Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-301/2022 04.10.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon(şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X2 hüquqi varisi X6, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 07 mart 2018-cl il tarixdən başlayaraq xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşma çatanadək saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində aliment, həmçinin X9 3 yaşına çatanədək hər ay 50 manat miqdarda maddi yardım tutulub Zərərçəkmiş şəxs ödənilməsinə dair Abşeron Rayon Məhkəməsinin 18 may 2018-ci il tarixli, 2(012)-2340/2018 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməməsinə görə 27 yanvar 2021-ci il tarixdə Abşeron Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməsinə və bundan sonra qətnaməni könüllü icra etməsi üçün ona yenidən vaxt verilməsinə dair bildiriş göndərilərək məsuliyyəti elan olunmaqla rəsmi qaydada xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə xəbərdarlıq olunmasına baxmayaraq, öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 29 oktyabr 2021-ci il tarixə kimi, cəmi 6140 manat məbləğində aliment borcunu tələbkara ödəməyərək Zərərçəkmiş şəxs qızma maddi ziyan vurmaqla yanaşı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin göstərilən cinayət əməlini törətməkdə təqsirli olması aşağıdakı qaydada sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, hazırda Abşeron rayonu, Qobu qəsəbəsi, Məmmədyarov küçəsi, ev 68 ünvanda vaiideyinləri ilə birlikdə yaşayır, yaşadığı ərazidə işəmuzd gündəlik 20-25 manat gəlir əldə etməklə fəhlə kimi işləyir. X7 ilə rəsmi nikah olmadan faktiki ər-arvad münasibətlərində olmuş, onunla düşməçiliyi və ədavəti yoxdur. X7 ilə xx.xx.2016-ci il tarixdə qeyri-rəsmi nikaha daxil olmaqla ailə qurmuş və həmin nikahdan Sevinc adlı övladları doğulmuş, ilk dövrlərdə münasibəti normal olsa da, sonradan Viaietta Nəbiyeva ilə münasibəti pozulduğundan ayrılmış, bu səbəbdən Viaietta Nəbiyeva 2018-ci ildə məhkəməyə müraciət edərək uşağın saxlanması üçün ondan aliment tələb etmiş və nəticədə Abşeron Rayon Məhkəməsinin 18 may 2018-ci il tarixli, 2(012)-2340/2018 saylı qətnaməsinə əsasən, ondan 07 mart 2018-ci il tarixdən başlayaraq xx.xx.2017-ci il təvəllüdlü X11mın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 154,00 manat sabit pul məbləğində aliment, həmçinin X9 3 yaşına çatanədək hər ay 50,00 manat miqdarda maddi yardım tutulub X3 ödənilməsi qət edilmişdir. Qətnamə üzrə verilmiş icra vərəqəsi icra olunması üçün aidiyyəti üzrə Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən ona könüllü icra müddəti təyin edilməsinə baxmayaraq, tərəfindən qətnamənin icrası təmin olunmamış, həmin vaxt daimi iş yeri olmamış, həmin ərəfədə işəmuzd “5515“ şirkətində ayıq sürücü kimi işləmiş, sonradan həmin şirkət bağlandığından yalnız vaxtaşırı işəmuzd fəhlə kimi işləməyə davam etmiş, icra məmuru tərəfindən barəsində inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilmiş və Abşeron Rayon Məhkəmənin 2.7.01.2021-ci il tarixli qərarına əsasən İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətində inzibati qaydada həbs edilmişdir. İnzibati tənbehdən sonra icra məmuru tərəfindən ona yeni müddət verilməsinə baxmayaraq aliment üzrə yaranmış borcu tam ödəyə bilməmiş və ona cinayət məsuliyyətinin daşıması barədə icra məmuru tərəfindən dəfələrlə xəbərdarlıq edilmiş, iakin aiiment üzrə cuzi ödəniş etmişdir. İcra qurumu tərəfindən göndərilmiş təqdimatda aiiment üzrə borcu 6140,00 manat təşkil etmişdir. Alimentin icra olunmamasının səbəbini keçmiş arvadı Viaietta Nəbiyevanın uşaqla görüşməsinə icazə verilməməsi, bundan başqa digər səbəb, aiiment miqdarının yüksək olmasıdır, həmçinin icra zamanı icra məmurunun göndərişi əsasında ərazi üzrə Məşğulluq Mərkəzinin sistemində işaxtaran kimi qeydiyyata dursa da, iş təklifi üçün mərkəzə müraciət etməmişdir. İlkin məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, Abşeron Rayon Məhkəməsinin 18 may 2018-ci il tarixli, 2(012)-2340/2018 saylı qətnaməsinə əsasən, Təqsirləndirilən şəxs 07 mart 2018-ci il tarixdən başlayaraq xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşma çatanadək saxlanılması üçün hər ay 154,00 manat sabit pul məbləğində aliment, həmçinin X9 3 yaşına çatanədək hər ay 50 manat miqdarda maddi yardım tutulub ona ödənilməsi qət edilmiş, məhkəmə qətnəməsi icra olunması üçün aidiyyəti üzrə Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra şöbəsinin icra məmurları tərəfindən icra işi başlanaraq, borcluya icra olunması üçün könüllü müddət verilmişdir. Təqsirləndirilən şəxs tərəfindən öhdəliyin yerinə yetirilməməsi səbəbindən məcburi icra tədbirləri həyata keçirilmiş, qətnamə üzrə qət edilmiş aiiment pulu borclu Təqsirləndirilən şəxs tərəfindən qərəzli olaraq ödənilmədiyindən icra məmuru tərəfindən iki dəfə inzibati protokol tərtib edilib inzibati məsuliyyətə cəlb olunması üçün təqdimatla məhkəməyə müraciət olunmuş, sonuncu təqdimat üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 10 gün müdətində inzibati qaydada həbs olunmuşdur. Daha sonra icra məmuru tərəfindən qətnaməni icra etmək üçün ona yenidən müddət verilməsinə baxmayaraq müxtəlif bəhanələr gətirərək aliment üzrə cüzi ödəniş etmiş, icra məmurunun alimentin ödənilməməsi ilə bağlı Ədliyyə Nazirliyinin İstintaq idarəsinə təqdimatla müraciət edərkən Təqsirləndirilən şəxs tərəfindən 6140,00 manat məbləğində ödənilməmiş aliment borcu yaranmışdır. Borclu fərdi əmək fəaliyyəti iiə məşğul olur, “ayıq sürücü” kimi fəaliyyət göstərir, sadəcə qərəzli olaraq alimenti ödəməkdən yayınır, Təqsirləndirilən şəxs bir ata kimi öz övladı ilə maraqlanmır və evə heç bir köməklik göstərmir, qətnamə üzrə yaranmış aliment borcunu keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs alınaraq ona verilməsində köməklik göstərilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, mərhum X7 onun bacısıdır. Abşeron Rayon Məhkəməsinin 18 may 2018-ci il tarixli, 2(012)-2340/2018 saylı qətnaməsinə əsasən, Təqsirləndirilən şəxs 07 mart 2018-ci il tarixdən başlayaraq xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşma çatanadək saxlanılması üçün hər ay 154,00 manat sabit pul məbləğində aliment, həmçinin X9 3 yaşına çatanədək hər ay 50 manat miqdarda maddi yardım tutulub X3 ödənilməsi qət edilmişdir. Bir çox icra tədbirləri aparılmasına baxmayaraq, Təqsirləndirilən şəxs zərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Hətta Abşeron Rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs inzibati həbs edilsə də sonuncu öz hərəkətlərini davam etdirmiş, məhkəmə qətnaməsinin icrasından yayınmışdır. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Şahid1 oğiu ifadəsində göstərmişdir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-2340/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən borclu Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 154,00 manat sabit pul məbləğində aliment, tələbkar Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. Həmçinin, borclu Təqsirləndirilən şəxs uşaq 3 yaşına çatana kimi tələbkar Zərərçəkmiş şəxs xeyrinə 50 manat məbləğində aliment tutulmalıdır. Göstərilən icra vərəqəsi xx.xx.2018-ci il tarixdə Abşeron rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və xx.xx.2018-ci ci il tarixdə icraata başlmaq haqqında qərar və bildiriş qəbul edilərək tərəflərə göndərilmiş, borclu Təqsirləndirilən şəxs könüllü müddət ərzində icra sənədinin icrasını təmin etməmiş, borclu Təqsirləndirilən şəxs xəbərdarlıq olunaraq icra sənədinin icrasını təmin etmək məqsədi isə şöbəyə gəlməsi tələb olunmuş, lakin sonuncu üzrlü səbəb göstərmədən çağırışa gəlməmiş, barəsində xx.xx.2018-ci il tarixli axtarış qərarı qəbul olunaraq Abşeron Rayon Polis İdarəsinə göndərilmiş və axtarış tədbirlər nəticəsində saxlanılaraq xx.xx.2019-cu il tarixdə icra şöbəsinə təhvil verilmiş və borclu Abşeron Rayon Məhkəməsinin 3(012)-128/2019 saylı, xx.xx.2019-cu il tarixil qərarı ilə icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən icra etmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati həbslə tənbeh edilmişdir. Borclu inzibati tənbeh tədbirindən sonra bir müddət ödəniş həyata keçirsə də, yenidən ödənişlərdən və çağırışlardan yayınmış, bu səbəbdən borclu barəsində yenidən xx.xx.2020-ci il tarixli axtarış qərarı qəbul olunaraq Abşeron Rayon Polis İdarəsinə göndərilmiş və xx.xx.2020-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə təhvil verilmiş, icra zamanı borclu 1824.00 manat aliment üzrə ödəniş etmiş, qalıq ailment borcunun ödənilməsi üçün möhlət verilsə də, borclu Təqsirləndirilən şəxs ödəniş etməmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə şöbəyə gəlməsi tələb olunmuş, lakin borclu üzrlü səbəb göstərmədən çağırışdan təkrar yayınmış, təqdimat əsasında Təqsirləndirilən şəxs məcburi gətirilməsi barədə qərardad qəbul edilərək icraya yönəlmişdir. Borclu xx.xx.2021-ci il tarixdə saxlanılaraq şöbəyə gətirilmiş, borclu Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin 3(012)-225/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən icra etmədiyi üçün Azərbaycan Respublikası İXM-nm 528.1-ci maddəsi təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati həbslə tənbeh edilmişdir. İnzibati tənbehdən sonra tələblə bağlı borclu Təqsirləndirilən şəxs məsuliyyəti elan olunmaqla bir daha xəbərdarlıq edilmiş, lakin tələb yenə icra olunmamış, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadına əsasən Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Borclu Təqsirləndirilən şəxs ona inzibati tənbeh tətbiq olunmasına və məsuliyyəti elan olunmaqla rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, Abşeron Rayon Məhkəməsinin 2(012)-2340/2018 saylı, xx.xx.2018-ci il qətnaməsini icra etməməkdə davam etməklə yanaşı faktiki imkanlarından istifadə etməmiş, icra zamanı borclu Təqsirləndirilən şəxs 6140,00 manat aliment borcu təşkil etmişdir. Bu səbəbdən borclu tərəfindən dövlət adından çıxarılmış məhkəmə qətnaməsi qərəzli olaraq icra edilmədiyindən barəsində Azərbaycan Respublikası CM-nin 306-cı maddəsilə cinayət məsuliyyətinə cəlb olunması üçün Ədliyyə Nazirliyinin İstintaq idarəsinə təqdimat göndərilmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 Əühüseyn oğlu ifadəsində göstərmişdir ki, qonşusu Zərərçəkmiş şəxs 4 ilə yaxındır tanıyır, sonuncu anası və qızı ilə birlikdə yaşayır, Əliyev X10 Nəbiyevanın keçmiş əridir, onlarla heç bir düşmənçiliyi və ədavəti yoxdur, Abşeron Rayon Məhkəməsinin 18 may 2018-ci il tarixli, 2(012)-2340/2018 saylı qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 07 mart 2018-ci il tarixdən başlayaraq, xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 154,00 manat sabit pul məbləğində aliment, həmçinin X9 3 yaşına çatanadək hər ay 50,00 manat miqdarda maddi yardım tutulub Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi icra olunması üçün Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra məmurları tərəfindən icra işi başlanaraq, borcluya icra olunması üçün könüllü müddət verilmiş, Təqsirləndirilən şəxs tərəfindən öhdəliyin yerinə yetiriiməməsi səbəbindən məcburi icra tədbirləri həyata keçirilmiş, qətnamə üzrə qət edilmiş aliment pulu borclu Təqsirləndirilən şəxs tərəfindən qərəzli olaraq ödənilmədiyindən icra məmuru tərəfindən inzibati protokol tərtib edilib inzibati məsuliyyətə cəlb olunması üçün təqdimatla məhkəməyə müraciət olunmuş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021 -ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs 10 gün müddətinə inzibati qaydada həbs edilmiş, keçirilmiş məcburi icra tədbirlərinə baxmayraq borclu Təqsirləndirilən şəxs aliment borclunu tam ödəməmiş, icra məmurunun alimentin ödənilməməsi ilə bağlı Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimatla müraciət edərkən Rövşən Nəzərəliyev tərəfindən qətnamə üzrə 6140,00 manat məbləğində ödənilməmiş aliment borcu yaranmışdır. Təqsirləndirilən şəxs işəmuzd “ayıq sürücü” şirkətində sürücü kimi işləyib, qazanc əldə etməsinə baxmayaraq, aliment üzrə az məbləğdə olsa belə ödəniş etməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X13 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: X4 7 saylı Ərazi Məşğulluq Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli məktubuna əsasən, Təqsirləndirilən şəxs “Məşğulluq” aitsistemində işaxtaran kimi qeydiyyata alınsa da, iş təklifi üçün mərkəzə müraciət etməmişdir. Abşeron Rayon Məhkəməsinin 18 may 2018-ci il tarixli, 2(012)-2340/2018 saylı qətnaməsinin sürətindən görünür ki, cavabdeh kimi Təqsirləndirilən şəxs 07 mart 2018-ci il tarixdən başlayaraq xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 154,00 manat sabit pul məbləğində aliment, həmçinin X9 3 yaşına çatanədək hər ay 50,00 manat miqdarda maddi yardım tutulub Zərərçəkmiş şəxs ödənilməlidir. Abşeron Rayon Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli inzibati xəta haqqında qərarından və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən də Abşeron Rayon Məhkəməsinin 18 may 2018-ci il tarixli, 2(012)-2340/2018 saylı qətnaməsini qərəzli olaraq icra etməmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 3(012)-128/2019 saylı inzibati xəta haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 3(012)-225/2021 saylı inzibati xəta haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Abşeron Rayon Məhkəməsinin 18 may 2018-ci il tarixli, 2(012)-2340/2018 saylı qətnaməsi üzrə olan borc ona ödənilməmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir, qətnamə üzrə olan borcun ödənilməsini tələb edir. Ölüm haqqında AZ-İİ №-li 280512 saylı şəhadətnamənin surətindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə ilkin lokalizasiyası bədxassəli yenitörəmə diaqnozu ilə vəfat etmişdir. X12 tərəfindən məhkəməyə verilmiş ərizədən görünür ki, qızı Zərərçəkmiş şəxs vəfat etdiyindən onu iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, X12 zərərçəkmiş şəxs (mərhum) Zərərçəkmiş şəxs hüquqi varisi qismində tanınmışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi X12 tərəfindən məhkəməyə verilmiş ərizədən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi qismində təqsirləndirilən şəxsdən şikayətçidir. Boclunun barəsində axtarış elan edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaqdan yayındığına görə barəsində axtarış elan edilmiş və iş üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Abşeron rayon Pİ-in xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tutulmuş və Bakı şəhəri Yasamal RPİ-in MSY-nə təhvil verilmişdir. Cinayət işi üzrə icraatın təzələnməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsindəki cinayət işi üzrə icraat təzələnmişdir. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən həbsdən azad edilərək, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətmkan tədbiri seçilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühim əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməni qərəzli olaraq icra etməmək əməli Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «Məhkəmə hökmü barədə» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 04 saylı qərarının 13-cü bəndində konkret olaraq qeyd edilmişdir ki, məhkəmələr, təqsirləndirilən şəxslərə cəza təyin edərkən, həm yüngüllük baxımından və həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. «İnsan Hüquqlarının və X8 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, iştirakçı dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq yerinə yetirilməmiş qalmasına imkan versəydi, məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. “İnsan hüquqlarının və X8 haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi iş olan tərəflərə verilən prosessual təminatları (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) ətraflı təsvir etdiyi halda məhkəmə qərarlarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. Qeyd olunan maddəni yalnız məhkəməyə müraciət edilməsi və icraatın aparılması ilə əlaqədar olan maddə kimi şərh etmək, yəqin ki, qanunun aliliyi prinsipinə zidd olan situasiyalara gətirib çıxarardı; halbuki iştirakçı dövlətlər Konvensiyanı ratifikasiya edərkən həmin prinsipə hörmət etməyi öhdələrinə götürüblər. Buna görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi sayılmalıdır (Hornsbi Yunanıstana qarşı iş üzrə xx.xx.1997-ci il tarixli Qərar). İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmişdir ki, Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdə təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıqaşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmədə təklif edilsə də təqsirləndirilən şəxs aliment borcundan hər hansı bir məbləği zərərçəkmiş şəxsə ödəməkdən qəti imtina etmişdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, törətdiyi cinayətin xarakterini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi ədalət prinsipi baxımından qanuni, əsaslı və məqsədə müvafiqdir. Аzаdlıqdаn məhrуm еtmə növündə cəzа təyin еdildiyinə görə təqsirləndirilən bаrəsində sеçilmiş bаşqа yеrə gеtməmək hаqqındа iltizаm qətimkаn tədbiri dəyişdirilərək, bаrəsində həbs qətimkаn tədbiri sеçilməli və məhkəmə zаlındа həbs еdilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək saxlanıldığı 01 gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək saxlanıldığı 01 gün müddət nəzərə alınsın, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 11 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən bаrəsində sеçilmiş bаşqа yеrə gеtməmək hаqqındа iltizаm qətimkаn tədbiri dəyişdirilərək, bаrəsində həbs qətimkаn tədbiri sеçilsin və məhkəmə zаlındа həbs еdilsin. Cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-301/2022
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-301/2022
04.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver