Məhkəmə qərarları › İş №1(012)-303/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-303/2024

22.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-303/2024 22.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrinin dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1982-ci ildə Laçın rayonu, Güləbird kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Laçın rayonu, Güləbird kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, yeni məhəllədə yerləşən 293 nömrəli fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs özgənin əmlakını aldatma yolu ilə ələ keçirmək məqsədilə "xxxx" MMC turizm şirkətinə işə qəbulla bağlı sosial şəbəkədə verdiyi yalan elan əsasında tanış olduğu Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək sonuncuya onu, qardaşı Abbasqulu Babayevi və rəfiqəsi Nazənin Nağızadəni "xxxx" MMC turizm şirkətində ümumilikdə 6700 manat müqabilində işə düzəldəcəyinə yalandan vəd verib aldadaraq, Zərərçəkmiş şəxs Abşeron rayonu, Mehdiabad qəsəbəsi, C.Məmmədquluzadə küçəsi ev 14-də “Birbank” mobil tətbiqi vasitəsilə 4169 7388 5643 1048 nömrəli "xxxx" kartından xx.xx.2022-ci il tarixdə onun 4169 7420 2253 9148 nömrəli "xxxx" kartına göndərdiyi 1300 manat, xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən “Bolmart” marketdən “Milliön” ödəmə terminalı vasitəsilə onun 4098 5844 5844 8725 nömrəli “Leobank” kartına göndərdiyi 1000 manat, xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən “Bolmart” marketdən “Milliön” ödəmə terminalı vasitəsilə onun 4098 5844 5844 8725 nömrəli “Leobank” kartına göndərdiyi 1000 manat, xx.xx.2022ci il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, C.Məmmədquluzadə küçəsi ev 14-də “Birbank” mobil tətbiqi vasitəsilə onun 4098 5844 5844 8725 nömrəli “Leobank” kartına göndərdiyi 1000 manat, 1000 manat və 300 manat, xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, C.Məmməsdqluzadə küçəsi ev 14-də rəfiqəsi Aytən Dadaşovanın "xxxx" kartı vasitəsilə onun 4098 5844 5844 8725 nömrəli “Leobank” kartına 2 dəfəyə, hər dəfə 500 manat olmaqla göndərdiyi pulunu vahid niyyətlə alıb ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 6600 manat məbləğində ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Laçın rayonu, Güləbird kəndində qeydiyyatda olmaqla Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, yeni məhəllədə yerləşən 293 nömrəli fərdi evdə ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs onun barəsində ünvanladığı müraciəti ilə bağlı bildirir ki, o, Zərərçəkmiş şəxs 2022-ci ilin oktyabr ayından tanıyır. Belə ki, o, "xxxx" MMC turizm şirkətində filial müdiri işlədiyinə görə şirkətin rəhbəri Şahid2 ona 3 nəfərin işə götürülməsini bildirmişdir. Ona görə də o, həmin ərəfədə "xxxx" MMC turizm şirkətində işə qəbul olunma barədə «Facebook» sosial şəbəkəsində elan yerləşdirmişdir. Zərərçəkmiş şəxs da istifadəsində olan 077-295- 41-41 mobil telefon nömrəsinə zəng edib işlə bağlı maraqlanmışdır. O, Bulqeyisə onu 2300 manat müqabilində şirkətə işə düzəldə biləcəyini, internetdə onlayn qaydada işləyib hər ay 500 manat əmək haqqı alacağını bildirmişdir. Həmçinin Bulqeyis qardaşı Abbasqulu Babayevi və rəfiqəsi Nazəni Nağızadəni də işsiz olduqları üçün şirkətdə işə düzəltməyini xahiş etdiyi üçün onların hər üçünü ümumilikdə 6700 manata şirkətə işə düzəldəcəyi ilə bağlı razılığa gəlmişlər. Bu məqsədlə də Bulqeyis xx.xx.2022-ci il tarixdə onun 4169 7420 2253 9148 nömrəli "xxxx" kartına 1300 manat, xx.xx.2022-ci il tarixdə 4098 5844 5844 8725 nömrəli «Leobank» kartına elektron ödəmə terminalı vasitəsilə 1000 manat, xx.xx.2022-ci il tarixdə yenə də həmin «Leobank» kartına elektron ödəmə terminalı vasitəsilə 1000 manat, xx.xx.2022-ci il tarixdə 4098 5844 5844 8725 nömrəli «Leobank» kartına 1000 manat və həmin gün eyni qaydada 300 manat və 1000 manat, xx.xx.2022-ci il tarixdə də həmin «Leobank» kartına 2 dəfə 500 manat göndərməklə ona ümumilikdə 6600 manat pul göndərmiş olmuşdur. Qeyd edir ki, həmin ərəfədə o, həmin şəxslərdən bəzi sənədlərin surətlərini, eləcə də 4x3 ölçüdə şəkillərini alsa da şirkətdə işə qəbul dayandırıldığına görə o, verdiyi vədə əməl edə bilməmişdir. Həmçinin Bulqeyisin ona göndərdiyi həmin 6600 manat pulu da şəxsi ehtiyaclarına xərclədiyinə görə o, həmin pulu geri qaytara bilməmişdir. Hazırda o, törətdiyi cinayət əməlini səmimi olaraq etiraf edir və qısa zaman kəsiyində 6600 manat pulu Bulqeyisin özünə qaytaracağıma söz verir. Bir daha bildirir ki, o, Zərərçəkmiş şəxs ümumilikdə 6600 manat pulu onu, qardaşı Abbasqulu Babayevi və rəfiqəsi Nazəni Nağızadəni işlədiyi "xxxx" MMC turizm şirkətində işə düzəldəcəyi məqsədilə almışdır. Lakin sonradan həmin şirkətdə işə qəbul dayandırıldığına görə o, vədinə əməl edə bilməmişdir. Həmçinin həmin ərəfədə pula ehtiyacı olduğuna görə Bulqeyisin onun kart hesabına göndərdiyi ümumilikdə 6600 manat pulu öz ehtiyaclarına xərcləmişdir. Hazırda o, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam ödədiyini, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini, cinayət nəticəsində vurulmuş maddi ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini göstərmiş, bu əsasla cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, C.Məmmədqluzadə küçəsi ev 14-də qeydiyyatda olmaqla həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. Mahiyyəti üzrə bildirir ki, barəsində şikayət etdiyi şəxs istifadəsində ***-***-**-** mobil nömrəsi olan, sonradan isə adının Təqsirləndirilən şəxs olduğu ona məlum olan şəxsdir. Qeyd edir ki, o, Təqsirləndirilən şəxs 2022-ci ilin oktyabr ayından internetin «Facebook» sosial şəbəkəsindən tanıyır. Belə ki, Emin həmin sosial şəbəkədə "xxxx" MMC turizm şirkətində işləməsi və həmin şirkətdə işə qəbul olunma barədə elan yerləşdirdiyinə görə onun elanda yerləşdirdiyi ***-***-**-** nömrəli mobil telefon nömrəsinə zəng edib işlə bağlı maraqlanmışdır. Bu zaman Emin adlı şəxs onu 2300 manat müqabilində həmin şirkətdə işə düzəldə biləcəyini, həmçinin onun internetdə onlayn qaydada işləyib ilkin olaraq 500 manat, sonrakı aylarda isə 600 manatdan 900 manadək əmək haqqı alacağını bildirmişdir. Əlavə olaraq qeyd edir ki, həmin ərəfədə o, rəfiqəsi Nazənin Nağızadə ilə bu barədə danışarkən o, da həmin işə düzəlməsini ondan xahiş etmiş və onun da əvəzinə işə düzəlmək üçün pul verməyini, maaş alan kimi onun pulunu qaytaracağını bildirmişdir. Ona görə də o, telefon danışıqları zamanı Naxçıvan MR-da yaşayan qardaşı Abbasqulu Babayevin və Sumqayıt şəhərində yaşayan rəfiqəsi Nazənin Nağızadənin də işsiz olduğunu bildirdikdə Emin rəfiqəsi Nazənini də 2300 manat müqabilində, həmçinin qardaşı Abbasqulunu da şəhid ailəsi olduqlarına görə hörmət edib 2100 manat müqabilində sürücü kimi, ümumilikdə hər üçünü 6700 manat müqabilində sözügedən şirkətə işə düzəldə biləcəyini bildirmişdir. Bundan sonra o, işə düzəlməkləri üçün Eminin istədiyi bəzi sənədlərinin surətlərini, eləcə də 4x3 ölçüdə şəkillərini ona göndərmişdir. Bundan sonra da o, işə düzəlməkləri məqsədilə xx.xx.2022-ci il tarixdə yaşadığı evdə olarkən Eminin mobil telefonunun “Vhatsapp” xidmətinə göndərdiyi 4169 7420 2253 9148 nömrəli "xxxx" kartına mobil telefonunun “Birbank” mobil tətbiqi vasitəsi ilə qardaşı Abbasqulu Babayevin adına olan, lakin onun istifadəsində olan 4169 7388 5643 1048 nömrəli "xxxx" kartından 1300 manat, xx.xx.2022-ci il tarixdə Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən «Bolmart» marketdə quraşdırılmış «Million» ödəniş terminalından onun 4098 5844 5844 8725 nömrəli «Leobank» kartına 1000 manat, xx.xx.2022-ci il tarixdə Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən «Bolmart» marketdə quraşdırılmış «Million» ödəniş terminalından onun 4098 5844 5844 8725 nömrəli «Leobank» kartına 1000 manat, xx.xx.2022-ci il tarixdə yaşadığı evdə olarkən Eminin ona göndərdiyi 4098 5844 5844 8725 nömrəli «Leobank» kartına mobil telefonunun “Birbank” mobil tətbiqi vasitəsi ilə anası Kamilə Babayevanın adına olan, lakin onun istifadəsində olan 4169 7388 2088 3894 nömrəli "xxxx" kartından 1000 və həmin gün eyni qayda ilə həmin kartlar vasitəsilə 300 manat, həmin gün saat 15:41 radələrində yenidən yaşadığı evdə olarkən Eminin mobil telefonunun “Vhatsapp” xidmətinə göndərdiyi 4098 5844 5844 8725 nömrəli «Leobank» kartına mobil telefonunun “Birbank” mobil tətbiqi vasitəsi ilə qardaşı Abbasqulu Babayevin adına olan, lakin onun istifadəmdə olan 4169 7388 5643 1048 nömrəli "xxxx" kartından 1100 manat, xx.xx.2022-ci il tarixdə saat 15:23-də rəfiqəsi Aytən Dadaşova onların evində qonaq olarkən onun adına olan "xxxx" kartı vasitəsi ilə Eminin 4098 5844 5844 8725 nömrəli «Leobank» kartına 500 manat və həmin gün saat 15:27-də eyni qayda ilə Eminin 4098 5844 5844 8725 nömrəli «Leobank» kartına 500 manat göndərməklə Eminə ümumilikdə 6600 manat pul göndərmiş olmuşdur və qalan 100 manat pulu da əmək haqqı alan kimi ödəyəcəyini bildirmişdir. Emin söz verdiyi şirkətdə təxminən 10-15 günə fəaliyyətə başlayacaqlarını bildirsə də sonradan müxtəlif bəhanələr gətirərək vaxtı uzatmağa başlamışdır. Bu səbəbdən də həyat yoldaşı Şahid1 zəng edərək Eminlə Abşeron rayonu, Mehdiabad qəsəbəsində görüşüb ona verdiyi 6600 manat pulu geri istəməyə baxmayaraq Emin bu günə qədər müxtəlif bəhanələr gətirib 6600 manat pulunu geri qaytarmamışdır. Bu səbəbdən də Naxçıvan MR, Şərur rayonunda yaşayan atası X1 MR-nın Daxili İşlər Nazirliyinə ərizə ilə müraciət edib bu barədə müvafiq tədbir görülməsini xahiş etmişdir. Əlavə olaraq qeyd edir ki, Eminə göndərdiyi həmin 6600 manat pulun hamısı ona məxsusdur və ödəniş qəbzlərinin də bəzilərini ilkin təhqiqat zamanı təqdim etmişdir. Hazırda ona dəymiş ziyan tam ödənilmiş, təqsirləndirilən şəxslə ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, C.Məmmədqluzadə küçəsi ev 14-də qeydiyyatda olmaqla həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. Mahiyyəti üzrə bildirir ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs təxminən 2022-ci ilin oktyabr ayında «Facebook» sosial şəbəkəsi vasitəsilə tanımışdır. Belə ki, Emin həmin sosial şəbəkədə "xxxx" MMC turizm şirkətində işlədiyini qeyd etdiyinə və həmin şirkətdə işə qəbul olunma barədə elan yerləşdirdiyinə görə də Bulqeyis ona zəng edib işlə bağlı maraqlanmışdır. Həmçinin telefon danışıqları zamanı da Emin Bulqeyisə onu, qardaşı Abbasqulunu və rəfiqəsi Nazənini, yəni hər üçünü ümumilikdə 6700 manat müqabilində sözügedən şirkətə işə düzəldə biləcəyini bildirmişdir. Ona görə də Bulqeyis işə düzəlməkləri üçün Eminin istədiyi bəzi sənədlərin surətlərini, eləcə də 4x3 ölçüdə şəkillərini ona göndərmişdir. Bundan sonra da Bulqeyis bu məqsədlə 2022-ci ilin oktyabr ayından həmin ilin sonunadək olan müddətdə hissə-hissə olmaqla Eminin kart hesabına ümumilikdə 6600 manat göndərmişdir. Lakin Emin sonradan müxtəlif bəhanələr gətirərək vədinə əməl etməmiş və vaxtı uzatmağa başlamışdır. Bu səbəbdən də o, 2023-cü ilin təxminən mart-aprel aylarında Eminə zəng edərək onunla Abşeron rayonu, Mehdiabad qəsəbəsində görüşüb ona verdikləri 6600 manat pulu geri istəmişdir. Emin həyat yoldaşı Bulqeyisin ona göndərdiyi ümumilikdə 6600 manat pulu qısa müddət ərzində geri qaytaracağına söz versə də sonradan müxtəlif bəhanələr gətirib vədinə əməl etməmişdir. Ona görə də Naxçıvan MR, Şərur rayonunda yaşayan qaynatası X1 MR-nın Daxili İşlər Nazirliyinə ərizə ilə müraciət edib bu barədə müvafiq tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Naxçıvan MR, Babək rayonu, Didivar kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi X.B.Natəvan küçəsində nömrəsiz fərdi evdə ailəsi ilə birlikdə yaşayır. Qeyd edir ki, hal-hazırda Bakı şəhəri, Mərdəkan qəsəbəsi ərazisində yerləşən "xxxx" QSC-də informasiya texnologiyaları sahəsi üzrə baş mütəxəssis işləsə də əlavə olaraq turizm sahəsi ilə də məşğuldur. Belə ki, o, sosial media vasitəsilə daxili və xarici turların təşkili və aviabiletlərin satışı ilə də onlayn qaydada məşğul olur. Həmçinin əlavə edir ki, o, bu sahədə tək fəaliyyətlə məşğul olur və təsisçi direktor özüdür. Təxminən 1 il olar ki, fəaliyyət göstərdiyi həmin Caspy-M Travel MMC-nin ondan başqa heç bir işçisi yoxdur. Qeyd edir ki, o, Təqsirləndirilən şəxs da printer ustası olması səbəbindən tanımışdır. Həmçinin Emin xahiş etdiyinə görə onu işlədiyi həmin turizm şirkətinin iş fəaliyyəti ilə tanış etmişdir ki, təcrübə qazansın və gələcəkdə onlarla əməkdaşlıq etsin. Lakin Eminin şirkətdə lazım olan təcrübəni qazana bilmədiyinə və turizm şirkətində işlərinin müvəffəqiyyətlə alınmadığına görə onlar qarşılıqlı razılaşma ilə əməkdaşlıqlarını dayandırmışlar. Həmçinin qeyd edir ki, Eminin işlədiyi həmin şirkətdə heç bir rəsmi fəaliyyəti olmamışdır. Bir daha bildirir ki, Emin Sultanov təsisçisi və direktoru olduğu həmin turizm şirkətində sadəcə təcrübə yığmaqla məşğul olmuşdur. X5 Zərərçəkmiş şəxs adlı şəxsdən onu, qardaşını və rəfiqəsini işə düzəlmək adı ilə 6600 manat almasından məlumatı olmamışdır, eləcə də Emin ona hər hansı bir məbləğ verməmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyinə görə Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam ödədiyini, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini, cinayət nəticəsində vurulmuş maddi ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini göstərmiş, bu əsasla cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Məhkəmə, iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək, hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla, təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir, onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs cinayət əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam ödədiyini, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini, cinayət nəticəsində vurulmuş maddi ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini göstərmiş, bu əsasla cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbi olmadığını, ona vurulmuş maddi ziyanın tam ödənildiyini göstərmiş və təqsirləndirilən şəxsin barəsindəki cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi mədaxil qəbzindən görünür ki, Təqsirləndirilən şəxs "xxxx" ASC-nə xx.xx.2024-cü il tarixdə cinayət nəticəsində vurulmuş ümumilikdə 6.600 manat məbləğində maddi ziyanın iyirmi beş faizi miqdarında – 1.652 manat məbləğində dövlət büdcəsinə ödəniş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək, hesab edir ki, aşağıdakılara əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət işinin icraatına xitam verilməlidir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad olunan 11 iyun 2015-ci il tarixli Qərarının 40-cı bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 73- 1.1-ci maddəsinə əsasən CM-in 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə, cinayət məsuliyyətindən azad edilir. Cinayət Məcəlləsinin 73-1.2 və 73-1.3-cü maddələrində göstərilən hallarda isə, yəni Cinayət Məcəlləsinin 178.2 və 178.3-cü maddələri ilə nəzərdə tutulmuş şəxslərə münasibətdə zərərçəkmiş şəxslə barışığın əldə olunması və ona vurulmuş ziyanın ödənilməsi ilə yanaşı, dövlət büdcəsinə müvafiq olaraq ziyanın 25%-i və 50%-i miqdarında ödənişlərin edilməsi tələb olunur. Bu maddələrdə vurulmuş ziyan dedikdə, şəxsə qarşı irəli sürülmüş ittihamda göstərilən dələduzluq cinayəti nəticəsində ələ keçirilmiş pulun miqdarı və yaxud ələ keçirilmiş əmlakın dəyəri və müvafiq olaraq onların 25 və yaxud 50 faizləri başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinin həmin Məcəllənin 73-1.2 və 73-1.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 09 yanvar 2023-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsində nəzərdə tutulan cinayət əməli (əməlləri) iştirakçılıqla törədildikdə, cinayətin iştirakçılarının hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən, eləcə də qanunla müəyyən edilmiş digər hallardan asılı olaraq cinayət nəticəsində vurulmuş ümumi ziyanın müəyyən edilmiş paya əsasən üzərinə düşən hissəsini zərərçəkmiş şəxsə tamamilə ödəməklə onunla barışmış, habelə həmin payın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etmiş şəxs müvafiq qaydada cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Həmin Məcəllənin 39.1 və 39.1.11-ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışaraq ona vurduğu maddi ziyanı ödədiyini, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini, o cümlədən cinayət nəticəsində vurulmuş ziyanın onun payına düşən hissəsinin iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət qanununun tələbləri baxımından cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin “Qeyd”inin 1-ci hissəsinə əsasən şəxs bu Məcəllənin 72 - 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Lakin, Təqsirləndirilən şəxs həmin əsasla cinayət məsuliyyətindən azad olunmasına mane olacaq hal müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulmuş məsələləri həll edərək, qeyd edir ki, cinayət işi üzrə icraata xitam verilməli olduğundan təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir; zərərçəkmiş şəxs məhkəməyədək icraat və məhkəmə icraatı zamanı mülki iddia verməmiş, ona vurduğu ziyanı ödədiyinə görə təqsirləndirilən şəxslə barışmışdır; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut yoxdur; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 39.1.11, 43.1.2, 344-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən həmin Məcəllənin 178.2.4-cü maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv olunsun. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Qərar şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar