Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-302/2023 03.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxx 1984-cü il tarixdə Ağsu şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 barəsində "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə “İnstagram” sosial şəbəkəsində yerləşdirdiyi elanla bağlı ona müraciət etmiş Zərərçəkmiş şəxs aldadaraq, etibarından sui-istifadə edib sonuncuya Abşeron rayonu, Xırdalan şəhəri, "AAAF Park” yaşayış kompleksi küçə 24, bina 7-də yerləşən 9 nömrəli mənzilində təmir işləri görəcəyinə inandırmış, bu məqsədlə Zərərçəkmiş şəxs 14 iyul 2022-ci il tarixdə həmin mənzildə 5100 manat pulunu alıb ələ keçirərək verdiyi vədinə əməl etməyib Zərərçəkmiş şəxs həmin məbləğdə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, təxminən 2005-ci ildən təmir-tikinti işləri ilə məşğul olmuşdur 2021-ci ilin sonlarında “RİAİ" MMC adlı təmir-tikinti şirkətini təsis etmiş və vergi ödəyicisı kimi qeydiyyatdan keçmiş, şirkətin gördüyü işləri reklam etmək uçun İnstagram sosial şəbəkəsinə hesab açıb elanlar yerləşdirmişdir Müştərilərin onunla əlaqə saxlaması üçün həmin elanlarda ona məxsus ***-***-**-** və ***-***-**-** mobil nömrələrini yerləşdirmişdir. 14 iyul 2022-ci il tarixdə onunla bir nəfər qadın əlaqə saxlayıb adının Rumiyə olduğunu, mobil telefon nömrəsini “İnstagram sosial şəbəkəsindən götürdüyü və Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF Park” yaşayış kompleksində yerləşən mənzili təmir etdirmək istədiyini bildirmiş, Ramal da ətraflı danışmaq, mənzilə baxış keçirmək lazım olduğunu bildirmiş və bu məqsədlə həmin qadını ünvan 3 ünvanında yerləşən ofisinə dəvət etmiş, həmin gün adının sonradan Rumiyə olduğunu bildiyi qadın və onun anası Qonça həmin ofisə gəlmiş, orada mənzilin ölçüsü, tikinti materialları və digər işlər barədə danışıb razılığa gəlmişlər. Mənzilin 67,5 kvadratmetr olduğuna görə Ramal ümumi təmir işlərinin 16875 manat təşkil edəcəyini bildirmiş və həmin qadınlar onunla razılaşmışlar Bundan sonra ofisdən çıxıb əvvəlcə yaxınlıqda olan "xxxx" ASC-yə məxsus bankomatdan Rumiyə müəyyən qədər pul çıxartmış, sonra isə mənzilə baxış keçirmək məqsədi ilə Ramalın yanında işçi olan Taryal, Rumiyə və anası Qonça Abşeron rayonu, Xırdalan şəhəri, AAAF Park” yaşayış kompleksində yerləşən ünvanına getmişlər. Orada tanışı Cəlal adlı dizayner də onlarla görüşüb mənzilə qalxmışlar. Mənzilə baxış keçirtdikdən sonra ümumi işlərin 3 ay ərzində aparılacağını bildirib onlarla müqavilə bağlamış, həmin şərtlərə görə Zərərçəkmiş şəxs ona 5100 manat pulu əvvəlcədən verməli, qalan pulu isə hissə-hissə olmaqla aylıq olaraq ödəməli idi. Lakin Ramalın həmin vaxt müəyyən qədər şəxsi problemləri yaranmış və xərcləri çıxdığına görə də həmin işləri vaxtında çatdıra bilməyəcəyini bilmiş, lakin yenə də müqaviləni həmin işləri görmək üçün bağlayıb onları işləri görəcəyinə inandırmağa çalışmışdır. Razılaşdıqları kimi Zərərçəkmiş şəxs məxsus mənzildə 5100 manat pulu o, Qonçanın qızı Rumiyədən almış, həmin pulu alan zaman orada işçisi Taryel, Qonça, Rumiyə və dizayner Cəlal adlı tanışı olmuşdur Bundan sonra o Rumiyənin nömrəsini Taryelə verib onlarla birlikdə gedib “Eurohome" tikinti materialları bazarına seçim etməklərini tapşırmışdır. Bundan sonra Taryel onlarla birlikdə “Eurohome” tikinti materialları bazarına getsə də, seçim imkanı az olduğu üçün Taryel həmin şəxslərin seçim etmədiklərini bildirmişdir. Bundan sonra onlar seçim etmək üçün “Sədərək” ticarət mərkəzinə getməli olmuş, lakin növbəti gün Ramal divar alçısı alıb həmin mənzilə aparmış, orada olan zaman Rumiyə ona həmin müqaviləni pozmaq istədiklərini bildirmişdir Buna səbəb kimi onun gec iş gördüyünü demişdir Ramal da onlara müqaviləni 5-6 gündür bağladıqlarını, bütün işlərin isə 3 ay ərzində yekunlaşmalı olduğunu demiş, amma Rumiyənin anası Qonça 21 iyul 2022-ci il tarixdə ondan polisə şikayət eləmişdir. Ramal hər hansı təmir işləri görməmiş, həmin vaxtda müəyyən qədər şəxsi problemləri yaranmışdır. Ramal aldığı 5100 manat pulun 300 manatını yaşadığı evin kirayə haqqısına, 2000 manatını həyat yoldaşının “Avrasiya” klinikasında cərrahıyə əməliyyatına 1600 manatını ona məxsus ofisin kirayə haqqına, qalan 1200 manatını isə şəxsi xərcləri uçun istifadə etmişdir. O Taryel və Cəlalla təmir işlərini görüb bitirdikdən sonra əldə etdiyi gəlirdən onlara müəyyən qədər pul verəcəyi barədə razılaşmış, lakin heç bir təmir işi görmədiyi üçün onlara da hər hansı məbləğdə pul verməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, təxminən 2013-cü ildə ünvan 5 ünvanında yerləşən mənzili almış, həmin vaxt həyat yoldaşı vəfat etdiyi və onun da maddi durumu yaxşı olmadığı üçün orada heç bir təmir-tikinti işləri apara bilməmişdir. Təxminən 2022-ci il iyul ayında ona məxsus olan mənzili təmir etdirmək fikrinə gəlmiş, əlində müəyyən qədər pul olduğu uçun həmin işləri münasib qiymətə görəcək adam axtarmağa başlamış, ona hər hansı bir təmir-tikinti işlərini görən şirkət vasitəsi ilə bu işi görə biləcəyini məsləhət görmüşlər. Bundan sonra "xxxx" MMC təmir-tikinti şirkəti ilə maraqlanmış və həmin şirkətin Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən ofisinə getmişdir. Orada onu Taryal adlı şəxs qarşılamış, sonra o, Taryalla birlikdə ofisdə yerləşən otaqlardan birinə girmiş və orada ozunu şirkətin sahibi kimi təqdim edən Təqsirləndirilən şəxs ilə görüşmüşdür. Təqsirləndirilən şəxs ona məxsus olan mənzili təmir etdirmək fikri olduğunu bildirmiş və o, da həmin işləri görə biləcəyini bildirmiş, hətta Ramal Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “AAAF Park” yaşayış kompleksində 250-dən çox evi təmir etdiyini bildirmiş, həmçinin Ramal təmir işlərinin sonunda mətbəx mebeli və paltaryuyanın şirkət tərəfindən hədiyyə ediləcəyini qeyd etmiş, onun dediklərini də Şahid təsdiq etmiş və Qonça da onlara inanmışdır Qonça Ramala mənzilin ümumi sahəsinin 67.5 kvadratmetr olduğunu bildirmiş, Ramal da hesablama apararaq ona ümumi təmir işlərinin 16875 manat olacağını demişdir. Təmir işlərinin aparılması şərtlərinə gorə də Qonça Ramalin təmir işlərinə başlaması üçün əvvəlcədən Ramala 5100 manat ödəniş etməli imiş. Qonça da onunla razılaşmış, bundan sonra o, qızı Rumiyə, Taryal və Ramal ofisdən çıxıb onun kartında olan pulu çıxartmaq üçün ofisin yaxınlığında yerləşən “Kapital” banka yaxınlaşmışlar. Qonça da orada yerləşən bankomatdan 5100 manat nağd pulu çıxartmış, bundan sonra Ramal işlərin görülməsi üçün dizayner Cəlal adlı şəxsi də Abşeron rayonu Xırdalan şəhərində yerləşən AAAF Park yaşayış kompleksinə çağırmış, onlar isə ofisin qarşısından taksiyə əyləşərək Abşeron rayonunu Xırdalan şəhərində yedəşən “AAAF park” yaşayış kompleksinə gəlmişlər. Dizayner Cəlal adlı şəxslə görüşmüş və ona məxsus olan mənzilə baxmaq üçün ünvana getmişlər. Mənzilə daxıl olduqdan sonra Cəlal adlı şəxs müəyyən hesablama işləri aparmağa başlamış, Ramal da ona sabahdan etibarən mənzilə ustaları gətirəcəyini və təmir işlərinə başlayacağını bildirmişdir Həmçinin günortadan sonra da təmir üçün lazım olan materialları alacağını demişdir. Qonça da işlərin aparılacağına inanıb ona məxsus mənzildə 5100 manat pulu Ramala vermiş, pulu Ramala verəndə qızı Rumiyə, dizayner Cəlal və Taryal da orada olmuşlar. Razılıq əldə olunduqdan sonra oradan çıxıb öz evlərinə getmişlər. Təxminən 22 iyul 2022-ci il tarixdə Taryalla birlikdə EUROHOME mağazasına getmiş, Taryal oradan təmir işləri üçün materialların alınmalı olduğunu demişdir. Lakin bir neçə mağazaya baxsalar da, Taryal heç bir material almamışdır. Növbəti gün Ramalla təmir işlərinin aparılma vəziyyəti ilə bağlı maraqlanmaq üçün əlaqə saxlamış, lakin Rəmal hər gün müxtəlif bəhanələrlə işləri ləngitməyə başlamışdır. O, həmçinin Taryalla da əlaqə saxlamış, lakin Taryal ona şirkət rəhbərinin Ramal olduğunu və Ramalın göstərişi olmasa heç bir iş gorə bilməyəcəyini bildirmişdir. Qonça da Taryala müqaviləni pozacağını demiş, bundan sonra Ramal ona zəng etmiş və material gətirib işləri görəcəyini bildirmişdir Qonça bir neçə gün gözləsə də, Ramal həmin mənzildə heç bır iş görməmişdir. Qonça da Ramal tərəfindən aldadıldığını başa düşüb polisə şikayət eləmişdir. Sonda o, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs şikayətçi olduğunu və ona qanunamüvafiq cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid ifadəsində bildirdi ki, təxminən 4 ildir ki, Təqsirləndirilən şəxs tanıyır. Onun Ramalla tanışlığı təmir-tikinti işlərinin aparılması ilə bağlı olmuş, onu əvvəllər tanıyanda Ramal təmir işlərinin aparılması ilə bağlı usta işləmişdir. Təxminən 2 ildir ki, Təqsirləndirilən şəxs "xxxx" MMC təmir-tikinti şirkətini yaradaraq həmin şirkət əsasında fəaliyyət göstərməyə başlamışdır. Şirkəti yaratdıqdan sonra Ramal ona iş olduqca onun da usta kimi həmin işlərdə işləyib işinin qarşılığında pul alacağını təklif etmişdir. Həm də Taryal orada digər ustalara nəzarət etməli imiş. Bundan sonra təxminən 14 iyul 2022-cı ıl tarixdə Ramal onunla əlaqə saxlayaraq Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən ofisə çağırmış, Taryal da həmin ofisə getmişdir. Ramal ilə görüşmüş və Ramal ona Abşeron rayonu. Xırdalan şəhərində yerləşən “AAAF Park' yaşayış kompleksində olan mənzillərdən birində təmir işləri olunmalı oldğunu bildirmiş həmin işlərin də aparılmasını ona həvalə etmişdir. Bundan sonra adını bilmədiyi Ramala müraciət etmiş qadın Bakı şəhəri, Nəsimi rayonuna gəldiyini və həmin ofisi tapa bilmədiyini demişdir. Ramal da Taryala ofisin qarşısına çıxıb həmin qadını qarşılamağı tapşırmışdır O da ofisin qarşısına çıxıb adını bilmədiyi 2 nəfər qadını qarşılamış və birlikdə ofisə gəlmişlər. Bundan sonra ofisdə ona onlardu məlum olmuşdur. Onlar Abşeron rayonu, Xırdalan şəhəri, AAAF Park yaşayış kompleksində onlara məxsus mənzili təmir etdirmək fikirləri olduğunu bildirmiş, həmin təmir xərclərinin ümumilikdə nə qədər olacağını, həmçinin təmir şərtləri ilə maraqlanmağa başlamışlar. Ramal da onlara bildirdi ki, təmir xərcləri ümumilikdə 16875 manat təşkil edəcəyini və işlərin başlanması üçün əvvəlcədən təmir şərtlərinə görə 5100 manat ödənməli olduğunu bildirmişdir. Həmin gün Ramalın dediyi şərtlərlə Qonça və onun qızı Rumiyə razılaşmışdır Bundan sonra Zərərçəkmiş şəxs ilə birlikdə ofisin yaxınlığında yerləşən “Kapital bank”-dan 5100 manat pulu Qonça çıxartmış və onlar oradan taksi ilə Abşeron rayonu, Xırdalan şəhəri, “AAAF Park” yaşayış kompleksinə gəlmişlər. Orada dizayner Cəlal ilə görüşmüş və Zərərçəkmiş şəxs məxsus mənzilə getmişlər. Orada dizayner Cəlal adlı şəxs mənzildə ölçü işlərini aparmış, onlar da təmir işlərinin aparılması ilə bağlı söhbət etmişlər. Bundan sonra Ramalın Qonça ilə razılaşdığı kimi 5100 manat ilkin olaraq ödənməli pul məbləğini Qonçanın qızı Rumiyə sayaraq Ramala vermişdir Ramal da onlara 3 ay ərzində bütün təmir işlərinin yekunlaşacağını bildirmişdir. Zərərçəkmiş şəxs da razılaşmış və növbəti gün “EUROHOME” mağazasına gedib lazımi materialları almağı planlamışlar. Növbəti gün görüşüb ora getsələr də, Qonça və onun qızı Rumiyə xanım seçimin az olduğunu bildirərək heç bir şey almamışlar. Bundan sonra o, Ramala zəng edərək onların evinin təmiri üçün lazımı materialları bəyənmədiyini bildirmiş, Ramal da sabah “Sədərək” ticarət mərkəzinə birlikdə gedib oradan lazımı materialları secəcəklərini demişdir Növbəti gun Zərərçəkmiş şəxs ona zəng edərək Ramalın harada olmağını soruşmuş, o da Ramalın Xırdalan şəhərində olduğunu bildirmişdir. X1 pulunu qaytarmağını demiş, Taryal isə ona Ramalın özü ilə əlaqə saxlamağını demişdir. Bundan snnra o və Ramal 26 iyul 2022-ci il tarixdə Yasamal RPİ-nin 28-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılmış, orada Zərərçəkmiş şəxs ondan da polisə şikəyət etdiyini bilmişdir. Yasamal RPİ-də olan zaman Təqsirləndirilən şəxs pulun qaytarılması üçün bir həftə vaxt istəmiş lakin buraxıldıqdan 1 həftə keçdikdə onunla əlaqə saxlamaq mümkün olmamışdır. Taryal həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs ona verilmiş pulu evdə təmir işlərinin aparılması üçün heç bır iş görməmiş həmin pulu öz şəxsi xərclərinə istifadə etmişdir. Həmin puldan işlərin yekununda Təqsirləndirilən şəxs ona 300 manat ümumilikdə pul verəcəyini bildirsə də. heç bir iş görülmədiyindən ona, eləcə də digər şəxslərə pul verməmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliyi özünün tam etirafı ilə yanaşı, zərərçəkmiş şəxs, şahid ifadəsi və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs , Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə “İnstagram” sosial şəbəkəsində yerləşdirdiyi elanla bağlı ona müraciət etmiş Zərərçəkmiş şəxs aldadaraq, etibarından sui-istifadə edib sonuncuya Abşeron rayonu, Xırdalan şəhəri, "AAAF Park” yaşayış kompleksi küçə 24, bina 7-də yerləşən 9 nömrəli mənzilində təmir işləri görəcəyinə inandırmış, bu məqsədlə Zərərçəkmiş şəxs 14 iyul 2022-ci il tarixdə həmin mənzildə 5100 manat pulunu alıb ələ keçirərək verdiyi vədinə əməl etməyib Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Eyni zamanda həmin Məcəllənin 58.3-cü maddəsində nəzərdə tutulur ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətlərin xarakterini, yəni cinayətin qəsdən törədilməsini, həmin cinayətin ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” “24” dekabr 2021-ci il tarixli qərarında göstərilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. CM-in 61-ci maddəsində sadalanan cəzanı ağırlaşdıran halların siyahısı qətidir və məhkəmə cəzanın təyin edilməsini və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini əsaslandırarkən məsuliyyəti ağırlaşdıran hal kimi həmin maddədə göstərilməyən hallara istinad etməyə haqlı deyildir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı xx.xx.2010-cu il təvəllüdlü İsmayıl Hüseynov adlı uşağı var. İş üzrə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal hesab edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər, bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-cü maddəsinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisələrində müəyyən edilir. İstinad edilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs istintaqın çağırışlarına gəlmədiyi üçün barəsində xx.xx.2022-ci il tarixdə axtarış elan edilmiş, o, xx.xx.2023-cü il tarixdə tutulmuşdur. Abşeron rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəza müddətindən çıxılaraq ona qəti cəza təyin olunmalı, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməli və barəsində həbs qətimkan tədbiri seçilməli, dərhal məhkəmə zalında həbsə alınmalı və cəzaçəkmə müddətinin əvvəli 03 mart 2023-cü il tarixdən hesablanmalıdır. Hökmün icrası Abşeron rayon Pİ-nə və Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, zərərçəkmiş şəxsə vurulmuş ziyanın ödənilməsi iə əlaqədar mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 ( iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin, onun barəsində həbs qətimkan tədbiri seçilsin, o, məhkəmə zalından həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin əvvəli həbs edildiyi 03 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılsın. Hökmün icrası Abşeron rayon Polis idarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Zərərçəkmiş şəxsə vurulmuş ziyanın ödənilməsi iə əlaqədar mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə təqdim olunduğu) gündən 20 (iyirmi) gün sonra qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-302/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-302/2023
03.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver