz vermişdir. Həmin tarixdə onun istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefona Covid-19 virusu ilə bağlı verdiyi testin nəticəsinin pozitiv olması, o, və ailə üzvlərinin yaşayış yerini tərk etməməyi, karantin rejimini pozduğu təqdirdə məsuliyyətə cəlb ediləcəyi barədə mesaj gəlmişdir. Lakin buna baxmayaravq 01.12.2020-ci il tarixdə, təxminən saat 24 radələrində komendant saatı vaxtında o, özünə məxsus olan və idarə etdiyi “Daevo Nexia” markalı, 90 GGD 562 dövlət qeydiyyat nömrəli avtomobili ilə Bakı şəhərində 712 saylı Yol Patrul Xidməti postundan keçərkən onun idarə etdiyi avtomobili orada saxlanılmışdır. Portal vasitəsi ilə yoxlanış zamanı onun Covid- 19 xəstəsi olduğu aşkar olunmuş, bundan sonra o, ev şəraitində müalicə olunmuşdur. Sonda o, tutduğu əməldən peşmançılıq çəkdiyini və ilk dəfə cinayət məsuliyyətinə cəlb olunduğunu bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 126.6-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Təqsirləndirilən şəxs oğlunun məhkəmə iclasında özünü təqsirli bilməsinə dair etirafedici ifadəsi məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sübutlarla tam təsdiq olunmuşdur. Məhkəmə iclaında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış. Ruslanla hər hansı bir münasibəti olmamışdır. Ölkədə baş verən Koronavirus infeksiyası (Covid 19) pandemiyasının Azərbaycan Respublikası ərazisində geniş yayılmasının qarşısını almaq məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 mart 2020-ci il tarixli xüsusi karantin rejiminin tətbiq edilməsi barədə qərarının icrası ilə əlaqədar olaraq 01.12.2020-ci il tarixdə, saat 24 radələrində komendant saatı vaxtında Abşeron rayonu Xırdalan şəhəri ərazisindəki, Azərbaycan Respublikası BDYRİ-nin ENB-nin 712 saylı DYPX-nin postunda xidmət apararkən YPXİ-nin inspektoru Şahid1 “Daevo Nexia” markalı, ** GD *** dövlət qeydiyyat nömrəli avtomobili saxlamış, həmin avtomobildə olan sürücünü Portal vasitəsi ilə yoxladıqda xx.xx.1986-ci il təvəllüdlü, Bakı şəhəri sakini Təqsirləndirilən şəxs koronavirus xəstəsi olması aşkar olunmuş, həmin vaxtı o, nə üçün yaşayış yerini tərk etdiyini soruşmuş, Ruslan ona evdə otura bilmədiyini və məcburiyyət qarşısında evdən çıxdığını demiş, Ruslanla olan söhbətini istifadə etdiyi telefona çəkmiş, bundan sonra polis baş serjantı Şahid1 bu barədə rəhbərliyə raport vasitəsi ilə məruzə etmişdir. Təqsirləndirilən şəxs karantin rejimi qaydalırının yoxlanılması ilə əlaqədar olaraq orada Ruslana evə qayıtmağı və evdə müalicə olunmağı tapşırıldıqdan sonra Ruslan çıxıb getmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, ölkədə baş verən Koronavirus infeksiyası (Covid 19) pandemiyasının Azərbaycan Respublikası ərazisində geniş yayılmasının qarşısını almaq məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 mart 2020-ci il tarixli xüsusi karantin rejiminin tətbiq edilməsi barədə qərarının icrası ilə əlaqədar olaraq 01.12.2020-ci il tarixdə, saat 24 radələrində komendant saatı vaxtında Azərbaycan Respublikası BDYRİ-nin ENB- də xidmət apararkən “Daevo Nexia” markalı, ** GD *** dövlət qeydiyyat nömrəli avtomobili saxlamış, həmin avtomobildə olan sürücünü Portal vasitəsi ilə yoxladıqda xx.xx.1986-ci il təvəllüdlü, Bakı şəhəri sakini Təqsirləndirilən şəxs koronavirus xəstəsi olması aşkar olunmuş, bundan sonra bu barədə rəhbərliyə raport vasitəsi ilə məruzə olunmuş və həmin şəxs karantin rejimi qaydalarının yoxlanılması ilə əlaqədar olaraq orada olan Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarına təhvil vermişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 məhkəməyə teleqram vuraraq istintaqda verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. İş materiallarında olan İTS.GOV.AZ tərəfindən Təqsirləndirilən şəxs məxsus mobil telefon nömrəsinə göndərilmiş ismarıcda Təqsirləndirilən şəxs 28.11.2020-ci il tarixində COVİD-19 ilə bağlı verdiyi testin nəticəsinin pozitiv olduğu bildirilmiş, onun və ailə üzvlərinin yaşayış yerini tərk etməməyi xahiş olunmuş, karantin rejimini pozduğu təqdirdə, Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb oluna biləcəyi bildirilmişdir. İş materiallarında olan Bakı şəhəri, Qaradağ rayonu 19 saylı poliklinikasının vermiş olduğu arayışdan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi Massiv 2, keçid 1, mənzil 29 ünvanında qeydiyyatda olan 11.04.1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayonu 19 saylı poliklinikasında “Covid-19” testinin pozitiv olması barədə 01.12.2020-ci il tarixdə məlumat daxil olmuşdur. Sahə prinsipinə uyğun olaraq xəstə Təqsirləndirilən şəxslə telefon əlaqəsi yaradılmış, karantin qaydalarının tələblərinə əməl edilməsi məsləhət görülmüş və tibbi məsləhətlər verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş İnformasiya-Kommunikasiya idarəsinin 02.03.2021 -ci il tarixli 020-2454-1221 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs (AZE 0*******) “Covid-19” virusuna yoluxduğu və 28.11.2020-ci il tarixdə saat 09:43:20-dən 12.12.2020-ci il saat 09:43:20-dək yaşayış yerini tərk etməməsinə məhdudiyyət qoyulması barədə məlumat İcbari Dövlət Sığorta Agentliyinin Tibbi Ərazi X1 (TƏBİB) informasiya sistemi tərəfindən 01.12.2020-ci il tarixdə saat 15:39:16-da Daxili İşlər Nazirliyinin müvafiq informasiya sisteminə ötürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Növbətçi Hissələri idarəetmə Xidmətindən daxil olmuş bölgələr üzrə yaşayış yerini tərk edən şəxslərin statistik məlumat cədvəlindən görünür ki, Təqsirləndirilən şəxs Balaəmi oğlu 02.12.2020-ci il tarixdə saat 16:00 radələrində yaşadığı Bakı şəhəri, Lökbatan qəsəbəsi, massiv 2, keçid 1, ev 1, mənzil 29 ərazisindən Bakı şəhəri Yasamal rayonu Vasif Əliyev küçəsi 109, 2-ci Yasamal küçəsi, 65 b adlanan ərazidə yaşayış evini tərk edərək 12.7 km məsafə qət etmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün tam etirafı ilə yanaşı, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs oğlunun hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun törətmiş olduğu cinayət əməli istintaq orqanı düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs oğlu barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs oğluna cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat- Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 10.03.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Bakı şəhər Baş Səhiyyə İdarəsi “TƏCİLİ YARDİM AVTOBAZASİ” publik hüquqi şəxsi tərəfindən tərəfindən verilmiş 621 saylı, 30.03.2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs “TƏCİLİ YARDİM AVTOBAZASİ” PHŞ-də sürücü vəzifəsində işləyir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı 06.01.2019-cu il təvəllüdlü X6 və 31.08.2015-ci il təvəllüdlü X8 adlı uşaqları vardır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətlərin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs oğlunun ilk dəfə cinayət törətməsini, törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini və himayəsində iki azyaşlı uşağının olmasını onun cəzasını yüngüllləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs oğlunun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğluna təqsirli olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs oğlu 16.03.2021-ci il tarixdə barəsində istintaq orqanı tərəfindən başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələri yerinə yetirməlidir: Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs oğluna azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətə elektron nəzarət vasitəsi tətbiq edilməli, onun üzərinə yaşayış yeri üzrə, yəni Bakı şəhəri hüdudlarını və saat 23:00-dan saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq kimi vəzifələr qoyulmalıdır. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək qüvvəsində saxlanmalıdır. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə olunmalıdır. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində, məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X4 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri hüdudlarını və saat 23:00-dan saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək qüvvədə saxlanılsın. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində, məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X4 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar