Məhkəmə qərarları › İş №1(012)-299/2022

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-299/2022

01.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-299/2022 01.06.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuriyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin nümayəndəsi Şahid2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1987-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, Nizami küçəsi, məhəllə 6, ev 19C-də qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, R.Rza küçəsi, döngə 1, ev 2~də yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 22 noyabr 2018-ci il tarixdən başlayaraq (qətnamənin qüvvəyə mindiyi gündən) 15.08.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşma çatanadək saxlanılması üçün hər ay 154 manat, həmçinin uşağın 3 yaşına çatana kimi hər ay 100,00 manat sabit pul məbləğində aliment tutulub X6 ödənilməsinə dair Abşeron Rayon Məhkəməsinin 22 oktyabr 2018-ci il tarixli, 2(012)-5137/2018 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməməsinə görə 05 noyabr 2020-ci il tarixdə Abşeron Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1 -ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 (on) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsinə və bundan sonra qətnaməni könüllü icra etməsi üçün ona yenidən vaxt verilməsinə dair bildiriş göndərilərək məsuliyyəti elan olunmaqla rəsmi qaydada 30.11.2020-ci il, 22.07.2021-ci il və 20.08.2021-ci il tarixlərdə xəbərdarlıq olunmasına baxmayaraq, öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 06 sentyabr 2021-ci il tarixə kimi, cəmi 5636,00 manat məbləğində aliment borcunu tələbkara ödəməyərək zərərçəkmiş şəxs X6 maddi ziyan vurmaqla yanaşı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, hazırda ünvan 1 ünvanda valideyiniəri ilə birlikdə yaşayır, yaşadığı ərazidə işəmuzd gündəlik 20-25 manat gəlir əldə etməklə fəhlə kimi işləyir, X9 onun keçmiş arvadıdır, onunla düşməçiiiyi və ədavəti yoxdur. X20! qızı ilə 01.09.2015-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və həmin nikahdan Milay adlı övladı doğulmuş, ilk dövrlərdə münasibəti normal olsa da, sonradan Məltəm Əlizadə slə münasibəti pozulduğundan ayrılmış, bu səbəbdən Məltəm Əlizadə 2018-ci ildə məhkəməyə müraciət edərək uşağın saxlanılması üçün ondan aiirrıent tələb etmiş və nəticədə Abşeron Rayon Məhkəməsinin 22 oktyabr 2018-ci il tarixli, 2(012)- 5137/2018 saylı qətnaməsinə əsasən, ondan 2.2 noyabr 2018-ci il tarixdən başlayaraq (qətnamənin qüvvəyə mindiyi gündən) 15.08.2016-cı i! təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 154,00 manat, həmçinin uşağırs 3 yaşma çatana kimi hər ay 100,00 manat sabit pul məbləğində aiirrıent tutulub X12ma ödənilməsi qət edilmişdir. Qətnamə üzrə verilmiş icra vərəqəsi icra olunması üçün aidiyyəti üzrə Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən ona könüllü icra müddəti təyin edilməsinə baxmayaraq, tərəfindən qətnamənin icrası təmin olunmamış, əvvəllər Heydər Əliyev adına X13 mühafizə xidmətinin əməkdaşı kimi polis nəfəri olmuş, sonradan zərgər kimi fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, lakin qətnamə üzrə ödəniş aparmamış, icra məmuru tərəfindən barəsində inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilmiş və Abşeron Rayon Məhkəmənin 05.11.2020-ci il tarixli qərarına əsasən İXM-nin 528.1-ci maddəsi ilə təqsirli biiinib 10 gün müddətinə inzibati qaydada həbs edilmiş, inzibati tənbehdən sonra icra məmuru tərəfindən ona yeni müddət verilməsinə baxmayaraq aliment üzrə yaranmış borcu tam ödəməmiş və ona cinayət məsuliyyətinin daşıması barədə dəfələrlə xəbərdarlıq edilmiş, bundan sonra aliment üzrə 1000,00 manatdan artıq ödəniş etmiş, icra qurumu tərəfindən göndərilmiş təqdimatda aliment üzrə borcu 5636,00 manat təşkil etmiş, barəsində cinayət işinin başlanması üçün icra qurumu tərəfindən təqdimatla istintaq İdarəsinə müraciət olunduqdan sonra işəmuzd fəhlə kimi işləməyə başlamış, gündəlik qazancı 20-25 manat təşkil etmiş və qətnamə üzrə ümumilikdə 2000,00 manata yaxın ödəniş aparmışdır. Bundan başqa Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, alimentin icra olunmamasının səbəbini keçmiş arvadı Məltəm Əlizadənin uşaqla görüşməsinə icazə verilməməsi, bundan başqa digər səbəb, aliment miqdarının yüksək olmasıdır, lakin özü fəhlə kimi işləsə də, az məbləğdə aylıq alimentin ödənilməsinə imkanın olmasını təsdiqləmiş, həmçinin icra zamanı icra məmurunun göndərişi əsasında ərazi üzrə Məşğulluq Mərkəzinə müraciət etməyərək işaxtaran kimi qeydiyyata durmamışdır. Sonda törətdiyi əməlin cinayət olmasını başa düşdüyünü və əməlindən peşman olduğunu bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi və şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, Abşeron Rayon Məhkəməsinin 22 oktyabr 2018 -ci il tarixli, 2(012}-5137/2018 saylı qətnaməsinə əsasən, Abşeron Rayon Məhkəməsinin 25 yanvar 2017-ci il tarixli, 2(012)-113/2017 saylı qətnaməsi üzrə müəyyən edilmiş aliment miqdarı artırılaraq, Təqsirləndirilən şəxs 22 noyabr 2018-ci il tarixdən başlayaraq (qətnamənin qüvvəyə mindiyi gündən) 15.08.2016-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 154,00 manat, həmçinin uşağın 3 yaşına çatana kimi hər ay 100,00 manat sabit pul məbləğində aliment tutulub qızı Məltəmə ödənilməsi qət edilmiş, məhkəmə qətnəməsi icra olunması üçün aidiyyəti üzrə Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra şöbəsinin icra məmurları tərəfindən icra işi başlanaraq, borcluya icra olunması üçün könüllü müddət verilmiş, Təqsirləndirilən şəxs tərəfindən öhdəliyin yerinə yetirilməməsi səbəbindən məcburi icra tədbirləri həyata keçirilmiş, qətnamə üzrə qət edilmiş aliment pulu borclu Təqsirləndirilən şəxs tərəfindən qərəzli olaraq ödənilmədiyindən icra məmuru tərəfindən inzibati protokol tərtib edilib inzibati məsuliyyətə cəlb olunması üçün təqdimatla məhkəməyə müraciət olunmuş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib Abşeron Rayon Məhkəməsinin 05.11.2020- ci il tarixli qərarı ilə 10 gün müddətində inzibati qaydada həbs olunmuş, daha sonra icra məmuru tərəfindən qətnaməni icra etmək üçün ona yenidən müddət verilməsinə baxmayaraq müxtəlif bəhanələr gətirərək aliment üzrə cüzi ödəniş etmiş, icra məmurunun alimentin ödənilməməsi ilə bağlı Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimatla müraciət edərkən Təqsirləndirilən şəxs tərəfindən 5836,00 manat məbləğində ödənilməmiş aliment borcu yaranmış, Təqsirləndirilən şəxs hazırda zərgər kimi fəaliyyət göstərir, həmçinin vaxtı iiə Heydər Əliyev adına X13 mühafizə idarəsində çalışmış, öz ailəsinin kifayət gədər imkam vardır, atası ölkəiərarası iritonajlı maşınia yük daşıma Hə məşğuldur, qardaşı hərbiçidir, lakin buna baxmayaraq Təqsirləndirilən şəxs qərəzli olaraq alimenti ödəməkdən yayınır, Təqsirləndirilən şəxs tərəfindən bir ata kimi öz övladı ilə maraqlanmır və evə heç bir köməklik göstərmir, qətnamə üzrə yaranmış aliment borcunu keçmiş kürəkəni Təqsirləndirilən şəxs alınaraq qızına verilməsində köməklik göstərilməsini xahiş etmişdir Məhkəmə iclasında şahid qismində dindirilən Abşeron rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X8 ifadəsində göstərmişdir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-5137/2018 saylı, 23.11.2018-ci ii tarixli icra sənədinə əsasən alimentin miqdarı artırılaraq borclu Təqsirləndirilən şəxs15.08.2018-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşma çatana kimi saxlanılması üçün hər ay 154,00 manat sabit pul məbləğində aliment və Milayın 3 yaşına çatana kimi hər ay 100,00 manat sabit puf məbləğində aliment tutularaq X6 ödənilməlidir. Abşeron rayon İcra və Probasiya şöbəsində 14.01,2019-cu ii tarixdə başlanılmış icraatla bağlı tələbin icrasını təmin etmək məqsədi ilə borcluya bildiriş göndərilmiş, lakin tələb yerinə yetirilməmiş, borclu şöbəyə gəlməkdən boyun qaçırdığı üçün onun barəsində 24.10.2019-cu il tarixdə məcburi gətirilmə haqqında təqdimatla Abşeron Rayon Məhkəməsinə müraciət olunmuş, təqdimat təmin olunaraq Abşeron Rayon Polis İdarəsinə göndərilmiş, borclu Təqsirləndirilən şəxs yaşayış ünvanını dəyişdiyi üçün barəsində 18.03.2Ö2Ö-ci il tarixdə axtarış qərarı qəbul olunaraq aidiyyəti polis orqanlarına müraciət olunmuş, borclunun yeri müəyyən edilərək şöbəyə gətirilmiş və barəsində 05.11 2020-cı il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq Abşeron Rayon Məhkəməsinə təqdim edilmiş, məhkəmənin müvafiq qərarına əsasən borclu 10 gün müddətində inzibati qaydada həbs olunmuş, borcluya aüment borcunun 10 gün müddətində ödənilmədiyi təqdirdə cinayət məsuliyyətinə cəlb olunacağı barədə bildiriş göndərilmiş, icraat zamanı Təqsirləndirilən şəxs dəfələrlə xəbərdar edilməsinə, bir dəfə inzibati məsuliyyətə cəlb olunmasına, onunla profilaktik söhbətlər aparılmasına baxmayaraq, sonuncu qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasını təmin etməmiş, tələbkar X10 şöbəyə 02.08.2021 -ci il tarixdə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs oğiunun cinayət məsuliyyətinə cəlb olunmasım üçün təqdimat verilməsini xahiş etmiş, icra zamanı borclu Təqsirləndirilən şəxs 5638,00 manat aliment borcu təşkil etmişdir. Bu səbəbdən borclu tərəfindən dövlət adından çıxarılmış məhkəmə qətnaməsi qərəzli olaraq icra edilmədiyindən barəsində Azərbaycan Respublikası CM-nin 306-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması üçün Ədliyyə Nazirliyinin İstintaq idarəsinə təqdimat göndərilmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş məhkəmə baxışında ifadəsi tədqiq edilmiş Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X11 şahid X2 ifadəsinə uyğun ifadə vermişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin-Rusiyaya qarşı” iş üzrə 28.09.2006-cı il tarixli, həmçinin “Saidinin-Fransaya qarşı” iş üzrə 20.09.1993-cü il tarixli qərarlarında izah edilir ki, “sübutların mümkünlüyü” daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı əldə edilən, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Məhkəmə Avropa İnsan Hüquqları Məhkəməsinin bu presedentlərinin şərhləri baxımından ibtidai araşdırma mərhələsində və məhkəmə baxışında şahid qismində dindirilmiş şəxslərin ifadələrini də ittihamın mahiyyəti üzrə sübut növləri kimi qəbul edir. İş materiallarında olan X1 7 saylı Ərazi Məşğulluq Mərkəzi Filialının 18.01.2021ci il tarixli məktubuna əsasən, Təqsirləndirilən şəxs iş axtarmaq məqsədi ilə filiala müraciət etməmişdir. İş materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan qəbzlərdən görünür ki, Abşeron Rayon Məhkəməsinin 22 oktyabr 2018-ci si tarixli, 2(012)-5137/2018 saylı qətnaməsi üzrə İcra qurumu İstintaq idarəsinə təqdimatla müraciət etdikdən sonra borclu Təqsirləndirilən şəxs tələbkar X5 hesabına müxtəlif tarixlərdə ümumilikdə 1000,00 manat məbləğində ödəniş etmişdir. İş materiallarında olan məhkəmə qətnaməsinin icrası ilə bağlı Təqsirləndirilən şəxs adına ünvanlanmış tələbin könüllü icra edilməsinə dair bildirişdən, Abşeron Rayon Məhkəməsinin inzibati xəta haqqında 05 noyabr 2020- ci il tarixli qərarından və digər sənədlərdən görünür ki, o, həqiqətən də Abşeron Rayon Məhkəməsinin 22 oktyabr 2018-ci il tarixli, 2(012)-5137/2018 saylı qətnaməsini qərəzli olaraq icra etməmişdir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək ittihamın həlli üçün onların kifayət etməsi nəticəsinə gəlir və belə hesab edir ki, təqsirləndirilən şəxs Kazımov X7 rayon Məhkəməsinin 22 oktyabr 2018-ci il tarixli, 2(012)-5137/2018 saylı qanuni qüvvəsini almış qətnaməsini bilərəkdən qərəzli şəkildə icra etməmiş və onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs həmin maddədə nəzərdə tutulan əməli törətməsi özünün etirafı, bunu tamamlayan zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də işdə olan və məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla tam sübut olunur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” “24” dekabr 2021-ci il tarixli qərarında göstərilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. CM-in 61-ci maddəsində sadalanan cəzanı ağırlaşdıran halların siyahısı qətidir və məhkəmə cəzanın təyin edilməsini və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini əsaslandırarkən məsuliyyəti ağırlaşdıran hal kimi həmin maddədə göstərilməyən hallara istinad etməyə haqlı deyildir. 4 saylı MTİİTŞ-nın rəisi tərəfindən verilmiş 05 may 2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, o, Xırdalan şəhəri, Quşçuluq Y/M, R.Rza küçəsi, döngə 1, ev 2-də yaşamaqla yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ziyanın qismən ödənilməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə də, məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda göstərilən yüngülləşdirici halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, habelə cəzanın fərdiləşdirməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı həm də, cəzanın məqsədlərinə uyğundur. İş materiallarında olan 15 sentyabr 2021-cı il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs müstəntiqin çağırışlarına gəlmədiyindən barəsində axtarış elan edilmiş, Abşeron rayon Polis İdarəsinin 10.03.2022-cı il tarixli məktubundan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs 10.03.2022-ci il tarixdə tutularaq Abşeron RPİ-nin MSY-nə təhvil verilmişdir. İş materiallarında olan 11.03.2022–cı il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, beləliklə o, 02 (iki) gün müddətinə həbsdə olmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət ona təyin olunmuş cəza müddətindən çıxılaraq ona qəti cəza təyin olunmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməli, barəsində həbs qətimkan tədbiri seçilməli, həbs etmənin əvvəli həbs olunduğu 01.06.2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı cəza təyin edildiyi üçün barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Hökmün icrası Bakı İstintaq Təcridxanasına, Abşeron rayon Polis İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində, pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət azadlıqdan məhrumetmə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. O cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilsin, həbs etmənin əvvəli həbs olunduğu 01.06.2022-ci il tarixdən hesablansın. Hökmün icrası Bakı İstintaq Təcridxanasına, Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Hüquq Məsləhətxanasının vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (yüz səksən) manat məbləğində, pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm nəzərdə tutulduğu müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar