Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-301/2023 15.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1984-cü ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, işləməyən, Şirvan şəhəri ünvan 1 ünvanda yaşayan, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 16 dekabr 2022-ci il tarixdə saat 17:00 radələrində Bakı şəhəri Yasamal rayonunda yerləşən ASAN xidmət mərkəzinin yaxınlığında istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda çəkisi 0,899 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 1 ədəd şəffaf sellofanda əldə edib əynində olan boz rəngli cins şalvarın sol yan cibində olan qara rəngli pul qabına qoyaraq Abşeron rayonu Masazır kəndinə daşıyıb saxlamış, 16 dekabr 2022-ci il tarixdə saat 18:30-da Abşeron RPİ-nin NMQ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanının qarşısında saxlanılaraq Abşeron rayon Polis İdarəsinə gətirilib üzərində şəxsi axtarış keçirən zaman əynində olan boz rəngli cins şalvarın sol yan cibindəki qara rəngli pul qabının içərisindən bir ədəd şəffaf sellofan bükümdə həmin 0.899 qram çəkidə ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotorp maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, o, Şirvan şəhəri ünvan 4 ünvanda yaşadığını, dəfələrlə narkotik vasitənin və psixatop maddənin qanunsuz istifadəçisi olduğu üçün cinayət məsuliyyətinə cəlb edilmiş, təxminən 10 il olar ki, narkotik vasitə istifadəçisi olduğunu, son 2 ildə isə psixatrop maddə olan metamfetmin qəbul etdiyini, buna görə də bədənində dözülməz ağrıların olduğunu, hər dəfə psixatrop maddəni tanımadığı şəxslərdən əldə edib istifadə etdiyini, 16 dekabr 2022-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri Yasmal rayonu ərazisində ASAN xidmət mərkəzinin yaxınlığında tanımadığı bir nəfər yaşlı kişi ilə söhbət edərkən hər ikisinin narkotik vasitə və psixatrop maddə qəbul edicisi olduğu, ağrılarının olduğu üçün həmin tanımadığı kişiyə metamfetamin (şüşə) təşkil edə biləcəyini soruşmuş, Onun da “səbirli ol həll edərəm deyib” getdiyini, təxminən 15-20 dəqiqə sonra yenidən onunla eyni yerdə görüşüb 20 manat qarşılığında 1 ədəd şəffaf sellofan bükülüdə metamfetamin aldığını, həmin bükülüyə baxıb metamfetamin olduğunu görüb qara rəngli pul qabısının cibinbə qoyub həmin pul qabını da əynindəki boz rəngli cins şalvarın sol yan cibinə qoyaraq ürəyi istəyəndə istifadə etmək fikrinin olduğunu, daha sonra Masazır kəndi H.Həşimov küçəsi 8 ünvanında yaşayan uzaq qohumu və dostu Cavidin ailəsi ilə ilə görüşmək üçün gəlmiş, onlarla görüşüb daha sonra siqaret çəkmək üçün küçəyə çıxmış, həmin gün saat 18:30-da 2 nəfər mülkü geyimli şəxsin ona yaxınlaşaraq Abşeron RPİ-nin əməkdaşları olduqlarını deyib özlərini təqdim edib üzərində narkotik vasitə və psixatrop maddə gəzdirməkdə şübhəli olduğunu bildirərək əməliyyat məlumatı olduğunu buna görə də üzərinə şəxsi –axtarış keçirilməsi üçün Abşeron RPİ-nə getməyi təklif etdiklərini, həmin vaxt heç bir etiraz etməyərək onlarla birlikdə Abşeron RPİ-nin inzibati binasına gəldiyini, orada hüquqları izah edildikdən sonra video çəkiliş ilə müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə üzərində şəxsi-axtarış götürmə keçirilərkən özü boz rəngli cins şalvarının sol yan cibindən qara rəngli pul qabını çıxardıb onun içərisindən 1 ədəd şəffaf sellofan bükülünü təqdim etdiyini, həmin bükülünün içərisindəki kütlənin metamfetamin olduğunu və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini demiş, bundan sonra üzərindən qanunla dövriyyəsi qadağan olunmuş heç bir predmet aşkar olunmadığını, daha sonra həmin şəffaf sellofan bükülüdəki kütlə ekspertiza təyin edilməsi üçün onun, müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə video çəkilişlə qablaşdırılaraq götürüldüyünü, həmin psixatrop maddəni şəxsi istifadəsi üçün əldə edib üzərində daşıdığın, tərtib edilmiş protokoldakı və izahatındakı imzaların özünə məxsus olub və heç bir təzyiq olmadan könüllü çəkdiyini, onun psixotrop maddə qəbul etməsindən heç kimin məlumatı olmamışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Abşeron RPİ-nin NMQ-nin baş əməliyyat müvəkkili polis mayoru Şahid1 ifadəsində 2005-ci ildən Azərbaycan Respublikası DİO-da, 2019-cu ildən isə Abşeron RPİ-nin NMQ-nin baş əməliyyat müvəkkili vəzifəsində işlədiyini, xx.xx.2022-ci il tarixdə xidmətdə olduğum zaman xx.xx.1984-cü il təvəllüdlü Şirvan şəhəri Naxçıvan küç ev 16 mənzil 275-də qeydiyyatda olmaqla Abşeron rayonu Masazır kəndi H.Həşimov küç ev 8-də olan Təqsirləndirilən şəxs qanunsuz olaraq psixatrop maddə əldə edib üzərində saxlayıb gəzdirməsi barədə əməliyyat məlumatı alıb və dərhal həmin məlumat ətrafında əməliyyat axtarış tədbirlərinin keçirilməsi məqsədilə İdarənin rəhbərliyinə qərarla müraciət edib tədbirlərin keçirilməsinə icazə alaraq əməliyyat tədbirlərinə başlayıb xidmət yoldaşı Şahid2 da həmin əməliyyat qrupuna daxil etdiyini, daxil olmuş mötəbər məlumat əsasında Abşeron RPİ-nin CAŞ-nın baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs olduğu ehtimal olunan Abşeron rayonu Masazır kəndi H.Həşimov küçəsinə gəldiklərini, orada Şahid2 əməliyyat xəttini izah edərək keçiriləcək tədbirlər barədə məlumat verdikdən sonra birlikdə göstərilən H.Həşimov küçəsi 8 ünvanın qarşısına yaxınlaşdıqlarını və qabaqcadan xarici görkəmi və əlamətləri barədə məlumatlı olduğu Təqsirləndirilən şəxs adlı şəxs olduğuna əmin olduğu şəxsə yaxınlaşaraq özlərini ona təqdim edib və psixatrop maddələri qanunsuz əldə etmə, saxlanma və gəzdirməsində şübhəli olduğunu bildirərək onlarla birlikdə xidmət göstərdikləri Abşeron RPİnə getməsini təklif etdiklərini, həmin şəxsin təklifdən imtina etməsə də ona psixatrop maddələrin əldə olunması və saxlanması barədə məlumatlı olmağının deyilməsindən narahatçılıq keçirtdiyini, buna baxmayaraq onu Polis idarəsinə gətirdiklərini və yol boyu onun üstündə olduğu ehtimal olunan psixatrop maddəni atması, gizlədə bilməsinə diqqət edib hərəkətlərini nəzarət altında saxladıqlarını, polis idarəsində bu barədə raportla rəhbərliyə məlumat verdikdən sonra faktın araşdırılması Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru Xəyyam Rüstəmova həvalə olunmuş, həmin vaxt video çəkiliş vasitəsi ilə müdafiəçnin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman baş təhqiqatçı tərəfindən onun hüquq vəzifələri izah olunduğunu, baxış keçirilməzdən əvvəl üstündə qanunsuz saxlanılan və gəzdirilən əşya və ya maddənin könüllü təqdim olunması ona təklif edilmiş, təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarın sol yan cibindən 1 ədəd qara rəngli pul qabını çıxardıb içərisindən 1 ədəd şəffaf sellofan bükümdə kütləni təqdim etdiyini, həmin sellofan bükümə iştirakları və video çəkiliş ilə baxış keçirilərkən içərisində ağ rəngli kristallik maddə psixatrop maddə olan metamfetaminə oxşar kütlənin olduğu aşkar edildiyini, baş təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs həmin sellofan bükümdəki psixatrop maddəyə oxşar kütləni hardan əldə etdiyini və nə məqsəd ilə üzərində gəzdirilməsi sualı verilərkən Təqsirləndirilən şəxs həmin sellofan bükümdəki kütəlnin metamfetamin olduğunu və 16 dekabr 2022-ci il tarixdə saat 17 radələrində Yasamal rayonu ərazisində ASAN xidmət mərkəzinin yaxınlığında tanımadığı şəxsdən 20 manat qarşılığında şəxsi istifadəsi üçün alıb saxlayaraq üzərində gəzdirdiyini bildirdiyini, bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd şəffaf sellofan bükülüdə olan kütlə qablaşdırılaraq müvafiq ekspertizanın keçirilməsi üçün götürüldüyünü, həmçinin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi, onun üzərindən psixatrop maddəyə bənzər kütlənin aşkar edilib götürülməsi barədə protokol tərtib edildiyini, protokolun ucadan oxunduğunu, daha sonra Təqsirləndirilən şəxs, müdafiəçi və onların iştirakı ilə həm zərfin, həm də protokolun imzalandığını göstərdi. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə zamanı ifadəsi elan edilən Abşeron RPİ-nin CAŞ-nin baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilməsi ilə yanaşı, törətdiyi cinayət əməli, şahid ifadələri, 01 ədəd CD diskdə video görüntü, ekspert rəyləri, maddi sübut və digər sübut kimi istifadə edilə bilən istintaq hərəkətlərinin protokolları və sair iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, «şəxsi axtarış və götürmə barədə» Abşeron RPİ-də xx.xx.2022-ci il tarixdə tərtib edilmiş protokolla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs boz rəngli cins şalvarın sol yan cibindən qara rənli pul qabının içərisində 01 ədəd bükümü çıxardaraq, psixatrop maddə metamfetamin olduğunu bildirib, bükümü təhqiqat orqanlarına təhvil vermişdir. Həmin psixotrop maddəni o, xx.xx.2022-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Yasamal rayonu ASAN Xidmət mərkəzinin yaxınlığında tanımadığı şəxsdən 20 manat müqabilində aldığını bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş kütlə qablaşdırılaraq möhürlənib götürülmüşdür. İş materiallarında olan şəxsi axtarış və götürmə protokoluna əlavə edilmiş və şəxsi axtarışı əks etdirən videogörüntü 01 ədəd «CD» diskə köçürülmüş və həmin «CD» diskə tərəfimdən baxış keçirilmiş, bununla əlaqədar şəxsi axtarışı əks etdirən video görüntü olan 01 ədəd «CD» disk iş üzrə maddi sübut kimi tanınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzindən alınmış xx.xx.2022-ci il tarixli, 6/7081 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində « Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən….» sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,899 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə – metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri»-in siyahısına (Siyahı İ) daxildir. İş üzrə Təqsirləndirilən şəxs götürülmüş 0,899 qram təşkil edən metamfetamin, tədqiqata sərf edildikdən sonra çəkisi 0,849 qram metamfetamin maddi sübut kimi tanınaraq, saxlanması üçün Abşeron RPİ-nin maddi sübutların saxlanması yerinə təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilərək barəsində 01 il 04 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş və xx.xx.2021-ci il tarixdə cəza müddəti bitdiyi üçün həmin cəzadan azad olunmuşdur. Cinayət işinə əlavə edilmiş tələbnamə və xx.xx.2019-cu il tarixli Sumqayıt şəhər məhkəməsinin hökmündən də göründüyü kimi Təqsirləndirilən şəxs barəsində təyin edilmiş cəza azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza olduğu üçün Təqsirləndirilən şəxs əməlində residiv müəyyən edilmir. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsində azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində--onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur müddəası göstərilmişdir. Bununla əlaqədar olaraq Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixli Sumqayıt şəhər məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilərək ona təyin edilmiş cəzanı xx.xx.2021-ci il tarixdə cəzanın sonu ilə azad olunduğundan və həmin vaxtdan bir ildən artıq müddət keçdiyindən onun məhkumluğu ödənilmiş hesab edilir. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” sıyahılarının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” barədə İ nömrəli sıyahısının “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” barədə siyahının İİ hissəsinin 27-ci bəndində metamfetamin yer almışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun 1.0.8-1.010-cu maddələrinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər; narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin qanunun 21.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” narkotik vasitələrə aid İİ nömrəli sıyahısına əsasən psixotrop maddə olan metamfetamin təmiz halda 0,15 qram və ondan artıq miqdarı şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün tam etirafı ilə yanaşı, şahidlərin ifadələri, məhkəmədə nümayiş olunmuş videogörüntülər, aparılmış ekspertizaların rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün olaraq tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Şirvan şəhər RİHB-nın 1 saylı İƏDÜN –nin aparıcı mütəxəssisi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Şirvan şəhər, ünvan 5 ünvanında yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini və yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını nəzərə alır. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki,İbrahimov Yusif Ramil oğlu xx.xx.2017-ci il tarixdə anadan olmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətlərin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakteri və icitimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, cəzanın onun islah olunmasını təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin olunması qanuni, əsaslı və ədalətli olmaqla cəzanın məqsədlərinə xidmət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə sonuncu barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanunu qüvvəsini alanadək gücündə saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılmalıdır. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs həbs edilməsinin əvvəli həbs olunduğu xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin xx.xx.2023-cü il tarixli, 200 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Opioidlərin qəbulu nəticəsində yaranan Asılılıq Sindromu(Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Bununla əlaqədar məhkəmə hesab edir ki, müvafiq məhkəmə-narkoloji ekspertizasının rəyinə və qanunvericiliyin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut olan Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan ümumi çəkisi 0,899 qram metamfetamindən tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,849 qram qalmış narkotik vasitə olan metamfetamin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntüləri özündə əks etdirən 1 ədəd “DVD” formatlı disk isə cinayət işində saxlanmalıdır. Bundan əlavə məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 81 (səksən bir) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Hökmün icrası Bakı İstintaq Təcridxanasına, Abşeron rayon Polis İdarəsinə və Şirvan şəhər İcra və Probarsiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin əvvəli həbs edildiyi xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılsın. Təqsirləndirilən şəxs barəsində məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan ümumi çəkisi 0,899 qram metamfetamindən tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,849 qram qalmış narkotik vasitə olan metamfetamin hökm qanuni qüvvəyə minəndən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 1 ədəd “DVD” formatlı disk cinayət işində saxlanılsın. İş üzrə məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri olan 81 (səksən bir) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulsun. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabınaödənilsin. Hökmün icrası Abşeron rayon Polis idarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Şirvan şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-301/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-301/2023
15.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver