Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-303/2025 16.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahin qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X2 qızının, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı X7 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 09 sentyabr 2023-cü il tarixdə gecə saat 03 radələrində Abşeron rayonu, Mehdiabad kənd qəbirstanlığının yanında yerləşən Şahid2 məxsus avtomobil təmiri sexinin qarşısında nasaz vəziyyətdə saxlanılmış Zərərçəkmiş şəxs məxsus «İSUZU» markalı, ** TL *** dövlət nömrə nişanlı avtobusun salonuna birlikdə girib, salonda sökülü vəziyyətdə olan mühərrikin bir ədəd 1500 manat dəyərində alüminiumdan olan qalovkasını gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs 1500 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. İşin halları və dəlilləri: Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilirərək ifadəsində göstərmişdir ki, İlkini adlı şəxsi təxminən 5 il olar ki, tanıyır, onunla sürücü kimi tanışlıq münasibəti vardır. Belə ki, İlkin 162 saylı marşrut avtobusunda sürücü işləyir. 08 sentyabr 2023-cü il tarixdə gün ərzində işlədiyi marşrut avtobusunda sərnişin daşımaqla məşğul olmuşdur. Həmin günü günorta radələrinədək işdə olmuş və sərnişin dlaşımaqla məşğul olmuşdur. Təxminən saat 16 radələrində Ramana qəsəbəsi ərazisində təsadüfən İlkinlə görüşmüş, avtobusda dövr edərək onunla söhbət edən zaman İlkin ona bildirmişdir ki, bir gün əvvəl Mehdiabad qəsəbəsində yerləşən qəbirstanlığın yanındakı avtomobil təmiri sexində avtobusu ilə təmirdə olmuş və orada saxlanılmış İSUZU markalı avtomobilin qalovkası avtobusun içərisindədir, üzərində mis də vardır və həmin qalovkanı götürüb satmaq olar. O, həmin ərazini əvvəllər tanımamış, ona ərazini İlkin özü gəstərmişdir. Həmin günü saat gecə radələrinədək İlkin avtobusu ilə işləmiş, təxminən saat 01 radələrində İlkinin idarə etdiyi avtobusla həmin yerə, yəni Mehdiabad qəsəbəsindəki qəbirstanlığın yanına gəlmişdir. Həmin yerdə bir ədəd İSUZU markalı avtobus saxlanılmış, İlkin avtobusunu orada saxlanılan avtobusun bərabərliyində saxlamışdır. Hər ikisi avtobusdan düşmüş və həmin avtobusun salonuna daxil olmuş, həmin avtobusun girişində bir ədəd motor qalovkası olmuş, qalovka ağır olduğundan hər ikisi köməkləşib onu götürmüş və İlkinin avtobusunun salonuna qoymuşlar. Bundan sonra Ramana qəsəbəsinə gəlmiş və qalovkanı həmin qəsəbədə boşluq ərazidə yerə qoymuşlar, sonra İlkin çıxıb getmişdir. Səhəri günü İlkin işdə olduğundan bir nəfər tanışını göndərmiş və o da orada olan tanımadığı taksi avtomobili ilə İlkinin tanışı ilə köməkləşib qalovkanı taksiyə qoymuş və Ramana qəsəbəsində yerləşən əvvəllər tanımadığı Şahid1 işlədiyi metal qəbulu sexinə gətrmişdir. Həmin sexdə qalovkanı təhvil verib təxminən 30 manata yaxın pul almış və həmin pulu İlkinin tanışına vermiş, həmin şəxsin taksiyə nə qədər pul verdiyini bilməmişdir. Həmin puldan hər hansı məbləğ ona verilməmiş, təxminən bir saat sonra İlkin ona zəng etmiş və qalovkanın satışından əldə edilmiş pulun az olduğunu bildirmiş, o da dəmirin çəkisinin həmin məbləğ etdiyini ona demiş, həmin gündən sonra İlkinlə bir daha görüşməmişdir. Göstərmişdir ki, oğurluq etdiyi yeri əvvəlcədən tanımamış və həmin yeri İlkin özü ona göstərmişdir. Qalovkanın da avtobusda olduğunu İlkin özü ona demiş, həmin qalovkanı götürməkdə köməklik etməsini ona bildirmişdir. Həmin qalovkanı da İlkinin tanışının köməkliyi ilə satmışam və əldə etdiyi pulu da İlkinin tanışı vasitəsi ilə özünə göndərmişdir. O, həmin şəxsi ilə dəfə idi ki, görmüş, onun həmin oğurluq barədə məlumatının olubolmaması barədə bir söz deyə bilmir. Metal qəbulu yerində qalovkanı satarkən onun işləmədiyini metal qəbul edən şəxsə bildirmiş, metalın oğurluq olmasından həmin şəxsin xəbəri olmamış və bu barədə şübhələnməmişdir. Sonda törətdiyi əməldən peşman olduğunu, hazırda zərər çəkmiş şəxsə vurulmuş zərəri tam ödəməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını nəzərə alaraq, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, İSUZU» markalı, ** TL *** dövlət nömrə nişanlı avtomobus ona məxsusdur. Avtobusunun mühərrikində nasazlıq olduğu üçün mühərriki təmir etdirmək məqsədi ilə Abşeron rayonu, Mehdiabad qəsəbəsində sexi olan Məhəmməd adlı ustanın yanına avtobusunu gətirib qoymuşdur. 08 sentyabr 2023-cü il tarixdə Məhəmməd adlı usta ona zəng etmiş və bildirmişdir ki, motoru sökmüşdür, qalovkası yararlı vəziyyətdədir, motoru yenidən yığmaq üçün bir ədəd qalovka prokladkası lazım olduğunu bildirmişdir. Məhəmməd adlı usta prokladkanı səhəri günü, yəni 09 sentyabr 2023-cü il tarixdə gətirməyi ona bildirmişdir. O da səhəri günü prokladkanı ona gətğirib verəcəyini bildirmişdir. Lakin 09 sentyabr 2023-cü il tarixdə saat 08 radələrində Məhəmməd usta ona zəng etmiş və bildirmişdir ki, gecə sexin qarşısında avtobusunun içərisində motorun sökülmüş qalovkası oğurlanmışdır və bu barədə DİN-nin 102 xidmətinə zəng edildiyini də ona usta bildirmişdir. Bundan sonra mən Mehdiabad polits bölməsinə gedib avtobusunun salonundan motor qalovkasının oğurlanması barədə ərizə yazıb şikayət etimişdir. Göstərmişdir ki, Məhəmməd adlı ustanın işlədiyi təmir sexinin qarşısında saxladığı «İSUZU» markalı, ** TL *** dövlət nömrə nişanlı avtomobusunun salonundan bir ədəd 1500 manat dəyərində motorun alüminiumdan olan qalovkası oğurlanmış və ona həmin dəyərdə maddi ziyan dəymişdir. Hazırda Təqsirləndirilən şəxs tərəfindən müştərək qaydada olan ziyan üzrə 750 manat tam ödənilmişdir. Ona qarşı hər hansı iddia və tələbi, həmçinin şikayəti yoxdur.Odur ki, Təqsirləndirilən şəxs barəsində yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, «Bolmart» marketin yanında yerləşən avtomobil təmiri sexində usta işləyir. 07 sentyabr 2023-cü il tarixdə adını sonradan bildiyi Zərərçəkmiş şəxs 311 nömrəli marşrut xətti ilə işləyən özünə məxsus «İSUZU» markalı, ** TL *** dövlət nömrə nişanlı avtomobusu təmir sexinə gətirmiş və avtobusun mühərrikində problemi olduğunu bildirmişdir. Avtomobilin mühərrikinin qalovkası söküldükdə onun üzərindəki prokladkanın yandığı məlum olmuş və buna görə də avtomobilin sahibinə zəng edilib bu barədə bildirilmişdir. Avtobusun sahibi 09 sentyabr 2023-cü il tarixdə prokladka alıb gətirməli idi. Avtobus sexin qarşısında saxlanılmış və mühərrikin ehtiyat hissələri salona yığılmış, o cümlədən mühərrikin qalovkası da avtobusun salonuna qoyulmuşdu. 09 sentyabr 2023-cü il tarixdə səhər saat 08 radələrində işlədiyi sexə gəldikdə məlum olmuşdur ki, sexin qarşısında saxlanılmış «İSUZU» markalı, ** TL *** dövlət nömrə nişanlı avtomobusun salonunda sökülmüş mühərrikin qalovkası naməlum şəxs tərəfindən oğurlanmışdır. Buna görə də baş vermiş oğurluqla bağlı avtobusun sahibinə zəng vurulub məlumat verilmiş və DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təxminən 5 il olar ki, Ramana qəsəbəsi ərazisində 4 yol deyilən ərazidə yerləşən metal qəbulu sexində işləyir. Həmin sexi tək özü işlədir, əas fəaliyyəti velosiped təmiridir, həmçinin metal qəbulu ilə də məşğul olur. Vətəndaşlardan tullantı qəbul etdikdə sənədini istəmir. Yalnız vətəndaşlardan şübhəli detalları tullantı kimi qəbul etdikdə sənədlərini qəbul edir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış və heç bir münasibəti olmamışdır. 09 sentyabr 2023-cü il tarixdə həmişə olduğu kimi işdə olmuş və qonşu obyektdə oturmuşdum. Təxminən saat axşam saat 20 radələri olardı, sonradan adını bildiyi Ramin adlı şəxs bir nəfər şəxslə onun yanınma gəlmiş və avtomaşına məxsus xarab qalovka olduğunu bildirmişdir. Həmin qalovka çuqundan hazırlanmış və yanında bir neçə aluüminium detalı da olmuş. həmin detalı qəbul etmiş və çəkmiş, metalın kiloqramını 35 qəpikdən qəbul etmiş, çəkib çəkisini müəyyən etmiş və dəyərinin 24 manat 50 qəpik gəldiyini bildirib metalı qəbul etdikdən sonra pulu ödəmiş və onları yola salmış, həmin metalı aldıqdan təxminən səhəri günü metal yığan şəxslərə həmin qalovkanı digər metallarla birlikdə təhvil vermiş, metalı qəbul etdikdə vətəndaşlardan sənəd alıb qeydiyyat aparsa da, həmin Ramin adlı şəxsdən hər hansı sənəd almamış və heç bir qeydiyyat etməmiş, Ramin həmin metalın tullantı olduğunu bildirdiyi üçün onu tullantı kimi də qəbul edib çəkərək pulun metal kimi ödəmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 16 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-nin 177.1ci maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır. - “Cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında” 16 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, 16 sentyabr 2023-cü il tarixdə, saat 12:30 dəqiqədə X7 CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - “Cinayət əməlinin tövsif edilməsi” haqqında 18 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-cü maddəsindən Azərbaycan Respublikası CMnin 177.2.1-ci maddəsinə tövsif edilmişdir. - “Zərərçəkmiş şəxs qismində tanımaq haqqında” 17 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. - “Cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında” 18 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, 18 sentyabr 2023-cü il tarixdə, saat 13:50 dəqiqədə Təqsirləndirilən şəxs CM-nin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 18 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, X7 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. - Abşeron Rayon Məhkəməsinin 4(012)-704/2023 saylı, 18 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs X6 barəsində “həbs” qətimkan tədbirinin seçilməsi haqqında vəsatətin və təqdimatın təmin olunmasından imtina edilmişdir. - “Təqsirləndirilən şəxs barəsində tədbiri seçilməsi haqqında” 18 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, X7 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. - “Cinayət əməlinin tövsif edilməsi” haqqında 18 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-cü maddəsindən Azərbaycan Respublikası CMnin 177.2.1-ci maddəsinə tövsif edilmişdir. - “Təqsirləndirilən şəxs qismində cəlb etmək” haqqında 20 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. - “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin təmin edilməməsi və barəsində başqa qətimkan tədbiri seçilməsi barədə” 20 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsi barədə Abşeron Rayon Polis İdarəsinin İŞ-nin müstəntiqi, polis polkovnik-leytenantı Məlik Məlikovun xx.xx.2023-cü il tarixli vəsatəti təmin edilməmiş, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. - “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi haqqında” 20 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlandığı Abşeron RPİ-nin MSY-dən azad olunmuşdur. - “Qətimkan tədbirinin şərtlərini pozduğu üçün təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqında” 01 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuşdur. - “Qətimkan tədbirinin şərtlərini pozduğu üçün təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqında” 01 noyabr 2023-cü il tarixli qərardan görünür ki, X7 barəsində axtarış elan olunmuşdur. - “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” 01 noyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. - “Axtarışda olan şəxsin tutulması barədə” 08 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 15:45-də tutularaq Abşeron RPİ-yə təhvil verilmişdir. - “Cinayət işi üzrə icraatın təzələnməsi haqqında” 08 noyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. - Abşeron Rayon Məhkəməsinin 4(012)-875/2024 saylı, 10 noyabr 2023-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs X5 barəsində “həbs” qətimkan tədbirinin seçilməsi haqqında vəsatətin və təqdimatın təmin olunmasından imtina edilmişdir. - “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi haqqında” 10 noyabr 2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdə seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən qüvvədə saxlanılmış və o, saxlandığı Abşeron RPİ-nin MSY-dən azad olunmuşdur. - “Axtarışda olan şəxsin tutulması barədə” 19 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, X7 xx.xx.2023-cü il tarixdə tutularaq Abşeron RPİ-yə təhvil verilmişdir - “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin təmin edilməməsi və barəsində başqa qətimkan tədbiri seçilməsi barədə” 21 noyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş X7 barəsində “həbs” qətimkan tədbirinin seçilməsi barədə Abşeron Rayon Polis İdarəsinin İŞ-nin müstəntiqi, polis polkovnik-leytenantı Məlik Məlikovun xx.xx.2023-cü il tarixli vəsatəti təmin edilməmiş, təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. - Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi haqqında” 21 noyabr 2023-cü il tarixli qərardan görünür ki, X1 Abşeron RPİ-nin MSY-dən azad olunmuşdur. - Abşeron Rayon Məhkəməsinin 1(012)-447/2024 saylı, 16 avqust 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirliməsinə dair cinayət işi üzrə icraat ayrılmışdır. Həmin tarixli qərarla Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuşdur və iş üzrə icraatın dayandırılması qərara alınmışdır. - Abşeron Rayon Polis İdarəsinin Mehdiabad PB-dən daxil olmuş 28 noyabr 2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutularaq aidiyyəti üzrə Abşeron RPİ-nin MSY-nə təhvil verilmişdir. - Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. - Zərərçəkmiş şəxs tərəfindən Abşeron Rayon Məhkəməsinə ünvanlanmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam ödənilmişdir. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər bir icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçılarının, təhrikçilərinin, köməkçilərinin) barəsindəki sübutlara qiymət verilməlidir (10-cu bənd); Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları rolların bölgüsünə əsasən cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar Cinayət Məcəlləsinin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün həmin normaya istinad edilməsinə ehtiyac yoxdur (11-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Beləliklə məhkəmə, cinayət işinə təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına müvafiq olaraq cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddəsinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə həmin Məcəllənin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyərək, barışıq əldə etməsini, ona qarşı heç bir şikayət, tələb və mülki iddianın olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cinayətin törədilməsində rolunu, eləcə də, özünü təqsirli bilməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyərək, barışıq əldə etməsini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsaslanmaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri hüdudlarından kənara çıxmamaq, saat 23:00-dan növbəti gün, saat 07:00-dək ünvan 1 ünvanında yerləşən yaşayış evini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bundan başqa məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.3-və 158.6-cı maddələrinə müvafiq olaraq Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 4 gün, , xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək həbsdə saxlanıldığı 05 ay 18 gün, cəmi 05 (beş) ay 22 (iyirmi iki) gün həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, cəmi 11 ay 14 gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək, “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclası zalından həbsdən azad olunmalıdır, başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər qüvvədə saxlanılmalıdır. İş üzrə məhkəmə xərci, mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il (iki) il 8 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 4 gün, xx.xx.2024-cü il tarixdən xx.xx.2025 il tarixədək həbsdə saxlanıldığı 05 (beş) ay 18 (on səkkiz) gün, cəmi 05 (beş) ay 22 (iyirmi iki) gün həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, cəmi 11 (on bir) ay 14 (on dörd) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 08 (səkkiz) ay 16 (on altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclası zalından həbsdən azad olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri hüdudlarından kənara çıxmamaq, saat 22:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 1 ünvanında yerləşən yaşayış evini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Bakı Şəhəri Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs cəzasının əvvəli Bakı Şəhəri Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Cinayət işi üzrə mülki iddianın, məhkəmə xərcinin, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Firuzə Kərimova
Məhkəmə qərarları › İş №1(012)-303/2025
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-303/2025
16.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver