Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-302/2022 09.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı Möhsüm oğlunun, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs7, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi iştirakları ilə xx xxxxxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ibtidai təhsilli, evli, əvvəllər məhkum olunmuş, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, Bakı Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 326.2ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 16 avqust 2021-ci il tarixdə saat 19:20 radələrində Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən «Nicat» adlı hamamın arxasına gələrək orada dayanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs1 idarə etdiyi «Ford Transit yük» markalı, **- ZG-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapılarının açıq olmasından istifadə edib avtomobilin salonundan sonuncuya məxsus içərisində AE 098138 seriya nömrəli «Mercedes Benz A class» markalı, **-MP-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair texniki şəhadətnaməsi, AZE№ ******** seriya nömrəli şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsini 1190 manat ekvivalentində olan 700 ABŞ dolları, 800 manat pulu olan 10 manat dəyərində pul kisəsini gizli talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 1990 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 21 sentyabr 2021-ci il tarixdə saat 10:30 radələrində ünvan 3 ünvanında yerləşən «Ət Mağazası»nın qarşısına gələrək orada dayanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs7 idarə etdiyi «Hyundai» markalı, **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapılarının açıq olmasından istifadə edib avtomobilin salonundan sonuncuya məxsus bir ədəd 690 manat dəyərində olan «Xiaomi» markalı mobil telefonu, içərsində 710 manat pul, AA3283922 seriya nömrəli şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, «Hyundai» markalı, **-OC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dair texniki şəhadətnaməsi, 1 ədəd “Opel Astra” markalı **-UE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomboilə dair qeydiyyat şəhadətnaməsi, 1 ədəd “Opel Astra” markalı, **-VJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dair qeydiyyat şəhadətnaməsi, 1 ədəd “Kia, Rio” markalı, lO-DY-256 dövlət qeydiyyat nömrə nişanlı avtomboilə dair qeydiyyat şəhadətnaməsi olan pul kisəsini gizli talayıb Zərərçəkmiş şəxs7 ümumilikdə 1500 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 10 oktyabr 2021-ci il tarixdə saat 13 radələrində ünvan 4 ünvanına gələrək evin qapısının açıq olmasından istifadə edib qanunsuz içəri daxil olaraq həmin ünvanda pəncərənin qarşısında qoyulmuş mənzildə usta işləyən Zərərçəkmiş şəxs2 məxsus bir ədəd 20 manat dəyərində 051 ***-**-** sim nömrəsi və bir ədəd 15 manat dəyərində 070 ***-**-** nar nömrəsi işlədən 300 manat dəyərində «Redmi Note 7» markalı mobil telefonu gizli talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 335 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 12 oktyabr 2021-ci il tarixdə saat 16 radələrində ünvan 5 ünvanına gələrək evin qapısının açıq olmasından istifadə edib qanunsuz içəri daxil olaraq evin vanna otağında asılmış, mənzildə usta işləyən Zərərçəkmiş şəxs8 məxsus gödəkçənin iç cibindən 285 (iki yüz səksən beş) manat pulu, həmin gödəkçənin yan cibində olan bir ədəd 315 manat manat dəyərində «Xiaomi» markalı mobil telefonu, cəmi 600 manat məbləğində əmlakını, bir ədəd AZE№******** seriya nömrəli şəxsiyyət vəsiqəsini, həmin vanna otağında asılmış Zərərçəkmiş şəxs9 məxsus şalvarının cibindən AZE№******** seriya nömrəli şəxsiyyət vəsiqəsini gizli olaraq talamışdır. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 15 oktyabr 2021-ci il tarixdə saat 10 radələrində ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə gələrək evin açıq olan giriş qapısından qanunsuz içəri daxil olub evin yataq otağında olan Zərərçəkmiş şəxs3 məxsus daxilində 051 ***-**-** sim nömrəsi və 055 ***-**-** cin nömrəsi olan 700 manat dəyərində bir ədəd «Redmi Not 10» markalı mobil telefonu, həmçinin X5 məxsus daxilində 050 ***-**-** sim nömrəsi və 055 ***-**-** cin nömrəsi olan 700 manat dəyərində bir ədəd «Samsung A41» markalı mobil telefonu gizli talayıb vahid niyyətlə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və X5 ümumilikdə 1400 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 15 oktyabr 2021-ci il tarixdə saat 13 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, DSK-4 yolunda yerləşən «Çempionlar» adlı kafenin qarşısına gələrək orada dayanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs5 idarə etdiyi «Mercedes Benz 614 D yük» markalı, **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapılarının açıq olmasından istifadə edib avtomobilin salonundan sonuncuya məxsus bir ədəd 3100 manat dəyərində «İphone 12 pro» markalı və bir ədəd 300 manat dəyərində «Samsung J-5» markalı mobil telefonları gizli talayıb Zərərçəkmiş şəxs5 ümumilikdə 3400 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 03 noyabr 2021-ci il tarixdə saat 11 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən 20 nömrəli binanın beşinci mərtəbəsindəki X6 məxsus təmir işləri aparılan mənzilə gələrək mənzilin qapısının açıq olmasından istifadə edib qanunsuz içəri daxil olaraq mənzildə olan otağın pəncərəsinin qarşısındakı həmin mənzildə usta işləyən Zərərçəkmiş şəxs10 məxsus 1 ədəd 500 manat dəyərində “Redmi Note-8” markalı mobil telefonu, digər usta Zərərçəkmiş şəxs6 məxsus 1 ədəd 250 manat dəyərində “Samsung Galaxy J-2” markalı mobil telefonu, otaqda divarda asılmış Zərərçəkmiş şəxs10 məxsus qış gödəkçəsinin sol iç cibindən 280 manat pulu, həmin yerdə asılmış Zərərçəkmiş şəxs6 məxsus şalvarın yan cibindən 190 manat pulu gizli olaraq talayıb, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs10 və Zərərçəkmiş şəxs6 ümumilikdə 1220 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini törətmələri aşağıdakı qaydada subuta yetirilmişdir. Məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 1 ünvanda yaşayır. Heç bir yerdə işləmir. Arada iş olanda tikinti işlərində fəhlə işləmişdir. Əvvəllər oğurluq cinayəti törətdiyinə görə məhkum olunmuşdur. Sonuncu dəfə azadlığa 9 fevral 2021-ci il tarixdə çıxmışdır. Bildirmişdir ki, 16 avqust 2021ci il tarixdə saat 19:20 radələrində Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən «Nicat» adlı hamamın arxasında «Ford Transit yük» markalı, **-ZG- *** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığını, qapısının açıq olduğunu görmüşdür. Avtomobilin salonuna baxdıqda salonda pul kisəsinin olduğunu görmüşdür. O, əlini atıb salondan həmin pul kisəsini götürüb oradan uzaqlaşmışdır. Pul kisəsinə baxdıqa pul kisəsinin içərində 700 ABŞ dolları və 800 manat pul olmuşdur. O, həmin pulları pul kisəsindən götürüb pul kisəsini kənara tullamışdır. Oğurluqla əldə etdiyi pulları öz ehtiyaclarına xərcləmişdir. Bundan başqa bildirmişdir ki, maddi ehtiyaclarını ödəmək məqsədi ilə oğurluq etmək qərarına gəlmişdir. 21 sentyabr 2021-ci il tarixdə saat 10:30 radələrində ünvan 3 ünvanında yerləşən «Ət Mağazası»nın qarşısında olarkən orada «Hyundai» markalı, **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığını görmüşdür. Həmin avtomobilin qapısı açıq olduğundan o, həmin avtomobildən oğurluq etmək qərarına gəlmiş və avtomobilin qapısını açıb avtomobilin salonundan bir ədəd «Xiaomi» markalı mobil telefon olan və bir ədəd pul kisəsini avtomobilin salonundan götürüb oradan uzaqlaşmışdır. Pul kisəsinə baxdıqda pul kisəsindənsə sənədlər və 710 manat pulun olduğunu görmüşdür. Mobil telefonun şifrəsini aça bilmədiyindən telefonu yadında qalmayan yerdə tullamışdır. Sənədlər də lazım olmadığından cırıb pul qabı ilə birlikdə naməlum istiqamətdə tullamışdır. Bundan başqa bildirmişdir ki, maddi ehtiyaclarını ödəmək məqsədi ilə 10 oktyabr 2021-ci il tarixdə saat 11-12 radələrində ünvan 8 ünvanda təmir gedən yaşayış yerinin olmasını görmüşdür. Qapının açıq olmasını görüb içəri daxil olmuşdur. Birinci mərtəbədə qapısı açıq otaq olduğundan həmin otağa daxil olmuçdur. Pəncərə qabağında qara rəngli “Xiami” markalı, “Redmi Note 7” modelli telefonu gizlincə götürüb oradan uzaqlaşmışdır. Bir qədər kənara keçmiş, telefonun kodunu aça bilmədiyinə görə sındırıb atmışdır. Bundan başqa bildirmişdir ki, maddi ehtiyaclarını ödəmək məqsədi ilə 12 oktyabr 2021-ci il tarixdə ünvan 9 ünvanda olan 18 saylı mənzilin qarşısından keçən zaman mənziln qapısının açıq olmasını görmüş, və mənzilə daxil olmuşdur. Hamam otağında asılqanda asılmış kişi şalvarının cibindən 1 ədəd pul qabı götürmüşdür. Bundan sonra həmin evin digər otağına keçmişdir. Otaqda masanın üzərində hazırda markasını xatırlamadığı mobil telefonu da götürüb cibinə qoymuşdur. Pul qabıları çöldə açan zaman birinin içərisində 5-6 manat pul və sənədlər, digərinin içərisində isə 285 manat pul, Unibanka” aid plastik kartı, Azərişıq və Azəriqaza aid sayğac ödəmə plastik kartları olmuşdur. Sənədləri cırmış, Unibanka” aid plastik kartı, Azərişıq və Azəriqaza aid sayğac ödəmə plastik kartları olan hər iki pul qabını binanın tininə tullamışdır. Telefonu da işləmədiyinə görə tullamışam. 285 manat pulu isə öz ehtiyaclarına xərcləmişdir.Bundan başqa bildirmişdir ki, maddi ehtiyaclarını ödəmək məqsədi ilə oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə 15 oktyabr 2021-ci il tarixdə ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısından keçən zaman evin giriş qapısının açıq olduğunu görüb həmin evdən oğurluq etmək istəmişdir. Ətrafa baxıb heç kimin onu görmədiyinə tam əmin olduqdan sonra evin giriş qapısından içəri girib evdə pəncərənin kənarına qoyulmuş bir ədəd «Redmi Not 10» markalı mobil telefonu və bir ədəd «Samsung A41» markalı mobil telefonu pəcərənin kənarından götürüb həmin evdən çıxaraq oradan uzaqlaşmışdır. Sonra həmin telefonları Bakı şəhəri, 20 yanvar metrostansiyası yaxınlığında yerləşən dükana 150 manata satmış və əldə etdiyi pulları öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa bildirmişdir ki, maddi ehtiyaclarını ödəmək məqsədi ilə 15 oktyabr 2021-ci il tarixdə saat 13 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, DSK-4 yolunda yerləşən «Çempionlar» kafesinin qarşısında olarakən orada dayanmış «Mercedes Benz 614 D yük» markalı, **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapısının və şüşəsinin açıq olduğunu görüb avtomobilin salonuna baxdıqda salonda iki ədəd mobil telefonun olduğunu görmüşdür. Sakitcə qapını açıb salondan iki ədəd mobil telefonu götürüb oradan uzaqlaşmışdır. Həmin mobil telefonlardan biri «İphone 12 pro» markalı digəri isə Samsung J-5» markalı mobil telefonlar olmuşdur. O, həmin telefonları Bakı şəhəri 20 Yanvar dairəsində tanımadığı şəxsə 300 manata satıb əldə etdiyi pulları öz ehtiyaclarına xərcləmişdir. Bundan başqa bildirmişdir ki, son zamanlar maddi sıxıntıları olduğuna görə oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə xx.xx.2021-ci il tarixdə saat təxminən 11 radələrində yaşadığı evdən çıxaraq etibarnamə ilə idarə etdiyi Tofaş markalı avtomobillə Abşeron rayonu, Xırdalan şəhərinə gəlmişdir. Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yolun kənarında tam hazır olmamış, içərisində təmir işləri gedən mərtəbəsini xatırlamadığı bina görmüşdür. Həmin binada olan mənzillərdən hər hansı qiymətli əşya oğurlamaq üçün binanın dəhlizinə daxil olmuşdur. Bir qədər binanın dəhlizində gəzdikdən sonra 5-ci mərtəbəyə qalxmışdır. Həmin mərtəbədə mənzilin qapısının açıq olduğunu görmüşdür. Bundan sonra mənzilin giriş qapısına yaqxınlaşıb içəri boylanmışdır. Həmin vaxt mənzilin eyvanında ustalar işləmişdir. İçəri boylandıqda otağın pəncərəsinin qarşısında iki ədəd mobil telefon olduğunu görmüşdür. Bundan sonra o, içəri otağa daxil olub pəncərənin qarşısında qoyulmuş 1 ədəd “Redmi Note-8” markalı və 1 ədəd “Samsung Galaxy J-2” markalı mobil telefonları götürüb cibinə qoymuşdur. Bundan sonra həmin otaqda divarda asılmış şalvarın yan cibindən 190 manat pul tapmış və həmin pulu götürmüşdür. Həmin yerdə asılmış qış gödəkçəsinin ciblərini axtaran da, gödəkçənin sol iç cibindən 280 manat pul tapmışdır. Bundan sonra o, dərhal həmin mənzildən çıxmışdır. Binadan uzaqlaşdıqdan sonra oğurladığı mobil telefonların hər ikisini açmağa çalışsa da, telefonlar şifrəli olduğu üçün aça bilməmişdir. Bundan sonra bir qədər getdikdən sonra həmin telefonları xatırlamadığı yerdə yolun kənarına atmışdır. Daha sonra Bakı şəhərinə qayıtmışdır. Əldə etdiyi 470 manat pulu isə şəxsi ehtiyaclarına xərcləmişdir. Törətdiyi əməldən peşmandır. Bildirmişdir ki, oğurladığı mobil telefonları xatırlamadığı yerdə atdığı üçün istintaqa təqdim edə bilməmişdir.Hazırda əməlindən peşmandır yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 10 ünvanda yaşayır. Bildirmişdir ki, 21 sentyabr 2021-ci il tarixdə saat 10:30 radələrində özünə məxsus olan “Hundai H 100” markalı, **-OC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə mağazaya maşına mal vurmaq üçün avtomobilin arxa hissəsini mağazanın qarşısına vermişdir. Avtomobildən düşüb mağazaya keçmişdir. Amma avtomboilinin qapılarını bağlamamışdır. Təxminən 10- 15 dəqiqə sonar geri qayıtmışdır. Sürücü oturacağı ilə surətlər qutusunun keçiricisi arasında özünə məxsus pul qabı və 1 ədəd “Xiaomi” markalı mobil telefonunun qoyduğu yerində olmadığını aşkarlamışdır. Pul qabının içərisində 1 ədəd həmin avtomobilə məxsus olan **-OC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin qeydiyyat şəhadətnaməsi, 1 ədəd “Opel Astra” markalı **-UE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomboilə məxsus qeydiyyat şəhadətnaməsi, 1 ədəd “Opel Astra” markalı, **-VJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin qeydiyyat şəhadətnaməsi, 1 ədəd “Kia, Rio” markalı, lO-DY-256 dövlət qeydiyyat nömrə nişanlı avtomboilin qeydiyyat şəhadətnaməsi, ona məxsus sürücülük vəsiqəsi, şəxsiyyət vəsiqəsi, 710 manat pul və müxtəlif sənədlər olmuşdur. Bildirmişdir ki, oğurluq nəticəsində ona təxminən 1000-1500 manat maddi ziyan dəymişdir. Şikayətçidir dəymiş ziyanın ödənilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 11 ünvanında yaşayır. O, usta işləyir və müxtəlif ünvanlarda rəngsaz işləyərək pul qazanır. Bildirmişdir ki, bir müddət bundan əvvəl ünvan 12 ünvanında yerləşən yeni tikilmiş, lakin yaşayış olmayan fərdi evdə rəngsaz kimi işləmişdir. Həmin ünvanda ümumi təmir işləri aparıldığı üçün ondan başqa da orada usta və fəhlələr işləmişdir. 10 oktyabr 2021-ci il tarixdə təxminən saat 10 radələrində iş yoldaşı Bəhruz Gülməmmədovla birlikdə qeyd olunan ünvana gəlib iş paltarlarını geyinərək işə başlamışlar. Həmin vaxt o, özünə məxsus 051 ***-**-** sim və 070 ***-**-** nar GSM nömrələri işlədən **********56638 və **********56637 İMEİ kodlu «Redmi Note 7» markalı mobil telefonu Wifi şəbəkəsinin yaxşı tutması üçün digər otaqda pəncərənin qarşısına qoymuş, özü isə işləmək üçün həmin otaqla üzbəüz otağa keçib işləməyə başlamışdır. Təxminən bir-iki saat sonra evin qapıları açıq olduğundan içəri tanımadığı bir nəfər şəxsin daxil olmasını görmüş, lakin həmin şəxsin ev sahibinin tanışı və ya digər usta olmasını düşünüb əhəmiyyət verməmişdir. Daha sonra həmin şəxsin anidən evi tərk etməsini gördüyü üçün həmin şəxsin hərəkətləri onda şübhə doğurmuş və o, bu səbəbdən telefonu olan otağa keçərək telefonunun otaqda olub-olmamasına baxmışdır. Lakin həmin vaxt telefonu otaqda olmamışdır. Bu səbəbdən o, həmin şəxsin arxası ilə çıxıb həmin şəxsi saxlamaq istəsə də, artıq həmin şəxs orada olmamış və qaçaraq oradan uzaqlaşmışdır. Bundan sonra baş vermiş hadisə barədə Azərbaycan Respublikası DİN-in 102 Xidməti Zəng Mərkəzinə məlumat vermiş və ərizə ilə Binəqədi RPİ-nin 4-cü PŞ-yə müraciət etmişdir. Bildirmişdir ki, ona məxsus **********56638 və **********56637 İMEİ kodlu «Redmi Note 7» markalı mobil telefonun dəyəri 300 (üç yüz) manat, həmin telefonun daxilindəki 051 ***-**-** GSM nömrənin dəyəri 20 (iyirmi) manat, 070 ***-**-** GSM nömrəsinin dəyəri 15 (on beş) manat təşkil etmişdir. Nömrələrin balansında kontur olmamamışdır. Ümumilikdə hadisə nəticəsində ona 335 (üç yüz otuz beş) manat məbləğində maddi ziyan dəymişdir. Şikayətçidir dəymiş ziyanın ödənilməsini xahiş edir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs5 ifadəsindən görünür ki, o, Bakı şəhərində müxtəlif ünvanlarda fəhləlik etməklə məşğul olur. 15 oktyabr 2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, DSK yolu deyilən ərazidə “Çempion” kafesinin qarşısında özünə məxsus olan “Mercedes Benz 614D” markalı Az9-UN-954 d.q.n-lı avtomobilini saxlamış, maşından düşüb, maşınının mühərriki işlək vəziyyətdə olmuşdur. Qapısını bağlamamışdır. Restorana düşmüş, təxminən 2 dəqiqə sonar arxaya qayıtmışdır. Qayıdan zaman avtomobilinin salonundan ona məxsus olan 1 ədəd İPHONE 12 Pro markalı və 1 ədəd Samsung J 5 markalı mobil telefonunun oğurlanmasını aşkar etmişdir. Dərhal bu barədə polislərə məlumat vermişdir. Birdirmişdir ki, “İphone 12 pro” markalı telefon 3100 manat, J 5 Samsung telefonu isə 300 manata dəyərində hesablasa ona ümumilikdə 3400 manat maddi ziyan dəmişdir. Şikayətçidir dəymiş ziyanın ödənilməsini xahiş edir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs1 elan olunmuş ifadəsindən görünür ki, o, Lənkəran rayonu, Şağlaser kəndində qeydiyyatda olsa da, ailəsi ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış massivi, ünvan 13 ünvanında yaşayır. Özü mebel ustası kimi fəaliyyət göstərməklə pul qazanır. Bildirmişdir ki, o, mebel ustası işlədiyi üçün 16 avqust 2021-ci il tarixdə təxminən saat 19:20 radələrində material almaq üçün etibarnamə əsasında idarə etdiyi «Ford Transit yük» markalı, **-ZG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən «Nicat» adlı hamamının arxasında yerləşən laminat topdan satış məntəqəsinə DVP almaq üçün getmişdir. İdarə etdiyi yük avtomobilin laminat topdan satış məntəqəsinin qarşısında saxlayaraq sexə daxil olmuşdur. Həmin vaxt avtomobilin qapıları və pəncərələri açıq vəziyyətdə olmuşdur. O, sexdə istədiyi materialları aldıqdan sonra ödənişini etmək məqsədi ilə avtomobildə saxladığı pul kisəsini götürmək üçün avtomobilə yaxınlaşmış, lakin avtomobilin salonunu axtarsa da, pul kisəsini tapa bilməmişdir. Bir qədər pul kisəmi axtarsa da tapa bilmədiyi üçün onun oğurlandığını bilib bu barədə Azərbaycan Respublikası DİN-in 102 Xidməti Zəng Mərkəzinə məlumat vermiş və ərizə ilə Bakı şəhəri, Binəqədi RPİ-nin 4-cü PŞ-yə müraciət etmişdir. Bildirmişdir ki, baş vermiş hadisə nəticəsində ona məxsus içərsində digər idarə etdiyi «Mercedes Benz A class» markalı, **- MP-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, özünə məxsus sürücülük vəsiqəsi, həmin vaxta Azərbaycan Respublikası Mərkəzi Bankının valyuta məzənnəsi ilə 1.190 (min yüz doxsan) manat dəyərində 700 (yeddi yüz) ABŞ dolları və 800 (səkkiz yüz) manat məbləğində nəğd pul olan 10 (on) manat dəyərində pul kisəsi oğurlanmışdır. Hadisə nəticəsində ona ümumilikdə 2.000 (iki min) manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs8 elan olunmuş ifadəsindən görünür ki, o, ailəsi ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış sahəsində ünvansız fərdi yaşayır. Bakı şəhərində müxtəlif ünvanlarda döşəməyə laminat vurmaqla məşğul olur. Bildirmişdir ki, 12 oktyabr 2021-ci il tarixdə ünvan 16 ünvanında təmiş işləri görmüşdür. Təmir zamanı evə tez-tez girib çıxdıqlarından evin qapısını açıq saxlamışlar. Evə gələn zaman paltarlarını digər fəhlə yoldaşları kimi evin hama otağında soyunub geyinmişlər. Çöl paltarlarını hama otağıda asılqandan asmışlar. Evdə işləyən zaman saat təxminən 16 radələrində evin ümumi giriş qapısının çırpılmasını eşitmişlər. Dərhal evin daxilinə baxsalar da evdə hər hansı bir şəxsin olmasını görməmişlər. O, digər yoldaşı Rəşadla birlikdə soyunub-geyinmə otağına keçmişlər. Asılqandan asılmış dəri gödəkçəsinin sol iç cibindən pal qabısının, sağ yan cibindən bir ədəd “Xiaomi Mİ 8” markalı mobil telefonunn olmadığını aşkar etmişdir. Həmin vaxt pul qabının içərisində şəxsiyyət vəsiqəsi, ona məxsus “Unibanka” aid plastik kartı, Azərişıq və Azəriqaza aid sayğac ödəmə plastik kartları və 285 manat pulu oğurlanmışdır. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs9 elan olunmuş ifadəsindən görünür ki, ailəsi ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsində yerləşən fərdi evdə yaşayır. O, fərdi əməklə məşğul olur, müxtəlif ünvanlarda malyar-rəngsaz kimi fəaliyyət göstərir. Bildirmişdir ki, 12 oktyabr 2021-ci il tarixdə ünvan 17 ünvanda təmir işləri görmüşdür. Təmir zamanı evə tez-tez girib-çıxdıqlarından qapını açıq saxlamışlar. Evə gələn zaman hamam otağında soyunub-dəyişmə yeri kimi istifadə etdikləri otaqda digər fəhlə yoldaşları ilə paltarını dəyişib, iş paltarı geyinmişdir. Çöl parlarını isə asılqandan asmışlar. Evdə işləyən zaman təxminən saat 16 radələrində onlar evin qonaq otağında döşəmənin laminat örtüyünü üzləmişlər. Bu zaman evin ümumi giriş qapısının bərk çırpılmasını eşitmişlər. Dərhal evin daxilinə baxsalar da hər hansı bir şəxsin olmasını görməmişlər. O, soyunub-geyinmə otağına keçmişdir. Asılqandan asılmış şalvarının cibində olan özünə məxsus şəxsiyyət vəsiqəsiqəsinin, 6 manat pulunun, Kapital banka mıxsus olan elektron hesab kartının, Covid paspaortunun, YAP-na məxsus üzvlük vəsiqəsinin oğurlanmasını aşkar etmişdir. Yanındakı iş yoldaşının da cibindən nəyinsə oğurlanmasını, pulu və telefonunun oğurlanmasını deməsini eşitmişdir. Bildirmişdir ki, ona maddi ziyan deyərkən oğurlanmış kart və şəxsiyyət vəsiqələrinin dəyişdirilməsinə xərclənməli olan pulları hesablamasa ona cəmi 6 manat maddi ziyan dəymişdir. Bildirmişdir ki, ona məxsus olan Kapital banka aid elektron hesab kartının balansında pul olmamışdır. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs3 elan olunmuş ifadəsindən görünür ki, o, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi döngə 11-də yerləşən fərdi evdə yaşayır. Bildirmişdir ki, Bakı şəhərində müxtəlif ünvanlarda fəhləlik etməklə məşğul olur. 15 oktyabr 2021-ci il tarixdə ünvan 18 ünvanda fəhləliklə məşğul olmuşdur. Onunla birlikdə orada X7 ilə birlikdə fəhləlik etmişlər. Onların işlədikləri evi vasitəçi maklerlər tərəfindən tikildiyindən mütəmadi olaraq evə müştərilər gəlib getmişlər. Onlar həyətdə qum qarışdıran zaman evə bir nəfər şəxs daxil olmuşdur. Onlar həmin şəxsin ev sahibi-makler tərəfindən göndərilən müştəri olmasını zənn etmişlər. Həçmin şəxs evə daxil olan kimi onlar həmin şəxsə müdaxilə etməmişlər. Fikirləşmişlər ki, “yəqin evin quruluşuna baxır”. Bundan sonar sakitcə özünü şübhəli aparmadan çıxmışdır. Hətta çıxan zaman həmin şəxs “onlara işiviz irəli demişdir”. Onlar da heç nəyə fikir verməmişlər. Heç düşünməmişlər ki, bu içəridən otaqdan çıxan şəxs onların əşyalarını oğurlaya. Bundan təxminən 10 dəqiqə sonra evin yataq otağına keçən kimi ona məxsus olan “Redmi Note 10” markalı mobil telefonunun və Aşqinə məxsun “Samsung A 41” markalı mobil telefonunun olmamasını aşkarlamışdır. Dəhral çölə çıxsalar da həmin şəxsin hansı istiqamətdə getdiyini bilməmişlər. Polisə getmiş və dərhal məlumat vermişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs4 elan olunmuş ifadəsindən görünür ki, o, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi döngə 11-də yerləşən fərdi evdə yaşayır. Bildirmişdir ki, Bakı şəhərində müxtəlif ünvanlarda fəhləlik etməklə məşğul olur. 15 oktyabr 2021-ci il tarixdə ünvan 18 ünvanda fəhləliklə məşğul olmuşdur. Onunla birlikdə orada Zərərçəkmiş şəxs3 ilə birlikdə fəhləlik etmişlər. Onlar işlədikləri ev vasitəçi-maklerlər tərəfindən tikildiyindən mütəmadi olaraq evə müştərilər gəlib gedirmişdir. Onlar həyətdə qum qarışdıran zaman evə bir şəxs daxil olmuşdur. Onlar həmin şəxsin ev sahibi-makler tərəfindən göndərilən müştəri olmasını zənn etmişlər. Həçmin şəxs evə daxil olan kimi onlar müdaxilə etməmişlər. Fikirləşmişlər ki, “həmin şəxs yəqin evin quruluşuna baxır”. Bundan sonar sakitcə özünü şübhəli aparmadan çıxmışdır. Hətta çıxan zaman həmin şəxslər onlara işiviz irəli demişdir. Onlar da heç nə fikir verməmişlər. Heç düşünməmişlər ki, həmin şəxs otaqdan onlara əşyaları oğurlaya. Bundan təxminən 10 dəqiqə sonra evin yataq otağına keçən kimi ona məxsus olan “Samsung A 41” markalı mobil telefonunun və Zərərçəkmiş şəxs3 məxsus olan “Redmi Note 10” markalı mobil telefonunun olmamasını aşkaretmişdir. Dəhral çölə çıxsalar da həmin şəxsin hansı istiqamətdə getdiyini bilməmişlər. Polisə getmişlər dərhal məlumat vermişlər. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs10 elan olunmuş ifadəsindən görünür ki, o, Abşeron rayonu, Hökməli qəsəbəsi, Nübar yaşayış massivində yerləşən fərdi evdə ailəsi ilə birlikdə yaşayır. Bildirmişdir ki, fərdi qaydada tikinti işlərində usta işləyir. Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə keçəsində yerləşən 20 nömrəli yeni inşa edilmiş binada qonşuşusu Zərərçəkmiş şəxs6 ilə birlikdə ev təmiri ilə məşğul olmuşdur. xx.xx.2021-ci il tarixdə saat 11 radələrində Nadirlə işlədikləri mənzilin eyvanında bir qədər iş gördükdən sonra geri otağa qayıdan zaman mobil telefonlarının qoyduqları yerdə, yəni otağın pəncərəsinin qarşısında olmadığını, həmçinin əşyalarına baxdıqda otaqda divarda asdıqları paltarlarının ciblərindən pullarının da oğurlandığını aşkar etmişlər. Bundan sonra o, və Nadir DİN-in 102 xidmətinə zəng edərək baş vermiş oğurluq hadisəsi barədə məlumat vermişlər. Bir qədər keçdikdən sonra polis əməkdaşları gələrək oğurluq baş vermiş yerə baxış keçirmişlər. Bildirmişdir ki, onun usta işlədiyi qeyd olunan ünvanda otağın pəncərəsinin qarşısından ona məxsus 1 ədəd 500 manat dəyərində “Redmi Note-8” markalı **********93460 və **********93466 imei kodlu mobil telefon və divardan asdığı qış gödəkçəsinin sol iç cibindən 280 manat pulu oğurlanmış, nəticədə ona ümumilikdə 780 manat maddi ziyan dəymişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs6 elan olunmuş ifadəsindən görünür ki, o, Abşeron rayonu, Hökməli qəsəbəsi, Nübar yaşayış massivində yerləşən fərdi evdə ailəsi ilə birlikdə yaşayır. Bildirmişdir ki, fərdi qaydada tikinti işlərində usta işləyir. Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə keçəsində yerləşən 20 nömrəli yeni inşa edilmiş binada qonşum Zərərçəkmiş şəxs10 ilə birlikdə ev təmiri ilə məşğul olmuşdur. xx.xx.2021ci il tarixdə saat 11 radələrində İlhamla işlədikləri mənzilin eyvanında bir qədər iş gördükdən sonra geri otağa qayıdan zaman mobil telefonlarının qoyduqları yerdə, yəni otağın pəncərəsinin qarşısında olmadığını, həmçinin əşyalarına baxdıqda otaqda divarda asdıqları paltarlarının ciblərindən pullarının da oğurlandığını aşkar etmişlər. Bundan sonra o, və İlham DİN-in 102 xidmətinə zəng edərək baş vermiş oğurluq hadisəsi barədə məlumat vermişlər. Bir qədər keçdikdən sonra polis əməkdaşları gələrək oğurluq baş vermiş yerə baxış keçirmişlər. Bildirmişdir ki, onun usta işlədiyi qeyd olunan ünvanda otağın pəncərəsinin qarşısından ona məxsus 1 ədəd 250 manat dəyərində “Samsung Galaxy J-2” markalı **********24406 və **********24404 imei kodlu mobil telefon və divardan asdığı şalvarının cibindən 190 manat pulu oğurlanmış, nəticədə ona ümumilikdə 440 manat maddi ziyan dəymişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən X2 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, A.Qurban küçəsi, ev 71-də yaşayır. O, təxminən 7-8 ildir ki, «20 Yanvar» metrostansiyasının yaxınlığında yerləşən «Park 20 Shopping» Ticarət Mərkəzində yerləşən «Ekspress Telekom» mağazasında mobil telefonların alışı və satışı ilə məşğul olur. Ondan başqa mağazada tanışı Rəcəb adlı şəxs də işləyir. İşlədiyi mağaza səhər saat 09:00-dan axşam saat 20:00-a kimi fəaliyyət göstərir. Bildirmişdir ki, 2021-ci ilin sentyabr ayının axırlarında bir nəfər əvvəllər tanımadığı şəxs işlədiyi mağazaya gələrək bir ədəd «Nar» GSM nömrəsi və bir ədəd sadə «Samsung» markalı mobil telefon almaq istədiyini bildirmişdir. O, adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs həmin vaxt bir ədəd 05 (beş) manat dəyərində «Nar» GSM nömrəsi və 25 (iyirmi beş) manat dəyərində bir ədəd sadə «Samsung» markalı mobil telefon satmışdır. Bundan bir neçə gün sonra o, mağazada olmadığı zaman Fərman yenidən mağazaya gələrək bir ədəd «Redmi 9 T» markalı mobil telefon satmaq istədiyini bildirmiş, həmin vaxt mağazada işləyən tanışı Rəcəb həmin telefona baxaraq 140 (yüz qırx) manat dəyərində qiymətləndirmiş və Rəman razılaşdıqdan sonra Rəcəb həmin qiymətə mobil telefonu almış, həmçinin bununla bağlı onun şəxsiyyət vəsiqəsinin kserosurətini alaraq imza etdirmişdir. Bundan bir neçə gün sonra Fərman yenidən işlədəyi mağazaya gəlmiş, həmin vaxt o, özü mağazada olmuşdur. Bu zaman Fərman ona bir ədəd sadə «GKTEL» markalı mobil telefon təqdim edərək satmaq istədiyini bildirmiş və o da həmin telefona baxıb 15 (on beş) manata ala biləcəyini demişdir. Fərman onunla razılaşdıqdan sonra o, 15 (on beş) manata Fərmanın ona təqdim etdiyi bir ədəd sadə «GKTEL» markalı mobil telefonu almış, həmçinin bununla bağlı Fərmanın şəxsiyyət vəsiqəsinin kserosurətini alaraq imza etdirmişdir. Bundan başqa Fərman ona hər hansı mobil telefon satmamışdır. Bildirmişdir ki, o, bir ədəd «Redmi 9 T» markalı mobil telefonu 180 (yüz səksən) manata və bir ədəd sadə «GKTEL» markalı mobil telefonu isə 20 (iyirmi) manata tanımadığı müştərilərə satmışdır. Məhkəmə istintaqında şahid X3 elan olunmuş ifadəsindən görünür ki, o, ailə üzvləri ilə bir yerdə ünvan 19 ünvanda yaşayır. Bildirmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə keçəsində yerləşən 20 nömrəli yeni inşa edilmiş binada beşinci mərtəbədə bir otaqlı mənzil almışdır. Mənzilin sənədləri tam qaydasında olmadığı üçün hələ çıxarış almamışdır. Həmin mənzildə tanış ustaları olan Nadir və İlham təmir işləri görmüşlər. O da arada vaxtı olanda gedib onlara baş çəkmişdir. xx.xx.2021-ci il tarixdə saat 12 radələrində Nadir ona zəng edərək bildirmişdir ki, “işlədikləri ona məxsus mənzilin eyvanında iş görən zaman mənzilin qapısı açıq olduğu üçün naməlum şəxs(lər)in daxil olaraq ona və digər usta İlhama məxsus teləfonlarının və pullarının oğurlamışlar”. O da bir qədər keçdikdən sonra Nadirgilin yanına, yəni Abşeron rayonu, Xırdalan şəhərində yerləşən sözügedən təmir olunan mənzilinə getmişdir. Mənzildə özünə məxsus əşyalara baxdıqda ona məxsus heç bir əşyanın oğurlanmamasını aşkar etmişdir. Söhbət əsnasında Nadir və onun yanında olan İlham ona bildirmişlər ki, “İlhama məxsus 1 ədəd 500 manat dəyərində “Redmi Note-8” markalı mobil telefon və divardan asdığı qış gödəkçəsinin cibindən 280 manat pul, Nadirə məxsus 1 ədəd 250 manat dəyərində “Samsung Galaxy J-2” markalı mobil telefon və divardan asdığı şalvarının cibindən 190 manat pulu naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmış, bu barədə onlar DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişlər”. Bildirmişdir ki, ona məxsus mənzilindən heç bir əşyası oğurlanmamış, onun evində usta işləyən Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs10 məxsus mobil telefonlar və pulları naməlum şəxslər tərəfindən oğurlanmışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Şübhəli şəxsi tutma haqqında qərardan görünür ki, 08 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs 10 noyabr 2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayon polis idarəsinin istintaq şöbəsinin baş müstəntiqi, polis mayoru X8 tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş və barəsində Bakı şəhəri, Binəqədi rayon məhkəməsi tərəfindən 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 317-2,1 və 67.1-ci maddələri ilə təqsirlili bilinərək barəsində 05 il 02 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri, Nizami rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə xx.xx.2016-cı il tarixli hökmdə Azərbaycan Respublikası CM-nin 177.3.3-cü maddəsi Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 maddələrinə tövsüf edilib 05 il azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən 05 il 05 ay 27 gün azadlıqdan məhrumetmə cəzası xx.xx.2017-ci il tarixli hökmlə birləşdirilməklə qəti 03 il 08 ay azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. xx.xx.2021-ci il tarixdə cəzasını sonu ilə azadlığa buraxılmışdır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Ona görə də Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş sayılır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü və 326.2-ci maddələri ilə tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «Məhkəmə hökmü barədə» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 04 saylı qərarının 13-cü bəndində konkret olaraq qeyd edilmişdir ki, məhkəmələr, təqsirləndirilən şəxslərə cəza təyin edərkən, həm yüngüllük baxımından və həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. «İnsan Hüquqlarının və X4 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayət törətməsi, yəni cinayətlərin residivi Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs az ağır cinayət törətməsini, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyindən Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi yaranır və Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti təqsirləndirildiyi maddənin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin, yəni yarısından az ola bilməz.Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Zərərçəkmiş şəxslərə cinayət nəticəsində dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar təqsirləndirilən şəxsə qarşı mülki iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ olması izah edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3-cü maddələri ilə nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 326.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.2-ci maddələrinə əsasən təyin edilmiş cəzalar qismən toplanaraq Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2021-ci tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxslərə cinayət nəticəsində dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar təqsirləndirilən şəxsə qarşı mülki iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ olması izah edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 50 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 300 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-302/2022
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-302/2022
09.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver