Məhkəmə qərarları › İş №1(012)-305/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-305/2022

22.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-305/2022 22.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs qızının, təqsirləndirilən şəxs X3 və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1980-cı il Qazax rayonu, Göyçəli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, evli, fərdi əməklə məşğul оlаn, Qazax rayonu, Göyçəli kəndində qеydiyyаtdа оlan və Abşeron rayonu Hökməli qəsəbəsi yeni məhəllədə yaşayan X3 Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: 18.03.2022-ci il tarixdə, saat 23 radələrində Abşeron rayonu, Nübar qəsəbəsi, yeni məhəllədə yerləşən nömrəsiz fərdi yaşayış evlərində olan zaman Zərərçəkmiş şəxs ilə əri X6 arasında, sonuncunun spirtli içki içməsinə zərərçəkmişin irad bildirməsi səbəbindən ailə- məişət münasibətləri zəminində mübahisə yaranmış və baş vermiş mübahisə zamanı Saday İbrahimov arvadı Zərərçəkmiş şəxs əl zərbələri ilə döyərək ona sol gözün ağlı qişasına total qansızma və görmə zəifliyi ilə müşayiət olunan sol göz orbitası və sol almacıq nahiyəsini əhatə edən sahənin dərialtı hematoması, sol bazunun qançırından ibarət, sağlamlığın qısa müddətə olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmədə X7 həmin əməli aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında X7 yekun protokolda qeyd edilən əməlin onun tərəfindən törədilməsini etiraf edərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 2011-ci ildə ailə həyatı qurmuş və birgə nikahdan onların 2 övladı dünyaya gəlmişdir. Evləndikdən sonra isə onlar onun bacısına məxsus, Abşeron rayonu, Nübar qəsəbəsi yeni məhəllədə yerləşən nömrəsiz fərdi evdə yaşamağa başlamışlar. Əvvəllər münasibətləri yaxşı olsa da son zamanlar Könülün özbaşına hərəkətləri və bir ər kimi ona lazımınca hörmət qoymaması səbəbindən aralarında mübahisələr yaranmağa başlamışdır. Sonuncu dəfə isə 18.03.2022-ci il tarixdə o, yaşadığı evdə şam edərkən bir qədər spirtli içki qəbul etdiyindən Könül ona irad bildirib təhqiramiz sözlər işlətmiş və bu səbəbdən də onlar arasında mübahisə yaranmışdır. Baş vermiş mübahisə zamanı o, əsəbləşib Könülün sifət nahiyəsinə əli ilə zərbələr vuraraq onu döyməyə başlamışdır. Həmin vaxt Könül qışqırıb qonşuları haraya çağırdığından o, dayanmış və Könüldən kənarlaşmışdır. Bundan sonra isə Könül uşaqları da götürüb bacısıgilə getmişdir. O, əlavə olaraq baş vermiş bu münaqişənin təxminən 5-6 dəqiqə davam etdiyini və həmin vaxt onların yanında azyaşlı övladlarından başqa heç kimin olmadığını da qeyd etmişdir. Sonradan zərərçəkmiş şəxslə barışmışdır. Əməlindən peşmançılıq çəkir, işin xitam olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, barəsində şikayət etdiyi X6 ilə 2011-ci ildə ailə həyatı qurmuş və birgə nikahdan onların 2 övladı dünyaya gəlmişdir. Əvvəllər münasibətləri normal olsa da son zamanlar Saday tez-tez spirtli içkilər içdiyindən onlar arasında sıx-sıx mübahisələr yaranmağa başlamışdır. Buna baxmayaraq o, hazırkı vaxta qədər Saday barəsində şikayət etməmişdir. 18.03.2022-ci il tarixdə, saat 23 radələrində yaşadıqları evdə olan zaman Saday şam yeməyindən spirtli içki qəbul edib sərxoş olmuşdur. Buna görə də o, Sadaya irad bildirib az içməsini tələb etdiyindən onlar arasında mübahisə yaranmışdır. Baş vermiş mübahisə zamanı Saday onu söyüb-təhqir edərək üzərinə hücum çəkmiş və yumruq, təpik zərbələri ilə onun başına və bədəninin digər nahiyələrinə zərbələr vuraraq onu döyməyə başlamışdır. Həmin vaxt o, qışqırıb qonşuları haraya çağırmış, bunu görən Saday isə ondan kənarlaşmışdır. Bundan sonra o, azyaşlı övladları ilə birlikdə evdən çıxıb bacısıgilə getmiş və orada gecələmişdir. Ertəsi gün, yəni 19.03.2022-ci il tarixdə isə Abşeron RPİ-yə yaxınlaşaraq baş vermiş hadisə ilə əlaqədar şikayət ərizəsi yazmışdır. O, əlavə olaraq məlum münaqişə zamanı Sadaya müqavimət göstərə bilmədiyini qeyd etmiş, həmçinin tələbinin Sadayın cinayət məsuliyyətinə cəlb edilməsindən ibarət olduğunu bildirmişdir. X2 ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İşin xitam olunmasını xahiş edir. Beləliklə, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi və məhkəmə-tibbi ekspertizasının rəyi ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X3 əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş "MTE və PA ETT Birliyinin" Abşeron rayon şöbəsinin 28.03.2022-ci il tarixli 547 nömrəli rəyindən görünür ki, 1990-cı il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmətibbi müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarət - sol gözün ağlı qişasına total qansızma və görmə zifliyi ilə müşayiət olunan sol göz orbitası və sol almacıq nahiyəsini əhatə edən sahənin dərialtı hematoması, sol bazunun qançırı küt əşyanın (əşyaların) təsirindən törənmişlər; qərarda qeyd olunan müddətdə və şəraitdə yəni 18.03.2022-ci il tarixdə qeyd olunan nahiyələrə kənar şəxsin bədən hissəsinin (əl, ayaq və sair) təsirindən əmələ gələ bilərdilər; dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir.. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş 31.03.2022-ci il tarixli tələbnamədən görünür ki, X7 əvvəllər məhkum olunmayıb. Zərərçəkmiş şəxs tərəfindən 22.04.2022-ci il tarixdə məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, X7 ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. X7 barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs X7 tərəfindən verilmiş ərizədən görünür ki, o, törətdiyi əməldən peşmandır, Zərərçəkmiş şəxs qızı ilə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi olmadığına görə barəsindəki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, aşağıda göstərilənlərə əsasən hesab edir ki, təqsirləndirilən şəxs X7 cinayət məsuliyyətindən azad edilməli və onun barəsində Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə başlanılmış məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən X3 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Təqsirləndirilən şəxs X3 barəsində qətimkan tədbiri seçilməmişdir. Təqsirləndirilən şəxs X5 ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X4 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (bir yüz iyirmi) manat məbləğində pul, məhkəmə istintaqı zamanı 15 (on beş) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-nin 73-cü, Azərbaycan Respublikasının CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs X5 ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili X4 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 120 (bir yüz iyirmi) manat məbləğində pul, məhkəmə istintaqı zamanı 15 (on beş) saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərar ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar