Məhkəmə qərarları › İş №1(012)-301/2019

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-301/2019

26.12.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-301/2019 26.12.2019 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Qəhrəmanov Bəxtiyar Vaqif oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X4 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun nümayəndəsi, vəkil Müdafiəçi1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi2 iştirakı ilə xx xxxxxx 1978-ci il tarixdə Neftçala rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, məhkum olunmamış, evli, himayəsində bir azyaşlı uşağı olan, işləməyən, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi. B.Niftəliyev küçəsi ev 5, mənzil 58-də qeydiyyatda olan və yaşayan, Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarına ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2019-cu il tarixdən həbsdə saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 320.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə talamaq məqsədlə Zərərçəkmiş şəxs 2017-ci ilin yanvar ayının ortalarında həmin dövrün məzənnəsi ilə 7200 manat dəyərində olan 4000 ABŞ dollarını Abşeron rayonu Atyalı massivində yerləşən “Vüsal” kafesində alıb, pulu tam olaraq Zərərçəkmiş şəxs idarə etdiyi və "xxxx" ASC-də girovda olan “Lexsus” markalı, 10VS010 dövlət qeydiyyat nişanlı avtomobilə görə "xxxx" ASC-yə ödəyəcəyini yalandan vəd edib aldadaraq, həmin pulun 3600 manatını 24 yanvar 2017-ci il tarixdə "xxxx"da AZ29TURA**********060011084 saylı hesaba ödəmiş, qalan 3600 manatını isə ələ keçirib, "xxxx" ASC-yə ödəməyərək, törətdiyi cinayəti ört-basdır etmək məqsədilə AZ29TURA**********060011084 saylı hesaba 4000 ABŞ dolları ödənilməsinə dair istintaqa məlum olmayan şəraitdə möhür əksi və imzalar hər hansı bir eyni növ sənəddən texniki qurğu vasitəsilə kompyuterə köçürülmüş və qrafik proqram təminatından istifadə edilməklə axınlı pronterdə çap edilərək qanunsuz hazırladığı hüquq verən saxta sənəd olan cari hesaba mədaxil qəbzini Zərərçəkmiş şəxs verib ona maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə talamaq məqsədlə Zərərçəkmiş şəxs idarə etdiyi və "xxxx" ASCdə girovda olan “Lexsus” markalı, 10VS010 dövlət qeydiyyat nişanlı avtomobilə görə 5000 ABŞ dollarını, “BMW X5” markalı, 10F0909 dövlət qeydiyyat nişanlı avtomobilə görə isə 5000 ABŞ dollarını "xxxx" ASC-yə ödəyəcəyini yalandan vəd edib aldadaraq, 2017-ci ilin yanvar ayının sonunda həmin dövrün məzənnəsi ilə 19000 manat dəyərində olan 10000 ABŞ dollarını Abşeron rayonu Atyalı massivində yerləşən “Viisal” kafesində ələ keçirib, "xxxx" ASC-yə ödəməyərək zərərçəkmiş Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən təkrarən özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə talamaq məqsədlə Zərərçəkmiş şəxs idarə etdiyi və "xxxx" ASC-də girovda olan “Lexsus” markalı, 10VS010 dövlət qeydiyyat nişanlı avtomobilə görə tanışı X9 verdiyi 1000 manat pulu "xxxx" ASC-yə ödəyəcəyini yalandan vəd edib aldadaraq. 2017-ci ilin fevral ayının sonunda Abşeron rayonu Atyalı massivində yerləşən “Vüsal” kafesində Giiləhməd Xəlilovdan həmin 1000 manat pulu ələ keçirib, zərərçəkmiş Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən təkrarən özgə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə talamaq məqsədlə Zərərçəkmiş şəxs idarə etdiyi və "xxxx" ASC-də girovda olan “Lexsus” markalı, 10VS010 dövlət qeydiyyat nişanlı avtomobilə görə tanışı Şahid3 Fərulla oğluna verdiyi həmin dövrün məzənnəsi ilə 1850 manat dəyərində olan 1000 ABŞ dollarını "xxxx" ASC-yə ödəyəcəyini yalandan vəd edib aldadaraq, 2017-ci ilin mart ayının əvvəllərində Abşeron rayonu Atyalı massivində yerləşən “Vüsal” kafesində Şahid3 həmin 1000 ABŞ dolları ələ keçirib, "xxxx" ASC-yə ödəməyərək zərərçəkmiş Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, təxminən bir ildir "xxxx" bank ASC-nin Bakı şəhəri Bməqədi rayonunda yerləşən filialında partynor işləyir. Onun işi bankda girovda olan avtomobillərə görə ödəniləcək pulda gecikmə halları olduqda bankın digər partyonuru Emin adlı şəxsin göstərişi ilə pulların ödənilməsi üçün müəyyən tədbir görməkdən ibarətdir. 2016-cı ilin fevral ayında həmin bankda girovda olan “Lexsus” markalı, ** VC *** dövlət qeydiyyat nişanlı avtomobilin aylıq ödənişləri olmadığından təxminən 15000 ABŞ dolları gecikməsi olduğu üçün dayısı oğlu Rövşən və dostu Asim ilə birlikdə həmin avtomobili istifadə edən Mirnamat ilə Abşeron rayonu, Atyalı yaşayış massivində “Vüsal” kafesində görüşdükdə, Mirnamatə avtomobilinin banka 15000 ABŞ dolları geçikməsi olduğunu, ona görə avtomobillə birlikdə banka gəlməsini bildirdikdə, Mirnamat səhər banka ödəniş edəcəyini demişdir. Səhərisi yenə Rövşən və Asim ilə birlikdə Mirnamatin həmin “Vüsal” kafesinə getmiş, Mimamatın orada ona verdiyi 3000 manat pulu Turan banka ödəyərək, bu barədə olan qəbzi Mirnamatə vermişdir. Təxminən 3-4 gün sonra yenə Rövşən və Asim ilə birlikdə Mirnamatin həmin kafesinə getmiş, orada Mirnamatin ona verdiyi 3000 manat pulu da Mirnamatin avtomobilinə görə banka ödəmiş və qəbzi ona vermişdir. Bundan sonra "xxxx" bank ASCdə girovda olan idarə etdiyi 'Rancvover sport” markalı, 99 H0 174 dövlət qeydiyyat nişanlı avtomobili Mirnamat almaq istədiyini ona dedikdə, avtomobilin banka 16000 ABŞ dollar borcu olduğunu Mirnamatə demişdir. Həmin avtomobil üçün 11000 manat ilkin ödənilməsinə, ayda isə 1000 ABŞ dollar ödəməsi təklifinə Mirnamat razılaşaraq, avtomobili almışdır. Həmin avtomobili Mirnamat iki ay istifadə etmiş və ona hissə-hissə 11000 manat vermiş, lakin banka heç nə ödəməmişdir. Ona görə Mirnamat həmin avtomobili ona qaytarmış və yenə bankda girovda olan “BMV” x5 markalı, 10 F0 909 dövlət qeydiyyat nişanlı avtomobili almaq istədiyini bildirmişdir. Həmin avtomobilin banka 16000 ABŞ dollar borcu olmuşdur. Mirnamat həmin avtomobilə görə ilkin ödəniş 12500 ABŞ dolları banka, 16000 ABŞ dolları isə 3 ay müddətinə banka ödəmək şərti ilə ondan almışdır. Bundan sonra Mirnamat öz “Lexsus” markalı, ** VC *** dövlət qeydiyyat nişanlı avtomobilə görə 4000 ABŞ dolları ona vermişdir. Həmin puldan 2000 ABŞ dolları “Lexsus” markalı, ** VC *** dövlət qeydiyyat nişanlı avtomobilə görə, 2000 ABŞ dollarını da “BMV” x5 markalı, 10 F0 909 dövlət qeydiyyat nişanlı avtomobilə görə ödəmişdir. Bundan təxminən bir ay sonra Mirnamatin işçisi Gülbala ona 2000 ABŞ dolları vermiş, lakin həmin pula görə qəbzi ona verməmiş və pulu onun avtomobilinə görə ödəməmişdir. Mirnamatə həmin 2000 ABŞ dolları "BMV” x5 markalı, 10 F0 909 dövlət qeydiyyat nişanlı avtomobilə görə ödəyəcəyini demişdir. Təxminən bir-iki ay sonra Mirnamat 2000 ABŞ dollarını bir dəfə, sonuncu dəfə də 1000 ABŞ dolları ona vermişdir. Həmin 3000 ABŞ dolları bankın əməkdaşı Eminə vermişdir, lakin Mirnamatə qəbzi verməmişdir. Sonuncu pulları Mimamatdən alanda ora tək getmişdir. BMV x5 markalı avtomobilin kredit borcunun vaxtı çatdığı üçün Emil məcbur olub avtomobilin banka olan borcunu 17 mart 2017-ci il tarixdə tam ödəmiş və avtomobil onun adına keçirilmiş, elə həmin günü də DYPİ-də avtomobili Emil etibarnamə ilə Mirnamatə və oğlu Mirəzizə vermişdir. Həmin vaxt Mirnamat və Mirəziz heç orada olmamışlar, Mirnamatin işçisi Gülü adlı şəxs orada olmuşdur. Etibarnamələri Gülüyə vermişlər. Ondan sonra da Mirnamat avtomobilə görə pul ödəmədiyi üçün Emil də özünə məxsus BMV X5 markalı, 10 F0 909 nömrə nişanlı avtomobili geri almışdır. Mirnamat “BMV” x5 markalı. 10 F0 909 dövlət qeydiyyat nişanlı avtomobilə görə ona 11000 ABŞ dollar borcu qalmışdır. Hazırda zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı ödəyib onunla barışıq əldə etmişdir, törətdiyi əməldən peşmançılıq hissi keçirir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, “Lexsus” markalı. ** VC *** dövlət qeydiyyat nişanlı avtomobili 2012-ci ildə yeznəsi Gündüzün adına "xxxx"da girovda qoymaqla almış, hər ay avtomobilin pulunu ödəmişdir. 2016-cı ilin əvvəllərində avtomobilin aylıq ödəniş pullarında gecikməsi olmuşdur. 2016-cı ilin fevral ayında Abşeron rayonu, Atyalı massivində “Vüsal” kafesində olarkən Arif, Rövşən və iki nəfər tanımadığı şəxslər yanına gəlmişdir. Onlardan Təqsirləndirilən şəxs "xxxx" bankın işçiləri olduğunu, onun “Lexsus" markalı. ** VC *** dövlət qeydiyyat nişanlı avtomobilinin gecikməsi olduğunu, avtomobiln pulunu ödəməsini, ya da avtomobillə birlikdə “Turan banka" getməli olduğunu ona dedikdə, onlara bank ilə danışdığını, faizin saxlanmasını və əsas pulu ödəyəcəyini bildirmişdir. Avtomobili alanda banka 48000 ABŞ dollar borcu olmuş, həmin borcdan müəyyən hissəsini ödəmişdir. Arifə bank onu məhkəməyə verməyini demişdir. Arif onunla razılaşaraq, ona kömək edəcəyini bildirmişdir. Arifə həmin vaxt 1000 manat vermiş, Arif həmin pulu 700 ABŞ dolları şəklində 16 fevral 2016-cı il tarixdə banka ödəməsi barədə qəbzi ona vermişdir. Bundan başqa “Lexsus" markalı, ** VC *** dövlət qeydiyyat nişanlı avtomobilə görə 16 noyabr 2016-cı il tarixdə Arifə verdiyi 2000 manat pulu, 1712 ABŞ dolları şəklində, 22 noyabr 2016-cı il tarixdə yenə verdiyi 2000 manat pulu 1688 ABŞ dolları şəklində ödəmiş və qəbzləri ona vermişdir. 2017-ci ilin yanvar ayının ortalarında Arifə 4000 ABŞ dolları vermiş. Arif tanışı Rövşən və xatırlamadığı iki nəfərin yanında 4000 ABŞ dolları ödəməsi barədə xx.xx.2017ci il tarixli qəbzi ona vermişdir. Ondan sonra BMV X5 markalı avtomobili ilkin ödəniş 17000 ABŞ dolları ilik ödəniş verib almışdır. Arif həmin avtomobilin banka 16000 ABŞ dolları borcu olduğunu ona demişdir. Həmin avtomobili alandan sonra 2017-ci ilin yanvar ayının sonunda Arif ona 4000 ABŞ dolların qəbzini verəndə, 10000 ABŞ dolları “Vüsal” kafesində oğulluğu Radikin və Ariflə birlikdə gələn Rövşənin yanında Arifə vermişdir. Airfə həmin puldan 5000 ABŞ dolları Lexsusa görə, 5000 ABŞ dolları BMV x5 markalı avtomobilə görə banka ödəyəcəyini dedikdə, Arif isə həmin puldan 4000 ABŞ dolları Lexsusa görə, 6000 ABŞ dolları BMV X5 markalı avtomobilə görə ödəyəcəyini demiş və onunla razılaşmışdır. Lakin Arif 10000 ABŞ dollara görə qəbzləri gətirməmişdir. 2017-ci ilin fevral ayının əvvəllərində Vüsal kafesində Arifə 2000 ABŞ dolları, Lexsus markalı avtomobilə görə banka ödəməsi üçün vermişdir. 2017-cilin fevral ayının sonunda Arif həmin 2000 ABŞ dolları BMV X5 görə ödəmişdir. BMV x5 avtomobilin bankda borcu olmadığı üçün verdiyi pula görə Arif ona qəbz verməmişdir. Ondan sonra 2017-ci ilin fevral ayının sonunda Lexsus markalı avtomobilə görə 1000 manat pulu Vüsal kafesində işləyən Güləhmədə vermiş və Güləhməd həmin pulu Arifə vermişdir. 2017-ci ilin mart ayının əvvəllərində 1000 ABŞ dolları Arifə verməsi üçün kafedə işləyən Xeyrullaya vermis, Xevrulla da həmin pulu Arifə vermişdir. Lakin Arif həmin pulları onun Lexsus markalı avtomobilinə görə banka ödəməmişdir. Bankdan öyrənmişdir ki, Arifə verdiyi 4000 ABŞ dollardan Arif 2000 ABŞ dolları banka ödəmiş, xx.xx.2017-ci il tarixli qəbzi saxtalaşdıraraq 4000 ABŞ dolları yalandan ödəməsini ona göstərmişdir. Ümumilikdə onun Arifə verdiyi 19000 ABŞ dolları və 1000 manat pulları Arif mənimsəmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan ödənildiyindən ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Atyalı yaşayış massivində olan Zərərçəkmiş şəxs məxsus “Vüsal” kafesində işləyir. Kafedə işlədiyi vaxt Mirneymət idarə etdiyi "Lexsus” markalı. ** VC *** dövlət qeydiyyat nişanlı avtomobilinin "xxxx"da girovda qoymaqla aldığını onun özündən eşitmişdir. Mirnamat maddi vəziyyətinin çətinliyi ilə əlaqədar 2016-cı ildə avtomobilin kredit pullarını verə bilməmişdir. Həmin vaxt kafeyə tanımadığı 3 nəfər bank işçiləri gəlib, avtomobilin kredit borcunun ödəməsi ilə əlaqədar Mirnamat ilə görüşmüşlər. Mirnamat ilə söhbət aparan bank işçisi Təqsirləndirilən şəxs adlı şəxs gəlmişdir. Mirnamatın onlara kredit borcundan pul verdiyini və sonra da Təqsirləndirilən şəxs pulun banka ödəməsi barədə Mirnamatə qəbz verdiyini dəfələrlə görmüşdür. Ancaq həmin tarixlər və verilən pulların məbləği yadında deyildir. 2017-ci ilin fevral ayının sonunda kafedə işdə olduğu vaxt Mirnamat Lexsus markalı avtomobilin kredit borcuna görə ona verdiyi 1000 manat pulu, onun adından kafeyə gəlmiş Arifə vermişdir. Sonradan Mirnamatdən, Arifin onu aldadıb, ondan Lexsus markalı avtomobilin kredit borcu ilə əlaqədar aldığı pulların hammısını banka ödəmədiyini eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Atyalı massivində yerləşən X7 məxsus “Vüsal” kafesində işləyir. Kafedə işlədiyi vaxt Zərərçəkmiş şəxs eşitmişdir ki, idarə etdiyi "Lexsus" markalı, ** VC *** dövlət qeydiyyat nişanlı avtomobilini "Turan bank”da girovda qoymaqla almışdır. Mirnamat maddi vəziyyətinin çətinliyi ilə əlaqədar 2016-cı ildə avtomobilin kredit pullarını verə bilmədiyinə görə, borcu çoxalmışdır. Həmin vaxt kafedə işdə olarkən tanımadığı 3 nəfər bank işçiləri kafeyə gəlib, avtomobilin kredit borcunun ödəməsi ilə əlaqədar Mirnamat ilə görüşüb, söhbət etmişlər. Mirnamat ilə söhbət aparan bank işçisi əsas Təqsirləndirilən şəxs adlı şəxs olmuşdur. Mirnamat onlara kredit borcunu ödəyəcəyinə söz vermişdir. Bank işçiləri müxtəlif tarixlərdə kafeyə kredit borcunu almaq üçün gəldiklərini, Mirnamatin onlara kredit borcundan pul verdiyini və sonra Təqsirləndirilən şəxs pulun banka ödəməsi barədə qəbz gətirib Mirnamatə verdiyini dəfələrlə görmüşdür. 2017-ci ilin mart ayının əvvəllərində kafedə işdə olduğu vaxt Mirnamatın Lexsus markalı avtomobilin kredit borcuna görə ona verdiyi 1000 ABŞ dolları, onun adından kafeyə gəlmiş Arifə vermiş və pulun Arifin adından Lexsus markalı avtomobilin kredit borcuna görə olduğunu demişdir. Sonradan Mirnamatdən. Arifin onu aldadaraq ondan Lexsus markalı avtomobilin kredit borcu ilə əlaqədar aldığı pulların hamısını banka ödəmədiyini eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Babək prospektində yerləşən "Lider" avtomobil salonunu icarə əsasında işlədir. “Turanbank" ASL ilə əməkdaşlıq barədə müqaviləsi vardır. Salondan avtomobil satanda müştəri aldığı avtomobili banka girov qoyur və avtomobilin pulunu bankdan müştəri götürüb ona verəndən sonra avtomobili alan şəxsin isə bankın pulunu ödəməsi üçün zamin olur. Avtomobili alan şəxs bankın pulunu gecikdirəndə, bank pulu ondan alır və ya onun bankda olan depozitindən çıxır. Təqsirləndirilən şəxs təxminən 2015-ci ildən tanıyır. 2016-cı ilin təxminən sentyabr-oktyabr ayında Arif onunla bir yerdə işləmişdir. Onun satdığı və zamin durduğu avtomobil sahibləri banka aylıq pulunu ödəməyəndə Arif onun tapşırığı ilə gedib həmin avtomobilləri və ya onları idarə edən şəxsləri tapıb banka dəvət etmişdir. Arif bu qaydada onunla işləmiş, gedib bankda girovda olan və pulu ödənilməyən avtomobili tapıb gətirib, ona təhvil verdikdə. Arifə özündən pul vermişdir. Avtomobilin tapılması üçün Arif çox işlədikdə işə görə ona çox pul, əgər avtomobili asan tapırdısa az pul vermişdir. BMV X5 markalı avtomobili 2014-cü ilin təxminən sentyabr ayında X2 və avtomobili "xxxx" bankda girovda qoymaqla alıcı onu almışdır. X1 adına Bankda girov qoyulsa da avtomobili Əziz adlı şəxs idarə etmiş və avtomobilə görə banka Əziz pulu ödəməkdə davam etmişdir. 2017-ci ilin təxminən yanvar-fevral ayında Arif həmin avtomobili alarkən, avtomobil bankda girovda olmuşdur. Arifə avtomobilin borcunun üç ay müddətində tam ödənilib bağlanmasını demişdir. Arif həmin avtomobili sonradan dostuna verdiyini demişdir. Arifə həmin avtomobili onun adına keçirməsini və adında qalmasını, alan şəxs tam pulu ödəyəndən sonra öz adına keçirtməsini demişdir. Həmin vaxt BMV X5 markalı avtomobil 99 ?? 895 nömrəli olmuş, sahibi X5 adında olmuşdur. Həmin avtomobili Arifə verdikdə avtomobilin banka və zamin kimi ona təxminən 13100 ABŞ dolları ona ödənilməlidir. BMV X5 markalı avtomobili Arif Mirnamatə satmış, lakin hansı qiymətə satdığını bilmir və avtomobilə görə kimin etibarnamə verməsini də bilmir. Avtomobilin kreditin vaxtı 2017-ci ilin fevral ayında bitəcəyi iiçün pulu özü ödəmişdir, ancaq nə qədər ödədiyini bilmir. BMV X5 markalı avtomobilə görə banka olan borcu tam ödədiyi üçün 17 mart 2017-ci il tarixdə avtomobil onun adına keçirilmişdir. Arif ona demişdir ki, BMV X5 markalı avtomobili Mirnamatə satdığı üçün etibarnamə verməlidir. Ona görə 17 mart 2017ci il tarixdə Bakı şəhəri 48 saylı notariusda Mirnamata və onun oğlu Mirəzizəyə həmin avtomobili idarə etməyə görə etibarnamə vermişdir. Həmin etibarnamələri özü imza etmiş və soyadını da etibarnamədə özü yazmışdir. Arif həmin avtomobilə görə 13000 ABŞ dolları 2017-ci ilin iyun ayında ona verəcəyini demişdir. Həmin müddət çatsada. Arif ona heç bir pul verməmişdir. Sonradan da ona avtomobilin pulu verilməmişdir. Mirnamat ilə danışmış, onunla Arifin avtomobillərə görə mübahisələri olmuşdur. Mirnamatə avtomobilin pulu verilməsə etibarnamələri ləğv edib avtomobili ondan aldıracağını demişdir. Avtomobilin pulu nə Arif, nə də Mirnamat vermədiyi üçün həmin etibarnamələri 2017-ci ilin sentyabr ayında ləğv etdirib avtomobili Mirnəmətdən aldırmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X19 ifadəsində göstərmişdir ki, 1988ci ildən Azərbaycan Respublikasında yaşayır. Zərərçəkmiş şəxs ilə bir həyətdə yaşayır. Zərərçəkmiş şəxs Lexsus və BMV X5 markalı avtomobili Arif adlı şəxsdən almışdır. 2017ci ilin əvvəllərində Mirnamatın evinə və onun işlətdiyi Vüsal kafesinə Arif tez-tez gəlmişdir. Arif Mirnamat ilə avtomobillərlə bağlı söhbətlər etmişdir. 2017-ci ilin təxminən yanvar ayının sonunda Mirnamat Arifdən BMV x5 markalı avtomobil almış və Miınamatin tapşırığı ilə onun evindən 10000 ABŞ dolları gətirib ona Vüsal kafesində vermişdir. Mirnamat pulu orada Arifə vermişdir. Həmin vaxt Arifin qohumu Rövşən də orada olmuşdur. Arif ilə Mirnamat avtomobilin pulun banka ödəməsi barədə söhbət etmişlər. Sonra öz işlərilə məşğul olmuş və daha onların söhbətlərindən xəbəri olmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun bibisi oğludur. Arif və qardaşı Asif Bakı şəhərində Turan Bank ASC-də işlədiklərini ona demişlər. 2016-cı ilin əvvəllərində onu da işləməyə dəvət etdikləri üçün, onlarla işləməyə başlamışdır. Şahid2 işlədiyi avtosalonunda avtomobillərini “Turan’ bank ASC vasitəsi ilə kredit əsasında müştərilərə satmışdır. Avtomobilin sahibi bankın aylıq pulunu vermədikdə, onlar həmin avtomobilləri tapıb bir yerdə banka aparmışlar. Ona gördüyü işin müqabilində pulu Arif vermişdir. Arifə də pulu Emil vermişdir. Bu qayda ilə onlar işləmişlər. Bankda girovda olan Lexsus markalı ** VC *** dövlət qeydiyyat nişanlı avtomobil üçün 2016-cı ilin təxminən fevlar ayında Arif və qardaşı Asif Qəmbərov ilə Abşeron rayonu, Atyalı massivində ilk dəfə gördüyü Mirnamat adlı şəxsin “Vüsal” kafesində onunla görüşmüşlər. Mirnamatə onun avtomobilinin borca görə banka getməli olduğunu demişlər. Həmin vaxt Mirnamat ilə Arif danışmış və Mirnamat 3000 manat pul avtomobil üçün banka ödənilməsinə görə Arifə vermişdir. Mirnamatin yanına dəfələrlə Arif və Asifilə həmin avtomobilin borcuna görə gəlmiş, hətta bir dəfə Mirnamat Arifə 4000 ABŞ dolları, bir dəfə də 10000 ABŞ dolları, bir dəfə də 2000 ABŞ dolları vermişdir. Onun iştirakı olmadan Mirnamatin Arifə nə qədər pul verməsini bilmir. Həmin pullardan 4000 ABŞ dolları alanda pulun 2000 manatın "xxxx" banka öz adından Mirnamatin Lexsus markalı avtomobilə görə ödəmişdir, qalan 2000 manatı isə Arifin nə etdiyini bilmir. Arif, Mirnamatin ondan verdiyi pulun qəbzini istədiyini demişdir. Həmin ərəfədə Bakı şəhəri, Nərimanov rayonu ərazisində olan avtomobil icarə verilən yerə Arif ilə getmişdir. Arif orada işləyən Şahid6 150 manat pul və Turan banka 2000 ABŞ dolları ödəməsi barədə qəbzi verərək, Faiqə eyni formada bir qəbəz düzəltməsini, lakin qəbzdə 4000 manat ödəməsini qeyd etməsini demişdir. Bir gün sonra Arif onunla Faiqin yanına getmiş və Faiq Arifə bir ədəd 4000 ABŞ dollar pulun "xxxx" banka ödəməyə dair düzəltdiyi qəbzi vermişdir. Ondan sonra birlikdə Mirnamat ilə onun “Vüsal" kafesində görüşüb həmin qəbzi Arif Mirnamatə vermişdir. X22 bir-birinə avtomobil satmışlar, həmin işlərdə iştirak etməmişdr. Arif ilə Mirnamatin yanına gedəndə Arif bankda işlədiyini ona demişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, “Avto icarə” xidmətində işləyir. İdarə olunması üçün icarəyə avtomobillər verir. Arif ondan tez-tez icarəyə avtomobil götürdüyü üçün onu tanıyır. Aralarında heç bir qərəzli münasibətləri olmamışdır. Arif qohumu Rövşən ilə yanına gəldiyindən, onu da tanımışdır. Arif və Rövşən heç vaxt ona qəbz verməmiş, hər hansı bir qəbzdə düzəliş edilməsini deməmişlər. Arif və ya Rövşən ona ancaq icarəyə götürdükləri avtomobilin pulunu vermişlər. Cinayət işinə əlavə olunmuş xx.xx.2017-ci il tarixli, 28681 saylı məhkəmə-texniki ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş xx.xx.2017-ci il tarixli Cari hesaba mədaxil üçün Qəbzdəki möhür əksi və imzalar hər hansı bir eyni növ sənəddən texniki qurğu vasitəsilə kompüterə köçürülmüş və qrafik proqam təminatından istifadə etməklə axınlı printerdə çap edilmişdir. Cinayət işinə əlavə olunmuş Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs götürülmüş "xxxx" ASC-yə AZ29TURA**********06001 1084 saylı hesaba 4000 ABŞ dollarıödənilməsinə dair xx.xx.2017-ci il tarixli mədaxil qəbzi maddi sübut kimi tanınaraq cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinə əlavə olunmuş xx.xx.2017-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin Əməliyyatsorğu kartotekasında heç bir məlumat yoxdur. Cinayət işinə əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir az yaşlı övladı vardır. Cinayət işinə əlavə olunmuş, Abşeron rayon polis idarəsinin xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinə əlavə olunmuş, Abşeron rayon polis idarəsinin xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə Abşeron rayon Pİ-in MSY-dən azad edilərək, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinə əlavə olunmuş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs məhkəmədən qaçıb gizləndiyi üçün barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. Cinayət işinə əlavə olunmuş, Bakı şəhəri, Qaradağ rayon Polis İdarəsinin 070- 11865/219 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə tutularaq, ƏN PX-in Bakı istintaq təcridxanasına təhvil verilmişdir. Cinayət işinə əlavə olunmuş Abşeron Rayon Məhkəməsinə xx.xx.2019-cu il tarixdə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs və onun nümayəndəsi vəkil Müdafiəçi1 tərəfindən verilmiş ərizələrdən görünür ki, təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs vurulmuş ziyan ödənildiyindən onların Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X12 Haqqında Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası CPM-in 1.3-cü maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi qanunçuluğun, insan və vətəndaş hüquq və azadlıqlarına hörmətin bərqərar olmasına imkan yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən cinayət prosesində şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlər sübut kimi qəbul olunur. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi özünün, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, baxış protokolu, ekspertiza rəyləri, istintaq hərəkətlərinə dair digər protokollar və iş materiallarına əlavə edilmiş sənədlər, digər sübut növləri ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Məhkəmənin qənaətinə görə ibtidai istintaq orqanı qanuni üsullarla toplanmış subutları tam araşdırmaqla təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun əməlini Azərbaycan Respublikası CM-nin sadalanan maddələri ilə düzgün tövsif etmişdir. Buna görə Təqsirləndirilən şəxs ittiham olunduğu maddələrlə təqsirli bilinərək, ona həmin maddələrin sanksiyasında nəzərdə tutulan cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 5.1-ci maddəsinə əsasən əməlin (hərəkət və hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndində tövsiyyə olunmuşdur ki, “hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin 8 müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır”. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin məcəllənin 58.3-cü maddəsində göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məcəllənin 59.1.4, 59.1.13 və 59.1.14-cü maddələrinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi cəzanı yüngülləşdirən hallardır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 saylı, 25 iyun 2003-cü il tarixli qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarının 4-cü bəndində göstərilmişdir ki, CM-nin 59-cu maddəsində nəzərdə tutulmamış halları cəzanı yüngülləşdirən hallar kimi nəzərə alındıqda belə halların yüngülləşdirici hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Məhkəmə təqslirləndirilən şəxs Təqsirləndirilən şəxs cəza təyini zamanı törətdiyi əməldən peşmançılıq çəkməsini, himayəsində bir azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı ödəyərək onunla razılıq əldə etməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmişdir ki, Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdə təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıqaşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanununun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutur və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, sosial ədalət baxımından cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrin sanksiyalarında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzası, həmin Məcəllənin 320.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmə cəzasının bir gününə azdlığın məhdudlaşdırılması cəzasının iki günü barəbar tutulur. Cinayətlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən islah işləri cəzasının azadlığın məhdudlaşdırılması cəzası ilə toplanılması qaydası nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 49.3-cü maddəsinə əsasən islah işlərinə məhkum olunmuş şəxs həmin cəzanı çəkməkdən qərəzli boyun qaçırdıqda, məhkəmə islah işlərinin çəkilməmiş hissəsini azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edə bilər. Bu zaman məhkumun islah işlərini yerinə yetirdiyi müddət nəzərə alınır və çəkilməmiş iki gün islah işlərinə bir gün azadlığın məhdudlaşdırılması və ya üç gün islah işlərinə bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır. İstinad edilən maddələrin tələbləri baxımından Təqsirləndirilən şəxs təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının iki gününə azadlıqdan məhrum etmə cəzasının bir günü, islah işləri cəzasının iki günü azadlığın məhdudlaşdırılması cəzasının bir günü hesabı ilə hesablanmaqla ona qəti azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək həbsdə saxlanıldığı 02 ay 26 gün azadlıqdan məhrum etmə cəzasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmçinin Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 162.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın azadlıqdan məhrum etmə ilə bağlı olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, məhkəmə zalında həbsdən azad edilməli və hökm qanuni qüvvəyə minənədək onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. İş üzrə maddi sübut kimi Zərərçəkmiş şəxs götürülmüş "xxxx" ASC-yə AZ29TURA**********06001 1084 saylı hesaba 4000 ABŞ dollarıödənilməsinə dair xx.xx.2017-ci il tarixli mədaxil qəbzi cinayət işinin materiallarında saxlanılmalıdır. Eləcə də cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 67 (altmış yeddi) manat təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Abşeron rayon vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçinin ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və müdafiəçinin göstərdiyi 20 saat hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına 60 (altmış) manat məbləğdə pul köçürülməlidir. Cinayət nəticəsində Zərərçəkmiş şəxs dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir. Hökmün icrası Bakı şəhəri, Qaradağ rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358 və 384-cümaddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası CM-in 320.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək qazancından dövlət nəfinə 20 (iyirmi) faiz pul tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 49.3 və 66.2-ci maddələrinə əsasən islah işləri cəzasının iki günü azadlığın məhdudlaşdırılması cəzasının bir günü hesabı ilə hesablanmaqla təyin edilmiş cəzalar qismən toplanılaraq Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək həbsdə saxlanıldığı 02 ay 26 günün bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay 04 (dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilsin və Təqsirləndirilən şəxs məhkəmə zalında həbsdən azad edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbir seçilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhər ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Abşeron rayonu vəkil bürosunun vəkili X11 ibtidai istintaq zamanı göstərdiyi 20 saat hüquqi yardıma görə 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Abşeron rayonu vəkil bürosunun hesablaşma, "xxxx" ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab- AZ75AİİB********************, VÖEN ********** hesabına köçürülsün İş üzrə maddi subut kimi tanınmış "xxxx" ASC-yə AZ29TURA**********06001 1084 saylı hesaba 4000 ABŞ dollarıödənilməsinə dair xx.xx.2017-ci il tarixli mədaxil qəbzi cinayət işinin materiallarında saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 67 manat təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün icrası Bakı şəhəri, Qaradağ rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar