Məhkəmə qərarları › İş №1(012)-307/2022

Abşeron Rayon Məhkəməsi Qərar — İş №1(012)-307/2022

24.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 1(012)-307/2022 24.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin prokuroru, kiçik ədliyyə müşaviri X2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, müdafiəçisi, vəkil Müdafiəçi iştirakı ilə xx.xx.2000-ci ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Ağdaş rayonu, Əmirarx kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmə istintaqında müəyyən edildi ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirtmək məqsədilə “Lalafo.az” saytında satmaq üçün elan etdiyi Şahid3 mülkiyyətində olan, etibarnamə ilə istifadəsinə verilmiş mülkiyyətində olmayan 2020-ci il buraxılışlı tünd göy metallik rəngli “Yamaha” markalı, 99-C-152 dövlət qeydiyyat nişanlı motosikleti Zərərçəkmiş şəxs satacağını və həmin motosikletə dair sənədləşmə işlərini bir həftə ərzində qaydasına salacağına yalandan vəd verib inandıraraq aldadıb bu məqsədlə 05.12.2021-ci il tarixdə Abşeron rayonu, Masazır kəndi, Ruhulla Axundov küçəsində yerləşən Zərərçəkmiş şəxs yaşadığı fərdi evinin qarşısında görüşüb sonuncudan 2300 (iki min üç yüz) manat, 10.12.2021-ci il tarixdə isə Zərərçəkmiş şəxs yaşadığı evindən istifadə etdiyi özünə məxsus "xxxx" ASC-yə dair “Bir Kart” vasitəsi ilə onun “Umico” adlı 4169 7385 5714 8160 nömrəli hesab kartına göndərdiyi 30 (otuz) manat, ümumilikdə 2330 (iki min üç yüz otuz) manat pulunu vahid niyyətlə alıb ələ keçirərək vədinə əməl etməyib Zərərçəkmiş şəxs cəmi 2330 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 1 ünvanında yaşayır. Bildirmişdir ki, “Lalafo.az” saytında “Yamaha” markalı 99-C-152 dövlət nömrə nişanlı motosikletin satılması barədə elan yerləşdirmişdir. 01.12.2021-ci il tarixdə onun istifadəsində olan 055-902^41-44 saylı mobil telefon nömrəsinə zəng gəlmişdir. Tanımadığı şəxs motosikleti almaq istədiyini bildirmiş və ondan motosikletə harada baxa biləcəyini soruşmuşdur. O, həmin şəxsə motosikletə Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi ərazisində baxa biləcəyini demişdir. Həmin şəxs bazar günü yəni 05.12.2021-ci il tarixdə istirahət günü olduğu üçün gəlib baxmaq imkanının olduğunu bildirmiş və onlar razılaşmışlar. 05.12.2021-ci il tarixdə Rəvan tanımadığı bir nəfər şəxslə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi ərazisinə gəlmişlər və onlar görüşmüşlər. Motosikletə baxdıqdan sonra bəyəndiyini bildirmiş və 2300 manata razılaşmışlar. Həmin gün yəni 05.12.2021-ci il tarixdə o, qeyd edilən motosikleti özü idarə edərək Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində yerləşən Rəvanın yaşadığı evin qarşısına gətirmişdir. Rəvan ona 2300 manat pul verib motosikleti təhvil almış və bir həftə ərzində sənədləşmə işlərini həll etmək barədə Rəvana söz vermişdir. Həmin vaxt o, Rəvana motosikletə aid olmayan qoruyucu dəbilqə verib və sürəcəyi təqdirdə istifadə etməsini məsləhət görərək bildirmişdir ki, “özü qoruyucu dəbilqə alanda bunu qaytararsın”. 10.12.2021-ci il tarixdə Rəvan ona zəng edərək sənədləşmə işləri barədə maraqlanmış və o, Rəvana yalan olaraq atasının dünyasını dəyişdiyini bildirərək bir az vaxt istəmişdir. Daha sonra Rəvana verdiyi qoruyucu dəbilqə üçün 50 manat pul istəmişdir. Rəvan ona 30 manat verə biləcəyini demiş və razılaşdıqdan sonra onun 4169 7385 5714 8160 nğmrəli plastik kartına 30 manat pul göndərmişdir. Bundan sonra o, Rəvanla əlaqəni kəsmişdir. Hazırda dəymiş ziyan ödənilmişdir, iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ailəsi ilə bir yerdə Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən fərdi evdə yaşayır. Bildirmişdir ki, 01.12.2021-ci il tarixdə “Lalafo.az" saytında “Yamaha” markalı motosikletin satılması barədə elan yerləşdirildiyini müşahidə etmişdir. Daha sonra elanda qeyd edilən ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng etmişdir. Həmin şəxsə motosikleti almaq istədiyini bildirmiş və motosikletə harada baxa biləcəyini soruşmuşdur. Həmin şəxs ona motosikletə Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi ərazisində baxa biləcəyini demişdir. O, həmin şəxsə bazar günü yəni 05.12.2021-ci il tarixdə istirahət günü olduğu üçün gəlib baxmaq imkanının olduğunu bildirmiş və həmin şəxs onunla razılaşmışdır. 05.12.2021-ci il tarixdə bacanağı, Şahid1 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi ərazisinə getmişlər və adı Məqsəd olan həmin şəxslə görüşmüşlər. Motosikletə baxdıqdan sonra bəyəndiyini bildirmiş, 2300 manata razılaşmışlar. Həmin gün yəni 05.12.2021-ci il tarixdə Məqsəd qeyd edilən motosikleti özü idarə edərək Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində yerləşən yaşadığı evin qarşısına gətirmişdir. O, həmin vaxt Məqsədə 2300 manat pul verib motosikleti təhvil almış və bir həftə ərzində sənədləşmə işlərini həll etmək barədə Məqsəd ona söz vermişdir. Həmin vaxt Məqsəd ona motosikletə aid olmayan qoruyucu dəbilqə verib və sürəcəyim təqdirdə istifadə etməyi məsləhət görüb və ona bildirmişdir ki, “özün qoruyucu dəbilqə alanda bunu qaytararsan”. 10.12.2021-ci il tarixdə o, Məqsədə zəng edərək sənədləşmə işləri barədə maraqlanmış və Məqsəd ona atasının dünyasını dəyişdiyini bildirərək ondan bir az vaxt istəmişdir. Daha sonra ona verdiyi qoruyucu dəbilqə üçün 50 manat pul istəmişdir. O, Məqsədə 30 manat verə biləcəyini demiş və razılaşdıqdan sonra ona 30 manat pul göndərmişdir. Bundan sonra Məqsədə bir neçə dəfə zəng etməsinə baxmayaraq Məqsədlə danışa bilməmişdir. O, şübhələndiyi üçün motosikletin sahibini axtarmağa başlamışdır. 25.12.2021-ci il tarixdə motosikletin mülkiyyətçisi Şahid3 ona zəng edərək motosikleti uzun müddətdir ki, Samir adlı şəxsə satdığını bildirmişdir. Həmin gün yəni, 25.12.2021-ci il tarixdə Samir adlı şəxs ona zəng edərək motosikletin ona məxsus olduğunu bildirmiş və ona təhvil verməsini xahiş etmişdir. 25.12.2021-ci il tarixdə o, Samir adlı şəxslə “Elite" ticarət mərkəzinin qarşısında görüşərək motosikleti Samirə təhvil vermiş və ona məlum olmuşdur ki, Samir həmin motosikleti Rəcəb adlı şəxsə kreditlə satmış, Rəcəb də həmin mosikleti Məqsədə satmışdır. Hazırda dəymiş ziyan tam ödənilmişdir, şikayəti və tələbi yoxdur, iş üzrə icraata xiam verilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Əhmədov X3 Rəvan Ramiz oğlu ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında Şahid2 İsmayıl oğlunun elan olunmuş ifadəsindən görünür ki, o, ailəsi ilə bir yerdə Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, ev 24A, mənzil 51-də yaşayır. Bildirmişdir ki, 2021-d ilin mart ayında instagram sosial şəbəkəsində “Yamaha” markalı, 99-C-152 dövlət nömrə nişanlı motosikletin kreditlə satıldığını görmüş və 2021-ci ilin mart ayında 700 manat ilkin ödəniş edərək həmin motosikleti almışdır. Bundan sonra hər ay 350 manat olmaqla üç ay ödəniş etmişdir. Sonra o, həmin motosikletin aylığını ödəyə bilmədiyi üçün motosikleti satmaq qərarına gəlmişdir. Məqsəd adlı şəxsi hər gün yemək sifariş götürdüyü restorandan tanımış və motosiklet axtardığını bilmişdir. Məqsədlə danışaraq motosikleti kreditlə aldığını lakin, pulunu ödəyə bilmədiyini Məqsədə demiş və qalan aylıqları ödəmək şərti ilə motosikleti almasını təklif etmişdir. Məqsəd onunla razılaşmış və ona 800 manat pul ödəyib qalan doqquz ay ödənişi hər ay 350 manat olmaqla motosikletin mülkiyyətçisinə ödəyəcəyini bildirmişdir. O, motosikletin mülkiyyətçisinin də razılığını aldıqdan sonra motosikleti Məqsədə təhvil vermişdir. Üç aydan sonra yəni 2021-ci ilin iyun ayında motosikleti satan şəxs ona zəng edərək Məqsədin iki ay ödəniş etdikdən sonra yoxa çıxdığını bildirmişdir. O, Məqsədə zəng edərək ödəniş etməməsinin səbəbini soruşmuşdur. Məqsəd ona bildirmişdir ki, “5 gün ərzində pulu ödəyəcək”. Daha sonra Məqsəd onunla əlaqəni tamamailə kəsmişdir. Sonradan ona məlum olmuşdur ki, Məqsəd həmin motosikleti satmaq adı ilə kimisə aldadaraq həmin şəxsə vermiş və 2330 manat pulunu dələduzluq yolu ilə alıb ələ keçirmişdir. Məhkəmə istintaqında Şahid3 elan olunmuş ifadəsindən görünür ki, o, ailəsi ilə bir yerdə Bakı şəhəri, Xətai rayonu, Lütfizadə küçəsi ev 1B, mənzil 421-də yaşayır. Bildirmişdir ki, “Yamaha” markalı, 99-C-152 dövlət nömrə nişanlı motosikletin mülkiyyətçisi o, olsa da həmin motosikilet faktiki olaraq Şahid4 məxsusdur. Samir həmin motosikileti 2021-ci ilin mart ayında Şahid2 İsmayıl oğluna ilkin ödəniş 700 manat, 12 ay müddətinə hər ayı 350 manat ödəmək şərti ilə satmış və Şahid2 İsmayıl oğluna həmin motosikleti sürməsinə dair etibarnamə vermişdir. Rəcəb 3 ay hər ayı 350 manat ödədikdən sonra ödəniş edə bilmədiyi üçün motosikleti aralarında olan razılaşmaya əsəsən Təqsirləndirilən şəxs həmin şərtlər əsasında satmışdır. Bununla bağlı o, Təqsirləndirilən şəxs həmin motosikleti sürməsinə dair etibarnamə vermişdir. 25.12.2021-ci il tarixdə bir nəfər tanımadığı şəxs onun mobil telefonuna zəng edib özünü Zərərçəkmiş şəxs kimi təqdim edərək Məqsəd adlı şəxsin onu aldadaraq qeyd olunan motosikileti ona satdığını sənədləşmə işlərini aparmasına söz verməsinə baxmayaraq vədinə əməl etməyərək onu aldadaraq dələduzluq etdiyini bildirmişdir. O, Rəvan adlı şəxsə baş verən hadisədən xəbəri olmadığını bildirmiş və əlaqə saxlamaq üçün Samirin mobil telefon nömrəsini həmin şəxsə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid4 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə bir yerdə Bakı şəhəri, Binəqədi, rayonu, 7-ci mikrorayon, F.Məlikov küçəsi ev 1B, mənzil 27-də yaşayır. Bildirmişdir ki, “Yamaha” markalı, 99-C-152 dövlət nömrə nişanlı motosikletin mülkiyyətçisi Şahid3 olsa da faktiki olaraq həmin motosikilet ona məxsusdur. O, həmin motosikileti 2021-ci ilin mart ayında satmaq məqsədi ilə internet səhifələrinin birində elan yerləşdirmişdir. Şahid2 İsmayıl oğlu ilə razılaşıb ilkin ödəniş 700 manat 12 ay müddətinə hər ayı 350 manat ödəmək şərti ilə Rəcəbə satmış və Rəcəbə sürməyə etibarnamə vermişdir. Rəcəb 3 ay hər ayı 350 manat ödədikdən sonra ona zəng edib ödəniş edə bilmədiyini bildirmiş, motosikileti tanıdığı şəxsə satmasından ötrü icazə istəmişdir. O, Rəcəbə bildirmişdir ki, “motosikileti satmağa sənə icazə verirəm ancaq ödəniş geciksə səndən tələb edəcəm”. Rəcəb də demişdir ki, “mənim adımdan sənə ödəniş edəcəklər” və onadan xahiş etmişdir ki, “Məqsəd adlı şəxsə sürmək üçün etibarnamə verəsən”. Bundan sonra Şahid3 həmin motosikleti sürmək üçün Təqsirləndirilən şəxs etibarnamə verdi. Məqsəd ayda 350 manat olmaqla 2 ay ödəniş etdikən sonra onunla aranı tamamilə kəsmişdir. Sonra o, Rəcəbə zəng edərək pulun ödənilmədiyini bildirmişdir. 25.12.2021-ci il tarixdə Zərərçəkmiş şəxs adlı şəxs onun mobil telefonuna zəng edərək nömrəsini Teymurdan aldığını və Məqsəd adlı şəxsin onu aldadaraq qeyd olunan motosikileti ona satdığını sənədləşmə işlərini aparmasına söz verməsinə baxmayaraq vədinə əməl etməyərək onu aldadaraq dələduzluq etdiyini bildirmişdir. O, Rəvan adlı şəxsə motosikleti Rəcəb adlı şəxsə satdığını və baş verən hadisədən xəbəri olmadığını bildirmişdir. 25.12.2021-ci il tarixdə Rəvan motosikleti Bakı şəhərində yerləşən “Elit” ticarət mərkəzinin qarşısına gətirərək ona təhvil vermişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs özünə məxsus "xxxx" ASC-nə dair “Bir Kart” vasitəsi ilə “Umico” adlı 4169 7385 5714 8160 hesab kartına göndərdiyi 30 (otuz) manat pul qəbzi iş üzrə maddi sübut kimi tanınaraq və cinayət işinə əlavə edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliyi özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi və iş üzrə toplanmış digər materiallarla tam sübuta yetirilir. Bununla yanaşı, məhkəmə baxışı zamanı müəyyən olundu ki, iş üzrə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs ilə barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən Bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Cinayət işinə əlavə olunmuş, Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, ona dəymiş ziyanın Təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyini, Təqsirləndirilən şəxs ilə barışdığını, onun Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi olmadığını bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Bununla yanaşı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi oğluna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (bir yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs özünə məxsus "xxxx" ASC-nə dair “Bir Kart” vasitəsi ilə “Umico” adlı 4169 7385 5714 8160 hesab kartına göndərdiyi 30 (otuz) manat pul qəbzi iş materiallarında saxlanılsın. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43, 156, 321, 346, 347 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata həmin Məcəllənin 73-1.1-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs özünə məxsus "xxxx" ASC-nə dair “Bir Kart” vasitəsi ilə “Umico” adlı 4169 7385 5714 8160 hesab kartına göndərdiyi 30 (otuz) manat pul qəbzi iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Müdafiəçi oğluna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 (bir yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Abşeron Rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar