Məhkəmə qərarları › İş №1(012)-300/2020

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-300/2020

13.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-300/2020 13.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının, Vəliyev Nərmin Elçin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs2 və onun müdafiəçiləri Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X3, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 326.2-ci maddələri ilə, xx.xx.1974-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, əvvəllər məhkum olunmuş, evli, orta təhsilli, Abşeron rayonu, Pirəkəşkül kəndində qeydiyyatda olan və ünvan 2 ünvanında və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3 maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin baxış iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli yolla talamaq məqsədilə xx.xx.2018-ci il tarixdə saat 04 radələrində Zərərçəkmiş şəxs1 məxsus Abşeron rayonu, Saray qəsəbəsi, M.Dilbazi küçəsində yerləşən fərdi yaşayış evinin qapısının kilidini dəmir parçası ilə sındıraraq qanumsuz içəri daxil olmaqla evdən 200 manat nağd pulu və 1200 manat dəyərində məişət əşyalarını oğurlayıb, Zərərçəkmiş şəxs1 ümumilikdə 1400 (bir min dörd yüz) manat maddi ziyan vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs2 təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədilə xx xxxxxx 2019-cu il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs2 məxsus Abşeron rayonu, Saray qəsəbəsi, yeni məhəllədə yerləşən fərdi yaşayış evinin həyətinə hasardan aşmaqla qanunsuz daxil olmuş, həyətdə olan birmərtəbəli evin pəncərəsindəki dəmir barmaqlığı özündə olan dəmir parçası ilə yerindən qopardıqdan sonra plastikdən olan pəncərəsini əlindəki vintaçanla sıxıb açmaqla evə girib evin qonaq otağında olan bir ədəd 1000 manat dəyərində 108 diaqonallı «Samsunq» markalı televizoru, evin yataq otağında olan paltar dolabından bir ədəd 650 manat dəyərində «HP» markalı notbuku, kamotun dolabından bir ədəd 550 manat dəyərində «Magtime» markalı qızıldan olan qol saatını, bir ədəd 150 manat dəyərində «Tossot» markalı qol saatını, bir ədəd 70 manat dəyərində «Luç» markalı qol saatını, bir ədəd 40 manat dəyərində «Fitron» markalı qol saatını, bir ədəd 60 manat dəyərində «Gucci» markalı eynəyi, bir ədəd 30 manat dəyərində qadın üçün qol saatını, bir ədəd 60 manat dəyərində jaketi və bir ədəd 120 ABŞdolları ekvovalentində 204 manat dəyərində olan «Philips» markalı üzqırxan aparatı oğurlayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 2814 (iki min səkkiz yüz on dörd) manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs2 təkrarən özgə əmlakını gizli yolla talamaq məqsədlə tanışıTəqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək, xx.xx.2019-cu il tarixdə saat 21 radələrində Zərərçəkmiş şəxs3 yaşadığı Abşeron rayonu, Saray qəsəbəsi, M.Ziyadov küçəsində yerləşən 27 saylı fərdi yaşayış evinə, evin zirzəmisindən qanunsuz içəri daxil olmaqla evin mətbəxində divara quraşdırılmış 1 ədəd 700 manat dəyərində “Biaisi” markalı kombi istilik sistemi aparatını həmin aparatın 74 manat dəyərində elektrik tənzimləyicisi ilə birlikdə açıb gizli olaraq talayıb oğurlamaqla, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ümumilikdə 774 (yeddi yüz yetmiş dörd) manat maddi ziyan vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs2 təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədilə xx xxxxx 2019-cu il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs4 məxsus Abşeron rayonu, Saray qəsəbəsi, Q.Qarayev küçəsində yerləşən fərdi yaşayış evinin qonaq otağının pəncərəsini açaraq qanunsuz içəri daxil olmaqla evin yataq otağında olan paltar dolabından 1150 manat dəyərində qızıl-zinət əşyalarını və 1250 manat pulu oğurlayıb, Zərərçəkmiş şəxs4 ümumilikdə 2400 ( iki min dörd yüz) manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs2 təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədilə xx xxxxx 2019-cu il tarixdə saat 18 radələrində Zərərçəkmiş şəxs5 məxsus ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə, evin arxa pəncərəsini açaraq qanunsuz içəri daxil olmaqla evin yataq otağında paltar dolabının içərisindən hər birinin dəyəri 600 manat olan ümumi 1200 manat dəyərində iki ədəd qızıl boyunbağını, 1 ədəd 400 manat dəyərində qızıl boyunbağını, hər birinin dəyəri 400 manat olan ümumi 800 manat dəyərində iki ədəd qızıl üzüyü, 1 ədəd 300 manat dəyərində qızıl üzüyü, bir cüt 450 manat dəyərində qızıl sırğanı, bir ədəd 100 manat dəyərində olan qızıl uşaq qolbağını, 1 ədəd 170 manat dəyərində mirvari boyunbağını, 1 ədəd 800 manat dəyərində “Huavei” markalı mobil telefon aparatını və dolabda şüşə bankanın içərisində olan 55 manat xırda qəpik pulları oğurlayıb, Zərərçəkmiş şəxs5 ümumilikdə 4275 (dörd min iki yüz yetmiş beş)manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs2 təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədilə xx xxx 2019-cu il tarixdə saat 08 radələrində Zərərçəkmiş şəxs6 məxsus Abşeron rayonu, Novxanı kəndində yerləşən fərdi yaşayış evinin yataq otağının pəncərəsini açaraq qanunsuz içəri daxil olmaqla evin yataq otağından hər topda 100 metr olmaqla bir topunun qiyməti 33 manat dəyərində ümumi 66 manat məbləğində 2 top 200 metr uzunluğunda 4 mm diametrli elektrik naqilini və digər otaqdan 1 ədəd 150 manat dəyərində od samovarını oğurlayıb Zərərçəkmiş şəxs6 ümumilikdə 216 ( iki on altı) manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs2 təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədilə xx xxxx 2019-cu il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs7 məxsus Abşeron rayonu, Saray qəsəbəsi, Rəşid Behbudov küçəsində yerləşən fərdi yaşayış evinin həyətinə hasardan aşmaqla qanunsuz daxil olaraq, həyətdə olan birmərtəbəli evin plastikdən olan pəncərəsini əlindəki vintaçanla sıxıb açmaqla evə girmiş və evin dəhlizdə olan dolabın içərisində olan pulqabıdakı 750 manat pulu, həmin dolabda olan 500 manat dəyərində bir cüt uşaq üçün qızıl sırqanı, 300 manat dəyərində bir ədəd qadın üçün üzərində ağ qaşı olan qızıl üzüyünü, hər biri 50 manat dəyərində olmaqla, ümumilikdə 100 manat dəyərində iki ədəd qadın üçün gümüş qolbağı, bir ədəd 25 manat dəyərində üzərində səkkiz forması olan qadın gümüş üzüyü, bir ədəd 40 manat dəyərində olan qadın gümüş üzüyü və 170 manat dəyərində kişi qol saatını oğurlayıb, Zərərçəkmiş şəxs7 ümumilikdə 1935 (bir min doqquz yüz otuz beş) manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs2 təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədilə xx xxxx 2019-cu il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs8 məxsus Abşeron rayonu, Saray qəsəbəsi, Mirzə İbrahimov küçəsində yerləşən fərdi yaşayış evinin plastik pəncərəsini açma yolu ilə qanunsuz içəri daxil olmaqla evin qonaq otağında olan dolabdan hər birinin qiyməti 300 manat olmaqla ümumi 600 manat dəyərində 02 ədəd qızıl sırğanı, 01 ədəd 300 mat dəyərində qızıl üzüyü, 01 ədəd 250 manat dəyərində qızıl üzüyü, 01 ədəd 500 manat dəyərində qızıl boyunbağını və 500 nanat nağd pulu oğurlayıb, Zərərçəkmiş şəxs8 ümumilikdə 2150(iki min yüz əlli) manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs2 təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədilə 21iyul 2019-cu il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs9 məxsus ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə pəncərəni açmaq yolu ilə qanunsuz içəri daxil olaraq evin yataq otağından 1 ədəd 900 manat dəyərində olan “Qrundik” markalı notbuk tipli kompyuteri, evin digər yataq otağından 1 ədəd 300 manat dəyərində “Lenova” markalı notbuk tipli kompyuteri, bir ədəd 50 manat dəyərində madem aparatını vəəl çantasında olan 300 AZN pulunu, həmçinin qonaq otağından Zərərçəkmiş şəxs10 məxsus içərisində şəxsiyyət vəsiqəsi və qaz ödəmə kartı olan əl çantasını oğurlayıb, zərərçəkmiş şəxslərZərərçəkmiş şəxs9 ümumilikdə 1550(bir min beş yüz əlli) manat və Zərərçəkmiş şəxs10 maddi ziyan vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs2 təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədilə xx xxxx 2019-cu il tarixə keçən gecə saat 21 radələrində Zərərçəkmiş şəxs11 məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən fərdi yaşayış evinə pəncərənin dəmir barmaqlığını sındırmaqla qanunsuz daxil olaraq oradan 200 manat dəyərində 1 ədəd qızıl üzüyü, 350 manat dəyərində 1 ədəd 5 qaşlı qızıl üzüyü, 1000 manat dəyərində 1 cüt “ürək” formalı qızıl sırğanı, 500 manat dəyərində 1 cüt qızıl sırğanı, 800 manat dəyərində 1 ədəd uşaq üçün qızıl dəstini, hər biri 200 manat dəyərində olan ümumi 1000 manat dəyərində 5 cüt qızıl uşaq üçün sırğanı, hər biri 150 manat dəyərində ümumi 300 manat dəyərində 2 ədəd qızıl üzüyü, 300 manat dəyərində 1 ədəd qızıl qolbağını, 150 manat dəyərində 1 ədəd qızıl boyunbağını, 200 manat dəyərində 1 ədəıd qızıl üzüyü, 400 manat dəyərində 1 ədəd uşaq üçün qızıl qolbaq və üzük dəstini, hər biri 50 manat olan ümumi 100 manat dəyərində 2 ədəd uşaq üçün qızıl sırğanı, 200 manat dəyərində 1 ədəd qızıl medalyonu və 500 manat dəyərində 1 cüt qızıl sırğanı oğurlayıb, Zərərçəkmiş şəxs11 ümumilikdə 6000 (altı min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs2 təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədilə xx xxxxxx 2019-cu il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs12 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi, yeni yaşayış massivində yerləşən fərdi yaşayış evinin pəncərsinin dəmir barmaqlığını sındıraraq qanunsuz içəri daxil olmaqla evin yataq otağında olan paltar dolabından 2500 manat dəyərində 1 ədəd qızıl kişi saatını və 1000 manat nağd pulu oğurlayıb, Zərərçəkmiş şəxs12 ümumilikdə 3500 ( üç min beş yüz) manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs2 təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədilə xx xxxxxxxx 2019-cu il tarixdə saat 19 radələrində X2 məxsus Abşeron rayonu, Novxanı kəndi, M.İbrahimov küçəsində yerləşən fərdi yaşayış evinin qonaq otağının pəncərəsini açaraq qanunsuz içəri daxil olmaqla evin yataq otağında olan paltar dolabından 500(beş yüz) manat məbləğində nağd pulu oğurlayıb, zərərçəkmiş şəxs X2 maddi ziyan vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs2 təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədilə xx xxxxxxxx 2019-cu il tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs14 məxsus ünvan 6 saylı ünvandakı fərdi evin həyətinə hasardan aşmaqla qanunsuz içəri daxil olmuş, həyətdə olan ikimərtəbəli evin ikinci mərtəbəsinə pilləkənlə çıxaraq plastikdən olan pəncərəsini əlindəki vintaçanla sıxıb açmaqla evə girərək evin yataq otağında paltar dolabının rəfində olan bir ədəd 350 manat dəyərində 583 əyarlı qızıl qolbağı, bir ədəd 1100 manat hər bir məmulatın üzərində 7 ədəd brilyant qaşı olan qızıl üzük-sırğa dəstini, bir ədəd 350 manat dəyərində 583 əyarlı, üzərində 7 ədəd brilyant qaşı olan qızıl nişan üzüyünü, bir ədəd 200 manat dəyərində 583 əyarlı qızıl qolbağı, 100 manat nəğd pulu, 8 ABŞ dollarını ekvivalentlə 13,6 manat pulu oğurlayıb, Zərərçəkmiş şəxs14 ümumilikdə 2100,6 (iki min yüz altı)manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs2 təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədilə xx xxxxxxxx 2019-cu il tarixdə saat 21 radələrində Zərərçəkmiş şəxs15 məxsus Abşeron rayonu, Saray qəsəbəsi, yeni məhəllədəki fərdi yaşayış evinin həyətinə hasardan aşaraq qanunsuz içəri daxil olmuş, həyətdə olan ikimərtəbəli evin plastikdən olan pəncərəsini əlindəki vintaçanla sıxıb açmaqla evə girərək evin yataq otağındakı paltar dolabında olan əl çantasından 1500(bir min beş) manat məbləğində nəğd pulu oğurlayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs15 maddi ziyan vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs2 təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədilə xx xxxxxxxx 2019-cu il tarixdə saat 04 radələrində X4 məxsus Abşeron rayonu, Saray qəsəbəsi, A.ünvan 7 ünvanında yerləşən evinin həyətinə hasardan aşıb keçərək həyətdə olan qarajın qapısının kilidini sındıraraq qanunsuz içəri daxil olmaqla qarajdan hər birinin qiyməti 18 manat olan ümumi 126 manat dəyərində 07 ədəd izoband adlı yapışkan lenti, hər birinin qiyməti 5 manat olan ümumi 25 manat dəyərində 05 ədəd “purkuley” adlı yapışdırıcını, hər bir qutunun qiyməti 9 manat olan ümumi 180 manat dəyərində 20 qutu şurupu və hər birinin qiyməti 05 manat olan ümumi 10 manat dəyərində 02 ədəd qıfılı oğurlayıb, zərərçəkmiş şəxs X4 ümumilikdə 341 (üç yüz qırx bir)manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs2 təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədilə xx xxxxxxx 2019-cu il tarixdə saat 18 radələrində Zərərçəkmiş şəxs17 məxsus ünvan 8 saylı ünvanda yerləşən fərdi yaşayış evinin həyətinə hasardan aşmaqla qanunsuz içəri daxil olmuş, həyətdə olan birmərtəbəli evin dəmir barmaqlığını sındıraraq plastikdən olan pəncərəsini əlindəki vintaçanla sıxıb açmaqla evə girərək evin yataq otağında olan kamotun üzərində qabda saxlanılan 400 manat nəğd pulu və 2500 manat dəyərində qızıl sırğa-üzük dəstini oğurlayıb, Zərərçəkmiş şəxs17 umilikdə 2900 (iki min doqquz yüz) manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs2 təkrarən özgə əmlakını gizli yolla talamaq məqsədlə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək, xx.xx.2019-cu il tarixdə gecə saat 02 radələrində Zərərçəkmiş şəxs18 məxsus Abşeron rayonu, Novxanı qəsəbəsi, yeni məhəllədə yerləşən fərdi yaşayış evinin hasarından aşmaqla evin həyətinə daxil olaraq evin zirzəmisində quraşdırılmış 800 (səkkiz yüz) manat dəyərində “Enko” markalı kombi istilik aparatını söküb çıxartmaqla oğurlayaraq Zərərçəkmiş şəxs18 maddi ziyan vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs2 təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədilə xx.xx.2019-cu il tarixdə saat 21 radələrində Zərərçəkmiş şəxs19 məxsus Abşeron rayonu, Saray qəsəbəsi,Yeni məhəllədə yerləşən fərdi evinin plastik pəncərəsini açma yolu ilə qanunsuz içəri olaraq evin ikinci mərtəbəsində tavandan asılmış bir ədəd 700 manat dəyərində xurustal çıl-çırağı və ümumi 1300 manat dəyərində yataq dəsti və qab-qacağı oğurlayaraq, Zərərçəkmiş şəxs19 ümumilikdə 2000 (iki min)manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs2 təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədilə 25oktyabr 2019-cu il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs20 məxsus Abşeron rayonu,Saray qəsəbəsi, S.Qazıyeva küçəsində yerləşən fərdi evə pəncərəni açmaq yolu ilə qanunsuz içəri daxil olmaqla evdən hər birinin dəyəri 150 manat olanümumi 600 manat dəyərində 4 ədəd istilik radiatorlarını, 400 manat dəyərində olan 200 metr elektrik naqillərini, hər birininqiyməti 70 manat olan ümumi 140 manat dəyərində 2 top 4-lük elektrik naqillərini və 160 manat dəyərində olan müxtəlif çeşiddə tikinti alətlərini və mis qazanları oğurlayaraq, Zərərçəkmiş şəxs20 ümumilikdə 1300(bir min üç yüz) manatməbləğində maddi ziyan vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs2 təkrarən özgənin əmlakını gizli yolla talamaq məqsədilə xx.xx.2019-cu il tarixdə saat 17 radələrində X8 məxsus Abşeron rayonu, Saray qəsəbəsi, R.Cəlilov küçəsində yerləşən 11 nömrəli evin plastik pəncərəsini açma yolu ilə qanunsuz içəri daxil olmaqla evin dəhlizində olan dolabdan 370 (üç yüz yetmiş) manat nəğd pulunu, 1 ədəd 150 (yüz əlli) manat dəyərində 3 qr çəkidə olan qızıl qadın üzüyünü və 1 cüt 250 (iki yüz əlli) manat dəyərində olan 6-7 qr çəkidə qızıl sırğasını oğurlayaraq, zərərçəkmiş şəxs X8 ümumilikdə 770 (yeddi yüz) manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs2 təkrarən özgə əmlakını gizli yolla talamaq məqsədlə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək, xx.xx.2019-cu il tarixdə təxminən saat 16 radələrində Zərərçəkmiş şəxs22 yaşadığı Abşeron rayonu, Digah kəndində yerləşən fərdi yaşayış evinin pəncərəsini açıb qanunsuz içəri daxil olmaqla evin yataq otağında olan dolabın içərisindən 3000 manat pul, 1500 manat dəyərində qızıl-zinət əşyaları, 300 manat dəyərində gümüş bijuteriyaları, 1 ədəd 100 manat dəyərində 1 ədəd Almaniyada istehsal edilmiş “Nokia” markalı 8800 (RM- 13) modelli 3562xx/xx/454570/5 imey kodlu senzor dizayınlı mobil telefonu və 1 ədəd 50 manat dəyərində 1 ədəd Çində istehsal olunmuş “Umi London” markalı **********15943 imey kodlu senzor dizayınlı mobil telefonu oğurlayaraq, ümumilikdə zərər çəkmiş şəxsə 4950 (dörd min doqquz yüz əlli) manat məbləğində maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs1 özgə əmlakını gizli yolla talamaq məqsədlə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək, xx.xx.2019-cu il tarixdə saat 21 radələrində Zərərçəkmiş şəxs3 yaşadığı Abşeron rayonu, Saray qəsəbəsi, M.Ziyadov küçəsində yerləşən 27 saylı fərdi yaşayış evinə, evin zirzəmisindən qanunsuz içəri daxil olmaqla evin mətbəxində divara quraşdırılmış 1 ədəd 700 manat dəyərində “Biaisi” markalı kombi istilik sistemi aparatını həmin aparatın 74 manat dəyərində elektrik tənzimləyicisi ilə birlikdə açıb oğurlayaraq, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ümumilikdə 774 (yeddi yüz yetmiş dörd) manat maddi ziyan vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən özgə əmlakını gizli yolla talamaq məqsədlə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək, xx.xx.2019-cu il tarixdə gecə saat 02 radələrində Zərərçəkmiş şəxs18 məxsus Abşeron rayonu, Novxanı qəsəbəsi, yeni məhəllədə yerləşən fərdi yaşayış evinin hasarından aşmaqla evin həyətinə daxil olaraq evin zirzəmisində quraşdırılmış 800 (səkkiz yüz) manat dəyərində “Enko” markalı kombi istilik aparatını söküb çıxartmaqla oğurlayaraq Zərərçəkmiş şəxs18 maddi ziyan vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən özgə əmlakını gizli yolla talamaq məqsədlə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək, xx.xx.2019-cu il tarixdə təxminən saat 16 radələrində Zərərçəkmiş şəxs22 yaşadığı Abşeron rayonu, Digah kəndində yerləşən fərdi yaşayış evinin pəncərəsini açıb qanunsuz içəri daxil olmaqla evin yataq otağında olan dolabın içərisindən 3000 manat pul, 1500 manat dəyərində qızıl-zinət əşyaları, 300 manat dəyərində gümüş bijuteriyaları, 1 ədəd 100 manat dəyərində 1 ədəd Almaniyada istehsal edilmiş “Nokia” markalı 8800 (RM- 13) modelli 3562xx/xx/454570/5 imey kodlu senzor dizayınlı mobil telefonu və 1 ədəd 50 manat dəyərində 1 ədəd Çində istehsal olunmuş “Umi London” markalı **********15943 imey kodlu senzor dizayınlı mobil telefonu oğurlayaraq, ümumilikdə zərər çəkmiş şəxsə 4950 (dörd min doqquz yüz əlli) manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxslərin həmin cinayət əməlini törətmələri aşağıdakı qaydada subuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, ailəsi ilə bir yerdə ünvan 1-də yaşayır. Təqsirləndirilən şəxs1 2 il müddətdir ki, tanıyır, Əhmədlə münasibətləri hər zaman yaxşı olmuş, aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. Əhmədlə birlikdə Aşeron rayonu, Saray qəsəbəsindən ber neçə dəfə oğurluq etmişlər. 2013-cü ildə metal kəsici yerində fəhlə işləyərkən orada dəmir kəsən aparatı sol qolunu kəsdiyi üçün həmin qolu amputasiya olunmuş, hazırda sol qoluna protez yerləşdirilmişdir. Heç bir yerdə işləmədiyindən və əlində pulu olmadığı üçün pul əldə etmək məqsədi ilə oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə xx.xx.2018-ci il tarixdə saat 04 radələrində Abşeron rayonu, Saray qəsəbəsinə gəlmişdir. Həmin qəsəbədə gəzərkən işığı yanmayan bir ev görmüş və həmin evə diqqətlə baxanda evdə yaşayış olmadığını görmüşdür. Ətrafa baxıb onu heç kimin görmədiynə əmin olduqdan sonra hasardan aşaraq evin həyətinə keçmişdir. Darvazanın qapısını aralı qoyub evin qapısının kilidini həyətdə tapdığı dəmir parçası ilə qırıb evə daxil olmuşdur. Evə ətraflı baxdıqda evi dağınıq vəziyyətə salmışdır. Evdə qonaq otağında olan qonaq mebelinin siyirməsinə baxdıqda orada 200 manat pulun olduğunu görüb götürmüşdür. Sonra mebelin içərisində qutularda olan bir neçə dəst qab-qacağı evdən tapdığı kisəyə qoyub evdən çıxmış və yolda saxladığı tanımadığı taksiyə qoyaraq Bakı şəhəri, Sabunçu rayonunda yerləşən Sabunçu bazarına aparıb tanımadığı şəxsə ümumilikdə 250 manata satıb əldə etdiyim pulu öz ehtiyaclarına xərcləmişdir. Bundan başqa maddi ehtiyaclarını ödəmək məqsədi ilə xx xxxxxx 2019-cu il tarixdə axşam radələrində gəzə-gəzə Abşeron rayonu, Saray qəsəbəsi ərazisinə gəlmişdir. Həmin ərazidə yeni məhəllə adlanan ərazi ilə piyada məhəllərin arasında gedərkən işıqları sönülü fərdi ev nəzərini cəlb etmişdir. Həyətin qapısını döydükdə qapını açan olmadığı üçün başa düşmüşdür ki, həmin evdə adam yoxdur, buna görə də evdən oğurluq etməyi qərara almışdır. Həmin vaxt təxminən saat 23 radələri olmuşdur. Həyətin mişar daşı ilə əhatələnmiş hasarının üstünə çıxaraq həyətə tullanmişdir. Həyətdə kürsülü birmərtəbəli fərdi ev olmuş, həmin evin plastikdən olan pəncərəsinin üstündə dəmir barmaqlıq olmuşdur. Yerdən götürdüyü dəmir parçası ilə dəmir barmaqlığı yan tərəfdan sındırmış və kənara çəkib özündə olan vintaçanla evin plastik pəncərəsini sıxıb açmışdır. Pəncərədən evə daxil olduqdan sonra axtarmağa başlamışdır. Evdə iri ekranı olan televizor olmuşdur, həmin televizoru götürüb pəncərənin qarşısına gətirmişdir. Sonra evin yataq otağına keçib oranı axtardıqda oradakı şifonerdən bir ədəd notbuk, dolabdan bir ədəd qızıl saat, əlavə dörd ədəd müxtəlif saatlar, eynək və üzqırxan tapıb götürmüşdür. Bundan sonra evdən götürdüyü televizoru, notbuku pəncərədən bayıra çıxarmış, qalan əşyaları ilə cibinə qoymuşdur. Evdən götürdüyü əşyaları hasardan kənara çıxarıb yoldan keçən taksiyə qoyaraq yaşadığı əraziyə aparmışdır. Həmin günün səhəri oğurladığı televizoru, notbuku Bakı şəhəri, Yasamal bazarında tanımadığı şəxsə 350 manata satmışdır. Oğurladığı saatlardan biri qızıl olduğu üçün həmin saatı da 220 manata satmışdır. Əldə etdiyi pulları isə şəxsi tələbatı üçün xərcləmişdir. Oğurladığı digər saatları isə bir müddət özü istifadə etmiş, sonra həmin əşyalar xarab olduğu üçün atmışdır. Bundan başqa maddi ehtiyaclarını ödəmək məqsədi ilə tanışı Əhmədlə xx xxxx 2019-cu il tarixdə təxminən saat 21 radələrində Abşeron rayonu, Saray qəsəbəsinə gələrək orada olan bir mərtəbəli evin ətrafında fırlanmışlar və evdə heç kəsin olmadığına əmin olduqdan sonra evə daxil olaraq oğurluq etmək qərarına gəlmişlər. Əhmədlə birlikdə hasarı aşaraq evin həyətinə daxil olmuşlar. Bundan sonra Əhmədlə evin zirzəmisinə tərəf yaxınlaşmışlar və zirzəminin ağzına yığılmış mişar daşlarını kənara itələyib zirzəmiyə girərək zirzəmidən otağa döşənmiş taxtaları kənara çəkib evin içərisinə çıxaraq evə baxmışlar. Evdə bir şey tapa bilmədiyi üçün evin mətbəxində quraşdırılmış kombi istilik aparatını və elektrik tənzinləyicisi ilə birlikdə yerindən çıxarıb evdən götürdükləri kisəyə qoyaraq evdən çıxıb uzaqlaşmışlar. Sonra həmin kombini Sumqayıt şəhərində yerləşən əşya bazarına aparıb tanımadığı şəxsə 200 manata satmışlar. Kombini tanımadığı şəxsə satarkən özlərinə aid olduğunu və pula ehtiyyac olduğundan ucuz satdıqları bildirmişlər. Əldə etdikləri pulu Əhmədlə öz aralarında bölüşdürmüşlər və hərəsinə 100 manat pul düşmüşdür. Əldə etdiyi pulu öz ehtiyaclarına xərcləmişdir. Bundan başqa maddi ehtiyaclarını ödəmək məqsədi ilə oğurluq etmək qərarına gəlmişdir. xx xxxxx 2019-cu il tarixdə saat 20 radələrində Abşeron rayonu, Saray qəsəbəsi ərazisində nəzarətsiz ev axtarmışdır ki, oğurluq etmişdir. Bu vaxt Abşeron rayonu, Saray qəsəbəsində Q.Qarayev küçəsində olarkən həyətinin giriş qapısında iki laylı qırmızı rəngli dəmir darvazananı üzərində qıfıl olduğunu görmüşdür. Həmin vaxt evdə heç kimin olmadığını fikirləşib hasardan aşaraq həyətə daxil olmuşdur. Bu vaxt evin dəmir barmaqlı pəncərəsinin dəmir barmaqlığını üzərində olan mantirovka ilə qıraraq pəncərədən içəri daxil olmuşdur. Bu vaxt həmin otaq təmirsiz vəziyyətdə olmuşdur. Digər otağa keçərkən həmin otağın yataq otağı olduğunu görüb paltar şkafını açıb axtararkən paltarın cibindən 1 ədəd qızıl üzük, bir cüt qızıl sırğa və bir ədəd qızıl boyunbağını götürüb cibimə qoymuşdur. Daha sonra paltar dolabını axtararkən dəsmalların arasından 1250 manat pul tapmışdı. Mən həmin pulu da cibimə qoyub tez evi tərk etmişdir. Daha sontra yola çıxaraq oradan tanımadığı yol taksisi ilə Bakı şəhərinə gedib həmin pulu şəxsi ehtiyacı üçün xərcləmişdir. Səhəri gün oğurluq yolu ilə əldə etdiyi qızıl-ziynət əşyalarını isə 8-ci kilometr bazarında tanımadığı şəxsə ümumilikdə 200 manata satmışdır. Həmin pulu da şəxsi ehtiyacı üçün xərcləmişdir. Bu oğurluq əməlini etməyindən heç kimin məlumatı olmamışdır. Ona bu oğurluğu etməkdə heç kim köməklik etməmişdir. Bundan başqa maddi ehtiyaclarını ödəmək məqsədi ilə yenə qərara gəlmiş oğurluq etsin. Bu məqsəldə xx xxxxx 2019-cu il tarixdə saat təxminən 17 radələrində Abşeron rayonu Məmmədli kəndi E.Əliyev küçəsi 2 saylı evin qarşısından keçərəkən bu zaman görmüşdür ki, həmin evin qapısı bağlıdır və evdə heç kim yoxdur. Evin küçəyə doğru qoyulmuş taxta pənəcərəsini açaraq evə daxil olmuş bundan sonra həmin evdən yataq otağında olan şkafdan 55 manat pul qızıl zinət vəşyaları və 1 ədəd mobil telefon aparatını götürərək bayıra çıxmışdır. Əldə etdiyi mobil telefon aparatını mən yaxınlıqda olan zibil qutusuna atmışdır. Qızıl zinət əşyalarını isə xx xxxxx 2019-cu il tarixdə Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən Moskva univermağında 500 manata tanımadığı şəxsə satmışdır. Ələ etdiyi pulları isə öz şəxsi ehtiyaclarına ödəmişdir. Bundan sonra yenə də maddi ehtiyaclarını ödəmək məqsədi ilə yenə oğurluq etmək qərarına gəlmişdir. xx xxx 2019-cu il tarixdə saat 08 radələrində Abşeron rayonu, Novxanı kəndində nəzarətsiz ev axtarmışdır. Bu vaxt həyətinin giriş qapısı iki laylı dəmir darvazanın üzərində qıfıl olduğunu görüb evdə heç kimin olmadığını başa düşmüşdür. Buna görə dərhal darvazanın yanından həyətə daxil olmuşdur. Sol tərəfdə yerləşən evin təmir olunduğunu və yaşayış olmadığını görmüşdür. Bu vaxt darvazadan həyət daxil olarkən sol tərəfdə yerləşən evin plastik pəncərəsini taxta parçası ilə təsir edib açmışdır. Oradan eva daxil olmuşdur. Bu vaxt ətrafa baxarkən pəncərəsindən daxil olduğu otaqdan iki top elektrik naqilini götürmüş, bu vaxt qarşı tərəfdə yerləşən təmirsiz otaqda döşəmənin üzərində olan samovar görüb onu da götürmüşdür. Bu vaxt o növbəli formada ilk olaraq samovarı daha sonra elektrik naqillərini hasrdan yola atmışdır. Daha sonra özü də həyətdən yola çıxıb elektrik naqillərini və samovarı yola çıxardıb oradan tanımadığı taksi ilə həmin samovarı və elektrik naqilini Bakı şəhəri, Sabunçu rayonunda yerləşən əşya bazarına gətirib orada ümumilikdə 40 manata satmışdır. Həmin puldan 13 manatı isə taksi sürücüsünə yol haqqı kimi vermişdir. Qalan 27 manat pulu şəxsi ehtiyacı üçün xərcləmişdir. Həmin takisi sürücüsü onun samovar və elektrik naqilini oğurlamasından məlumatı olmamış və həmin sürücüyə samovar və elektrik naqilinin özünə məxsus olduğunu və ehtiyacı üçün satdığımı demişdir. Onun həmin oğurluq hadisəsini törətməsindən heç kimin məlumatı olmamışdır. Bundan başqa yenə də maddi ehtiyaclarını ödəmək məqsədi ilə yenə xx xxxx 2019-cu il tarixdə axşam radələrində gəzəgəzə Abşeron rayonu, Saray qəsəbəsi ərazisinə gəlmişdir. Həmin ərazidə Rəşid Behbudov küçəsi ilə piyada məhəllərin arasında gedərkən işıqları sönülü fərdi ev nəzərini cəlb etmişdir. Həyətin qapısını döydükdə qapını açan olmadığı üçün başa düşmüşdür ki, həmin evdə adam yoxdur, buna görə də evdən oğurluq etməyi qərara almışdır. Həmin vaxt təxminən saat 20 radələri olmuşdur. Həyətin mişar daşı ilə əhatələnmiş hasarının üstünə çıxaraq həyətə tullanmışdır. Həyətdə kürsülü birmərtəbəli fərdi ev olmuşdur. Evin plastikdən olan pəncərəsinin üstündə dəmir barmaqlıq olmadığından pəncərədən evə girməyi qərara almuşdur. Özündə olan vintaçanla plastik pəncərəni sıxıb açmış və evin mətbəxinə daxil olmuşdur. Pəncərənin yanında bir ədəd şkaf olduğunu görüb içərisini axtarmışdır. Şkafın içində pulqabı olmuşdur. Pulqabını götürüb içərisinə baxdıqda pul olduğunu üçün götürmüş və pulqabını otaqda stolun üstünə qoymuşdur. Sonra şkafa baxdıqda polkada sırğalar, üzüklər, qolbağ kişi saatı olduğunu görüb qızılları da götürmüş və evə girdiyi pəncərədən də çıxıb ərazini tərk edib getmişdir. Evdən oğurladığı bir cüt sırğa və bir ədəd üzüyün qızıl olduğunu görmüş, buna görə də həmin qızılları Bakı şəhəri Yasamal rayonu ərazisində tanımadığı şəxsə 250 manata satmış, digər əşyalar qızıl olmamdığından həmin əşyaların bijuteriya olduğunu zənn etdiyi üçün yolda gedərkən atmışdır, qızılların satışından əldə etdiyi pulları, həmçinin pul kisindən götürdüyü təxminən 700 manat məbləğində nəğd pulu şəxsi tələbatı üçün xərcləmişdir. Bundan başqa yenə də maddi ehtiyaclarını ödəmək məqsədi ilə xx.xx.2019-cu il tarixdə axşam saat 22 radələrində oğurluq etmək üçün Abşeron rayonu, Saray qəsəbəsinə gəlmişdir. İşığı yanmayan evlərdən birinin həyətinə daxil olmuş və özü ilə qabaqcadan götürdüyü vint açar vasitəsi ilə plastik pəncərəni açaraq evə daxil olmuşdur. Evi dərhal axtarmağa başlamışdır. Evin qonaq otağında olan şkafı axtararkən orada qızıl zinyət əşyaları və 500 manat pul tapmışdır. Həmin əşyaları özü ilə götürmüşdür. Sonra həmin qızıl zinyət əşyalarını Bakı şəhəri, Moskva univermağının qarşısında hamısını birdən tanımadığı şəxsə 600 manata satmışdır. Pulu isə şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa yenə də maddi ehtiyaclarını ödəmək məqsədi ilə qərara gəlmişdir ki, oğurluq etsin. Bu məqsəldə 21iyul 2019-cu il tarixdə saat 22 radələrindəAbşeron rayonu Sarayqəsəbəsi, R.Rza küçəsindən keçərkən sahibini tanımadığı bir evin işıqlarının yanmadığını, həmçinin yoxladıqda isə həmin evin həyət darvazasının bağlı olduğunu görmüşdür. Evdə heç kim olmadığına tam əmin olduqdan sonra hasardan həyətə daxil olaraq evin yan tərəfinə qoyulmuş plastik materialdan olan pəncərəni cibində olan beton mismarı ilə açaraq evə daxil olmuşdur. Evin bütün otaqlarına nəzər yetirdikdən sonra pul və qızıl axtarmağa başlamışdır. Yataq otağında olan əl çantasının içərisinə baxdıqda 300 manat olduğunu görüb həmin pulu götürmüşdür. Sonra qonaq otağında stolun üstündə olan əl çantasının içərisinə baxmadan götürüb cibinə qoymuşdur. Bundan sonra isə qızılzinyət əşyaları tapa bilmədiyi üçün otaqlarda olan 1 ədəd böyük və 1 ədəd kiçik ölçüdə olan “Notebook” kamputerləri, həmçinin bir ədəd internet modem aparatını götürərək dərhal həmin evdən çıxmışdır. Sadaladığı əşyaları yaşadığı evə aparmışdır. Yolda olarkən götürdüyü əl çantasının içərisinə baxdıqda 1 ədəd şəxsiyyət vəsiqəsinin və 1 ədəd qaz kartının olduğunu, lakin pul olmadığını görüb içərisindəkilərlə birlikdə Abşeron rayonu, Saray qəsəbəsində yol kənarında tullamışdır. Ertəsi gün əldə etdiyi həmin 2 ədəd komputeri və 1 ədəd modem aparatını Bakı şəhəri, Sabunçu qəsəbəsində tanımadığı bir şəxsə 250 AZN-ə satmışdır. Əldə etdiyi pulları isə öz şəxsi ehtiyaclarına ödəmişdir. Bundan başqa yenə də maddi ehtiyaclarını ödəmək məqsədi ilə qərara gəlmiş oğurluq etmişdir. Bu məqsəldə xx.xx.2019-cu il tarixdə axşam üstü saat 19 radələrində yaşadığı evdən çıxıb avtobusla Abşeron rayonu, Məmmədli kəndinə gedib oğurluq etmək üçün münasib ev axtarmağa başlamışdır. Həmin vaxt saat təxminən 21 radələri olmuşdur. Hava qaraldığı vaxtı işıqları yanmayan bir mərtəbəli fərdi yaşayış evi diqqətini cəlb etmişdir. Evdə heç kimin olmadığını hiss edib oradan oğurluq etmək qərarına gəlmiş və həmin evin həyətinin darvazasına yaxınlaşıb əli ilə yoxlamışdır. Darvazanın bağlı olduğunu görüb hasardan aşaraq həyətə daxil olmuş və ətrafa nəzər salıb, heç kimin olmadığına əmin olub, evin giriş qapısına yaxınlaşmış və əli ilə qapını itələyib bağlı olduğunu görüdükdən sonra evə daxil olmaq üçün münasib yer axtarmağa başlamışdır. Həmin vaxtı evin sol yan tərəfindəki pəncərədən içəriyə daxil olmağın daha münasib olduğunu hiss edib, həmin həyətdən tapdığı dəmir lomla həmin pəncərənin dəmir barmaqlığını bərkidildiyi yerindən qoparıb, plastik pəncərəni açaraq oradan evə daxil olub otaqlardakı dolablarda qızıl və pul axtarmağa başlamışdır. Həmin vaxtı yataq otağndakı siyirməli dolabda xeyli miqdarda qızıl əşyası görüb həmin qızılları götürüb cibinə qoyub evə girdiyi yerdən tez çölə çıxıb hasardan aşaraq oradan uzaqlaşmış və avtobusa minib evinə qayıtmışdır. Oğurladığı həmin qızıl əşyalarını ertəsi günü Bakı şəhəri, “Memar Əcəmi” metrostansiyasının yaxınlığındakı qızıl mağazalarının qarşısında tanımadığı şəxslərə hazırda xatırlamadığı qiymətə satıb ələdə etyi pulları bir neçə gün ərzində şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa yenə də maddi ehtiyaclarını ödəmək məqsədi ilə xx xxxxxx 2019-cu il tarixdə saat 22 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində nəzarətsiz ev axtarmışdır ki, oğurluq etsin. Bu vaxt Abşeron rayonu, Mehdiabad qəsəbəsində olarkən həyətin giriş qapısının bağlı olduğunu görmüşdür. Həmin vaxt evdə heç kimin olmadığını fikirləşib hasardan aşaraq həyətə daxil olmuşdur. Bu vaxt evin dəmir barmaqlı pəncərəsinin dəmir barmaqlığını üzündə olan mantirovka ilə qıraraq yerə qoymuş və həyətdə olan nərdivanı pəncərəyə qoyub pəncərədən içəri daxil olmuşdur. Otağa keçərkən həmin otağın yataq otağı olduğunu görüb paltar şkafını açıb axtararkən heçnə tapmadı və otaqda əl çantası görüb həmin əl çantasının içərisinə baxmış və orada 1000 manat pul olduğunu görüb götürmüşdür. Bundan sonra o, digər yataq otağına keçmiş və həmin otaqda axtarış edən zaman termoda 1 ədəd kişi qol saatı görüb götürmüşdür. Saatı götürdükdən sonra tez evi tərk etmişdir. Daha sonra yola çıxaraq oradan tanımadığı yol taksisi ilə Bakı şəhərinə gedib həmin pulu şəxsi ehtiyacı üçün xərcləmişdir. Səhəri gün oğurluq yolu ilə əldə etdiyi kişi qol saatını isə 8-ci kilometr bazarında tanımadığı şəxsə ümumilikdə 150 manata satmışdır. Həmin pulu da şəxsi ehtiyacı üçün xərcləmişdir. Onun bu oğurluq əməlini etməsindən heç kimin məlumatı olmamışdır. Ona bu oğurluğu etməkdə heç kim köməklik etməmişdir. Bundan başqa maddi ehtiyaclarını ödəmək məqsədi ilə oğurluq etmək qərarına gəlmişdir. xx xxxxxxxx 2019-cu il tarixdə saat 19 radələrində Abşeron rayonu, Novxanı kəndi M.İbrahimov küçəsində nəzarətsiz ev axtarmışdır ki, bu vaxt həyətinin giriş qapısı iki laylı aliminium rəngli dəmir darvazanın üzərində qıfıl olduğunu görüb evdə heç kimin olmadığını başa düşmüşdür. Buna görə dərhal darvazanın yanındakı qaz borusunun kəməkliyi ilə həyətə keçmişdir. Sağ tərəfdə yerləşən evin sol tərəfində olan plastik pəncərəyə təzyiq göstərərək oradan qonaq otağına daxil olmuşdur. Daha sonra evi axtarmağa başlamışdır. Bu vaxt yataq otağındakı paltar şkafından 500 manat pulu tapmışdır. Tez həmin pulu götürüb cibinə qoyaraq evi tərk edib həyətdən çölə çıxmışdır. Daha sonra Bakı şəhərinə gedib həmin pulu şəxsi ehtiyacı üçün xərcləmişdir. Onun həmin oğurluq cinayət əməlini etməsindən heç kimin məlumatı olmamışdır. Bundan başqa maddi ehtiyaclarını ödəmək məqsədi ilə xx xxxxxxxx 2019-cu il tarixdə günorta radələrində gəzə-gəzə Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisinə gəlmiş, həmin vaxt təxminən saat 14 radələri olmuşdur. Həmin ərazidə yerləşən ikimərtəbəli evin işıqlarının yanmadığını və işıqların yanmadığını görüb evdə adam olmadığını yəqin etmişdir. Buna görə də hasardan aşaraq həyətə daxil olmuş, evdə ikimərtəbəli divarı narıncı rəngli ev olmuşdur. Pilləkənlə ikinci mərtəbəyə qalxıb oradan plastikdən olan pəncərəni özündə olan vintaçanla sıxıb açmış və oradan evə daxil olmuşdur. Evdə pul və qızıl axtararaq yataq otağına keçmişdir. Kamodun üstündə qızıl əşyaları olduğunu görüb götürmüşdür. Sonra paltar rəfindən 100 manat pul və xırda dollar olduğunu görüb götürmüşdür. Bundan sonra evə girdiyi yerdən də çıxmış və ərazini tərk edib getmişdir. Evdən oğurladığı qızılları Bakı şəhəri, Yasamal rayonu ərazisində tanımadığı şəxsə 550 manata satmış və əldə etdiyi pulları isə şəxsi tələbatı üçün xərcləmişdir. Bundan başqa maddi ehtiyaclarını ödəmək məqsədi ilə xx xxxxxxxx 2019-cu il tarixdə axşam radələrində gəzə-gəzə Abşeron rayonu, Saray qəsəbəsi ərazisinə gəlmişdir. Həmin ərazidə yeni məhəllə adlanan ərazi ilə piyada məhəllərin arasında gedərkən işıqları sönülü ikimərtəbəli fərdi ev nəzərimi cəlb etmişdir. Həyətin qapısını döydükdə qapını açan olmadığı üçün başa düşmüşdür ki, həmin evdə adam yoxdur, buna görə də evdən oğurluq etməyi qərara almışdır. Həmin vaxt təxminən saat 21 radələri olmuşdur. Həyətin mişar daşı ilə əhatələnmiş hasarının üstünə çıxaraq həyətə tullanmışdır. Həyətdə iki mərtəbəli fərdi ev olmuş, evin plastikdən olan pəncərəsini özündə olan vintaçanla sıxıb açmışdır. Pəncərədən evə daxil olduqdan sonra evdə pul, qızıl əşyası və digər dəyərli əşyalar axtarmağa başlamışdır. Evin yataq otağındakı şifonerə baxdıqda orada qadın əl çantası olduğunu görüb içərisinə baxmışdır. Əl çantasında pul olduğunu görüb götürmüş, həmin pul təxminən 1000 manatdan artıq olmuşdur. Bundan sonra evə girdiyi yerdən də çıxaraq hasardan aşmış və həmin ərazini tərk edib çıxıb getmişdir. Evdən götürdüyü pulları isə öz şəxsi tələbatı üçün xərcləmışdır. Bundan başqa maddi ehtiyaclarını ödəmək məqsədi ilə oğurluq etmək qərarına gəlmişdir. Buna görə 2019-cu ilin sentyabr ayının 29-dan 30-na keçən gecə Abşeron rayonu, Saray qəsəbəsi, A.Bakıxanov küçəsindən keçərkən orada hündür mərtəbəli bir ev tikildiyini görmüşdür. Həmin evin hasarından baxanda heç kimi görməmiş və həyətdəki bir qarajın olduğunu görmüşdür. Hasarı aşaraq həyətə daxil olmuş və qarajın yanma gəlmişdir. Qarajın qapısında gördüyü iki ədəd qıfılı oradan götürdüyü armatur ilə qıraraq, qapını açıb, içəri girərək üstündəki alışqanın işığını yandırıb orada gördüyü təzə tikinti materiallarını çoxlu şrup qutularını, 2 ədəd qıfıl və adları yadında qalmayan başqa təzə materiallarını oradan götürüb sintetik kisəyə yığmışdır. Sonra oğurladığı tikinti materiallarını küçəyə çıxarmış və bir qədər piyada gedəndən sonra yolu keçən tanımadığı taksi ilə onları Bakı şəhəri, Sabunçu rayonundakı bazara aparmışdır. Səhər açılanda Bakı şəhəri, Sabunçu rayonundakı bazarda tanımadığı şəxsə oğurladığı həmin malların hammısını 50 manata satmışdır. Onları alan şəxsə malların oğurluq olduğunu deməmişdir. Əldə etdiyi pulları pulları isə öz şəxsi tələbatı üçün xərcləmişdir. Bundan başqa maddi ehtiyaclarını ödəmək məqsədi ilə xx xxxxxxx 2019-cu il tarixdə axşam radələrində gəzə-gəzə Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisinə gəlmişdir. Həmin ərazi Aşıq İmran küçəsi ilə piyada məhəllərin arasında gedərkən küçələrin kəsişməsində olan fərdi ev nəzərini cəlb etmişdir. Darvazanın qapısını döydükdə qapını açan olmadığı üçün başa düşmüşdür ki, həmin evdə adam yoxdur, buna görə də evdən oğurluq etməyi qərara almışır. Həmi vaxt təxminən saat 18 radələri olmuşdur. Hasarın yanındakı işıq dirəyindən hasarın üstünə çıxmış və oradan evin arxasına tullanmışdır. Orada evin pəncərəsinin üzərində dəmir barmaqlıq olduğunu görüb həmin barmaqlığı yan tərəfindən dartaraq bir hissəsini yerindən qoparmışdır. Sonra özündə olan vintaçanla plastik pəncərəni sıxıb açmış və evin mətbəxinə daxil olmuşdur. Evi axtardıqda yataq otağında olan kamotun üzərində kiçik qab olduğunu görmüş, həmin qabı açdıqda onun içərisində qızıl zinət əşyaları və 400 manat pul olduğunu görüb götürmüşdür. Bundan sonra evə girdiyi yerdən də çıxmış və ərazini tərk edib getmişdir. Evdən oğurladığı qızılları Bakı şəhəri, Yasamal rayonu ərazisində tanımadığı şəxsə 700 manata satmış və əldə etdiyi pulları isə şəxsi tələbatı üçün xərcləmişdir. Bundan başqa maddi ehtiyaclarını ödəmək məqsədi ilə oğurluq etmək qərarına gəlmişdir. Ona görə də tanışı Təqsirləndirilən şəxs1 ilə xx.xx.2019-cu il tarixdə saat 02 radələrində Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən fərdi yaşayış evlərinin yaxınlığında gəzmişlər ki, görək hansı evdə işıqlar yanmır oraya oğurluğa getsinlər. Evlərinin birinin işıqlarının yanmadığını görüb hasardan evin pəncərəsinə çıxmış, evdə heç bir əşyanın olmadığını görüb həyətə düşmüş, evin zirzəmisinə daxil oluduqda orada kombi aparatının olduğunu görmüşlər. Əhmədlə köməkləşib kombi aparatını çıxarmışlar, orada olan laqondanı da götürərək oğurladıqları əşyaları hasardan çölə çıxarmışlar və Əhmədin idarə etdiyi “Mercedes” markalı avtomobilə qoyub oradan uzaqlaşmışlar. Oğurladığı kombi istilik sistemi aparatını Bakı şəhəri, Qaradağ rayonunda yerləşən “Sədərək” ticarət mərkəzində tanımadığı şəxsə 400 manata satmışlar, laqondanı da tanımadığı şəxsə Bakı şəhəri, Sabunçu bazarında tanımadığı şəxsə 10 manata satdıq əldə etdiyi pulu isə şəxsi ehtiyacı üçün xərcləmişdir. Bundan başqa maddi ehtiyaclarını ödəmək məqsədi ilə xx.xx.2019-cu il tarixdə axşam saat 21 radələrində oğurluq etmək üçün Abşeron rayomi, Saray qəsəbəsinə gəlmiş, orada işığı yanmayan evlərdən birinin həyətinə daxil olmuş və özü ilə qabaqcadan götürdüyü vint açar vasitəsi ilə plastik pəncərəni açaraq evə daxil olmuşdur. Evdə yaşayış olmamasını başa düşüb axtarmışdır. Lakin nə pul nədəki qızıl zinət əşyası tapa bilməmişdir. Bundan sonra evin ikinci mərtəbəsinə qalxaraq tavandan asılan çilçırağı oğurlamaq qərarına gəlmişdir. Ayağının altına stulları qoyaraq həmin çilçırağı yerindən çıxarmış və özü ilə götürdüyü sellofan torbaya qoymuşdur. Bundan sonra həmin çıl çırağı yaşadığı evə aparmış sabahsı günü isə Sabunçu bazarına apararaq 150 manata tanımadığı şəxsə satmışdır. Əldə etdiyi pulu narkotik vasitəyə və şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa maddi ehtiyaclarını ödəmək məqsədi ilə 25oktyabr 2019-cu il tarixdə saat 23 radələrindəAbşeron rayonu Sarayqəsəbəsi, S.Qazıyeva küçəsindən keçərkən yeni inşa edilmiş bir evin işıqlarının yanmadığını, həmçinin yoxladıqda isə həmin evin qapısının bağlı olduğunu və evdə heç kim olmadığını görmüşdür. Hasardan həyətə daxil olaraq evin yan tərəfinə qoyulmuş plastik materialdan olan pənəcərəsini cibində olan beton mismarı ilə açaraq evə daxil olmuşdur. Həmin evdə yaşayış olmadığını və təmir işləri getdiyini, evin divarlarına elektrik naqillərinin çəkildiyini, lakin üstünün mala ilə örtülmədiyini, həmçinin nəzər yetirdikdə pəncərələrin altına divara bərkidilmiş 4 ədəd istilik radiatorlarının da olduğunu görmüşdür. Bundan sonra o, həmin 4 ədəd istilik radiatorlarını divardan açmış, sonra isə divarlarda olan elektrik naqillərini kəsmiş, həmçinin otaqların birində olan xırdavat tikinti alətlərini və 2 top elektrik naqillərini hissə-hissə bayıra çıxarıb hasarın kənarına yığmışdır. Sonra isə mərkəzi yola çıxıb “Vaz 2107” markalı taksi saxlamış və həmin taksi ilə sadaladığı əşyaları götürərək ailə üzvləri evdə olmadıqları üçün yaşadığı evə aparmışdır. Ertəsi gün əldə etdiyi həmin 4 ədəd istilik radiatorlarını Bakı şəhəri, Sabunçu bazarına aparıb tanımadığı şəxsə 250 manata satmışdır. Həmçinin oğurladığız 2 top elektrik naqillərini, divarlardan kəsdiyi 100-150 metr elektrik naqillərini və xırda tikinti alətlərini də Bakı şəhəri, Sabunçu bazarının yaxınlığında öz avtomobili ilə metal yığan tanımadığı bir şəxsə 50 AZN-ə satmışdır. Ələ etdiyi pulları isə öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa maddi ehtiyaclarını ödəmək məqsədi ilə xx.xx.2019-cu il tarixdə axşam saat 21 radələrində oğurluq etmək üçün Abşeron rayonu, Saray qəsəbəsinə gəlmişdir. İşığı yanmayan evlərdən birinin həyətinə daxil olmuş və özü ilə qabaqcadan götürdüyü vint açar vasitəsi ilə plastik pəncərəni açaraq evə daxil olmuşdur. Evdə heç kimin olmamasını başa düşüb evi axtarmışdır. Lakin, nə pul nədəki qızıl zinət əşyası tapa bilməmişdir. Bundan sonra evin dəhlizinə keçmişdir. Dəhlizdə olan dolabı axtarmağa başlamış və həmin vaxtı dolabda qızıl sandıqçasını aşkar etmişdir. Həmin qızıl sandıqçasını açıb içərisində 1 ədəd qızıl üzük, 1 cüt qızıl sırğa və 370 (üç yüz yetmiş) manat pul aşkar etmişdir. Bundan sonra həmin pulu və qızılları oğurlamaq qərarına gəlmişdir. Həmin pulu qızılları sandıqçadan götürüb oğurlayaraq həmin evdən çıxıb getmişdir. Bundan sonra həmin 1 ədəd qızıl qadın üzüyünü, 1 cüt qızıl sırğanı yaşadığı evə aparmış, səhəri günü isə Bakı şəhəri, Sabunçu bazarına apararaq orada onları tanımadığı şəxsə 2 (ikisini) birlikdə 200 (iki yüz) manata satmışdır. Əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa maddi ehtiyaclarını ödəmək məqsədi ilə Əhmədlə birlikdə Aşeron rayonu, Mehdiabad qəsəbəsində olarkən oğurluq etmək qərarına gəlmişlər. Onlar xx xxxxxx 2019-cu il tarixdə təxminən saat 16 radələrində Abşeron rayonu, Digah kəndinə gələrək orada olan bir mərtəbəli evin ətrafında fırlandıq və evdə heç kəsin olmadığına əmin olduqdan sonra evə daxil olaraq oğurluq etmək qərarına gəlmişlər. Əhmədlə birlikdə hasarı aşaraq evin həyətinə daxil olmuşlar. Bundan sonra Əhmədlə birlikdə evin pəncərəsinə tərəf yaxınlaşmışlar və özləri ilə gətirdiyi dəmir alətlə plastik pəncərənin dəmir barmaqlığını divardan aralayaraq plastik pəncərəni açmışlar və evə daxil olmuşlar. Evin yataq otağında olan mebelin çəkməcəsindən gümüş bijuteriyalar və 6 manat pul götürmüşdür. Daha sonra isə evin digər yataq otağında olan şkafdan noutbooku götürmüşdür. Əhməd isə evdə olan 2 ədəd mobil telefonu götürmüşdür. Onlar həmin əşyaları oğurladıqdan sonra evdən çıxaraq həmin ərazidən uzaqlaşmışlar. Əhmədlə birlikdə həmin yerdən uzaqlaşaraq Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsinə gəlmişlər. Oğurladığı noutbookun işləmədiyini gördükdə həmin noutbooku Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində boş əraziyə tullamışdır. Oğurlamış olduğu gümüş bijuteüriyalardan gümüş sepi özümdə saxlamış və qalan gümüşləri isə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən boş əraziyə tullamışdır. xx xxxxxx 2019-cu il tarixdə Əhmədlə bir yerdə olarkən mulki geyimli şəxslər onlara yaxınlaşaraq polis əməkdaşı olduğunu bildirmişlər və Abşeron rayonu, Dugah kəndində baş vermiş oğurluqda şübhəli olduğunu bildirərək onları Abşeron rayon X11 polis bölməsinə dəvət etmişlər. Etmiş olduğu oğurluğu etiraf etmişdir. Törətdiyi əməldən peşmançılıq çəkir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, ailəsi ilə bir yerdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi kəndində yerləşən fərdi evdə yaşayır. Təqsirləndirilən şəxs2 2 il olar tanıyır və 6-7 ay olar ki, Orxanla yaxından tanışlıq edir. Orxanla birlikdə Abşeron rayonu, Saray qəsəbəsində olarkən oğurluq etmək qərarına gəlmişlər. Onlar xx xxxx 2019-cu il tarixdə təxminən saat 21 radələrində Abşeron rayonu, Saray qəsəbəsinə gələrək orada olan bir mərtəbəli evin ətrafında fırlanmışlae və evdə heç kəsin olmadığına əmin olduqdan sonra evə daxil olaraq oğurluq etmək qərarına gəlmişlər. Orxanla hasarı aşaraq evin həyətinə daxil olmuşlar. Bundan sonra Orxanla evin zirzəmisinə tərəf yaxınlaşmışlar və zirzəminin ağzına yığılmış mişar daşlarını kənara itələmişlər və zirzəmiyə girərək zirzəmidən otağa döşənmiş taxtaları kənara çəkib evin içərisinə çıxaraq evə baxmışlar. Evdə bir şey tapa bilmədikləri üçün evin mətbəxində quraşdırılmış kombi istilik aparatını və elektrik tənzinləyicisi ilə birlikdə yerindən çıxarıb evdən götürdükləri kisəyə qoyaraq evdən çıxıb uzaqlaşmışlar. Sonra həmin kombini Sumqayıt şəhərində yerləşən əşya bazarına aparıb tanımadığı şəxsə 200 manata satmışlar. Kombini tanımadığı şəxsə satarkən özlərinə aid olduğunu və pula ehtiyyac olduğundan ucuz satdıqlarını bildirmişlər. Əldə etdikləri pulu Orxanla öz arlarında bölüşdürmüşlər və hərəsinə 100 manat pul düşmüşdür. Əldə etdiyi pulu öz ehtiyaclarına xərcləmişdir. Bundan başqa maddi ehtiyaclarını ödəmək məqsədi ilə oğurluq etmək qərarına gəlmişdir. Bunun üçün Təqsirləndirilən şəxs2 Tərlab oğlu bilrikdə oğurluq etmək qərarına gəlmişlər. xx.xx.2019-cu il tarixdə gecə saatlarında Abşeron rayonu, Novxanı kəndi ərazisində ona məxsus “Mercedes markalı E-190” modelli avtomobillə gəzmişlər ki, “görək hansı evdə işıqlar yanmır oraya oğurluğa girək”. Evlərinin birinin işıqlarının yanmadığını görüb hasardan evin pəncərəsinə çıxmışlar. Evdə heç bir əşyanın olmadığını görüb həyətə düşmüşlər. Evin zirzəmisinə daxil oluduqda görmüşlər ki, orada kombi aparatı var. Təqsirləndirilən şəxs2 ilə köməkləşib kombi aparatını çıxarmışlar və çıxardıqdan sonra zirzəmidən laqondanı da götürdük oğurladıqları əşyaları darvazadan çölə çıxarmışlar və idarə etdiyi Mercedes markalı avtomobilin baqajına qoymuşlar. Sonra darvazanın arxasına dəsmal bağölayıb qapını bağlamışlar ki, açılmasın. Bundan sonra oradan uzaqlaşmışlar. Oğurladıqları kombi istilik sistemini Bakı şəhəri, Sədərək bazarında tanımadıqları şəxsə 400 manata satmışlar. Laqondanı da Bakı şəhəri, tanımadıqları şəxsə Bakı şəhəri, Sabunçu bazarında 10 manata satmışlar və əldə etdikləri pulu isə şəxsi ehtiyaclarına xərcləmişlər. Bundan başqa maddi ehtiyaclarını ödəmək məqsədi ilə Orxanla birlikdə Abşeron rayonu, Mehdiabad qəsəbəsində olarkən oğurluq etmək qərarına gəlmişlər. Onlar xx xxxxxx 2019-cu il tarixdə təxminən saat 16 radələrində Abşeron rayonu, Digah kəndinə gələrək orada olan bir mərtəbəli evin ətrafında fırlanmışlar və evdə heç kəsin olmadığına əmin olduqdan sonra evə daxil olaraq oğurluq etmək qərarına gəlmişlər. Orxanla hasarı aşaraq evin həyətinə daxil olmuşlar. Bundan sonra Orxanla evin pəncərəsinə tərəf yaxınlaşmışlar və özləri ilə gətirdikləri dəmir alətlə plastik pəncərənin dəmir barmaqlığını divardan aralayaraq plastik pəncərəni açmışlar və evə daxil olmuşlar. Orxan evin yataq otağında olan mebelin çəkməcəsindən gümüş bijuteriyalar və 6 manat pul götürmüşdür. Daha sonra isə evin digər yataq otağında olan şkafdan noutbooku götürmüşdür. Özü isə evdə olan 2 ədəd mobil telefonu götürmüşdür. Onlar həmin əşyaları oğurladıqdan sonra evdən çıxaraq həmin ərazidən uzaqlaşmışlar. Orxanla həmin yerdən uzaqlaşaraq Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsinə gəlmişlər. Orxan oğurladığı noutbookun işləmədiyini gördükdə həmin noutbooku Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində boş əraziyə tullamışdır. Orxan oğurlamış olduğu gümüş bijuteriyalardan gümüş sepi özündə saxlamışlar və qalan gümüşləri isə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən boş əraziyə tullamışdır. xx xxxxxx 2019-cu il tarixdə Orxanla bir yerdə olarkən mulki geyimli şəxslər onlara yaxınlaşaraq polis əməkdaşı olduğunu bildirmişlər və Abşeron rayonu, Dugah kəndində baş vermiş oğurluqda şübhəli olduqlarını bildirərək onları Abşeron rayon X11 polis bölməsinə dəvət etmişlər. Etmiş olduğu oğurluğu etiraf etmişdir. Törətdiyi əməldən peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Tağızadə küçəsi ev 27, mənzil 208-də yaşayır. Abşeron rayonu, Saray qəsəbəsi, M.Dilbazi küçəsində bağ evi tikmişlər və yay aylarında mütamadi olaraq ailəsi ilə birlikdə həmin evdə qalmışlar. İndi isə tanışı həmin evdə yaşayır. xx xxxxxxxx 2018-ci il tarixdə Bakı şəhərindən çıxaraq Abşeron rayonu, Saray qəsəbəsində olan evinə getmişdir. xx xxxxxxxx 2018-ci il tarixdə saat 18 radələrində Abşeron rayonu, Saray qəsəbəsində olan evinə gəldikdə atası Adilin evdə olduğunu və evdə heç kəsin olmadığı bir vaxtda naməlum şəxslərin evin qapısının sındırdığını atası ona demişdir. Özü və atası evə daxil olduqda evdə olan bütün əşyaların yerinin dağıldığını görmüşlər. Özü və atası evə baxış keçirtdikdə evdən 200 manat pulun və 1200 manat dəyərində qab-qacağın oğurlandığını aşkar etmişlər. Bundan sonra o, mobil telefon vasitəsi ilə Azərbaycan Respublikası DİN-nin 102 mərkəzi-zəng xidmətinə zəng vuraraq evdən oğurluq olması barədə məlumat vermişdir. Bir müddət keçdikdən sonra Abşeron rayon polis idarəsinin əməkdaşları evə gələrək hadisə yerinə baxış keçirmişilər. Şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə ünvan 4 ünvanında yerləşən fərdi evdə yaşayır. xx.xx.2019-cu il tarixdə səhər saat 11 radələrində Abşeron rayonu, Məmmədli kəndindəki evindən çıxıb Beyləqan rayonunda yaşayan qızının evinə qonaq getmişdir. Arvadı Pərvanə evdə qalmışdır. xx.xx.2019-cu il tarixdə arvadı Pərvanə səhər saatlarında ona zəng edib bir gün əvvəl saat 18 radələrində evdən çıxıb Abşeron rayonu, Məmmədli kəndində yaşayan oğlunun evinə getdiyini və ertəsi günü saat 09 radələrində evə gələn zaman evin arxa pəncərəsinin açıq olduğunu və evlərindən oğurluq olduğunu, yataq otağındakı dolabda şüşə bankanın içərisində saxladıqları 55 manat pulun yerində olmadığını bildirmişdir. Bu barədə eşidən kimi dərhal taksi ilə Beyləqandan yaşadığı evə qayıtmışdır. Çatana kimi polis işçiləri onlara gəlib hadisə yerini müayinə edib getmişlər. Dərhal polis əməkdaşlarının ardınca Abşeron RPİ-nin Mehdiabad PB-nə gedib evindən 55 manat pulun oğurlanması barədə ərizə yazmışdır. Evə qayıdandan sonra arvadı ilə birlikdə evə baxış keçirən zaman arvadı Pərvanə ona bildirmişdir ki, “dolabda paltarların arasında əl çantasının içərisindən iki ədəd birinin dəyəri 600 manat, digərinin dəyəri 400 manat olan qızıl boyunbağı, iki ədəd birinin dəyəri 400 manat, digərinin dəyəri 300 manat olan qızıl üzük, bir cüt dəyəri 450 manat olan qızıl sırğa, bir ədəd dəyəri 100 manat olan uşaq qolbağı, bir ədəd dəyəri 170 manat olan mirvari boyunbağı və bir ədəd 800 manat dəyərində “Hauvei” markalı mobil telefon naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır”. Həmin oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 2855 manat maddi ziyan dəymişdir. Evə tam baxış keçirəndən sonra məlum olmuşdur ki, yuxarıda adlarını sadaladığı əşyalardan başqa heç nə oğurlanmamışdır. Ona görə də Abşeron RPİ-nin Mehdiabad PB-nə qayıdıb bu barədə yenidən ərizə vermişdir. Şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qsəbəsi, Koroğlu küç ev 1 mənzil 5-də oğlu Abbas İsgəndərli ilə birlikdə yaşayır. Onun ünvan 9 ünvanında özünə məxsus 8.5 sot torpaq sahəsi vardır. Həmin toropaq sahəmin ətrafı mişar daşları ilə hasarlanmış və həyətin giriş qapısı iki laylı dəmir darvazadan ibarətdir. Həmin torpaq sahəsində ona məxsus kürsülü bir mərtəbəli olmaqla qonaq otağı, iki yataq otağı, mətbəx və hama tualetdən ibarət fərdi yaşayış evi vardır. Həmin fərdi yaşayış evi tam təmir olunmadığı üçün orada yaşayış yoxdur. 2019-cu ilin mart ayının sonlarından həmin fərdi evi təmir elətdirməyə başlamışdır. xx.xx.2019-cu il tarixdə saat 11 radələrində evində usta işləyən Adil onun mobil nömrəsinə zəng edərək təmir olunan evdən samovar aparıbaramamğını soruşmuşdur. xx.xx.2019-cu il tarixdə ustalara nəzarət etmək üçün Abşeron rayonu, Novxanı kəndində yerləşən evə getmiş, lakin, oradan heç nə götürmədiyi üçün Adil ustaya samovardan xəbəri olmadığımı demişdir. Həmin vaxt Adil ona samovarın olmadığını demişdir. Dərhal evdən çıxıb Abşeron rayonu, Novxanı kəndində yerləşən təmir olunan evinə gəlmişdir. Həmin vaxt döşəməsi olmayan mətbəxin torpağının üzərinə qoyulmuş gümüşü rəngli, 6 litrə tutumlu 150 manat dəyərində samovarın olmadığını görmüşdür. Həmin vaxt Adil usta ona evin arxa yataq otağında olan 76 manat məbləğində 2 top hər topu 100 metr uzunluğunda 4 mm-lik diametrli elektrik naqilinin də oğurlandığını və həmin otağın plastik pəncərəsinin açıq olduğunu demişdir. Həmin gün gözləyib səhəri gün Abşeron RPİ-nə gələrək ərizə ilə müraciət etmişdir. Baş vermiş hadisə nətəicəsində ona ümumilikdə 226 manat məbləğində maddi ziyan vurulmuşdur. Baş vermiş hadisədə heç kimdən şübhələnməmişdir. Şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Abşeron rayonu, Saray qəsəbəsi, Rəşid Behbudov küçəsində yerləşən fərdi evdə yaşayır. Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası DİN-in 102 zəng xidmətinə Abşeron rayonu, Saray qəsəbəsi, Rəşid Bebudov küçəsində olan evimdən oğurluq olması barədə şikayət ərizəsini mən yazmışdır. 2016-cı ildə Abşeron rayonu, Saray qəsəbəsi, Rəşid Behbudov küçəsində 5 sot torpaq sahəsi almışdır. Həmin torpaq sahəsi hər tərəfdən mişar daşı ilə əhatələnmiş, həyətyanı torpaq sahəsində bir mərtəbəli, kürsülü ev tikmiş, 2018-ci ilin sentyabr ayından qeyd olunan evdə ailəsi ilə birlikdə yaşayır. xx xxxx 2019-cu il tarixdə arvadı ilə uşağını Lerik rayonuna göndərmişdir. Hər gün səhər saat 07 radələrində evindən çıxır, Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən ərzaq mağazasında işə getmiş, hər gün saat 23 radələrində evinə qayıtmışdır. xx xxxx 2019-cu il tarixdə saat 07 radələrində həmişə olduğu kimi evdən çıxmış, evdən çıxanda qapı və pəncərələri, o cümlədən həyətin darvazasını da bağlamışdır. xx xxxx 2019-cu il tarixdə saat 23 radələrində evə qayıtmış, evin darvazasını açmışdır. Həyətə daxil olanda mətbəxin pəncərəsinin açıq vəziyyətdə olduğunu, həmçinin, plastik pəncərənin üzərindəki torun yerə qoyulduğunu görmüşdür. Evə kiminsə qanunsuz daxil olduğunu düşünmüş və evin dəmir qapısını açarla açaraq evə daxil olmuşdur. Otaqları gəzmiş, dəhlizdə olan taxta şkafın qapısının açıq olduğunu, həmçinin orada olan pul qabının stulun üzərində olduğunu görmüşdr. Pul qabının içərisindən 750 manat nağd pul, şkafdan 500 manat dəyərində bir cüt uşaq üçün qızıl sırqanın, 300 manat dəyərində bir ədəd qadın üçün üzərində ağ qaşı olan qızıl üzüyün, hər biri 50 manat dəyərində olmaqla, ümumilikdə 100 manat dəyərində iki ədəd qadın üçün gümüş qolbağının, bir ədəd 25 manat dəyərində üzərində səkkiz forması olan qadın gümüş üzüyün, bir ədəd 40 manat dəyərində olan qadın gümüş üzüyü və 170 manat dəyərində kişi qol saatının oğurlandığının şahidi olmuşdur. Bu barədə Azərbaycan Respublikası DİN-in 102 zəng xidmətinə məlumat vermiş, oraya polis əməkdaşları gələrək, hadisə yeri müayinə olunmuşdur. Şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Saray qəsəbəsi,Rəsul Rza küçəsində qeydiyyatda olmaqla həmin ünvanda ailəmlə bir yerdə yaşayır. xx.xx.2019-cu il tarixdə saat 18:00 radələrində Abşeron rayonu, Saray qəsəbəsində yaşayan qardaşı oğlu Tural onlara gəlib idarə etdiyi avtomobil ilə onu, oğlu Kənan Əzimovu, eləcə də evində qonaq olan bacısı qızı Ramiləni və onun əri Şahini öz evlərinə aparmışdır. Həmin vaxt Abşeron rayonu, Mehdabad qəsəbəsində marketdə satıcı işləyən o biri oğlu Anar Əzimovun mobil nömrəsinə zəng edib bildirmişdir ki, “Tural onu, Kənanı, eləcə də evlərinə qonaq olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yaşayan bacısı qızı Ramiləni və onun əri Şahini öz evlərinə aparır, həmçinin həmin gün toy mərasiminə geyinəcəyi paltarlarının da hazır olduğunu” demişdir. Anar ona bildirmişdir ki, “artiq yoldadır, bir qədər sonra evə çatıb paltarlarını geyinib Sumqayıt şəhərinə toya gedəcək”. Onlar Abşeron rayonu, Saray qəsəbəsində qardaşı gildə qonaq olduğu zaman saat 21:30 radələrində oğlu Anar da toy mərasimindən çıxıb ora gəlmişdir. Bir qədər oturduqdan sonra evə qayıtmaq qərarına gəlmişlər. Saat 22:20 radələrində bacısı qızı Ramiləni, Ramilənin anası Dilşadı, bacısı Kifayəti və onu qardaşı oğlu Tural öz avtomobili ilə yaşadığı evə gətirmişdir. Həyətin darvazasının kilidini açar ilə açsa da qapı açılmamışdır. Darvazanı açmaq üçün bir qədər silkələmişdir ki,“bəlkə açılar”. Bu zaman içəridən adam səsi gəldiyini, bir-birilərinə səsləndiklərini eşitmişlər. Qardaşı oğlu Tural hasardan həyətə daxil olmuş və qapının arxadan bağlandığını demişdir. Tural qapını açdıqdan sonra onlar həyətə daxil olmuşlar. Evin giriş qapısını açarla açmış və hamı evə daxil olmuşlar. Bacısı qızı Ramilənin körpə uşağını yataq otağına aparan zaman otağın tamamilə dağınıq vəziyyətdə olduğunu görən kimi evdə oğurluq hadisəsi baş verdiyini bilmişlər. Həmin vaxt oğlanları Kənan və Anar da evə gəlib çatmışlar. Mətbəxin pəncərəsinin də açıq vəziyyətdə olduğunu gördükdən sonra otaqların hamısına baxmağa başlamışlar. Otaqlara baxış keçirdikdən sonra bizə məlum olmuşdur ki, evə daxil olan naməlum şəxs(lər) qonaq otağından ona məxsus içərisində 300 manat pul olan əl çantasını, həmçinin bacısı qızı Ramilənin ərinin içərisində özünə məxsus olan şəxsiyyət vəsiqəsi, qaz kartı, və işlədiyi tikinti şirkətinə aid kart olan əl çantasını, bundan başqa yataq otaqlarının birindən 900 manat dəyərində “Qrundik” markalı (nootebook) komputeri və digər yataq otağından 300 manat dəyərində “Lenova” markalı (netbook) komputer və 50 manat dəyərində modem aparatını oğurlamışlar. Ona görə də dərhal DİN-in “102” xidməti zəng mərkəzinə zəng edərək Abşeron rayonu, Saray qəsəbəsi, Rəsul Rza küçəsində yerləşən evindən oğurluq olması barədə məlumat vermişdir. Bir qədər sonra hadisə yerinə polis əməkdaşları gəlib hadisə yerini müayinə etmişlər. Daha sonra Abşeron rayon polis idarəsinə ərizə ilə də müraciət etmişdir. Şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs11 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Abşeron rayonu, Məmmədli kəndində yerləşən fərdi evdə yaşayır. xx.xx.2019-cu il tarixdə saat 17 radələrində ailəsi Bakı şəhərindəki toy məclisinə getmişdir. İşdən sonra həmin toy məclisinə getmişdir. Həmin vaxtı evlərində heç kim olmamışdır. xx.xx.2019-cu ildə saat 09 radələrində evinə qayıtdığı vaxtı pəncərənin dəmir barmaqlığının sındırıldığını görüb evindən oğurluq olduğunu hiss edib mobil telefonu ilə DİN-nin 102 xidmətinə zəng edib bu barədə məlumat verib qapını açıb evinə daxil olmuş və ev əşyalarının səliqəsinin pozulduğunu, həmçinin yataq otağındakı dolabda saxladığı 200 manat dəyərində 1 ədəd qızıl üzüyün, 350 manat dəyərində 1 ədəd 5 qaşlı qızıl üzüyün, 1000 manat dəyərində 1 cüt “ürək” formalı qızıl sırğanın, 500 manat dəyərində 1 cüt qızıl sırğanın, 800 manat dəyərində 1 ədəd uşaq üçün qızıl dəstinin, hər biri 200 manat dəyərində olan 5 cüt qızıl uşaq üçün sırğanın, hər biri 150 manat dəyərində 2 ədəd qızıl üzüyün, 300 manat dəyərində 1 ədəd qızıl qolbağının, 150 manat dəyərində 1 ədəd qızıl boyunbağının, 200 manat dəyərində 1 ədəıd qızıl üzüyün, 400 manat dəyərində 1 ədəd uşaq üçün qızıl qolbaq və üzük dəstinin, hər biri 50 manat dəyərində olan 2 ədəd uşaq üçün qızıl sırğanın, 200 manat dəyərində 1 ədəd qızıl medalyonun və 500 manat dəyərində 1 cüt qızıl sırğanın yerində olmadığını aşkar etmişdir. Bildirmişdir ki, hadisə nəticəsində ona ümumilikdə 6000 manat maddi ziyan dəymişdir. Baş vermiş oğurluqda şübhələndiyi şəxslər yoxdur. Şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs14 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Q.Qarayev küçəsi ev 15-də yaşayır. xx xxxxxx 2019-cu il tarixdə saat 12 radələrində Bakı şəhərində yaşayan dayısının evinə qonaq getmişdir. Oradan təxminən saat 20 radələrində qayıdıb Mehdiabad qəsəbəsində yerləşən evimə gəlmişdir. Üstündən təxminən bir saat keçmiş mətbəxdəki pəncərənin açıq olduğunu görmüş, daha sonra qonaq otağına keçdikdə həmin otaqdakı pəncərənin də açıq olduğunu müəyyən etmişdir. Belə olduqda dərhal yataq otağına keçmiş, orada paltar rəfində olan 100 manat pulunu və 8 ABŞ dollar pulu, eyni zamanda həmin otaqda kamotun siyirtməsində saxladığı 2000 manat dəyərində qızıl zinət əşyalarının oğurlandığını aşkar etmişdir. Evdəki əşyaları dağınıq hala salınmamış, bundan sonra baş vermiş hadisə ilə bağlı bacısın əri Fuada məlumat vermişir. Fuad da öz növbəsində DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. X21 başqa ölkəyə getmişdir. Şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə ünvan 11 ünvanda yaşayır. Abşeron rayonun Saray qəsəbəsi, A.Bakıxanov küçəsindəki 24 saylı ünvanda özünə məxsus 12 sot torpaq sahəsində ev inşa etdirmişdir. İnşa etdirdiyi evin tikintisi qurtarmamışdır. Tikinti işləri ilə əlaqədar həyətdəki qarajda müxtəlif tikinti materialları alıb saxlamışdır. Orada usta işləyən Əziz ona xx xxxxxxxx 2019-cu il tarixdə saat 08 radələrində zəng edərək demişdir ki, işə gəldikdə həyətdəki qarajın qapısındakı iki qıfılın qırıldığını və oradan müəyyən materialların oğurlandığını aşkar etmişdir. İstifadəsində olan mobil telefonu ilə həmin vaxt DİN-nin 102 xidmətinə zəng edib, oğurluq barədə məlumat vermişdir. Özü də dərhal həyətinə getmiş və görmüşdür ki, qeyd etdiyi qarajın qapısmdakı iki qıfıl qırılmış, qapılar açıq vəziyyətdə olmuş, qarajdakı materialları yoxladıqda aşağıdakıların oğurlandığını aşkar etmişdir. Hər birinin qiyməti 18 manata olmaqla ümumilikdə 126 manat dəyərində 7 ədəd “izoband”, yapışqanlı lent, hər birinin qiyməti 5 manata olmaqla, ümumilikdə 25 manat dəiərində 5 ədəd “purkley”, adlı yapışdırıcı maddə hər bir qutusunun qiyməti 9 manat olmaqla ümumilikdə 180 manat dəyərində olan 20 qutu şruplar, hər birinin qiyməti 5 manat olmaqla ümumilikdə 10 manat dəyərində olan 2 ədəd qıfıl oğurlanmışdır. Beləliklə qarajda saxladığı 341 manat dəyərində tikinti materialları oğurlanmışdır. Şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs18 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Sumqayıt şəhəri, 4-cü mikrorayon ev 17/23, mənzil 15-də yaşayır. Özünə məxsus Abşeron rayonu, Novxanı kəndi ərazisində 0.33 sotun içərisində tikilmiş fərdi yaşayış evi vardır. Evin ətrafı mişar daşlarla hörülmüş 2 metr hündürlüyündə hasar var, giriş qapısında iki laylı dəmir qapı var, həyətə daxil olduqda sol tərəfdə sanuzel, baş tərəfdə 8 daşın üstündə tikilmiş kürsülü 04 otaqdan ibarət ev vardır. Evin altında böyük ölçüdə zirzəmi vardır. Həmin zirzəmidə evin bütün istilik sistemi quraşdırılmışdır. Evim tam təmirli olsa da ailə üzvləri ilə orada yaşamır. Evdə müəyyən işlər tam görülmədiyindən hazırda da usta işləyir. Hər gün səhər saat 09 radələrindən axşam saat 19 radələrinə kimi özünə məxsus fərdi yaşayış evində olmuşdur. Evə getməmişdən əvvəl evin açarlarını evin həyətinə metlax düzən Vidadi adlı şəxsə vermişdir. xx.xx.2019-cu il tarixdə saat 07 radələrində Vidadi istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsindən ona zəng vuraraq demişdir ki, “evə oğrular girib gəl evə”. Vidadiyə demişdir ki, “evə daxil olma mən gəlirəm”. Bundan sonra özünə məxsus evə oğlu X12 birlikdə getmişdir. Sonra oğlu Azərbaycan Respublikası DİN-nin 102-xidmətinə zəng vurub evdən nə oğurtlandığını bilmədiklərini və evdən oğurluq olduğunu bildirmişdir. Bundan sonra yaşadığı evə polis əməkdaşları gəlmişlər və evə baxış keçirmişlər. Həmin vaxt mona məlum olmuşdur ki, evinin zirzəmisindən 32 KW-lik kombi istilik sistemi aparatını kağız karobkasına qoyularaq oğurlanmışdır. Kombini 900 manata yeni almış, heç istifadə etməmişdir. Şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs20 ifadəsində göstərmişdir ki, ünvan 13 ünvanında ailəsi ilə birlikdə yaşayır. 2012-ci ildə Abşeron rayonu, Saray qəsəbəsi, S.Qazıyeva küçəsində 2 mərtəbədən ibarət fərdi yaşayış evi inşa etdirmişdir. Lakin maddi imkanı olmadığına görə təmir işlərinə başlamamışdır. 2019-cu ilin əvvəllərindən etibarən həmin evinin təmir işlərinə başlamışdır. xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixə qədər olan müddətdə şəxsi işləri ilə əlaqədar olaraq vaxtı olmadığına görə təmir işləri dayanmış və mən evə gəlib nəzarət edə bilməmişdir. xx.xx.2019-cu il tarixdə səhər saatlarında Abşeron rayonu, Saray qəsəbəsi, S.Qazıyeva küçəsində yerləşən evinə gəlib baxan zaman naməlum şəxs və ya şəxslər tərəfindən evin 1-ci mərtəbəsinin plastik pəncərəsini açmaq yolu ilə içəri daxil olunduğunu və hər birinin dəyəri 150 manat olan 4 ədəd istilik radiatorlarının divarlardan açaraq oğurlandığını, eləcə də otaqların və dəhlizin divarlarına çəkilmiş hər bir metri 2 manat olan 200 metr elektrik naqillərinin divarlardan sökülərək oğurlandığını, həmçinin hər biri 70 manat olan 2 top işlənməmiş 4-lük elektrik naqillərinin və bundan başqa müxtəlif çeşiddə tikinti alətlərinin və mis qazanların oğurlandığını görmüşdür. Ona görə də həmin vaxt DİNin “102” xidməti zəng mərkəzinə zəng edərək yaşadığı evdən oğurluq olması barədə məlumat vermişdir. Bir neçə dəqiqədən sonra hadisə yerinə polis əməkdaşları gələrək hadisə yerini müayinə etmişlər. Şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Saray qəsəbəsi, M.Ziyadov küçəsində yerləşən 27 saylı fərdi evdə yaşayır. Abşeron rayonu, Saray qəsəbəsinə 12 il müddətdir ki, tək köçmüş və həmin yerdə özünə məxsus fərdi yaşayış evi tikmişdir. xx xxxx 2019-cu il tarixdə saat 08 radələrində yaşadığı Abşeron rayonu, Saray qəsəbəsində yerləşən evdən çıxaraq idarə etdiyi avtomobil iə Sumqayıt şəhərinə taksi fəaliyyəti ilə məşğul olmaq üçün getmişdir. Sumqayıt şəhərində idarə etdiyi avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olduqdan sonra həmin günü təxminən saat 23 radələrində Sumqayıt şəhərindən çıxaraq yaşadığı Abşeron rayonu, Saray qəsəbəsində yerləşən evinə gəlmişdir. Evə gəldikdə darvazanın qapısının açıq olduğunu görmüş və həyətə daxil olmuşdur. Açarla evin girş qapısını açaraq evə daxil olmuşdur. Evə daxil olduqda qonaq otağına baxmış və döşəmədə olan taxtaların səpələnmiş vəziyyətdə olduğunu görmüşdür. Bundan sonra həmin taxtaların arasından baxdıqda zirzəmi qapısına yığılmış mişar daşlarının kənara atıldığını görmüşdür. Bundan sonra evin digər otaqlarına baxdıqda mətbəxdə quraşdırılmış “Biaisi” markalı kombi apartının və elektrik tənzinləyicisinin yerində olamdığını görmüşdür. Bundan sonra başa düşmüşdür ki, evində olan əşyaları naməlum şəxslər oğurlamışdır. Buna görə də dərhal Azərbaycan Respublikası DİN-nin 102 mərkəzi-zəng xidmətinə evindən oğurluq olması barədə məlumat vermişdir. Bundan sonra polis əməkdaşları evə gələrək baxış keçirmişlər. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Abşeron rayonu, Saray qəsəbəsi, Yeni məhəllədə yerləşən fərdi evdə yaşayır. 2016-cı ildən Abşeron rayonu, Saray qəsbəsi yeni məhəllədə iki sot torpaq sahəsi alıb həmin torpaq sahəsində bir mərtəbəli kürsülü ev tikdirmiş və həmin evdə ailəsi ilə birlikdə yaşayır. Həmin ev hər tərəfdən mişar daşı ilə əhatələnmiş və həyətə giriş iki laylı dəmir darvazadan ibarətdir. xx xxxxxx 2019-cu il tarixdə saat 16:40 radələrində o, arvadını və azyaşlı oğlunu da götürüb evdən çıxmış, evin giriş qapsını və darvazasını evdən çıxan zaman bağlamışdır. Ailəsini Bakı şəhəri, Lökbatan qəsəbəsinə aparmış və orada qayınatasının evində qoymuşdur. Özü isə saat 22 radələrində işlədiyi Bakı Metropoliteninə işə getmişdir. xx xxxxxx 2019-cu il tarixdə saat 05:30 radələrində işdən çıxıb, evinə getmişdir. Həmin gün saat 06:20 radələrində yaşadığı evin, yəni Abşeron rayonu, Saray qəsəbəsi yeni məhəllədəki evinin darvazasını açarla açaraq həyətə daxil olmuş, daha sonra avtomobilini də həyətə salmışdır. Evin giriş qapısı olan seyf qapını açmış, lakin qapı açılmamışdır. Evin arxa tərəfinə keçmiş, uşaq yataq otağının plastik pəncərəsinin üzərində olan dəmir barmaqlığın sındırıldığını və plastik pəncərənin isə açıq olduğunu görmüşdür. Bundan sonra Azərbaycan Respublikası DİN-in 102 zəng məlumat xidmətinə məlumat vermişdir. Hadisə yerinə polis əməkdaşları gəlmişlər. Evin arxa pəncərəsindən içəri daxil olmuş, evin giriş qapısının arxa tərəfində olan cəftəsini açmış və polis əməkdaşları evə daxil olmuşlar və hadisə yerini müayinə etmişlər. Müayinə zamanı məlum olmuşdur ki, onun evinin qonaq otağından bir ədəd 1000 manat dəyərində 108 diaqanallı “Samsung” markalı televizor, yataq otağındakı şifonerdən bir ədəd 650 manat dəyərində “HP” markalı noutbuku, yataq otağındakı kamotun dolabından bir ədəd 550 manat dəyərində “Magtime” markalı qızıl saatı, bir ədəd 150 manat dəyərində “Tissot” saatı, bir ədəd 70 manat dəyərində “Luç” markalı saatı, bir ədəd 40 manat dəyərində “Fitron” markalı saatı, bir ədəd 60 manat dəyərində “Gucci” markalı eynəyi, bir ədəd 30 manat dəyərində qadın üçün saatı, bir ədəd 60 manat dəyərində jaketin, bir ədəd 120 ABŞ dolları dəyərində “Philips” markalı üzqırxan aparatının oğurlandığını görmüşdür. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Abşeron rayonu Saray qəsəbəsi Q.Qarayev küçəsi nömrəsiz evdə tək yaşayır. Onun Abşeron rayonu Saray qəsəbəsi Q.Qarayev küçəsində nömrəsiz ünvanda fərdi yaşayış evi vardır. Fərdi yaşayış evinin həyəti 10 sot torpaq sahəsindən ibarətdir. Həmin torpaq sahəsinin ətrafı mişar daşları ilə hasarlanmış və giriş qapısı iki laylı zogalı rəngdə dəmir darvazadan ibarətdir. Fərdi yaşayış evi bir mərtəbəli olmaqla iki otaq və mətbəxdən ibarət olmaqla üç otaqdan ibarətdir. Evinin pəncərələri dəmir barmaqlıqlardan ibarətdir. xx xxxxx 2019-cu il tarixdə qardaşı oğlunun toy mərasimi ilə əlaqədar olaraq saat 17 radələrində özünə məxsus “Opel Astra” markalı ** GS *** dövlət nömrə nişanlı avtomobili ilə Abşeron rayonu, Saray qəsəbəsində yerləşən “Yetər” şadlıq sarayına getmişdir. Evdən çıxarkən qapıları və pəncərələri bağlamışdır. Həmin gün saat 00 radələrində o, fərdi yaşayış evimin həyətinə gəlmişdir. Fərdi evinin qapısını açarla açıb içəri daxil olmuşdir. Bu vaxt yataq otağının qapısının açıq olduğunu görmüşdür. Tez həmin otağa daxil olarkən yataq otağının dağınıq vəziyyətdə olduğunu görmüşdür. Həmin vaxt paltar dolabının asılqanına asdığı qırmızı rəngli pencəyinin sağ yan cibinə qoyduğu 1 ədəd 585 əyyarlı 2 qram çəkidə 400 manat dəyərində qızıl üzüyünün, 1ədəd 585 əyyarlı 2 qram çəkidə 250 manat dəyərində qızıl boyunbağının, 1 cüt 585 əyyarlı 4 qram çəkidə 500 manat dəyərində sırğalarının oğurlandığını görmüşdür. Həmin dolabın digər gözündən dəsmalların arasına qoyduğu 1250 manat nağd pulunun da olmadığını görmüşdür. Bundan sonra DİN-nin 102 xidmətinə və Abşeron RPİ-nə ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Abşeron rayonu, Saray qəsəbəsi, Mirzə İbrahimov küçəsində yerləşən fərdi evdə yaşayır. xx xxxx 2019-cu il tarixdə saat 19-radələrindən saat 23 radələrinədək olan vaxt ərzində ebdə olmadığı zaman naməlum şəxs və ya şəxslər onun yaşadığı evinin pəncərəsindən içəri daxil olaraq evdən 500 manat pul və 1650 manat dəyərində qızıl-zinət əşyalarını oğurlamışdır. Bildirmişdir ki, onun evindən üeyd etdiyi əşyalardan başqa əşya və pul oğurlanmamışdır. Baş vermiş hadisədə heç kimdən şübhələnməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Albalı qəsəbəsi, Ə.Rəhimov küçəsi, döngə-4 ünvanında ailəsi ilə bir yerdə yaşayır. xx.xx.2019-cu il tarixdə saat 17:00 radələrində ailəsi ilə birlikdə Abşeron rayonu, Saray qəsəbəsində yaşayan arvadının xalası Zərərçəkmiş şəxs9 evinə qonaq getmişlər. Bir qədər keçdikdən sonra arvadının dayısı oğlu Tural ora gəlib onları və Zərərçəkmiş şəxs9 ailə üzvlərini idarə etdiyi avtomobillə öz evlərinə qonaq aparmışdır. Onlar hamısı saat təxminən 22 radələrinədək Turalgildə oturub söhbət etdikdən sonra Tural yenidən öz avtomobili ilə Zərərçəkmiş şəxs9, arvadı Ramilə Həsənovanı, Suqranın bacıları Kifayəti və Dilşadı geri Zərərçəkmiş şəxs9 evinə qaytarmışdır. Zərərçəkmiş şəxs9 övladları Kənan, Anar və özü isə Turalgildən piyada qayıtmışlar. Evə çatdıqda səs-küy olduğunu eşitmişlər və evə daxil olan zaman evdən oğurluq olması onlara məlum olmuşdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs12 ifadəsində göstərmişdir ki, 2010-cu ildən Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. xx xxxxxx 2019-cu il tarixdə saat təxminən 20 radələrində ailə üzvləri ilə birlikdə Bakı şəhərində yaşayan bacısının evinə qonaq getmişdir. Ailəsi ilə birlikdə bacısıgildə qalmışdır. Səhərəi gün saat 07 radələrində o, tək yaşadığı evə qayıtmışdır. Evə qayıdan zaman evin bayırda uşaqların yatdığı yataq otağının pəncrəsinin üzərində olan dəmir barmaqlığın yerindən çıxarıldığını və pəncərəyə taxta nərdivanın qoyulduğunu görmüşdür. Evə daxil olmuş və uşaqların yatdaqları yataq otağının dağılmış vəziyyətdə olduğunu görmüşdür. Öz yatdığı otağa keçmiş həmin vaxt yatdığı otağın da dağılmış vəziyyətdə olduğunu görmüşdür. Yataq otağında olan teromonun sürməsi baxmış və orada olan özünə məxsus 2500 manat dəyərində 1 ədəd «RaymontV» markalı kişi qol saatının olmadığını aşkar etmişdir. Evdən oğurluq olduğunu görüb DİN-nin 102 zəng xidmətinə zəng vurub məlumat vermişdir. Sonra özü ailə üzvlərinə zəng vurub evdən oğurluq olduğunu bildirmişdir. Ailə üzvləri evə gələn zaman ona məlum olmuşdur ki, uşaqların yatdığı otaqda əl çantasından 1000 manat nəğd pul oğurlanmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Novxanı kəndi, M.İbrahimov küçəsində yerləşən fərdi evdə ailə üzvləri ilə birlikdə yaşayır. Onun fərdi yasayış evinin həyəti 20 sot olmaqla mişar daşları ilə hasarlanmış və giriş qapısı iki laylı dəmir darvazadan ibarətdir. Evi kürsülü olmaqla bir mərtəbəli olmaqla qonaq otağı, iki yataq otağı və mətbəxdən ibarətdir. Evinin bütün pəncərələri plastik olmaqla dəmir barmaqlıqları olmamışdır. Həmin evdə o, arvadı Yeganə və iki azyaşlı uşağı yaşayırlar. Ailəsinin maddi cəhətdən ehtiyacını təmin etmək üçün marşurut avtobsunda sürücü işləyir. Arvadı Yeganə isə Bakı şəhərində yerləşən Topçubaşov adına xəstəxanada tibb bacısı işləyir. xx xxxxxxxx 2019-cu il tarixdə saat 16 radələrində özü, arvadı Yeganə ilə birlikdə evdən çıxaraq işə getmişlər. Həmin vaxt evdə qaynanası Yaxşıxanım və azyaşlı uşaqları qalmışdır. Həmin gün saat 19 radələrində qaynanası Yaxşıxanım uşaqlarını da götürüb evin və həyətin qapısını bağlayaraq yaxınlıqda yaşayan bacısı evinə getmişdir. Həmin gün saat 01 radələrində qaynanası və uşaqlarını da götürüb evə gələrkən həyətin qapısının bağllı olduğunu görüb hasardan aşaraq həyətə daxil olmuşdur. Bu vaxt həyətin qapısının arxadan bağlandığını görüb qapını açmışdır. Dərhal evə daxil olarkən qonaq otağının plastik pəncərəsinin açıq olduğunu və evin otaqlarının dağınıq vəziyyətdə olduğunu aşkar etmişdir. Tez yataq otasğımıza daxil olub özünə məxsus 500 manat nağd pulun olduğu platar şkafına baxarkən həmin pulun naməlum şəxs(lər) tərəfindən oğurlandığını aşkar etmişdir. Lakin, həmin vaxt gecə saatları olduğu üçün polisə məlumat vermişdir. Səhəri gün yəni xx.xx.2019-cu il tarixdə saat 10 radələrində DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Baş vermiş oğurluq nəticəsində ona 500 manat məbləğində maddi ziyan vurulmuşdur. Hazırda heç bir şikayət və tələbinin olmadığını bildiməklə ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs15 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Abşeron rayonu, Saray qəsəbəsi Yeni Məhəllədə yerləşən fərdi evdə yaşayır. Abşeron rayonu, Saray qəsəbəsi Yeni Məhəllədə 3,7 sot torpaq sahəsində təxminən üç il bundan əvvəl iki mərtəbəli ev tikdirmişdir. Hər gün saat 08 radələrində evindən çıxıb işə getmiş, axşam saat 19 radələrində evə gəlmişdir. İşdə olan zaman evdə arvadı və iki azyaşlı uşağı qalmışdır. xx xxxxxxxx 2019-cu il tarixdə saat 08 radələrində evindən çıxıb işə getmiş.dir. İşdən çıxandan sonra işi olduğu üçün evə bir az gec gələcəyi barədə arvadına məlumat vermişdir. X18 19 radələrində uşaqları da götürüb qonşuluqda yaşayan nənəsigilə gemişdir. Saat 23 radələrində Aynuru və uşaqları nənəsigildən götürüb evinə gəlmişdir. Evin həyətinin giriş darvazasını açaraq həyətə daxil olmuş, evin açarı Aynurda olduğu üçün Aynur evin dəmirdən olan seyf qapısına yaxınlaşmış və evin qapısını açaraq içəri ondan əvvəl daxil olmuşdur. Aynur içəri daxil olandan təxminən bir dəqiqə sonra həyətə çıxmış və evə kiminsə daxil olduğunu və yataq otağında olan şifonerin qapısını açıq olduğunu demişdir. Dərhal evə daxil olmuş, oradan evin birinci mərtəbəsində olan yataq otağına daxil olmuş və orada şifonerin qapısının açıq vəziyyətdə olduğunu, evin plastik pəncərəsinin açıq vəziyyətdə olduğunu görmüşdür. Aynurla şifonerdə olan əl çantasına baxmışlar və 1500 manat pulun yerində olmadığını gördükdən sonra bu barədə Azərbaycan Respublikası DİN-in 102 zəng xidmətinə zəng edərək məlumat vermişdir. Hadisə yerinə polis əməkdaşları gəlmişlər və hadisə yerinin müayinəsi zamanı müəyyən olunmuşdur ki, onun evindən 1500 manat pul oğurlanmışdır. Onun evindən bundan başqa heç nə oğurlanmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs17 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Abşeron rayonu, Saray qəsəbəsi, Aşıq İmran küçəsi ev 4-də yaşayır. Yaşadığı ev birmərtəbəli olmaqla pəncərələri dəmir barmaqlıqla əhatə olunmuş, eivn girişində dəmir qapısı vardır. xx xxxxxxx 2019-cu il tarixdə səhər yaşadığı evdə olmuşdur. Həmin günü təxminən saat 12 radələrində yaşadığı evdən çıxıb Bakı şəhərində yaşayan qızının evinə getmiş və həmin günü axşamadək orada olmuşdur. Həmin günü axşam radələrində qızının evindən yaşadığı evə getmək üçün çıxmış, saat 21 radələrində yaşadığı Abşeron rayonu, Saray qəsəbəsindəki evinə gəlib çatmışdır. Evə daxil olarkən evdə otaqların dağınıq olduğunu görüb başa düşmüşdür ki, evindən oğurluq olmuşdur. Evin mətbəxindəki pəncərənin açıldığını görüb baxdıqda onun üzərindəki dəmir barmaqlığın dartılaraq yerindən qoparıldığını görmüşdür. Bundan sonra otaqlara nəzər saldıqda məlum olmuşdur ki, yataq otağındakı kamotun üzərindəki qabın içərisində saxladığı 400 manat pul və bir ədəd qızıl sırğa-üzük dəsti oğurlanmışdır. Belə olduqda baş vermiş oğurluq hadisəsi ilə bağlı DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Bildirmişdir ki, yaşadığı evin yataq otağında olan qabın içərisindən 400 manat nəğd pul və bir ədəd 2100 manat dəyərində sırğa-üzük dəsti oğurlanmışdır. Baş vermiş oğurluq nəticəsində ona 2500 manat dəyərində maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs19 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, yeni məhəllədə yerləşən fərdi evdə ailəsi ilə bir yerdə yaşayır. Abşeron rayonu, Saray qəsəbəsi, Bakıxanov küçəsində özünə məxsus ikimərtəbəli evim vardır. Həmin evdə yay müvsümündə qalmışdır. Ancaq arada gəlib həmin evə baxıb getmişdirəm. Sonuncu dəfə xx.xx.2019-cu il tarixdə Abşeron rayonu, Saray qəsəbəsi, Bakıxanov küçəsində yerləşən fərdi evinə baxdıqda evdə hər şeyin normal olduğunu görmüşdür. xx.xx.2019-cu il tarixdə saat 11:30 radələrində Abşeron rayonu, Saray qəsəbəsi, Bakıxanov küçəsində yerləşən fərdi evinə gələrkən evin qapısının qırıldığını görüb evə ətraflı bağxdıqda evin pəncərəsinin dəmir barmaqlıqlarının və qapının qırıldığını aşkar etmişdir. Evə ətraflı baxdıqda evin ikinci mərtəbəsinin tavanından asılmış bir ədəd 700 manat olan xrustal çil-çırağın və 1300 manat dəyərində qab-qacaq və yataq dəstinin oğurlanmasını aşkar etmişdir. Tez DİN-nin “102” xidməti zəng mərkəzinə zəng edərək evindən oğurluq olması ilə bağlı məlumat vermişdir. Evindən ifadəsində göstərdiklərindən başqa heç bir əşya və pul oğurlanmamış, oğurluq nəticəsində ona ümumilikdə 2000 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Saray qəsəbəsi, R.Cəlilov küçəsi, döngə 1, ev 11-də ailəsi ilə birlikdə yaşayır. xx.xx.2019-cu il tarixdə saat təxminən 14 radələrində evdə yemək yeyib çölə çıxmışdır. Həmin vaxtı arvadı işdə uşağı isə hazırlıq kursunda olduğu üçün evində heç kim olmamamışdır. xx.xx.2019-cu il tarixdə axşam saat 19:45 radələrində öz evinə gəlmiş və görmüşdür ki, evi dağnıq vəziyyətdədir. Bundan sonra digər otağa baxdıqda həmin otağın pəncərəsinin açıq olduğunu görmüşdür. Evindən oğurluq olmasını fikirləşib dərhal dəhlizdə olan dolabın içərisində saxladığı puluna və qızıllarına baxmışdır. Dolaba baxan zaman orada saxladığı 370 (üç yüz yetmiş) manat pulunu, 1 ədəd qadın qızıl üzüyümü və 1 cüt qızıl sırğanı aşkar etməmişdir. Bundan dərhal sonra DİN-nin 102 xidmətinə zəng vuraraq bu barədə məlumat vermişdir. Hazırda şikayət və tələbi olmamasına dair ərizəsini məhkəmədə təqdim etdi. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs22 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Digah qəsəbəsi, yeni məhəllədə yerləşən fərdi evdə ailəsi ilə bir yerdə yaşayır. 2016-cı il tarixdə Abşeron rayonu, Digah qəsəbəsi, yeni məhəllədə özünə 0.25ha torpaq sahəsi alaraq həmin torpaq sahəsində bir mərtəbəli 4 otaqdan, bir sanitar qovşağından, bir mətbəxt və bir dəhlizdən ibarət kürsülü ev tikib həmin evdə yaşayır. xx.xx.2019-cu il tarixdə saat 16 radələrində ailəsi ilə bir yerdə Bakı şəhərinə yaxın qohumunun toy mərasiminə getmişdir. Həmin gün saat 18 radələrində toydan evə qayıdıb gəldikdə evin qarşı tərəfində olan girişin sağ tərəfində olan plastik pəncərənin dəmir barmaqlığının sındırılmış və pəncərənin açıq olmasını görmüşdür. Evə daxil olub ətraflı baxdıqda evdə yataq otağında olan dolabın içərisindən 3000 manat pulun, 1500 manat dəyərində bir ədəd qızıl üzük sırğa dəstinin, 300 manat dəyərində qızıl-gümüş bujuteriyalarını, bir ədəd işləməyən notbukunu, 1 ədəd 60 manat dəyərində “Nokia” markalı mobil telefon və 1 ədəd 100 manat dəyərində “Umi” markalı mobil telefonun oğurlanmasını aşkar etmişdir. Tez DİN-nin “102” xidməti zəng mərkəzinə zəng edərək evindən oğurluq olması ilə bağlı məlumat vermişdir. Qeyd etmişdir ki, mobil telefonların içərisində nömrə kartı olmamışdır. Evindən ifadəsində göstərdiklərindən başqa heç bir əşya və pul oğurlanmamış, oğurluq nəticəsində ona ümumilikdə 4960 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs22 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, ona dəymiş ziyan tam ödənildiyindən Təqsirləndirilən şəxs1 qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Abşeron rayon X15 Axtarış Şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis mayorudur. Abşeron rayonu, Digah qəsəbəsi, yeni məhəllədə yerləşən fərdi evdə yaşayan adının Zərərçəkmiş şəxs22 bildiyi bir nəfər şəxs DİN-nin “102” xidmətinə məlumat verməklə Abşeron rayon X11 Polis Bölməsinə gəlib ərizə ilə müraciət edərək naməlum şəxs və ya şəxslər tərəfindən ona məxsus Abşeron rayonu, Digah qəsəbəsi, yeni məhəllədə yerləşən fərdi evinin pəncərəsinin açaraq qanunsuz içəri daxil olmaqla evdən 3000 manat pulunu, 1500 manat dəyərində qızıl-zinət əşyaları və 300 manat dəyərində gümüş bijuteriyaları oğurlanması ilə bağlı ümumilikdə 4800 manat məbləğində maddi ziyan vurulmasını bildirmişdir. Bundan başqa Abşeron rayonu, Xırdalan şəhəri, Mehdiabad qəsəbəsi, Saray qəsəbəsi ərazisində silsilə oğurluqların baş verməsi ilə bağlı idarə rəisinin göstəriş vermişdir ki, həmin oğurluq cinayətlərini törədən şəxslərin müəyyən olunaraq istintaqa cəlb olunması istiqamətində əməliyyat-axtarış tədbirlərini həyata keçirsinlər. Bununla bağlı Abşeron RPİ-nin Mehdiabad PB-nin baş əməliyyat müvəkkili polis mayoru Şahid2, Abşeron RPİ-nin Mehdiabad PB-nin əməliyyat müvəkkili polis kapitanı X5, Abşeron RPİ-nin CAŞ-nn ənəliyyat müvəkkili polis baş leytenantı Şahid3 və Abşeron RPİ-nin CAŞ-nn əməliyyat müvəkkili polis leytenantı Şahid4 ibarət əməliyyat qrupu yaradıldı. Sonra onlar əməliyyat-axtarış tədbirlərinin keçirməyə başlamışlar. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Zərərçəkmiş şəxs22 məxsus Abşeron rayonu, Digah qəsəbəsi, yeni məhəllədə yerləşən fərdi evindən 3000 manat pulu, 1500 manat dəyərində qızıl-zinət əşyalarını və 300 manat dəyərində gümüş bijuteriyaları oğurlayan şəxslərin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olduğu müəyyən edilmiş və həmin şəxslər xx.xx.2019-cu il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində tərəflərindən saxlanılaraq Abşeron rayon X11 Polis Bölməsinə dəvət olunmuşdur. Bölmədə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 etiraf edərək bildirmişlər ki, xx.xx.2019-cu il tarixdə təxminən saat 16 radələrində bir yerdə Zərərçəkmiş şəxs22 məxsus Abşeron rayonu, Digah kəndində yerləşən fərdi yaşayış evinin pəncərəsini açıb qanunsuz içəriyə daxil olmaqla oradan 3000 manat pul, qızıl-zinət əşyaları, gümüş bijuteriyaları, 1 ədəd “Nokia” markalı mobil telefon və 1 ədəd “UNİ” markalı mobil telefonu oğurlamışdır. Bundan başqa Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 e tiraf edərək bildirmişlər ki, birlikdə xx.xx.2019-cu il tarixdə saat 21 radələrində Zərərçəkmiş şəxs3 məxsus Abşeron rayonu, Saray qəsəbəsi, M.Ziyadov küçəsində yerləşən 27 saylı fərdi evinin mətbəxindən divara quraşdırılmış 1 ədəd kombi istilik sistemi aparatını elektrik tənzimləyicisini oğurlanmışdır. Bundan başqa Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 etiraf edərək bildirmişlər ki, birlikdə xx.xx.2019-cu il tarixdə gecə saatlarında Zərərçəkmiş şəxs18 məxsus Abşeron rayonu, Novxanı qəsəbəsində yeni məhəllədə yerləşən fərdi yaşayış evindən bir ədəd markalı kombi istilik aparatını oğurlanmışdır. Bundan başqa Təqsirləndirilən şəxs2 etiraf edərək bildirmişdir ki, özü tək olaraq “xx xxxxxx 2019-cu il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs2 məxsus Abşeron rayonu, Saray qəsəbəsi, yeni məhəllədə yerləşən fərdi evindən 2814 manat məbləğində məişət əşyalarını, xx xxxxx 2019-cu il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs4 məxsus Abşeron rayonu, Saray qəsəbəsi, Q.Qarayev küçəsində yerləşən fərdi evindən 2400 manat məbləğində qızıl-zinət əşyalarını, xx xxxxx 2019-cu il tarixdə saat 18 radələrində Zərərçəkmiş şəxs5 məxsus ünvan 4 ünvanında yerləşən fərdi evindən 4275 manat məbləğində məişət əşyalarını, xx xxx 2019-cu il tarixdə saat 08 radələrində Zərərçəkmiş şəxs6 məxsus Abşeron rayonu, Novxanı kəndində yerləşən fərdi yaşayış evindən 226 manat məbləğində inşaat materiallarını, xx xxxx 2019-cu il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs7 məxsus Abşeron rayonu, Saray qəsəbəsi, Rəşid Behbudov küçəsində yerləşən fərdi evindən 1935 manat məbləğində qızıl-zinət əşyalarını, xx.xx.2019-cu il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs8 məxsus Abşeron rayonu, Saray qəsəbəsi, Mirzə İbrahimov küçəsində yerləşən fərdi evindən 2150manat məbləğində qızıl-zinət əşyalarını, 21iyul 2019-cu il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs9 məxsus ünvan 5 ünvanında yerləşən fərdi evindən 1550 manat dəyərində məişət əşyalarını, xx.xx.2019-cu il tarixə keçən gecə saat 21 radələrində Zərərçəkmiş şəxs11 məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən fərdi evindən 6000 manat məbləğində qızıl-zinət əşyalarını, xx xxxxxx 2019-cu il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs12 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi, yeni yaşayış massivində yerləşən fərdi yaşayış evindən 3500 manat məbləğində qızıl-zinət əşyalarını, xx xxxxxxxx 2019-cu il tarixdə saat 19 radələrində X2 məxsus Abşeron rayonu, Novxanı kəndi, M.İbrahimov küçəsində yerləşən fərdi yaşayış evindən 500 manat nağd pulunu, xx xxxxxxxx 2019-cu il tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs14 məxsus ünvan 6 saylı ünvandakı fərdi evindən 2100,6 manat məbləğində qızıl-zinət əşyalarını, xx xxxxxxxx 2019-cu il tarixdə saat 21 radələrində Zərərçəkmiş şəxs15 məxsus Abşeron rayonu, Saray qəsəbəsi, yeni məhəllədəki fərdi evindən 1500 manat nəğd pulunu, xx xxxxxxxx 2019-cu il tarixdə saat 04 radələrində X4 məxsus Abşeron rayonu, Saray qəsəbəsi, A.ünvan 7 ünvanında yerləşən evindən 341 manat məbləğində tikinti materiallarını, xx xxxxxxx 2019cu il tarixdə saat 18 radələrində Zərərçəkmiş şəxs17 məxsus ünvan 8 saylı ünvanda yerləşən fərdi evindən 2900 manat məbləğində qızıl-zinət əşyalarını, xx.xx.2019-cu il tarixdə saat 21 radələrində Zərərçəkmiş şəxs19 məxsus Abşeron rayonu, Saray qəsəbəsi,Yeni məhəllədə yerləşən fərdi evindən 2000 manat məbləğində məişət əşyalarını, 25oktyabr 2019-cu il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs20 məxsus Abşeron rayonu,Saray qəsəbəsi, S.Qazıyeva küçəsində yerləşən fərdi evindən 1300 manatməbləğində elektrik naqillərini, xx.xx.2019-cu il tarixdə saat 17 radələrində X8 məxsus Abşeron rayonu, Saray qəsəbəsi, R.Cəlilov küçəsində yerləşən 11 nömrəli evindən 770 manat məbləğində qızıl-zinət əşyalarını gizli talayaraq oğurlamışdır”. Bununla bağlı rəhbərliyə raportla müraciət olunmuş və həmin raport əsasında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 dindirilməsindən ötrü istintaq Abşeron rayon polis idarəsinin şöbəsinə təhvil verilmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2, Şahid3 və Şahid4 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadələr vermişlər. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 28914/28915 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd sarı rəngli metaldan, paxlava formalı üzük- üzərində “583” əyar damğası hək olunmuşdur, metalı 583 əyarlı qızıla uyğundur, çəkisi 8.08 qramdır, 2019-cu ilin noyabr olan orta bazar qiyməti təxminən 485,5 manat, 1 ədəd gümüşü rəngli metaldam boyunbağı- metal 925 əyarlı gümüşə uyğundur, çəkisi 39.95 qramdır, 2019-cu ilin noyabr olan orta bazar qiyməti təxminən 240.0 manat, ekspertiza tədqiqatına təqdim olunan əşyaların 2019-cu ilin noyabr olan orta bazar qiyməti təxminən 725,0 manat müəyyən edilir. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 28948 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd Çində istehsal olunmuş “Umi London” markalı **********15943 imey kodlu senzor dizayınlı mobil telefon 2019-cu ilin noyabr olan orta bazar qiyməti təxminən 50 manat, 1 ədəd Almaniyada istehsal edilmiş “Nokia” markalı 8800 (RM-13) modelli 3562xx/xx/454570/5 imey kodlu senzor dizayınlı mobil telefon 2019-cu ilin noyabr olan orta bazar qiyməti təxminən 100 manat müəyyən olunur. Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 aşkar olunaraq götürülmüş 1 ədəd bir ədəd “Umi” markalı mobil telefon və 1 ədəd bir ədəd “Nokia” markalı mobil telefon və Təqsirləndirilən şəxs2 aşkar olunaraq götürülmüş 1 ədəd qızıl üzük və 1 ədəd qızıl boyunbağı maddi sübut kimi tanınaraq və saxlanılmasından ötrü sahibi Zərərçəkmiş şəxs22 təhvil verilmişdir. xx.xx.2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli tələbnamədən görünür ki, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234-cü maddəsi ilə təqsirli bilinib, CM-in 69.3-cü maddəsinə əsasən 02 il 11 ay 06 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Bakı şəhəri, Binəqədi rayon İcra və Probasiya şöbəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Binəqədi rayon İcra və Probasiya şöbəsində qeydə alınmış və xx.xx.2019-cu il tarixdə Təqsirləndirilən şəxs1 üzərinə elektron nəzarəti vasitəsi quraşdırılmışdır. Təqsirləndirilən şəxs1 xx.xx.2019-cu il tarixdə saat 03:30-dan saat 01-15-dək, xx.xx.2019-cu il tarixdə saat 13:30-dan xx.xx.2019ci il tarixdə saat 11-22-dək, xx.xx.2019-cu il tarixdə saat 04:57-dən saat 14-30-dək müddət ərzində mobil qurğunun işlək vəziyyətdə saxlamadığına görə və enerjisin saxladığına görə Təqsirləndirilən şəxs1 töhmət elan olunmuş və bununla bağlı ona şifahi və yazılı xəbərdarlıq edilmişdir İş üzrə alınmış xx.xx.2020-ci il tarixl mütəxəssis rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məxsus Abşeron rayonu, Saray qəsəbəsi, M.Dilbazi küçəsində yerləşən fərdi evindən xx.xx.2018-ci il tarixdə oğurlanan qab-qacaq dəsti 2018-ci ilin sentyabr ayına orta bazar qiyməti 1200 manat müəyyən olunur. Zərərçəkmiş şəxs2 məxsus Abşeron rayonu, Saray qəsəbəsi, yeni məhəllədə yerləşən fərdi evindən xx xxxxxx 2019-cu il tarixdə oğurlanan əşyaladan bir ədəd 108 diaqonallı «Samsunq» markalı televizor 1000 manat, bir ədəd «HP» markalı notbuk 650 manat, bir ədəd «Magtime» markalı qızıldan olan qol saatı 550 manat, bir ədəd «Tossot» markalı qol saatı 150 manat, bir ədəd «Luç» markalı qol saatı 70 manat, bir ədəd «Fitron» markalı qol saatı 40 manat, bir ədəd «Gucci» markalı eynək 60 manat, bir ədəd qadın üçün qol saatı 30 manat, bir ədəd qadın jaketi 60 manat, bir ədəd «Philips» markalı üzqırxan aparatı 2xx xxxxx 2019-cu ilin yanvar ayına orta bazar qiyməti ümumilikdə isə 2814 manat müəyyən olunur. Zərərçəkmiş şəxs3 yaşadığı Abşeron rayonu, Saray qəsəbəsi, M.Ziyadov küçəsində yerləşən 27 saylı fərdi evindən xx.xx.2019-cu il tarixdə oğurlanan əşyalardan 1 ədəd “Biaisi” markalı Kombi istilik sistemi aparatı 700 manat, bir ədəd “Biaisi” markalı Kombi istilik sistemi aparatının elektrik tənzimləyicisi xx xxxxx 2019-cu ilin mart ayına orta bazar qiyməti ümumilikdə 774 müəyyən olunur. Zərərçəkmiş şəxs5 məxsus ünvan 4 ünvanında yerləşən fərdi evindən xx xxxxx 2019-cu il tarixdə oğurlanan əşyalardan iki ədəd qızıl boyunbağı 1200 manat, 1 ədəd qızıl boyunbağı 400 manat, iki ədəd qızıl üzük 800 manat, 1 ədəd qızıl üzük 300 manat, bir cüt qızıl sırğa 450 manat, bir ədəd qızıl uşaq qolbağı 100 manat, 1 ədəd mirvari boyunbağı 170 manat, 1 ədəd “Huavei” markalı mobil telefon aparatı 8xx xxxxx 2019-cu ilin aprel ayına orta bazar qiyməti ümumilikdə 4220 manat müəyyən olunur. Zərərçəkmiş şəxs6 məxsus Abşeron rayonu, Novxanı kəndində yerləşən fərdi yaşayış evindən xx xxx 2019-cu il tarixdə oğurlanan əşyalardan 2 top 200 metr uzunluğunda 4 mm diametrli elektrik naqili 66 manat, 1 ədəd odun samovarı 1xx xxxxx 2019-cu ilin may ayına orta bazar qiyməti ümumilikdə 216 manat müəyyən olunur. Zərərçəkmiş şəxs7 məxsus Abşeron rayonu, Saray qəsəbəsi, Rəşid Behbudov küçəsində yerləşən fərdi evindən xx xxxx 2019-cu il tarixdə oğurlanan əşyalardan bir cüt uşaq qızıl sırğası 500 manat, bir ədəd qadın üçün üzərində ağ qaşı olan qızıl üzüyü 300 manat, iki ədəd qadın üçün gümüş qolbağı 100 manat, bir ədəd üzərində səkkiz forması olan qadın gümüş üzüyü 25 manat, bir ədəd qadın gümüş üzüyü 40 manat, bir ədəd kişi qol saatı 1xx xxxxx 2019-cu ilin iyun ayına orta bazar qiyməti ümumilikdə 1935 manat müəyyən olunur. Zərərçəkmiş şəxs8 məxsus Abşeron rayonu, Saray qəsəbəsi, Mirzə İbrahimov küçəsində yerləşən fərdi evidən xx xxxx 2019-cu il tarixdə oğurlanan əşyalardan 02 ədəd qızıl sırğa 600 manat, 01 ədəd qızıl üzük 300 manat, 01 ədəd qızıl üzük 250 manat, 01 ədəd qızıl boyunbağı 5xx xxxxx 2019-cu ilin iyul ayına orta bazar qiyməti ümumilikdə 1651 manat müəyyən olunur. Zərərçəkmiş şəxs9 məxsus ünvan 5 ünvanında yerləşən fərdi evindən 21iyul 2019cu il tarixdə oğurlanan əşyalardan 1 ədəd “Qrundik” markalı notbuk tipli kompyuteri 900 manat, 1 ədəd “Lenova” markalı notbuk tipli kompyuteri 300 manat, bir ədəd madem aparatı xx xxxxx 2019-cu ilin iyul ayına orta bazar qiyməti ümumilikdə 1250 manat müəyyən olunur. Zərərçəkmiş şəxs11 məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən fərdi yaşayış evindən xx xxxx 2019-cu il tarixdə oğurlanan əşyalardan 1 ədəd qızıl üzük 200 manat, 1 ədəd 5 qaşlı qızıl üzük 350 manat, 1 cüt “ürək” formalı qızıl sırğa 1000 manat, 1 cüt qızıl sırğa 500 manat, 1 ədəd uşaq üçün qızıl dəsti 800 manat, hər biri 200 manat dəyərində olan 5 cüt qızıl uşaq üçün sırğası 1000 manat, hər biri 150 manat dəyərində 2 ədəd qızıl üzük 300 manat, 1 ədəd qızıl qolbaq 300 manat, 1 ədəd qızıl boyunbağı 150 manat, 1 ədəıd qızıl üzük 200 manat, 1 ədəd uşaq üçün qızıl qolbaq və üzük dəstini 400 manat, hər biri 50 manat olan 2 ədəd uşaq üçün qızıl sırğa 100 manat, 1 ədəd qızıl medalyon 200 manat, 1 cüt qızıl sırğa 5xx xxxxx 2019-cu ilin iyul ayına orta bazar qiyməti ümumilikdə 5850 manat müəyyən olunur. Zərərçəkmiş şəxs12 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi, yeni yaşayış massivində yerləşən fərdi yaşayış evindən xx xxxxxx 2019-cu il tarixdə oğurlanan əşyalardan 1 ədəd qızıl kişi saatı 2019-cu ilin avqust ayına orta bazar qiyməti 2500 manat müəyyən olunur. Zərərçəkmiş şəxs14 məxsus ünvan 6 saylı ünvandakı fərdi evində xx xxxxxxxx 2019-cu il tarixdə oğurlanan əşyalardan bir ədəd 583 əyarlı qızıl qolbağı 350 manat, bir ədəd hər bir məmulatın üzərində 7 ədəd brilyant qaşı olan qızıl üzük-sırğa dəsti 1100 manat, bir ədəd 583 əyarlı, üzərində 7 ədəd brilyant qaşı olan qızıl nişan üzük 350 manat, bir ədəd 583 əyarlı qızıl qolbağı 2xx xxxxx 2019-cu ilin sentyabr ayına orta bazar qiyməti ümumilikdə 2000 manat müəyyən olunur. X4 məxsus Abşeron rayonu, Saray qəsəbəsi, A.ünvan 7 ünvanında yerləşən evindən xx xxxxxxxx 2019-cu il tarixdə oğurlanan əşyalardan hər birinin qiyməti 18 manat olan 07 ədəd izoband adlı yapışkan lent 126 manat, hər birinin qiyməti 5 manat olan 05 ədəd “purkuley” adlı yapışdırıcı 25 manat, hər bir qutunun qiyməti 9 manat olan 20 qutu şurup 180 manat dəyərində hər birinin qiyməti 05 manat olan dəyərində 02 ədəd qıfıl 10 2019-cu ilin sentyabr ayına orta bazar qiyməti ümumilikdə 341 manat müəyyən olunur. Zərərçəkmiş şəxs17 məxsus ünvan 8 saylı ünvanda yerləşən fərdi evindən xx xxxxxxx 2019-cu il tarixdə oğurlanan əşyalardan qızıl sırğa-üzük dəstinin 2019-cu ilin oktyabr ayına orta bazar qiyməti 2500 manat manat müəyyən olunur. Zərərçəkmiş şəxs18 məxsus Abşeron rayonu, Novxanı qəsəbəsi, yeni məhəllədə yerləşən fərdi yaşayış evindən xx.xx.2019-cu il tarixdə oğurlanan “Enko” markalı kombi istilik aparatı 2019-cu ilin oktyabr ayına orta bazar qiyməti 800 manat müəyyən olunur. Zərərçəkmiş şəxs19 məxsus Abşeron rayonu, Saray qəsəbəsi,Yeni məhəllədə yerləşən fərdi evindən xx.xx.2019-cu il tarixdə oğurlanan əşyalardan bir ədəd xurustal çılçırağı 700 manat, yataq dəsti və qab-qacağı 13xx xxxxx 2019-cu ilin oktyabr ayına orta bazar qiyməti ümumilikdə 2000 manat müəyyən olunur. Zərərçəkmiş şəxs20 məxsus Abşeron rayonu,Saray qəsəbəsi, S.Qazıyeva küçəsində yerləşən fərdi evindən 25oktyabr 2019-cu il tarixdə oğurlanan əşyalardan hər birinin dəyəri 150 manat olan 4 ədəd istilik radiatorları 600 manat, 200 metr elektrik naqilləri400 manat, hər birininqiyməti 70 manat olan2 top 4-lük elektrik naqilləri 140 manat, müxtəlif çeşiddə tikinti alətləri1xx xxxxx 2019-cu ilin oktyabr ayına orta bazar qiyməti ümumilikdə 1300 manat müəyyən olunur. X8 məxsus Abşeron rayonu, Saray qəsəbəsi, R.Cəlilov küçəsində yerləşən 11 nömrəli evindən xx.xx.2019-cu il tarixdə oğurlanan əşyalardan 1 ədəd 3 qr çəkidə olan qızıl qadın üzüyü 150 manat, 1 cüt 6-7 qr çəkidə qızıl sırğası 2xx xxxxx 2019-cu ilin oktyabr ayına orta bazar qiyməti ümumilikdə 770 manat müəyyən olunur. xx.xx.2019-cu il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs etmənin əvvəli xx.xx.2019-cu il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. xx.xx.2019-cu il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs etmənin əvvəli xx.xx.2019-cu il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxslərin əməllərində cinayət tərkibinin olmamasına dair dəlilləri ilə əlaqədar məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onlar tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsin əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eskpertlərin rəyləri sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı qanuni üsullarla toplanmış subutları tam araşdırmaqla təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və Təqsirləndirilən şəxs2 törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və326.2-ci maddələri ilə,Əhməd Xavər oğlunun törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmədə, cəza təyini zamanı Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs2 ilk dəfə az ağır cinayətlər törətməsini, zərərçəkmiş şəxslərin şikayətçi olmasını, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs2 oğluna təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı həbsdə saxlandığı vaxtdan, yəni xx.xx.2019-cu il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyini zamanı Azərbaycan Respublikası CMin 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödəməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 barəsində olan Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmündən yaranan məhkumluq residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Oğurluq cinayətinin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkarlar özgə əmlakını ələ keçirməklə mülkiyyət münasibələrinə qəsd edir, həmin münasibətlərə ciddi ziyan vurur, vətəndaşlar və hüquqi şəxslər onlara məxsus əmlakdan təyinatı üzrə istifadə etməkdən məhrum olur. Göründüyü kimi oğurluq cinayətinin obyekti mülkiyyət münasibətləridir. Ona görə də, təqsirkarlar tərəfindən zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talama yolu ilə ələ keçirilmiş əmlakın dəyərinin könüllü olaraq zərərçəkmiş şəxsə ödəməsi vətəndaşların və ya hüquqi şəxslərin mülkiyyət hüququnu bərpa edir, mülkiyyət münasibətlərinə vurulmuş zərəri aradan qaldırır, bununla da həmin cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldır. Bu növ cinayətin xarakterini nəzərə alaraq, təqsirkarların cinayət nəticəsində vurulmuş maddi zərərin könüllü ödənilməsi yolu ilə cinayətin ictimai təhlükəli nəticələrinin aradan qaldırılması onların əməlindən peşman olub artıq islah yoluna düşməsini göstərir. Məhkəmə istintaqı zamanı müəyyən edildi ki, iş üzrə Zərərçəkmiş şəxs22 dəymiş maddi ziyan Təqsirləndirilən şəxs1tərəfindən tam ödənilmişdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs1 az ağır cinayət törətməsini, onun cəzasını yüngülləşdirən halı, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddələrin sanksiyalarında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 65.3-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin məhkumluğu bu Məcəllənin Xüsusi hissəsinin maddəsində tövsifedici əlamət kimi göstərildikdə, habelə bu Məcəllənin 62-ci maddəsində nəzərdə tutulmuş müstəsna hallar olduqda, residivə, təhlükəli residivə və ya xüsusi təhlükəli residivə görə cəza, bu Məcəllənin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar nəzərə alınmadan təyin olunur. Belə ki, bununla bağlı, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” xx xxxx 2008-ci il tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” xx xxx 2009-cu il tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqeyinə əsasən,“… məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə minməsi ilə yaranır.” Digər tərəfdən, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” xx xxxxxxxx 2010-cu il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə “Cinayət Məcəlləsində “məhkum olunmuş şəxs”müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq təfsir edilməlidir. Başqa yanaşma Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinin pozulmasına, əməlin əsassız olaraq residiv kimi qiymətləndirilməsinə, şəxsə daha ağır cəzanın təyin edilməsinə, onun vəziyyətinin qanuni əsaslar olmadan pisləşməsinə gətirib çıxarmış olar.” Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmündən əvvəl hazırkı iş üzrə təqsirli olduğu müəyyən olduğuna görə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza ilə Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 02 il 08 ay 04 gün müddətində azadlığın məhdudlaşdırılması cəzası qismən toplamaq yolu ilə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək həbsdə saxlanıldığı 10 ay 29 gün azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 357.0.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın azadlıqdan məhrum etmə ilə bağlı olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və hökm qanuni qüvvəyə minənədək onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd bir ədəd “Umi” markalı mobil telefon və 1 ədəd bir ədəd “Nokia” markalı mobil telefon və 1 ədəd qızıl üzük və 1 ədəd qızıl boyunbağı saxlanılmasından ötrü sahibi Zərərçəkmiş şəxs22 təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə 159 manat 50 qəpik ekspertiza xərci təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə hesab edir ki, zərərşəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs15, X4, Zərərçəkmiş şəxs17, Zərərçəkmiş şəxs18, Zərərçəkmiş şəxs19, Zərərçəkmiş şəxs20 dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar mülkü qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-in 326.2-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılaraq Təqsirləndirilən şəxs2 qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı həbsdə saxlandığı vaxtdan, yəni xx.xx.2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Abşeron rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 3 il müddətinə azadlığın məhdudlaşdırılmasıcəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu i l tarixli, 1(001)-301/2019 nömrəli hökmü ilə təyin edilmiş və çəkilməmiş 02 il 08 ay 04 gün azadlığın məhdudlaşdırılmasıcəzası 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanmaqla, Təqsirləndirilən şəxs1 qəti olaraq 4 il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 ibtidai istintaq dövründə tutma altında və həbsdə saxlanıldığı 10 ay 29 gün müddət nəzərə alınaraq, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, ümumilikdə 1 il 9 ay 28 gün müddət hazırki hökmdə təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 2 (iki) ay 2 (iki) gün müddətinə azadlığın məhdudlaşdırılıması növündə cəza saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə axşam gecə saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini və Abşeron rayonu və Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Bakı şəhəri Binəqədi rayon icra və probasiya şöbəsinə həvalə olunsun. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal azad edilsin. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd bir ədəd “Umi” markalı mobil telefon və 1 ədəd “Nokia” markalı mobil telefon və 1 ədəd qızıl üzük və 1 ədəd qızıl boyunbağı saxlanılmasından ötrü sahibi Zərərçəkmiş şəxs22 təhvil verilməsi nəzərə alınsın. İş üzrə 159 manat 50 qəpik ekspertiza xərci təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Məhkəmə hesab edir ki, zərərşəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs15, X4, Zərərçəkmiş şəxs17, Zərərçəkmiş şəxs18, Zərərçəkmiş şəxs19, Zərərçəkmiş şəxs20 dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar mülkü qaydada məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar