Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-302/2021 14.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim - Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi - Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafəiçisi –Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1993-cü il Bərdə rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, 156 saylı evakuasiya xidmətində işləyən, əvvəllər məhkum olunmamış, Bərdə rayonu, Nazırlı Ərazi Dairəsi, Nazarlı kəndində qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsində ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Abşeron rayonu, Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: xx.xx.2021-ci il tarixdə, saat 00:30 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Nizami küçəsində Zərərçəkmiş şəxs yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində boşanma ərəfəsində olduğu arvadı Şahid tanımadığı və sonradan adını bildiyi Təqsirləndirilən şəxs ilə birlikdə görməsi səbəbindən qısqanclıq zəminində mübahisə yaratmış və baş vermiş mübahisə zamanı ilk əvvəl Şahid fiziki zor tətbiq etmiş, daha sonra buna mane olmağa çalışan Təqsirləndirilən şəxsla aralarında qarşılıqlı dava-dalaş yaranmışdır. Baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sifət nahiyəsinə yumruq zərbələri vuraraq ona sol qaş nahiyəsinin əzilmiş-cırılmış yarası, sol gicgah nahiyəsinin dərialtı hematomasından ibarət, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, qəsdən sağlamlığa Yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, oynaq iltihabından əziyyət çəkdiyi üçün xx.xx.2021ci il tarixdə həkimə müraciət etmiş və müayinə olunduqdan sonra ona müəyyən dərman və sistemlər yazılmışdır. Reseptdə qeyd olunan iynə-dərmanları aldıqdan sonra isə o, tanışı Samirin bacısı Günelə müraciət etmiş və sistemlərni köçürüb, iynələrini vurmasını xahiş etmişdir. Sonuncu isə razılaşmışdır. xx.xx.2021-ci il tarixdə, təxminən saat 21 radələrində o, Günelə zəng edərək işdən çıxdığını bildirmiş və evinə gələ bilib-bilməyəcəyini soruşmuşdur. Günel isə gələ biləcəyini demiş və onu ünvanından götürməsini xahiş etmişdir. Buna görə də o, saat 22 radələrində Günelin yaşadığı Xırdalan şəhəri, 27-ci məhəlləyə gedərək Güneli idarə etdiyi «Mitsubishi» markalı, **-CM-*** dövlət qeydiyyat nişanlı evakuatorla yaşadığı ünvana aparmışdır. Sistemlər köçürüldükdən sonra isə xx.xx.2021-ci il, saat 00:30-da onlar evdən çıxıb maşına yaxınlaşan zaman sonradan adını bildiyi Zərərçəkmiş şəxs Günelə yaxınlaşaraq gecə saatlarında orada nə etdiyini soruşmuş, o isə sistem köçürməsi üçün Güneli ünvanına gətirdiyini izah etməyə çalışmış, lakin Zabit buna inanmayaraq onların aralarında münasibət olduğunu iddia edərək yenidən Günellə mübahisə etməyə başlamışdır. O, mübahisəni sakitləşdirməyə çalışan zaman Zabit Güneli qolundan tutaraq itələmiş, daha sonra ona yaxınlaşaraq yumruqla baş nahiyəsinə bir dəfə zərbə vurmuşdur. Bundan sonra o da Zabitin sol gicgah nahiyəsinə bir dəfə yumruqla zərbə vuraraq qarşılıq vermişdir. Həmin vaxt polis əməkdaşları oraya gəlmiş və onları polis idarəsinə aparmışlar. O, əlavə olaraq məlum mübahisənin onun yaşadığı evin qarşısında 2-3 dəqiqə davam etdiyini, həmin vaxt ətrafda başqa şəxslərin olmadığını, eləcə də səs-küy yaranmadığını da qeyd etmişdir. Sonda o, Zərərçəkmiş şəxs ilə barışmasını və sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək məhkəmədən barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs məhkəmə baxışında Zərərçəkmiş şəxs ilə barışmasına, cinayət təqibinə xitam verilməsinə dair ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə baxışında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, altı il əvvəl Şahid ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş və bu nikahdan onların bir övladı dünyaya gəlmişdir. Əvvəllər münasibətləri yaxşı olsa da, sonradan o, Günelin başqa bir şəxslə danışdığını bilmiş və bu səbəbdən onların münasibətləri pisləşmişdir. Bundan sonra isə o, ayrı yaşamağa başlamış və təxminən bir il olarki onlar ayrı yaşayırlar. Buna görə də Günel boşanmaq üçün Abşeron Rayon Məhkəməsinə müraciət etmiş və hazırda da proses davam edir. xx.xx.2021-ci il tarixdə, saat 18 radələrində o, yaşadığı evdə spirtli içki olan pivə içdikdən sonra o, Günelin yaşadığı, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəlləyə gəlmiş, həmin gün təxminən saat 23 radələrində o, Günelin evdən çıxaraq yaxınlıqda saxlamış «Mitsubishi» markalı, **-CM-*** d.q.n evakuatora əyləşdiyini görmüş və dərhal taksiyə oturaraq onların arxasınca getmişdir. Xırdalan şəhəri, Nizami küçəsində onlar maşından düşərək birlikdə bir evə getmişlər, saat 00:30 radələrində isə həmin evdən çıxmışlar. Bu zaman o, sonradan adını bildiyi Mehmanla Günelə yaxınlaşıb polis çağırdığını demiş və heç yerə getməmələrini tələb etmişdir. Bunu eşitdikdə Mehmanla Günel onun ünvanına təhqiramiz ifadələr səsləndirdikdən sonra onlar arasında mübahisə baş vermişdir. Yaranmış mübahisə zamanı o, Güneli kənara itələyib Mehmanın baş nahiyəsinə yumruqla bir dəfə zərbə vurmuşdur. Həmin vaxt Mehman da üzərinə gələrək onun sol gicgah nahiyəsinə iki dəfə yumruq zərbələri vurmuşdur. Zərbələrin təsirindən o, müvazinətini itirərək yerə yıxılmış, daha sonra isə polis əməkdaşları oraya gələrək onları polis idarəsinə aparmışlar. O, əlavə olaraq sözügedən münaqişənin təxminən 5 dəqiqə davam etdiyini, həmin vaxt orada başqa şəxslərin olmadığını, eləcə də digər şəxsləri narahat edəcək qədər səs-küy yaranmadığını da qeyd etmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə aralarında barışıq olduğu üçün ona qarşı heç bir şikayəti və tələbinin olmadığını bildirərək məhkəmədən hazırki cinayət təqibi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə baxışında Zərərçəkmiş şəxs ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını göstərərək, sonuncunun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsini xahiş etdi. Təhqiqat zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, barəsində şikayət etdiyi Zərərçəkmiş şəxs ilə 2016-cı ildə ailə həyatı qurmuş və birgə nikahdan onların bir övladı vardır. Əvvəllər münasibətləri yaxşı olsa da, sonradan Zabit spirtli içkilərdən teztez istifadə etməyə başladığı üçün ailə qarşısında öhdəliklərini yerinə yetirə bilmədiyindən münasibətləri pisləşmiş və o, Zabitdən ayrılaraq Xırdalan şəhəri, 27-ci məhəllə, ev 7, mənzil 3 ünvanında yaşayan anasının evinə köçmüş və boşanmaq üçün Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Lakin hazırda məhkəmə prosesi davam etdiyi üçün onlar hələ də rəsmi qaydada boşanmamışlar. xx.xx.2021-ci il tarixdə, saat 23 radələrində o, tanışı Fəxriyyənin oğlu Mehmana sistem köçürmək üçün yaşadığı evin yaxınlığında sonuncu ilə görüşüb onun idarə etdiyi «Mitsubishi» markalı, **-CM-*** dövlət qeydiyyat nişanlı evakuatora əyləşmiş və Mehmanın evinə getmişdir. Prosedur başa çatdıqdan sonra gecə saatları olduğundan o, Mehmandan onu evə aparmasını xahiş etmişdir. xx.xx.2021-ci il tarixdə, saat 00:30-da onlar evdən çıxıb maşına yaxınlaşarkən Zabit onlara yaxınlaşmış və Mehmanın kim olduğunu soruşmuş, o isə məsələnin əslini Zabitə izah etmişdir. Lakin Zabit onun dediklərinə inanmadığından onlar arasında mübahisə yaranmış və baş vermiş mübahisə zamanı Zabit əlləri ilə boğaz nahiyəsindən tutub onu kənara itələmiş və saçından yapışıb kürək nahiyəsinə yumruq zərbəsi vuraraq onu yerdə sürütləməyə başlamışdır. Bu zaman Mehman Zabiti ondan kənarlaşdırmaq istəmiş və onlar arasında qarşılıqlı davadalaş yaranmış və onlar bir-birlərini yumruqla vurmağa başlamışlar. Həmin vaxt polis əməkdaşları oraya gələrək onları Abşeron Rayon Polis İdarəsinə aparmışlar. O, əlavə olaraq məlum hadisənin təxminən 5 dəqiqə davam etdiyini və həmin vaxt orada başqa şəxslərin olmadığını da qeyd etmişdir. İş materiallarında olan MTE və PA Birliyinin Abşeron Rayon Şöbəsinin xx.xx.2021ci il tarixli 530 nömrəli rəyindən görünür ki, 1975-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmətibbi müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər – sol qaş nahiyəsinin əzilmiş-cırılmış yarası, sol gicgah nahiyəsinin dərialtı hematoması bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə yəni xx.xx.2021-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi; dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan MTE və PA Birliyinin Abşeron Rayon Şöbəsinin xx.xx.2021ci il tarixli 556 nömrəli rəyindən görünür ki, 1993-cü il təvəllüdlü Şahid məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarət – hər iki bazunun qançırları bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə yəni xx.xx.2021-ci il tarixdə dava-dalaş nəticəsində qeyd olunan nahiyələrə əl və yumruqla vurma zamanı əmələ gələ bilərdi; sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafı ilə yanaşı, onu tamamlayan və bir-birinə uyğun gələn zərərçəkmiş şəxsin ifadəsi, məhkəmə-tibbi ekspertizanın rəyi və məhkəməyədək sadələşdirilmiş icraat materialında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Bununla yanaşı məhkəmə baxışı zamanı müəyyən olundu ki Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında barışıq əldə olunmuş, sonuncunun təqsirləndirilən şəxsə qarşı hər hansı şikayəti və tələbi qalmamış və hər ikisi məhkəmədən cinayət təqibi üzrə icraata xitam verilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin xx.xx.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs oğlu əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə görə cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir) Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair hazırki məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğluna hazırki cinayət əməlinin hüquqa zidd və yolverilməz olması, gələcəkdə isə analoji əməllərə görə zərərçəkmiş şəxslə barışması ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəllənin 73.2-ci maddəsində nəzərdə tutulmuş qaydada təkrarən cinayət məsuliyyətindən azad edilməsinin qeyri mümkünlüyü izah edilməlidir. Təqsirləndirilən şəxs barəsində hər hansı qətimkan tədbiri seçilməmişdir. Bununla əlaqədar məhkəmə qeyd edir ki, hazırki cinayət təqibi üzrə icraata xitam verildiyindən Təqsirləndirilən şəxs oğlunun barəsində hər hansı qətimkan tədbirinin seçilməsi yolverilməzdir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğluna ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili X1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində, məhkəmə baxışı zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 43, 344-347, 356, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs hazırki cinayət əməlinin hüquqa zidd və yolverilməz olması, gələcəkdə isə analoji əməllərə görə zərərçəkmiş şəxslə barışması ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəllənin 73.2-ci maddəsində nəzərdə tutulmuş qaydada təkrarən cinayət məsuliyyətindən azad edilməsinin qeyri mümkünlüyü izah edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili X1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində, məhkəmə baxışı zamanı 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qəradan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərar, apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-302/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-302/2021
14.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver