Məhkəmə qərarları › İş №1(012)-299/2024

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-299/2024

11.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-299/2024 11.06.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1975-ci ildə Ermənistan Krasnoselo rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 24, ev 1, mənzil 22-də qeydiyyatda olan, Abşeron rayon. Xırdalan şəhərində yerləşən fərdi yaşayış sahəsində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 26 mart 2023-cü il tarixdə saat 01 radələrində Abşeron RİH MKTİİTB-nin Abadlıq və Kommunal Xidmətlər İdarəsinə məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev adına ailəvi istirahət parkında qoyulmuş hər birinin bazar qiyməti 850 manat olmaqla 02 ədəd dəmir materialdan olan skamyaları və 600 manat dəyərində idman qurğusunun ştanqını ümumilikdə 2300 manat dəyərində əmlakı gizli olaraq talayıb, zərərçəkmiş Abşeron RİH MKTİİTB-nin Abadlıq və Kommunal Xidmətlər İdarəsinə 2300 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, 07 aprel 2023-cü il tarixdə gecə saat 02 radələrində təkrarən Abşeron RİH MKTİİTB-nin Abadlıq və Kommunal Xidmətlər İdarəsinə məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev adına ailəvi istirahət parkında yerləşən hər birinin bazar qiyməti 850 manat olmaqla 2550 manat dəyərində 03 ədəd dəmir materialdan olan skamyaları gizli olaraq talayıb, zərərçəkmiş Abşeron RİH MKTİİTB-nin Abadlıq və Kommunal Xidmətlər İdarəsinə ümumilikdə 2550 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, xx.xx.2023-cü il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda 1 ədəd şəffaf sellofan bükümdə 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na daxil edilmiş çəkisi 1,091 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib Xırdalan şəhərinə daşımış və saxlamışdır. 19 iyul 2023-cü il tarixdə saat 16:30 radələrində Abşeron RPİ-yə daxil olmuş məlumat əsasında cinayət axtarış şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Abşeron rayonu, Xırdalan şəhəri, F.Əmirov küçəsində, yaşadığı evin yaxınlığında saxlanılaraq Abşeron RPİ-nin inzibati binasına gətirilib həmin gün saat 17:25-dən 17:45-ə kimi üzərinə şəxsi axtarış keçirilərkən əynində olan mavi rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükümdə çəkisi 1,091 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bildi, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini , hazırda əməlindən peşiman olduğunu bildirib, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İbtidai istintaqda iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 177.2.2 və 234.1 -ci maddələri ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, 1 ilə yaxındır ki, bədənində ağrılar olduğundan narkotik vasitə heroindən çəkməklə istifadə edir. 18 iyul 2023-cü il tarixdə saat təxminən 17 radələrində Bakı şəhərində, Yasamal rayonunda, İnşaatçılar metrosu yaxınlığında yaşayış binalarının yanında olarkən tanımadığı şəxslə söhbət zamanı narkotik vasitə heroindən istifadə etdiyini bildirmişdir. Həmin şəxs ona narkotik vasitə heroin təşkil edə bilməsini bildirmişdir. O, isə sonuncuya demişdir ki, ona bir büküm narkotik vasitə heroin gətirsin. Həmin şəxs bir bükümü 15 manata alacağını demişdir. Sonuncu ona orada gözləməyi bildirib getmişdir. Təxminən 15-20 dəqiqə sonra onun yanına gələrək 1 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə kakosu yəni heroini gətirib ona vermişdir. O. bükülünü açıb baxmış və heroin olduğundan əmin olduqdan sonra 15 manat pul verib bükülünü alıb əynindəki mavi rəngli cins şalvarının sağ yan cibinə qoymuş və oradan avtobusla 20 yanvar metrosuna və oradan isə başqa avtobusa minib Xırdalan şəhərinə evə gəlmişdir. 19 iyul 2023-cü il tarixdə günortadan sonra saat təxminən 16 radələrində Xırdalan şəhərində yaşadığı küçədə evinin yaxınlığında olarkən 2 nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib Abşeron rayon polis idarəsinin əməliyyatçıları olduqlarını bildirmişlər. Həmin şəxslər ona narkotik vasitədən istifadə etməkdə şübhəli olduğunu bildirib üzərində şəxsi axtarış aparılması üçün onlarla polis idarəsinə getməli olduğumu bildirmişlər. O, polis əməkdaşlarına etiraz etməyib onlarla birlikdə Abşeron rayon polis idarəsinə gəlmişdir. Bundan sonra, Xırdalan vəkil bürosundan növbətçi vəkil Vüqar Əliyev polis idarəsinə dəvət olunmuş və vəkilin iştirakı ilə video çəkilişlə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmızdan əvvəl ona hüquq və vəzifələri barədə məlumat verilmişdir. Üzərində şəxsi axtarış aparılmazdan əvvəl üstündə saxlanılması və gəzdirilməsi qanunla qadağan edilmiş əşya və kütlənin olub- olmadığı soruşulmuşdur. O, isə təxminən bir gün əvvəl şəxsi istifadəsi üçün alıb şalvarının sağ yan cibində saxladığı 1 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroini masanın üzərinə qoymuşdur. Bundan başqa cibində olan qəpik pulları da masaya qoymuşdur. Polis əməkdaşlarına üzərində başqa hər hansı bir qanunsuz əşya olmadığını bildirmişdir. Polis əməkdaşları üzərində şəxsi axtarış keçirmiş və cibindəki 1 ədəd özünə məxsus sadə üzüyü çıxarıb masaya qoymş, başqa hər hansı bir əşya aşkar olunmamışdır. Təqdim etdiyi bükümə baxıb və həmin bükümün içərisində nə olduğunu soruşmuşlar. O, isə bükümün içərisində narkotik vasitə kakos, yəni heroin olduğunu, həmin heroini bir gün əvvəl Yasamal rayonunda İnşaatçılar metrosunun yaxınlığından tanımadığı şəxsdən 15 manata alıb şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra, içərisində narkotik olan sellofan bükülünü kağız zərfə qoyaraq qablaşdırmışlar. Həmin qablaşdırma üzərində imza edərək təsdiq etmişdir. Sonra axtarış aparılması başa çatdırılmışdır. Üzərində şəxsi axtarış aparılması barədə protokol tərtib olunmuş, protokol onlara ucadan oxunmuş və imzalarla təsdiq edilmişdir. Bundan başqa, göstərmişdir ki, 2019-cu ildə azadlığa buraxılmış, son vaxtlar iş-güc olmadığı üçün maddi problemləri olmuşdur. Pula ehtiyacı olduğundan Xırdalan şəhəri Heydər Əliyev adına parkda olan skamyaların dəmir hissələrini oğurlayıb salmaq qərarına gəlmişdir. 06 aprel 2023-cü il tarixdən 07 aprel 2023-cü il tarixə keçən gecə saat 02 radələrində park ərazisinə gəlib Şahmat məktəbi yaxınlığında qoyulan 3 ədəd skameykaların taxta hissələrini söküb çıxararaq həmin taxtaları parkın yaxınlığındakı zibil qutularının yanına yığmışdır. Dəmir hissələri isə bir-bir araba ilə yaşadığı evin yaxınlığına aparıb gizlətmişdir. Səhər açılandan sonra 06 ədəd oluracaq başlıqlarını tanımadığı yoldan keçən markası dəqiq yadında qalmayan taksini saxladıb Xırdalan şəhərində Texnikum yaxınlığında yerləşən metal qəbulu məntəqəsinə aparıb 50 manata satmışdır. Əldə etdiyi pulu isə öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Həmin dəmirləri satanda da oğurluq olmadığını tullantı dəmir olduğunu, zibillikdən yığdığını demişdir. Həmin oğurluq hadisəsini tək etmiş, ona kömək edən olmamışdır. Bundan başqa, oğurluq edən zaman da gecə saatları olduğu üçün ətrafda onu görən heç kim olmamışdır. Bundan başqa, göstərmişdir ki, 25 mart 2023-cü il tarixdən 26 mart 2023-cü il tarixə keçən gecə, gecə saat 01 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən Heydər Əliyev parkında gəzmişdir. Həmin vaxt üzərində pul olmadığından qərara gəlmişdir ki, parkda olan dəmir oturacaqları yerindən çıxarıb metal qəbul məntəqəsinə satıb qazanc əldə etsin. Bu məqsədlə parkda bir az gəzmiş və insanların olmadığı yerdə olan skamyaların birinə yaxınlaşdır. Həmin vaxt bir daha ətrafda hər hansı bir şəxsin onu görmədiyindən əmin olduqdan sonra üzərində gəzdirdiyi vintaçanla həmin oturacaqlardan birinin yerə bərkidilmiş vintini açmışdır. Daha sonra həmin oturacaq ağır olduğu üçün onun taxtalarını söküb çıxarmışdır. Bundan sonra yaxınlıqda olan digər oturacaqlardan birinin də vintlərini sökmüş və laxtalarını da çıxarmışdır. Həmin oturacaqlar ağır olduğundan onları apara bilməyəcəyini başa düşmüş və yaxınlıqda tapdığı təkərli araba ilə onları aparmağa qərar vermişdir. O, həmin oturacaqları arabaya yükləyib bir qədər uzaqlaşdıqdan sonra parkın idman sahəsi tərəfdə ştanqa oxşayan dəmirin də olduğunu görmüşdür. Həmin dəmiri də oradan çıxardıb arabaya qoymuş və parkdan uzaqlaşmışdır. Bundan sonra gecə olduğu üçün həmin 02 ədəd dəmir oturacağı və 01 ədəd ştanqa bənzər dəmir aləti yaşadığı evin həyətinə aparmışdır. 26 mart 2023-cü il tarixdə səhər saat 11 radələrində həmin 02 ədəd dəmir oturacağı və 01 ədəd ştanqa bənzər dəmir aləti Xırdalan şəhərində yerləşən texnikumun yaxınlığında olan dəmir məmulatları qəbulu məntəqəsinə 55 manata satmışdır, əldə etdiyi pulu isə öz şəxsi ehtiyacları liçlin xərcləmişdir. Satdığı dəmirlərin oğurluq olduğunu deməmiş, zibillikdən yığdığını bildirmişdir. Həmin oğurluq hadisəsini də özü tək törətmişdir. Məhkəmə iclasında iş üzrə zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Abşeron rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat, İstismar Təmiri Birliyinin Abadlıq və Kommunal Xidmətlər idarəsində sahə rəisi işləyir. Onun nəzarət etdiyi sahə Xırdalan şəhəri. Heydər Əliyev adma parkın ərazisidir. Park ərazisində sakinlərin istirahəti və sağlamlığı uçun şərait yaradılmışdır. Orada skamyalar və idman qurğuları quraşdırılmışdır. 26 mart 2023cü il tarixdə səhər saat 08 radələrində park ərazində olan zaman 2 ədəd qıraq hissələri dəmir materialdan olan oturacaqların və ağırlıq qaldırma idman qurğusunun ştanqının yerində olmadığını aşkar etmişdir. Parkda təmizlik işləri aparan işçilərdən bu barədə maraqlandıqda ona demişlər ki, səhər işə gələndə həmin oturacaqların və idman qurğusunun yerində olmadığını görmüşlər. Heydər Əliyev adına park Xırdalan şəhər icra nümayəndəliyinin tabeliyində olduğundan o, icra nümayəndəsinə oğurluqla bağlı məlumat vermişdir. Hazırda oğurlanmış oturacağın bir ədədinin bazar qiyməti 850 manat təşkil edir. Həmçinin idman qurğusunun isə bazar qiyməti 1300 manat təşkil edir. Naməlum şəxs və ya şəxslər idman qurğusunun yalnız ştanqını oğurlamış, digər hissələr isə öz yerindədir. Həmin ştanqın qiyməti təxminən 600 manat təşkil edir. Oğurluğun 25 mart 2023-cü il tarixdən 26 mart 2023-cü il tarixə keçən gecə olmasını ehtimal etmişdir. Oğurluq nəticəsində park təsərrüfatına ümumilikdə 2300 manat maddi ziyan dəymişdir.Bundan başqa, 07 aprel 2023-cü il tarixdə səhər radələrində park ərazində olan zaman 3 ədəd qıraq hissələri dəmir materialdan olan oturacaqların yerində olmadığını aşkar etmişdir. Parkda təmizlik işləri aparan işçilərdən bu barədə maraqlandıqda ona demişlər ki, səhər işə gələndə həmin oturacaqların yerində olmadığını görmüşlər. Heydər Əliyev adma park Xırdalan şəhər icra nümayəndəliyinin tabeliyində olduğundan o, icra nümayəndəsinə oğurluqla bağlı məlumat vermişdir. Hazırda oğurlanmış oturacağın bir ədədinin bazar qiyməti 850 manat təşkil edir. Oğurluğun 06 aprel 2023-cü il tarixdən 07 aprel 2023-cü il tarixə keçən gecə olmasını ehtimal etmişdir. Oğurluq nəticəsində park təsərrüfatına ümumilikdə 2550 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Abşeron rayon Pİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Əsgərov X2 rayonu, Xırdalan şəhəri, F.Əmirov küçəsi, fərdi evdə yaşayan Təqsirləndirilən şəxs Firidıun oğlunun qanunsuz olaraq narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində saxlaması, gəzdirməsi və istifadəsi barədə Abşeron RPİ-nə əməliyyat məlumatı daxil olmuşdur. Həmin şəxs narkotik vasitələrin qanunsuz olaraq saxlamasında, gəzdirilməsində və istifadəsində şübhəli olduğu üçün xx.xx.2023-cü il tarixdə həmin şəxsin müəyyən olunub ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə tərəfindən qərar çıxarılmış və əməliyyat qrupu yaradılmışdır. 19 iyul 2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, kənd Xırdalan deyilən ərazidə keçirilmiş əməliyyat tədbirləri zamanı zahiri əlaməti onlara məlum olan Təqsirləndirilən şəxs müəyyən edilərək saxlanılmışdır. Həmin şəxs özünü şübhəli apardığından üzərində şəxsi axtarış keçirilməsi üçün Abşeron rayon Polis İdarəsinə dəvət edilmişdir. Polis İdarəsində xidməti otaqların birində həmin şəxsin üzərində şəxsi axtarış keçirməzdən əvvəl texniki vasitə kimi videoçəkilişdən istifadə edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üstündə narkotik vasitə və yaxud saxlanılması qadağan olunmuş hər hansı vasitə olub-olmadığını soruşuldu və əgər vardırsa, təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs həmin vaxtı əynində olan cins şalvarın sağ yan cibində saxladığı bir ədəd qəhvəyi rəngli bükümü, 50 qəpik pulu və qadın üzüyünü çıxarıb təqdim etmişdir. Həmin bükümü açdıqda içərisində narkotik vasitə heroinə oxşar maddə olduğu müəyyən edildi. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitəyə bənzər kütləni xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar metrosu yaxınlığında tanımadığı şəxsdən 15 manata aldığını və özünün şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı onun üzərində başqa qanunla saxlanılması qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Sonra aşkar edilmiş heroinə bənzər kütlə zərfə qoyularaq möhürlənmiş və bu barədə protokol tərtib edilmiş, qalan əşyalar isə onun özünə qaytarılmış, tərtib edilmiş protokol hər bir iştirakçı tərəfindən imzalarla təsdiq edilmişdir. İbtidai istintaqda iş üzrə şahid qismində dindirilmiş Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 Mürvəl oğlu ifadəsində Şahid1 ifadəsinə oxşar ifadə vermişdir. İstintaq zamanı şahid qismində dindirilmiş Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 Mürvəl oğlu ifadəsində göstərmişdir ki, hazırda Abşeron rayon Pİ-nin CAŞ-də əməliyyat müvəkkili vəzifəsində xidmət göstərir, rütbəsi polis baş leytenantıdır. xx.xx.1975-ci ildə Ermənistan Respublikasında anadan olmuş, Abşeron rayonu, Xırdalan şəhəri, 24-cü məhəllə, ev 1. mənzil 24-də qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, F.Əmirov küçəsi, fərdi evdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində saxlaması, gəzdirməsi və istifadəsi barədə Abşeron RPİ-nə əməliyyat məlumatı daxil olmuşdur. Həmin şəxs narkotik vasitələrin qanunsuz olaraq saxlamasında, gəzdirilməsində və istifadəsində şübhəli olduğu üçün xx.xx.2023-cü il tarixdə həmin şəxsin müəyyən olunub ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə tərəfindən qərar çıxarılmış və CAŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. 19 iyul 2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, kənd Xırdalan deyilən ərazidə keçirilmiş əməliyyat tədbirləri zamanı zahiri əlaməti onlara məlum olan Təqsirləndirilən şəxs müəyyən edilərək saxlanılmışdır. Həmin şəxs özünü şübhəli apardığından üzərində şəxsi axtarış keçirilməsi üçün Abşeron rayon Polis İdarəsinə dəvət edilmişdir. Polis İdarəsində xidməti otaqların birində həmin şəxsin üzərində şəxsi axtarış keçirməzdən əvvəl texniki vasitə kimi videoçəkilişdən istifadə edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üstündə narkotik vasitə və yaxud saxlanılması qadağan olunmuş hər hansı vasitə olub-olmadığını soruşuldu və əgər vardırsa, təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs həmin vaxtı əynində olan cins şalvarın sağ yan cibində saxladığı bir ədəd qəhvəyi rəngli bükümü, 50 qəpik pulu və qadın üzüyünü çıxarıb təqdim etmişdir. Həmin bükümü açdıqda içərisində narkotik vasitə heroinə oxşar maddə olduğu' müəyyən edildi. Sorğu sual zamanı Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitəyə kütləni xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar metrosu yaxınlığında tanımadığı şəxsdən 15 manata aldığını və özünün şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı onun üzərində başqa qanunla saxlanılması qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Sonra aşkar edilmiş heroinə bənzər küllə zərfə qoyularaq möhürlənmiş və bu barədə protokol tərtib edildi, qalan əşyalar isə onun özünə qaytarılmış, tərtib edilmiş protokol hər bir iştirakçı tərəfindən imzalarla təsdiq edilmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, təxminən 5-6 aydır ki, Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsində yerləşən metal qəbulu məntəqəsini işlədir. O. müxtəlif şəxslərin gətirib verdiyi qara və əlvan metalları alıb sataraq qazanc əldə edir. O metalları aldığı şəxslərdən metalı qəbul etməmişdən əvvəl şəxsiyyətini təsdiq edən sənədlərindən hər hansı birini alıb şəkilini çəkir və daha sonra metalı qəbul edir. Təqsirləndirilən şəxs təxminən 2-3 aydır ki, tanıyır, sonuncu ara-sıra zibillikdən yığdığı dəmirləri gətirib ona satmışdır. 27 mart 2023-cü il tarixdə səhər saat 11 radələrində yenidən onun yanma gələrək metal gətirmişdir. O, sonuncunun vəsiqəsinin şəklini çəkdikdən sonra metalı təhvil almış və qarşılığında Sənana 55 manat pul vermişdir. Həmin vaxt Sənandan həmin metalın oğurluq olubolmaması barədə soruşduqda Sənan ona həmin dəmirlərin özünə məxsus olduğunu və oğurlamadığını demişdir. Həmçinin Sənan onun yanında daha öncələr də bir neçə dəfə plastik və dəmir alətlər gətirdiyindən düşünməmişdir ki, sonuncu həmin dəmirləri oğurlayıb gətirsin. Sənan həmin metalların özünə məxsus olduğunu və narahat olmamağı bildirmişdir. İş üzrə xx.xx.2023-cü il tarixdə tərtib edilmiş «şəxsi axtarış və götürmə» protokolundan görünür ki, Təqsirləndirilən şəxs 19 iyul 2023-cü il tarixdə saat 16:30 radələrində Abşeron RPİ-nə daxil olmuş məlumat əsasında CAŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Abşeron rayonu, Xırdalan şəhəri, F.Əmirov küçəsində, yaşadığı evin yaxınlığında saxlanılaraq Abşeron RPİ-nin inzibati binasına gətirilib həmin gün saat 17:25-dən 17:45-ə kimi üzərinə şəxsi axtarış keçirilərkən əynində olan mavi rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükümdə qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İstintaq zamanı xx.xx.2023-cü il tarixdə saat 17:25 radələrindən saat 17:45 radələrindək olan müddət ərzində Abşeron rayon Pİ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesinin köçürüldüyü və istintaqa təqdim etdiyi bir ədəd DVD diskinə məhkəmə iclasında baxış keçirilmiş, baxış zaman müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs 19 iyul 2023-cü il tarixdə saat 16:30 radələrində Abşeron RPİ-nə daxil olmuş məlumat əsasında CAŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Abşeron rayonu, Xırdalan şəhəri, F.Əmirov küçəsində, yaşadığı evin yaxınlığında saxlanılaraq Abşeron RPİ-nin inzibati binasına gətirilib həmin gün saat 17:25-dən 17:45-ə kimi üzərinə şəxsi axtarış keçirilərkən əynində olan mavi rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükümdə qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür.Diskə baxışda iştirak etmiş Təqsirləndirilən şəxs bildirmişdir ki, həqiqətən 19 iyul 2023-cü il tarixdə saat 16:30 radələrində polis əməkdaşları tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, F.Əmirov küçəsində, yaşadığı evin yaxınlığında saxlanılaraq Abşeron RPİ-nin binasına gətirilib üzərinə şəxsi axtarış keçirilərkən əynində olan mavi rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükümdə qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İstintaq zamanı məhkəmə-kimyəvi ekspertizası təyin edilib rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Fksprtizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 6/3916 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN-nin Zərflər üçün №245» dairəvi möhür əksi və «imza Təqsirləndirilən şəxs» ad və soyad və imzalar qeyd edilmiş bir ədəd bükümdə təmiz çəkisi 1,091 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 28 iyun 2015-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr”in siyahısına (Siyahı 1) daxildir. Ekspertiza tədqiqatına tədqiq olunmuş heroinin ümumi çəkisi 1.091 qram, tədqiqata sərf olunan miqdar 0.05 qram, qalıq 1.041 qram təşkil edir. İstintaq zamanı məhkəmə-narkoloji ekspertizası təyin edilib rəy alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin «21» iyul 2023-cü il tarixli 4623 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxsopioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA) xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş üzrə ümumi çəkisi 1.091 qram olan narkotik vsasilə heroin və bir ədəd DVD diski sübut əhəmiyyətli olduğundan maddi sübul kimi tanınmış və ekspert tədqiqatından qalıq qalmış 1.041 qram narkotik vasitə heroin saxlanılması üçün Abşeron rayon Pİ-nin maddi sübutlar saxlancı ambarına təhvil verilmiş, bir ədəd DVD diskinin saxlanılması üçün cinayət işinin materiallarına əlavə edilmişdir. İş üzrə Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Talıbov X1 rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə AR CM-nin 234.1 -ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum edilmişdir. xx.xx.2018-ci ildə Bakı şəhər Nizami rayon Məhkəməsinin qərarına əsasən 93.1 -ci maddəsi ləğv edilmişdir. xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 85.3.5-cü maddəsində göstərilmişdir ki, az ağır cinayət cinayət törətməyə görə azadlıqdan məhrum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq götürülmüş və ödənilmiş hesab edilir.Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən məhkumluğu ödənilmiş şəxs hesab olunmuş və əməlində cinayətin residivi yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” “24” dekabr 2021-ci il tarixli qərarında göstərilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır.Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir.Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkənin nümayəndəsinin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 177.2.2 və 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 177.2.2 və 234.1-ci maddələri ilə təqsirli bilinməli və ona həmin maddələrin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməlidir. İş materiallarından görünür ki, xx.xx.2023-cü ildə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona Azərbaycan Respublikası Civinin 234.1-ci maddəsində nəzərdə tutulan ittiham elan olunmuş, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, məhkəmə tərəfindən həmin qətimkan tədbiri qüvvədə saxlanmışdır. Həmçinin, Təqsirləndirilən şəxs 08 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmiş və saxlandığı Abşeron RPİ-nin MSY-dən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-CPM) 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.7-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 04 gün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməklə, təyin edilmiş cəzadan çıxılmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli, barəsində həbs qətimkan tədbiri seçilməli, məhkəmə iclas zalından dərhal həbs edilməli, cəza müddətinin əvvəli hökm qəbul edilən gündən hesab edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə bir ədəd DVD diski sübut əhəmiyyətli olduğundan maddi sübut kimi iş materiallarına əlavə edilməlidir. İş üzrə maddi sübut olan və Abşeron Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan çəkisi 1,041 qram Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilməlidir. Bundan başqa, məhkəmə CPM-in 197 və 198-ci maddələrinin tələblərinə əsasən hesab edir ki, məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 92 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Hökmün icrası öz səlahiyyətləri daxilində Abşeron rayon Pİ-nə, Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzalar qismən toplamaq yolu ilə ona qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 04 (dörd) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 03 (üç) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin, onun barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə zalından həbsə alınsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin əvvəli həbs edildiyi xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış və Abşeron Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertizadan sonra 1,041 qram qalmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 1 ədəd “DVD” formatlı disk cinayət işində saxlanılsın. İş üzrə məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 92 (doxsan iki) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulsun. Hökmün icrası Abşeron rayon Polis idarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmə zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar