Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-303/2022 19.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Behbudova Aytac Aşura qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1988-ci ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, Şəhəri şəhəri, 21-ci rayon, Qazı Məmmədli küçəsi, ev 25-də qeydiyyatda olan və ünvan 1 ünvanında yaşamış, Abşeron Rayon Məhkəməsinin 07.01.2022-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli 05.01.2022-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Abşeron rayonu, Masazır kəndi, “Yeni Bakı” yaşayış kompleksi, bina 2E-də, yerləşən 34 nömrəli mənzilində kirayə yaşadığı müddətdə, yəni 13 sentyabr 2021-ci il tarixdən 18 noyabr 2021-ci il tarixdək olan müddətdə tamah niyyəti ilə ayrı-ayrı vaxtlarda həmin məzildən vahid niyyətlə əhatə olunan qəsdlə 680 manat dəyərində 1 ədəd “İndesit” markalı soyuducunu, 550 manat dəyərində 1 ədəd “İndesit” markalı paltaryuyan maşını, 1250 manat dəyərində 1 ədəd “Florinda” markalı kombi istilik aparatını, 65 manat dəyərində 1 ədəd kombi qaz tənzimləyicisini, 120 manat dəyərində 1 ədəd kombi elektrik tənzimləyicisini, 320 manat dəyərində 1 ədəd aspiratoru, 100 manat dəyərində 1 ədəd qaz sobasını, 110 manat dəyərində 1 ədəd hamam quruducusunu, cəmi 600 manat dəyərində 39 ədəd istilik radiator batareyalarını, 35 manat dəyərində 1 ədəd Wi-fi aparatını, 230 manat dəyərində 1 ədəd “Domafon” aparatını, 610 manat dəyərində 1 ədəd “Elite” markalı kondisioneri, 600 manat dəyərində mətbəx üçün stol və 4 ədəd stul dəstini, 470 manat dəyərində 6 ədəd oturacaq stulları, 1250 manat dəyərində 1 ədəd 5 metr uzunluqda olan künclük divanı və qarşısındakı masanı, 320 manat dəyərində 1 ədəd iki mərtəbəli çarpayını, 1600 manat dəyərində paltar şkafı, termo və 2 tumbadan ibarət yataq dəstini, 380 manat dəyərində 3 ədəd yataq döşəyini, 320 manat dəyərində 1 ədəd 105sm dioqonallı “LG” markalı televizoru, 125 manat dəyərində 1 ədəd əl üçün paltaryuyanı, cəmi 100 manat dəyərində müxtəlif ölçülü qab-qacağı, 60 manat dəyərində 4 ədəd pəncərə torunu, 75 manat dəyərində 1 ədəd uşaq üçün yazı masasını və stulunu gizli olaraq talamaqla Zərərçəkmiş şəxs ümumilikdə 9970 manat dəyərində xeyli miqdarda ziyan vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməllərini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, 2021-ci ilin iyul ayında həyat yoldaşından rəsmi boşandığı ərəfədə, yəni 12 iyul 2021-ci il tarixdə kirayə yaşamaq üçün ev axtardığı vaxtı internet sosial şəbəkəsində Zərərçəkmiş şəxs Abşeron rayonu Masazır kəndi, “Yeni Bakı” yaşayış kompleksi bina 2E-də olan 34 nömrəli iki otaqlı mənzilini komunal xərcləri ilə birlikdə hər ay 398 manata kirayə vermək istəməsi barədə elanı görüb, İlqrla əlaqə saxlmış və həmin mənzilə baxdıqdan sonra aralarındakı şifahi razılaşmaya əsasən bir ayın 350 manat kirayə ödənişini verib, onun həmin iki otaqlı mənzilində tək yaşamağa başlamışdır. Həmin ərəfədə özündə olan pulla icarəyə “Opel” markalı minik avtomobili götürüb taksi fəaliyyəti ilə məşğul olmuş, təxminən bir ay bu işlə məşğul olduqdan sonra avtomobilin mühərrikində yaranan nasazlığa görə həmin maşını sahibinə qaytarmış və bundan sonra işsiz qalmışdır. 2021-ci ilin avqust ayında o, İlqarın mobil telefonuna zəng edib sonuncuya həmin ay üçün kirayə pulunu ödəmək istədiyini bildirmiş, həmin vaxtı İlqar rayonda istirahətdə olduğunu bildirib, avqust ayının kirayə pulunu da sentyabr ayının pulu ilə birlikdə verməyini təklif etmiş, o da razılaşmış, lakin az müddətdən sonra həmin pulu xərclədiyinə görə İlqarın kirayə pullarını verə bilməmiş və İlqar buna görə ona zəng etdiyi vaxtı müxtəlif bəhanələrlə İlqarı aldadaraq, pulu yaxın günlərdə verəcəyini söyləmişdir. Özündəki pulları xərcləndikdən sonra işsiz olduğuna görə xərcləməyə, hətta özünə ərzaq almağa pul tapa bilməyib, kirayədə yaşadığı mənzildəki İlqara məxsus məişət əşyalarını satıb pul əldə etmək qərarına gəlmiş və əşyaları alan şəxsləri tapmaq üçün internet sosial şəbəkəsindən həmin əşyaları almaq istəyən şəxslərin mobil telefon nömrələrini tapıb onlara zəng etmiş, 13 sentyabr 2021-ci il tarixdə o, internetdən tapdığı, hazırda xatırlamadığı mobil nömrəyə zəng edib mənzilində istifadə etmədiyi “Damafon” aparatını 50 manata satmaq istədiyini bildirmiş, həmin şəxs də almaq istədiyini söylədikdən sonra o, alıcını kirayə yaşadığı mənzilə dəvət edib, İlqarın mənzilindəki “Damafon”u açıb, 50 manata həmin şəxsə satmış və əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Pul qurtardıqdan sonra o, yenə mənzildəki əşyalardan eyni qaydada satıb pul əldə etmək qərarına gəlmiş və 18 noyabr 2021-ci il tarixədək hazırda xatırlamadığı günlərdə ayrı-ayrı vaxtlarda İlqarın həmin mənzilindən sonuncuya məxsus 1 ədəd iki mərtəbəli çarpayını 150 manata, 1 ədəd divanı 100 manata, 1 ədəd kombi istilik aparatını radiatorları və elektrik tənzimləyicisi ilə birlikdə 340 manata, 1 ədəd yataq dəsti mebelini 80 manata, 1 ədəd stolu 10 ədəd stulları ilə birlikdə 90 manata, 1 ədəd “İndesit” markalı paltaryuyan maşınını 50 manata, 1 ədəd “İndesit” markalı soyuducunu 200 manata, 1 ədəd “Modem” aparatını 20 manata, 1 ədəd “Elite” markalı kondinsioneri 80 manata, 1 ədəd “LG” markalı televizoru 50 manata, 1 ədəd köhnə modelli paltaryuyanı 20 manata tanımadığı müxtəlif şəxslərə özünə aid əşyalar kimi satıb əldə etdiyi pulları şəxsi ehtiyaclarına xərcləmişdir. 01 dekabr 2021-ci o, İlqara xəbər vermədən həmin mənzildən çıxıb, Binəqədi rayonu ərazisindəki yaşamağa getmişdir. 08 dekabr 2021-ci il tarixdə İlqarın ona zəng etdiyini görüb, mobil telefonunu söndürmüş və bir daha açmamışdır. Həmin vaxtdan sonra da İlqarla heç bir əlaqəsi olmamış, həmin oğurluğu etməsi barədə heç kimə bildirməmişdir. Hazırda törətdiyi əməldən peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu Atatürk prosekti bina-35, mənzil 139-da yaşayır. Bir neçə il olar ki, ünvan 3 ünvanında anasının adına 2 otaqlı mənzil almış, sonuncu həmin mənzili etibarnamə ilə ona vermişdir. Mənzili tam təmir etdirib, bir müddət orada yaşadıqdan sonra hazırda yaşadıqları mənzilə köçüb, Masazır kəndi, “Yeni Bakı” yaşayış kompleksindəki mənzili kirayə vermək qərarına gəlmiş və internet sosial şəbəkəsində bu barədə elan verərək, orada mobil telefon nömrəsini qeyd etmişdir. 2021-ci ilin iyul ayının əvvəllərində Təqsirləndirilən şəxs ona zəng edib həmin mənzilində kirayə yaşamaq istədiyini bildirmiş, o da mənzili Familə göstərib, hər ayı 350 manat kirayə haqqı vermək və komunal xərcləri ödəmək şərti ilə həmin mənzilini sonuncuya kirayə yaşamağa vermişdir. Famil iyul ayının 350 manat ödənişini etsədə, 12 avqust 2021-ci il tarixdən maddi çətinliyi ilə bağlı kirayə haqqını yubatmış, problemləri olduğunu deyib, ödəniş etməmiş və ona 08 dekabr 2021-ci il tarixdək 1400 manat kirayə haqqı pulunu, 140 manat komunal haqqını hissə-hissə çatdıracağına söz vermiş, lakin heç bir ödəniş etməmişdir. 11 dekabr 2021-ci il tarixdə o, həmin mənzilinə nəzarət etməyə və kirayə haqqını Famildən almağa gedən zaman sonuncunu tapmayıb, telefonuna zəng etmiş, amma Famil onun zənglərinə cavab verməmişdir. Həmin vaxtı o, küçədən mənzilinin kondisionerin, blokdakı domafonun yerində olmadığını görüb, Familin oğurladığını güman edib, bu barədə DİN-nin 102 xidmətinə məlumat vermiş, bundan sonra mənzilə daxil olub, 680 manat dəyərində 1 ədəd “İndezit” markalı soyuducunun, 550 manat dəyərində 1 ədəd “İndezit” markalı paltaryuyan maşının, 1250 manat dəyərində 1 ədəd “Florinda” markalı kombi istilik aparatının, 65 manat dəyərində 1 ədəd kombi qaz tənzimləyicisinin, 120 manat dəyərində 1 ədəd kombi elektrik tənzimləyicisinin, 320 manat dəyərində 1 ədəd aspiratorun, 100 manat dəyərində 1 ədəd qaz sobasının, 110 manat dəyərində 1 ədəd hamam quruducusunun, cəmi 600 manat dəyərində 39 ədəd istilik radiator batareyalarının, 35 manat dəyərində 1 ədəd Wi-fi aparatının, 230 manat dəyərində 1 ədəd Domafon aparatının, 610 manat dəyərində 1 ədəd “Elite” markalı kondinsionerin, 600 manat dəyərində mətbəx üçün 1 stolu və 4 ədəd stul dəstinin, 470 manat dəyərində 6 ədəd oturacaq stulların, 1250 manat dəyərində 1 ədəd 5 metr uzunluqda olan künclük divanın və qarşısındakı masanın, 320 manat dəyərində 1 ədəd iki mərtəbəli çarpayının, 1600 manat dəyərində paltar şkafı, termo və 2 tumbadan ibarət yataq dəstinin, 380 manat dəyərində 3 ədəd yataq döşəyinin, 320 manat dəyərində 1 ədəd 105sm dioqonallı “LG” markalı televizorun, 125 manat dəyərində 1 ədəd əl üçün paltaryuyanın, cəmi 100 manat dəyərində müxtəlif ölçülü qab-qacağın, 60 manat dəyərində 4 ədəd pəncərə torunun, 75 manat dəyərində 1 ədəd uşaq üçün yazı masasının və stulunuun yerində olmadığını görüb Familin oğurladığını yəqin etmiş, bundan əlavə sonuncunun onun mənzilinin giriş qapısını və divar kağızlarını zədələyərək ona 400 manat ziyan vurduğunu müəyyən etmişdir. Famil həmçinin 4 ayın 1400 manat kirayə pulunu və 140 manat komunal haqqını da ona ödəməyərək ümumilikdə 11910 manat ziyan vurmuşdur. Mənzilini Təqsirləndirilən şəxs kirayə verərkən aralarında heç bir yazılı müqavilə olmamışdır. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid Zərərçəkmiş şəxs ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Şübhəli şəxsin tutulması haqqında 05.01.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05.01.2022-ci il tarixdə Abşeron rayon polis idarəsində şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin 07.01.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsetmənin əvvəli 05.01.2022-ci il tarixdən hesablamaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı elan edilmiş ittihamın əhatə etdiyi cinayət əməllərinin məhz onun tərəfindən törədilməsi barədə əldə etmiş olduğu dəlillər əsaslı, qanuni, ədalətli olmuş, mümkünlüyü, mənsubiyyəti və mötəbərliyi heç bir şübhə doğurmayan sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin, şahidin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməli Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. «Məhkəmə hökmü barədə» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 04 saylı qərarının 13-cü bəndində konkret olaraq qeyd edilmişdir ki, məhkəmələr, təqsirləndirilən şəxslərə cəza təyin edərkən, həm yüngüllük baxımından və həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. «İnsan Hüquqlarının və X2 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CMnin 59.1.4-cü maddəsinə əsasən himayəsində bir azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayətlər törətməsini, zərərçəkmiş şəxsin şikayətçi olmasını, ictimai təhlükəlilik dərəcəsi (vurulmuş zərərin həcminin çox olması) onun sabit kriminal meyilliliyinə dəlalət etməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirləndirildiyi bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 05.01.2022-ci il tarixdən hesablanmalıdır. Eyni zamanda, iş üzrə maddi ziyanı tələb edən zərərçəkmiş şəxsə mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilmək hüquqları izah edilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 05.01.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri höküm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Eyni zamanda, iş üzrə maddi ziyanı tələb edən zərərçəkmiş şəxsə mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilmək hüquqları izah edilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmdən elan olunduğu andan, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-303/2022
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-303/2022
19.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver