Məhkəmə qərarları › İş №1(012)-30/2022

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-30/2022

31.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-30/2022 31.01.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi, vəkil Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi, vəkil Müdafiəçi3 iştirakı ilə, xx.xx.2001-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, məhkum olunmamış, Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 78-də qeydiyyatda olan və Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 27v/14, mənzil 38-də kirayədə yaşamış, Abşeron Rayon Məhkəməsinin 03.03.2021-ci il tarixli qərarı ilə barəsində həbsetmənin əvvəli 01.03.2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1, və xx.xx.1997-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, məhkum olunmamış, Sumqayıt şəhəri, Nizami küçəsi 19c, məhəllə 6-da qeydiyyatda olan və Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 10b, mənzil 36-da kirayədə yaşayan, Sumqayıt Şəhər Məhkəməsinin 04.08.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 234.1-ci maddələri ilə təqsirləndirilərək barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda 03 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında bacısının əri Təqsirləndirilən şəxs2 ilə birlikdə 25 yanvar 2021-ci il tarixdə saat 13:19-da taksi fəaliyyəti ilə məşğul olan Şahid idarə etdiyi «Opel Astra» markalı ** EJ *** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Saray qəsəbəsi, Rəsulzadə küçəsi, «Əsləm» marketin qarşısından Bakı şəhəri istiqamətində hərəkətdə olarkən, avtomobilin qabaq oturacağında əyləşmiş Təqsirləndirilən şəxs2 həmin marketin qarşısında quraşdırılmış "xxxx"a məxsus bankomat aparatının yanında dayanıb əməliyyat etmək istəyən 1960-cı il təvəllüdlü Zərərçəkmiş şəxs görüb sonuncunun pulunu ələ keçirməsi barədə ona başı ilə işarə vermiş, o da dərhal avtomobili saxlatdırıb düşərək bankomat aparatına yaxınlaşıb elektron məlumat daşıyıcılarından istifadə etməklə pul çıxarılmasında köməklik etməyi təklif edib Zərərçəkmiş şəxs "xxxx" tərəfindən verilmş 6768 6753 6664 3094 nömrəli plastik bank kartını alaraq bankomata daxil etməklə hesabda olan 470 manat puldan 400 manatın çıxarılması ilə bağlı əməliyyat aparmış və kartı çıxarıb sonuncuya qaytarmaqla hesabda pul olmadığını yalandan bildirib bankomatdan çıxan 400 manat pulu gizli talamaq istəyərkən, Zərərçəkmiş şəxs pul əskinazlarmm aparatdan çıxdığını görüb pulun ona verilməsini təbəb etmiş, lakin o, 400 manat pulu götürüb açıq talayaraq ordan tez uzaqlaşmaqla yaxınlıqda saxlanılmış həmin avtomobilə dərhal əyləşib ərazini tərk edərək soyğunçuluq etmişdir. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında qaynı Təqsirləndirilən şəxs1 və şəxsiyyəti istintaqa məlum olmayan bir nəfər kişi cinsindən olan şəxslə birlikdə 25 yanvar 2021-ci il tarixdə saat 13:19-da taksi fəaliyyəti ilə məşğul olan Şahid idarə etdiyi «Opel Astra» markalı ** EJ *** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Saray qəsəbəsi, Rəsulzadə küçəsi, «Əsləm» marketin qarşısından Bakı şəhəri istiqamətində hərəkətdə olarkən, həmin marketin qarşısında quraşdırılmış "xxxx"a məxsus bankomat aparatının yanında dayanıb əməliyyat etmək istəyən 1960-cı il təvəllüdlü Zərərçəkmiş şəxs görüb sonuncunun pulunu ələ keçirməsi barədə ona başı ilə işarə vermiş, Təqsirləndirilən şəxs1 də dərhal avtomobili saxlatdırıb düşərək bankomatişarə vermiş, Təqsirləndirilən şəxs1 də dərhal avtomobili saxlatdırıb düşərək bankomat aparatına yaxınlaşıb elektron məlumat daşıyıcılarından istifadə etməklə pul çıxarılmasında köməklik etməyi təklif edib Zərərçəkmiş şəxs "xxxx" tərəfindən verilmş 6768 6753 6664 3094 nömrəli plastik bank kartını alaraq bankomata daxil etməklə hesabda olan 470 manat puldan 400 manatın çıxarılması ilə bağlı əməliyyat aparmış və kartı çıxarıb sonuncuya qaytarmaqla hesabda pul olmadığını yalandan bildirib bankomatdan çıxan 400 manat pulu gizli talamaq istəyərkən, Zərərçəkmiş şəxs pul əskinazlarmm aparatdan çıxdığını görüb pulun ona verilməsini təbəb etmiş, lakin Təqsirləndirilən şəxs1 400 manat pulu götürüb açıq talayaraq ordan tez uzaqlaşmaqla yaxınlıqda saxlanılmış həmin avtomobilə dərhal əyləşib ərazini tərk edərək soyğunçuluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxslərin həmin cinayət əməlini törətmələri aşağıdakı qaydada subuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, 25 yanvar 2021-ci il tarixdə kirayə yaşadığı evdən yeznəsi Rahim ilə birlikdə çıxmış və Bakı şəhərinə getmək istəmişlər. Yeznəsi taksi sifariş etmiş və yaşadıqları ərazidən taksiyə minib yola çıxmışlar. Taksi avtomobili ilə Abşeron rayonu, Saray qəsəbəsi ərazisində hərəkətdə olarkən «Əsləm» marketin qarşısındakı ərazidə Rahim bankomatın qarşısında yaşlı qadın dayandığını görüb ona işarə vermiş, onun işarəsindən başa düşmüşdür ki, qadının pulunu talamaq lazımdır və buna görə də taksini saxlatdırmışdır. O, taksidə arxa oturacaqda əyləşmiş, yeznəsi isə qabaq sağ oturacaqda əyləşmişdi. Taksini Əsləm marketin qarşısından irəlidə saxlatmış, taksidən düşüb marketə getmək istədikdə marketin tinində quraşdırılmış "xxxx" məxsus bankomatın qarşısında yaşlı qadın olduğunu görmüş və ondan köməklik lazım olub-olmaması ilə bağlı maraqlanmışdır. Qadın əlindəki kartı göstərib ona bankomatdan pul çıxarılması ilə bağlı yardım edilməsmini xahiş etmiş, ondan aldığı kartın birində olan hesabdan pulu çıxarıb həmin qadına vermiş, daha sonra digər kartı bankomata daxil edib hesaba baxmış, həmin kartın hesabında 470 manat pul olmuş, həmin pulun 400 manatının çıxarılması üçün əməliyyat etmiş, sonra kartı çıxarıb qadına yalandan bildirmişdir ki, hesabda pul yoxdur. Kartı qadına qaytarsa da, bankomatdan çıxan pulu əli ilə götürüb sağ cibinə qoymuş, qadın bankomatdan pulun çıxmasından şübhələndiyi üçün ondan pulunu tələb etmiş, o isə digər cibinə saxladığı xırda pulları çıxarıb qadına göstərmiş və demişdir ki, «bax bundan başqa pul yoxumdur», lakin qadın ondan hər vasitə ilə pulunu tələb etməyə başlamış, buna baxmayaraq, iti addımlarla gedib taksiyə əyləşmiş və sürücüyə getməyi bildirmişdir. Həmin vaxtı arxadan avtomobilin şüşəsindən baxdıqda qadının yola tərəf gəldiyini görmüş, lakin buna əhəmiyyət verməmiş və çıxıb getmişlər. Taksidə olarkən yeznəsi Rahim hadisəni başa düşdüyü üçün ondan həmin qadının pulunu ələ keçirməyi ilə bağlı maraqlanmış, ona demişdir ki, bankomatdan qadının 400 manat pulunu ələ keçirmişdir. Bundan sonra qorxmuş ki, yolda onları saxladarlar, buna görə də Xırdalan şəhərinə çatanda taksidən düşmüş, lakin yeznəsinin yol pulunu vermiş və özü tək geri evə qayıtmışdır. Buna baxmayaraq hadisədən sonrakı gündə əldə etdiyi pulun yarısını yeznəsinə xərcləmiş, sonuncuya siqaretlər, müxtəlif şirələr almış və demək olar ki, hər ikisi həmin puldan yanyan istifadə etmişlər. Əlavə olaraq göstərmişdir ki, taksi yolun sağ kənarında dayanacaqdan itəlidə dayanmış və yeznəsi də maşında əyləşmiş, sürücü onun dükana getdiyini zənn etmiş və buna görə də qayıdıb maşına mindikdə bir söz soruşmadan yoluna davam etmiş, sürücü onun qadının pulunu taladığı barədə şübhələnməmiş və hadisədən sonra da bu barədə ona bir söz deməmiş, yalnız yeznəsi Rahim onun etdiyi hərəkətləri başa düşmüşdür. Hazırda özünü Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsilə təqsirli bilərək əməldən peşmançılıq hissi keçirir. Həmçinin o, zərərçəkmiş şəxsə dəyən ziyanın tam ödənildiyini bildirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, Təqsirləndirilən şəxs1 qaynıdır və ailəsi ilə birlikdə onunla eyni ünvanda yaşayır. 25 yanvar 2021-ci il tarixdə kirayə yaşadıqları evdən qaynı Turqut ilə birlikdə çıxmış və Bakı şəhərinə getmək istəmişlər. O, taksi sifariş etmiş və yaşadığı ərazidən taksiyə minib yola çıxmışlar. Yolüstü Saray qəsəbəsinin ərazisində olarkən yolun sol kənarında yerləşən «Əsləm» marketin qarşısında olan bankomatın yanında bir nəfər yaşlı qadın olduğunu görüb Turquta həmin qadını işarə verib göstərmiş, Turqut onun hərəkətlərindən başa düşmüşdür ki, həmin qadına yaxınlaşıb kartından çıxarılmış pulu talaya bilər. Bu məqsədlə taksi sürücüsündən maşını saxlamasını bildirmiş, «Əsləm» marketin bərabərliyində yolun sağında dayanacaqdan irəlidə taksi saxlamış, Turqut taksidə arxa oturacaqda əyləşdiyindən qapını açıb yerə düşmüş və həmin bankomata tərəf gedib qadına yaxınlaşmışdır. O, maşında qabaq sağ oturacaqda əyləşmiş, üstündən təxminən 5 dəqiqə keçmiş Turqut iti addımlarla maşina tərəf gəlmiş və qapını açıb salona əyləşmiş, həmin vaxtı maşının mühərriki işlək vəziyyətdə olduğu üçün sürücü maşını sürüb oradan uzaqlaşmışdır. Yolda gedərkən «Neptun» marketin qarşısına çatdıqda Turqut maşını saxlatmış və düşüb geri evə qayıtmış, o isə taksi ilə hərəkətini davam etdirib Bakı şəhərinə getmişdir. Göstərmişdir ki, qaynı Turqutla yolda gedərkən qadının bankomatın qarşısında dayandığını görüb Turquta gözü ilə işarə vermiş və Turqut da onun işarəsindən başa düşmüşdür ki, həmin qadının pulunu talamaq olar. Lakin sürücü onun hərəkətləri barədə hansı məlumata malik olmamış, Eyni zamanda dayanacaqdan irəlidə sürücü maşını saxlayıb Turqutu gözləyən anda maşının mühərriki işlək vəziyyətdə olmuş, buna görə də Turqut maşına mindiyi anda sürücüyə bir söz demədən maşını hərəkətə başlayıb idarə edərək oradan çıxıb getmişlər. Turqut maşına əyləşdikdən sonra həmin qadının 40 manat pulunu taladığını ona demiş, həmin vaxtı ona pul verməsə də, sonrakı gündə həmin puldan siqaretlər və şirələr ona almışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, məcburi köçkün olduğu üçün ona və ailəsinə dövlət tərəfindən maddi yardım olunur. 25 yanvar 2021-ci il tarixində yoldaşına və özünə məxsus olan "xxxx" kartından pul çıxartmaq üçün “Əsləm” marketin yanındakı bankomatdan çətinlik çəkdiyindən ətrafdan bir nəfər tanımadığı şəxs ona yaxınlaşaraq kömək etmək istədiyini demiş, o da sevincindən həmin şəxsə öz razılığını vermişdir. Bu zaman həmin şəxs onun yoldaşma məxsus olan qırmızı rəngli 4169 7420 7564 2823 nömrəli kartdan 120 manat pul çəkmiş, həmin kartda cəmi 240 manat pul olmuş, Həmin şəxs kartı və bankomatdan çıxardığı 120 manat pulu ona vermiş, sonra isə o, özünə məxsus olan 6768 6753 6664 3094 nömrəli göy rəngli kartı həmin şəxsə vermiş və həmin kartdakı pulu da çıxartmağı xahiş etmişdir. Həmin kartda iki ayın təqaüd pulu olmuş və 470 manat təşkil etmişdir. Həmin şəxs kartı bankomata salıb bir neçə saniyə sonra ona yalandan demişdir ki, «bankomada pul yoxdur, pul köçürülməyib». O, isə həmin şəxsə narazılığını bildirmiş ki, heç olmasa bir ayın pulu köçmüşdür. Həmin bankomatdan pulun çıxdığını hiss etmiş, bu vaxt həmin şəxs özünü bankomatın qarşısına, yəni ona tərəf özünü sıxaraq bankomatdan pulun çıxmasını görməməyi üçün şərait yaratmaq istəmiş, lakin o pulun çıxdığını hiss etdiyi üçün həmin şəxsdən pulunu tələb etməyə başlamışdır. Belə ki, pulun bankomatdan 100-lük əskinazlarla çıxdığını görmüş, bu anda həmin şəxs əl atıb bankomatdan pulu götürüb cəlb cibinə qoymuş, belə olan halda ondan hər vasitə ilə pulu verməsini tələb etməyə başlamış, lakin həmin şəxs cibindən 5 manatlıq əskinazlar çıxardaraq cibində başqa pul olmadığını və həmin pulun da özünə məxsus olduğunu demiş, həmin şəxs cibindən çıxardığı və ona təqdim etdiyi pulların baş hissəsini onun əlində görmüş, o həmin anda özünü itirmiş və əl atıb həmin şəxsin əlindəki pullara baxmaq istəmiş və ona məxsus pulları verməsini tələb etmişdir. Bu anda həmin şəxs əlindəki 5 manatlıq əskinazları ona göstərən anda cibində olan xırda qəpiklər yerə düşdüyü üçün aşağı əyilib qəpikləri götürən anda üzü çevrilmiş vəziyyətdə qaçaraq yolun əks tərəfindən yolun kənarında dayanmış Opel Astra markalı, ** EJ *** dövlət nömrə nişanlı taksi avtomobilə əyləşmiş və həmin avtomobil də sürətlə sürərək oradan uzaqlaşmış, o da marketin qarşısında saxlanılmış taksi avtomobilinə əyləşib onun arxasınca getmək istəsə, də həmin avtomobili yolda itirmiş, belə ki, həmin avtomobil iti sürətlə oradan sürərək uzaqlaşmışdır. Lakin hadisə vaxtı azyaşlı nəvəsi onun yanında olduğu üçün ondan taksinin nömrəsini götürməsini demiş və uşaq da həmin maşının nömrəsini görüb ona demişdir. Əlavə olaraq göstərmişdir ki, həmin şəxs bankomatın qarşısında dayanıb onun pulunu bankomatdan götürdükdən sonra talayıb qaçarkən ona qarşı hər hansı formada fiziki zor tətbiq etməyib, həmin şəxs mənim yanımdan uzaqlaşan anda əlimi atıb onun paltarından tutmaq istəsə də, əlindən sürüşmüş və qaçıb getmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Opel Astra markalı, ** EJ *** dövlət nömrə nişanlı avtomaşını vardır və həmin avtomobillə Sumqayıt şəhərində arabir *6555 taksi şirkətinin təklif etdiyi müştəriləri götürüb aparmaqla taksi fəaliyyəti ilə məşğul olmuşdur. 25 yanvar 2021-ci il tarixdə idarə etdiyi Opel Astra markalı, ** EJ *** dövlət nömrə nişanlı avtomaşınla Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisindəki dayanacaqda olarkən adını sonradan bildiyim Turqut və Rahim adlı şəxslər müştəri kimi maşına götürmüş, belə ki, Rahim qabaq sağ oturacaqda, Turqut isə arxa oturacaqda əyləşmişdir. Onlar Bakı şəhəri istiqamətində getməyi ona bildirmiş, o avtomobili Saray qəsəbəsi ərazisindən Bakı şəhərinə doğru hərəkət etdirməyə başlamış, yolboyu Rahim arxaya çevrilib Turqut adlı şəxslə söhbət etmiş və ona təklif edilən işlərlə bağlı müzakirə aparmışlar. Avtomobili idarə edib Saray qəsəbəsində «Əsləm» marketin qarşısından keçən anda Turqut arxadan ona maşını saxlamağı və dükana girib tez bir anda geri qayıdacağını demiş, o, Turqutun dükandan siqaret alacağını başa düşmüş və dayanacaqdan bir qədər irəlidə maşını saxlamış, Turqut özü tək maşından düşüb getmişdir. Bildirmişdir ki, belindən əməliyyat olunduğu üçün mütəmadi maşının istilik peçini işlədir və belini soyuqdan qoruyur. Buna görə də həmin günü hava soyuq olduğundan Turqut maşını saxlatdırdığı anda da mühərriki söndürməmiş və maşının istilik peçini işlək vəziyyətdə saxlamışdır. Üstündən 3-4 dəqiqə keçmiş Turqut iti addımlarla gəlib maşına minmiş və o da maşını hərəkətə gətirib oradan uzaqlaşmışdır. X3 yenə də söhbətlərini davam etdirmiş, lakin o, avtomobili idarə etdiyi üçün bilavasitə onların söhbətlərinə qulaq asmamış və onun üçün sonuncuların söhbətləri maraqlı olmamışdır. Avtomobillə Xırdalan şəhərinin qarşısından keçdikdə Turqut gediş haqqını ödəyib maşından düşüb getmiş, lakin Rahim adlı şəxs isə maşında qalmış, o, sonuncunu Bakı şəhərinə Əhmədli istiqamətinə aparıb oradan düşürmüş, Rahim gediş haqqını ödəyib maşından düşüb getdikdən sonra Sumqayıt şəhərinə geri qayıtmaq istəmişdir. 20 yanvar metrosu ərazisini keçdikdə telefonuna zəng gəlmiş, ona zəng edən şəxs polis əməkdaşı olduğunu bildirib harada olduğu ilə bağlı maraqlanmış, o hərəkət istiqamətini bildirdikdən sonra polis əməkdaşı ona «Saray petrol»un qarşısına gəlməyi bildirmiş, o da heç bir söz soruşmadan həmin əraziyə gəlmiş, polis əməkdaşları ona Saray qəsəbəsi ərazisindən apardığı müştərilər barədə maraqlandıqda onlara həmin müştəriləri Sumqayıt şəhərindən 8-ci mikrorayon ərazisindən götürdüyünü və birini Xırdalan şəhərinə, digərini isə Bakı şəhərinə apardığını demiş, söhbət əsnasında ona məlum olmuşdur ki, həmin şəxslərdən biri, yəni Turqut adlı şəxsin bankomatm qarşısından yaşlı qadının pulunu taladığı bilmişdir. Göstərmişdir ki, marketdən bir qədər irəlidə maşını saxlayıb Turqutu gözləyən anda maşının peçi işlədiyi üçün mühərriki söndürməmiş və Turqut da maşına minən anda yalnız onun maşının qapısını bağladığını görüb maşını sürərək oradan uzaqlaşmış, Turqutu təqib edən hər hansı şəxsin olduğunu görməmiş, belə bir halın şahidi olmamışdır. Turqut maşına çox rahat formada minmiş və həmin anda da maşını idarə edib oradan uzaqlaşmış, sonuncunun hərəkətlərindən hər hansı cinayət törətməsini hiss etməmiş və Turqut özü də ona bu barədə hər hansı bir məlumat verməmişdir. Cinayət işinəəlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: "xxxx" ASC-nin Ödəniş kartı üzrə 27.01.2021-ci il tarixli çıxarışla müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs Yadulla qızının adma olan 6768 6753 6664 3094 nömrəli kartdan Abşeron rayonu, Saray qəsəbəsi, Rəsulzadə küçəsi, «Əsləm» marketdə quraşdırılmış ATM-dən 13:19:02 dəqiqədə əməliyyat olunmuş və hesabdan 400 manat nağd pul çıxarılmaqla hesabda 67,07 manat qalıq qalmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Abşeron rayon polis idarəsinin 01.03.2021-ci il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 01.03.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin 03.03.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli 01.03.2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Abşeron rayon polis idarəsinin 21.03.2021-ci il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 21.03.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 23.03.2021ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 il tarixdə MSY-dən həbsdən azad edilərək, barəsində polisin nəzarəti altına vermə növündə qətmkan tədbiri seçilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 04.08.2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.2 və 234.1-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxs tərəfindən15.11.2021-ci il tarixdə məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, ona dəymiş ziyan tam ödənildiyindən onun Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin, şahidin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, təqsirləndirilən şəxslərin törətdiyi soyğunçuluq əməlləri Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «Məhkəmə hökmü barədə» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 04 saylı qərarının 13-cü bəndində konkret olaraq qeyd edilmişdir ki, məhkəmələr, təqsirləndirilən şəxslərə cəza təyin edərkən, həm yüngüllük baxımından və həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. «İnsan Hüquqlarının və X2 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs törədilən cinayət əməlində özünü qismən, digər təqsirləndirilən şəxsin isə törədilən cinayət əməlində özünü təqsirli bilməsinə dair dəlilləri ilə əlaqədar məhkəmə qeyd edir ki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli 1 nömrəli Qərarının 3-cü bəndinə görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq, təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar onun əməlinin hüquqazidd xarakter daşıdığını başa düşürlər. Cinayət qanunvericiliyinə görə, özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər hansı icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçılarının, təhrikçilərinin, köməkçilərinin) barəsindəki sübutlara qiymət verilməlidir. Məhkəmə məhz göstərilənləri nəzərə almaqla baş vermiş cinayətin faktiki əlamətləri ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özgənin əmlakını açıq talamaqabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən soyğunçuluq etmək cinayətinə xas, yuxarıda təsvir olunan hüquqi əlamətləri tutuşduraraq hesab edir ki, bu əlamətlər arasında həm obyektiv cəhətin əlamətləri, həm də subyektiv cəhətin əlamətləri baxımından oxşarlıq vardır. Belə ki, cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı, Təqsirləndirilən şəxs1 ifadəsində 25 yanvar 2021-ci il tarixdə kirayə yaşadığı evdən yeznəsi Rahim ilə birlikdə çıxdığını və yaşadıqları ərazidən taksiyə mindiklərini, taksi avtomobili ilə Abşeron rayonu, Saray qəsəbəsi ərazisində hərəkətdə olarkən «Əsləm» marketin qarşısındakı ərazidə Rahimin bankomatın qarşısında yaşlı qadının dayandığını görüb ona işarə verdiyini və sonuncunun işarəsindən qadının pulunu talamaq lazım olduğunu başa düşdüyünü, taksini Əsləm marketin qarşısından irəlidə saxlatdığını, taksidən düşüb marketə getmək istədikdə marketin tinində quraşdırılmış "xxxx" məxsus bankomatın qarşısında yaşlı qadının köməklik lazım olub-olmaması ilə bağlı maraqlandığını, qadının əlindəki kartı göstərib ona bankomatdan pul çıxarılması ilə bağlı yardım edilməsmini xahiş etdiyini, ondan aldığı kartın birində olan hesabdan pulu çıxarıb həmin qadına verdiyini, daha sonra digər kartı bankomata daxil edib hesaba baxdığını, həmin kartın hesabında olan 470 manat pulun 400 manatını çıxarılması üçün əməliyyat etdiyini, sonra kartı çıxarıb qadına yalandan hesabda pul olmadığını bildirdiyini, kartı qadına qaytarsa da, bankomatdan çıxan pulu əli ilə götürüb sağ cibinə qoyduğunu, qadın bankomatdan pulun çıxmasından şübhələndiyi üçün ondan pulunu tələb etdiyini, o isə digər cibinə saxladığı xırda pulları çıxarıb qadına göstərdiyini, qadının ondan hər vasitə ilə pulunu tələb etməyə başladığını, buna baxmayaraq, iti addımlarla gedib taksiyə əyləşib sürücüyə getməyi bildirdiyini, taksidə olarkən yeznəsi Rahim hadisəni başa düşdüyü üçün ondan həmin qadının pulunu ələ keçirməyi ilə bağlı maraqlandığını, bankomatdan qadının 400 manat pulunu ələ keçirdiyini sonuncuya bildirdiyini, hadisədən sonrakı gündə əldə etdiyi pulun yarısını Rahimə xərclədiyini, sonuncuya siqaretlər, müxtəlif şirələr aldığını və demək olar ki, hər ikisi həmin puldan yan-yan istifadə etdityini Təqsirləndirilən şəxs2 üzünə qarşı demiş və onu ifşa etmişdir. Həmçinin zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində 25 yanvar 2021- ci il tarixində yoldaşına və özünə məxsus olan "xxxx" kartından pul çıxartmaq üçün “Əsləm” marketin yanındakı bankomatdan çətinlik çəkdiyindən Təqsirləndirilən şəxs1 ona yaxınlaşaraq kömək etmək istədiyini dediyini, o da sevincindən həmin şəxsə öz razılığını verdiyini, o, əvvəlcə yoldaşına məxsus olan kartdan çıxardığı 120 manat pulu ona verdiyini, sonra isə özünə məxsus olan kartı Təqsirləndirilən şəxs1 verərək hesabdakı kartı çıxartmağı xahiş etdiyini, kartda iki ayın təqaüd pulu 470 manat olduğunu, Turqut kartı bankomata salıb bir neçə saniyə sonra ona yalandan «bankomada pul yoxdur, pul köçürülməyib» dediyini, o, isə həmin şəxsə narazılığını bildirib heç olmasa bir ayın pulunun köçürüldüyünü bildirdiyini, bu zaman bankomatdan pulun çıxdığını hiss etdiyini, lakin Turqutun özünü bankomatm qarşısına tərəf özünü sıxaraq bankomatdan pulun çıxmasını görməməyi üçün şərait yaratmaq istədiyini, lakin o pulun çıxdığını hiss etdiyi üçün sonuncudan pulunu tələb etməyə başladığını, belə ki, pulun bankomatdan 100-lük əskinazlarla çıxdığım gördüyünü, bu anda həmin şəxs əl atıb bankomatdan pulu götürüb cəlb cibinə qoyduğunu, belə olan halda ondan hər vasitə ilə pulu verməsini tələb etməyə başladığını, lakin Turqut cibindən 5 manatlıq əskinazlar çıxardaraq cibində başqa pul olmadığını və həmin pulun da özünə məxsus olduğunu dediyini, həmin şəxs cibindən çıxardığı və ona təqdim etdiyi pulların baş hissəsini onun əlində gördüyünü, o həmin anda özünü itirdiyini və əl atıb həmin şəxsin əlindəki pullara baxmaq istədiyini və ona məxsus pulları verməsini tələb etdiyini, bu anda Turqutun əlindəki xırda qəpiklər yerə düşdüyü üçün aşağı əyilib qəpikləri götürən anda üzü çevrilmiş vəziyyətdə qaçaraq yolun əks tərəfindən yolun kənarında dayanmış Opel Astra markalı, ** EJ *** dövlət nömrə nişanlı taksi avtomobilə əyləşdiyini və həmin avtomobil də sürərək oradan uzaqlaşdığını, o da bir neçə dəqiqə sonra marketin qarşısında saxlanılmış taksi avtomobilinə əyləşib Turqutun arxasınca getmək istəsə də, həmin avtomobili yolda itirdiyini, Turqutun bankomatın qarşısında dayanıb onun pulunu bankomatdan götürdükdən sonra talayıb qaçarkən ona qarşı hər hansı formada fiziki zor tətbiq etmədiyini, sonuncu onun yanından uzaqlaşan anda əlini atıb onun paltarından tutmaq istəsə də, əlindən sürüşdüyünü və qaçıb getdiyini Təqsirləndirilən şəxs1 üzünə qarşı demiş və onu ifşa etmişdir. Məhkəmə təqsirləndirilən şəxslərin məhkəmə iclasında verdiyi ifadələrinə də tənqidi yanaşaraq hesab edir ki, onların ifadələri özlərini müdafiə xarakteri daşıyır və belə ifadələr verməklə onlar, məsuliyyətdən yayınmaq istəyirlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli 1 nömrəli Qərarının 9-cu bəndinə görə hökm çıxararkən məhkəmə CM-nin 34-cü maddəsində göstərilən əsaslar olduqda CM-nin 61.1.3 və 61.1.5-ci maddələrinə istinad etməklə cinayətin bir qrup şəxsin tərkibində törədilməsi halını cəzanı ağırlaşdıran hal kimi tanımağa haqlıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxs ilə barışıq əldə etməsi nəticəsində zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyini zamanı Azərbaycan Respublikası CMin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxs ilə barışıq əldə etməsi nəticəsində zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 64-cü maddəsinə görə iştirakçılıqla törədilmiş cinayətə görə cəza təyin edilərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyəti, vurulmuş zərərin həcminə və xarakterinə onun təsiri nəzərə alınır. Cəzanı yüngülləşdirən və ya ağırlaşdıran hallar iştirakçılardan birinə aid olduqda, cəza təyin edilərkən yalnız həmin şəxsə münasibətdə nəzərə alınır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlandığı müddət daxildir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs1 cəza təyin edərkən cəzasını yüngülləşdirən halın olmasını, törətdiyi cinayətin məqsəd və motivini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alıb hesab edir ki, ona təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin etməklə cəzanın məqsədlərindən biri olan sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı 01.03.2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun şəxsiyyətini, ailə və sosial vəziyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, atasının şəhid olmasını, cəzasını yüngülləşdirən halın olmasını nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı 31.01.2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 21.03.2021-ci il tarixdən 23.03.2021-ci il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 02 gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmalı və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Abşeron rayon vəkil bürosunun və Xırdalan şəhər vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Eyni zamanda məhkəmə istintaq zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Xıxdalan şəhər bürosunun verdiyi orderlə məhkəmə istintaq zamanı təqsirləndirilən şəxslərə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçilərin ibtidai və məhəkə istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi1 göstərdiyi 90 saat hüquqi yardıma görə 540 manat pul və Xırdalan şəhər vəkil bürosunun vəkili Abbas-zadə Rəhim İsaq oğlunun göstərdiyi 90 saat hüquqi yardıma görə 540 manat pul, məhkəmə istintaqı zamanı Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 80 saat hüquqi yardıma görə 480 manat pul və Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi3 göstərdiyi 80 saat hüquqi yardıma görə 480 manat pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351-353, 356, 358 və 384-cümaddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı 01.03.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 180.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 21.03.2021-ci il tarixdən 23.03.2021-ci il tarixədək Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət nəzərə alınaraq, ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı 31.01.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınsın və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ibtidai və məhkəmə istintaq zamanı müdafiəçilər tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Abşeron rayon vəkil bürosunun vəkili Müdafiəçi1 göstərdiyi 90 saat hüquqi yardıma görə 540 manat pul Abşeron rayon vəkil bürosunun hesablaşma, "xxxx" ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ75AİİB********************, VÖEN ********** hesabına, Xırdalan şəhər vəkil bürosunun vəkili Abbas-zadə Rəhim İsaq oğlunun göstərdiyi 90 saat hüquqi yardıma görə 540 manat pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma, "xxxx" ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ46AİİB********************, VÖEN ********** hesabına, eyni zamanda məhkəmə istintaqı zamanı Müdafiəçi2 göstərdiyi 80 saat hüquqi yardıma görə 480 manat pul və Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi3 göstərdiyi 80 saat hüquqi yardıma görə 480 manat pul Xırdalan şəhər vəkil bürosunun hesablaşma, "xxxx" ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ46AİİB********************, VÖEN ********** hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar