Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-299/2025 02.09.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ X7 Ənvər qızının sədrliyi, Hacıyev Xalid Nazim oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Lerik rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, "xxxx" MMC-də fəhlə işləyən, Abşeron rayonu, Xırdalan şəhəri, 7-ci məhəllə, ev 7-də qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 yaşadığı mənzilə mebel düzəldəcəyinə yalanandan vəd verib xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında 600 manat, 02 may 2023-cü il tarixdə həmin ünvanda 400 manat ümumilikdə sonuncunun 1000 manat pul vəsaitini ələ keçirərək zərərçəkmiş şəxsə 1000 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa təkrarən o, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirtmək məqsədi ilə Zərərçəkmiş şəxs2 işlədiyi kitabxanaya mebel düzəldəcəyinə yalandan vəd verib 07 avqust 2023-cü il tarixdə Xırdalan şəhəri M. Hüseynzadə küçəsində 1000 manat, 13 avqust 2023-cü il tarixdə həmin ünvandan terminal vasitəsi ilə hesab kartına 2000 manat köçürtdürməklə Zərərçəkmiş şəxs2 ümumilikdə 3000 manat pul vəsaitini ələ keçirtməklə dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs, ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, əvvəllər Fövqalada Hallar Nazirliyində Yanğın söndürən kimi işləmiş, 1 gün işdə olmaqla 2 gün evdə qalmışdır. Evdə olduğu müddət ərzində də fərdi olaraq mebel yığıb satmışdır. 07 avqust 2023-cü il tarixdə sonradan adını bildiyi Rzaqulu adlı şəxs gəlib kitabxanada şkaf yığmaq istəyirəm dediyindən gedib həmin yerə baxmış və ona 6000 (altı min) manata “sənin üçün bura şkaf yığaram, lakin sən ilkin olaraq 3 min manat ödəməlisən” dedikdə Rzaqulu razılaşmışdır. Əvəlcə onun kart hesabına 1000 manat pul göndərmişdir, aradan təxminən iki gün keçəndən sonra Rzaqulu onun hesab kartına əlavə olaraq 3 min manat pul göndərmişdir. Həmin aldığı pulu təxminən 700 manat öz maddi problemlərinə xərcləmişdir. Lakin sonradan Rzaqulu gəlib pulunu geri istədikdə pulu xərclədiyi üçün geri qaytara bilməmişdir.Sonradan Rzaqulu iş yerinə gəlib pulunu istəmiş həmin vaxt ərizə yazıb işdən çıxmışdır və Rzaquludan aldığı bütün pulları öz ehtiyaclarına xərcləmişdir. Bundan başqa 29 aprel 2023-cü il tarixdə Şəhla adlı şəxs evinə mebel yığdırmaq üçün ona müraciət etmiş o, Şəhlanın yaşadığı evə gedib ölçü işləri aparmış və həmin mebeli yığmaq üçün 1200 manat pul istəmişdir. Şəhla ilə razılaşmış və ilkin olaraq Şəhladan yaşadığı evdə əvvəlcə 400 manat, sonra isə 600 manat olmaqla ümumilikdə 1000 manat pul almışdır. Maddi ehtiyacları yarandığından həmin pulu öz ehtiyaclarına xərcləmiş lakin Şəhlanın mebelini düzəldə bilməmişdir. Şəhla şikayət etdiyi üçün 2024-cü ilin aprel ayında 500 manatını qaytarmış lakin, qalan hissəsini qaytara bilməmişdir, Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxslərlə tam barışmışdır, dəymiş zərəri tam ödəmişdir. Qanunvericilikdə nəzərdə tutulan 25% məbləği dövlət xəzinədarlığına ödəmişdir. Onun barəsində cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Xırdalan şəhərində yerləşən kitabxanaya mebel yığdırmaq qərarına gəlmişdir. Ona görə də Kəribəyli Emil adlı şəxsə müraciət etmişdir. Emil həmin mebellərin yığılması üçün 10.000 (on min) manat pul istədiyindən onunla razılaşmışdır. xx.xx.2023-cü il tarixdə Xırdalan şəhəri M.Hüseynzadə küçəsində xx.xx.2023-cü il tarixdə görüşüb Emilə 1000 manat beh vermiş, sonradan həmin gün yaşadığı mənzildən onun hesab kartına 2000 manat pul göndərmişdir. Qalan pulu isə mebelləri təhvil verəndən sonra ödəyəcəyi barədə ümumi razılığa gəlmişlər. Emil həmin gün mebeli yığmağa başlayacağını demişdir. Aradan 3-4 gün keçəndən sonra Emildən işə başlayıb-başlamadığını soruşmuş, lakin Emilin işə başlamadığını öyrənmişdir. Sonradan telefonuna cavab vermədiyi üçün və onu aldadaraq mebeli düzəltmədiyindən polisə ərizə ilə müraciət etmişdir. xx.xx.2024-cü il tarixdə Emilin atası ona 3000 manat pul ödəmişdir. Hazırda Emilin ona hər hansı məbləğdə borcu qalmamışdır. Zərərçəkmiş şəxs2 ifadəsində Emilin onun pulunu aldıqdan sonra söz verdiyi mebelləri düzəltməmiş, eyni zamanda onun zənglərinə cavab verməmişdir. Təqsirləndirilən şəxs barəsində şikayəti yoxdur. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam ödəmişdir, təqsirləndirilən şəxslə barışmışdır. Məhkəmə iclasına dəvət edilmiş, lakin iştirak etməyən iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 Şərafəddin qızı məhkəməyə ərizə göndərərək təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 1000 manat məbləğində maddi ziyanın tamamilə və könüllü olaraq ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək məhkəmədən nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməkə tədqiq edilən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 Şərafəddin qızı iş üzrə ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, yaşadığı evdə mebel yığmaq üçün Emil adlı şəxsə müraciət etmişdir. Sonuncu yaşadığı evə gəlib ölçü işləri aparmış və həin işlərin görülməsi üçün 1300 manat pul verməli olduğunu bildirmişdir. Emil ilə razılaşmış və sonuncuya ilkin olaraq yaşadığı mənzildə 2023-cü ilin aprel ayında hissə-hissə olmaqla ümumilikdə 1000 manat pul ödəmişdir. Emil yaxın günlərdə mebeli yığıb yerinə qoyacağına söz vermişdir. Ümumilikdə 1300 manata razılaşsalar da Emilə 1000 manat ödəmiş, sonra isə 300 manat ödəməli imiş. Lakin sonradan Emilin onu aldatdığını görüb məcbur olub polisə ərizə ilə müracət etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: Cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixində şübhəli şəxs qismində tutulmuşdur. Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X3 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilməsi və MSY-dən azad edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Abşeron RPİ-nin MSY-dən azad edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsin ifadəsi və digər istintaq sənədləri sübut növləri kimi qəbul edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(012)-299/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saxlanılaraq Abşeron Rayon Məhkəməsinə təhvil verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan .2025-ci il tarixli qəbzdən görünür ki, zərərçəkmiş şəxslərə dəymiş 4000 manat zərərin 25%-i, yəni 1000 manat Təqsirləndirilən şəxs tərəfindən dövlət nəfinə ödənilmişdir. Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs barəsində şikayəti yoxdur. Təqsirləndirilən şəxs ona olan borcunu tam ödəmiş və barışmışdır. Zərərçəkmiş şəxs1 Şərafəddin qızı tərəfindən məhkəməyə göndərilmiş ərizədən görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 1000 manat məbləğində maddi ziyanın tamamilə və könüllü olaraq ödənilmiş, təqsirləndirilən şəxslə barışmış, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən nəzərə alınmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, zərərçəkmiş şəxslərlə tam barışmışdır, dəymiş zərəri tam ödəmişdir. Qanunvericilikdə nəzərdə tutulan 25% məbləği dövlət xəzinədarlığına ödəmişdir. Qeyd olunanları nəzərə alaraq bəraətverici əsaslar olmadan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə cinayət prosesi tərəflərinin ifadəsini və iş materiallarını araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə cinayət təqibi üzrə icraata xitam verilməlidir. Hal-hazırda qüvvədə olan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2ci maddəsinə əsasən Bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1 -ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət Prossesual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda başlanılmış cinayət təqibinə xitam verilir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışmasını, dəymiş ziyanı tamamilə ödəməsini və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsini və əvvəllər barəsində bu əsasla məsuliyyətdən azad olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsulliyətindən azad edilməklə barəsində olan cinayət təqibinə xitam verilməlidir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 (altı) manat məbləğində müəyyən edilmişdir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025- ci il tarixli, 141 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Abşeron Rayon Vəkil bürosunun müdafiəçisi Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən məhkəmənin xx.xx.2025-ci il tarixinədək iclaslarında iştirak etdiyi 35 saata görə 210 manat və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən məhkəmənin xx.xx.2025-ci il tarixindən sonrakı iclaslarda iştirak etdiyi 15 saata görə 165 manat olmaqla, cəmi 375 (üç yüz yetmiş beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Abşeron Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə məhkəmə xərci və maddi sübut yoxdur. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73, Cinayət Prosessual Məcəlləsinin 43 və 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə cinayət məsuliyətindən azad edilməklə barəsində olan cinayət təqibi üzrə icraata həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Abşeron Rayon Vəkil bürosunun müdafiəçisi Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən məhkəmənin xx.xx.2025-ci il tarixinədək iclaslarında iştirak etdiyi 35 saata görə 210 manat və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən məhkəmənin xx.xx.2025-ci il tarixindən sonrakı iclaslarda iştirak etdiyi 15 saata görə 165 manat olmaqla, cəmi 375 (üç yüz yetmiş beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Abşeron Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya protesti və ya şikayəti verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. X8
Məhkəmə qərarları › İş №1(012)-299/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-299/2025
02.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver