Məhkəmə qərarları › İş №1(012)-307/2020

Abşeron Rayon Məhkəməsi Hökm — İş №1(012)-307/2020

26.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xırdalan şəhəri İş № 1(012)-307/2020 26.08.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Qəhrəmanov Bəxtiyar Vaqif oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı və Təqsirləndirilən şəxs və onun müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1983-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, məhkum olunmamış, evli, Sumqayıt şəhəri, 13 MKR, ev 08, mənzil 01-də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdardan artıq miqdarda bir ədəd siqaretin gümüşü kağızının kəsiyinə qablaşdırılmış ümumi çəkisi 0,258 qram açıq qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini istintaqa məlum olmayan mənbədən əldə edib əynində olan qırmızı rəngli gödəkçənin sol yan cibində saxlamış, xx xxxxxx 2020-ci il tarixdə saat 15:30 radələrində Abşeron RPİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonu, Saray qəsəbəsi, N.Zeynalova küçəsində saxlanılaraq Abşeron RPİ-ə gətirilmiş və xidməti otağda üstünə keçirilən axtarış zamanı əynində olan qırmızı rəngli gödəkçənin sol yan cibindən həmin miqdarda tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxsin həmin cinayət əməlini aşağıda göstərilən qaydada törətməsi müəyyən olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, təxminən 8 ay olar ki, narkotik vasitə olan heroindən istifadə edir. xx xxxxxx 2020-ci il tarixdə səhər saatlarında narkotik maddə əldə etmək üçün Sumqayıt şəhərində köhnə bazarın yanı adlanan əraziyə gedib, tanımadığı bir nəfər şəxsdən bir büküm kakos deyilən narkotik maddə olan heroini 6 manata alıb yaşadığı Abşeron rayonu, Saray qəsəbəsinə geri qayıtmışdır. Günorta radələrində yaşadığı Abşeron rayonu, Saray qəsəbəsi, N.Zeynalov küçəsində olan zaman iki nəfər şəxs ona yaxınlaşaraq özlərini Abşeron RPİ-nin əməkdaşları olduqlarını bildirib polis vəsiqələrini təqdim etdikdən sonra üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməkdə şübhəli olduğu barədə onlarda məlumatın olduğunu deməklə onu həmin əməkdaşların xidmət göstərdikləri Abşeron RPİnə dəvət etmişlər. Onların təklifindən imtina etmədən onların gəldikləri avtomobilə minib birlikdə Abşeron RPİ-nə getmişdir. Yolda polis əməkdaşları onun hərəkətlərimə ciddi nəzarət etdiklərindən üstündə olan narkotik vasitəni ata və gizlədə bilməmiş və polis əməkdaşları qeyd etdiyi polis idarəsinə gətirmişlər. Orada xidməti otaqların birində ona narkotik vasitələrin qanunsuz əldə edilməsi və saxlanmasında şübhəli olduğunu bir daha deməklə hüquq və vəzifələrini izah etmişlər. Daha sonra hüquqlarımı müdafiə edilməsi üçün ona müdafiəçi təqdim edilmişdir. Bundan sonra ona təklif edilmişdir ki, üstündə qanunsuz saxlanılan əşya və maddəni könüllü olaraq təqdim etmişdir. Artıq polis əməkdaşlarının üstündə narkotik vasitənin olmasından məlumatlı olduqlarını bilərək heç bir çıxış yolunun olmadığını anlayıb əynindəki qırmızı rəngli gödəkçənin sol yan cibindən saxlayıb gəzdirdiyi siqaretin gümüşü kağızına bükülmüş heroini çıxarıb könüllü olaraq təqdim etmişdir. Polis əməkdaşı həmin bükülünü onun iştirakı ilə açaraq, orada iştrak edən şəxslərə əyani olaraq göstərdikdən sonra yenidən qablaşdırmaqla möhürləyib götürmüşdür. Polis əməkdaşları üzərinə keçirilən axtarış videoçəkilişlə aparmışlar və onun təqdim etdiyi 1 ədəd siqaretin gümüşü kağızını qablaşdırılmış heroini qablaşdırdıqdan sonra bu barədə protokol tərtib etmişlər, ona və digər iştirakçılara ucadan oxumuşlar və imza etmək üçün təqdim etmişlər. Bir daha protokolla tanış olub imza etmişdir. Digər iştirakçılarda protokolla tanış olub imza etmişlər. Protokolda, zərfin üzərindəki onun soyadının qarşısındakı imzalar ona məxsusdur. Bu barədə izahatda vermiş və həmin izahatıda heç bir təzyiq göstərilmədən özü yazaraq imza etmişdir. Sumqayıt şəhərində narkotik maddəni aldığınız şəxsdən əvvəllər narkoti maddə almamışdır. İlk dəfəymiş ki alırmış. Həmin şəxsin narkotik maddə satmasını təsədüfən bilmişdir. Əvvəllər narkotik maddəni tanımadığı şəxslərdən almışdır. Narkotik maddənin satışı ilə məşqul olmamışdır. Heç kimə narkoik maddə hədiyə etməmiş və satmamışdır. Aşkar edilmiş narkotik maddə zərfə qoyularaq qablaşdırılmış, müdafiəçinin, iştirakçıların iştirakı ilə imzalanmış və maddi subut kimi götürülmüşdür. Bu barədə tərtib edilmiş protokol digər iştirakçıların iştirakı ilə imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron rayon polis idarəsinin Cinayət Axtarış şöbəsində əməliyyat müvəkkili vəzifəsində xidmət aparır. Polis baş leytenantıdır. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşqul olması barədə daxil olmuş məlumat əsasında, şəxsin müəyyən edilməsi, üzərindən narkotik vasitənin aşkar edilməsi, bu barədə müvafiq sənədləşmələrin aparılmasına aydınlıq gətirərək bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə xx xxxxxx 1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs Abşeron rayonu ərazisində mütəmadi olaraq narkotik tərkibli psixiatrop maddəsinin dövriyyəsi ilə məşqul olması barədə mötəbər mənbədən əməliyyat məlumatı daxil olduğundan həmin məlumat üzrə dərhal əməliyyat tədbirlərinin həyata keçirilməsinə dair tərəfindən qərar qəbul edilmiş və İdarənin rəis tərəfindən təsdiq edildikdən sonra şübhəli şəxsin isti izlərlə, cinayət başında yaxalanması üçün əməliyyat qrupu təşkil edilmişdir. Qrupa özü və Abşeron rayon polis idarəsinin İTŞ-nin sahə rəisi polis mayoru Şahid2 daxil olmaqla rəhbərlik ona həvalə olunmuşdur. Elşən Alxsov yaşadığı Abşeron rayonu, Saray qəsəbəsi, Nəsibə Zeynalov küçəsində olması barədə dəqiq əməliyyat məlumatı alaraq Şahid2lə birlikdə həmin ünvana yollanmışlar. xx xxxxxx 2020-ci il tarixdə, saat təxminən 15:30 radələrində göstərilən ünvana getmiş və həmin ərazidə bir nəfər xarici görünüşü barədə qabaqcadan məlumatlı olduğumuz Təqsirləndirilən şəxs adlı şəxsə oxşar bir nəfər şəxsin özünü şübhəli apardığını görüb həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib onun şəxsiyyəti barədə özündən məlumat almışlar. Həmin şəxsin deməsindən məlum olmuşdur ki, xx xxxxxx 1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxsdur. Ona özlərini təqdim etdikdən sonra izah olunmuşdur ki, narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşqul olmaqda şübhəlidir. Bundan sonra Təqsirləndirilən şəxs onlarla birlikdə Abşeron rayon polis idarəsinə getməsini təklif etmişlər. Təqsirləndirilən şəxs onların təklifinə etiraz etmədən onlarla birlikdə Abşeron rayon polis idarəsinə getmişdir. Polis idarəisndə raportla rəhbərliyə məruzə etdikdən sonra araşdırma davam etdirilməsi təhqiqat şöbəsinin təhqiqatçı Ayaz Gülməmmədova həvalə edilmişdir. Orada Təqsirləndirilən şəxs vəkil tutmaq, dövlət vəsaiti hesabına müdafiəçi ilə təmin olunmaq hüquqları izah olunduqdan sonra Təqsirləndirilən şəxs dövlət vəsaiti hesabına müdafiəçi ilə təmin olunmasını istədi və onun istəyi əsasında Abşeron rayon vəkil bürosunun vəkil X3 dəvət edilmişdir. Daha sonra inzibati otaqda Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üstündə qanunsuz saxladığı, gəzdirdiyi əşya və maddə vardırsa könüllü olaraq təqdim etsin. Eləcədə Təqsirləndirilən şəxs izah edilmişdir ki, onun üstündə narkotik tərkibli maddəsinin olması barədə onlarda dəqiq və mötəbər məlumat vardır. Təqsirləndirilən şəxs etiraf etmişdir ki, üstündə bir ədəd siqaretine gümüşü kağızına bükülmüş içərisində narkotik vasitə maddə heroin vardır və onu könüllü təqdim edə bilər. Bundan sonra əynindəki qırmızı rəngli gödəkçənin sol yan cibində bir ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümü çıxararaq təqdim etmişdir. Həmin bükümü ondan qəbul edilərək açılaraq onlara göstərilmişdir. Bükümdəki narkotik maddəyə oxşar kütlə göstərildikdən sonra yenidən bükülmüşdür. Büküm Təqsirləndirilən şəxs iştirakı ilə zərfə qoyularaq möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi narkotik maddəni Sumqayıt şəhərində köhnə bazarın yaxınlığında tanımadığı şəxsdən 6 manata almışdır. Əməliyyat tədbirlərinin keçirilməsi və maddi sübutun götürülməsi barədə protokol tərtib edilmişdir. Tərtib edilmiş protokol ucadan oxunmuş, hər bir iştirakçı tərəfindən imza edilmişdir. Aşkar edilmiş kütlənin tərkibinin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron rayon polis idarəsinin İTŞ-nin sahə vəzifəsində xidmət aparır. Polis mayorudur. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşqul olması barədə daxil olmuş məlumat əsasında, şəxsin müəyyən edilməsi, üzərindən narkotik vasitənin aşkar edilməsi, bu barədə müvafiq sənədləşmələrin aparılmasına aydınlıq gətirərək bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə xx xxxxxx 1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs Abşeron rayonu ərazisində mütəmadi olaraq narkotik tərkibli psixiatrop maddəsinin dövriyyəsi ilə məşqul olması barədə mötəbər mənbədən əməliyyat məlumatı daxil olduğundan həmin məlumat üzrə dərhal əməliyyat tədbirlərinin həyata keçirilməsinə dair tərəfindən qərar qəbul edildi və İdarənin rəisi tərəfindən təsdiq edildikdən sonra şübhəli şəxsin isti izlərlə, cinayət başında yaxalanması üçün əməliyyat qrupu təşkil edilmişdir. Qrupa o, və Abşeron rayon polis idarəsinin CAŞ-nin əməliyyat müvəkkili polis leytenantı X1 daxil olmaqla rəhbərlik Azər Məhədzadəyə həvalə olunmuşdur. Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Saray qəsəbəsi, Nəsibə Zeynalova küçədə olması barədə dəqiq əməliyyat məlumatı alaraq Azər Məhədzadə ilə birlikdə həmin ünvana yollanmışlar. xx xxxxxx 2020-ci il tarixdə, saat təxminən 15:30 radələrində göstərilən ünvana getmişlər və həmin ərazidə bir nəfər xarici görünüşü barədə qabaqcadan məlumatlı olduqları Təqsirləndirilən şəxs adlı şəxsə oxşar bir nəfər şəxsin özünü şübhəli apardığını görüb həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edib onun şəxsiyyəti barədə özündən məlumat almışlar. Həmin şəxsin deməsindən məlum olmuşdur ki, o, xx xxxxxx 1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxsdur. Ona özlərini təqdim etdikdən sonra izah olunmuşdur ki, o, narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşqul olmaqda şübhəlidir. Bundan sonra Təqsirləndirilən şəxs onlarla birlikdə Abşeron rayon polis idarəsinə getməsini təklif etdik. Təqsirləndirilən şəxs onların təklifinə etiraz etmədən onlarla birlikdə Abşeron rayon polis idarəsinə getmişdir. Polis idarəisndə raportla rəhbərliyə məruzə etdikdən sonra araşdırma davam etdirilməsi təhqiqat şöbəsinin təhqiqatçı Ayaz Gülməmmədova həvalə edilmişdir. Orada Təqsirləndirilən şəxs vəkil tutmaq, dövlət vəsaiti hesabına müdafiəçi ilə təmin olunmaq hüquqları izah olunduqdan sonra Təqsirləndirilən şəxs dövlət vəsaiti hesabına müdafiəçi ilə təmin olunmasını istədi və onun istəyi əsasında Abşeron rayon vəkil bürosunun vəkil X3 dəvət edilmişdir. Daha sonra inzibati otaqda Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üstündə qanunsuz saxladığı, gəzdirdiyi əşya və maddə vardırsa könüllü olaraq təqdim etsin. Eləcədə Təqsirləndirilən şəxs izah edilmişdir ki, onun üstündə narkotik tərkibli maddəsinin olması barədə bizdə dəqiq və mötəbər məlumat vardır. Təqsirləndirilən şəxs etiraf etmişdir ki, üstündə bir ədəd siqaretin gümüşü kağızına bükülmüş içərisində narkotik vasitə maddə heroin vardır və onu könüllü təqdim edə bilər. Bundan sonra əynindəki qırmızı rəngli gödəkçənin sol yan cibində bir ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümü çıxararaq təqdim etmişdir. Həmin bükümü ondan qəbul edilərək açılaraq onlara göstərilmişdir. Bükümdəki narkotik maddəyə oxşar kütlə göstərildikdən sonra yenidən bükülmüşdür. Büküm Təqsirləndirilən şəxs iştirakı ilə zərfə qoyularaq möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi narkotik maddəni Sumqayıt şəhərində köhnə bazarın yaxınlığında tanımadığı şəxsdən 6 manata almışdır. Əməliyyat tədbirlərinin keçirilməsi və maddi sübutun götürülməsi barədə protokol tərtib edilmişdir. Tərtib edilmiş protokol ucadan oxunmuş, hər bir iştirakçı tərəfindən imza edilmişdir. Aşkar edilmiş kütlənin tərkibinin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri, MİK-13, ev 8, mənzil 1-də qeydiyyatda olmaqla, Abşeron rayonu, Saray qəsəbəsi, N.Zeynalova küçəsi fərdi yaşayış evində arvadı, 2 azyaşlı uşaqları və anası ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun doğma qardaşıdır. Elşən təxminən 2 il olar ki, ailəsindən ayrılıb və həmin vaxtdan onlarla birlikdə yaşayır. Elşən bir neçə ilə əvvəl narkotik vasitədən istifadə etdiyinə görə onlar Elşəni müalicə etdirmişlər. Həmin vaxtdan sonra 5-6 il o, narkotik maddədən istifadə etməmişdir. Lakin sonradan təkrar narkotik maddədən istifadə etməyi davam etmişdir. Elşən evdə olan ailəsinə məxsus əşyaları satıb pul əldə edib həmin pulla narkotik maddə alıb istifadə edirmiş. xx xxxxxx 2020-ci il tarixdə o, işdə olan zaman anası ona zəng vurub bildirmişdi ki, Abşeron rayon polis idarəsinin əməkdaşları Elşənin narkotik maddədən istifadə etdiyinə görə tutub aparmışlar. Buna göoə də o, da Abşeron rayon polis idarəsinə gələrək onun barəsində ərizə yazıb Elşənini azadlığa buraxılmamasını xahiş etmişdir. O, Elşənin narkotik vasitənin haradan əldə etməsindən heç bir məlumatım olmamış, Elşənin narkotik vasitənin kimlərlə birlikdə itstifadə etməsindən heç bir məlumatım olmamışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə keçirilmiş məhkəmə-fiziki-kimyəvi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 1039 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “..Təqsirləndirilən şəxs..” sözlər və imzalar olan bir ədəd zərfdəki bir ədəd bükümdə, təmiz çəkisi 0,258 qram olan maddə tiryəkdən kustar kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (qalıq 0,208 qram - 0,05 qram heroin tədqiqata sərf edilmişdir). İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 508 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək aslkoloidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələn narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Subutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə video çəkliş ilə baxış keçirilmiş və SD disk maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə edilmişdir. xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Abşeron rayon polis idarəsinin xx.xx.2020-ci il tarixli şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmaqa 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmişdir. Məhkəmə baxış iclasında 01 ədəd SD diskə baxış keçirlmiş, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs əynindəki qırmızı rəngli gödəkçənin sol yan cibindən tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülməsi müəyyən edilmişdir Azərbaycan Respublikası CPM-nin 124.2.1, 124.2.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, eskpertin rəyi sübut kimi qəbul olunur. Həmin Məcəllənin 139.0.4-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə istintaqı zamanı təqsirləndirilənin göstərilən əməli törətməkdə təqsirli olması öz ifadəsindən başqa, şahidlərin ifadələri, ekspertlərin rəyləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə düzgün tövsif olunmuşdur. Törətdiyi cinayətə görə təqsirkara cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1, 58.3-cü maddəsinə əsasən, məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə 65 (altmış beş) manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut olan və Abşeron rayon Pİ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 0,208 qram narkotik vasitə heroin məhv edilməlidir. Bundan başqa, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin olunmuş və Abşeron rayon vəkil bürosunun verdiyi orderlə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsə müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli, 31 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinin tələbinə uyğun olaraq şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsi müdafiəçi tərəfindən göstərilən hüquqi yardımı ödəməkdən azad edib bu hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs müdafiəçin ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardımı, iş materialları ilə tanış olmaq vaxtı və digər hərəkətlərdə hüquqlarını müdafiə etməklə birlikdə onunun müdafiəsi üçün göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ibtidai istintaq zamanı Abşeron rayon vəkil bürosunun müdafiəçisi vəkil X2 göstərdiyi 15 saat hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul Abşeron rayon vəkil bürosunun hesablaşma hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 358, 381, 383, 384-cü maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətində narkomaniyadan məcburi müalicəyə cəlb olunsun. Narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2020-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə 65 (altmış beş) manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd SD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi Abşeron rayon Pİ-də saxlanılan qalıq çəkisi 0,208 qram narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiəçilər tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından Abşeron rayon vəkil bürosunun müdafiəçisi vəkil X2 göstərdiyi 15 saat hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul Abşeron rayonu vəkil bürosunun hesablaşma, “xxxx” ASC Abşeron filialı, kod 200231, VÖEN **********, M/h AZ37NABZ********************, S.W.İ.F.T BİK AİİBAZ2X, hesab-AZ75AİİB********************, VÖEN ********** hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, həbsdə olan təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, təqsirləndirilən şəxs onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar