Məhkəmə qərarları › İş №1(012)-30/2020

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-30/2020

21.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-30/2020 21.07.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, məhkəmə iclasının katibi Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil X1 iştirakı ilə xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, Bakı şəhəri, Yasamal rayonu, AK. Qarayev küçəsi, 27 saylı evdə qeydiyyatda olan və Abşeron rayonu, Masazır kəndi, Atatürk küçəsində yerləşən fərdi evdə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2019-cu ul tarixdə istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, şəxsi istifadəsi üçün qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd siqaretin ağ rəngli gümüşü kağızına bükülmüş bükümdə ümumi çəkisi 0,211 qram narkotik vasitə olan heroini qanunsuz əldə edib üzərində saxlayaraq özü ilə daşımış, xx xxxxxx 2019-cu il tarixdə, saat 06 radələrində, Abşeron RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Abşeron rayonu, Masazır kəndində saxlanılaraq rayon polis idarəsinə gətirilib, idarənin inzibati binasında üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan boz rəngli pencəyinin sol iç cibindən həmin bir ədəd gümüşü rəngli siqaret kağızı bükümdə olan, kustar üsulla hazırlanmış 0,211 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsi, Atatürk küçəsində yerləşən fərdi evdə yaşayır. 1 il olar ki, narkotik maddə olan heroindən istifadə edir. xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Yasmal rayonunda olarkən tanımadığı bir nəfər şəxsdən 10 manata bir ədəd siqaretin gümüşü kağızına bükülü narkotik vasitə olan heroin almış və həmin bükümü əynində olan boz rəngli pencəyin soldan içəri cibinə qoyub, Abşeron rayonu, Masazır kəndinə gəlmişdir. xx.xx.2019-cu il tarixdə saat 06 radələrində Abşeron rayonu, Masazır kəndində olarkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim edərək, polis əməkdaşı olduqlarını və onun narkotik vasitənin qanunsuz dövriyyəsində və saxlamamda şübhəli olduğunu deyərək onlarla birlikdə Abşeron RPİ-nə getməsini bildirmişlər. Həmin iki nəfər polis əməkdaşı ilə Abşeron RPİ-nə getmiş və polis idarəsində otaqların birində video çəkilişlə onun üzərində axtarış aparan zaman polis əməkdaşlarına əynində olan boz rəngli pencəyinin soldan iç cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülü içində narkotik vasitə olan heroini təqdim etmişdir. Sorğu zamanı həmin maddənin özünə məxsus olduğunu və Bakı şəhəri, Yasmal rayonunda tanımadığı bir nəfər şəxsdən 10 manata aldığını demişdir. Təqdim etdiyi narkotik maddə zərfə qoyularaq qablaşdırılmış, müdafiəçinin, iştirakçıların iştirakı ilə imzalanmış və maddi subut kimi götürülmüşdür. Bu barədə tərtib edilmiş protokol digər iştirakçıların iştirakı ilə imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi vəzifəsində işləyir. xx xxxxxx 2019-cu il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi, Atatürk küçəsində yerləşən fərdi evdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib üstündə saxlaması, daşıması və qəbul etməsi barədə Abşeron RPİ-də CAŞ-nin əməliyyat müvəkkili Şahid1 məxfi mənbədən daxil olmuş məlumatı yoxlamaq məqsədilə əməliyyat qrupu təşkil edilmişdir. Bundan sonra əməliyyat qrupu, yəni Şahid1la birlikdə Abşeron rayonu, Masazır qəsəbəsində məçidin yaxınlığında Təqsirləndirilən şəxs görüb ona yaxınlaşmışlar. Özlərini təqdim edib, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirmişlər. Bundan sonra üzərində şəxsi axatarış aparılması üçün Təqsirləndirilən şəxs rayon polis idarəsinə dəvət edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması üçün şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra video çəkilişin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli pencəyinin soldan içəri cibindən bir ədəd siqaretin gümümşü kağızına bükülü içində narkotik vasitə olan heroini təqdim edib, özünə məxsus olduğunu və Bakı şəhəri, Yasamal rayonunda tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Bundan sonra aşkar edilmiş maddə zərfə qoyularaq qablaşdırılmış, müdafiəçinin, iştirakçıların iştirakı ilə imzalanmış və maddi subut kimi götürülmüşdür. Bu barədə tərtib edilmiş protokol digər iştirakçıların iştirakı ilə imzalanmışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş məhkəmə-fiziki-kimyəvi ekspertizasının xx.xx.2019-cu il tarixli, 5062 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «..Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş» sözlər və imzalar olan bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi – 0,211 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (qalıq 0,161 qram - 0,05 qram heroin tədqiqata sərf edilmişdir). İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2019-cu il tarixli, 933 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə video çəkliş ilə baxış keçirilmiş və SD disk maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə edilmişdir. xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. xx.xx.2019-cu il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə Abşeron rayon polis idarəsinin MSY-dən azad edilərək, barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2019-cu il tarixdə axtarış elan edilmiş və həmin tarixdə cinayət işi üzrə icraat dayandırılmışdır. xx.xx.2019-cu il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə tutularaq, Abşeron rayon polis idarəsinin MSY-ə təhvil verilmiş və həmin tarixdə cinayət işi üzrə icraat təzələnmişdir. xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə Abşeron rayon polis idarəsinin MSY-dən azad edilərək, barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqından yayındığına görə barəsində xx.xx.2019-cu il tarixdə barəsində seçilmiş polisinnəzarətialtınaverməqətimkantədbirihəbs qətimkan tədbiri ilə əvəz edilmiş və cinayət işinin icraatı dayandırılmışdır. Abşeron rayon polis idarəsinin xx.xx.2020-ci il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə tutulmuş, məhkəmə tərəfindən həmin tarixdən barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə istintaqı zamanı təqsirləndirilənin göstərilən əməli törətməkdə təqsirli olması öz ifadəsindən başqa, şahidlərin ifadələri, ekspertlərin rəyləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə düzgün tövsif olunmuşdur. Törətdiyi cinayətə görə təqsirkara cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək tutma altında saxlanıldığı 02 gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə 114 (yüz on dörd) manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut olan və Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 0,161 qram narkotik vasitə heroin məhv edilməlidir. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Xırdalan şəhər vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Eyni zamanda məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Xırdalan şəhər vəkil bürosunun verdiyi orderlə məhkəmə istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçilərin ibtidai istintaq və məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil X2 göstərdiyi 30 saat hüquqi yardıma görə 180 (yüz səksən) manat məbləğində pul və Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil X1 göstərdiyi 60 saat hüquqi yardıma görə 360 (üç yüz altmış) manat məbləğində pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək şübhəli şəxs qismində, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu tarixədək tutulduğu 04 gün müddət nəzərə alınsın, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 09 (doqquz) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunsun. Narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs cəzaçəkməmüddətininbaşlanğıcı xx.xx.2020ciiltarixdənhesablansın. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə 114 (yüz on dörd) manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi Abşron rayon Pİ-də saxlanılan, qalıq çəkisi 0,161 qram narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaq zamanı müdafiəçilər tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil X2 göstərdiyi 30 saat hüquqi yardıma görə 180 (yüz səksən) manat məbləğində pul və Xırdalan şəhər vəkil bürosunun müdafiəçisi vəkil X1 göstərdiyi 60 saat hüquqi yardıma görə 360 (üç yüz altmış) manat məbləğində pul Xırdalan şəhər Vəkil Bürosunun hesablaşma, “xxxxxxxxxxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab- AZ46AİİB********************, VÖEN ********** hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar