Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-306/2023 02.06.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuriyeva Nüşabə Ələddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.2000-ci il tarixdə Abşeron rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Xırdalan şəhərində Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs tanışı Şahid1 və Şahid2 ilə birlikdə 23 oktyabr 2022-ci il tarixdə saat 13:30-da sonuncunun idarə etdiyi “VAZ-2106” markalı ** UD *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Abşeron rayonu Xırdalan şəhəri, S.Vurğun küçəsində hərəkət edərkən yolun kənarında dayanmış Zərərçəkmiş şəxs həmin küçədə dayanma səbəbini soruşmuş, Zərərçəkmiş şəxs Xırdalan şəhərində yaşamasını deyib gülümsədikdə avtomobildən düşüb heç bir əsaslı səbəb olmadan özünü cəmiyyətdən üstün tutaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə və ictimai qaydanı kobud surətdə pozub zor tətbiq etməklə ictimai yer olan küçədə insanların gözü qarşısında Zərərçəkmiş şəxs sifətinə yumruqla vurub yerə yıxdıqdan sonra öz hərəkətlərinə davam edərək ayaqla da Zərərçəkmiş şəxs vuraraq ona çeynəmə aktının pozulması ilə müşahidə olunan sol gicgahçənə oynağı və almacıq nahiyəsini əhatə edən iri ölçülü qançır-şişkinliyi, başın ənsə nahiyəsinin dərialtı hematoması, sol qulaq seyvanım qançırı xəsarətləri yetirməklə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər yetirib qərəzli hərəkətlər yəni xuliqanlıq etmişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan edilən ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, ünvan 2 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Şahid1 onun uşaqlıq dostudur. Şahid2 isə təxminən iki il olar ki, tanıyır. Hər ikisi ilə normal münasibətləri var. Zərərçəkmiş şəxs isə əvvəllər tanımır, onunla heç bir münasibəti yoxdur. 23 oktyabr 2022-ci il tarixdə saat 13 radələrində Vüqar VAZ-2106 markalı, ** UD *** dövlət nömrə nişanlı minik avtomobilində o qabaq oturacaqda, İbrahim və Vüqarla arxa oturacaqda əyləşmişlər. Onlar Xırdalan şəhəri, S.Vurğun küçəsində maşında olarkən sonradan adını bildiyi və əvvəllər tanımadığı Zərərçəkmiş şəxs küçədə dayanıb kiminsə həyətinə baxdığını görmüş, onlar onun oğru olduğunu fikirləşdiklərini, bu vaxt maşından Amidə harada yaşadığını soruşmuş, Amidin isə ona “Xırdalanda yaşayıram deyib gülümsədiyini” görüb maşından düşərək ona yaxınlaşaraq nəyə güldüyünü deyəndə aralarında mübahisə baş vermiş, mübahisə zamanı yumruq və təpiklə Amidi döyməyə başlamış, Amidə vurduğu zərbələrin təsirindən onun yerə yıxıldığını, həmin an Amidi təpiklə vurarkən İbrahimin tez maşından düşüb onu sakitləşdirib aralaşdırdığını, daha sonra maşına minib oradan kənarlaşmışlar. Amidi döyərkən ətrafda dostları Vüqar və İbrahimdən başqa heç kimin olmamışdır. Hadisə təxminən 3-4 dəqiqə davam etmiş, mübahisə zamanı Zərərçəkmiş şəxs ondan başqa heç kim vurmamışdır. Dostu Vüqar ümumiyyətlə avtomobildən düşməmiş, digər dostu İbrahimin isə dava zamanı ona yaxınlaşıb sakitləşdirərək aralaşdırmış, davanın baş verməsinə isə heç bir əsaslı səbəb olmamışdır. Sonda o, zərərçəkmiş şəxslə barışdığını əsas gətirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə baxışında şikayət verən şəxs qismində dindirilən Zərərçəkmiş şəxs bildirdi ki, o, İmişli rayonu Gövhərli kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri 26-cı məhəllədə nömrəsiz ünvanda ailəsi və üç uşağı ilə birlikdə ilə kirayə yaşayır. 23 oktyabr 2022-ci il tarixdə saat 13 radələrində uşaqlarını müəllim yanında hazırlıqdan götürmək üçün Xırdalan şəhəri, S.Vurğun küçəsinə gəlmiş, həmin vaxt məşğələ saatı bitmədiyi üçün küçədə gözləyərkən elə bu vaxt 10UD506 dövlət nömrə nişanlı, VAZ-2106 markalı minik avtomobili onun yanında saxlamış, bu zaman sonradan adını bildiyi Şahid2 avtomobilin sükanı arxasında, Təqsirləndirilən şəxs qabaq oturacaqda, Şahid1 isə arxa oturacaqda əyləşdiyini görmüşdür. Fərid maşında ola-ola ondan “burda yaşayansan” deyə soruşmuş, o, da Xırdalanda yaşadığını deyib gülümsədiyini bildirmiş, bunu görən Fərid maşından düşüb ona tərəf gəlmiş və gözləmədiyi anda yumruqla onun sol sifət və baş nahiyəsindən vurmağa başlamış, bu vaxt Fərid yumruq və təpiklə onu vurarkən zərbələrin təsirindən müvazinətini saxlaya bilməyərək yerə yıxılmış, bunu görən İbrahim maşından düşüb tez onlara tərəf gəlmiş, Fəridi sakitləşdirmiş, Vüqar isə maşından düşməyərək onlara tərəf baxmış, daha sonra İbrahim Fərid ilə maşına minib çıxıb getmiş, ona isə bir nəfər tanımadığı şəxs köməklik etməmiş, daha sonra həmin şəxs DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermiş, özü isə Abşeron RPİ-nə ərizə ilə müraciət etmiş, ilkin təhqiqat zamanı izahatında və ərizəsində onun 3 nəfər şəxs döydüyünü desə də, həmin vaxt əsəbi olduğu üçün belə izahat və ərizə yazdığını, əslində onu hadisə zamanı yalnız Təqsirləndirilən şəxs döydüyünü, İbrahimin Fəridi aralaşdırdığını, Vüqarın isə ümumiyyətlə maşından düşmədiyini, hadisənin təxminən 3-5 dəqiqə davam etdiyini, həmin vaxt ətrafda kimlərin olmasını görmədiyini bildirmişdir. Sonda o, cinayət əməli törətmiş şəxsdən şikayətçi olmaması və onunla barışması barədə ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə baxışında şahid qismində dindirilən Şahid1 ifadəsində bildirdi ki, o, Bakı şəhəri Yasamal rayonu Qarayev küç dalan 2 ev 3-də qeydiyyatda olmaqla Xırdalan şəhəri M.Mirqasımov küçəsi, dalan 2, ev 3 ünvanında anası ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun uşaqlıq dostudur. Şahid2 isə təxminən 1 il olar ki, tanıyır. Zərərçəkmiş şəxs isə əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamışdır. 23 oktyabr 2022-ci il tarixdə saat 13 radələrində Vüqarın VAZ-2106 markalı ** UD *** dövlət nömrə nişanlı minik avtomobilində Fərid qabaq oturacaqda, o arxa oturmuşdur. Onlar Xırdalan şəhəri S.Vurğun küçəsində maşında olarkən sonradan adını bildiyi Zərərçəkmiş şəxs küçədə dayanmış, kiminsə həyətinə baxdığını görüb həmin şəxsin oğru olduğunu fikirləşmişlər. Bu vaxt Fərid maşından Amidə harada yaşadığını soruşmuş, Amid Xırdalanda yaşadığını deyib gülümsəmiş, bu zaman Fərid maşından düşüb Amidə yaxınlaşaraq nəyə güldüyünü soruşmuş, nəticədə onların aralarında mübahisə baş vermiş, mübahisə zamanı Fərid yumruq və təpiklə Amidi döyməyə başlamış, Amidin zərbələrin təsirindən yerə yıxıldığını görüb tez maşından düşüb Fəridə yaxınlaşaraq onu sakitləşdirmiş, daha sonra Fəridlə maşına minib oradan aralaşmışlar, həmin vaxt ətrafda heç kim olmamış, dava zamanı Şahid2 ümumiyyətlə maşından düşməmişdir. O Fəridi sakitləşdirmək və aralaşdırmaq məqsədi ilə maşından düşmüş, hadisə zamanı Zərərçəkmiş şəxs nə o, nə də ki, Şahid2 vurmuşdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid3 məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli, 2550 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən üzərində aşkar edilmiş xəsarətlər- çeynəmə aktının pozulması ilə müşahidə olunan sol gicgah-çənə oynağı və almacıq nahiyəsini əhatə edən iri ölçülü qançır-şişkinliyi, başın ənsə nahiyəsinin dərialtı hematoması, sol qulaq seyvanının qançırı bərk küt əşyanın (əşyaların) təsirindən tönəmişdir, qərarın təsviri hissəsində qeyd olunan müddətdə və şəraitdə yəni, xx.xx.2022-ci il tarixdə insan bədəni hissələrinin( əl, baş, ayaq və s.) təsirindən əmələ gələ bilmələri mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Beləliklə, məhkəmə iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsiri tam sübuta yetirilmişdir. Təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Ona görə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin arayışından görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmasına dair məlumat kartotekasında hər hansı bir qeyd aşkar olunmamışdır. İş materiallarında olan Abşeron RİHB-nın Xırdalan şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs Cəfərov X1 rayonu, Xırdalan şəhəri, N.Nərimanov küçəsi, ev 4 ünvanında qeydiyyatdadır və yaşadığı müddət ərzində barəsində hər hansı şikayət daxil olmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini onun cəzasını yüngülləşdirən hal hesab edir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Beləliklə, məhkəmə, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların isə olmamasını, habelə cəzanın onun islah olunmasına nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs istintaq orqanın çağırışlarına gəlmədiyi üçün barəsində axtarış elan edilmiş, daha sonra o, xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Onun barəsində istintaq orqanı tərəfindən xx.xx.2023cü il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və məhkəmədə həmin qətimkan tədbiri öz qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlandığı müddət təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlama müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 01 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla cəzadan, həbsdə saxlamanın bir günü islah işləri cəzasının dörd gününə bərabər tutulmaqla, cəmi 04 (dörd) gün müddət çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanmalıdır. Təqsirləndirilən şəxs cəzasını əsas iş yeri üzrə çəkməli, qazancından cəzanın icrası müddəti ərzində müəyyən məbləğdə dövlət nəfinə pul tutulmalı və cəzaçəkmə müddətinin əvvəli qazancından dövlət nəfinə tutmaların aparıldığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona qazancından dövlət nəfinə 20 faiz məbləğində pul tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 01 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla cəzadan, həbsdə saxlamanın bir günü islah işləri cəzasının dörd gününə bərabər tutulmaqla, cəmi 04 (dörd) gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını əsas iş yeri üzrə çəksin və cəzaçəkmə müddətinin əvvəli qazancından dövlət nəfinə tutmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək gücündə saxlanılsın. Hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs məhkəmə zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №1(012)-306/2023
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-306/2023
02.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver