Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-305/2021 07.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Vəliyeva Nərmin Elçin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs qızının, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 19 yanvar 2021-ci il tarixdə saat 21 radələrində Abşeron rayonu, Xırdalan şəhəri Quşçuluq yaşayış massivində yerləşən yaşadıqları evdə olan zaman qeyri-rəsmi münasibətdə olduğu Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə yumruq-təpik zərbələri vuraraq ona tənəffüs pozulması ilə müşayiət olunan, burun sümüyünün orta 1/3-nin qapalı yerdəyişən sınığı, sağ gicgah nahiyəsinin, sol gözaltı nahiyənin, sağ əlin arxa səthinin, sağ qoltuqaltı nahiyənin qançırları xəsarətini yetirməklə, həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs təxminən 2 il müddətdir ki, tanıyır. Münasibətləri qeyri-rəsmi olsa da, ərarvad kimi yaşamışlar. Gözəl ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində kirayə yaşayırmış. O, mütəmadi olaraq Gözəli qısqandığı üçün əvvəllər aralarında sözlə bir neçə dəfə mübahisələri olmuş. 19.01.2021-ci il tarixdə Gözəl ilə birlikdə evdə olmuşlar. Saat təxminən 21 radələrində Gözəl ilə aralarında yenə də qısqanclıq mövzusunda mübahisələri yaranmış. Mübahisə zamanı Gözəl ona ayrılacağını bildirmiş. O, da Gözəlin bu sözündən əsəbləşib Gözəlin üstünə getmiş. Bundan sonra Gözəlin burnuna yumruqla zərbə vurmuş. Gözəl yerə yıxılmış. Daha sonra o, Gözəlin baş, sifət və bədəninin müxtəlif nahiyələrinə təpik və yumruq zərbələri vurmuş. Həmin vaxt o, əsəbi olmuş. Bir qədər keçdikdən sonra o, sakitləşmiş. O, sonra peşman olub Gözəldən üzr istəmiş. Səhəri gün, yəni 20.01.2021-ci il tarixdə səhər saatlarında Gözəl evdən çıxıb getmiş. Bir neçə gün keçdikdən sonra o, Gözəlin onun barəsində şikayət etdiyini bilmiş. Əlavə olaraq bildirmişdir ki, mübahisə zamanı Zərərçəkmiş şəxs ona heç bir zərbə vurmamış və ona xəsarət yetirməmiş. O, mübahisə zamanı Zərərçəkmiş şəxs burnuna yumruq zərbəsi vurmuş, daha sonra baş, sifət və bədəninin müxtəlif nahiyələrinə təpik və yumruq zərbəsi vurmuş. Zərərçəkmiş şəxs ilə arasında olan dalaşma birlikdə yaşadıqları Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yerləşən evdə baş vermiş. Həmin vaxt evdə Gözəl və ondan başqa heç kim olmamış. Gözəl ilə dalaşan zaman ikisi olmuşlar. Zərərçəkmiş şəxs ilə arasında dava-dalaş təxminən 5 dəqiqə davam etdiyini bildirmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs etdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxslə barışıq əldə etdiyini və sonuncunun ona qarşı hər hansı şikayəti olmamasını bildirərək məhkəmədən onun cinayət məsuliyyətindən azad olunmasını və cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsindən görünür ki, ailəsi ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs təxminən 2 il müddətdir ki, tanıyır. Münasibətləri qeyri-rəsmi olsa da, ər-arvad kimi yaşamışlar. Onun özünün bir oğlan övladı vardır. Taleh ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində kirayə yaşayırlar. Taleh mütəmadi olaraq onu qısqandığı üçün əvvəllər aralarında sözlə bir neçə dəfə mübahisələri olmuş. 19.01.2021-ci il tarixdə Taleh ilə birlikdə evdə olmuşlar. Saat təxminən 21 radələrində Taleh ilə aralarında yenə də onu qısqandığı üçün mübahisə yaranmış. Mübahisə zamanı o, Talehə ondan ayrılacağını bildirmiş. Bu zaman Taleh əsəbləşib onun üstünə gəlmiş. Taleh onun burnuna yumruqla zərbə vurmuş. O, müvazinətini itirib yerə yıxılmış. Bundan sonra Taleh onun başına, sifətinə, bədəninin müxtəlif nahiyələrinə təpik və yumruq zərbələri vurmuş. Daha sonra Taleh yaşadıqları evin qapısını bağlayıb heç bir yerə getməyəcəyini ona bildirmiş. Bir neçə dəqiqə keçdikdən sonra Taleh sakitləşmiş. Taleh onu döydüyü üçün peşman olduğunu bildirərək ondan üzr istəmiş. Səhəri gün, yəni 20.01.2021-ci il tarixdə o, Taleh ilə yaşadığı evdən çıxaraq anasının yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, Q.Nəbi küçəsində yerləşən evinə getmiş. Aradan bir neçə gün keçdikdən sonra, yəni 23.01.2021-ci il tarixdə o, Abşeron rayon polis idarəsinə gedərək ərizə ilə müraciət etmiş. Əlavə olaraq bildirmişdir ki, mübahisə zamanı Təqsirləndirilən şəxs o, heç bir zərbə vurmamış və ona xəsarət yetirməmiş. Təqsirləndirilən şəxs ilə aralarında olan dalaşma birlikdə yaşadıqları Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yerləşən evdə baş vermiş. Həmin vaxt evdə Təqsirləndirilən şəxs və ondan başqa heç kim olmamış. Taleh onu döyərək xəsarət yetirən zaman ikisi olmuş. Təqsirləndirilən şəxs ilə aralarında dava-dalaş təxminən 5 dəqiqə davam etmiş. O, tibbi ekspertiza müayinəsindən keçən zaman əsəbi olduğu üçün Talehin onu yumruq, təpik zərbələri və külqabı ilə vuraraq xəsarət yetirdiyini bildirsə də, ancaq Təqsirləndirilən şəxs ilə aralarında olan dalaşma zamanı ifadəsində göstərdiyi kimi ona yumruq və təpik zərbələri vuraraq xəsarət yetirdiyini bildirmişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığını və təqsirləndirilən şəxsə qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirərək onun cinayət məsuliyyətindən azad olunmasını və cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilmiş: İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 23 yanvar 2021-ci il tarixli 194 saylı rəyində qeyd olunmuşdur ki, 1988-ci il təvəllüdlü vətəndaş Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər – tənəffüs pozulması ilə müşayiət olunan, burun sümüyünün orta 1/3-nin qapalı yerdəyişən sınığı, sağ gicgah nahiyəsinin, sol gözaltı nahiyənin, sağ əlin arxa səthinin, sağ qoltuqaltı nahiyənin qançırları bərk küt əşya (əşyalar) təsirindən törənmişlər; qərarın təsviri hissəsində qeyd edilən müddətdə və zərərçəkənin göstərdiyi şəraitdə, yəni 19.01.2021-ci il tarixdə qeyd olunan nahiyələrə əl, yumruq, təpik və şüşə materialdan olan külqabı ilə vurulma nəticəsində əmələ gələ bilərdilər; dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərər vurmaya aiddir. İş materiallarında olan sorğudan görünür ki, Respublika Psixiatriya Xəstəxanası X5 daxil olmuş 25.01.2021-ci il tarixli 524 nömrəli məktubdan görünür ki, xx.xx.1984-cü il təvəllüdlü, ünvan 2 ünvanda qeydiyyatda olan Təqsirləndirilən şəxs arxiv məlumatına görə Respublika Psixiatriya Xəstəxanasında müalicədə olmamışdır. İş materiallarında olan qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 05.03.2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində axtarış verilmiş, 15.03.2021-ci il tarixdə isə axtarışda olan Təqsirləndirilən şəxs tutulmuş və 17.03.2021-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 1 saylı MTİİTS-dən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Rzayev X3 rayonu, Xırdalan şəhəri, məhəllə-28, ev 6, mənzil 47-də qeydiyyatda olmaqla yaşayır və yaşadığı yer üzrə də müsbət xarakterizə edilir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin əməli törətməkdə təqsirli olması barədə kifayət qədər sübut toplanmışdır. Həmin sübutlar əldə olunma mənbəyinə görə mötəbərdirlər. Məhkəmə, tədqiq edilmiş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikası CMin 127.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş 01.03.2021-ci il tarixli məhkumluq haqqında tələbnamə arayışdan görünür ki, təqsirləndirilən şəxs Rzayev X3 rayon Məhkəməsinin 12.05.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 131.2, 69.3-cü maddələri ilə təqsirli bilinərək 11 ay 24 gün islah işləri-20% cəzasına məhkum edilmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 7(012)-86/2021 saylı, 15.02.2018-ci il traixli qərarından görünür ki, Məhkum Təqsirləndirilən şəxs “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli 816-VQD saylı Qanununu tətbiq edilməklə Təqsirləndirilən şəxs məhkum edilməsinə dair Abşeron Rayon Məhkəməsinin 12 may 2017-ci il tarixli, 1(012)-187/2017 saylı hökmündə Təqsirləndirilən şəxs barəsində cinayət işi üzrə icraata xitam verilməsi və onun cinayət məsuliyyətindən azad edilməsi qərara alınmışdır. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Abşeron Rayon Məhkəməsinin 7(012)-86/2021 saylı, 15.02.2018-ci il traixli qərarı ilə bir dəfə icraata xitam verildiyindən hazırki halda tərəflər barışsalar da belə iş üzrə icraata təkrar xitam verilə bilməz. Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən cinayət törətmiş şəxsin zərərçəkmiş şəxslə barışıq əldə etməsi onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs oğlunun əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışması onun cəzasını yüngülləşdirən halı, ona təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə islah işləri növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 40 və 45.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs oğlu ona təyin olunmuş islah işləri növündə cəzasını əsas iş yeri üzrə çəkməli və cəzaçəkmə müddətinin əvvəli qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Cinayət işi materiallarında olan 17 mart 2021-ci il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs oğlu barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam qətimkan” tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Göstərilən maddənin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 15.03.2021-ci il tarixdən 17.03.2021-ci il tarixədək tutma altında saxlanıldığı 02( iki) gün islah işləri cəzası 1 günə 4 gün hesabı ilə hesablanmaqla, ümumilikdə 8 (səkkiz) gün ona təyin ediləcək islah işləri cəzasından çıxılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Hökmün icrası Abşeron rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (bir yüz səksən) manat məbləğində, məhkəmə istintaqı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (bir yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, qazancından dövlət nəfinə 20 (iyirmi) faiz pul tutulmaqla, 06 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutuluğu 02 gün müddət nəzərə alınaraq, həbsdə saxlamanın bir günü islah işləri cəzasının dörd günü hesabı ilə hesablanmaqla, ona təyin edilmiş islah işləri cəzasından cəzasından çıxılsın və üzərində qəti olaraq qazancından dövlət nəfinə 20 (iyirmi) faiz pul tutulmaqla, 05 (beş) ay 22 (iyirmi iki) gün müddətinə islah işləri cəzası saxlanılsın. Təqsirləndirilən şəxs oğlu islah işləri növündə cəzasını əsas iş yeri üzrə çəksin və cəza çəkməsinin əvvəli onun qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğində pul tutulduğu gündən hesablansın. Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin İş üzrə maddi sübut və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon vəkil bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (bir yüz səksən) manat məbləğində, məhkəmə istintaqı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (bir yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökm şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün müddətində qanuni qüvvəyə minir. Hökmdən 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(012)-305/2021
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-305/2021
07.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver