Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-306/2024 03.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə, xx xxxxxxx 1988-ci ildə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu ödənilməmiş, orta təhsilli, evli, işsiz, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 3 nömrəli Zeytun Sovxozu küçəsi ev 33-də qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 7, mənzil 23-də yaşamış, Abşeron Rayon Məhkəməsinn xx.xx.2023-cü il tarixli qərarı ilə həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3, 185.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video yazı aparılmaqla açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 07 iyun 2023-cü il tarixdə, saat 01:00 radələrində Zərərçəkmiş şəxs2 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin pəncərəsinin dəmir barmaqlılarını özü ilə gətirdiyi dəmir ling vasitəsi ilə sındırıb mənzilə qanunsuz daxil olaraq, mənzilin qonaq otagında olan 1 ədəd 450 (dörd yüz əlli) manat dəyərində “LG” markalı televizoru, yataq otagında olan 1 ədəd 220 (iki yüz iyirmi) manat dəyərində “LG” markalı olan televizoru və 1 ədəd 65 manat dəyərində “TP-Link” markalı modemi gizli olaraq talamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 735 (yeddi yüz otuz beş ) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 20 iyun 2023-cü il tarixdə, saat 04:50 radələrində Zərərçəkmiş şəxs3 işlədiyi Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, “Kristal Abşeron-2” yaşayış kompleksinin qarşı hissəsində yerləşən köşkün qapısını əli ilə qaldırıb qanunsuz içəri daxil olaraq, kassanın aşağı hissəsində olan rəfdən 1080 manat pulu gizli olaraq talamaqla zərərçəkmiş Zərərçəkmiş şəxs3 həmin məbləğdə ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs 31 iyul 2023-cü il tarixdə saat 13 radələrində ünvan 2 ünvanında yerləşən Zərərçəkmiş şəxs1 məxsus evin qarşısında saxlanılmış sonuncunun gündəlik icarə əsasında idarə etdiyi “Toyota Prius” markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapısının açıq və motorunun işlək vəziyyətdə olmasından istifadə edib sükan arxasına əyləşib sürərək, talama məqsədi olmadan qanunsuz ələ keçirməklə qaçırmışdır. Məhkəmədə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3, 185.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 3 nömrəli Zeytun Sovxozu küçəsi ev 33-də qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 7, mənzil 23-də yaşayır. Daimi olaraq heç yerdə işləmir. Belə ki, xx.xx.2023-cü il tarixdə, axşam saat 01:00 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, Mirqasımov küçəsində yerləşən sonradan adını bildiyi Emin adlı şəxsin evinin həyətinə gəlmiş və evin işıqlarının yanmadığını görmüşdür. O, özü ilə gətirdiyi dəmir parçası ilə mənzilin qonaq otağı tərəfdə olan pəncərəsinin dəmir barmaqlıqlarını sındırıb həmin yerdən pəncərəni sıxıb açıb və mənzilə daxil olmuşdur. Mənzildən bir ədəd “LG” markalı televizoru götürüb pəncərədən aşağı sallayıb divarın dibinə qoymuşdur. Sonra digər otağa daxil olub, oradan “LG” markalı televizoru və internet modemini götürüb pəncərədən aşağı salmışdır. Həmin əşyaları səhəri günü, Mahir adlı şəxsə 150 manata satmışdır. Əldə etdiyi pulları şəxsi istifadəsi üçün xərcləmişdir. Bundan başqa, eyni qayda ilə oğurluq etmək məqsədi ilə 20 iyun 2023cü il tarixdə, saat 04:50 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti “Kristal Abşeron-2” YK-nin girişində yerləşən köşkə yaxınlaşaraq içərisində heç kimin olmadığını görərək giriş qapısına yaxınlaşmışdır. O, plastik qapının bağlı olmasını aşkar edib əyilərək qapının alt hissəsini qaldırıb kilidini açmışdır. O, köşkün içərisinə daxil olaraq kassada olan 740 manat nağd pulu götürərək köşkdən çölə çıxmışdır. O, oradan uzaqlaşmışdır. Köşkdən oğurladığı 740 manat pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa, 31 iyul 2023-cü il tarixdə, saat 13 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, R.Axundov küçəsindən piyada hərəkət edərkən eyni məhəllədə yaşadığı Zərərçəkmiş şəxs1 idarə etdiyi “Toyota Prius” markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobilin mühərikinin işlək vəziyyətdə olmasını və avtomobildə heç kimin olmamasını görmüşdür. O, avtomobilə yaxınlaşıb sürücü üçün nəzərdə tutulmuş avtomobilin sükan olan hissəsində əyləşmiş və avtomobili idarə edən Zərərçəkmiş şəxs1 xəbəri olmadan avtomobili sürüb oradan uzaqlaşmışdır. O, avtomoli idarə edərək qaynatası X2 yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsinə getməyi və oradan özünə məxsus geyim əşyalarını götürməyi qərarlaşdırmışdır. O, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsinə gedərək qaynatası Saməddinin evindən özünə məxsus geyim əşyalarını götürmüşdür. Təxminən bir neçə saat sonra qaçırdığı avtomobil ilə qayıdıb evə gələrkən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində DYP-nin əməkdaşları onu saxlamışdılar. Onun sənədləri olmadığı üçün avtomobili polis əməkdaşlarına təhvil vermişdir. Oradan uzaqlaşıb getmiş və sonradan xx.xx.2023-ci il tarixdə Xırdalan şəhəri ərazisində polis əməkdaşları tərəfindən saxlanılaraq Abşeron RPİ-yə gətirilmişdir. O, Zərərçəkmiş şəxs1 məxsus avtomobili xəbərsiz qaçırarkən avtromobilin salon hissəsində bir ədəd mobil telefonda olmuş lakin, avtomobili təhvil verərkən mobil telefon avtomobilin salon hissəsində olmuşdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 13:00 radələrində ünvan 2 ünvanında, yaşadığı evin qarşısında, küçədə etibarnamə ilə idarə etdiyi “Toyota Prius” markalı **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobili mağazadan qayıdıb mühərriki işlək vəziyyətdə saxlayıb avtomobildən düşüb evə keçmişdir. Həmin vaxtı avtomovilin qapısı açıq vəziyyətdə qalmışdır. O, evinə daxil olub təxminən 7 (yeddi) dəqiqə sonra küçəyə çıxdıqda avtomobilin yerində olmamasını və naməlum şəxs tərəfindən qaçırılmasını aşkar etmişdir. O, bu barədə dərhal DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Həmin günü yəni 31 iyul 2023-cü il tarixdə saat 17 radələrində ona Abşeron RPİ-dən zəng edilərək avtomobilin tapılmasını bildirmişdilər. Avtomobilin içərisində qaçırılmamışdan əvvəl ona məxsus “Redmi Note” markalı dəyəri təxminən 500 manat olan mobil telefon olmuşdur. Avtomobil ona təhvil verilərklən mobil telefonu da ona təhvil verilmişdir. Ona sonradan məlum olmuşdur ki, hadisəni törətmiş şəxs onunla eyni küçədə yaşayan Təqsirləndirilən şəxsdur. O, həmçinin həmin avtomobilinin sürücülük etibarnaməsi əsasında idarə etməsini və həmin avtomobili bir aydır ki onda olmasını, avtomobilin qeydiyyat şəhadətnaməsində Pərviz adlı şəxsə məxsus olmasını bildirmişdir. O, Təqsirləndirilən şəxs heç bir vaxt avtomobilini idarə etməsi üçün təqdim etməmiş, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs onun xəbəri olmadan avtomobili sürüb getmişdir və ona bu barədə heç bir zəng etməmiş və məlumat verməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, təxminən 01 iyun 2023cü il tarixdə həmin evdən çıxıb Bakı şəhərində olan evinə getmişdir. 12 iyun 2023-cü il tarixdə yaşadığı həmin evə gəlmiş və yaşadığı mənzilə daxil olmuşdur. O, mənzildə televizorun olmadığını görmüşdür. Sonra mənzilin ikinci mərtəbəsinə qalxmış, orada da televizorun və modemin oğurlandığını aşkar etmişdir. İkinci mərtəbədən aşağı enib baxan zaman evin qonaq otağının pəncərəsinin dəmir barmaqlıqları qırılmış və həmin yerdən mənzilə daxil olmuşlar. Ona görə də bu barədə DİN-nin 102 xidmətinə zəng vurub məlumat vermişdir. Sonradan ona məlum olmuşdur ki, qeyd olunan cinayət hadisəsini Təqsirləndirilən şəxs törötmişdir. Həmin oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 2565 manat dəyərində maddi ziyan dəydiyini bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Kristal Abşeron-2 Y/K-nin qarşısında yerləşən köşkdə işləyir.Belə ki, xx.xx.2023-cü il tarixdə, saat 03:00 radələrində yorğun olduğu üçün köşkün arxa hissəsində yerləşən avtomobilin içərisinə keçərək avtomobilin oturacağında yatmışdır. O, saat 06:00 radələrində köşkə qayıdıb gələn zaman köşkün giriş qapısının aşağı hissəsinin sınıq vəziyyətdə olmasını aşkar etmişdir. İçəri daxil olandan sonra kasssadan və kassanın aşağı hissəsindəki rəfdən ümumilikdə 1080 manat pulun naməlum şəxs tərəfindən oğurlanmasını aşkar etmişdir. Sonradan ona məlum olmuşdur ki, naməlum şəxs 20 iyun 2023-cqü il tarixdə, saat 04:45 radələrindən saat 05:00 radələrindək olan müddət ərzində işlədiyi Abşeron rayonu, Kristal Abşeron-2 Y/K-nin qarşısında yerləşən köşkə naməlum şəxs plastik qapını sındırma yolu ilə daxil olaraq oğurluq etmiş və ona ümumilikdə 1080 manat maddi ziyan vurmuşdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında qeydiyyatda olmaqla 09 avqust 2023-cü il tarixdə Abşeron rayon məhkəməsinin qərarına əsasən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə 4 ay müddətin həbs qətimkan tədbiri seçilmişdir. Hal-hazırda AR ƏN-nin Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında saxlanılır. Mahiyyəti üzrə bildirmişdir ki, 07 iyun 2023-cü il tarixdə səhər saatlarında qonşuluqda yaşayan əvvəldən tanıdığı Təqsirləndirilən şəxs onun yaşadığı evə gələrək əlində iki ədəd modelini dəqiq bilmədiyi televizor və bir ədəd internet modemi gətirmişdir. Bilal həmin əşyaların özünə məxsus olmasını və pula ehtiyacı olduğuna görə həmin əşyaları 300 manata satdığını bildirmişdir. O, həmin əşyaları almağa ümumilikdə 150 manat pulunun olduğunu bildirmişdir. Bilal razılaşdıqdan sonra həmin əşyaları 150 manat pula almışdır. O, əşyaların oğurluq olmasını bilməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 04 iyul 2023-cü il tarixdə baş etibarnamə ilə ona məxsus “Toyota” Prius markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı avtomobili müvəqqəti sürmək üçün Zərərçəkmiş şəxs1 vermişdir. Belə ki, 31 iyul 2023-cü il tarixdə saat 17 radələrində Zərərçəkmiş şəxs1 ona məlumat verərək avtomobilin naməlum şəxs tərəfindən qaçırılmasını bildirmişdir. İlham adlı şəxsin deməsinə görə həmin avtomobili 31 iyul 2023-cü il tarixdə, saat 13:00 radələrində ünvan 2 ünvanında, yaşadığı evin qarşısında saxlamış və mühərriki işlək vəziyyətdə avtomobildən düşüb evə keçmişdir. Həmin vaxtı avtomobilin qapısı açıq vəziyyətdə olmuşdur. İlham evinə daxil olub təxminən 7 (yeddi) dəqiqə sonra küçəyə çıxdıqda avtomobilin yerində olmamasını və naməlum şəxs tərəfindən qaçırılmasını aşkar etmişdir. İlham bu barədə dərhal DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Həmin günü yəni, xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Abşeron RPİ-dən zəng edilərək avtomobilin tapılması barədə məlumat verilmişdir. Sonradan məlum olmuşdur ki, hadisəni törətmiş şəxs Təqsirləndirilən şəxsdur. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkmə əmtəəşünaslıq ekspertizasının 18 sentyabr 2023-cü il tarixli, 3-16-16/2- 9/6412/2023 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda və fotoşəkillərdə göstərilən televizorların orta istismar intensivliyi parametrlərinə uyğun olaraq2023-cü ilin avqust ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 670,00 manat müəyyən olunur. O cümlədən; -01 ədəd “LG” markalı, Koreya istehsalı, “32LN541U” model, 32 düyüm (81 diaqonal) televizor – 220,00 manat; -01 ədəd “LG” markalı, “50UK6410PLC” model, 50 düyüm (127 diaqonal) televizor – 450,00 manat. Şübhəli şəxsi tutma haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinn xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş 14 avqust 2023-cü il tarixli tələbnamədən görünür ki, Əsədov X5 rayon məhkəməsinin 08 iyul 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə 01 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 30 dekabr 2022-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayon məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad edilmişdir. Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, ona dəymiş ziyan ödənildiyinə görə Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il Qərarına əsasən qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, təqsirləndirilən şəxsin təkrarən tamah niyyəti ilə yaşayış sahəsinə, qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talayıb ziyan vurmaqla oğurluq əməli Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 185.1-ci maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsinə əsasən avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə (qaçırma) - min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 73-1.1-ci maddəsinə əsasən CM-nin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası CM-nin 185.1ci maddəsində nəzərdə tutulan əməli törətmiş təqsirləndirilən şəxs hal-hazıradək iş üzrə zərərçəkmiş şəxslə barışmamış və ona dəymiş ziyanı ödəməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsində nəzərdə tutulan əlamətlər olmadığından, təqsirləndirilən şəxsin həmin qaydada cinayət məsuliyyətindən azad edilməsinə əsas yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədə uyğun olması izah edilməlidir. «İnsan Hüquqlarının və X3 Haqqında» 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 dekabr 2003-cü il tarixli 04 saylı qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə əsasən cinayətin xarakterinə və törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun və ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, törədilmiş cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, cinayətin törədilməsi hallarına və törədilməsində təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermə və insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə cəza talion prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Cinayət əməlini törətmiş şəxsə təyin edilən cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həmçinin həm məhkumlar və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4 və 83.3.2-ci maddələrinin həmin Məcəllənin 8, 9, 61.1.1 və 65.2-ci maddələri baxımından şərh edilməsinə dair” 28 sentyabr 2022-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4 və 83.4-1-ci maddələrinin məzmununa görə, cinayətlərin və ya hökmlərin məcmusu üzrə azadlıqdan məhrum etmə ilə yanaşı digər cəzaya məhkum olunmuş şəxs məhkumluğun ödənilmədiyi və götürülmədiyi dövrdə yenidən qəsdən cinayət törətdikdə, onun əməli cinayətlərin residivini yaradır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini zamanı Azərbaycan Respublikası CM-in 59-cü maddəsinə əsasən bir zərərçəkmiş şəxslə barışıq əldə etməsi nəticəsində zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayət törətməsi, yəni cinayətlərin residivi Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyindən Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi yaranır və Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti təqsirləndiyi maddələrin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; iş üzrə maddi sübut yoxdur; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir; zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyan tam ödənilməsə də, onlar tərəfindən məhkəməyədək icraat və məhkəmə icraatı zamanı qanunla müəyyən edilmiş müddətdə və qaydada mülki iddia verilməmişdir, Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır, belə olan halda, məhkəmə hesab edir ki, göstərilənlərə əsasən ziyanın ödənilməsini tələb etdikləri halda zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilərlər, ona bu hüquqları izah edilməlidir. Bundan başqa, təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X4 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul, məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilməlidir. Nəticə: Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 185.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılaraq, Təqsirləndirilən şəxs 03 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərəçəkmiş şəxslərə təqsirləndirilən şəxsə qarşı dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ olması izah edilsin. Hökmün icrası Abşeron rayon polis idarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili X4 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul, məhkəmə baxışı zamanı 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №1(012)-306/2024
Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-306/2024
03.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver